Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?


Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən park ərazisində aparıldığı bildirilən tikinti işləri ətrafında ciddi suallar yaranıb. Redaksiyamıza daxil olan məlumatlara görə, ərazidə “Füzuli” adlı şəxs tərəfindən həyata keçirildiyi iddia olunan tikinti ilə bağlı jurnalist araşdırmasına mane olunmağa cəhd edilib.

İddialara görə, tikinti aparılan əraziyə yaxınlaşan media nümayəndələrinə obyekt barədə məlumat verilmək əvəzinə, “bu obyekt elə bir adamındır ki, ona icra başçısı da söz deyə bilməz” kimi ifadələr səsləndirilib. Bu isə cəmiyyətdə haqlı olaraq suallar doğurur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkədə “toxunulmaz”, “əvəzolunmaz” şəxs yoxdur və qanun hər kəs üçün eyni tətbiq edilməlidir. Lakin Sabunçuda baş verən bu hadisə fonunda sakinlər və ictimaiyyət nümayəndələri sual edir:

Əgər doğrudan da heç kəs qanundan üstün deyilsə, bəs Sabunçu rayonunda kimlər bu qədər rahat şəkildə “icra başçısı belə söz deyə bilməz” mesajı verə bilir?

Ərazidə aparılan tikintinin hansı təyinat üzrə həyata keçirildiyi, aidiyyəti qurumlardan icazəsinin olub-olmadığı, park ərazisində hansı əsaslarla tikinti aparıldığı da hələlik açıq qalan məsələlər sırasındadır.

Məsələnin diqqət çəkən digər tərəfi isə jurnalist fəaliyyətinə maneə yaradılması ilə bağlı iddialardır. Qanunvericiliyə əsasən media nümayəndələrinin ictimai əhəmiyyətli məsələləri araşdırmaq hüququ var və bu fəaliyyətə müdaxilə yolverilməz hesab olunur.

İndi isə gözlər Sabunçu Rayon İcra Hakimiyyətinə, eləcə də aidiyyəti nəzarət qurumlarına çevrilib. İctimaiyyət aşağıdakı suallara aydın cavab gözləyir:

Park ərazisində aparılan tikintiyə kim tərəfindən icazə verilib?

Tikinti ilə bağlı şəhərsalma və memarlıq sənədləri mövcuddurmu?

Jurnalistlərin araşdırmasına mane olduğu iddia edilən şəxslər barədə tədbir görüləcəkmi?

“İcra başçısı belə söz deyə bilməz” deyilən həmin nüfuz sahibi kimdir?

Mövzunu diqqətdə saxlayacağıq.

Bntv.az

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılsın.

Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.

Nazirlər Kabineti aşağıdakılara dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- iki ay müddətində Agentliyin əsasnaməsi və strukturunun layihələri, habelə işçilərinin say həddinə dair;

- dörd ay müddətində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, "Tullantılar haqqında" qanunun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair;

- beş ay müddətində "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi ilə əlaqələndirməklə "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair;

Bundan başqa, hökumət Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində park ərazisində aparılan işlər narazılığa səbəb olub.

Tribuna.az-a bu barədə məlumat verən Bakıxanov sakinləri bildirib ki, parkda fəaliyyət göstərən restoran ağacların məhv edilməsi hesabına böyüdülür.

Sakinləri park ərazisinin kiçildilməsi və ağacların məhv edilməsi narahat edir.

Bildirilir ki, restoranın ətrafında olan ağaclar tikintinin ortasında qalıb. Sakinlər ehtimal edir ki, yaxın günlərdə o ağaclar da kəsiləcək.

Sakinlər parkı biznes mərkəzinə çevirən və yaşıllıqlar üçün təhlükə yaradanlara qarşı tezliklə tədbir görülməsini istəyir.

VİDEO LİNKDƏ: https://dia-az.org/manset/481032-sabuncuda-tam-derebeylikdir.html

Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?


Füzuli rayonu 33 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Hallacova sosial media hesabında məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarına, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarına görə cəzalandırıldığını bildirir.

Mədinə Hallacova vəzifəsindən azad edilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı əmrə əsasən, onunla müqaviləyə Əmək Məcəlləsinin 70ç maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib.

Əmrdə göstərilib ki, Mədinə Hallacova əmək müqaviləsi üzrə öhdəliklərini mütəmadi pozub. Məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığı aşkarlanıb.

Ötən ilin sentyabr və bu ilin mart aylarında direktor izahat verməyə çağırılsa da, imtina edib. Əmrdə yazıldığına görə, onun bu hərəkətləri aktlaşdırılıb. Daha sonra 19 mart 2026-cı ildə yazılı izahat verərək, gələcəkdə bir daha etik davranış qaydalarını pozmayacağını bildirsə də, buna əməl etməyib və mayın 6-da onunla əmək müqaviləsinə xitam verilib.

Mədinə Hallacova Bizimyol.info portalına bildirib ki, əmrdə onunla bağlı yazılanlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, qanunsuz göstərişlərə “baş əyməməsi” və problemləri sosial media hesabında ictimailəşdirməsi onun işdən çıxarılması ilə nəticələnib.

2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat aldığını deyən deyən Mədinə Hallacovanın sözlərinə görə, məktəbin şagirdləri keçmiş məcburi köçkün uşaqlarıdır. Çünki ərazidə yaşayanlar məcburi köçkün ailələridir: “Bu mənada, həssas qrupa daxil olan şəxslərdir. Onlar da mənim çıxarılmağımdan narazıdır. İşdən azad olunmağım haqda əmri oxuyanda mənə məlum olub ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Niyə sonradan çağırıb mənə bu barədə də məlumat verilməyib? əgər doğrudan da elə aktlar olubsa...”

Mədinə Hallacova deyir ki, o, bütün işlərini qayda-qanunlar çərçivəsində görüb. Onun sözlərinə görə, Füzuli rayon təhsil sektoru ilə aralarındakı problemlərdən biri rəhbərlik etdiyi məktəbə monitorinq məqsədilə gələn yoxlamanı buraxmaq istəməməsi olub: “Masamın üstündə Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi olub. Həmişə çalışmışam ki, bütün məsələləri qanun çərçivəsində həll edim. İşçilərimdən soruşsunlar, görsünlər ki, mənim haqqımda nə deyirlər. Yoxlama göndərirlər, mən də deyirəm ki, “əmri göstərin, sonra buyurun, keçin yoxlayın”. Bu da xoşlarına gəlmir. Mən işçimin sənədlərini qeyri-leqal formada içəri girən istənilən adamın qarşısına qoya bilmərəm. Niyə konfidensiallığı pozmalıyam? Əmr istəmişəm, olmayıb, içəri buraxmamışam. Bu iş prinsipi də xoşlarına getməyib. Məni hədələyiblər ki, müqavilən uzadılmayacaq”.

Keçmiş direktorun sözlərinə görə, 2024-cü il sentyabrın 27-də şəhidlərin anım günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayon təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Onun iş yerində olmadığını videogörüntülərlə sübut etmək istəyiblər: “Bu çəkilişə, bu şantaja görə mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş eləsin, şantaj eləsin. Onlar dedilər ki, bizim çəkilişə icazəmiz var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

Bu məsələ Elm və Təhsil naziri Emin Əmrullayevə qədər gedib çıxıb. Mədinə Hallacova nazirin qəbulunda olub. Görüş zamanı “102”yə şikayət məsələsi də müzakirə olunub: “O zaman da ona fərqli formada çatdırmışdılar şikayət etməyimi. Ona bu addımımın səbəbini izah etdim. Bunlar baş verənləri öz istədikləri kimi çatdırırlar. Bilmirəm, kənardan necə görünür, amma çox obyektiv, hətta tənqidə də açıq insandır Emin müəllim. Sadəcə, imkan vermirlər ki, məsələlərdən hərtərəfli xəbər tutsun”.

Mədinə Hallacova qeyd edir ki, rəhbərlik etdiyi məktəbdə yağış yağarkən ciddi problemlər yaşanırdı, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri Facebook hesabından paylaşaraq ictimailəşdirib. Onun sözlərinə görə, bu paylaşımlarından sonra işdən çıxarılmasını qətiləşdiriblər: “Mən ADA-da ixtisasartırma təhsili alıram. Orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayon təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Təsəvvür edin, mənə problem yaradılsın deyə, təhsil sektorunun müdiri məzuniyyət götürür və mənim elektron ərizəmə baxmır. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Çünki sabah mən ADA-da olmalıyam. Ertəsi gün mənə deyirlər ki, ərizəniz keçərsizdir. Akt tərtib edirlər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Mədinə Hallacova əlavə edib ki, baş verənlərlə əlaqədar Həmkarlar İttifaqına müraciət edib. Lakin onu qəbul etməyiblər. Daha sonra nazir Emin Əmrullayevin Qusarda görüşündə onun qəbuluna düşmək üçün şimal bölgəsinə yollanıb. Amma onunla görüşə bilməyib: “Biləndə ki, mən nazirin qəbuluna gedirəm, məhz həmin gün də yoxlama keçirib, yenidən akt tərtib ediblər”.

Qeyd edək ki, Mədinə Hallacovanın işdən çıxarılması barədə əmrdə yazılıb ki, o, “Facebook” hesabında ötən ilin sentyabrında, bu ilin mart və aprel aylarında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin fəaliyyəti barədə tənqidi fikirlər səsləndirib, narazılıqlarını geniş ictimaiyyətə açıq şəkildə çatdırıb. Bu isə əmrdə onun işdən çıxarılmasına əsas kimi göstərilib.

Bizimyol.info Mədinə Hallacovanın dediklərinə münasibət öyrənmək üçün onunla müqaviləyə xitam vermiş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Bu qurumdan isə tövsiyə olunub ki, Qarabağ Regional Təhsil İdarəsindən münasibət bildirilsin. Lakin adıçəkilən qurumdan fikir öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.

Bizimyol.info

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA


Azərbaycan Tibb Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında 2026-ci il üzrə tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 18.804,48 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.05.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.
Qeyd edək ki, “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE” MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.
Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.
Göründüyü kimi Azərbaycan Tibb Universiteti ilə “GSL SERVICE” MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Tibb Universitetinin Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, son bir neçə gündə bəzi dövlət qurumları tərəfindən “GSL SERVICE” MMC-nin satınalmalardan kənarlaşdırılması bu şübhələri daha da artırır.
“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsi tərəfindən 05.05.2026-cı ildə satınalmaların portalında dərc edilmiş məlumatda deyilir: “Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin” satın alınması ilə əlaqədar 26.02.2026-ci il tarixində keçirilmiş Kotirovka sorğusunda “GSL Service” MMC təqdim etdiyi qiymət təkliflərinə əsasən “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.1-ci maddəsinə əsasən, təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə (orta sahibkarlıq kateqoriyasına mənsub olduğu) müsabiqədən kənarlaşdırılmışdır.
“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 08.05.2026-cı ildə portalda dərc edilmiş məlumatda isə qeyd edilir ki, “Hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması” ilə əlaqədar 01.05.2026-cı il tarixində keçirilmiş açıq tender müsabiqəsində GSL SERVİCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1 təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; 35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda – maddəsinə uyğun olmadığından müsabiqədən kənarlaşdırılır.
Bu məlumatlardan da göründüyü ki, yuxarıda göstərdiyimiz tibb müəssələri tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə keçirdikləri satınalmalardan GSL SERVİCE” MMC -ni kənarlaşdırmışlar. Amma Azərbaycan Tibb Universiteti eyni satınalma predmeti üzrə sözügedən MMC-nin qalib seçmişdir.
Qeyd edək ki, buradan əlavə suallar da ortaya çıxır. Belə ki, Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında göstəriləcək tibbi xidmətlərin sayı haqqında dəqiq məlumat olmadığı halda əmələ gələcək tibbi tullantıların miqdarı əvvəlcədən necə müəyyən edilib? Şirkətin yandırma poliqonu, yandırma qurğusu varmı, yoxsa proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir, “GSL Service” MMC sadəcə bir vasitəçidir.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti tərəfindən satınalmalarda yol verilən bu kimi şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu cavabsız qaldı. Buna baxmayaraq əks tərəf kimi mövqelərini dərc etməyə hazırıq.
Aktualinfo.net

“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...


“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev rəhbərlik etdiyi qurumun mətbuat katibi, jurnalist Elvin Basqallı vasitəsilə öz fərdi piarını qurmaq yolunda bir "addım" atıb.
32gun.az yazır ki, E. Basqallı sosial şəbəkə hesabında rəhbərinin sovet dövrünə aid köhnə əmək kitabçasını ("trudovoy") paylaşaraq onu geniş kütləyə təcrübəli kadr kimi təqdim etməyə çalışıb.

Mətbuat katibi öz açıqlamasında İlham Mirzəliyevin 1982-ci ildən bəri keçdiyi yolu "şərəfli tarixin sənədi" adlandıraraq, ASC-dəki müsbət dəyişikliklərin bu 44 illik zəhmətə söykəndiyini qeyd edib. Lakin paytaxtın istilik sistemindəki çoxsaylı şikayətlər fonunda sədrin öz keçmişi ilə belə qabarıq şəkildə reklam olunması ictimaiyyətdə suallar doğurur.
Görünən odur ki, qurum rəhbəri real işdən çox, jurnalist resurslarından istifadə edərək şəxsi imicini "parlatmaqla" məşğuldur.

32gun.az

"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb.

Belə ki, Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının qarajında arvadı F.Kərimova ilə aralarında baş verən mübahisə zamanı qəsdən öldürmək niyyəti ilə hərəkət edib. Hadisə zamanı o, əvvəllər ovçuluq fəaliyyəti üçün saxladığı, rəsmi icazəli 12 kalibrli “Huğlu-Renova” markalı yivsiz odlu ov silahından istifadə edərək yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğundan ağır güllə yaraları alıb, daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan həyati təhlükəli xəsarətlər baş verib.

İttihamda qeyd olunur ki, Vasif Kərimov əməlini davam etdirmək niyyətində olsa da, silahda patronların tükənməsi və arvadının vaxtında tibbi yardıma çatdırılması səbəbindən cinayət əməlini başa çatdıra bilməyib və bu səbəbdən əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Materiallara əsasən, ailə münaqişəsi bir müddət əvvəl başlayıb. Mübahisələr davamlı xarakter alıb.

İttihama görə, hadisə günü tərəflər Xızı rayonuna gedərkən geri qayıtmaq məcburiyyətində qalıb və Yasamal rayonunda yerləşən qarajda mübahisə yenidən alovlanıb. Bu zaman qadın boşanma, ayrılıq və uşaqların himayəsi ilə bağlı məsələlər qaldırıb. Təqsirləndirilən şəxs isə həmin anda emosional vəziyyətini itirdiyini və silahı qorxutmaq məqsədilə götürdüyünü bildirib. Buna baxmayaraq, Vasif silahdan istifadə edərək zərərçəkmişə qarın nahiyəsindən atəş açıb.

Atəşdən sonra F.Kərimova yerə yıxılıb. Təqsirləndirilən şəxs daha sonra silahı kənara qoyaraq hadisə yerindən çıxıb və dərhal təcili tibbi yardım və polisə məlumat verdiyini deyib. Zərərçəkmiş xəstəxanaya çatdırılaraq xilas edilib.

Məhkəmə istintaqı zamanı Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, ailə həyatında uzun müddət ciddi problem olmayıb, sonradan şübhələr yaranıb. Həmçinin o söyləyib ki, hadisə günü məqsədi öldürmək yox, qorxutmaq olub və əməlindən dərhal sonra peşman olaraq yardım çağırıb.

Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlə barışıq əldə olunduğunu, ailəsinin dağılmasını istəmədiyini və daha yüngül maddə ilə tövsif edilməsini xahiş edib.

Vasif Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

Qeyd: Vasif Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.

Pravda.az

Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...


Bu ilin yanvar ayında 16 il Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılov vəzifədən azad edildi. O, uzun illər müxtəlif rayonlarda icra başçısı kimi fəaliyyət göstərmişdi - 2005–2010-cu illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində, 2010–2026-cı illərdə isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində. Son iş yeri də məhz Qaradağ Rayon İcra Hakimiyyəti oldu.


Bizimesr.com bildirir ki, qısa müddət sonra məlum oldu ki, Süleyman Mikayılovun işdən çıxarılmasına son dövrlər yol verdiyi çoxsaylı nöqsanlar səbəb olub. Məlumata görə, bunların ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılması idi. Onun fəaliyyəti dövründə aşkarlanan problemlər dövlət qurumlarının məsələ ilə bağlı ciddi addımlar atmasına səbəb olub.


Kiçik xatırlatma edək ki, ötən ilin noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar.


Hazırda isə Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov həyata keçirir. Elə əsas məsələ də budur...


Qaradağ icra hakimiyyətində rüşvətxorluq və korrupsiya halları mövcud olub və bu səbəbdən 5 vəzifəli şəxs həbs olunub, daha sonra icra başçısı Süleyman Mikayılov vəzifədən çıxarılıb.


Ümumiyyətlə, korrupsiya iddiaları, həbslər və digər neqativ səbəblərlə vəzifədən uzaqlaşdırılan icra başçılarının birinci müavinləri nə dərəcədə məsuliyyətdən kənar sayıla bilər?


Məntiqlə yanaşdıqda, illərlə həmin idarəetmənin içində olmuş, baş verən prosesləri yaxından izləyən şəxslərin tamamilə xəbərsiz olması inandırıcı görünmür. Hətta birbaşa iştirak etməsələr belə, ən azından göz yumduqları aşkar faktdır. Buna baxmayaraq, fakt budur ki, bu gün Qaradağ rayonunu məhz Süleyman Mikayılovun uzun illər yaxın komandasında yer alan Emil Abbasov idarə edir.


Bizimesr.com-a Qaradağdan daxil olan məlumatlara görə, Emil Abbasovun idarəçilik üslubu əvvəlki rəhbərlikdən ciddi şəkildə fərqlənmir. Sadəcə, proseslərin idarə olunma forması dəyişib. İddialara əsasən, aylardır rayona rəhbərlik edən Emil Abbasov Süleyman Mikayılova yaxın olmuş şəxslərə qarşı açıq təzyiq siyasəti yürüdür. Bildirilir ki, həmin şəxslərə müxtəlif vasitələrlə “ya özünüz gedin, ya da yeni icra başçısı təyin olunandan sonra işdən çıxarılacaqsınız” mesajları göndərilir.


Maraqlıdır ki, Emil Abbasov özü də uzun illər məhz Süleyman Mikayılovun komandasında çalışıb və onun əsas tapşırıqlarını yerinə yetirən şəxslərdən biri hesab olunub.


Məlumatlı mənbələrin iddiasına görə, Emil Abbasov Qaradağın daimi icra başçısı olmaq niyyətindədir və bu istiqamətdə müəyyən əlaqələrindən istifadə etməyə çalışır. Lakin deyilənlərə görə, bəzi dəstək və əlaqələrinə baxmayaraq, onun bu istəyinin reallaşması o qədər də inandırıcı görünmür. İddialara əsasən, yaxın vaxtlarda Qaradağ rayonuna yeni icra başçısının təyin olunacağı gözlənilir və həmin şəxsin Emil Abbasov olmayacağı bildirilir.


Digər diqqətçəkən iddia isə rayonda qanunsuz tikintilərlə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılmasından sonra Emil Abbasova yaxın şəxslər tərəfindən Qaradağda qanunsuz tikintilərin sayı daha da artıb. “Nə qədər burdayam, nə lazımdır edin” prinsipi ilə boş torpaqlar nəzarətə götürülür, müxtəlif ərazilərdə sürətlə tikinti işləri aparılır. Bu gün Qaradağın bəzi hissələrinin faktiki olaraq qanunsuz tikinti meydançasına çevrildiyi iddia olunur.


Emil Abbasov kimdir?


Emil Abbasov uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışır. O, tanınmış hüquqşünas İlqar Abbasovun oğludur.


Emil Abbasovun ailə əlaqələri də diqqət çəkir. O, Ramiz Mirzəyevin qızı ilə ailəlidir. Ramiz Mirzəyev müxtəlif dövrlərdə AFFA-nın prezidenti, həmçinin Azərneftyağ İstehsalat Birliyinin baş direktoru və energetika nazirinin müavini vəzifələrində çalışıb.


Bundan başqa, Ramiz Mirzəyevin həyat yoldaşı uzun illər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş mərhum Aslan Aslanovun bacısıdır.


Həmçinin bildirilir ki, Emil Abbasov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik etmiş Qərib Məmmədovun qardaşının qız nəvəsidir.


Onu da qeyd edək ki, hazırda Qaradağ Rayon İcra Hakimiyyətində təkcə icra başçısı postu boş deyil. Eyni zamanda icra başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, eləcə də icra başçısının müavini- sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri də vakant olaraq qalır.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...


Bizimesr.com

Xəbər lenti

"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
09:55
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
18:14
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
17:05
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
16:33
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
16:07
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...
11:55
Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb
11:35
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI
10:44
Simnar Mamedovun adı rəsmi saytdan silindi - Peşə Təhsili Agentliyində nə baş verir?
10:16
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
09:45
Teymur Musayevin səhiyyəsi çöküb - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə...
09:11
Rektor Rüfət Əzizov 200 min manata avtomobil alır
18:57
Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq
18:33
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
18:08
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
17:38
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
17:05
“Bravo”da xarab kolbasa məhsulları satılır?
15:28
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
14:17