“Möcüzə” marketdə "Mocuzə"lər davam edir - Dayısı yuxarıdadır kim ona nə deyə bilər...

Gündəm / Cəmiyyət 8-06-2026, 08:52


Sosial şəbəkələrdə yayılmış video materiallar və redaksiyamıza daxil olan vətəndaş müraciətləri əsasında aparılan jurnalist araşdırması, ölkənin ticarət sektorunda istehlakçı hüquqlarının necə kobud şəkildə tapdalandığını və qanunların açıq-aşkar heçə sayıldığını növbəti dəfə ortaya qoyur. Növbəti hüquqi qanunsuzluq və gizli dövriyyə faktı paytaxtda fəaliyyət göstərən “Möcüzə” market tərəfindən qeydə alınıb. Mağazadan alış-veriş edən vətəndaşa təqdim olunan ödəniş sənədinin fotoşəklindən də açıq şəkildə görünür ki, market rəhbərliyi müştərilərə yalnız daxili uçot xarakteri daşıyan, üzərində heç bir rəsmi rekvizit, VÖEN, mağazanın tam hüquqi adı və fiskal ID əks olunmayan adi bir kağız parçası təqdim edir. Qəbzin yuxarı hissəsində sadəcə mücərrəd şəkildə "Market" sözü yazılıb və yalnız tarixlə bərabər daxili kassa aparatının nömrəsi (MEYVE-03) qeyd olunub. Bu cür adsız və rekvizitsiz sənədin rəsmi ödəniş qəbzi kimi təqdim edilməsi həm vergi qanunvericiliyinin kobud şəkildə pozulması, həm də kölgə iqtisadiyyatının bariz nümunəsidir.
“Möcüzə” marketin bu fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bir neçə fundamental istiqamətini eyni anda iflic edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əsasən, əhali ilə pul hesablaşmaları aparan ticarət obyektlərində nəzarət-kassa aparatlarının tətbiqi mütləqdir və istehlakçıya verilən çekdə vergi ödəyicisinin adı, VÖEN-i, çekin rəsmi fiskal rekvizitləri və QR-kodu mütləq şəkildə əks olunmalıdır. Bu məlumatların gizlədilməsi birbaşa nağd dövriyyənin gizlədilməsi və dövlət büdcəsindən vergi yayındırma faktına dəlalət edir ki, bu da Vergi Məcəlləsinin müvafiq maddələri ilə ciddi maliyyə sanksiyaları doğurur. Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 17-ci maddəsinə görə, malın satışı zamanı istehlakçıya malın dəyərini ödədiyini təsdiq edən rəsmi kassa çeki verilməlidir. Rəsmi rekvizitləri olmayan belə daxili qəbzlərin dövriyyəyə buraxılması ticarət obyektinə istənilən an məsuliyyətdən yayınma imkanı verir. Əgər vətəndaş həmin marketdən aldığı hər hansı məhsuldan, xüsusilə də keyfiyyətsizlik və ya yararlılıq müddətinin keçməsi səbəbindən zərər çəkərsə, yaxud kütləvi zəhərlənmə halı baş verərsə, məhkəmə və ya hüquq-mühafizə orqanları qarşısında bu qəbzlə həmin mağazanın məsuliyyətini sübut etmək hüquqi baxımdan demək olar ki, qeyri-mümkündür, çünki sənəddə satıcının hüquqi statusu tamamilə gizlədilib.

Biz, "Edliyyeinfo.az" informasiya portalı olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti vətəndaşların hüquqlarının tapdalanması və dövlət büdcəsindən vəsait yayındırılması hesabına baş verməməlidir. “Möcüzə” market və onun timsalında fəaliyyət göstərən oxşar ticarət obyektləri qanunun tələblərinə tabe olmalı, daxili, qanunsuz rekvizitli qəbzlərlə işləməyə son qoymalıdırlar. Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə redaksiyamız tərəfindən rəsmi sorğular ünvanlanacaq və məsələ tam hüquqi həllini tapana qədər diqqətimizdə saxlanılacaqdır. Vətəndaşlarımızı isə öz hüquqlarını qorumağa, hər bir alış-veriş zamanı təkidlə QR-kodlu rəsmi dövlət kassa çeklərini tələb etməyə çağırırıq.

Edliyyeinfo.az

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43