Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

Binəqədi rayonunda zirzəmidə obyekt açılamasına hansı məmur icazə verir? Videofakt


Binəqədi rayonunda binanın zirzəmisi obyekt çevrildi.

XALQ-a daxil olan məlumata görə Binəqədi rayon ərazisində aparılan qanunsuz tikintinin həç bir rəsmi icazə sənədi olmadığı bildirilir. Belə ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində binanın zirzəmisi qanunsuz obyekt kimi təmir olunur .

İddialara görə qanunsuz tikinti Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Hacıbaba Babayevin nəzarəti etdiyi bildiririr.

Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb. Iddialara görə belə tikintilərə icazə rayon icra hakimiyyəti ilə “razılaşma” əsasında aparıldığı bildirilir.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyəti və Dövlət Şəhərsalma və Arxektura Komitəsindən heç bir açıqlama almaq mümkün olmadı

Qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra hakimiyyətinin başçıs Elxan Allahverdiyevdir.(Xalq.online)

NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA


32gun.az-ın araşdırmasına görə, rektor Elbrus İsayevin rəhbərliyi dövründə, xüsusilə 2024-cü ilin may ayından etibarən Naxçıvan Dövlət Universiteti (NDU) tərəfindən bağlanan satınalma müqavilələrinin ümumi dəyəri 6 milyon manata yaxındır. Dövlət Satınalmalarının Vahid İnternet Portalı (etender.gov.az) üzərindən əldə edilən rəqəmlər universitetin infrastruktur, İT, təmir və beynəlxalq layihələrə böyük vəsait ayırdığını göstərir.


İllər üzrə Xərclərin Bölgüsü (Yalnız NDU üzrə)


Aşağıdakı rəqəmlər yalnız Naxçıvan Dövlət Universitetinin (PHŞ) birbaşa müqavilələrini əhatə edir:


2024-cü il: 2.633.032,87 AZN


2025-ci il: 2.924.965,82 AZN


2026-cı il (Mart ayına qədər): 79.871,84 AZN


Ümumi Məbləğ: 5.637.870,53 AZN (Gimnaziya və Lisey xərcləri çıxılmaqla)


Universitetin ən böyük xərc maddələri tikinti-təmir, İT avadanlıqları və beynəlxalq reytinq xidmətləri ilə bağlıdır. 32gun.az bağlanmış bəzi müqavilələri təqdim edir:


Tikinti, Təmir və Təchizat:


"Construction Business Group" MMC: 1.294.578,24 AZN (Cambridge School binasının təmiri)


"AZSUR GROUP" MMC: 376.774 AZN (Tədris binalarında cari təmir)


"CONSTRUCTION BUSINESS GROUP" MMC: 336.000 AZN (Tədris binalarında cari təmir)


"EMBAWOOD" MMC: 124.311,82 AZN (Mebel təmir və satınalma)


"GÜVƏN LUX" MMC: 70.169,89 AZN (Tikinti materialları)


"HOUSE PROJECT" MMC: 68.404,6 AZN (Beynəlxalq Məktəbin 2-ci korpusunun layihələndirilməsi)


"Azərdövlətsənayelayihə": 61.950 AZN (Texnopark və stadionun layihə işləri)


"LEADS GROUP SUPPLY" MMC: 61.360 AZN (Təsərrüfat malları)


"Texnolog" MMC: 73.044,36 AZN (Təsərrüfat malları)


İT, Media və Texnologiya:


"BEETECH" MMC: 398.478,92 AZN (İT avadanlıqları)


"Data Technologies" MMC: 341.629,71 AZN (İT avadanlıqları)


"BEETECH" MMC: 333.325,46 AZN (Nəşriyyat bölməsi üçün avadanlıqlar)


"BEETECH" MMC: 223.999,39 AZN (Media avadanlıqları)


"İTECH GROUP" MMC: 139.533,94 AZN (IBM və SAT mərkəzləri üçün avadanlıq)


"LİNKLİNE" MMC: 57.117,9 AZN (Tələbə Məlumat Sisteminin hazırlanması)


Beynəlxalq Əməkdaşlıq və Təhsil:


"QS Quacquarelli Symonds": 166.240,35 AZN (Beynəlxalq reytinq xidməti)


"LİNKLİNE" MMC: 151.440,02 AZN (Cambridge School avadanlıqları)


"Education In Azerbaijan" MMC: 103.250 AZN (Xarici tələbələrin cəlb edilməsi)


"LİNKLİNE" MMC: 74.728,22 AZN (Cambridge School üçün kitablar)


Məhərrəmov İbrahim Şaiq oğlu: 69.970 AZN (Cambridge School üçün kitablar)


ABİS TEKNOLOJİ LTD. ŞTİ.: 51.000 AZN (Analiz proqram təminatı)


ProQuest: 28.056,14 AZN (Elektron kitab bazası)


Digər Xidmətlər:


"BAYRAMLI GROUP" MMC: 288.879,17 AZN (Tibb fakültəsi laboratoriya avadanlıqları)


"Toyota Absheron Mərkəzi": 100.000 AZN (Xidməti avtonəqliyyat)


"RR TRAVEL COMPANY" MMC: 107.763,5 AZN (Tədbir və konfransların təşkili)


"AYS ADVERTİSİNG" MMC: 97.028,65 AZN (Tədbirlərin təşkili)


"FIRE GROUP" MMC: 64.858,7 AZN (Yanğın siqnalizasiya sistemləri)


"Grossmed": 54.035,21 AZN (İnklyuziv təhsil və psixoloji laboratoriya avadanlığı)


"SMART VİSİON" MMC: 31.683 AZN (Tədbirlərin təşkili)


Nəticə bunu göstərir ki, Naxçıvan Dövlət Universiteti son 2 ildə rəqəmsallaşma və beynəlxalq statusun artırılması istiqamətində milyonluq investisiyalar etmişdir.


Qeyd: Naxçıvan Dövlət Universitetinin 2024-cü ilin may ayından etibarən satınalma müqavilələrinə 6 milyon manat vəsait ayırması, təhsil müəssisəsinin maliyyə tutumlu layihələrə üstünlük verdiyini göstərir. Bu qədər böyük həcmli xərcləmələrin effektivliyinin və təhsilin keyfiyyət göstəricilərinə real təsirinin ictimaiyyət tərəfindən monitorinq edilməsi zərurəti yaranır.


Çünki Satınalmaların böyük hissəsinin "Açıq tender" yerinə "Bir mənbə" və ya "Kotirovka" metodları ilə aparılması (siyahıda göründüyü kimi), rəqabət mühitinin nə dərəcədə qorunması ilə bağlı suallar yaradır. İctimai monitorinq bu müqavilələrin bazar qiymətlərinə uyğunluğunu yoxlamağa imkan verərdi.


Milyonlarla manatın media avadanlıqlarına, İT infrastruktura və elektron sistemlərə (məsələn, "Beetech" və "Data Technologies" ilə bağlanan müqavilələr) ayrılması müsbət hal olsa da, bu sistemlərin tələbə və müəllimlər tərəfindən nə dərəcədə aktiv istifadə olunması araşdırılmalıdır. Texnoloji təchizat sadəcə "anbarda qalan avadanlıq" olaraq qalmamalıdır.


Siyahıda diqqət çəkən bəzi məqamlar var:


Eyni məbləğdə (341.629,71 AZN) iki eyni müqavilənin olması texniki xəta, yoxsa təkrarlanan xərcdir?


Avtonəqliyyatın saxlanılması və benzin xərclərinin artım dinamikası universitetin əsas missiyasına (təhsilə) nə dərəcədə mütənasibdir?


Xatırladaq ki, Elbrus İsayev 6 ildən çoxdur ki, rektor vəzifəsində çalışır.


O, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinatdan əvvəl isə Elbrus İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edib.


Naxçıvan Dövlət Universitetinin (NDU) tələbə kontingenti son illərdə 11 693 nəfərə olduğu qeyd edilir.


32gun.az / iqtisadiyyat redaksiyası

Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO


Bakı şəhərində fəaliyyət göstərən Bakı Bərpa Mərkəzi ilə bağlı narazılıq iddiası gündəmə gəlib.

Pasiyent Bağırov Azər Denmedia.az-ın qaynar xəttinə şikayət edərək bildirib ki, mərkəzdə aparılan müalicə prosesi onun səhhətində yaxşılaşma yaratmaq əvəzinə vəziyyətini daha da ağırlaşdırıb.

Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həkim Kamil Eyvazovun qəbulunda olub. Həmin zaman ona bel nahiyəsində MRT müayinəsi təyin edilib və nəticədə 3 mm ölçüdə yırtıq aşkar olunub. Bundan sonra həkim tərəfindən müalicə və fizioterapiya prosedurları təyin edilib.

Pasiyent bildirir ki, elə həmin klinikanın özündə 14 gün ərzində fizioterapiya prosedurlarına qatılıb. Lakin onun iddiasına görə, müalicə gözlənilən nəticəni verməyib və əksinə, ağrılar daha da güclənib. Hətta təzyiq problemi yarandığını qeyd edən pasiyent bu barədə həkimin köməkçisinə məlumat verdiyini, lakin bunun müalicə ilə əlaqəli ola bilməyəcəyinin deyildiyini bildirir.

Azər Bağırovun sözlərinə görə, müalicə prosesində ona dəfələrlə əməliyyat olunmasının vacibliyi bildirilib. Dekabr ayında yenidən həkim qəbulunda olduqda isə yenidən müalicə təyin olunsa da, vəziyyətində yaxşılaşma olmayıb. Pasiyent iddia edir ki, sonradan ayağından 60 ml maye çəkilib və bunun təhlükəli olmadığını bildirilsə də, bundan sonra ağrılar daha da artıb. Daha sonra həkim tərəfindən diz nahiyəsinin MRT müayinəsi istənilib. MRT nəticələrinə baxdıqdan sonra isə diz oynağının ciddi zədələndiyi bildirilib və ona başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.

Pasiyent daha sonra digər həkimlərə müraciət etdiyini və aldığı müalicələr barədə məlumat verdiyini bildirir. Onun sözlərinə görə, həmin həkimlər dizində problem olduğu halda fizioterapiya prosedurlarının tətbiq edilməsinin düzgün olmadığını bildiriblər. Şikayətçinin sözlərinə görə, tətbiq olunan müalicə üsulları onun səhhətinə zərər vurub və nəticədə maddi itkiyə məruz qalıb. Ümumilikdə 450 manat məbləğində vətəndaşa ziyan dəyib və bu ziyanın qarşılanmasını tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfin , Bakı Bərpa Mərkəzinin və həkim Kamil Eyvazovun mövqeyini öynənməyə çalışsaqda bu mümükün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Denmedia.az)

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27