"Bona Dea" "Liv Hospital" şəbəkəsinə aid deyil?


"Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"-nın mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib".

Bizimesr.az bildirir ki, bu barədə sözügedən klinika ilə məhkəmə çəkişməsində olan “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli özünün sosial hesabəında yazıb.

N.Köçərli qeyd edib ki, o, əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət edib: "Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim.
Növbəti iclas mayın 5-də olacaq" - deyə Nigar Köçərli bildirib.(Bizimesr.az)

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən "A320/A321 NEO CEET" tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Fərid Eyvazov klinikaya rəhbər təyin olunduqdan sonra həkimləri və digər işçiləri didərgin düşüblər


Xəbər verildiyi kimi, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərn, 2008-2009-cu illərdə N.Tusi Klinikasında, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikasında çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun gəlişi ilə klinikada qalmaqallar başlayıb.

Bu barədə «Təzadlar»a müraciət edən klinikanın mühafizə xidmətində uzun illərdir çalışan Fərid Pirverdiyev açıqlama verib. Şikayət məktubundan sitat: «Hörmətli «Təzadlar! Bu məktubu sizə ünvanlamaqda məqsədim dərdlərimə şərik olub mənə köməklik etməyinizdir. Səhiyyə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Ombudsmana müraciət etmişəm, lakin nəticəsi yoxdur. Ona görə də istədim sizin qəzet vasitəsilə dərdimi bölüşüm, bəlkə yatmış qəlblər oyandı. Mən sizi bir obyektiv və namuslu jurnalist bilib müraciət edirəm. Mən, Pirverdiyev Fərid Ədalət oğlu, uzun müddət idi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş mühafizəçi işləyirdim. Mart ayından qara günlərim başlayıb. Səbəb isə Fərid Eyvazovun klinikaya yeni direktor təyin olunmasıdır. Səhiyyə Nazirliyinə və digər təşkilatlara bu direktorun qanusuz əməlləri haqqında dəfələrlə yazmağıma baxmayaraq, səsimə səs verən olmayıb. Sadəcə, əsəblərimdən çox şeyi yaza bilmirəm. Xahiş edirəm, məni Sizin internet televiziyanıza çıxarasınız, qoy cənab Prezident, eləcə də səhiyyə naziri Teymur Musayev burada baş verənlərdən məlumatlı olsunlar. Mənə bəlli olan budur ki, Fərid Eyvazov Klinikanı «özəlləşdirib», öz əsabələrini yanına yığaraq əvvəllər rəhbəri olduğu «Bakı Bərpa», «Alyans» və digər şirkətləri də idarə edir. Tədris Terapevtik Klinikanın həkimləri və digər işçiləri bu direktroun əlindən didərgin düşüblər. Hətta o, rektor Gəray Gəraybəylini belə saymır, istədiyini edir. Narazılar şikayət edir, Səhiyyə Nazirliyindən gələn komissiyanı da öz havadarlarının hesabına elə «yola» salır ki, heç kimin ruhu da incimir. Deyiləsi sözlərim çoxdu. Xahiş edirəm mənimlə bu nömrə ilə əlaqə saxlayasınız və mən sizə sənədlərlə və faktlarla geniş açıqlama verim…».

Daha ətraflı yazı təqdim ediləcək.

Redaksiyadan: məsələ ilə bağlı şikayətçi Fərid Şahverdiyevi təkrarən redaksiyaya dəvət etdik, söhbət etdik… Bu barədə əlavə yazı təqdim ediləcək. Eləcə də baş verənlərlə bağlı (bəzi faktların aidiyyəti dövlət qurumlarında araşdırılması məqsədəmüvafiq sayıldı) Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazovla əlaqə saxlamağa çalışdıq. Lakin ATU-nun rəsmi saytındakı bölmədə klinikanın adının üstündən klıklayanda «Səhifə əlçatan deyil» sözləri yazılmaqdadır. O boyda universitetin saytındakı bu texniki anlaşılmazlıq və qüsur başa düşülən deyil… Çünki klinika barədə hansısa məlumat əldə etmək mümkünsüzdür.(Təzadlar)

Klinikanın baş direktoru F.Eyvazovu da dinləməyə hazırıq.

Nərimanov Tibb Mərkəzində yoxlama – Həkimlərin maaşı geri tələb olunur


Nərimanov Tibbi Mərkəzində çalışan bir qrup həkim əməkhaqları və bonus ödənişləri ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirir.

Bakupost.az-a daxil olan müraciətdə qeyd olunur ki, son dövrlər İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən tətbiq edilən qaydalar həkimlər üçün ciddi çətinliklər yaradır.

Həkimlərin sözlərinə görə, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişi ya tam verilmir, ya da səbəbsiz şəkildə kəsilir:

“Gündəlik qəbul limiti 20–25 nəfər göstərilsə də, biz faktiki olaraq 35–40 xəstə qəbul edirik. Amma ayın sonunda əməkhaqqımızda bu əlavə əməyin qarşılığını görmürük. Bonuslar kəsilir, səbəb izah edilmir”.

Müraciətdə daha bir ciddi iddia da yer alıb. Bildirilir ki, son struktur dəyişikliklərindən sonra mərkəzdə yoxlama aparılıb və nəticələr həkimləri şok edib:

“Bizə deyilir ki, guya son 2 ildə artıq maaş almışıq. İndi isə həmin məbləği hər ay əməkhaqqımızdan hissə-hissə ‘könüllü’ şəkildə geri qaytarmalıyıq. Bu isə faktiki olaraq məcburidir”.

Həkimlər bildirirlər ki, heç kim etiraz edə bilmir:

“Səsini çıxaran işdən çıxarılmaq qorxusu ilə üz-üzədir. Müxtəlif bəhanələrlə işdən azad edilə bilərik”.

Onların fikrincə, bu yanaşma həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir:

“Əgər hansısa maliyyə və ya idarəetmə səhvi olubsa, bunun məsuliyyəti sistemi quran və idarə edən şəxslərin üzərində olmalıdır. Sıravi həkimlərin deyil.”

Müraciət müəllifləri qeyd edirlər ki, həkimlər gecə-gündüz çalışaraq əhalinin sağlamlığı üçün xidmət göstərir, lakin buna baxmayaraq həm maddi, həm də mənəvi təzyiq altındadırlar.

Sonda həkimlər aidiyyəti qurumlara çağırış edərək bildiriblər:

“Bu məsələnin obyektiv və şəffaf şəkildə araşdırılmasını istəyirik. Əməkhaqlarımıza əsassız müdaxilələrin qarşısı alınmalı, günahkar şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, sözügedən mərkəzin rəhbəri son illər müxtəlif qalmaqallarla gündəmə gələn, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın komandasına daxil olduğu bildirilən Fazil Alməmmədovdur. Onun məhz Qurbanovun rəhbərliyi dövründə bir sıra iri layihələrə rəhbərlik etdiyi də qeyd olunur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqetini öyrənməyə çalışacağıq.

Bakupost.az

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Maliyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

Nazir bu biabırçı mənzərədən xəbər tutarsa...


Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran təbiətində antisanitar vəziyyət höküm sürür.

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin qulağının düz dibində yerləşən Lənkəranda vəziyyət çox acınacaqlıdır.
Beləki, sözügedən İdarədə çalışanlar bu acınacaqlı mənzərəni sanki görməzliyə vururlar.
Görəsən buna səbəb nədir?!
Lənkəran sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, Aşağı Nüvədi və Vel kəndləri ərazilərində olan müxtəlif yerlər zibil tullantıları ilə çox olduğu üçün, sanki xarabalığı xatırladır.

Yerli ekoloqlar ümumiyyətlə ərazilərə nəzarət etmirlər. Sakinlərin sözlərinə görə, ərazilərə əsas nəzarətsiz vəziyyət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yeni rəis Rafiq Ədilov təyin olunandan sonra olub.

İddialar görə, əvvələr Rafiq Ədilov təbiət qoynunda qanunsuz olaraq Ceyran ovlayarkən saxlanılmışdır.

Rafiq müəllim haqqında araşdırmamız davam edir.

NYUS.az






İsmayıllının icra başçısının müavini meşə ərazisini zəbt edib - FOTOLAR


İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov meşə ərazisini zəbt edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, M.Süleymanov İsmayıllı rayonunun Talıstan kəndində meşə ərazisində yerləşən "Talıstan Forest Park" adlı istirahət mərkəzinin sahibidir. O, istirahət mərkəzini həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirib.

Xatırladaq ki, Mahmud Süleymanov 2021-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun birinci müavini vəzifəsinə təyin olunub.("Unikal")








“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən vəzifəli şəxs kimdir?


Son günlər Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin sayı artmaqdadır.

Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb.

Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətininin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran Elman oğlu barəsində Yeniera.az-ın redaksiyasına şikayət müraciəti ünvanlayıb.

Sakinlərin iddialarına görə, rəhbərsizlikdən sui istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğul olur.

Sakinlər bildirirlər ki, Həsənov İmran və bir qrup dəstə torpağları satarkən qarşı tərəfə tikinti işlərinə icazəni alacağını, heç bir problemin olmayacağı vədlərini veriblər. Lakin torpaq sahibi ərazidə tikintiyə başladıqda sözügedən ərazidə tikintiyə icazənin olmadığını bildirərək, söküntü işləri aparırlar.

İddia olunur ki, İcra Hakimiyyətinə təkrar müraciət edən şəxslərdən yenidən müəyyən miqdarda pul vəsaiti tələb olunur. Pulun qarşılığında onlara rəsmi sənədin veriləcəyi bildirilir.

İcra hakmiyyətinin rəsmisi bu işlərdə yalnız deyil. İddialara görə, ona Lökbatanda “Makler Natiq” kimi tanınan Natiq adlı bəy və özünü ərazi nümayəndəsi kimi təqdim edən Samir adlı şəxs və keçmiş bələdiyyə sədri Rasim adlı şəxs kömək edib.

Sakinlər iddia edirlər ki, sabiq başçı Süleyman Mikayılovun qanun pozuntularına görə işdən çıxardığı Samiri İmran Həsənov yenidən qeyri qanuni keçmiş postuna geri qaytarıb və tikintiyə icazələri ,qiymət danışmagı ona həvalə edib.

İddialara görə, qanunsuz əməldən zərərçəkənlərin sayı 70 nəfərdən çoxdur:

“Qaradağ rayon Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran, bələdiyyənin keçmiş əməkdaşı Saleh, əvvəllər bələdiyyədə müqavilə ilə işləyən Oruc, kənd sovetliyinin qəsəbə nümayəndəsi Samir, “makler Natiq” və bələdiyyə sədri olmuş Rasim adlı şəxs əlbir olaraq Yardımlı və Lerik rayonlarından olan 70, 80 nəfərə sənədsiz torpaq satıblar. Əvvəlcə sənəd verəcəklərinə söz versələr də, bunu etməyiblər. Natiq, Oruc və Saleh kəndçidirlər. Yardımlı rayonunun Bircümlü kəndindəndirlər. Bunlar Lökbatanda torpaqları zəbt edib, kənd sakinlərini aldadaraq onlara satıblar. Rəhbərləri də İmrandır. O bunlara tapşırıq verir. Rayonda bütün tikintiyə və torpaqların satılmasına İmran baxır. Hərkəsə vəzifədə olan qohumu ilə hədə qorxu gəlir ki, siz görərsiniz başınıza nə oyun açıram”.

Adının çəkilməsini istəməyən digər şikayətçi qeyd edir ki, 1 il öncə zərərçəkənlər İcra Hakimiyyətini qarşısında toplaşaraq, İmran Həsənovun qanunsuz əməllərini dayandırmasını, onlardan mənimsənilən pulların geri qaytarılmasını tələb ediblər:

“1 il əvvəl Süleyman Mikayılov bu məsələdən xəbərdar olan kimi kütləvi söküntülərə başlanıldı.Bunu görən sakinlər də toplaşaraq kütləvi etiraz etdilər. İmran Natiq Saleh Oruc və keçmiş bələdiyyə sədri Rasim onları sakitləşdirməyə və tikinti edəcəklərinə söz verdilər.Hazırda 1 ildir ki, biz nə pulllarımızı ala bilirik nə sənəd ala bilirik nədə ki tikintiyə icazə. Aidiyyatı qurumlardan bu məsələ ilə yaxından maraqlanmağı, lazimi tədbirləri görməyi tələb edirik. Şikayətdə adıçəkilən şəxslərin cəzalandırılacağına ümid edirik”.

Daha bir iddiada qeyd olunur ki, İmran Həsənov qanunsuz əməlləri törədərkən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adından istifadə edir. O, Əzizovun yaxın qohumu olduğunu deyərək, ya müavin yada başçı olacagını bildirərək torpaqlarının sənədləşdiriləcəyini bildirir.

Mövzunu diqqətdə saxlayacaq, zərərçəkənlərin daha bir qisminin şikayətklərini növbəti materiallarımızda dərc edəcəyik.

Məsələ ilə bağlı, adıçəkilən tərəflərin mövqelərini yayımlamağa hazırıq.yeniera.az
“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən vəzifəli şəxs kimdir?






ANA DİLİNİ BİLMƏYƏN HƏKİM, HƏKİMLƏRİ NƏDƏN DİDƏRGİN SALIR?


Azərbaycan səhiyyəsində illərdir davam edən və xərçəng hüceyrəsi kimi yayılan korrupsiya və özbaşınalıq şəbəkəsi hələ də tam təmizlənmiş deyil.
Keçmiş Baş prokuror Zakir Qaralovun əmisi qızı olan və vaxtilə Abşeron Səhiyyəsində törətdiyi qanunsuzluqlar, rüşvət iddiaları və şəhid ailələrinin qəlbinə vurduğu yaralarla (şəhid yasında qırmızı geyinmək qalmaqalı) yaddaşlara qazınan Mehriban Qaralova yenidən səhnədədir!
Vaxtilə korrupsiya əməllərinə görə rüsvayçı şəkildə işdən qovulan və uzun müddət kənarda qalan bu şəxs, eyni taleyi paylaşan və korrupsiya əməllərinə görə vəzifəsindən uzaqlaşdırılan TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanov tərəfindən sanki xalqa meydan oxuyurmuş kimi yenidən vəzifəyə gətirildi. Mehriban Qaralova hazırda Xocəsən Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində oturub öz köhnə "vərdişlərini" davam etdirir!
Dövlət Orqanlarının Adı İlə Şantaj Və Rüşvət Tələbi!
Mehriban Qaralovanın idarəçilik üsulu tibb elminə yox, sırf şantaj və qorxu ssenarilərinə əsaslanır.
Bu şəxs tabeliyində çalışan günahsız həkimləri şərləməklə, onlara qarşı uydurma ittihamlar irəli sürməklə məşhurdur.
Ən dəhşətlisi isə odur ki, Qaralova işçilərindən külli miqdarda pul tələb edərkən hüquq-mühafizə orqanlarının adından istifadə edir!
O, açıq şəkildə bildirir ki, "bu pullar yuxarılara, hüquq-mühafizə orqanlarına çatacaq".
Böyük ehtimalla həmin orqanların bu çirkin alver dərəcəsində olan sövdələşmələrdən heç bir xəbəri yoxdur.
Lakin Qaralova hələ də arxasında vaxtilə Baş prokurorluq sistemində kök salmış Zakir Qaralovun "törtöküntülərinin" dayandığına inanır.
Baxmayaraq ki, indiki Baş prokuror Kamran Əliyev tərəfindən bu tip neqativ kadrların böyük hissəsi zərərsizləşdirilib və təmizlənib, görünən odur ki, bəzi köhnə klan qalıqları hələ də bu qadına cəsarət verir.
"Məhkəmə Azərbaycanda Belədir" – Ədalət Sisteminə Açıq Təhqir!
Mehriban Qaralovanın özbaşınalığı o həddə çatıb ki, o, dövlətin məhkəmə hakimiyyətini belə rüşvətxorluqda ittiham etməkdən çəkinmir.
Dəfələrlə öz əhatəsində açıq şəkildə "Hakimlər pul almasa, heç kəsi qurtarmaq olmur, məhkəmə Azərbaycanda belədir" kimi dövlətçilik əleyhinə olan ifadələr işlədən bu qadın hələ də dövlət müəssisəsində rəhbər kreslosunda əyləşir!
Bu, dövlətin məhkəmə sistemini aşağılamaq, qanunlarını heçə saymaq deyilmi?
Geridə Qoyulan Borclar Və Didərgin Salınan Həkimlər
Abşeronda çalışdığı dövrdə rəhbərlik etdiyi müəssisənin "Azərişıq" ASC-yə olan minlərlə manatlıq borcunu ödəməyən, dövlətə vurduğu ziyanlarla yadda qalan bu şəxsin qorxusundan indi də yeni təyin olunduğu xəstəxananın həkimləri və tibb heyəti cana doyub.
Qaralovanın bitmək bilməyən qanunsuz tələbləri, təzyiqləri və şərləmə kampaniyaları ucbatından peşəkar həkimlər artıq ərizələrini yazaraq işdən qaçırlar. İnsanlar artıq bu zülmə qarşı etirazlarını necə bildirəcəklərini bilmirlər.
Yeni Rəhbərliyə Müraciət: Bu Korrupsiya Qalığı Nə Vaxt Təmizlənəcək?
Vüqar Qurbanovun rəhbərlikdən getməsi ilə səhiyyədə yeni bir təmizlik mərhələsinin başlayacağına ümidlər artmışdı.
İndi isə bütün gözlər yeni rəhbərliyə dikilib.
Vüqar Qurbanovun və Zakir Qaralov klanının ən sadiq silahdaşı və kadrı olan Mehriban Qaralova nə vaxta qədər bu hökmranlığını davam etdirəcək?
Qanunsuz əməlləri ilə həm dövlətin büdcəsinə, həm tibb işçilərinə, həm də sadə vətəndaşlara zərər vuran belə korrupsioner elementlər səhiyyə sistemindən birdəfəlik təmizlənməlidir! Artıq yetər! Xalqın və dövlətin səbri ilə oynamağı dayandırın!
Sima Babayeva
TEREF

Rüstəm Şahbazovu kim aldadır?.. - İLGİNC İDDİALAR


Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları doğrudanmı Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblar?..
Aparıblarsa, 1000 hektarlarla otlaq sahəsinin şumlandığını və əkildiyini necə görməzdən gəlirlər?


Xatırladaq ki, mart ayının 4-də Poliqon-da “Neftçalanın qış otlaq torpaqları – Başçının əsas qazanc yeri...” adlı məqalə dərc edilib. Bundan əvvəl, dəqiq desək 16 fevral 2026-ci ildə yazıda bəhs edilən qanun pozuntuları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə və və Neftçala rayon İcra hakimiyyətinə sorğu ilə müraciət edilib. Neftçala rayon İcra hakimiyyəti sorğumuzu cavablandırmasa da, ay yarımdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən cavab almışıq. Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun imzasl ilə daxil olan cavabda bildirilir ki sorğuda göstərilən məsələlər Xidmət tərəfindən yoxlanılıb, lakin sorğu şikayətçilərin etibarnamə və təsdiq edici sənədlərlə, habelə konkret faktlarla əlaqələndirilməyib. Eyni zamanda aldığımız cavabda bildirilir ki, Xidmətin əməkdaşları tərəfindən Neftçala 1 saylı Qış otlaq torpaq sahəsindən istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi üçün mütəmadi monitorunqlər aparırlar. Aparılan monitorinqlərin nəticələrinə görə isə torpaq qanunvericiliyinin pozulması halı aşkar edilməyib.


Qeyd edək ki, şikayətçinin redaksiyamıza etibarnamə və təsdiq edici sənədlər təqdim etmələri ilə bağlı irəli sürülən iddia sadəcə gülüncdür. Konkret faktlara gəlincə isə, dərc olunan məqalədə kifayətqədər təkzib olunmaz faktlar var. Əgər doğrudan da Xidmətin əməkdaşları Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblarsa, onda otlaq sahələrinin kütləvi şəkildə əkin üçün şumlandığını və hazırda əkin altında olduğunu da görüblər. Bəs bu qanun pozuntusu deyilmi?


Əgər hörmətli Rüstəm müəllim həmin otlaq sahələrinin qanunsuz olaraq əkildiyini bilmirsə, bu halda demək ki, Xidmətin əımkdaşları Rüstəm Şahbazova bilərəkdən yanlış məlumat veriblər.


Digər tərəfdən, sorğunun əsas mahiyyəti otlaq üçün nəzərdə tutulan torpaq sahələrinin Neftçalada yaşamayan şəxslərə əkin üçün icarəyə verilməsi ilə bağlı olub. Həmin torpaqlar 5 il müddərində icarəyə verilib və onlara Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”lar da verilib. Verilən çıxarışlarda isə torpağın əkin üçün deyil, otlaq kimi istifadəsi göstərilir. Amma faktiki olaraq min hektarlarla qış otlaq sahəsi hazırda əkilib.


Biz Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyindən və şəxsən Rüstəm müəllimdən xahiş edirik ki, Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində aşağıdakıl şəxslərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”ların verilib-verilməməsini yoxlasınlar.


1. Dənziyev İntiqam Ağarəhim oğlu - Lerik rayonunun Çayırlıq kənd sakinidir. 350 hektar örüş torpaq sahəsi verilib. Qaydalara görə 350 hektar örüş sahəsində 1050 baş xırda buynuzlu heyvan, (qoyun və keçi) saxlanılmalıdır. İntiqam Dənziyevin ümumiyyətlə qoyun və keçisi yoxdur, 25 baş iri buynuzlu heyvanı var. Hazırda Dənziyev 350 hektar örüş torpaq sahəsinə taxıl əkib.


2. Həmidov Zamiq Bəxtiyar oğlu - O da Lerik rayonunun Çayırlıq kənd sakinidir. Zamiq Həmidova da 300 hektar örüş torpaq sahəsi verilib və hazırda həmin örüş sahələri əkilib. Zamiq Həmidovun ümumiyyətlə nə xırda, nə də iri buynuzlu heyvanı yoxdur.


3. Hüseynov Əli Mirhüseyn oğlu - Bu şəxs də Lerik rayonunun Çayırlıq kənd sakinidir. Neftçala 1 saylı Qış Otlaq sahəsində 150 hektar örüş torpaq sahəsi var və hazırda həmin torpaqlar da əkilib.


Bundan başqa Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov Neftçala şəhəri 1 saylı Qış otlaq torpaq sahəsindən 32 hektar otlaq sahəsini qaynatasının adına sənədləşdirib və hazırda özü əkir.


Sadiq İmanovun qaynatası Xankişiyev Tapqan Baba oğlu Lənkəran rayon Nərimanabad qəsəbə sakinidir. Sadiq İmanov qaynatısanın adına 7,94 hektar, 8,08 hektar və 16,6 hektar olmaqla, 3 “Çıxarış” tərtib edib. Maraqlıdır ki, yüzlərlə digər “Çıxarış”lar 5 il müddətinə verilsə də, Sadiq İmanov öz qaynatasına “Çıxarış”ları 15 il müddətinə verib. Halbuki, bu da ciddi qanun pozuntusudur, çünki qanunun tələblərinə görə, otlaq sahələri 5 il müddətinə icarəyə verilə bilər.


Şübhə yeri qalmaması üçün biz Sadiq İmanovun öz qaynatası Xankişiyev Tapqan Baba oğlunun adına rəsmiləşdirdiyi, əslində isə özünün əkdiyi torpaq sahələrinin “Çıxarış”larının reyestr və qeydiyyat nömrələrini təqdim edirik:


1. 16,6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001100. Sənədin qerydiyyat nömrəsi: 1324007923. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


2. 8,08 6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001099. Sənədin qerydiyyat nömrəsi: 1324007927. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


3. 7,94 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001098. Sənədin qerydiyyat nömrəsi: 1324007925. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.


Hörmətli Rüstəm müəllimə üzümüzü tutub xahiş edirik ki, bütün bu faktları yoxlatdırsın. O zaman doğrudan da Xidmətin ərazidə monitorinq aparan əməkdaşlarının vəzifəsindən sui-istifadə edən Sadiq İmanovun qanunsuz əməllərini necə gizlətdiklərinin şahidi olacaqsınız. Ya Xidmətin əməkdfaşları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin rəhbərliyi Sadiq İmanovu məsuliyyətdən yayındırır, ya da sadəcə onunla əlbirdirlər. Bu isə sadəcə acı təssüf hissi goğurur...


Poliqon.info

Xəbər lenti

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
09:23
Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?
08:53
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06