Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək. Bu, Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində iki ölkə başçısı arasında keçirilmiş görüş çərçivəsində əldə olunmuş razılaşmaya uyğun həyata keçirilib.

Burada Azərbaycan üçün söhbət hansısa məbləğin, təzminatın ödənilməsindən getmir. Əsas məsələ odur ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, milli maraqlarına toxunan, insan həyatı ilə nəticələnən və yüksək ictimai rezonans doğuran məsələlərdə heç bir halda geri addım atmır. İstənilən məsələdə milli maraqlarını əsas tutaraq, hüquqi və siyasi müstəvilərdə qətiyyətli mövqe nümayiş etdirir.

Məsələyə digər prizmadan yanaşdıqda Azərbaycan beynəlxalq münasibətlər sistemində davranışını da bir daha sərgiləmiş sayılır. Rəsmi Bakı bir daha əminliklə və qətiyyətlə sübut edir ki, dövlətin əsas prioriteti suveren hüquqlar və vətəndaşların təhlükəsizliyidir. Bunun üçün isə diplomatik və siyasi alətlərdən istifadə edir. Əldə edilən razılaşma sübut edir ki, istənilən mürəkkəb və həssas məsələlərdə dövlətin və ölkə başçısının prinsipial mövqeyi, düzgün diplomatik strategiyası həlledici olur. Bu isə Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Eyni zamanda ölkə daxilində də ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir. Bu qərara mühüm siyasi və hüquqi nailiyyət kimi baxmaq lazımdır.

Azərbaycanın bu məsələdə əsas mövqeyi ədalətin bərpası, məsuliyyətin təmin olunması və istintaqın şəffaf aparılması idi. Rəsmi Bakı hesab edir ki, bu qəza texniki və təsadüfi bir insident deyil. İnsanların həyatına təsir edən ciddi bir məsuliyyət məsələsidir. Buna görə də əsas prioritet həqiqətin tam və obyektiv şəkildə üzə çıxarılmasıdır. Belə bir yanaşma əslində beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Yəni, söhbət dövlət məsuliyyəti, hadisələrin şəffaf araşdırılması və dəyən ziyanın kompensasiyasından gedir.

Təbii ki, Rusiyanın təzminat ödəməklə bağlı qərar qəbul etməsində əsas faktor ölkə başçısı İlham Əliyevin güclü siyasi iradəsi, üzaqgörən strateji baxışıdır. Onun prosesə birbaşa və fasiləsiz nəzarəti həlledici amilə çevrilib. Çünki Prezident bu məsələdə fərqli yanaşma nümayiş etdirib, geosiyasi reallıqları, regional təhlükəsizlik balansını və Azərbaycanın uzunmüddətli milli maraqlarını nəzərə alaraq addımlar atıb. Bu da belə bir həssas məsələdə emosional reaksiyalardan uzaq, rasional və praqmatik xəttin qorunması ilə müşayiət olunub. Qeyd etdiyimiz kimi, ölkə başçısının bu məsələyə şəxsi nəzarəti və birbaşa iştirakı olub. Bu da qərarvermə mexanizmlərinin effektivliyini artırıb, diplomatik kanalların maksimum səviyyədə səfərbər edilməsinə şərait yaradıb.

Belə bir vəziyyət də öz növbəsində tərəflər arasında etimadın qorunması, gərginliyin qarşısının alınması və paralel olaraq da danışıqların konstruktiv səpkidə davam etdirilməsini təmin edib. Onun müəyyən etdiyi strateji kurs yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, eyni zamanda gələcəkdə oxşar risklərin idarə olunması üçün institusional və siyasi əsasların möhkəmləndirilməsinə xidmət edib. Bu yanaşma nəticəsində milli maraqların müdafiəsi ilə regional əməkdaşlıq mühitinin qorunması arasında incə və həssas balans təmin olunub ki, bu da müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə edilən uğurlu diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Qısacası, bu gün iki ölkə XİN-lərinin birgə bəyanatı sübut edir ki, güclü lider, strateji düşüncə və proseslərə birbaşa nəzarət mürəkkəb beynəlxalq böhranların idarə olunmasında əsas şərtdir.

Digər tərəfdən Azərbaycan bu nəticə ilə sübut edir ki, milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini heç bir halda güzəştə getmək niyyətində deyil. Bunu qorumaq və təmin etmək üçün kifayət qədər siyasi-diplomatik imkanlara sahibdir. Eyni zamanda vətəndaşlarının təhlükəsizliyinə toxunan istənilən məsələ ən yüksək prioritet kimi qəbul edilir və bütün zəruri alətlərdən istifadə etməkdən heç bir halda çəkinmir. Həm də nəzərə almaq lazımdır ki, bu nəticə beynəlxalq səviyyədə də rəsmi Bakının qətiyyətli və təsirli mövqeyini göstərir. Demokratik və hüquqi dövlət olan Azərbaycan üçün vətəndaş amili dövlət siyasətinin mərkəzindədir, insan həyatı və təhlükəsizliyi ali dəyər kimi qəbul edilib.

Eyni zamanda vurğulamaq lazımdır ki, belə bir həssas məsələnin iki ölkə arasında siyasi dialoq vasitəsilə nəticə əldə etməsi Azərbaycanla Rusiya arasında münasibətlərin formal əməkdaşlıqdan ibarət olmadığını göstərir. Tərəflər ən mürəkkəb, həssas və beynəlxalq rezonans doğuran məsələlərdə belə qarşıdurma ritorikasını yox, konstruktiv və praqmatik yanaşmanı üstün tutdular. Bu, həm də sübut edir ki, iki ölkə arasında böhran vəziyyətlərində belə effektiv işləyən kommunikasiya kanalları mövcuddur. Belə bir vəziyyət də öz növbəsində iqtisadi və mədəni əməkdaşlığın davamı, regionun sabitliyi üçün vacib faktor sayılır. Çünki belə bir böhranın düzgün idarə edilməməsi ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizliyə də mənfi təsir göstərə bilərdi.

Nəticə olaraq deyə bilərik ki, bu razılaşmaya təkcə iki dövlət arasındakı münasibət kimi baxmaq lazım deyil. Bu, daha geniş beynəlxalq müstəvidə mühüm presedentə çevrilə bilər. Eyni zamanda bir çox dövlət üçün də nümunəvi yanaşma modelidir. Eyni zamanda bu gün münaqişələr və qarşıdurmalar meydanına çevrilən dünyaya mesajdır ki, güc amilinə əsaslanan siyasət qısamüddətli nəticələr verə bilsə də, uzunmüddətli sabitlik və etimad mühitinin formalaşdırılması yalnız danışıqlar və razılaşmalar yolu ilə mümkündür.

Həm də bu nəticə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artmasına, etibarlı və dialoqa açıq bir tərəfdaşa çevrilməsinə səbəb olur. Ölkə başçısının balansı, sərrast siyasəti göstərir ki, Azərbaycan regionda və daha geniş coğrafiyada mübahisələri sivil üsullarla həll edən aktordur. Qısacası, müasir dünyada dayanıqlı və ədalətli həll sadəcə diplomatika, hüquq və qarşılıqlı anlaşma ilə əldə edilə bilər. Azərbaycan isə bunu bir daha təsdiqləmiş oldu...(Report)

Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..


“Bravo” supermarketlər şəbəkəsində kiloqramla satılan konfetlərin üzərinə məhsulun ümumi deyil, 100 qram üçün nəzərdə tutulan qiymətin yazılması müzakirələrə səbəb olub. Alıcılar bildirirlər ki, bu üsul məhsulun real qiyməti ilə bağlı yanlış təsəvvür yaradır və daha ucuz olduğu görüntüsü formalaşdırır.

Mövzu ilə bağlı Tribuna.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu, müştərinin açıq şəkildə aldadılması deməkdir:

“Bu, istehlakçıların aldadılması üçün marketoloqların və satış şəbəkələrinin istifadə etdiyi çoxsaylı üsullardan biridir. Belə şəbəkələr qanunvericilikdəki boşluqlardan istifadə edərək müəyyən imkanlar əldə edirlər.

Təəssüf ki, qanunvericilikdə bu proses tam şəkildə tənzimlənmir.

Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən konfetlər qablaşdırılmalıdır.

Məhsulun üzərində istehsal tarixi və son istifadə müddəti göstərilməlidir. Lakin hazırda satışda olan bir çox konfetlərin istifadə müddətinin nə vaxt bitdiyi məlum olmur.

Video Player
VİDEO LİNKDƏ: https://xalq.online/jaime-teixeiranin-rehberi-oldugu-bravo-da-ceki-oyunu-musteriler-bele-aldadilir
Konfetlərin üzərində kiloqram qiyməti əvəzinə 100 qramının qiymətinin qeyd olunması alıcını aldatmaq, onu çaşdırmaq məqsədi daşıyır. Bu, müştəri hüquqlarının kobud şəkildə pozulmasıdır.

İstehlakçı aldadılmamaq üçün diqqətli olmalıdır. Əks halda, onu hər fürsətdə aldadarlar”.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsi son vaxtlar konfetlərin üzərində 1 kiloqramın deyil, 100 qramın qiymətini göstərməyə başlayıb. Bu da alıcıların narazılığına səbəb olub.(Tribuna.az)

Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR


Bəli, belədir, hər şey Arazpress.com-un əvvəlki yazılarında göstərilən kimidir. Yəni, bu yazının başlığında qeyd olunduğu kimi, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər saysız-hesabsızdır.
Bu səbəbdən, üzə çıxardığımız ciddi faktlar əsasında hazırlayıb dərc etdiyimiz yazılarla bu cinayətkarın qaranlıq keçmişini ifşa edə bilirik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan bu qorxulu insan özü kimi mahir fırıldaqçıları özündə birləşdirən olduqca təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoyublar.
Törətdiyi qatı cinayətlərə baxmayaraq, Rusiya vətəndaşı olan və hal-hazırda Qubanın Digah kəndinndə yaşayan Alibek Kurbanovun “xətrinə dəyən” yoxdur — sanki dünya vecinə deyil. Ölkədə nüfuz sahibi olan bir generalın adından sui-istifadə etməklə, özünə “toxunulmazlıq statusu” qazanıb. Bu nüfuzlu şəxslə münasibəti olduğunu deyir. Buna görədir ki, insanların etibarından da sui-istifadə edə, dələduzluq yolu ilə onları aldada bilir. Aldatdığı insanlara nələr vəd etmir?! Guya, hər şey onun əlindədir. İnsanları buna inandırır ki,
qohumu olan bu generalın əliylə bütün işləri görməyə qadirdir.


Müxtəlif sahələrdə işə düzəlmək istəyənlər beləcə onun “toruna düşür”. Konkret desək, işə düzəlmək, işinə bərpa olunmaq istəyən bir çoxları guya rüşvət qismində veriləcək müxtəlif məbləğlərdə pullarından keçməli olurlar. Eyni üsulla ayrı-ayrı şəxslərdən daha çox məbləğdə alınan pullar “səs-küysüz” mənimsənilir. Çünki vədinə əməl etməyəndə, zərərçəkənlər hər dəfə pullarını tələb edəndə Alibek Kurbanov həmin generala arxalandığını, heç kimdən qorxmadığını açıq deməkdən çəkinmir.
Həmin generalın kimliyi bizə məlum olsa da, araşdırmalarımız davam etdiyindən hələlik adını çəkmək istəmirik. Lakin hesab edirik ki, belə bir generalın adından sui-istifadə edərək, insanları aldatmaqla məşğul olan bir şəxsə qarşı mütləq cinayət işi açılmalı və çirkin əməlləri kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digərləri də bu yola qədəm qoymaqdan çəkinsinlər.


Bu general fərqindədirmi ki:


— Onun nüfuzundan şahidləri qorxutmaq və “Pediatriya — 2” klinikasındakı qanunsuz tibbi fəaliyyəti pərdələmək üçün istifadə olunur;


— Onun adı Sevda Alibekovnanın ailələri dağıtması, özgə uşağın alimentini mənimsəyərək “Uniser” məktəbinin pullarını ödətməsi kimi mənəviyyatsız əməllərə “toxunulmazlıq” qazandırır;


— Onun şərəf və ləyaqəti, dövlət tərəfindən verilən rütbəsi — atası məşhur fırıldaqçı, qızı isə doğma balası Sultanı atıb, elit mülkiyyət ovuna çıxan bir “Ququş ana” olan sülalə ilə eyni tərəziyə qoyulur…
Alibekin adına bağlı cinayətkar şəbəkənin və Kurbanovlar sülaləsinin ifşası zamanı məlum oldu ki, o, kənddə və ətraf məkanlarda yeni bir manipulyasiya dalğası başladıb. Bir daha qeyd edirik ki, şəbəkənin və ailənin başçısı hər yerdə ağızdolusu: “General qohumum var”, — deyərək, hamıya hədə-qorxu gəlir. Beləcə, əməllərinə nüfuz alveri qatmaqla rahatlanır. Saxta “krışa” taktikası hər yer­də işinə yarayır. Bir sözlə, o,
illərdir istifadə etdiyi köhnə fırıldaq metoduna sadiq qalır və cinayət əməllərinə “toxunulmazlıq zirehi” geydirə bilir.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, görünən odur ki, qızı Sevdanın “imkanlı soyadlar” ovu da bu məqsədə xidmət edir. Onlar ailəliklə bir plan qurublar: Sevda manipulyasiya ilə nüfuzlu ailələrə sızır və mülkiyyət ələ keçirir. Alibek isə bu qurbanların vəzifə və rütbələrindən istifadə edərək, kənddə və hər yerdə “mənim arxamda general dayanır” mifi yaradır. Bu detal Alibek Kurbanovun köhnə fırıldaqçı taktikasının — yəni nüfuzlu adlardan istifadə edərək, qorxu və toxunulmazlıq mühiti yaratmaq metodunun davam etdiyini göstərir. Bu, həm də Sevdanın niyə məhz “imkanlı soyadlar” və “vəzifəli qurbanlar” ovuna çıxdığını aydın izah edə bilir. Bir sözlə, bütün şəbəkə, ailə üzvləri bu general adının arxasında gizlənməyə çalışır.
Bəs, generalın bu ailənin əməllərindən xəbəri varmı? Bizi daha çox maraqlandıran bu sualın cavabıdır. Yəqin ki, Alibekin adından istifadə etdiyi həmin şəxsin bu fırıldaqçı sülalənin “tibbi terrorundan”, Sevdanın “Ququş ana” həyat tərzindən və “Uniser” məktəbi ətrafındakı aliment fırıldaqlarından xəbəri yoxdur. Çox güman ki, nüfuzlu şəxslərin adları bu ailə tərəfindən sadəcə şantaj və müdafiə vasitəsi kimi istifadə olunur. Belə olmasaydı, diplomsuz “podoloq” — qeydiyatçı (resepşn) kimi rəsmləşən Sevda Alibekovna heç bir cəsarətlə Məmməd Araz, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasının stomatologiya mərtəbəsində lisenziyasız fəaliyyət göstərə və çarpaz yoluxma riski yarada bilməzdi. Onlar arxalandıqları “general” adının hər qapını açacağını və qanundan üstün olacağını düşünürlər. Lakin unudurlar ki, dövlət strukturları və qanun qarşısında heç bir saxta qohumluq əlaqəsi “tibbi terrora” və “ailə qatilliyinə” bəraət qazandıra bilməz.(arazpress.com)

Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt


Paytaxtın şəhərsalma normalarına zidd qanunsuz tikintilərin aparılması davam edir.

Sosial mediada bir çox görüntülər var ki, heç bir icazəverici sənədi olmayan tikinti işləri aparılması geniş vüsət alıb.

Xalq-a daxil olan məlumata görə Sabunçu rayonu Musa Bayramov küçəsində heç bir icazəverici sənədi olmayan obyekt tikintisi aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti və quraşdırma işi ilə bağlı məlumat bazasında heç bir qeyd yoxdur.

İddialara görə tikintiyə heç bir icazəverici sənəd olmadan aparılması Sabunçu İcra Hakimiyyətinin hansısa səlahiyyətli şəxsi nəzarət edir.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən açıqlama verməkdən imtina etdilər Zabrat İcra nümyəndəliyindən isə bildirdilər ki, hər hansı bir tikintidə haqqında məlumatımız yoxdur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, 2012-ci ildən Sabunçu icra Hakimiyətinin başçısı Adil Vəliyevdir.

Məsələ ilə bağlı aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görntüləri təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/sabuncu-icra-hakimiyyeti-melumatimiz-yoxdur-amma-zabratda-tikinti-isleri-aparilir-videofakt

“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də yoxlama aparılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada ciddi nöqsanlar aşkar edilib.

Məlum olub ki, klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Kurbanova (Ağazadə) Alibekovna əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub.

Buna görə də, rəsmi adı “Dünya Estetik Azərbaycan” olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İXM-nin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.

Qeyd edək ki, “Dünya Estetik Azərbaycan”ın, yəni kosmetik adı “Leyla Medical” olan şirkətin direktoru Elnur Vahabovdur.

Teleqraf

Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..


"Aşağıda qeyd olunan məsələnin kökündə dayanan əsas problem sadəcə bir qida məhsulunun təminatı deyil, neftçinin həm maddi, həm də mənəvi haqlarına olan yanaşmanın göstəricisidir..." Bu barədə SOCAR rəhbərliyinə işçiləri adından ünvanlanmış müraciətdə deyilir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə daha sonra bildirilir:
"Hörmətli Baş Ofis, dəniz obyektlərində çalışan sıravi işçilər üçün də aid oluna bilən peşəkarlığı yalnız öz adınıza çıxıb, maaş məsələsində sıravi işçini görməzdən gəlməyiniz bəs deyilmiş kimi, indi də son ümid yerimiz olan, sağlamlığımız üçün nəzərdə tutulan o bir qurtum südü kəsirsiniz. SAP kimi dünya səviyyəli, nəhəng bir sistemi idarə etməklə öyünənlər üçün dənizdə zəhərli qazlar udan işçinin süd sifarişini yerinə yetirmək nə qədər qlobal bir problemə çevrilib ki, aylardır bu məsələ həll olunmur? Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq sıravi neftçinin haqqına girmək, əslində işçinin sağlamlığına və əməyinə verilən "dəyərin" acınacaqlı mənzərəsidir. Yerli rəhbərliyin bütün fədakarlığına rəğmən, mərkəzi idarəetmədə yaranan bu laqeydlik birbaşa dənizdəki ağır zəhməti ciddiyə almamaqdır.
​İndi sual olunur: bu müraciətdən sonra südlər paylansa belə, ötən 4 ayın zərərini necə kompensasiya edəcəksiniz? Qanunla nəzərdə tutulan gündəlik 0.5 litr südü dörd ay sonra toplu şəkildə vermək hansı tibbi məntiqlə izah oluna bilər? Zərərli maddələrin orqanizmdən çıxarılması gündəlik prosesdir; dörd ayın zəhərini bir neçə günə "normadan artıq" süd içməklə təmizləmək mümkün deyil. Üstəlik, öz halal haqqımız olan məhsulun evə aparılmasına qoyulan 5 litrlik gülünc limit nəyə xidmət edir? Əgər siz bir süd sifarişini aylarla gecikdirirsinizsə, peşəkarlıqdan danışmağa nə dərəcədə haqqınız çatır? Əgər SAP sistemi və ya təchizat zənciriniz bu qədər acizdirsə, o zaman idarələrdə inək-keçi təsərrüfatı yaratmağı nəzərdən keçirəsiniz bəlkə, ola bilər o zaman neftçinin sağlamlığını qorumaq mümkün oldu. Çünki bu yanaşma ilə siz sadəcə südü deyil, işçinin quruma olan son inamını da kəsirsiniz..."("DİA-AZ")

Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”


“Götürüb bu görüntünü paylaşdılar ki, Türkan canlı oxuya bilmir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Öz aramızda” verilişində deyib.

Sənətçi hər an ona pislik etməyə hazır olan düşmənlərindən danışıb:

“Yaxşı bir iş görəndə çalışırlar məni əzsinlər, vursunlar. Bu yaxınlarda toyda canlı ifa zamanı musiqiçinin səhvi üzündən bir məqam oldu, çaş-baş qaldım. Götürüb bu görüntünü paylaşdılar ki, Türkan canlı oxuya bilmir. Vallah, mən muğamları da, onun şöbələrini də yaxşı bilirəm. Canlı da oxuyuram. Bunu bilərəkdən paylaşmışdılar.

Bunu kimlərin etdiyini də bilirəm. Bu gün gündəmdəyəmsə, yaxşı işlər görürəmsə, efirlərdəyəmsə, əlbəttə ki, məni əzməyə və vurmağa çalışacaqlar. Əvvəllər buna fikir verirdim, amma indi fikir vermirəm. Onlara görə vaxtımı itirmək istəmirəm. Baxırsan, adamı elə linç edirlər… Yazanlar da sənətkarlardır, ayıbdır sizin üçün. İnsanıq, xaric də oxumaq olar”.

Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə


İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat mallarının satın alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Artıq tərəflər arasında satınalma müqaviləsi imzalanıb.

Müqavilənin maliyyə dəyəri 422 026 manatdır. “Azəri Med” QSC bununla 2026-cı ildə bağladığı satınalma müqavilələrinin sayını 11-ə çatdırıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 16 370 948,95 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” QSC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 255 510 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir.

QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Mediada gedən məlumatlarda iddia edilir ki, “Azəri Med” QSC-nin sahibi deputat Kamaləddin Qafarovdur. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində işləyib.

Azəri Med QSC-nin əsasən MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir. Digər tərəfdən, 2009-2013-cü illərdə Azəri Med QSC-nin qanuni təmsilçisi Qafarov Hüsaməddin Şəmsəddin oğlu adlı şəxs olub. İddialara görə, bu şəxs Kamaləddin Qafarovun yaxın qohumudur. Azəri Med QSC-nin 2020-ci ilədək qeydiyyatda olduğu ünvanla bağlı da maraqlı iddialar var.

Bildirilir ki, şirkətin hüquqi ünvanı olmuş Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də Kamaləddin Qafarov və ailə üzvləri qeydiyyatdadır. Kamaləddin Qafarova məxsus başqa şirkətlərin də olduğu deyilir.

Bunlar “Versal Palace” MTK, “Kanon” MMC,”Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” Fərdi Firması, “Helios Paharma” MMC və “Salidont LTD”-dir. Bu iddialar indiyədək deputat tərəfindən təkzib edilməyib. Azərbaycan qanunvericiliyinə görə deputatın biznes fəaliyyəti ilə məşğul olması qadağandır.

Realazerbaycan.az

Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...


13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı növbəti dəfə iddialar yayılıb.

Pravda.az xəbər verir ki, sosial şəbəkədə Mərkəzin keçmiş əməkdaşlarından biri 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Qarxun Meşəbəylinin 5 saylı sahəsində məhsul verən nar bağının və yulğun kollarının məhv edilməsi ilə bağlı görüntüləri paylaşıb.

Sözügedən şəxsin aprelin 11-də, səhər saatlarında 09:47-də çəkdiyi görüntülərdən də görünür ki, məhv edilən, kökündən çıxarılan ağacları traktor daşıyarkən ərazi nəzarətsiz olub.

13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Məzahir Qasımovun onu işdən çıxardığını deyən vətəndaş Qasımovun ona “İcrada işləmiş adamam, rəis də, prokuror da məni tanıyır, könüllü ərizə yazıb işdən çıxmasan, səni cərimə ilə çıxartdıracağam” dediyini iddia edir: “Mən də imkansız olduğum üçün məcbur qalıb ərizəni yazmışam”.

O, həmçinin nar bağının və yulğun kollarının kütləvi kəsilməsində Qasımovla yanaşı, sahə rəisi Ənvər Hümbətovun, əraziyə nəzarət edən Yunis Cəfərəlinin şəxsi maraqları naminə əlbir olduqlarını, ağacların yerində qalan boşluqları ört-basdır etdiklərini, ərazini satdıqlarını da iddia edib.

Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlasa da, mövqe bildirilməyib.

Xatırlatma: Bundan əvvəl Pravda.az saytına ünvanlanmış məktubda yazılan şikayətdə 2024-cü ilin noyabr ayından 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə təyin olunan Məzahir Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək meşə təsərrüfatını şəxsi əmlakı kimi idarə etdiyi bildirilmişdi. İddia edilirdi ki, RMTM-nin daxili xərclərinin (gələn qonaqların qarşılanması, təsərrüfat malları üçün) ödənilməsi üçün meşəbəyliklərdən pullar yığılır. “M.Qasımov 8 saylı Bərdə Regional Nəqliyyat İdarəsindəki nəqliyyat vasitələrini və traktorları öz şəxsi torpaq sahələrində istifadə edir. Nəqliyyat idarəsinin meşələrin suvarılmasında istifadə olunan sudartıcı nasosaları M.Qasımovun şəxsi qadağalı sahələrinda istismar olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələnin araşdırılmasında maraqlı olarsa, traktorlardakı GPS sisteminə baxış keçirərlər”, - məlumatda qeyd olunurdu.(Pravda.az)

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatları təkzib etmişdi.

“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO


Paytaxtın pərakəndə satış sektorunda fəaliyyət göstərən “Tamstore” mağazalar şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialar istehlakçıların diqqət mərkəzinə düşüb. Paylaşılan görüntülərdə mağazalarda bəzi məhsulların, xüsusilə də kolbasaların istifadə müddətinin bitməsinə baxmayaraq, hələ də piştaxtalarda saxlanıldığı və endirimli qiymətlərlə təklif edildiyi bildirilir.

Bu cür hallar alıcılar arasında haqlı suallar doğurur, çünki qida məhsullarının, xüsusən də tez xarab olan ət məhsullarının saxlanma şəraiti və vaxtı birbaşa sağlamlıqla bağlı məsələdir. Mağazalar şəbəkələrində bəzən texniki səhvlər və ya diqqətsizlik ucbatından bu növ halların baş verməsi mümkündür, lakin bu, qida təhlükəsizliyi qaydalarının daha ciddi şəkildə tətbiq edilməsinin vacibliyini bir daha gündəmə gətirir. Vətəndaşların bu mövzuda həssaslıq nümayiş etdirməsi istehlakçı mədəniyyətinin formalaşması baxımından müsbət addım olsa da, məsələnin rəsmi və peşəkar müstəvidə araşdırılmasına ehtiyac var.

Məsələ ilə bağlı qida eksperti Orxan Vəlizadə NOCOMMENT.az-a bildirib ki, qida məhsullarının yararlılıq müddəti məsələsində həm mağaza, həm də alıcı ehtiyatlı davranmalıdır: “Kolbasa və digər ət məhsulları tərkib etibarilə çox həssasdır. Bu məhsulların istifadə müddəti bitdikdə onlarda mikrobioloji proseslər başlaya bilər ki, bu da arzuolunmaz nəticələrə yol açar. Əgər bir məhsulun vaxtı keçibsə, o, hansısa aksiya və ya endirim kampaniyasına daxil edilməməli, dərhal satış zonasından kənarlaşdırılmalıdır. İstehlakçılarımız da diqqətli olmalı, xüsusilə endirimli məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə mütləq nəzər salmalıdırlar”.

Onun sözlərinə görə, marketlərdə daxili nəzarət mexanizminin düzgün qurulması bu cür xoşagəlməz halların qarşısını ala bilər: “Məhsulun istifadə müddətinin izlənməsi mağaza menecerlərinin və məsul şəxslərin birbaşa vəzifəsidir. Görüntülərdən anlaşılan odur ki, bu zəncirdə müəyyən bir axsamalar mövcuddur. Biz tövsiyə edirik ki, mağaza rəhbərliyi bu məsələyə daha peşəkar yanaşsın və işçilərin məsuliyyətini artırsın. Çünki kiçik bir diqqətsizlik belə həm mağazanın imicinə zərər vura bilər, həm də insanların qidalanma təhlükəsizliyi ilə bağlı narahatlıq yarada bilər”.

Ekspert əlavə edib ki, bu cür halların qarşısını almaq üçün mütəmadi monitorinqlər aparılmalıdır: “Əsas məqsəd cərimələmək deyil, qida təhlükəsizliyi zəncirini düzgün qurmaqdır. Aidiyyatı qurumlar tərəfindən aparılan yoxlamalar sahibkarları daha məsuliyyətli olmağa sövq edir. Alıcılar hər hansı bir şübhəli məqamla qarşılaşdıqda mağaza rəhbərliyinə müraciət etməli və ya müvafiq dövlət orqanlarını məlumatlandırmalıdırlar. Sağlam qidalanma hər bir vətəndaşın fundamental hüququdur və bu hüququn qorunması üçün qarşılıqlı nəzarət mexanizmi işləməlidir”.(NOCOMMENT.AZ)

VİDEO LİNKDƏ: https://nocomment.az/tamstore-da-endirim-telesi-insanlar-bele-aldadilir-video/

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27