Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO

Gündəm / Cəmiyyət Сегодня, 09:46


Təhsil idarələri icra hakimiyyətlərinin tabeliyindən çıxarılıb regional idarəetməyə keçirilsə də, görünür, yerlərdə köhnə idarəçilik vərdişləri hələ də qalır.
Səlahiyyət bölgüsü məlum olsa da, praktikada icra başçıları yenə də təhsil sahəsinə, məktəblərdəki proseslərə birbaşa müdaxilə etməyə çalışırlar.
Şimal bölgəsində də bu mənzərənin təsirlərini ara-sıra görürük. Məsələn, ötən həftə Siyəzən RİH-nin başçısı Novruz Novruzov səlahiyyət və vəzifə bölgüsünə heç bir aidiyyəti olmasa da, rayonun Zarat kənd orta məktəbini ziyarət edib, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olub.
İcra başçısı məktəb binası ilə tanış olarkən təmir işlərinin keyfiyyətsiz aparıldığını sərt şəkildə tənqid edərək rayon təhsil sektorunun müdirinə etirazını bildirib. Amma icra başçısının bu görüşü nə bir səyyar vətəndaş qəbulunun tərkib hissəsi olub, nə də bir şikayət əsasında baş tutub. Bu təəssübkeş səyyar səfər barədə heç RİH-nin rəsmi səhifələrində belə hər hansı bir paylaşım edilməyib. Novruz Novruzov məktəb binasının təmirinin natamam və keyfiyyətsiz aparıldığını irad bildirərək sektor müdirindən bir növ hesab sorub.
​Regionun digər rayonu — Qusarda isə bu sferadakı mənzərə bir qədər fərqlidir. Rayona icra başçısı təyin edildiyi gündən bəri rayonda təhsilin ümumi mənzərəsindən və sektor müdiri Naira Klıçavanın fəaliyyətindən narazı olan Sahir Məmmədxanov bu qətiyyətli fikrində və iradında haqq sahibi və haqlı hesab edilirdi. Doğrudan da, Qusarda təhsilin həm statistikası, həm də idarəetmə sahəsindəki səriştəsizliyi hər addımda hiss edilir və sezilirdi. Sahir Məmmədxanov hətta sektor müdirinin dəyişdirilməsi istiqamətində də öz təəssübkeş mövqeyini dəfələrlə bəyan edərək açıq şəkildə ifadə etmişdi.
Bu mövqe hətta daha sonradan qəzəbə çevrilərək başçının səyyar vətəndaş qəbullarında sektor müdirini görmək belə istəməməsi həddinə qədər irəliləmişdi. Amma daha sonra icra başçısı bu qətiyyətli mövqeyini loyallaşdıraraq sektorun və sektor müdirinin fəaliyyətini qənaətbəxş hesab etdiyini ifadə edəcək qədər dəyişdi. Çox yox, bir ay bundan əvvələ qədər qəbullanmadığı sektor müdiri barədə bir aydan sonra “fəaliyyətinizdən razıyam” sözlərini təbəssümlə ifadə etdi. Maraqlıdır, bu qısa müddətdə icra başçısı üçün dəyişən rayon təhsilinin keyfiyyəti oldu, yoxsa nə?
​Şübhəsiz ki, təhsil bu qısa müddət ərzində nəticə və göstəricilər baxımından möcüzəvi şəkildə dəyişməyib. Köhnə problemlər də, idarəetmədəki boşluqlar da yerində qalır.
Dəyişən yeganə məqam icra başçısının sərt tənqiddən təbəssümlə razılığa keçən ritorikasıdır.
Bu isə göstərir ki, regionda təhsilə müdaxilələr çox vaxt real problemlərin həllinə yox, yerli məmurların öz münasibətlərini tənzimləməsinə xidmət edir.
7times.az

Xəbər lenti

Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
11:46
Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
11:20
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
10:44
"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
09:52
Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
09:46
“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...
03:00
Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49