Elçin Məsiyev ÇL oyununa təyinat aldı


Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

O, II təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larn” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, iyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

DÇ finalının fasiləsi uzadılacaq


2026-cı il dünya çempionatının finalında fasilə ilk dəfə xüsusi şou proqrama görə uzadılacaq.

Adətən 15 dəqiqə olan fasilənin 30 dəqiqəyə çatdırılması planlaşdırılır.

Şounun bədii rəhbəri “Coldplay” qrupunun solisti Kris Martin olacaq. Proqramda Castin Biber, Şakira, BTS, Madonna və digər məşhur ifaçılar səhnə alacaqlar.

Qeyd edək ki, IFAB qaydalarına görə, matçın fasiləsi 15 dəqiqədir və yalnız hakimin razılığı ilə dəyişdirilə bilər.

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır


Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.


Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq.


Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.


Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


“Qarabağ” - “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.


Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar


20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).


Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).


VAR: Luka Çibelli (İsveçrə).

“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı


Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlseni məğlub etməsindən danışıb.

Şahmatçımız “Qafqazinfo”ya açıqlamasında norveçli qrossmeysteri məğlub etməsindən və onunla oyunda çəkilən fotodan danışıb.

Belə ki, həmin fotoda tabloya baxan A.Süleymanlının təəccübü diqqət çəkir. Şahmatçımız isə həmin anları belə şərh edib: “Həmin şəkildən bir neçə saniyə öncə matçın tablosuna baxdım və hesabın 2.5-2.5- yəni bərabərə olduğunu gördüm və düzünü desəm, buna heç inanmadım. Həmin an anladım ki, mən qələbə qazansam, komandamız da qələbə qazanacaq. Bundan sonra əlimdən gələn qədər hisslərimi cilovlamağa çalışıb oyuna konsentrasiya oldum. Nəticədə yaxşı vəziyyətimi qələbəyə çevirə bildim”.

A.Süleymanlı həmçinin illər öncə “İctimai TV”də Maqnus Karlsenlə oynamaq istədiyini dediyi görüntülər barədə də fikirlərini bildirib. O, “Maqnusu məğlub edib arzunuza çatdınız?” sualına belə cavab verib: “Ona qalib gəlmək arzularımdan biri idi və çox sevinirəm ki, reallaşdı, amma bu təbii ki mənim ən böyük arzum deyildi, ümid edirəm ən böyük arzum da tezliklə reallaşar, bunun üçün çox çalışmaq lazımdır”.

Qrossmeyster Maqnusa qalib gəldikdən sonra ilk olaraq ailəsi ilə danışdığını da sözlərinə əlavə edib: “Elə qalib gəldikdən sonra dərhal ailəmə zəng vurub onlara Maqnus Karlsenə qalib gəldiyimi dedim. Onlar mənim hər oyunuma canlı baxırlar və təbii ki, mən zəng vurmamışdan qabaq artıq qalib gəldiyimi bilirdilər. Məni təbrik etdilər və növbəti turlarda da qazanacağımı dedilər”.

A.Süleymanlı 2003-cü ildə, 15 yaşında ikən Qarri Kasparovu məğlub edərək dünyaya səs salan Teymur Rəcəbovla müqayisə olunmasına münasibət bildirib: “Əslində, oyundan sonra komanda yoldaşlarımızla elə bu barədə danışırdıq, lakin bir şey də var ki Teymur Rəcəbov bunu edəndə onun 15 yaşı var idi. Mənə görə onun etdiyi daha böyük bir uğurdur”.

ABŞ onlara viza vermədi


ABŞ futbol üzrə dünya çempionatında İran milli komandasını müşayiət edəcək bəzi məsul şəxslərə viza verməyib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Məlumata görə, İran milli yığma komandasının meneceri Mehdi Məhəmmədnəbi, Futbol Federasiyasının baş katibi Hidayət Mömbini, milli komandanın icraçı direktoru Mehdi Xərati, media direktoru Möhsən Mötəmədkiya, milli komandanın media nümayəndələrindən Siyamək Qılıçxani və daha bir neçə nəfərə viza verilməyib. 

Bununla belə, bu şəxslərin İran milli komandası ilə birlikdə Meksikaya gedəcəyi bildirilir. Hazırda viza alınması üçün səylər davam etdirilir. 

Qeyd edək ki, İran milli komandası Meksikada məskunlaşacaq. Komanda qrup mərhələsindəki oyunlarını isə ABŞ-nin  Los-Anceles və Sietl şəhərlərində keçirəcək. Dünya çempionatının G qrupunda yer alan İran yığmasını Belçika, Misir və Yeni Zelandiya ilə oyunlar gözləyir.

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.

Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Joze Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verib


Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Bu barədə NTV məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin bu addımı atmasına səbəb Super Liqada çalışdığı dövrdə Türkiyə Futbol Federasiyası tərəfindən ona verilən cəzalar olub.

Mourinyonun həmin qərarlarla bağlı hüquqi müstəvidə mübarizə aparmaq istədiyi bildirilir. Təcrübəli baş məşqçi Türkiyədə çalışdığı müddətdə bir neçə dəfə açıqlamalarına və davranışlarına görə TFF tərəfindən cəzalandırılmışdı.

Qeyd edək ki, Joze Mourinyo Türkiyədə “Fənərbaxça”nı çalışdırıb. Portuqaliyalı mütəxəssis İstanbul klubundakı dönəmində həm yerli hakimlik, həm də federasiya qərarları ilə bağlı sərt açıqlamaları ilə diqqət çəkmişdi.

“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı


“Qəbələ” iki futbolçu ilə yolları ayırıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar.


Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.


Qeyd edək ki, “Qəbələ” buna qədər İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşıb.

Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05