5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 5 milyon manatdan çox mənimsəmədə ittiham olunan sabiq sədri Bəhruz Əsgərov özünü təqsirli bilmir.

“Qafqazinfo”nun məlumatına görə, onun işi üzrə ilk məhkəmə baxışı keçirilib. Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.

İttiham konkret olaraq ondan ibarətdir ki, Bəhruz Əsgərov 2018-2020-ci illər ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov, Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə birləşərək dövlət büdcəsindən yolların təmiri üçün ayrılmış 5 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

B.Əsgərov isə vəziyyətin əslində başqa cür olduğunu bildirib.

Əldə etdiyimiz məlumata görə, Agentliyin eks-rəhbəri bu dəfə geniş ifadə verməsə də, əvvəlki dindirmələrin hamısında korrupsiyaya görə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu ittiham edib. Onun sözlərinə görə, dövlət büdcəsindən hər dəfə ayrılan pulların 10 faizi V.Talıbova çatıb. Pulu ona çatdıran isə həmin vaxt Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyən Hicran Rüstəmov olub. Təqsirləndirilən şəxs əlavə edib ki, həmin 10 faizi çatdırmayacağı halda işini itirəcəyi ilə təhdid edilib.

Məlumat üçün deyək ki, H.Rüstəmov özü də 212 milyonluq yeyintidə təqsirli bilinmişdi.

Növbəti iclasda B.Əsgərov hakim qarşısında sərbəst ifadə verəcək. Yekunda təqsirli bilinəcəyi halda isə onu 10 ildən 14 ilə kimi həbs gözləyir.

İranın kəşfiyyat naziri də öldürüldü


İsrailin ötən gecə Tehrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.

Bu barədə İsrailin müdafiə naziri İsrail Katzın Ofisi məlumat yayıb.

“İrana endirilən zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri Xətib də gecə saatlarında məhv edilib”, - o deyib.

Nazir bu gün əhəmiyyətli sürprizlərin olacağını açıqlayıb: “Bu gün bütün cəbhələrdə əhəmiyyətli sürprizlər gözlənilir. Bu sürprizlər İrana və “Hizbullah”a qarşı apardığımız müharibəni daha da gücləndirəcək”.

Katz həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə istənilən yüksəkvəzifəli İran rəsmisini zərərsizləşdirmək barədə əmr verdiklərini əlavə edib.

Qoşqar Təhməzovun qida təhlüksəziliyi "sıfır"dır - “Çinar” ŞOR insanları belə zəhərləyir -VİDEO


Vətəndaş “Çinar” süd məhsulları müəssisəsinin istehsalı olan “İvanovalı” şor məhsulunun içindən çıxarışları paylaşıb.

Bununla bağlı videonu Ömər Nazlı Başol xanım Feysbukda paylaşıb. O deyib ki, əldə etdikləri şorun üçündən qəribə üçün material çıxarıb. O həmin ağ maddənin nə olduğunu bildiyini bildirib.

Qeyd etmək lazımdır ki, sözügedən şorun hüququ olan müəssisə fiziki şəxs Tural İsmayılovdur. Sifarişçi olur Şərifov Rəşad Nurəddin oğludur. Müəssisənin ünvanı kimi Bərdə rayonu ərazisində. Ancaq nə sözügeÇinar” süd məhsulları müəssisəsi ilə bağlı, nə də bağlı “Tural İsmayılovla internet resurslarında heç bir əlavə məlumat çırmır.(Bizimesr.az)

Şikayətçinin çəkib paylaşdığı videonu təqdim edirik:

"Nargilə Residence"dən mənzil alanları belə aldadıb - ÇIXARIŞ, QARAJ DƏRDİ


"Nargilə Residence" yaşayış kompleksinin sakinləri aldıqları mənzilin çıxarışını əldə edə bilmirlər. Oxu.Az-a müraciət ünvanlayan sakinlər iddia ediblər ki, Bakının Xətai rayonunun Cavanşir küçəsi 6 ünvanında yerləşən, "Məkan" Məhdud Məsuliyyətli Müəssisə (MMM) tərəfindən inşa edilən binada yaşayış olmasına baxmayaraq çıxarışlar təqdim olunmayıb.

Sakinlər bildiriblər ki, illərdir borclarını ödəyib bitiriblər, lakin mülkiyyətə dair sənədi ala bilmirlər: "Binanın 90 faizində yaşayış var. Buna baxmayaraq bizə verilən vədlərə əməl olunmur. Ödənişini uzun müddətdir yekunlaşdıran sakinlərin heç birinə çıxarış verilməyib. Aidiyyəti dövlət qurumundan bizə bildirildi ki, qeyd olunan ünvanda yaşayış binasının istismarına icazə alınması üçün sifarişçi "Məkan" MMM tərəfindən müvafiq orqana müraciət daxil olmayıb.

Heç kimə təhvil-təslim aktı verilməyib. Təqdim olunmuş müqavilənin isə heç bir hüquqi əsası yoxdur.

Bu binada hər şey sanki biznesdir, qaraj ödənişləri bir gecədə iki dəfəyə qədər qiyməti artırılıb. Əvvəl 50 manat ödəyirdik, indi isə 100 manatdır. Qarajın satış qiyməti isə o qədər yüksəkdir ki, almağımız mümkün deyil".

Məsələ ilə bağlı sözügedən gedən müəssisəyə ünvanladığımız sorğu cavabsız qalıb. Qarşı tərəf mövqe bildirərsə, işıqlandırmağa hazırıq.

Oxu.Az

23 azərbaycanlı Almaniyadan geri qəbul edildi



23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.

“TamStore” də müştəriləri aldadırlar? Vaxtı keçmiş məhsullar…..



İnstaqramın “Nə yeyib, nə içirik?” adlı səhifəsi “TamStore” supermarketlər şəbəkəsindəki rüsvayçı vəziyyəti ictimailəşdirilib. Sözügedən videonun hazırladığı video “TamStore”da məhsul, istehsal tarixi, məhsul məlum olmayan kolbasalar, kiflənmiş, qaralmış, istifadəyə tam yararsız olan yağlar satılır.

Xalq xəbər verir ki, kiflənmiş yağlar təzə məhsul kimi rəflərə yığılaraq endirimlə satışa təqdim edilib. Videodan məlum olur ki, endirimə qoyulan “Atena” yağlarının heç də biri deyil, hamısı eyni vəziyyətdə – kiflənmiş, qaralmış formadadır. Buna baxmayaraq “TamStore” heç bir yoxlama, nəzarət aparmadan xarab yağları rəflərə düzüb.

“TamStore”da problem təkcə yağlarla bağlı deyil. Marketdə istehsal tarixi, şirkət şirkəti olmayan kolsalar da açıq formada satılır. Sözügedən kolbasalar çox alınmadığı üçün başqa kolbasaların yanında hədiyyə olaraq təqdim edilir. Adətən metro çıxışlarında gizli formada satılan məhsul hansı heyvanın ətindən olduğu məlum olmayan bu cür kolbasaları “TamStore” şirkətinə hədiyyə adı ilə satır. ki, “TamStore” supermarketlərinin sahibi olan “TamStore” MMC “Avrora Qrup” ilə 2023-cü ildə qurulub. “TamStore” MMC-nin qanuni təmsilçisi Ceyhun Yusubov Lətif oğludur.

“Avrora Group”un qanuni nümayəndəsi Samir Natiq oğlu Əliyev, baş direktoru Ceyhun Yusubovdur. Qarşı tərəfi dinləməyə hazırıq.

“TamStore”un məhsul rəflərindəki rüsvayçılıqla bağlı videonu təqdim edirik:(Xalq.online)

Pırşağıda “Avtoyuma” məntəqəsinin tikintisinə hansı məmur icazə verib?



Sabunçu rayonu Pırşağıda Ağa Əlizadə küçəsində aparılan tikinti işləri ətraf sakinlərin narazılığına səbəb olub.

İddialara görə, heç bir icazəverici sənədi olmayan ərazidə “avtoyuma” məntəqəsi açılması planlaşdırılır. Həyata keçirilən tikinti işlərinin qanuni əsasları ilə bağlı ciddi suallar yaranıb.

Sakinlərin bildirdiyinə görə, sözügedən ünvanda aparılan tikinti işlərinin icazə sənədləri barədə rəsmi məlumat təqdim olunmayıb.

Hətta bəzi sakinlər tikintinin müvafiq qurumların razılığı olmadan aparıldığını iddia edir. Onların sözlərinə görə, tikinti prosesi sürətlə davam etdirilsə də, ərazi üzrə təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına tam riayət olunub-olunmaması məlum deyil.

Məsələ ilə bağlı yerli sakinlər bildirirlər ki, tikinti işlərinin hansı əsasla və kimlərin razılığı ilə aparıldığının araşdırılması vacibdir. Çünki yaşayış massivinin daxilində aparılan bu cür tikintilər həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi problemlər yarada bilər.

Qeyd edək ki, belə hallarda tikinti işlərinin qanuniliyinə nəzarət edən qurumlar – xüsusilə də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılması zəruri hesab olunur.

Ümid edilir ki, aidiyyəti qurumlar məsələ ilə bağlı mövqelərini açıqlayacaq və aparılan tikintinin qanuniliyinə aydınlıq gətiriləcək. Əks halda, sakinlərin narahatlığı daha da artacaq və məsələ ictimai müzakirələrin mövzusuna çevrilə bilər.

Aidiyyatı qurumlarında fikirlərində dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

"Neo Motors" da çinli iş adamının əməlindən zərər çəkib


Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 753.560,02 manat vergi borcu yaranıb.

Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, adı "NEO Motors" MMC ilə işbirliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı. /Qaynarinfo/

"Verteba” klinikasın tibb təhsili olmayan həkimlər işləyirmiş - ADLAR


Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Verteba” klinikasında yoxlama keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.

Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.

Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “Verteba” klinikası 6000 manat cərimələnib.

Qeyd edək ki, “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.

Teleqraf

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55