Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA


Son illər qiymət artımı mövzusu cəmiyyətin ən çox müzakirə etdiyi iqtisadi məsələlərdən birinə çevrilib.
Rəsmi statistik göstəricilər, xüsusilə inflyasiya və istehlak qiymətləri indeksi ölkədə qiymət dinamikasını ölçmək üçün əsas alət kimi təqdim olunsa da, əhalinin gündəlik həyat təcrübəsi çox vaxt bu rəqəmlərlə tam üst-üstə düşmür.
Marketlərdə, xidmət sektorunda və gündəlik istehlak olunan məhsullarda hiss edilən qiymət artımı ilə rəsmi statistikanın göstərdiyi dəyişikliklər arasında yaranan fərq isə ictimai etimad və iqtisadi qiymətləndirmələr baxımından mühüm suallar doğurur. Bu uyğunsuzluq təkcə statistik metodologiya məsələsi deyil, həm də istehlak səbətinin strukturu, gəlir qruplarının fərqli xərcləmə davranışları və bazar dəyişkənliyi kimi bir sıra amillərlə bağlıdır.
Nəticədə, həm iqtisadi siyasətin effektivliyinin qiymətləndirilməsi, həm də əhalinin sosial rifah səviyyəsinin düzgün ölçülməsi daha mürəkkəb hala gəlir. Bu kontekstdə rəsmi göstəricilərlə real həyat arasında yaranan fərqin səbəbləri, onun sosial-iqtisadi təsirləri və mövcud statistik sistemin təkmilləşdirilməsi zərurəti aktuallığını qoruyur.
Maraqlıdır ki, rəsmi statistik göstəricilərlə və vətəndaşların gündəlik həyatında hiss etdiyi qiymətlər arasında fərq yaranmasının əsas səbəbləri nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cümhuriyət”-ə bildirib ki, rəsmi statistika ilə real həyat arasındakı fərqin bir neçə əsas səbəbi var. Birincisi, istehlak səbətinin tərkibi problemdir:
“Dövlət statistika orqanları müəyyən mal və xidmətlər dəstinə əsaslanır, lakin bu dəst real istehlak strukturunu tam əks etdirmir. Məsələn, səbətdə çörək, nəqliyyat, kommunal xidmətlər müəyyən çəkilə götürülür, amma real ailələrdə bu xərclərin payı fərqli ola bilər. Kasıb ailə gəlirinin 60-70 faizini, zəngin ailə isə 20 faizini ərzağa xərcləyirsə, ortalamanın heç biri üçün əsl həqiqəti əks etdirmədiyini görürük. İkincisi, qiymət toplanması metodologiyası da rol oynayır.
Çox vaxt qiymətlər supermarketlərdən, rəsmi ticarət nöqtələrindən götürülür, bazarlar, kiçik dükanlar, küçə satıcıları isə tam əhatə edilmir. Halbuki əhalinin böyük hissəsi məhz bu kanallardan alış-veriş edir. Üçüncüsü, kommunal xərclərinin düzgün hesablanmaması problemi mövcuddur. İcarə qiymətləri adətən ya lazımi çəkiylə daxil edilmir, ya da köhnə müqavilə qiymətləri əsas götürülür, yeni bağlanan müqavilələrin qiymətləri isə kəskin yüksək olur. Dördüncüsü, siyasi təzyiq amili də inkar edilə bilməz. Bir sıra ölkələrdə, o cümlədən keçid iqtisadiyyatlı dövlətlərdə inflyasiyanın rəsmi göstəricisi həm dövlətin imic məsələsidir, həm də pensiya, minimum əmək haqqı indeksasiyasının hesablama bazasıdır. Bu, statistikanın qeyri-şəffaf şəkildə idarə olunmasına zəmin yaradır. Hökumət müxtəlif formada inflyasiyanı aşağı həddə göstərməyə çalışır ki, xərclərini azaltsın”.
Onun sözlərinə görə, bu fərqin uzunmüddətli davam etməsi bir sıra ciddi nəticələr doğurur:
“Əhalinin əmanət etmə imkanı azalır, çünki nominal gəlir artsa da, real alıcılıq gücü əridikdə insanlar gələcəyə qənaət edə bilmir. Orta sinif tədricən zəifləyir, mülkiyyət əldə etmək, uşaqlara təhsil vermək, sağlamlığa sərmayə qoymaq çətinləşir. Sosial etibar problemi yaranır, insanlar rəsmi rəqəmlərə inanmadıqda dövlət qurumlarına ümumi inam azalır, bu isə siyasi legitimlik baxımından da ciddi risklər yaradır.
Bundan əlavə, pensiyaçılar və sabit gəlirli qruplar üçün vəziyyət daha da ağırlaşır, çünki onların gəliri rəsmi inflyasiya ilə indeksasiya edilir, real inflyasiya isə daha yüksəkdir. Sistemin islahı üçün bir neçə istiqamət vacibdir. İlk növbədə istehlak səbəti müntəzəm olaraq, ən azı hər üç-beş ildə bir əhali sorğuları əsasında yenilənməlidir. Fərqli gəlir qrupları üçün ayrıca inflyasiya göstəriciləri hesablanmalıdır, çünki kasıb ailənin inflyasiyası zəngin ailəninkindən əhəmiyyətli dərəcədə fərqlənir.
Çünki kasıblar qazancının əsas hissəsini ərzağa xərcləyirlər ki, bu seqmentdə inflyasiya son illər 10 faizin üstündə olub. Qiymət toplaması bazarları, kiçik pərakəndə satış nöqtələrini və rəqəmsal platformaları da əhatə etməlidir. Müstəqil ekspert və akademik qurumların statistika metodologiyasına nəzarəti təmin edilməlidir”. İqtisadçı qeyd edir ki, vətəndaş cəmiyyəti və jurnalistlər üçün ilkin məlumat bazaları açıq olmalıdır ki, alternativ hesablamalar aparıla bilsin və rəsmi rəqəmlər xarici yoxlamadan keçsin.

Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video


Dünən Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.

Minatv.az Gencexeber.az-a istinadla xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb.

Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.

Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar.

VİDEO LİNKDƏ: https://qafqazinfo.bax.tv/embed/223007.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Məşhur aktyor çəkildiyi serialdan qovuldu



Məşhur aktyor Tom Hardi prodüserlə yaşadığı ciddi münaqişə səbəbindən rejissor Qay Riçinin “MobLand” kriminal dram serialının üçüncü mövsümündə rol almayacaq.

Bu barədə nüfuzlu “Variety” nəşri məlumat yayıb.

Bir qədər əvvəl “Puck” nəşri də Hardinin layihəni tərk etdiyini yazmışdı. Bildirilir ki, ayrılığa səbəb aktyorun icraçı prodüser Cez Batteruort ilə yaşadığı gərginlik olub. Hətta prodüser aktyorun çəkilişlərdə qalacağı təqdirdə özünün layihədən gedəcəyi ilə bağlı rəhbərliyə xəbərdarlıq edib.

Bundan əlavə, Tom Hardinin çəkilişlərə tez-tez gecikdiyi, ssenaridəki replikalarını rəsmi razılıq almadan özbaşına dəyişdiyi və serialın süjet xəttinin getdikcə daha çox Helen Mirren ilə Pirs Brosnanın canlandırdığı personajların üzərində qurulmasından narazı qaldığı qeyd olunub.

Qeyd edək ki, sözügedən ekran işi “Konrad” (Pirs Brosnan) və onun həyat yoldaşı “Meyv”in (Helen Mirren) rəhbərlik etdiyi cinayətkar “Harrigan” ailəsindən bəhs edir. Hardi isə serialda bu ailə üçün problemləri yoluna qoyan peşəkar “həlledici” obrazını canlandırırdı.

Xatırladaq ki, bu, Hardinin çəkiliş meydançasında yaşadığı ilk qalmaqal deyil. O, daha əvvəl “Mad Max: Fury Road” filminin çəkilişləri zamanı aktrisa Şarliz Teronla da dalaşmışdı.

AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR


Azərbaycanda yükdaşıma sektorunda fəaliyyət göstərən sürücülər və daşıyıcı şirkətlər son günlər ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Sosial şəbəkələrdə yayılan narazılıqlarda qeyd olunur ki, logistika sahəsində yaranan böhran yalnız xarici amillərlə bağlı deyil, ölkə daxilində tətbiq edilən qaydalar və prosedurlar da yerli daşıyıcıların fəaliyyətini çətinləşdirir.

Nəqliyyat daşıyıcısı paylaşımında xüsusilə sərhəd-keçid məntəqələrində yaranan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandan yüklənən nəqliyyat vasitələrinə beynəlxalq qaimədə göstərilən çəkidən əlavə 700-800 kiloqram artıq yüklə hərəkət etməyə icazə verilməsi sonradan sürücülər üçün ciddi çətinlik yaradır.

Daşıyıcı bildirir ki, avtomobilin texniki pasport göstəriciləri ilə real yanacaq və avadanlıq çəkisi arasında fərq nəzərə alınmır:

“Maşında 1450 litr yanacaq olur, bu isə təxminən 1220 kiloqram edir. Üstəlik şəxsi əşyalar, alətlər və digər avadanlıqlar da əlavə olunur. Nəticədə sərhəddə 50-100 kiloqram fərqə görə ya geri qaytarılırıq, ya gömrük baxışına yönləndirilirik, ya da yük boşaldılır”.

Onun sözlərinə görə, gömrük baxışlarının qiymətləri də fərqlidir. Astara gömrüyündə baxış üçün 118 manat, Qazax və Samur keçid məntəqələrində isə daha yüksək məbləğ tələb olunur. Bu isə həm vaxt itkisinə, həm də müştəri narazılığına gətirib çıxarır.

Daşıyıcı sürücülərin sertifikatlaşdırılması prosesinin də uzun çəkdiyini qeyd edir. Bildirir ki, Dövlət İmtahan Mərkəzində keçirilən imtahan üçün günlərlə gözləmək lazım gəlir. Bundan əlavə, taxeoqraf kartlarının alınması üçün sürücülər əvvəlcə kurs keçməli, daha sonra isə 2-3 ay kartın hazırlanmasını gözləməlidirlər. Bu müddətdə sürücülərin beynəlxalq daşımalar həyata keçirməsi mümkün olmur.
Narazılıq doğuran digər məsələ isə buraxılış kartlarının verilməsi ilə bağlıdır.

Daşıyıcının sözlərinə görə, AYNA tərəfindən tələb olunan bəzi şərtlər məntiqsizdir. Belə ki, buraxılış kartı nəqliyyat vasitəsinə aid olduğu halda sürücünün sertifikatı da tələb edilir.

Bundan başqa, icazə sənədlərinin yalnız iş günləri verilməsi də problemlər yaradır. Daşıyıcı qeyd edir ki, əgər nəqliyyat vasitəsi həftənin son iş günü Azərbaycana daxil olursa, şənbə və bazar günləri icazə sənədi almaq mümkün deyil. Müştəri haqlı olaraq soruşur ki, yük niyə iki gün Azərbaycanda saxlanılır? İcazə sənədləri Bakıdan deyil, sərhəd-keçid məntəqələrindən verilməlidir.
Qabaritli yüklərlə bağlı icazələrin gecikdirilməsi də logistika sektorunda əlavəsi problemlər yaradır. Daşıyıcının sözlərinə görə, Çindən gələn bir nəqliyyat vasitəsi artıq 10 gündür Ələt limanında gözləyir, çünki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən lazımi icazə alınmayıb. Bu müddətdə isə gündəlik terminal və parklanma xərcləri ödənilir.

Sürücü həmçinin xarici daşıyıcılara münasibətdə daha yumşaq yanaşmanın tətbiq olunduğunu bildirir. Onun fikrincə, yerli sürücülər taxeoqraf və sənəd qaydalarına görə cərimələndiyi halda, xarici daşıyıcılara eyni tələblər sərt şəkildə tətbiq edilmir.
Daşıyıcı hesab edir ki, bütün bu problemlər yerli logistika sektorunun fəaliyyətini zəiflədərək xarici daşıyıcılara üstünlük yaradır.
AYNA, Gömrük və digər qurumların yaratdığı çətinliklər Azərbaycan daşıyıcısının dayanmasına səbəb olur. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi zərərdir.

VİDEO LİNKDƏ: https://dia-az.org/manset/481738-ayna-ve-gomruk-komitesi-suruculeri-nece-incidir.html

"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...



Keçən günlərdə “Neftqaztikinti” trestinin işçiləri adından "Dia-az"a daxil olan müraciəti təqdim etdik. Müraciətdə narazı fəhlələr sosial durumlarının ağır olmasından gileylənərək SOCAR Prezidenti Rövşən Nəcəfdəın konkret tələblərinin olduğunu da ifadə etmişdilər. Onlar “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyətini irəli sürərək onun yerinə daha səriştəli və bacarıqlı kadrın gətirilməsini istəmişdilər.
Qeyd edək ki, bu məlumatı paylaşdıqdan sonra iddia olunanlarla bağlı cavab vermək əvəzinə Qağaməli Seyfullayev fərqli davranmağa üstünlük verdi və bizə aid sosial şəbəkələrdə "Qağaməli Seyfullayev layiqli kadrdır" kimi fikirləri deyən trollarının rəy hücumlarını təşkil etdi. Bununla sanki reallıqdakı eybəcərliklər ört-basdır olunmuş oldu. Hər halda, SOCAR rəhbərliyi bütün baş verənlər barədə gerçək bilgilərə malikdir. Biz isə işçilərin hazırki durumlarını əks etdirən daha bir neçə giley dolu müraciəti təqdim edirik...
Əvvəli BURADA: "https://dia-az.org/manset/481552-adamin-yoxdursa-derece-de-ala-bilmeyeceksen.html
“Neftqaztikinti” trestinin işçisi olan Yunis Camalov yazır: "Qağaməlinin yaltaqları haqq etmədikləri məvacibin müqabilində ARDNŞ-ni Seyfullayevləşdirən bu zatı tərifləməylə məşğuldular. Bu yaltaqlar da yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb və çıxmaqda davam edir. İnşallah, Respublikanın mötəbər təşkilatları hərəkətə keçərək Qağaməli haqqında Azərbaycan Respublikası Qanunları çərçivəsində tədbir görərlər və Rövşən Nəcəf nəhjayətdə yuxudan ayılar... ARDNŞ-i heç kimin arxa baxçası deyil..."
“Neftqaztikinti” trestinin işçisi olan İzzət Əhmədov yazır: Mənim kimilərinin - Əhmədov İzzətin adamı yoxdur deyə yalandan adama quru vəd verirlər... Bunu əvəzində isə öz adamları 6-cı dərəcə ilə fırlanırlar..."
“Neftqaztikinti” trestinin işçisi olan Teymur Məmmədli isə belə yazır: Dərəcə problemi çox çətindir. 18 ildir ki, dənizçiyəm... 4-cü dərəcədə qalmışam. Elə işçi də var ki, 40 ildir 4-cü dərəcədə qalıb..."

Dia-az

 “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...


Masazır qəsəbəsində yaşayan Hüseyn Mustafayev 10 min manat borca görə 110 minlik evindən olduğunu iddia edir.

Hüseyn Mustafayev 2019-cu ildə 5 otaqlı fərdi yaşayış evini “Kəpəz” Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq oradan 10 min manat kredit götürdüyünü bildirir. Razılaşmaya əsasən, faizlə birlikdə ümumi ödənişin 3 il ərzində 20 min manat olması nəzərdə tutulub. Borcun bir hissəsi ödəndikdən sonra gecikmə yaranıb və faiz hesablanıb.

Şikayətçinin iddiasına görə, Bank Olmayan Kredit Təşkilatı ilə aralarında olan problem bununla da yekunlaşmayıb. Sonradan dəyəri təxminən 110 min manat olan evi hərraca çıxarılıb və 51 min manata satılıb. Evin hərraca çıxarılması ilə bağlı da sahibinə heç bir məlumat verilməyib.(Dia-az)

Kasparov beynəlxalq axtarışa verildi



Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.

Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, H.Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25