"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ

Gündəm / Cəmiyyət Сегодня, 09:52



"Bu yaxınlarda dişimdə yaranmış problemlə əlaqədar Bakıxanov qəsəbəsində yerləşən "Sağlam Diş" Müasir Diş Stomatoloji Mərkəzinə müraciət etdim..." Bunu özünün sosial şəbəkə hesabında Azər Qurbanov adlı sosial şəbəkə istifadəçisi yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Qəbul zamanı artıq sığortalı xəstə olduğum onlara məlum idi. Həkim dişimi müayinə etdikdən sonra kökündə iltihab yarandığını əsas gətirərək müalicə etmək əvəzinə, çəkilməsini məsləhət gördü. Bir qədər tərəddüd etsəm də, həkimin tövsiyəsi ilə razılaşdım və dişim çəkildi.

Prosedur başa çatdıqdan sonra həkimə təşəkkür edib sağollaşarkən onun «Ödənişi aşağıda, qəbul şöbəsində edərsiniz» deməsi məndə təəccüb doğurdu. Axı mən sığortalı xəstə idim. Düşündüm ki, yəqin məni başqa xəstə ilə səhv salıblar.

Lakin qəbul şöbəsinə yaxınlaşanda ödəniş etməli olduğum bildirildi. Sığortalı olduğumu, dişimdə heç bir estetik müdaxilə aparılmadığını, sadəcə çəkildiyini izah etdim. Buna baxmayaraq, əməkdaş öz mövqeyində qalaraq ödəniş tələb etdi.

Məni təəccübləndirən əsas məsələ isə başqa idi: əgər bu klinikada diş çəkilməsi sığorta təminatına daxil olmayan ödənişli xidmətdirsə, bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər? Xəstə xidmət almamışdan əvvəl onun hansı şərtlərlə göstəriləcəyini bilməli deyilmi?

Yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün institutumuzun əməkdaşlarının sığorta xidmətləri ilə əlaqələrini təşkil və nəzarət edən Ənvər Abdullaya müraciət etməli oldum. Onun məsələyə ciddi yanaşması və müdaxiləsi nəticəsində bir müddət sonra qəbul şöbəsinin əməkdaşı ödəniş etməyəcəyimi bildirdi və üzrxahlıq etdi.

Əlbəttə, burada Ənvər Abdullanın məsələyə operativ və məsuliyyətli yanaşmasını xüsusi qeyd etmək istərdim.

Ancaq bütün bunlardan sonra bir sual məni düşündürür:

Özəl stomatoloji klinikalar sığortalı xəstələrə niyə bəzən bu cür münasibət göstərirlər? Bu, sığorta qaydalarının düzgün bilinməməsindən irəli gəlir, yoxsa sığortalı xəstəyə qarşı formalaşmış müəyyən münasibətin göstəricisidir?

Məncə, xəstənin sığortalı olması ona qarşı diqqətsiz və ya fərqli münasibət göstərilməsinə əsas verməməlidir. Ən azı, göstərilən xidmətin ödənişli və ya sığorta təminatına daxil olması barədə xəstə əvvəlcədən məlumatlandırılmalıdır.

Sığorta xəstəyə qayğı və rahatlıq yaratmaq üçündür, əlavə narahatlıq yox!.."

Dia-az

Xəbər lenti

Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
11:46
Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
11:20
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
10:44
"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
09:52
Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
09:46
“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...
03:00
Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49