3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?


Bakıda estetik əməliyyat zamanı ölümə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova ilə bağlı məhkəmə prosesi yenidən gündəmə gəlib.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl iş üzrə kassasiya şikayəti və protestinə Ali Məhkəmədə baxılıb. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunaraq iş yenidən baxılması üçün geri qaytarılıb.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə sahəsində xüsusi ixtisas tələb edən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay azadlıqdan məhrum edilmişdi. Həmçinin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılmışdı. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qismən dəyişsə də, təyin edilmiş cəzanı qüvvədə saxlamışdı.

Cinayət işi ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın ölüm faktı üzrə başlanıb. İstintaqla müəyyən olunub ki, Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı olan Səbirə Vəliyevaya liposaksiya əməliyyatı edib. Daha sonra pasiyenti tibbi nəzarətdən kənar şəkildə yaşadığı evə aparıb. Nəticədə qadın növbəti gün kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.

Bununla yanaşı, Ülviyyə İlyasovanın adı daha əvvəl də oxşar qalmaqallı hadisədə hallanıb. Belə ki, onun qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində vətəndaş Mila Əlibəyovanın səhhətinə zərər vurulması faktı üzrə də cinayət işi başlanaraq məhkəməyə göndərilmişdi. İstintaq zamanı məlum olmuşdu ki, İlyasova tibbi təhsili və müvafiq lisenziyası olmadan müxtəlif ünvanlarda liposaksiya və digər estetik əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar nəticəsində pasiyentin sağlamlığına ciddi ziyan dəyib.

Həmin iş üzrə də Ülviyyə İlyasova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin onun barəsində həbs qətimkan tədbiri seçilməmiş, məhkəmə tərəfindən başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdi.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bütün bu məhkəmə qərarlarına və ittihamlara baxmayaraq, Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyi iddia olunur.

Bizimesr.az-a daxil olan məlumata görə, o, hazırda “Sabina” adı qeyd etsə də Lalə adı ilə “Davinçi Estetik Klinika”sında fəaliyyət göstərir. Məsələ ilə bağlı klinikadan münasibət öyrənmək cəhdləri isə nəticəsiz qalıb.

Maraqlıdır ki, məhkəmə qərarları və fəaliyyət qadağaları fonunda belə şəxslər necə fəaliyyətini davam etdirə bilir və buna kim nəzarət edir? Mövzu ilə bağlı araşdırmalar davam edir.

Bizimesr.az

Azərbaycanda media reklamları kimin kurasiyasındadır?


Azərbaycanda media reklamlarının kim tərəfindən və necə idarə olunduğu məsələsi uzun illərdir müzakirə olunan, lakin tam şəffaf şəkildə cavablandırılmayan mövzulardan biridir.

Bizimesr.az bildirir ki, rəsmi olaraq ölkədə reklam bazarı azad iqtisadi fəaliyyət sahəsi hesab olunur və bu sahədə fəaliyyət göstərən şirkətlər, agentliklər və media qurumları bazar prinsipləri əsasında işləməlidirlər. Lakin praktikada vəziyyət daha mürəkkəb və birmənalı deyil.

Dünya təcrübəsinə baxdıqda görürük ki, media qurumlarının əsas gəlir mənbəyi reklamdır. İnkişaf etmiş ölkələrdə böyük şirkətlər, holdinqlər və dövlət qurumları reklam büdcələrini açıq, planlı və ölçülə bilən meyarlar əsasında media subyektləri arasında bölüşdürür. Bu proses adətən media agentlikləri vasitəsilə həyata keçirilir və auditoriya ölçümləri, reytinqlər, oxucu sayı, izlənmə statistikası kimi konkret göstəricilərə əsaslanır. Bu da həm rəqabətli mühit yaradır, həm də medianın iqtisadi müstəqilliyini təmin edir.

Azərbaycanda isə reklam bazarının bu cür sistemli və şəffaf şəkildə formalaşdığı barədə qəti fikir söyləmək çətindir. Formal olaraq reklam fəaliyyəti ilə məşğul olan çoxsaylı şirkətlər və agentliklər mövcuddur. Dövlət qurumları da zaman-zaman media ilə əməkdaşlıq edir və müxtəlif layihələr çərçivəsində reklam və ya informasiya dəstəyi üçün vəsaitlər ayırır. Lakin bu vəsaitlərin hansı prinsiplərlə, hansı media qurumları arasında bölüşdürüldüyü çox vaxt ictimaiyyət üçün açıq olmur.

Uzun illərdir media nümayəndələri və ekspertlər tərəfindən səsləndirilən əsas iddialardan biri reklam bazarının qeyri-bərabər və qeyri-şəffaf şəkildə bölüşdürülməsidir.

Reklam axınlarının əhəmiyyətli hissəsi məhdud sayda media qurumları arasında cəmləşir. Bu bölüşdürmə isə bazar prinsiplərindən daha çox şəxsi əlaqələr, qeyri-rəsmi münasibətlər və ya müəyyən təsir dairələri ilə bağlı olur.

Digər bir mühüm məqam isə vasitəçi şirkətlərin roludur. Tez-tez qeyd olunur ki, reklam büdcələri birbaşa media qurumlarına deyil, arada yaradılan müxtəlif şirkətlər və ya agentliklər vasitəsilə yönləndirilir. Bu da həm şəffaflığı azaldır, həm də real media subyektlərinin bu vəsaitlərə çıxışını məhdudlaşdırır. Belə şəraitdə bazarda “dostluq əlaqələri” və ya müəyyən çevrələrə yaxınlıq faktorunun rol oynadığı barədə fikirlər formalaşır.

Nəticədə müstəqil və kiçik media qurumları üçün reklam əldə etmək olduqca çətinləşir. Bu isə onların maliyyə dayanıqlığını zəiflədir və uzunmüddətli fəaliyyət imkanlarını məhdudlaşdırır. Halbuki sağlam media mühiti üçün reklam bazarının açıq, rəqabətli və ədalətli olması vacib şərtlərdən biridir.

Bizimesr.az

Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?


Qərbi Kaspi Universiteti dövlət sifarişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı tələb edir.


Bu varədə universitetin tələbələri bildirib. Onların sözlərinə görə, hər tələbəyə müxtəlif miqdarda borc yazılıb.
Universitetdən tələbələrə siyahı göndərilib və siyahıda hər tələbənin ödəməli olduğu borcun miqdarı qeyd edilib. Tələbələrə bildirilib ki, Elm və Təhsil Nazirliyi onların təhsil haqqını universitetə yarımçıq ödəyib. Təhsil haqqının qalan hissəsini də tələbələr özləri ödəməlidir.
Lakin universitet tələbələrə bununla bağlı heç bir rəsmi sənəd təqdim etməyib. Tələbələr bildirib ki, onların rəsmi portalda akademik borclarının olmadığı göstərilir. Buna baxmayaraq, universitet tələbələrdən 340, 350, 375 manat qədərində pul tələb edir:


“Biz dövlət sifarişi əsasında təhsil alırıq. Bizə bildirirlər ki, bu təhsil üçün Elm və Təhsil Nazirliyi daxil olduğumuz universitetə pul ödəməli olsa da, bu pulu tam ödəməyib. Pul tam ödənmədiyi üçün də qalanını bizdən tələb edirlər”.
Tələbələrin sözlərinə görə, bu məbləği ödəməyən tələbələr imtahanlara buraxılmayacaq.


Qərbi Kaspi Universitetindən isə bldirilib ki, tələbələrin şikayəti araşdırılır və araşdırmadan sonra bu barədə məlumat veriləcək.(Tribuna.az)

ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"


Fevralın 3-də təyinatından bir il ötən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdan və onun ali məktəbin rəhbərliyinə gətirdiyi yeni komandadan ciddi narazılıqlar var.
Xatırladaq ki, dosent R. Əzizov daha əvvəl Sumqayıt Dövlət Universitetinin rektoru olub və apardığı islahatlarla tanınıb. Onun rektor olduğu dövrdə bu universitetdə tüğyan edən rüşvətxorluq və digər neqativ hallar kəskin azalıb.
Elm və təhsil naziri Emin Əmrullayev də onu ADNSU kollektivinə təqdim edərkən bu nailiyyətlərini xatırladıb. Nazir onun əldə etdiyi uğurlardan bəhs edərək, Rüfət Əzizovun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.
Rektor da nazir və kollektiv qarşısında söz verib ki, universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışacaq və dövlət başçısının etimadını doğruldacaq.

Heç şübhəsiz, müsbət imici ilə ad qazanmış Rüfət Əzizovun rektor təyinatı uzun müddət bərbad idarəçilikdən doğan problemlərdən əziyyət çəkən ADNSU kollektivini də sevindirib. Çünki rektor əvəzi, dosent Vazeh Əsgərovun “dövründə” universitetin müəllim-professor heyəti yerli medianın gündəmindən düşmürdü. Qanunsuzluq və ədalətsizliklə bağlı şikayətlərin ardı-arası kəsilmirdi.
Görünür, məhz buna görə V. Əsgərovun rektor olmaq arzusu baş tutmadı. O, hazırda ADNSU-nun strateji məsələlər üzrə prorektorudur. Yeri gəlmişkən, universitetin strateji məsələlərinin əhatə dairəsi açıqlansa, ictimaiyyət Vazeh müəllimin böyük məsuliyyət yükünün mahiyyətini anlayardı.

Vazeh Əsgərov
Nə qədər qəribə də olsa, universitetdən “AzPolitika”ya verilən məlumatlar yeni rektorun da sələfinin yolunu davam etdirdiyi barədə təsəvvür yaradır. R. Əzizovun təyinatından sevinənlər indi məyusluq içərisindədirlər, çünki onların işi və karyerası təhlükə altındadır.
Saytımıza məlumat verən mənbə bildirir ki, cənab Əzizovun “komandası” dekan və kafedra müdirlərini sıxışdıraraq vəzifədən çıxarır, onların yerinə isə öz “adamlarını” təyin etdirir.
Qeyd olunur ki, yeni komandanın əsas tələbi ingilis dilini bilməkdir.
“Ağzına gələni danış, amma ingiliscə! Tələb budur. Müəllimləri çox sıxışdırırlar, fikirlərini nəzərə almırlar, hərədə bir “səhv” tuturlar, tez-tez izahat yazdırırlar. ‘Köhnə kadrsan’, ‘səninlə işləmək istəmirəm’, ‘biz varıq, qalan heç kimdir’, – deyirlər”, – deyə mənbə şikayətlənir.
Məlumatda daha sonra qeyd olunur ki, yeni rəhbərliyin professorlara da münasibəti yaxşı deyil. Son zamanlar hərəsinə bir bəhanə ilə 6 professor həm işdən, həm də vəzifədən çıxarılıb.
Mənbə vurğulayıb ki, rektorun humanitar məsələlər üzrə müşaviri Nəsibə xanım və İnsan resursları şöbəsinin rəhbəri Günay xanım universitetin kadr heyətinə qarşı təzyiqlərdə xüsusi rola malikdirlər. Şöbə müdirinin aldığı maaş isə professorların maaşından 2 dəfə, dosentlərin maaşından 2.5 dəfə çoxdur…
Rüfət Əzizovun fəaliyyətindən narazı olan professor-müəllim heyəti onun kollektivə təqdimatı zamanı nazir Emin Əmrullayevin qarşısında verdiyi sözləri xatırladaraq, vədləri ilə əməllərinin uyğun gəlməməsindən təəssüfləndiklərini vurğulayırlar.
ADNSU-da yaranmış durumla bağlı tanınmış təhsil mütəxəssisi Etibar Əliyevə müraciət etdik.

O, “AzPolitika”ya bildirdi ki, rektorun bu fəaliyyəti yaxşı hal deyil: “Ümumiyyətlə, dünya təhsil sistemində yaşlı nəsillə orta və gənc nəslin dialoqu gedir. Bu insanlar uzun müddət elm sahəsində çalışıb elmi adlar, dərəcələr alıblar. Xüsusilə nəzərə almaq lazımdır ki, neft sənayesi sahəsində elmlər doktoru və professorların sayı azdır. ADNSU ənənələri olan ali təhsil müəssisəsidir, həmin şəxslər həyatlarını bu universitetə bağlayıblar. Xatırladım ki, ADNSU-ya görkəmli elm adamları, samballı şəxsiyyətlər rəhbərlik ediblər. Məsələn, akademik Tofiq Əliyev, akademik Pərviz Məmmədov, akademik İsmayıl İbrahimov. Ona görə belə bir universitetdə ayrı-seçkilik salmaq, orta və ya gənc nəslin dialoqunu kəsmək yaxşı hal deyil”.
E. Əliyev xatırladır ki, universitetdə yüksək vəzifələrə təyin olunan gənclər menecerlik fəaliyyətinə üstünlük verirlər: “Bunun nə demək olduğunu başa düşməkdə çətinlik çəkirəm. Elm və təhsil müəssisəsində alimlər və pedaqoqlar öndə olmalıdırlar. Tələb qoyurlar ki, ingilis dilini bilməlidirlər. O zaman sual olunur: nəhəng akademiklər Mirabbas Qasımov, Arif Babayev, Sabir Hacıyev, Cəlal Allahverdiyev də ingilis dilini bilirdilər? O zaman təhsil dili rus dili idi və bu alimlər kifayət qədər böyük uğurlar qazanıblar. 65–70 yaşında olan adam ingilis dilini necə öyrənə bilər? Tədrisi Azərbaycan dilində normal qaydada aparırsa, fəaliyyətinə davam etməlidir”.
Təhsil mütəxəssisi daha sonra bildirib: “Yaxşı, belə bir sual da qoymaq olar: Rüfət Əzizov ingilis dilini bilib, nə edib? Neçə kitabın, elmi məqalənin müəllifidir? Özü heç elmlər doktoru da deyil… Ölkə başçısı, cənab İlham Əliyevin təhsil müəssisələrində yaxşı mühitin yaradılması, ayrı-seçkiliyə son qoyulması barədə çağırışları var. Ona görə də yaşlı nəsli birdən-birə elmdən qoparmaq məqbul hal sayıla bilməz”.
Qeyd edək ki, şikayətlərdə səslənən irad və ittihamlarla bağlı universitet rəhbərliyinin və şəxsən rektor Rüfət Əzizovun mövqeyini də işıqlandırmağa hazırıq.

Tribuna.az

Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?


Azərbaycanda bir qrup şəxsə verilən aylıq müavinət kəsilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib.


Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay təltif olunan şəxslərin kart hesablarına köçürülüb.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.


Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasından (“Kənd-Qida-İş”) məlumatı “Yeni Sabah”a təsdiqləyiblər. Lakin əlavə şərh verməkdən imtina ediblər:


“Ömürlük müavinətlərin dayandırılması barədə qərarı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası verib. Biz isə onu icra etmişik”, – federasiyasadan bildirilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. O, zənglərə cavab verməyib.


Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var. Onlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri və hazırda Baş nazir Əli Əsədovun köməkçisi postunda çalışan Əhməd Əhmədzadədir.(Bizimesr.az)

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.

O, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.

Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.

Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.(Demokrat.az)

“Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...



Artıq bir neçə aydır ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri və rayonlar üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb.

Bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, bu barədə məlumatı təşkilatın sahə üzrə ekspertləri verib:

“Qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir.

Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəricilər, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır.

Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunmuş, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhdud – təxminən 160 simvoldan ibarətdir. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur.

Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər”.

M.Qəhrəmanlı bildirib ki, bütün bunları nəzərə alaraq, “Azəriqaz” İB tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir: “Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir”.(Bizimesr.az)

Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"


Neftçalada 1160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.

Bildlirir ki, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.

Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar "verilib". Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib. Kənd Təsərrüfatı nazirinin müvafiq əmri ilə Miradil Əhmədli Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bu vəzifəyə qədər Miradil Əhmədli Sabirabad

Xatırladaq ki, bundan əvvəl Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilməsi barədə məlumat dərc etmişdik. Sakinlər araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.

Qeyd edək ki, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədlidir.

Qaynarinfo

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27