“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...

Təhsil / Araşdırma Сегодня, 03:00

“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...


Bu günlərdə Xebermedia.info-ya daxil olan məlumata görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik etdiyi dövrdə İlhamə Abdullayeva barədə məlumatların onun tabeliyində çalışan məktəb direktoru vasitəsilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ötürüldüyü iddia olunur. Mənbə həmin şəxsin Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin direktoru Hicran Nəsirova olduğunu bildirir. İddianın mahiyyəti təkcə məlumatın kimdən gəlməsində deyil. Mənbənin sözlərinə görə, məlumatı Nəsirovadan Agentlik özü istəyib, daha sonra isə həmin məsələlər tanınmış təhsil ekspertinin açıq efirdəki çıxışında səslənib. Ekspertə məlumatı ötürülməsi elə Hicran Nəsirovadan alındığının maddi subutlarına qədər hər bir addımba addım subut edilmişdir. Tnınmış ekspert isə subutlara söykənan çəxışını elə səlis və qanun çərçivəsində cəmiyyətə ərz etmişdir.

Mənbə bildirir ki, çıxışla bağlı paylaşımlar bir neçə saat ərzində silinməyə başlayıb və ertəsi gün artıq əlçatan olmayıb.

- Məqsəd İlhamə Abdullayevanın fəaliyyəti ilə bağlı konkret məsələləri araşdırmaq idisə, Agentlik hansı qənaətə gəlib?
- Yoxsa mənbənin iddia etdiyi kimi, çıxış regional rəhbərə gözdağı vermək məqsədi daşıyıb?


Paylaşımların hansı səbəbdən və kimin qərarı ilə silindiyi aydın deyil.

Bu epizodu yenidən gündəmə gətirən Hicran Nəsirovanın daha böyük müəllim və şagird kollektivi olan Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbə direktor təyin edilə biləcəyi barədə məlumatdır. Mənbə ehtimal olunan yerdəyişməni əvvəlki hadisə ilə əlaqələndirir. Onun iddiasına görə, Nəsirovaya imtahan mərhələsindən təyinata qədər dəstək göstərilir və daha böyük məktəbə rəhbərlik vaxtilə Agentliyə ötürdüyü məlumatın qarşılığında veriləcək mükafat kimi nəzərdə tutulur. Redaksiyaya nə təyinat əmri, nə də belə bir razılaşmanı təsdiqləyən sənəd təqdim olunub.

Direktorun öz rəhbəri barədə yuxarı quruma məlumat verməsi özlüyündə qınaq predmeti deyil. Araşdırılmalı məsələ başqadır.
- Əgər məlumatlar məktəblərin fəaliyyətindəki nöqsanlarla bağlı idisə, onlar yoxlanılıbmı və nəticədə hansı tədbir görülüb?
- Əgər Hicran Nəsirovanın daha böyük məktəbə rəhbərliyi həqiqətən nəzərdən keçirilirsə, onun 42 nömrəli məktəbdə əldə etdiyi hansı nəticələr bu seçimə əsas verir?


Bu iki suala konkret cavab həm İlhamə Abdullayeva barədə səslənən fikirlərə, həm də Nəsirovanın peşəkar fəaliyyətinə ədalətli qiymət verməyə imkan yaradar.

Cənab Eşqi Bağırov, sualımız birbaşa Sizədir.
- Agentlik İlhamə Abdullayeva barədə Hicran Nəsirovadan məlumat istəyibmi?
- Həmin məsələlərin ekspert tərəfindən ictimailəşdirilməsində Agentliyin iştirakı olubmu?
- Nəsirovanın 18 nömrəli məktəbə təyinatı müzakirə edilirsə, onun namizədliyini kim irəli sürüb, hansı seçim qaydası tətbiq olunur və imtahanla müsahibənin nəticələri bu qərarda hansı rol oynayır?


18 nömrəli məktəbin kollektivi üçün əsas sual budur - gələcək direktor bu etimadı hansı işi ilə qazanıb? Seçimin meyarları və namizədin nəticələri açıqlandıqda, “haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” sualına da faktlarla cavab vermək mümkün olacaq.

Xebermedia.info adı çəkilən şəxslərin, Məktəbəqədər və Ümumtəhsil Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırdır.

YENİLƏNDİ: 08:00

Qeyd edilən şəxslə bağlı 18 saylı məktəbin daxilindən verilən məlumata görə artıq Hicra Nəsirovanın təyinatını Elxan Nəcəfli şəxsən təkollektivə təqdim etmək üçün gələcəyi deyilir. Elxan Nəcəflini Hicran Nəsirovanı kollektivə təqdim etməyə vadar edən qüvələr görün nələrə qadir imiş. Hələ filmin bitdiyi yerdə deyilik. Amma filinim başındada olmadığımız aydın görünməkdədir. Hicran Nəsirovanın Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbə təyinatı heçdə kollektiv arasında xoş qarşılanmadığı narazılığın birinci gündən baş qaldırmasıda növbəti günlərdə xeyli səsli-küylü təhsil prosesini izləyəcəyimizə işarədir...

Xəbər lenti

Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
11:46
Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
11:20
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
10:44
"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
09:52
Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
09:46
“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...
03:00
Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49