Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO


Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən məşhur “Ağ Saray” şadlıq evinin arxasındakı ağacların çıxarıldığı iddia olunur.

Daxil olan məlumata görə, ərazidə daha böyük obyektin tikintisi nəzərdə tutulur. Bildirilir ki, ərazi hasarlanıb, çəkiliş aparılmasına məhdudiyyət yaradılır və baş verənlərin ictimaiyyətdən gizlədilməsinə cəhd göstərilir.

Digər məlumata görə, sözügedən ərazidə tikinti işlərinin aparılması Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə razılaşdırılıb.

Ərazidə hansı obyekt tikilir? Ağacların çıxarılması hansı hüquqi əsasla həyata keçirilir? Tikintiyə müvafiq icazələr verilibmi və ağacların götürülməsi üçün aidiyyəti qurumların razılığı alınıbmı?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına rəsmi sorğu ünvanlayıb.

Qurumların cavabını dərc etməyə hazırıq.

Bizimesr.info

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/bileceride-agaclarin-kesildiyi-iddia-olunur----ag-sarayin-arxasinda-ne-tikilir---video-24149

Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO


Sumqayıt Şəhər Təmizlik Departamentində çalışan əməkdaşların əməkhaqlarının ödənilmədiyi bildirilir. 


Departamentin işçiləri maaşlarının gecikdirilməsinə etiraz aksiyası keçiriblər. 


İşçilər bidlirib ki, uzun müddətdir əməkhaqqı ala bilmirklər və gecikmənin hansı səbəbdən yarandığını öyrənmək istəyirlər.  


Məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin və aidiyyəti qurumların mövqeyi açıqlanmayıb. Şəhər icra başçısı Zakir Fərəcov isə hələ də belə hallardan narahat görünmür.


Bizimesr.info


VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/sumqayitda-ferecova-etirazlar-basladi----temizlik-iscileri-maaslarini-ala-bilmir---video-24145

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) daha bir mühüm posta təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elnarə Əhmədova ASCO-da maliyyə nəzarətçisi vəzifəsinə təyin olunub.

O, noyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Elnarə Əhmədova yeni təyinatından əvvəl, 2025-ci ilin mayından 2026-cı ilin sentyabrınadək “Prime Cotton” şirkətində baş mühasib vəzifəsində işləyib.

O, 2021-ci ilin oktyabrından 2025-ci ilin mayınadək Dövlət Məşğulluq Agentliyində Mühasibatlıq bölməsinin müdiri – baş mühasib, 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrınadək isə həmin bölmənin böyük mütəxəssisi olub.

E.Əhmədova 2019-cu ilin oktyabrından 2020-ci ilin noyabrınadək “Bank BTB” ASC-də Mühasibatlıq bölməsinin böyük mütəxəssisi, 2017-ci ilin oktyabrından 2019-cu ilin oktyabrınadək aparıcı mütəxəssisi vəzifəsində çalışıb.

O, həmçinin 2017-ci ilin fevral-oktyabr aylarında bankın Müştəri xidmətləri departamentinin böyük mütəxəssisi, 2015-ci ilin martından 2017-ci ilin fevralınadək aparıcı mütəxəssisi, 2012-ci ilin dekabrından 2015-ci ilin martınadək isə həmin departamentin mütəxəssisi olub.

Elxan Usubov 2024-2025-ci illərdə Şəkidə yolların əsaslı təmirinə ayrılmış vəsaitləri hansı küçələrə səpib - İLGİNC FAKTLAR...


Şəki şəhər İcra Hakimiyyəti 2026-cı ildə Şəki şəhərində yolların asfaltbetonla əsaslı təmiri işlərinin satınalınması üzrə keçirdiya açıq tenderə yekun vurub.Müsabiqənin qalibi “AZİN CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 898.287,15 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 03.11.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu Şəki şəhər İcra Hakimiyyəti ilə “AZİN CONSTRUCTİON” MMC arasında bağlanan ilk müqavilə deyil.

Yolların asfalt-betonla əsaslı təmiri işləri üzrə 969.575,54 manat dəyərində müqavilə 13.12.2023-cü ildə bağlanılıb.

Şəki şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kvA gücündə dizel generatorunun və avadanlıqların alınması işləri üzrə 196.207 manat dəyərində müqavilə 01.12.2023-cü ildə bağlanılıb.

Şəki şəhər İcra Hakimiyyəti üçün yeni tikilən inzibati binanın həyətyanı ərazisində yaşıllıq sahəsinin salınması məqsədilə həmişəyaşıl ağacların və gül kollarının alınması və əkilməsi işləri üzrə 15.879,26 manat dəyərində müqavilə 23.11.2023-cü ildə bağlanılıb.

Şəki şəhər İcra Hakimiyyəti üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması üzrə 2.875.635,03 manat dəyərində müqavilə 11.06.2022-ci ildə bağlanılıb.

Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti “AZİN CONSTRUCTİON” MMC ilə həm yolların əsaslı təmiri işləri, həm dizel generatorunun və avadanlıqların alınması, həm ağacların və gül kollarının alınması, həm də tikinti işləri üzrə müqavilələr bağlayıb. MMC-nin Şəki şəhərində gördüyü digər işlər aydın məsələdir. Maraqlıdır MMC Şəki şəhərinin hansı küçələrində yolların əsaslı təmiri işlərini aparıb. Şəki şəhər İcra Hakimiyyəti şərtlər toplusunda sözügedən işlərin hansı küçələrində aparılacağını nə üçün açıqlamayıb. Burada yolların əsaslı təmiri işləri adı altında dövlət vəsaitinin hər il eyni küçələrin təminə yazılmadığına kim zəmanət verə bilər.

Bundan əlavə, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri satınalma planlarına 06.12.2023-cü ildə daxil edilib. Lakin satınalmaların portalında 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri üzrə tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Maraqlıdır. Şəki şəhər İcra Hakimiyyəti 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmirinə nə qədər dövlət vəsaiti ayırıb, müqavilə hansı şirkətlə bağlanılıb, hansı küçələrdə yollar təmir edilib?

Satınalmaların portalında 25.04.2025-ci ildə dərc edilmiş məlumata görə Şəki rayon ərazisində yolların əsaslı təmiri işlərinin (Müsabiqə№104720) satın alınması üzrə keçirilmiş tender prosedurunun nəticəsinə görə aşağı təklif vermiş “Euroline”QSC qalib elan edilmişdir. “Euroline” QSC ilə 661 573.14 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Şəki şəhər İcra Hakimiyyəti 2024-cü ildə olduğu kimi 2025-ci ildə də təmir işlərinin hansı küçələrdə aparılacağını açıqlamamışdır.

Şəki şəhər İcra Hakimiyyətinin daim işbirliyində olduğu “AZİN CONSTRUCTİON” MMC-yə gəlincə. Açıq mənbələrdə şirkətin maddi texniki bazası barədə məlumatlar yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZİN CONSTRUCTİON” (VÖEN:2003688301) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, CAVANŞİR, ev.23, m.65, qanuni təmsilçisinin isə Nizamov Raciv Rüfət oğlu olduğu qeyd edilib. MMC-nin təsisçisi Orucov Orxan Alxan oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda “AZİN CONSTRUCTİON” MMC-nin tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə 27.02.2018-ci ildə, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 14.10.2022-ci ildə, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə 12.10.2026-cı ildə lisenziya aldığı göstərilir.

İqtisadiyyat Nazirliyinin vahid reyestrində “AZİN CONSTRUCTİON” MMC-nin yol tikintisi və təmiri üzrə lisenziya alması barədə məlumat yoxdur. Maraqlıdır, Şəki şəhər İcra Hakimiyyəti yol tikintisi və təmiri üzrə lisenziyası olmayan bu şirkətlə müqavilələri hansı əsaslarla bağlayıb?

Qeyd edək ki, bu yaxınlarda mediada Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlili yayıldı.

Açıqlamada adları hallanan 14 yerli icra hakimiyyəti orqanından biri də Şəki şəhər İcra Hakimiyyətidir. Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyətinin 2024-2025-ci illərdə yolların əsaslı təmiri işlərinin satınalmaları zamanı ciddi qanun pozuntularına yol verilib.

Məsələn Şəki şəhər İcra Hakimiyyəti 19.09.2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.169,16 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə müqavilə bağlanılıb. Amma sözügedən təmir işləri üzrə tenderin nəticələri barədə satınalmaların portalında heş bir məlumat yoxdu.

Hesablama Palatasının analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.”

Maraqlıdır, Hesablama Palatasının açıqlamasında qeyd olunan əsaslı təmir edilmiş yol aktivlərinin mühasibat uçotunda əks olunmayan iyirmi dörd milyon manat dövlət vəsaitlərindən Şəki şəhər İcra Hakimiyyətinin payı nə qədərdir, həmin vəsait qaytarılıb ya yox, hələlik bəlli deyil. Amma bu məlumatlar Şəki şəhərində yolların təmirinə ayrılan vəsaitlərin qeyri müəyyən yollara səpildiyini deməyə kifayət edər.

Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 23 may 2011-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi Elxan Usubov sərasər 15 ildir Şəki şəhər İcra Hakimiyyətinin başçılıq edir. Mediada Elxan Usubovun biznes imperiyası barədə kifayət qədər geniş məlumatlar var.

Aktualinfo.net

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Sənəd Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.

Sərəncamla Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə

Ağayev Qənbər Müseyib oğlu

Əliyarzadə Rahib Kamal oğlu

Əliyeva Nigar Əli qızı

Hüseynov Murad Məhəmməd oğlu

Hüseynova Çimnaz Həbib qızı

Quliyeva Nigar Sabir qızı

2-ci dərəcəli "Əmək" ordeni ilə

Əliyev Aydın Hüseyn oğlu

Müzəffərli Azad Müzəffər oğlu

Zöhrəbova Məryəm Abbas Qulu qızı

3-cü dərəcəli "Əmək" ordeni ilə

Abdullayev Azər Sədulla oğlu

Eminbəyli Şakir Vəfa oğlu

Eyvazova Aida Məmmədşah qızı

Xəlilova Sevinc İbrahim qızı

İslam-zadə Nailə Hünbət qızı

Qədirzadə Leyla Salam qızı

Quliyeva Arzu Telman qızı

Novruzov Faiq Səttar oğlu

Ramazanov Mübariz Fazil oğlu

Sadıqov Orxan Fikrət oğlu

"Tərəqqi" medalı ilə

Abdullayev Həsən Nəcəfqulu oğlu

Abuşev Hüseyn Rauf oğlu

Ağamirov Vasif Alp oğlu

Allahverdiyeva Lalə Abbas qızı

Allahyarov Ziya Qələməli oğlu

Aslanova Billurə Aslan qızı

Babayev Zamiq Esmiran oğlu

Babayev Zaur Eyvaz oğlu

Babayeva Təhminə Adil qızı

Bağırov Kazım Rasim oğlu

Cabarov Fuad Şamil oğlu

Cavadov Rövşən Novruz oğlu

Dadaşov Tural Si̇yavuş oğlu

Dementyeva Viktoriya Serqeyevna

Eynullayeva Sudabə Cahangir qızı

Əbilova Xəyalə Əliağa qızı

Ədilova Jalə Elsevər qızı

Əfəndiyeva Afaq Vasif qızı

Əlibəyli Elçin Vidadi oğlu

Əliverdiyeva Mətanət Məcnun qızı

Əliyev Cavid Qabil oğlu

Əliyev Elman Yusubəli oğlu

Əliyev Elşad Xalid oğlu

Əliyev Elşən Həsən oğlu

Əliyev Səyavuş Ağamehdi oğlu

Əliyev Teymur Hafiz oğlu

Əliyev Tural Əmir oğlu

Hacıyev Əli Əflan oğlu

Həsənli Ceyhun Eyvaz oğlu

Həsənov İsmayıl Firudin oğlu

Hüseynov Emin Tofiq oğlu

Hüseynov Əliheydər Şahbaz oğlu

Xəlilov Fəxri Vaqif oğlu

İsgəndərova Vəfa Zahid qızı

İsmayılov Şahin Bayraməli oğlu

İsmayılova Marina Yusif qızı

İsmayılova Pərvin Süleyman qızı

Qafarov Fərrux Əlihüseyn oğlu

Qarayev Azər Əyyub oğlu

Qasımova Pərvanə Nadir qızı

Qənbərov İlham Bərxudar oğlu

Quli̇yeva Jalə Sabi̇r qızı

Qurbanov İbrahim Vilayət oğlu

Mehdiyeva Məhəbbət Rəhman qızı

Məmmədova Arzu Möhübbət qızı

Məmmədova Bənövşə Xudaverdi qızı

Məmmədova Xəyalə Gülalı qızı

Mirzəyeva Dilşad Tahir qızı

Muradova Gülnar Hacı qızı

Nadirov Ağəli Ramiz oğlu

Nəsibova Almaz Mahmud qızı

Nəsirov Emil Nəsir oğlu

Piriyeva Aytən Sədaqət qızı

Rəsulova İlhamə Loğman qızı

Seyidova Səbinə İslam qızı

Sultan Ruslan Sultan oğlu

Şirinova Gülyaz Musa qızı

Tağıyev Yaşar Tahir oğlu

Tanrıverdi Hüseyn İsmayıl oğlu

Zeynalov İlham Adil oğlu.

Sənədə əsasən, Azərbaycanda medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilib:

Hadıyev Fazil Rauf oğlu

Məmmədov Əhməd Qədir oğlu.

Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR



Azərbaycan səhiyyəsində idarəetmə mexanizmlərinin yenilənməsi və strukturdakı mövcud nöqsanların aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Yeni səhiyyə naziri Anar Bayramovun rəhbərliyi ilə qurumda ciddi kadr dəyişikliklərinə və əsaslı təmizliyə hazırlaşıldığı bildirilir. Əldə edilən məlumatlara görə, səhiyyə nazirinin mövcud dörd müavinindən üçünün vəzifədən azad ediləcəyi gözlənilir.
Bu şəxslər İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Mövcud komandadan yalnız Nadir Zeynalovun öz vəzifəsində qalacağı nəzərdə tutulur. Vəzifədən ayrılacağı gözlənilən müavinlərdən İlqar Qasımov və Rasim İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin dövründə təyin olunublar, Rüfət Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib. Lakin yola salınacağı gözlənilən bu şəxslərin fəaliyyəti son illər ərzində müxtəlif qalmaqallarla və ciddi müzakirələrlə yadda qalıb. Xüsusilə İlqar Qasımovun adı plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı mübahisəli sənədlərdə və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı idarəçiliklə bağlı məhkəmə çəkişmələrində hallanıb. Digər müavin Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üzləşdiyi cinayət işi üzrə məhkəmə prosesində çəkilib. Bank-maliyyə sektorundan – əvvəllər "Muğanbank"da, daha sonra isə Dövlət Vergi Xidmətində çalışdıqdan sonra səhiyyə sisteminə gətirilən Rasim İsmayılovun da fəaliyyəti diqqət mərkəzində olub. Bütün bu proseslər fonunda nəzərdə tutulan dəyişikliklərin reallaşması Səhiyyə Nazirliyinin rəhbər korpusunun tamamilə yenilənməsi ilə nəticələnəcək, baxmayaraq ki, nazir müavinləri birbaşa Prezidentin sərəncamı ilə təyin və ya azad olunurlar və hələlik rəsmi qərar açıqlanmayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri doktoru, professor Razi Salmanzadə qeyd edib ki, səhiyyə sistemində illərdir yığılıb qalan sistemli problemlərin həlli üçün kadr potensialının sağlamlaşdırılması və peşəkar, şəffaf idarəetmə prinsiplərinə keçid həyati əhəmiyyət daşıyır : "Səhiyyə elə həssas sahədir ki, burada hər bir təyinat və idarəetmə qərarı birbaşa insanların sağlamlığına, ömrünə və ümumilikdə cəmiyyətin rifahına təsir göstərir. Son illər nazirlik daxilində və tabe qurumlarda baş verən müxtəlif maliyyə neqativləri, sertifikatlaşdırma ilə bağlı narazılıqlar və kadrların peşəkarlıq səviyyəsindəki boşluqlar sistemə olan etimadı ciddi şəkildə sarsıdıb. Əgər rəhbərlikdə əsaslı struktur dəyişiklikləri və təmizlik aparılmasa, səhiyyədə keyfiyyət dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Yeni nazirin bu istiqamətdə atacağı addımlar xəstəxanalardan tutmuş mərkəzi aparatadək bütün həlqələrdə sağlam mühitin formalaşmasına təkan verməlidir".
Onun sözlərinə görə, səhiyyənin idarə olunmasında təsadüfi şəxslərin deyil, məhz bu sahənin incəliklərini dərindən bilən, dürüst və peşəkar kadrların irəli çəkilməsi qaçılmaz zərurətdir : "Tibb ocaqlarında və idarəetmə strukturlarında şəffaflıq təmin edilmədikcə, vətəndaşların məmnunluğundan danışmaq hədərdir. Maliyyə resurslarının təyinatı üzrə xərclənməməsi, səlahiyyət hədlərinin aşılması və nəzarətsizlik hallarının kökü kəsilməlidir. Ümid edirik ki, gözlənilən bu kadr islahatları sadəcə fasad dəyişikliyi olmayacaq, əksinə, Azərbaycan səhiyyəsini illərdir ləngidən bürokratik əngəllərin və neqativ halların tamamilə aradan qaldırılması ilə nəticələnəcək".
Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Natiq Ələsgərov isə qeyd edib ki, dövlət qurumlarında, xüsusilə də strateji əhəmiyyət daşıyan Səhiyyə Nazirliyi kimi həssas bir strukturda vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə pozuntuları halları birbaşa qanunvericiliyin sərt şəkildə tətbiqini tələb edir : "İstənilən dövlət məmurunun fəaliyyətində şəffaflıq və qanunçuluq prinsipləri əsas olmalıdır. Son dövrlər bəzi nazirlik müavinlərinin və idarə rəislərinin adlarının müxtəlif məhkəmə çəkişmələrində, mənimsəmə və vəzifə saxtakarlığı iddialarında hallanması hüquqi dövlət prinsiplərinə kölgə salır. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və məhkəmə prosesləri göstərir ki, idarəetmədə nəzarət mexanizmləri zəiflədikdə korrupsiya riskləri kəskin şəkildə artır".
Onun sözlərinə görə, səhiyyə sistemində hüquqi intizamın bərqərar olunması və yol verilən qanun pozuntularının qarşısının alınması üçün inzibati təmizlərlə yanaşı, sərt hüquqi qiymətləndirmə də verilməlidir : "Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq, nazir müavinləri hər nə qədər ölkə başçısının sərəncamı ilə təyin edilsələr də, onların törətdiyi və ya nəzarət etdikləri sahələrdə baş verən qanunsuzluqlara görə məsuliyyət məsələsi qaçılmazdır. Şəffaflığın təmin olunması və dövlət vəsaitlərinin qorunması məqsədilə bu cür hallara qarşı barışmaz mövqe sərgilənməli, daxili audit və hüquqi nəzarət mexanizmləri maksimum gücləndirilməlidir".

NOCOMMENT.az

AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?


Vaxtilə Ağsu Regional Qaz İstismar İdarəsində əməkdaşların əməkhaqqını hesablamaq və vaxtında ödənilməsini təmin etmək üçün təxminən 10 nəfərə yaxın mühasib çalışırdı. Görünür, həmin 10 nəfər bu işin öhdəsindən güclə gəlirdi. İndi isə struktur dəyişikliklərindən sonra mühasiblərin sayı 5 nəfərə endirilib.
Ortada çox maraqlı bir sual yaranır: Əgər 10 nəfər maaşları hesablamaqda çətinlik çəkirdisə, görəsən, 5 nəfər bu işi necə və hansı sürətlə həyata keçirəcək? Yoxsa yeni idarəetmə düsturuna əsasən, işçilərin sayı yarıya enəndə mühasiblərin hesablama qabiliyyəti ikiqat artmalıdır?
Amma məsələ bununla bitmir.
Vaxtilə "Azəriqaz" İstehsalat Birliyində cəmi bir Mühasibatlıq şöbəsi var idi. Nə qədər qəribə olsa da, əməkhaqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü. Yəni bir şöbə işləyir, maaş hesablanır, pul köçürülür, işçi də öz zəhmətinin qarşılığını vaxtında alırdı.
İndi isə maliyyə sahəsində elə möhtəşəm struktur formalaşıb ki, adlarını oxuyanda adam düşünür: Görəsən, burada söhbət sadəcə əməkhaqqının hesablanmasından gedir, yoxsa ölkənin maliyyə siyasətindən?
Gəlin bu möhtəşəm sistemi bir daha xatırlayaq:
- Maliyyə Planlaması və Təhlili Departamenti planlayır;
- İqtisadiyyat və Uçot Departamenti hesablayır;
- Mühasibat Uçotu Şöbəsi uçota alır;
- Maliyyə Nəzarəti Şöbəsi nəzarət edir;
- Maliyyə Hesabatları Şöbəsi hesabat hazırlayır;
- Əmək Haqqının İdarə Olunması Şöbəsi əməkhaqqını idarə edir;
- Büdcə və Planlama Şöbəsi büdcəni planlayır;
- Xəzinədarlıq Şöbəsi isə xəzinəni idarə edir.
Belə çıxır ki, maaşın planlaşdırılması, hesablanması, uçotu, yoxlanılması, hesabatı, idarə olunması və büdcəsinin hazırlanması üçün bütöv bir maliyyə ordusu səfərbər olunub.
Amma bütün bu departamentlər, şöbələr, müdirlər və mütəxəssislər arasında bir məsələ hələ də müəmmalı qalır:
Bütün bunlardan sonra maaşı kim hesablayır, kim təsdiqləyir və ən əsası, kim vaxtında ödəyir?

Görünür, əvvəl bir şöbə üç iş gününə gördüyü işi indi səkkiz struktur vahidi arasında bölüşdürmək müasir idarəetmənin yeni nailiyyətidir.
Əvvəllər bir şöbə maaşı hesablayıb işçinin hesabına köçürürdü. İndi isə maaş əvvəl planlaşdırılmalı, sonra təhlil edilməli, hesablanmalı, uçota alınmalı, yoxlanılmalı, hesabatı hazırlanmalı, idarə olunmalı, büdcəsi təsdiqlənməli və nəhayət, xəzinədarlığa çatdırılmalıdır.
İşçi isə bütün bu mürəkkəb maliyyə əməliyyatlarının sonunda sadəcə telefonuna baxıb maaşın SMS-ini gözləyir.
Yeni düstur belə görünür: mühasibin sayı azalır, strukturun adı artır, şöbələrin sayı çoxalır, hesabatlar gözəlləşir, işçinin isə maaş gözləntisi uzanır!
Bəlkə də növbəti islahatda əməkhaqqının hesablanması üçün ayrıca bir departament yox, maaşın gecikməsini izah edən xüsusi komissiya da yaradıldı.
Bir sözlə, sualımız çox sadədir: Əvvəllər bir şöbə ilə vaxtında verilən maaş indi bu qədər departament və şöbə ilə niyə daha mürəkkəb məsələyə çevrilməlidir?
Axı işçinin maraqlandığı strukturun neçə mərtəbəli olması deyil, ayın əvvəlində zəhmətinin haqqını vaxtında ala bilməsidir!
Dasqin Abbasov
TEREF

“Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu


Bakı Apellyasiya Məhkəməsində “Azərlotoreya” ASC-yə qarşı pul tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

"Real Azərbaycan" xəbər verir ki,bu barədə e-huquq.az-a iddiaçının vəkili Fərid Qasımov məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs mərc oyununda qalib gələrək pul mükafatı qazansa da, şirkət uduş məbləğini ona ödəməyib.

“İşin hallarına görə, Əli Mustafayev cavabdeh “Azərlotoreya” ASC-nin “Misli.az” mərc oyunları səhifəsində üzv olaraq qeydiyyatdan keçərək özünə şəxsi hesab açıb. 18.02.2026-cı il tarixdə “Qarabağ-Nyukasl Yunayted” oyunu üzrə oyunun 1-ci hissəsində 2.5 ÜST – yəni hansı komandanın qol vurmasından asılı olmayaraq oyunun birinci hissəsində 2 topdan yuxarı qol olacağını qeyd edərək 150 manat pul mərcə qoyub. Həmin oyun üzrə oyun gələrsə, 150 manat qoyulan məbləğə 226,5 manat pul gələcəyi, yəni 76,5 manat qazanc gələcəyi qeyd olunub. Oyunun 1-ci hissəsində 5 top vurulub və iddiaçı isə 2 topdan yuxarı qol vurulacağını qeyd etdiyi üçün kupon uduşlu sayılıb. Lakin oyunun birinci hissəsi bitdikdən sonra kupon üzrə 226,5 manat qazanc gəlmək əvəzinə, iddiaçının həmin oyuna yatırdığı 150 manat pul qayıdıb, uduş məbləği isə iddiaçıya verilməyib.

İddiaçı bu barədə “Misli.az”ın qaynar xətti ilə əlaqə saxlayıb, lakin onun kuponunun səhvən qəbul edildiyi, əslində isə həmin anda kupon qəbul edilmədiyi qeyd olunaraq, iddiaçıya ödənilməli olacaq 76,5 manat pul cavabdeh tərəfindən ödənilməyib. İddiaçı həmin vaxt mənəvi sarsıntı keçirib. Bu səbəbdən o, məhkəməyə müraciət edərək kupon üzrə ödənilməmiş 76,5 manat, 500 manat mənəvi zərər, 350 manat vəkil xərci, 20 manat vəkilin nümayəndə olaraq məhkəmədə iştirak etməsi üçün etibarnamə xərci, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 976,5 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş edib. “Misli.az” isə bildirib ki, iddiaçı VAR yoxlaması zamanı yaranmış texniki xətadan istifadə edərək mərc edib, şirkət isə müqaviləyə və qanunvericiliyə uyğun hərəkət edərək mərc məbləğini geri qaytarıb. Buna görə də iddianın təmin edilməməsini istəyib”, – deyə vəkil qeyd edib.

F.Qasımov deyib ki, Nəsimi Rayon Məhkəməsi Ə.Mustafayevin iddiasını təmin etməyib. Bundan sonra, o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə çıxarıb, iddia qismən təmin edilib.

“Məhkəmənin qərarına əsasən, iddiaçının tələb etdiyi 76,50 manat məbləğində ödənilməmiş uduşun tam həcmdə tutulması təmin olunub. Bununla yanaşı, iş üzrə çəkilmiş məhkəmə xərclərinin və vəkil xidmətinə görə xərclərin də ödənilməsi təmin edilib. İddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi isə təmin edilməyib”, – deyə F.Qasımov qeyd edib.

Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO


Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Şahin Məmmədov Mərkəzdə direktor müavini vəzifəsinə təyin olunub.

Bir müddət əvvəl isə Ceyhun Nəsibov Mərkəzə direktor təyin olunub.

Qeyd edək ki, onların hər ikisi bu təyinatdan əvvəl "Yalama Agropark"da çalışıblar.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02