TKTA 255 nəfərin diplomunu niyə tanımadı?


2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

“Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom, 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşa Respublikasından 27, İtaliya Respublikasından 21, Macarıstandan 19, Almaniya Federativ Respublikasından 12, Belarus Respublikasından 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreya Respublikasından 9, Qazaxıstan və Çin Xalq respublikalarının hər birindən 6, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan respublikaları və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb”, – məlumatda qeyd olunub.

Son illər TKTA-nın diplomunu tanınmayan şəxslərin məhkəməyə üz tutuması halları artmaqdadır.

Məlumata görə, ötən ilki statistikası göstətirir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanımadığı diplomların bəziləri məhkəmə qərarları ilə tanınmalı olur. Bu da təbii ki, gənclərin əlavə vaxtının alınması ilə nəticələnir.

Son belə bir hal Belarusda oxuyan bir tələbənin diölomunun məhkəmə qərarı ilə tanınması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovdur

Bizimesr.az

“Aqrarkredit”in 49 nəfərin başına açdığı müsibət: 35 milyonluq mülk necə “əridilib?”- ARAŞDIRMA


Müstəqillik illərində ölkənin ən böyük təşkilatlardan biri olmuş “Azərinşaatservis” ciddi talançılığa məruz qalıb.

Tribuna.az-ın araşdırması zamanı məlum olub ki, qurumun problemi 2014-cü il “Beynəlxalq Bank” qalmaqalından sonra yaşanıb.
Belə ki, bu hadisədən sonra “Azərinşaatservis” müflis elan edilib. Nəticədə, balansında olan bütün texnika və avadanlıqlara, habelə torpaq sahələrinə həbs qoyulub. Lakin əsas problem bu deyil. Məsələ odur ki, sözügedən qurumun qarşısında öhdəlik götürdüyü fiziki və hüquqi şəxslər var. Dəhşətli durum odur ki, indiyə qədər 49 fiziki və hüquqi şəxsə olan real borc bu günə qədər ödənilməyib. Səbəb isə daha maraqlı və dəhşətlidir.
Əvvəlcə qeyd edək ki, “Azərinşaatservis”in müflis olmasından sonra onun bütün əmlak və mülkləri “AqrarKredit” Bank Olmyan Kommersiya Təşkilatına (BOKT) verilir. Bu, BOKT-un əsas missiyası əmlak və mülklərin dəyərləndirilməsi, habelə onların hərrac yolu ilə satışını təşkil etmək və borcluların borc öhdəliklərini qarşılamaq olub. Lakin “AqrarKredit” elə bir oyun çıxarıb ki, ortada nə mal var, nə də mülk.
İndi isə keçək təfsilata. “Azərinşaatservis”in balansında olan çoxlu sayda texnika və avadanlıq “Aqrarkredit” tərəfindən müəmmalı şəkildə satılıb. Satışın necə həyata keçirildiyi, əmlaklara hansı qiymət qoyulduğu, pulların kimə verildiyi isə məlum deyil.
Araşdırma zamanı məlum olub ki, “Aqrarkredit”də bu işlərin başında BOKT-un rəhbəri, əksəriyyət tərəfindən “Şapka Mamed” kimi tanınan Məmməd Musayev və onun ən yaxın “silahdaşı”, vaxtıyla “Azərsu”da (Qorxmaz Hüseynovun rəhbərliyi vaxtnda-red.) müavin postunu tutumuş Arzuman Abbasov dayanıb. Bütün proses onların istəyi və arzusu əsasında həyata keçirilib.
Bütün bu talançılıqdan sonra ortada yalnız Binəqədi rayonu ərazisində yerləşən 3.5 hektar torpaq sahəsi qalıb. “Azərinşaatservis”in balansında olan bu torpaq sahəsinin toplam dəyəri 30-35 milyon manat hesab edilir. Yəni, bu günkü real dəyəri qeyd edilən məbləğdədir. Bu torpaq sahəsinin satışından əldə olunan gəlir isə 49 nəfər payçının haqqının ödənilməsinə sərf olunmalıdır. Lakin “Şapka Mamed” və Arzuman Abbasov torpaq sahəsini qanunsuz hərracla özəlləşdirərək digər 49 tələbkarı faktiki olaraq əliboş qoyub.
Qeyd edək ki, 49 nəfərin payçı olması və onların haqlarını təsdiq edən məhkəmə qərarı mövcuddur. Həmin payçılardan biri də “SİRR-M” MMC-dir. 10 fevral 2016-cı ildə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi MMC-nin xeyrinə qətnamə çıxarıb. Həmin qərarda qeyd edilir ki, “Azərinşaatservis”dən 3.8 milyon manat vəsait bu şirkətin hesabına tutulmalıdır. Paralel olaraq, Binəqədi Məhkəmə Qərarları və İcrası Şöbəsinə qəti göstəriş verilib ki, qətnamənin icrası üçün prosedur başlatsın.
Əmlakın üzərinə həbs qoyulmasna dair Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il tarixli və 2025-ci il tarixli qərardadları var ki, həmin qərardadlar qüvvədə olduğu halda “SİRR-M” MMC-nin razılığı olmadan əmlak satıla bilməzdi.
İşin maraqlı tərəfi odur ki, Ədliyyə Nazirliyinin İcra Xidmətinə və Binəqədi Rayon İcra Şöbəsinə göstəriş verilib ki, əmlaka qoyulmuş həbs götürülsün və torpağın qiymətləndirilməsi prosesinə start verilsin. Bunun ardından Binəqədi rayon icra şöbəsi 3.5 hektar ərazinin qiymətləndirilməsi üçün prosesdur başladıb. Bazar dəyəri 30-35 milyon manat olan 3.5 hektar əraziyə 13 milyon manat qiymət qoyulub. Daha sonra isə qiymət naməlum şəkildə 25.000.000 manat müəyyən edilib. Hərçənd bu qiymətləndirməni necə apardıqları məlum deyil. Tələbkarlardan biri olan “Kəngərli” MMC isə haqlı olaraq buna etiraz edir. Şirkət qiymətləndirmənin düzgün aparılmadığını, mübahisəli olduğunu bildirir. Həmçinin Binəqədi Məhkəməsi qarşısında haqlı olaraq məsələ qaldırıb ki, “Bir qədər əvvəl 13 milyon manat qiymət qoyulan torpaq sahəsi qısa müddətdə necə 25 milyon manata hesablanıb?” Binəqədi Məhkəməsi şikayəti təmin edib və icra məmurunun hərəkətlərini qanunsuz hesab edib. Həmin qərardaddan icra məmuru və “Aqrarkredit” QSC BOKT şikayət verib, lakin Bakı Apellyasiya Məhkəməsi məhkəmə İcra Məmuru və “Aqrarkredit”in şikayətlərini əsassız sayıb.
Əsl gülməli olay isə bundan sonra başlayıb.

Tribuna.az xəbər verir ki, 18 mart 2026-cı ildə icra məmuru hərracla bağlı sifarişini geri çəkib. Amma bundan 4 gün sonra, 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in əliylə hərrac keçirilib.
Bildirək ki, 8 aprel 2026-cı ildə hərracla bağlı protokol imzalanıb. Məlum olub ki, “Aqrarkredit” BOKT keçirilən hərracdan əldə olunan vəsaitin 1.6 milyon manatını icra xidməti haqqı kimi, 863 min manatını isə icra şöbəsinə ödəniş kimi ödəyib. Lakin 3.5 hektar torpaq sahəsinin konkret olaraq hansı qiymətə satdığı barədə isə bir kəlmə də yazmayıb. Bu azmış kimi, əldə olunan pulun 49 nəfərə olan borc hissəsi ödənilməli olan halda, onlara bir qəpik belə verilməyib. Halbuki məhkəmə qərarında açıq şəkiləd qeyd edilir ki, əldə olunan vəsait borclluların borcunun bağlanmasına sərf edilməlidir. Onların arasında isə “SİRR-M” MMC və daha 49 nəfərin olduğu qətnamə ilə təsdiqlənib. Elə bu səbəbdən də borclarını tələb edənlər haqlı olaraq şikayətçidirlər və pullarının ödənilməsini tələb edirlər.
Baş verənlərdən belə anlaşılır ki, “AqrarKredit” QSC BOKT başda Məmməd Musayev və Arzuman Əhmədovla birlikdə məhkəmə qərarlarını, qanunları, habelə borcluların haqqını bir kənara ataraq, öz bildikləri kimi davranaraq, qanunsuzluq ediblər. Nəticədə, “Azərinşaatservis”dən uzun illərdən bəri alacaqları olan şəxslər və şirkətlərin haqları tapdanıb və çarəsiz duruma düşüblər.(Tribuna.az)

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular - VİDEO


Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında ağaclar kütləvi şəkildə qətliam edilib.

Bizimesr.az bildirir ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqları və yonqar qalıqları isə əraziyə səpələnib. Ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlaması diqqət çəkməy bilməz.

Qeyd olunur ki, guya piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının quruduğu müəyyən edilib. Ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib.

Ərazidə yaşayan sakinlər bildirir ki, məhv edilən ağacların heç biri qurumuş olmayıb. Sadəcə olaraq bu ərazidə başqa maraqlar var.

Həqiqətən də bir ərazidə yanaşı olan 12 ağacın eyni vaxtda quruması və götürülməsi olduqca müəmmalıdır. Necə ola bilər ki, küçə boyu yaşıl olan diğır ağaclar qurumur, məhz bu ərazidə olan məhz 12 ağac quruyur?

Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində və aidiyyatı qurumlarında köklü dəyişikliyə ehtiyac var. (Bizimesr.az)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/nerimanov-rayonunda-12-agac-oyunu---agaclara-divan-tutdular---video-21240

Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?



Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi-nin direktoru Eşqi Bağırov tərəfindən keçirilən iclasda səsləndirilən fikirlər müzakirələrə səbəb olub.

Məlumata görə, iclasa ölkənin bütün Regional Təhsil İdarələrinin müdirləri dəvət edilib. Toplantı zamanı Eşqi Bağırovun çıxışı xüsusilə sərt ifadələrlə yadda qalıb. İddialara əsasən, Eşqi Bağırov çıxışı zamanı “Siz mənə tabesiniz”, “Sizi yalnız mən yoxlaya bilərəm”, “Mən nə desəm, o olacaq”, “Siz mənim əmrlərimi yerinə yetirməlisiniz” kimi fikirlər səsləndirib.

Qeyd olunur ki, çıxışın ümumi məğzi rəhbərliyin tam şəkildə mərkəzləşdirilməsi və bütün qərarların birbaşa direktor tərəfindən verilməsi ilə bağlı olub. O, işə qəbul və işdən azad etmə məsələlərinin də yalnız onun səlahiyyətində olduğunu vurğulayıb.

İclasda bütün Regional Təhsil İdarələrinin rəhbərləri iştirak etsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova toplantıya qatılmayıb. Xatırladaq ki, Nərminə Hüseynova 2020–2023-cü illərdə Agentliyin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayevlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov arasında uzun müddətdir müxtəlif fikir ayrılıqlarının olduğu iddia olunur.

İddia edilir ki, Emin Əmrullayev Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovu vəzifədən çıxarmağa bir neçə dəfə cəhd etsə də, baş tutmayıb. Hətta son günlər vəziyyətin bir qədər də Eşqi Bağırovun xeyrinə dəyişdiyi deyilir.

Biziemsr.az

Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir?


Qida təhlükəsizliyi hər bir dövlətin və cəmiyyətin ən həssas məsələlərindən biridir. İnsanların gündəlik istehlak etdiyi məhsulların keyfiyyəti, tərkibi və onların uzunmüddətli təsirləri yalnız iqtisadi deyil, həm də sosial məsuliyyət məsələsidir.

Bizimesr.az bildirir ki, Azərbaycan bazarında uzun illərdir fəaliyyət göstərən “Avrora Qrup” əvvəl distribütor kimi fəaliyyətə başlasa da, zamanla həm istehsal, həm də pərakəndə satış sahəsində geniş şəbəkə quraraq bazarın əsas oyunçularından birinə çevrilib. Şirkətin idxal və distribütorluq etdiyi məhsullar arasında isə xüsusilə diqqət çəkən bir seqment var - enerji içkiləri və ucuz spirtli məhsullar.

“Bizon”, “Goo”, “Jaguar”, “Bingo”, “Berg” kimi içkilər, eləcə də müxtəlif hazır qida məhsulları – məsələn, “Rolton” tipli tez hazırlanan məhsullar geniş şəkildə bazara təqdim olunur və əsasən gənc auditoriya arasında yayılır. Bu məhsulların satışında isə şirkətə bağlı olan “Tamstore” kimi pərakəndə şəbəkələrin rolu xüsusi qeyd olunur.

Təbii ki, bu məhsulların satışı və ölkəyə idxalı suallar yaratmaya bilməz... Bu məhsulların bu qədər geniş və aktiv şəkildə bazara daxil edilməsi yalnız kommersiya maraqları ilə izah oluna bilərmi?

Ucuz enerji içkiləri məsələsi xüsusilə diqqət çəkir. Bəzi hallarda 1 manata təklif olunan bu məhsulların tərkibi və keyfiyyəti ilə bağlı suallar da illərdir müzakirə olunur. Enerji içkilərinin həddindən artıq istifadəsinin sağlamlığa mənfi təsirləri, ürək-damar problemləri, asılılıq riski, sinir sistemi üzərində təsirlər artıq dünya səviyyəsində müzakirə edilən məsələlərdəndir. Bəs Azərbaycanda bu məhsulların gətirilməsi və satışı necə?

Eyni zamanda, bu məhsulların daha çox gənclər arasında populyarlaşması narahatlıq doğurur. Ucuz qiymət və əlçatanlıq faktoru bu məhsulları daha geniş kütlələr üçün cəlbedici edir. Nəticədə, sağlam qidalanma və həyat tərzi ilə bağlı ciddi suallar ortaya çıxır.

Digər tərəfdən, “Avrora Qrup”un son dövrlərdə reklam aktivliyini artırması da diqqətdən yayınmır. Xüsusilə “Tamstore” şəbəkəsinin geniş reklam kampaniyaları şirkətin bazarda mövqeyini daha da gücləndirmək niyyətindən xəbər verir. Bu isə belə bir ehtimalı gündəmə gətirir - bazara yeni məhsulların xüsusilə enerji və spirtli içkilərin daha aqressiv şəkildə daxil edilməsi planlaşdırılırmı? 

Əlbəttə, qeyd edilməlidir ki, bu məhsulların əksəriyyəti qanunvericiliklə qadağan olunmayıb və rəsmi şəkildə satışdadır. Lakin məsələ yalnız qanun çərçivəsində fəaliyyət göstərməkdən ibarət deyil. Böyük bazar payına malik şirkətlərin cəmiyyət qarşısında da müəyyən məsuliyyəti var.

Sürətli qazanc naminə bazara çıxarılan bu məhsullar uzunmüddətli perspektivdə cəmiyyətə nə vəd edir? Bizim gənclərimiz bu məhsulların istifadəçisinə çevilməlidirmi?(Bizimesr.az)a

Qeyd edək ki, "Avrora Qrup" unun prezidenti Ceyhun Abbasovdur.

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Tovuzda bir obyektin taleyi: sahibkarın müraciəti, gecikən qərarlar və ortaya çıxan suallar



Bir müraciətdən başlayan araşdırma

Tovuz rayonunun Azaflı kənd sakini Oktay Telman oğlu Alisgəndərovun dövlət başçısına və aidiyyəti qurumlara ünvanladığı müraciət bölgədə sahibkarlıq fəaliyyəti ilə bağlı daha geniş müzakirələrə səbəb olub.

Sahibkarın iddiasına görə, ona məxsus qeyri-yaşayış obyektinin istismara qəbulu ilə bağlı qanunvericiliyin tələb etdiyi əsas prosedurlar tamamlanıb. Müraciətdə qeyd olunur ki, obyekt Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun şəkildə rəsmiləşdirmə prosesindən keçirilib və aidiyyəti qurumlara müraciətlər edilib.

Onun sözlərinə görə, proses çərçivəsində bir sıra dövlət qurumlarından müsbət rəylər alınıb, torpaq sahəsi üzrə icarə müqaviləsi bağlanıb və dövlət rüsumu ödənilib. Buna baxmayaraq, sahibkar bildirir ki, yekun mərhələdə – obyektin istismara qəbul edilməsinə dair aktın verilməsində gecikmə yaranıb.

Gecikmənin səbəbi nədir?

Alisgəndərovun iddiasına əsasən, Tovuz Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərə baxmayaraq, sənədin verilməməsinin səbəbləri ilə bağlı aydın izah təqdim olunmayıb. O bildirir ki, məsələ ilə bağlı rəsmi və poçt vasitəsilə də müraciətlər edib.

Bu məqam araşdırma üçün əsas suallardan birini gündəmə gətirir:
qanunvericilikdə nəzərdə tutulan prosedurlar tamamlandıqdan sonra belə gecikmələrin səbəbi nə ola bilər?

Məhkəmə mərhələsi və uzanan proses

Məsələ ilə bağlı bəzi media resurslarında yer alan məlumatlara görə, sahibkar hüquqi müstəvidə də addım ataraq iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Lakin yayılan məlumatlarda qeyd olunur ki, iş üzrə qərarın verilməsi müəyyən müddətdir gecikir. Müşahidəçilər hesab edir ki, bu cür gecikmələr sahibkarın hüquqlarının bərpasını uzada bilər. Bununla yanaşı, məhkəmə proseslərinin müddəti və qərarların qəbul olunma vaxtı bir sıra obyektiv amillərlə də bağlı ola bilər.

Hazırda bu məsələ ilə bağlı rəsmi məhkəmə açıqlaması mövcud deyil.

“Problem sistemlidir” – bölgədən gələn siqnallar

Mövzu yalnız bir sahibkarın müraciəti ilə məhdudlaşmır. Müxtəlif mənbələrdə və sosial mediada yayılan məlumatlarda oxşar problemlərlə üzləşən digər şəxslərin də olduğu iddia edilir.

Bu məlumatlara görə, bəzi sahibkarlar və fermerlər yerli səviyyədə qərarların qəbulunda şəffaflığın artırılmasına ehtiyac olduğunu düşünürlər. Həmin fikirlər rəsmi təsdiqini tapmasa da, bölgədə müəyyən narazılıq fonunun mövcud olduğu diqqət çəkir.

Suvarma məsələsi: ayrı bir müzakirə mövzusu

Araşdırma zamanı diqqət çəkən digər istiqamətlərdən biri də suvarma ilə bağlı iddialardır. Bəzi mənbələrdə qeyd olunur ki, artezyan sularının bölüşdürülməsi ilə bağlı bərabərlik prinsiplərinin tam təmin olunmadığı barədə fikirlər səsləndirilir.

İddialara görə, su resurslarının istifadəsində qeyri-bərabərlik ehtimalı kənd təsərrüfatı ilə məşğul olan şəxslərin fəaliyyətinə təsir göstərə bilər. Bununla yanaşı, bu məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənmədiyini də vurğulamaq vacibdir.

Ekspert yanaşmasına görə, suvarma resurslarının bölgüsü kənd təsərrüfatı üçün strateji məsələ olduğundan, bu sahədə hər hansı narazılıq diqqətlə araşdırılmalıdır.

Torpaq məsələsi ilə bağlı sosial mediada yayılan fikirlər

Sosial platformalarda yer alan bəzi paylaşımlarda suvarma problemlərinin torpaq bazarına da təsir etdiyi iddia olunur. Belə ki, bəzi istifadəçilər kənd sakinlərinin torpaqlarını satmaq məcburiyyətində qala biləcəyini yazırlar.

Bu iddialar rəsmi təsdiqini tapmasa da, kənd təsərrüfatı sahəsində sosial balansın qorunması baxımından diqqət çəkən məqam kimi qiymətləndirilir.

Satınalmalar və “AQROKİMYA” MMC ilə bağlı məlumatlar

Araşdırma zamanı bəzi media orqanlarında dərc olunmuş materiallarda iqtisadi fəaliyyətlə bağlı da diqqətçəkən məqamlar qeyd edilir.

Həmin məlumatlara görə, “AQROKİMYA” MMC son illərdə müxtəlif dövlət qurumları ilə bir neçə satınalma müqaviləsi bağlayıb. Məsələn, açıq mənbələrdə yer alan məlumatlarda 2024-cü ildə 181 min manatdan artıq, əvvəlki illərdə isə daha yüksək məbləğlərdə müqavilələrin olduğu qeyd olunur.

Eyni zamanda, bəzi araşdırmalarda bu satınalmaların “bir mənbədən satınalma” üsulu ilə həyata keçirildiyi bildirilir. Qanunvericiliyə görə, bu üsul müəyyən hallarda tətbiq olunsa da, mütəxəssislər belə hallarda əsaslandırmanın vacibliyini qeyd edirlər.

Mediada yayılan bəzi iddialarda şirkətin təsisçi və idarəetmə strukturu ilə bağlı müəyyən şəxslərin adı çəkilir və bu əlaqələrin mümkün maraq toqquşması doğura biləcəyi ehtimal edilir. Lakin bu məsələlərlə bağlı hər hansı rəsmi hüquqi qiymətləndirmə açıqlanmayıb.

Əlaqələr və idarəetmə ilə bağlı suallar

Bəzi mənbələrdə Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər arasında əlaqələrin mövcudluğu barədə iddialar da yer alır.

Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, yerli idarəetmədə qərarların şəffaflığı və maraqların toqquşması ehtimalı ilə bağlı sualların yaranmasına səbəb olur.

Rəsmi mövqe niyə vacibdir?

Hazırda məsələ ilə bağlı:

* Tovuz Rayon İcra Hakimiyyətinin,
* aidiyyəti dövlət qurumlarının,
* və adı çəkilən şəxslərin

mövqeyi ictimaiyyətə açıqlanmayıb.

Araşdırma materiallarında balansın qorunması baxımından qarşı tərəfin mövqeyinin təqdim olunması vacib hesab olunur. Bu baxımdan rəsmi açıqlamaların verilməsi məsələyə aydınlıq gətirə bilər.

Nəticə: suallar açıq qalır

Toplanan məlumatlar göstərir ki, məsələ yalnız bir obyektin istismara qəbulu ilə məhdudlaşmır. Sahibkarın müraciəti fonunda:

* inzibati prosedurların icrası,
* məhkəmə proseslərinin müddəti,
* yerli idarəetmədə şəffaflıq,
* və iqtisadi əlaqələr

kimi bir neçə istiqamətdə suallar ortaya çıxır.

Bu sualların cavablandırılması isə yalnız rəsmi qurumların və aidiyyəti tərəflərin mövqeyi ilə mümkün ola bilər.



Qeyd

Bu materialda yer alan məlumatlar açıq mənbələrə, müraciətlərə və müxtəlif media resurslarında yayımlanan iddialara əsaslanır. Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyi təqdim olunduğu halda material yenilənəcək.(Zirveyolu.info)

AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı?


Vüsal Nəsirli islahata başladı – İlham Əzimov vəzifəsində qalacaqmı?

Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdarsa dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur.

Mətbuatda təkzib olunmayan məlimatlara görə AAYDA-nın keçmiş sədri Saleh Məmmədov və komandası ümumilikdə 1 milyard dollara yaxın pul mənimsəyiblər.

XALQ xəbər verir ki, Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxlamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir.

Artıq bu gün AAYDA- islahatlara start verildi. Belə ki, sədr Vüsal Nəsirlinin göstərişi qurumun iki idarə müdiri vəzifəsi ilə vidalaşdı.

Məlumata görə AAYDA-nın sədrinin islahata narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur.

Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq oliqarx məmur kimi keçir. Övladlarından tutmuş kürəkəninə kimi hamısına yaxşı şərait quran İlham Əzimov keçmiş sədr Saleh Məmmədovun komandasının üzvü kimi tanınır.

Belə ki, Tərtər rayonundan olan Saleh Məmmədovla İlham Əzimovu keçmiş tellər bağlayır. Daim Saleh Məmmədovla münasibətlərini isti saxlayan İlham Əzimov məhz buna görə 43 saylı Yol İstismar İdarəsininşəxsi obyekti kimk idarə edirdi. Bərdədə hər kəs bilir ki, 43 saylı YİS-nin avtomobill və texnikaları İlham Əzimov tərəfindən icarəyə verilib.
Bundan başqa İlham Əzimovun Bərdə rayonunda hektarlarla torpaq sahələrinin, övladının maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.

Məlumata görə İ. Əzimov Saleh Məmmədovun dövründə 43 saylı Yol İstismar İdarəsini xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib.

Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib.

Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.

XALQ

Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: - Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?


Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.


Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı KONKRET.az-ın redaksiyasına şikayət məktubu daxil olub.


Müraciətdə iddia edilir ki, məktəbdə 18 mart tarixində keçirilən Pedaqoji Şura iclasında direktor Gülər Bəbirova binanın 1-ci mərtəbədən 4-cü mərtəbəyədək bütün pəncərələrinin ağır dəmir setkalarla bağlanacağını bildirib.


Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.


Şikayətçilərin sözlərinə görə, bu məqsədlə müəllimlərdən pul yığılması tələb olunub və vəsaitin toplanması biologiya müəllimi, eyni zamanda məktəbin Həmkarlar Komitəsinin sədri Samirə Musayevaya həvalə edilib.


İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.


Bundan əlavə, məktəbdə xadimələrin ştat bölgüsü ilə bağlı narazılıqların olduğu vurğulanır. Belə ki, bəzi xadimələrin 1,25, digərlərinin isə 1 ştat vahidi ilə çalışdığı, nəticədə əmək yükü ilə maaş arasında balansın pozulduğu qeyd edilir. Vakant ştatların gizlədilməsi səbəbindən əlavə işçi cəlb edilmir.


Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.


Səsləndirilən iddialarla bağlı direktorla əlaqə saxladıq. O, suallarımızı cavablamaqdan imtina etdi və Nazirliyə müraciət ünvanlamağı məsləhət gördü.


Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.
Rəsmi açıqlamaya görə, araşdırma nəticəsində yalnız bəzi nöqsanlar müəyyən edilib. Bunlar məktəbdə bir neçə pəncərəyə dəmir tor quraşdırılması və xadimə ştatlarının qeyri-bərabər bölüşdürülməsi ilə bağlıdır. Qeyd olunub ki, pəncərələrə dəmir torun quraşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və FHN tərəfindən müvafiq razılıq alınmayıb.


Açıqlamada həmçinin bildirilib ki, aşkar olunmuş nöqsanlarla əlaqədar məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin izahatları alınıb.


Nazirlikdən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır.


Konkret.az

AAYDA-da DƏYİŞİKLİK DÖNƏMİ: Start düyməsi basıldı... - kim(lər) YOL ÜSTÜNDƏDİR...


Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdarsa dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur.

Mətbuatda təkzib olunmayan məlimatlara görə AAYDA-nın keçmiş sədri Saleh Məmmədov və komandası ümumilikdə 1 milyard dollara yaxın pul mənimsəyiblər.

XALQ xəbər verir ki, Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxlamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir.

Artıq bu gün AAYDA- islahatlara start verildi. Belə ki, sədr Vüsal Nəsirlinin göstərişi qurumun iki idarə müdiri vəzifəsi ilə vidalaşdı.

Məlumata görə AAYDA-nın sədrinin islahata narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur.

Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq oliqarx məmur kimi keçir. Övladlarından tutmuş kürəkəninə kimi hamısına yaxşı şərait quran İlham Əzimov keçmiş sədr Saleh Məmmədovun komandasının üzvü kimi tanınır.

Belə ki, Tərtər rayonundan olan Saleh Məmmədovla İlham Əzimovu keçmiş tellər bağlayır. Daim Saleh Məmmədovla münasibətlərini isti saxlayan İlham Əzimov məhz buna görə 43 saylı Yol İstismar İdarəsininşəxsi obyekti kimk idarə edirdi. Bərdədə hər kəs bilir ki, 43 saylı YİS-nin avtomobill və texnikaları İlham Əzimov tərəfindən icarəyə verilib.
Bundan başqa İlham Əzimovun Bərdə rayonunda hektarlarla torpaq sahələrinin, övladının maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.

Məlumata görə İ. Əzimov Saleh Məmmədovun dövründə 43 saylı Yol İstismar İdarəsini xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib.

Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib.

Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.

Xalq.online

Xəbər lenti

Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
16:19
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
15:34
Güllü İbadovaya necə vəzifə həvalə olunur?
14:38
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
12:32
Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?
12:09
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
18:30
KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir
17:54
Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq
17:08
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb?- “UZAQ DURUN!”
16:27
“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir
15:40
“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”
15:15
Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur
14:49
Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı
14:30
Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: "Baku Electronics" niyə qapanıb?
12:34
AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?
12:03
"Avromed" hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə
11:23
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT
10:49
İlkin Əzizovun rəis olduğu idarəyə 85 minlik yanacaq alınıb
10:11