İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur



İran Prezidenti Məsud Pezeşkian bu ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edə bilər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib.

Eyni zamanda, o qeyd edib ki, Pezeşkianın səfəri ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

"İran İslam Respublikasının nümayəndə heyəti adətən hər il prezident səviyyəsində Baş Assambleyanın sessiyasında iştirak edir. Bu, BMT-nin ən vacib illik tədbiridir və mövqeyimizi çatdırmaq üçün həmişə bu fürsətdən istifadə etmişik. Bu il də bu imkandan yararlanmağı planlaşdırırıq. Əlbəttə, hər şey vəziyyətdən asılıdır və bu məsələ ilə bağlı məlumat yaxın həftələrdə təqdim olunacaq", - İ.Bəqai qeyd edib.

Almaniyada Bundsverin ölkə daxilində yerləşdirilməsi təklif olunub


Almaniyanın Şlezviq-Holşteyn torpağının Baş naziri Daniel Günter dron təhlükəsi ilə əlaqədar Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ölkə ərazisində yerləşdirilməsinə icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

Bu barədə "ntv" məlumat yayıb.

Onun sözlərinə görə, bu məqsədlə hətta konstitusiyaya dəyişiklik edilməsi zəruri ola bilər.

"Çünki dronların yaratdığı təhlükənin beynəlxalq və ya daxili xarakter daşıdığını ayırd etmək demək olar ki, qeyri-mümkündür. Buna görə də hesab edirəm ki, biz Əsas qanuna (Almaniya konstitusiyasına) dəyişikliklərin edilməsini müzakirə etməliyik və ümid edirəm ki, müəyyən nəticələr əldə edə biləcəyik", - D.Günter qeyd edib.

O, xarici və daxili təhlükəsizlik məsələlərində federal hökumətlə federal torpaqların hökumətləri arasında səlahiyyət bölgüsünün artıq məqsədəuyğun olmadığını bildirib. Baş nazirin sözlərinə görə, müasir təhdidləri nəzərə alaraq, federal hökumətin və federal torpaqların hökumətlərinin səlahiyyətləri daha da birləşdirilməlidir.

“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”


“Rusiya tərəfi Ukrayna münaqişəsinin həlli mövzusunda Almaniya ilə heç bir rəsmi danışıqlar aparmayıb”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

“Almaniya ilə Ukrayna münaqişəsinin mövzusunda heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikasını və praktiki addımlarını nəzərə alsaq, bu cür təmaslar çətin ki, mümkün olsun”, - nazir müavini qeyd edib.

Bununla belə, Qaluzin ictimai qrupların nümayəndələrinin qeyri-rəsmi təmaslarının mövcud olduğunu vurğulayıb.

“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələrinin qeyri-rəsmi görüşlərinə gəldikdə isə, onlar olub və davam edir”, - rusiyalı diplomatı deyib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın “The Times” nəşri Bakıda Almaniya ilə Rusiya arasında qeyri-rəsmi təmasların baş tutduğu barədə məlumat yayıb. Məlumata görə, Almaniya nümayəndə heyətinə sabiq kansler Angela Merkelin administrasiyasının keçmiş rəhbəri Ronald Pofala və Brandenburg bölgəsinin keçmiş rəhbəri Mattias Platsik, Rusiya nümayəndə heyətinə isə Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və “Qazprom”un direktorlar şurasının sədri Viktor Zubkov daxil olub.

Xanımının doğum günündə vəfat edibmiş...


“Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var. Yoldaşının dünyasını dəyişdiyi gün həm də bacımın doğum günüdür”.

Bu sözləri həyat yoldaşını itirən tanınmış bloqer Pərvin Səfiyarovanın bacısı Nərmin İbrahimova “Instagram” paylaşımında bildirib.

“Üstəlik, həyat yoldaşı onun gözlərinin önündə son nəfəsini verib... Bu, heç vaxt yaddaşından silinməyəcək bir ağrıdır. Hər il həmin tarix gələndə onun üçün sadəcə bir doğum günü olmayacaq, həm öz doğulduğu gün, həm də həyatının ən ağır itkisini yaşadığı gün olacaq”, - N.İbrahimova qeyd edib.

Onun sözlərinə görə, vəfatından bir neçə ay öncə Emin Səfiyarov qəza keçirib: “Üç ay əvvəl bir qadın magistrala maşın sürməyi öyrənməyə çıxmışdı. Yanında isə təlimçisi var idi. Həmin gün Eminin qarşısına qəfil çıxıb maşını aşırtdı. Eminin maşını, demək olar ki, konserv kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik - Eminin o maşından sağ çıxmasına...

Sən demə, o qəza Eminin həyatını 3 ay sonra əlindən alacaqmış... Həkimlərin son diaqnozu tromboemboliya oldu. Qəfil rəhmətə getdi. Ürəyi və ciyərləri dayanıb. Biz hələ də bu dəhşəti qəbul edə bilmirik”.

Xatırladaq ki, qəfil vəfat edən E.Səfiyarov tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı olub. O, özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb.

“Qafqazinfo”

Avropaya çatmaq arzusu faciə ilə bitdi


Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya paraşütlə keçməyə çalışan gənc miqrant dənizə düşərək həyatını itirib.

Bu barədə İspaniyanın EFE xəbər agentliyi mülki mühafizə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Səhraaltı Afrikadan olan gənc qeyri-qanuni miqrant Mərakeşdən Seutaya paraşütlə çatmağa cəhd edib.

Miqrant keçid zamanı paraşütün idarəetməsini itirib və dənizə düşüb. Hadisədən sonra xilasetmə və axtarış qrupları əraziyə cəlb olunub.

Axtarışlar nəticəsində miqrantın cansız bədəni dənizdən çıxarılıb.

Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı



“Hazırda Ukraynanı dünyanın azı 72 ölkəsindən olan təxminən 16 min nəfər əcnəbi könüllü müdafiə edir”.

Bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova ölkənin xarici diplomatik qurumlarının rəhbərlərinin müşavirəsində bildirib.

Reşetilova həmin şəxslərin, demək olar ki, 40%-nin Latın Amerikası ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.

“Dövlətimiz əcnəbi hərbi qulluqçuların töhfəsini yüksək qiymətləndirir və onların hüquqlarının təmin edilməsi üçün öz məsuliyyətini dərk edir”, - o deyib.

"Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var


Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək.

Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq.

Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.

Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var


Husilər Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığı bildirilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki açıqlamasında hücumların Nəcran bölgəsindəki yaşayış məntəqələrinə qarşı həyata keçirildiyini söyləyib.

Onun sözlərinə görə, yaralanan şəxslərdən 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında 4 yaşlı uşaq və ikinci dərəcəli yanıq xəsarəti alan bir qadının da olduğu qeyd edilib.

Turki əl-Maliki husilərin mülki ərazilərə ayrı-seçkilik etməyən sursatlarla hücum etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.

Səudiyyə Ərəbistanından bir rəsmi “Reuters” agentliyinə bildirib ki, ölkə ABŞ və digər regional tərəfdaşlardan kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.

Rəsmi şəxs deyib ki, mümkün hücumların hədəfində enerji obyektləri, limanlar və hava limanları da daxil olmaqla, mülki və iqtisadi infrastruktur ola bilər.

Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib


Almaniya məhkəməsi 2025-ci ilin fevralında Münxendə nümayiş iştirakçılarının üzərinə avtomobil sürərək onların ölümünə səbəb olmuş şəxs ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə "Spiegel" yazır.

O, 2 qətl və 23 sui-qəsdə cəhddə, eləcə də digər cinayətlərdə təqsirli bilinib.

Məhkəmə cinayəti xüsusilə ağır hesab edib ki, bu da onun 15 ildən sonra vaxtından əvvəl şərti azadlığa buraxılma imkanını xeyli çətinləşdirir.

Qeyd edək ki, bundan əvvəl o, Münxendə avtomobili qəsdən nümayişçilərin üzərinə sürdüyünü etiraf edib.

İspaniyaya 72 min qanunsuz miqrant keçib


İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrant Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə daxil olub.

Bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.

Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56