Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib


Bərdə səhiyyəsində özbaşınalıqlar və şübhəli maliyyə əməliyyatları baş alıb gedir. Anaxeber.info.az-a verilən məlumata görə, rayonun doğum evi ilə bağlı yeni faktlar üzə çıxıb. Məlumata görə, Bərdənin doğum evində Baxşeyiş həkimin şəxsi vəsaiti hesabına alınan aparat uğrunda mübarizə gedir. Belə ki, həmin aparatla bağlı direktor müavini Vasif hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirilir ki, rayon prokurorluğun və polisinə şikayət edərək sözügedən aparatın doğum evinin anbarına qoyulmasını tələb edir. Halbuki həmin avadanlıq Baxşeyiş həkimin öz vəsaiti hesabına alınıb və doğum evinə məxsus deyil. Məlumatda deyilir ki, hətta bu şikayətin ardınca aparat təmirdən geri qaytarılıb və doğum evinin anbarına qoyulub. Burada əsas məqsəd isə odur ki, xəstəxanaya maliyyə yoxlaması gələndə doğum evinin müdiri Tünzalə Bəşirova və müavini Vasif həkimə bir problem yaranmasın.
Bərdə doğum evində qalmaqala səbəb olan bu hadisə indi bir məsələni açıq qoyur: Bərdə səhiyyə şöbəsi nə vaxtsa bu aparatdan alıbmı? Və alıbsa harada istifadə olunub? Üstəlik, təşkilatın direktoru olduğu halda Vasif doktor və Tünzalə xanım bu məsələyə görə niyə canfəşanlıq edirlər? Bütün hallarda məsələnin araşdırılmasına ehtiyac var. Çünki Baxşeyiş həkimin öz cibinin pulu ilə aldığı aparatı əlindən alaraq doğum evinin anbarına yerləşdiriblər, bu azmış kimi, avadanlığın tibb ocağına aid olduğunu həyasız şəkildə iddia edirlər. Görünür ki, dövlətin vəsaiti ilə alınmış, yaxud heç alınmayıb pulu yeyilmiş avadanlığın yerini Baxşeyiş doktorun aldığı ilə doldurmağa, öz qanunsuz hərəkətlərini isə ört-basdır etməyə çalışıblar. Qeyd olunur ki, məsələ barədə Səhiyyə Nazirliyindən, TƏBİB-dən və TƏBİB-in Bərdə rayon Mərkəzi Xəstəxanasından araşdırma aparılması xahiş olunur. Bu yoxlama nəticəsində müəyyən edilə bilər ki, vətəndaşa aid aparat hansı firmadan və neçənci ildə alınıb.
Азер Талибов
Anaxeber.info.az

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM


Azərbaycanın bir qrup xalçaçısı "Tərəqqi" medalı ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təltif edilən xalçaçılar:

Ağalıyeva Neva Şahpələng qızı

Babayeva Aidə Elman qızı

Babayeva Ceyhunə Zakir qızı

Eyyubova Raya Şahvələd qızı

Əbilova Nazilə Əlisəfa qızı

Əhmədova Şəfiqə Məzəddin qızı

Əkbərova İradə Xanağa qızı

Ələkbərova Vüsalə Mərifət qızı

Əsgərova Kəmalə Sərdar qızı

Həsənova Xaliqə Yelmar qızı

Hüseynova Dilşad Mahmud qızı

Qənbərova Nargilə Əliağa qızı

Qurbanova Sədaqət Əmir qızı

Nəsirova Jalə Abduləli qızı

Nuriyev Əlisafa İdris oğlu

Özbəkova Gülgəz Mətləbulla qızı

Rəhimova Nailə Allahverdi qızı

Şahmuradova Alisa Sadıq qızı.

TƏBİB susur, qanun pozulur – Qobustanda “ölü canlar” qalmaqalı-FOTOFAKT


02 aprel 2026-cı il tarixində 10/348 nömrəli rəsmi məktubla TƏBİB rəhbərliyinə ünvanlanan elektron sorğunun bu günədək cavabsız qalması artıq sıradan bir gecikmə deyil. Bu, açıq şəkildə qanunvericiliyin tələblərinə məhəl qoyulmaması, ictimaiyyətə qarşı hörmətsizlik və şəffaflıqdan yayınma cəhdidir.Qanunvericiliyə əsasən, dövlət qurumları vətəndaşların və media subyektlərinin sorğularına müəyyən edilmiş müddətdə cavab verməyə borcludur. Lakin görünən odur ki, TƏBİB bu öhdəliyi ya bilərəkdən görməzdən gəlir, ya da sistemli idarəetmə böhranı ilə üz-üzədir. Hər iki hal isə ciddi suallar doğurur.
Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlar vəziyyətin daha da ağır olduğunu göstərir. Bildirilir ki, bir neçə gün əvvəl TƏBİB nümayəndələri Qobustan Rayon Mərkəzi Xəstəxanasında yoxlamalar aparıblar. Bu faktın özü artıq həmin tibb müəssisəsində müəyyən problemlərin mövcudluğunu təsdiqləyir. Amma məsələ bununla bitmir.Məlumata görə, xəstəxananın direktoru Günay Muradova işə gəlməyən əməkdaşların yerinə davamiyyət jurnalında imzaların atılmasını tapşırıb. Əgər bu fakt təsdiqini taparsa, bu artıq sadəcə intizam pozuntusu deyil, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya elementləri və vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.Redaksiyamıza təqdim olunan fotofaktlar isə vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə göstərir. “Ölü canlar” – yəni kağız üzərində mövcud olub faktiki olaraq işə gəlməyən, lakin əməkhaqqı alan şəxslərin olması iddiaları ölkənin səhiyyə sistemində ciddi boşluqların olduğunu bir daha üzə çıxarır.Anar Bayramov bu faktlara göz yumacaq, yoxsa dərhal araşdırma başladacaq? Çünki ortada sadəcə intizam pozuntusu deyil, dövlət vəsaitinin mümkün təyinatdan kənar istifadəsi ilə bağlı ciddi şübhələr var. Burada əsas sual yaranır: TƏBİB rəhbərliyi bu baş verənlərdən xəbərdardırmı,aparılan yoxlamalar “Ölü canlar”-ı üzə çıxarıbmı, yoxsa bu cür qanunsuzluqlara bilərəkdən göz yumulur? Əgər yoxlamalar aparılıbsa, niyə nəticələr ictimaiyyətə açıqlanmır? Niyə media sorğuları cavabsız qoyulur?Susqunluq artıq mövqe deyil, məsuliyyətdən yayınmaqdır. TƏBİB nümayəndələri anlamalıdır ki, informasiya gizlədildikcə problemlər yox olmur, əksinə daha da dərinləşir. Qobustan Rayon Mərkəzi Xəstəxanası obyektiv araşdırılmalı və günahkar şəxslər qanun qarşısında cavab verməlidir. Əks halda bu cür halların davam etməsi qaçılmaz olacaq.
Mediatvaz.com
Bu ilin yanvar-fevral ayında işçilərin işə davamiyyət jurnalından çıxarışdı





ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir mənbədən satınalma metodu tətbiq etməklə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” – WED2026 (World Environment Day) çərçivəsində yüksək səviyyəli beynəlxalq tədbirin təşkili ilə əlaqədar xidmətlər üzrə “LEGACY EVENTS MANAGEMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 445.480,92 manat dəyərində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 28.04.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, beynəlxalq tədbirin təşkili işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir mənbədən satınalma metodu ilə bağladığı müqavilə 2026-cı ilin 5 iyun tarixində Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirin təşkili ilə əlaqədardır. Yəni qurum Qanunun da yol verdiyi kimi satınalma predmetinə təcili tələbat yarandığına görə bir mənbədən satınalma metodu tətbiq edib.

Bu Qanunun digər tələblərinin pozulmaması şərti olmalıdır. Nazirliyin müqavilə bağladığı “LEGACY EVENTS MANAGEMENT” MMC konkret təchizatçı da deyil, sözügedən satınalma predmetinin də kifayət qədər əvəzedicisi və alternativi var.

Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və analoji işlərdə heç bir təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, açıq mənbələrdə “LEGACY EVENTS MANAGEMENT” MMC barəsində heç bir məlumat yoxdur. Bu günə qədər hansısa rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkilatçısı olsaydı sosial şəbəkələrdə və yaxud mediada bir xəbər yayılmış olardı. Yəni,ən azından analoji işlərdə təcrübəsinin olduğu bəlli olardı. Amma bununla bağlı heç bir məlumat yoxdur. Yalnız, bu rəsmi məlumatdan başqa.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LEGACY EVENTS MANAGEMENT” (VÖEN: 1605717101) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.03.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, YAVƏR ƏLİYEV, ev.1b, m.1/30, qanuni təmsilçisinin isə İsayev İsmayıl Abdulla oğlu olduğu qeyd edilib. MMC Quliyeva Gülnaz Arif qızı tərəfində təsis edilib.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC bir il iki ay əvvəl yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu MMC ilə müqavilə bağlayarkən təchizatçıların uyğunluq göstəriciləri ilə bağlı tələbləri gözardı etdiyi açıq aşkar görsənmədir. Bu MMC-nin rəsmi bir beynəlxalq səviyyəli tədbirin təşkil etmək üçün maddi tüxniki bazası, dil biliklərinə sahib işçi qüvvəsi varmı? Bu suallar qaranlıq qalmaqdadır və ümumiyyətlə “LEGACY EVENTS MANAGEMENT” MMC-nin ETSN-də kimlərəsə bağlı olduğunu istisna etmir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovdur. O, Prezident İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir. Rəşad İsmayılov daha əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri, 2024-2026-cı illərdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifələrində işləmişdir.

Göründüyü kimi Rəşad İsmayılov Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə qısa müddətir təyin olunmasına baxmayaraq artıq şübhəli şirkətlərlə işbirliyinə başlanılıb. Belə bir mötəbər, beynəlxalq səviyyəli tədbirin təşkili işlərini həvale etdikləri “LEGACY EVENTS MANAGEMENT” MMC-ni isə çox güman ki, özlərindən başqa heç kim tanımır.

Aktualinfo.net

EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl tibb müəssisələrində onlarla yoxlama keçirilməsi və “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyətin aşkar olunması rəsmi şəkildə yayımlandı
Hətta verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadığı üçün klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edildiyi bildirilirdi.Lakin ortaya çıxan sual son dərəcə ciddidir: əgər lisenziya dayandırılıbsa, bu klinika hansı əsasla fəaliyyətini davam etdirir? Bu, artıq təkcə inzibati pozuntu deyil, “Lisenziyalar və icazələr haqqında” qanunun və vətəndaşların sağlamlıq hüququnun açıq şəkildə sual altına düşməsi deməkdir. Əgər klinikanın lisenziyası rəsmi qaydada bərpa olunmayıbsa, fəaliyyət göstərməsi qanunvericilik baxımından ciddi pozuntu sayılır.Mediatvaz.com xəbər verir ki,digər narahatedici məqam isə bəzi həkimlərlə əmək müqavilələrinin bağlanmaması ilə bağlı iddialardır. Bu hal təsdiqini taparsa, bu, həm Əmək Məcəlləsinin, həm də tibbi fəaliyyətin tənzimlənməsi qaydalarının kobud şəkildə pozulması anlamına gəlir.Ən narahatedici məqam isə odur ki, daha əvvəl bu klinikada ölüm faktının baş verdiyi bildirilir. Belə bir hadisədən sonra nəzarətin sərtləşdirilməsi gözlənildiyi halda, əksinə, eyni müəssisə ətrafında yeni suallar yaranır.
Belə ki, 2023-ci ilin aprel ayında 23 yaşlı Arzu Əzimovanın estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı yayılan məlumatlar o zaman cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bildirilirdi ki, o, Medicare Klinikasında rinoplastika əməliyyatı keçirib, əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq komaya düşüb və aparılan tibbi müdaxilələrə baxmayaraq vəfat edib.Tirajlanan məlumatlarda iddia olunurdu ki, əməliyyatı icra edən həkimin estetik cərrahiyyə aparmaq üçün müvafiq sertifikatı olmayıb. Eyni zamanda həmin həkimlə “Medicare” klinikası arasında rəsmi əmək müqaviləsinin mövcud olmadığı da qeyd edilirdi.Diqqətçəkən başqa bir məqam isə bunun tək hadisə olmamasıdır. 21 dekabr 2023-cü il tarixində də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Medicare” klinikasında əməliyyat zamanı həyatını itirdiyi barədə rəsmi məlumat yayılmışdı. Qısa zaman aralığında eyni müəssisə ətrafında iki ölüm faktının hallanması sualları daha da artırır.İnsan həyatı üzərindən yaranan suallar cavabsız qaldıqca, ictimai etimad daha da sarsılır. Səssizlik isə bu kimi hallarda ən təhlükəli mövqedir.Belə hadisələrdən sonra nəzarətin gücləndirilməsi gözlənildiyi halda, əksinə, iddiaların davam etməsi ictimai narahatlığı artırır.Çünki burada söhbət təkcə qaydalardan yox, insan həyatından gedir – və bu mövzuda səssizlik qəbulolunmazdır.
Davamı var..
Mediatvaz.com

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?


Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq müdiri – baş memar Toğrul Şadlinskiyə hökm oxunub.
Bizimesr.az bildirir ki, 1987-ci il təvəllüdlü Toğrul Şadlinskiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb.
Məlum olub ki, Toğrul Şadlinski Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin əmri ilə aparıcı məsləhətçi vəzifəsindən azad olunaraq, 2023-cü ilə qədər Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə bir sıra qanun pozuntularına yol verib. Belə ki, o, vəzifədə olduğu müddətdə İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağında R.O. adlı şəxsi Bərdədə DOST Mərkəzinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pul alıb və dələduzluq edib.
Bundan başqa, Toğrul Şadlinski öz qulluq mövqeyindən təkrar istifadə edərək sahibkar Cavid Şükürova məxsus Əliyanlı kəndində yerləşən 0,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək qeyri-yaşayış sahəsi kimi çıxarış alınmasına köməklik göstərəcəyini bildirib və bu yolla 12 500 manat pul ələ keçirib.
Məhkəmədə ifadə verən Toğrul Şadlinski əməlindən peşman olduğunu bildirib. O, hazırda Şamaxıda fəaliyyət göstərən şirkətlərdən birinin filialında sahə mühəndisi işlədiyini və aylıq 2500 manat əmək haqqı aldığını deyib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərə dəymiş ziyanı hər ay hissə-hissə ödədiyini qeyd edib və bir daha qanunsuz əməl törətməyəcəyinə söz verib. O, məhkəmədən ona qarşı rəhmli olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Toğrul Şadlinskiyə 1 il 6 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Cəza müddətindən onun 2 gün həbsdə saxlanıldığı vaxt çıxılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə bir sıra məhdudiyyətlər qoyulub: hər gün saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi daşımaq və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişdiyi halda nəzarət orqanını əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək.
Qeyd edək ki, iki il əvvəl Toğrul Şadlinskinin yaxın qohumu, Bərdə Məşğulluq Mərkəzinin sabiq direktoru Bilman Şadlinski barəsində də Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılmış və hökm çıxarılmışdı.
Həmçinin onun qohumlarından Fəxrəddin Şadlinski Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Fəqət Şadlinski isə YAP Bərdə rayon təşkilatının sədridir. Digər yaxınları da rayonda müxtəlif vəzifələrdə çalışıblar.(Bizimesr.az)

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, "Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək.

İsmayıllıda tender oyunları: Nahid Bağırovun ortaqları….


Azərbaycanda dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləridir.

“DİA-AZ olaraq İsmayıllı Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırdıq.

Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 30 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 5 milyon 668 min 213 manat olan müqavilələr imzalanıb.
Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 7 milyon 639 min manat olan 3 satınalma müqaviləsi bağlanıb.
Son iki ildə hələlik ən böyük tenderi “İsmayıllı Tikinti-27” ASC şirkəti qazanıb. Şirkət İsmayıllı rayonunun İvanovka kəndində 1 250 hektar ekin sahəsinin suvarma suyu ilə əldə edilməsinin yaxşılaşdırılması işləri üzrə tenderi qazanıb və 7 milyon 750 min manatlıq müqavilə imzalanıb.
Qalib şirkət İsmayıllı rayonundakı dövlət sifarişlərində aktiv iştirak edir. Belə ki, şirkət 2025-ci ildə İsmayıllı Rayon İH-nin üç tenderinin qalibi olub və şirkətlər cəmi dəyəri 249 min manat olan müqavilələr imzalanıb.
Rayonda ikinci böyük tenderi “Fərid Firması” qazanıb. Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri həyata keçirən şirkətlə «Qaçqınkom»Tikilməkdə olan Müəssisələr Müdiriyyəti arasında 1 milyon 282 min manatlıq müqavilə imzalanıb.
İsmayıllıda dövlət sifarişlərində digər aktiv şirkət “Huseynli Partners Architecture and Construction” MMC-dir. Bu şirkət İsmayıllı Rayon İHnin 3 tenderini qazanıb. Bu müqavilələr şirkətə 22 min manat qazandırıb.
Birinci tender İsmayıllı rayonunda yolların əsaslı təmir işlərinin görülməsi üçün layihə-Smeta sənədlərinin satın alınması, ikinci və üçüncü tenderlər isə İsmayıllı rayonunda büdcə vəsaitlərinin abadlıq işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin satın alınması ilə bağlı idi.
Rayonda daha bir iri tenderi isə “ATF” MMC udub. İsmayıllı Rayon İH MMC-ə 2 dəfə İsmayıllı şəhərinin prospekti və küçələrində asfalt örtüklü yolun əsaslı təmiri işlərini həvalə edib, 686 min manatlıq və 390 min manatlıq müqavilələr imzalayıb.
Onu da qeyd edək ki, hazırda İsmayıllı rayonu Nahid Bağırovun idarəçiliyi altındadır və yuxarıda adlarını çəkdiyimiz “tender qalibləri” isə əslində möhtərəm başçının TENDER ORTAQLARI da hesab olunur.

DİA-AZ

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48