Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?


Azərbaycanda bir qrup şəxsə verilən aylıq müavinət kəsilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib.


Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay təltif olunan şəxslərin kart hesablarına köçürülüb.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.


Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasından (“Kənd-Qida-İş”) məlumatı “Yeni Sabah”a təsdiqləyiblər. Lakin əlavə şərh verməkdən imtina ediblər:


“Ömürlük müavinətlərin dayandırılması barədə qərarı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası verib. Biz isə onu icra etmişik”, – federasiyasadan bildirilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. O, zənglərə cavab verməyib.


Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var. Onlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri və hazırda Baş nazir Əli Əsədovun köməkçisi postunda çalışan Əhməd Əhmədzadədir.(Bizimesr.az)

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.

O, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.

Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.

Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.(Demokrat.az)

“Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...



Artıq bir neçə aydır ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri və rayonlar üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb.

Bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, bu barədə məlumatı təşkilatın sahə üzrə ekspertləri verib:

“Qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir.

Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəricilər, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır.

Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunmuş, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhdud – təxminən 160 simvoldan ibarətdir. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur.

Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər”.

M.Qəhrəmanlı bildirib ki, bütün bunları nəzərə alaraq, “Azəriqaz” İB tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir: “Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir”.(Bizimesr.az)

Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"


Neftçalada 1160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.

Bildlirir ki, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.

Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar "verilib". Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib. Kənd Təsərrüfatı nazirinin müvafiq əmri ilə Miradil Əhmədli Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bu vəzifəyə qədər Miradil Əhmədli Sabirabad

Xatırladaq ki, bundan əvvəl Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilməsi barədə məlumat dərc etmişdik. Sakinlər araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.

Qeyd edək ki, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədlidir.

Qaynarinfo

Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video


Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb.

Çaya sel gəlməsi və körpünün yaxınlığından keçən yolun da yararsız hala düşməsi ilə iki sahil arasında gediş-gəliş kəsilib. Bəzi sakinlər çayın üzərindən 20-25 metr hündürlükdən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır ki, bu da onların həyatları üçün çox təhlükəlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, sel nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq. “Əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb. Vətəndaşların hərəkəti alternativ yol mövcuddur və bu yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək”.

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR


“Zaminbank”ın (fəaliyyəti dayandırılıb-red) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.

Söhbət “Egerton Gardens” yaşayış kompleksində yerləşən mənzildən gedir.

Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də ortasında yerləşən öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür. Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür. Binanın inşa tarixi 1886-cı ilə təsadüf edir, memarlıq əsasən Viktoriya dövrünə aiddir. Burada tarixən məşhur şəxslər yaşayıb. Onlardan biri də İngiltərədə edam olunan son qadın Ruth Ellis olub.

“Egerton Gardens”in yerləşdiyi küçə çox sakit və trafikdən uzaqdır. Ətrafda əsasən varlı ailələr, diplomatlar və iş adamları yaşayır, təhlükəsizlik yüksək səviyyədədir. Bağ yalnız sakinlərə aid olduğu üçün özəl həyat çox qorunur. Bu, Londonun mərkəzində olub, amma səs-küydən uzaq bir həyat tərzi deməkdir.

Nadir İsmayılov belə bir əmlakın əldə çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb.

Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın “HSBC” bankında Nadir İsmayılov adlı hesabdan “Ata” təyinatı ilə köçürülmüş 2 470 000 Britaniya funt-sinterlinqi də aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır.

Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bu cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub.( Teleqraf)



Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI



Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.

XALQ xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Mübahisəyə səbəb olan və Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısı əldə olunub.

Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.

Onlardan bir neçəsini təqdim edirik:

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150.000 AZN;

2) Brilyant tək qaş üzük – 50.000 AZN;

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40.000 AZN;

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11.000 AZN;

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7.000 AZN;

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20.000 AZN;

7) brilyant üzük – 1.500 AZN;

8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0,5 karatlı 10 brilyant daşla – 1.500 AZN;

9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

11) Qızıl qolbaq xırda brilyantlarla – 1.500 AZN;

12) Sadə qızıl qolbaq – 700 AZN;

13) Qızıl üzük kiçik brilyantla – 550 AZN;

14) Rado İsveçrə saat – 4.400 AZN;

15) Tissot saat – 3000 AZN;

16) Versace Hellenyium saat – 2266 AZN;

17) Swarovski saat – 824 AZN;

Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.

Xalq.online

Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib


Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tıxaclara qarşı mübarizə və yol-nəqliyyat sisteminin inkişafı çərçivəsində mühüm layihələr icra etdiyi, böyük uğurlara imza atdığı birmənalıdır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli məmur və yetkililərin tamahkarlığı nəticəsində bu layihələrin icrası zamanı vətəndaşların mülkiyyət hüquqları kobud şəkildə pozulur, onlara çatmalı olan vəsaitlər müxtəlif formada mənimsənilir. Bu isə haqlı olaraq sadə vətəndaşların narazılığına səbəb olur, onlarda inamsızlıq və qəzəb hissi formalaşdırır.
TEREF yazır ki, bunu poçtumuza daxil olan məktubda müəllif yazır. Müəllif daha sonra qanunsuzluqların baş verdiyi ünvanı göstərərk davam edir:
Məlumat üçün qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Saleh Məmmədov dönəmindən qalma bu cür neqativ hallar günümüzdə də davam etməkdədir. Xüsusilə də Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun inşası zamanı vətəndaşların haqlarının tapdalanması prosesinə daha çox rast gəlinir. Belə ki, AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin fəaliyyəti ciddi narazılıq doğurur. Adıçəkilən şöbənin üç əməkdaşı – Surət, Mehman və Elvin adlı məmurlarla bağlı narazılıq isə daha çoxdur.
Fatmai, Mehdiabad, II Sovxoz, Bitçililik İnstitutunun yaxınlığındakı ərazilərdə yol çəkilişi ilə bağlı ciddi narazılıq müşahidə edilməkdədir. Mehdiabad yaxınlığında da yol çəkilişi və körpü inşası vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbi ilə narazılıqla qarşılanmaqdadır.
Vətəndaşların verdiyi məlumata görə, AYDA-nın “3 muşketyoru” müxtəlif bəhanələrlə vətəndaşların kompensasiya almasını məhdudlaşdırır, onların sahib olduğu torpaq sahələrini öz qohumlarının adına aşağı qiymətə sənədləşdirir, daha sonra yol-körpü layihəsi səbəbilə plana düşən həmin torpaq sahələrinə görə yüksək məbləğdə kompensasiya əldə edirlər.
Bundan başqa, Saleh Məmmədovun yetirmələri vətəndaşları daha aşağı məbləğdə kompensasiyaya razı salmaq üçün onların sahib olduqları çıxarışların etibarlılığına əsassız iradlar tutur, bəzi hallarda yol layihəsi keçən torpaq sahələrinin yarısı, yaxud bəlli bir qismi üçün kompenssiya ödəmirlər. Bəzi ərazilərdə vətəndaşlara heç bir ödəniş etmədən onların sahib olduqları torpaq üzərində körpü qovşaqları inşa edilib ki, bu da ciddi qanun pozuntusu deməkdir. Hətta iş o yerə çatıb ki, bu şəxslər Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlara əvəzsiz olaraq verilən və onların tam mülkiyyəti olan torpaq sahələri ilə bağlı da vətəndaşlara hədə-qorxu gəlir, onlara çatmalı olan vəsaiti mənimsəmək üçün min bir üsula əl atırlar.
Yaxın günlərdə sizi adıçəkilən adamların yol verdiyi qanunsuzluqlarla daha ətraflı tanış edəcəyik.
TEREF

Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.

Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.

İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir.

Məsələ bununla da yekunlaşmır.

Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.

Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir: dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.

Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.(Bizimesr.az)

Mövzu ilə bağlı AAYDA-nın və 7 nömrəli Yol İstismar İdarəsinin də mövqeyini öyrənməyə, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT


"Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb.

Tiraj.az xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Mərkəzi Banka qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsi, yaxud düzgün təqdim edilməməsi) maddəsi ilə iş başlanıb və o, 1000 manat cərimələnib.

"Fizza Pay” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 645 100 manatdır. Şirkətin qanuni təmsilçisi Dursunov Azad Nizami oğludur.
Ondan əvvəl MMC-nin qanuni təmsilçisi Mirzəməmmədli Orxan Kamran oğlu olub. Azad Dursunov cari ilin aprelin 1-də onu əvəzləyib.

"Fizza Pay” şirkəti ödəniş əməliyyatlarının ekvayrinqi, eləcə də ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri üzrə fəaliyyət göstərir.(Tiraj.az)

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55