Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib.

Bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur.

ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.

 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov nə zamandır gözə dəyməsə də, bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı Prezidentə etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qaraşovun ağır xəstəlik keçirdiyi məlum oldu. İndi isə...

"Dia-az" bildirir ki, onunla bağlı keçmiş deputat Etibar Əliyev diqqətə gəlib. Keçmiş deputat özünün sosial şəbəkə hesabında yazır:

" "Facebook"da oxudum ki, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Bu pul yığmaq mərkəzi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur.
Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər və zirək olurlar.
Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, təhsilin əlifbasını belə bilməyən yoldaş Qaraşov kimi…
İllik təhsil haqqı 10-15min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir…
34 illik təhsil sahəsində fəaliyyətimə rəğmən bir sinif otağı belə aça bilmərəm.
İndi siz Qaraşovun nüfuzuna diqqət edin: Tədbirdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər..."(Dia-az)

ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət


Ötən ayın 28 may tarixində “Azəri Türk Bank”a (ATB) məxsus kartdan Azərbaycan Beynəlxalq Bankı (ABB) kartına pul köçürməsi həyata keçirilib. Lakin əməliyyatın “uğurlu” göstərilməsinə baxmayaraq, vəsaitin qarşı tərəf karta daxil olmadığı bəlli olub.

Bizimesr.com bildirir ki, məsələ ilə bağlı yaranan uyğunsuzluq bank müştərisi tərəfindən aşkar edilib və dərhal ATB-nin müştəri xidmətlərinə müraciət olunub.

ATB-nin mobil tətbiqində aparılan yoxlamalar zamanı vəsaitin kartdan çıxıldığı qeyd olunub və əməliyyatı təsdiqləyən qəbz də sistemdə görünüb. Bank tərəfi ilkin mərhələdə vəsaitin göndərildiyini təsdiqləyən məlumat təqdim edib. Lakin vəsait ABB kartına köçürülməyib. Məsələ ilə bağlı aparılan 2 günlük araşdırmadan sonra ATB tərəfindən ABB-yə sorğu göndərilib və “əməliyyat uğurlu olub” cavabı alınıb.

Buna baxmayaraq, ABB tərəfində isə müştəriyə bidlirilir ki, bu vəsait ümumiyyətlə banka daxil olmayıb. ATB isə ABB-yə göndərdiyi sorğu zamanı əməliyyatın uğurlu olduğunu deyir.

Beləliklə, iki bank arasında yaranan ziddiyyətli məlumatlar fonunda 100 manatın taleyi günlərdir sual altında qalır - ATB - əməliyyat icra olunub, ABB: vəsait daxil olmayıb, müştəri - pul hesabda görünmür

Nəticədə 28 may tarixindən bu günə qədər həmin məbləğin harada olduğu barədə dəqiq və rəsmi izah yoxdur.

Məsələ bank sistemlərində köçürmələrin izlənməsi və şəffaflıq mexanizmləri ilə bağlı suallar doğurur. Eyni zamanda, müştəri qarşısında yaranan vəziyyət onun vəsaitinə çıxış imkanını qeyri-müəyyən vəziyyətə salıb. Hazırda həm ATB, həm də ABB tərəfinin məsələni araşdırdığı bildirilsə də, konkret nəticə və pulun taleyi ilə bağlı yekun nəticə yoxdur.

ATB-dən rəsmi olaraq “uğurlu əməliyyat” kimi görünən köçürmə faktiki olaraq heç bir hesabda əks olunmayıb. Bu isə bank sistemlərində əməliyyatların izlənməsi və uyğunlaşdırılması mexanizmlərinin sual altına düşməsinə səbəb olur.

Hazırda isə əsas sual dəyişmir - vəsait iki bank arasında necə “yoxa çıxdı” və məsuliyyət kimdədir? Bu suallara isə kimsə cavab vermir...

Bizimesr com

Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?


Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa olunması ictimaiyyət tərəfindən müsbət qarşılanmışdı. Minlərlə insan bunu iki ölkə arasında yaşayan qohumların, dostların və yaxınların daha rahat görüşməsi üçün mühüm addım hesab edirdi. Ümumiyyətlə, qatar nəqliyyatı ənənəvi olaraq daha əlçatan və münasib qiymətli nəqliyyat vasitəsi kimi qəbul edilir. Lakin görünən odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin tətbiq etdiyi qiymət siyasəti bu gözləntidən xeyli uzaqdır.


Bizimesr.com xatırladır ki, bir neçə gün əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev qatar biletlərinin qiymətləri ilə bağlı açıqlama verərək gələcəkdə sərnişinlər üçün daha aşağı tarifli səyahət imkanlarının araşdırılacağını bildirmişdi. Bu açıqlama sərnişinlərdə müəyyən ümid yaratmışdı. Lakin iyun ayı üçün satışa çıxarılan biletlərin qiymətləri göstərir ki, bu vədlərlə real vəziyyət arasında ciddi fərq var.


Bakı-Tbilisi marşrutu üzrə bilet qiymətlərinin 81 manatdan başladığı bildirilsə də, sərnişinlər bu qiymətə real olaraq bilet tapmaqda çətinlik çəkirlər. Faktiki satışda ən aşağı qiymətlər 95 manatdan başlayır, tarix və vaqon növündən asılı olaraq isə 200, 243, hətta bəzi günlərdə 280 manata qədər yüksəlir.


Ən diqqətçəkən məqamlardan biri isə bəzi tarixlərdə qatar biletlərinin qiymətinin təyyarə biletləri ilə eyni səviyyəyə çatmasıdır. Məsələn, iyunun 15-dən sonra Bakı–Tbilisi istiqamətində qatarla səyahət 200-280 manat aralığında dəyişir. Halbuki həmin dövrdə AZAL-ın bir istiqamətli aviabiletləri 167–228 manat aralığında təklif olunur.


Subsidiyalaşdırma: qatar niyə adətən ucuz olmalıdır?


Dünya təcrübəsində dəmir yolu nəqliyyatı yalnız kommersiya layihəsi kimi deyil, həm də sosial xidmət və ictimai infrastruktur kimi qəbul edilir. Buna görə də əksər ölkələrdə bu sahə dövlət tərəfindən subsidiyalaşdırılır.


Subsidiyalaşdırmanın əsas məqsədi isə əhalinin hərəkətini əlçatan saxlamaq,regionlar və ölkələr arasında əlaqəni gücləndirmək, nəqliyyatın sosial funksiyasını qorumaq, alternativ nəqliyyat vasitələrinə yükü azaltmaqdır. Yəni bir çox ölkələrdə qatar bileti real xərcləri tam qarşılamır, fərqi dövlət ödəyir.


Məsələn, qardaşTürkiyədə TCDD vasitəsilə idarə olunan dəmir yolu sistemi geniş şəkildə subsidiyalaşdırılır. Xüsusilə regional və şəhərlərarası xətlərdə qiymətlər dövlət tərəfindən aşağı səviyyədə saxlanılır.


Qonşu Rusiyada RZD dövlət şirkətidir və sərnişin daşımalarının böyük hissəsi, xüsusilə sosial və regional marşrutlar, ciddi dövlət dəstəyi ilə işləyir. Elə qonşu Gürcüstanda Dəmir Yolları dövlət müəssisəsidir və sərnişin daşımalarında qismən subsidiyalaşdırma mövcuddur.


Regionda ən yüksək subsidiyalaşdırma səviyyələrindən biri isə İrandadır. Sərnişin biletləri real xərclərdən xeyli aşağı qiymətlərlə təqdim olunur. Ermənistan isə Rusiya idarəçiliyində olan qarışıq model üzərində qurulub. Məhdud şəbəkəyə baxmayaraq, sərnişin daşımaları dövlət dəstəyi ilə həyata keçirilir.


Nəticə olaraq, regionda demək olar ki, tamamilə subsidiyasız dəmir yolu sərnişin daşımaları mövcud deyil.


Azərbaycanda isə mövcud vəziyyət göstərir ki, Bakı-Tbilisi qatarında qiymətlər nə subsidiyalaşdırma məntiqi ilə, nə də sosial əlçatanlıq prinsipi ilə uyğun gəlir.


Əgər bu marşrut, beynəlxalq əlaqələri gücləndirmək, sərnişin axınını artırmaq, alternativ və əlçatan nəqliyyat yaratmaq üçün açılıbsa, o zaman qiymətlərin təyyarə ilə eyni səviyyəyə qalxması ciddi suallar doğurur. Niyə region ölkələrində olduğu kimi Azərbaycanda da subsidiyalaşdırma tətbiq edilmir?
Əgər məqsəd sərnişin sayını artırmaqdırsa, niyə qiymətlər daha əlçatan deyil?


ADY bu suallara açıq və aydın cavab verməlidir, həm qiymət siyasətini, həm də subsidiyalaşdırma məsələsini ictimaiyyət qarşısında aydı nizah etməlidir.


Bizimesr.com

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.

Bunu Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir.

"Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik".

Prezident Azərbaycanın emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratdığını da vurğulayıb.

"Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər".

İlham Əliyev Azərbaycanın mövcud qaz ehtiyatlarının ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcəyini də ifadə edib:

"Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!



Maliyyə əməliyyatları hətta Ədliyyə Nazirliyinin layihələrin icrası ilə bağlı rəsmi bildirişi gəlməmiş həyata keçirilib və vəsaitlər müxtəlif şirkətlərə köçürülüb. Bir təşkilata təxminən 20 min manata yaxın vəsait ayrılıb, bunun 15 min manata yaxını isə "tədbirlərin təşkili üçün göstərilən hesaba" yönləndirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı son dövrlər təqdim etdiyimiz araşdırmalar cəmiyyətdə ciddi rezonans doğurmağa davam edir. Agentlik ətrafında dolaşan qanun pozuntuları, korrupsiya iddiaları və qrant mexanizmlərindəki qaranlıq məqamlarla bağlı redaksiyamıza demək olar ki, hər gün yeni məlumatlar daxil olur. Xüsusilə də QHT sektorunun içindən gələn informasiyalar artıq sistemli saxtakarlığın mövcudluğunu göstərir...

Biz təbii ki, redaksiyamıza daxil olan məlumatları müəyyən dəqiqləşmələr etmədən tirajlamırıq. Hər detalı araşdırır, müxtəlif mənbələrdən yoxlamağa çalışır, bir neçə QHT nümayəndəsi ilə dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edirik. Çünki başladığımız işin məsuliyyətini anlayırıq. Elə bu səbəbdəndir ki, son aylarda "Yenixeberorg"-a qarşı təzyiqlər də açıq müstəviyə keçib. Görünən odur ki, bütün bu basqılar əslində bir həqiqəti təsdiqləyir: ortaya çıxardığımız məlumatlar doğrudur və müəyyən çevrələri ciddi narahat edir.

Bugünlərdə "Yenixeberorg"-a daxil olan məlumat isə artıq vəziyyətin daha dramatik həddə çatdığını göstərir. QHT təmsilçilərindən biri bildirir ki, onların təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olub. Layihənin istiqaməti regionlarda sosial inkişaf məsələləri ilə bağlı olsa da, Agentlik tərəfindən onlara tamamilə fərqli tapşırıq verilib. Bildirilib ki, layihəni Ümumdünya Şəhərsalma Forumu çərçivəsində, Olimpiya Stadionunda Agentliyin təşkil etdiyi pavilyonda keçirməlidirlər.

Ən qalmaqallı məqam isə maliyyə məsələsidir. QHT nümayəndəsinin sözlərinə görə, onlara açıq şəkildə deyilib ki, layihənin əmək haqqı hissəsini özlərinə saxlasınlar, qalan vəsaiti isə tədbirlərin təşkili üçün göstərilən hesaba köçürsünlər. İddialara əsasən, bu göstəriş tək bir təşkilata yox, təxminən 60-a yaxın QHT-yə verilib.

“Dövlət tapşırığı” adı altında olanlar...

Məsələni daha da ağırlaşdıran digər detal isə bu prosesin “dövlət tapşırığı” adı altında həyata keçirilməsidir. QHT-lərə bildirilib ki, bu məsələ ictimailəşdirilməməlidir və “bu dəfə deyilən kimi etsəniz, gələcəkdə sizə daha böyük qrantlar veriləcək”. Faktiki olaraq burada açıq asılılıq mexanizmi qurulur. Qrantlar müstəqil fəaliyyətə görə deyil, itaət müqabilində paylanır.

Daha biabırçı məqam isə bəzi layihələrin mövzusu ilə tədbirin heç bir əlaqəsinin olmamasıdır. Mənbəmizin bildirdiyinə görə, onların layihəsinin şəhərsalma ilə ümumiyyətlə əlaqəsi olmayıb. Amma onlara “öz layihənizə uyğun nəsə danışın, onsuz da orada bunu sorğulayan yoxdur” deyilib. Bu isə artıq dövlət tədbirlərinin saxta statistika və imitasiya üzərində qurulduğunu göstərən ciddi iddiadır.

İddialara görə, maliyyə əməliyyatları hətta Ədliyyə Nazirliyinin layihələrin icrası ilə bağlı rəsmi bildirişi gəlməmiş həyata keçirilib və vəsaitlər müxtəlif şirkətlərə köçürülüb. QHT nümayəndəsi bildirir ki, onların təşkilatına təxminən 20 min manata yaxın vəsait ayrılıb, bunun 15 min manata yaxını isə deyilən hesaba yönləndirilib. Qalan hissə isə təşkilat sədrinin 3 aylıq əmək haqqı, vergi, sosial sığorta və digər ödənişlər kimi rəsmiləşdirilib.

Əslində isə layihə cəmi Forum çərçivəsində keçirilən tədbirlə yekunlaşıb. Formal olaraq 3 aylıq layihə göstərilsə də, faktiki fəaliyyət bir neçə günlük tədbirdən ibarət olub. Daha sonra isə sadəcə formal hesabat təqdim ediləcək və məsələ bağlanacaq. QHT nümayəndəsinin dediyinə görə, yaxın aylarda sosial şəbəkələrdə bu layihələrin “icrası” adı altında demək olar ki, heç bir real fəaliyyət görünməyəcək.

Bütün bunlar açıq qanun pozuntusu, maliyyə manipulyasiyası və dövlət vəsaitlərinin məqsəddənkənar istifadəsidir. Rəsmi olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhərsalma təşəbbüsləri ilə bağlı 14 QHT layihəsini dəstəkləyib. Ancaq həmin təşkilatların bu sahədə hansı təcrübəyə malik olması ayrıca müzakirə mövzusudur. Daha böyük sual isə odur ki, bu proses hansı mexanizmlə birdən-birə 60-a yaxın təşkilata şamil edilib?

Görünən odur ki, dövlət üçün əhəmiyyət daşıyan beynəlxalq forum fonunda “uğurlu fəaliyyət görüntüsü” yaratmaq məqsədilə genişmiqyaslı imitasiya sistemi qurulub. Belə hallarda çoxları susmağa üstünlük verir. Çünki prosesin arxasında dövlət tədbiri adı dayanır və heç kim risk etmək istəmir.

Ancaq ortada daha təhlükəli bir məsələ var: dövlət rəhbərliyinə saxta statistika təqdim edilməsi, fəaliyyət görüntüsü yaradılması və milyonlarla manatlıq layihələrin formal tədbirlərlə ört-basdır olunması iddiaları. Əgər bu məlumatlar təsdiqini taparsa, söhbət artıq təkcə korrupsiyadan yox, dövlət institutlarının etimadının məqsədli şəkildə zədələnməsindən gedir.

Biz isə "Yenixeberorg" olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənləri araşdırmağa davam edəcəyik. Təkcə ona görə yox ki, bir media resursu olaraq bu bizim borcumuzdur, həm də ona görə ki, susmaq bu sistemin bir hissəsinə çevrilmək deməkdir...(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".

Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?


Son günlər ölkənin əsas marketlərində narahatlıq doğuran yeni bir tendensiya müşahidə olunur. Qida məhsullarının üzərində istifadə müddətinin bitməsinə hələ bir neçə gün qaldığı göstərilsə də, həmin məhsulların artıq iyləndiyi, kifləndiyi və bəzən istifadəyə yararsız hala düşdüyü barədə iddialar artır.

Bu vəziyyət bazarda yeni bir problemin başlandığını göstərir. Əvvəllər daha çox istifadə müddəti bitmiş məhsulların satışda qalması ilə bağlı narazılıqlar səslənirdisə, indi vəziyyət daha da fərqli xarakter alıb. Artıq məhsulun üzərində istifadə müddəti bitmədən onun xarab olması, iylənməsi, kiflənməsi və hətta qurd basması halları gündəmə gəlir. Qeyd olunur ki, bu hallar əsasən yerli istehsal məhsullarında daha çox müşahidə edilir.

Bu gün satış şəbəkələrində qurulan sistem belədir ki, hər bir şirkət öz məhsullarını marketlərdə özünə aid hissəyə düzmək, onları nəzarət altında saxlamaq üçün işçilər saxlayır. Həmin işçilərin əsas vəzifəsi vaxtı keçmiş məhsulları satışdan çıxarmaq, rəflərdə səliqəli görünüşü təmin etmək və məhsul dövriyyəsini izləməkdir.

Lakin məhsulun üzərində istifadə müddəti bitmədiyi halda problem nə market rəhbərliyinə, nə də həmin şirkətin nümayəndəsinin məsuliyyətinə aid edilir. Market rəhbərliyi bildirir ki, məhsulun istifadə müddəti bitməyib, şirkət işçisi də eyni mövqeni sərgiləyir. Beləliklə, ortada ciddi bir sual yaranır - bu halda günahkar kimdir?

Cavab aydırndır, istehsalçı.

Əgər məhsul istifadə müddəti bitmədən xarab olursa, bu, ilk növbədə istehsal prosesində, qablaşdırmada və ya saxlanma qaydalarında ciddi problem olduğunu göstərir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan əsas qurum isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Qida Təhlükəsizliyi Agentliyi istehsal müddətindən başlayaraq məhsulun necə hazırlandığına, necə qablaşdırıldığına, necə daşındığına və nəhayət istehlakçıya çatana qədər bütün mərhələlərə nəzarət etməlidir. Yəni nəzarət yalnız bazarda və ya marketdə başlamamalı, məhsulun istehsal xəttindən çıxış anından etibarən davam etməlidir.

Əsas məsələ də məhz budur: məhsulun təmiz və yararlı şəkildə istehsal olunmasına nə dərəcədə nəzarət edilir? Qoşqar Təhməzlinin rəhbərlik etdiyi sistem işləyirmi?

Mövcud vəziyyət fonunda Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bu sistemi nə dərəcədə qura bildiyi sualı da aktuallaşır. Qurumun demək olar bütün rayonlarda nəzarətçiləri və işçiləri var. Məhsul istehsal edən şirkətlərə yerində nəzarət olunmalı, istehsal prosesi davamlı monitorinq altında saxlanılmalıdır. Əgər bu nəzarət doğrudan da işləkdirsə, o zaman nədən məhsullar istifadə müddəti bitməmiş xarab olur, iylənir və kiflənir? Bu sualın cavabı hələ də aydın deyil.

Ya məhsulun istifadə müddətini göstərən bildirişlər qanunsuz şəkildə yenilənir, ya da məhsulun özü düzgün istehsal olunmur. Hər iki halda nəticə eynidir - istehlakçı aldadılır, bazara isə keyfiyyətsiz məhsul çıxır.

Bu gün marketlərdə yaranan vəziyyət artıq adi bir satış problemi kimi görünmür. Bu, istehsaldan satışa qədər uzanan zəncirdə ciddi nəzarət boşluğunun olduğunu göstərir. Əgər məhsul istifadəyə yararlı tarix bitmədən xarab olursa, bu sistemin haradasa sındığını sübut edir.

Nəticədə isə heç kim məsuliyyət daşımır. Market məsuliyyəti istehsalçıya yönəldir, istehsalçı marketi göstərir, Qida Təhlükəsizliyi Agentliyi isə sadəcə gün keçirir. İctimaiyyət isə hər gün xarab qida yeyir.

Bizimesr.com

Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?


Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində ərazi hasarlanıb, tikinti meydançasında ağır tonnajlı yükqaldıran texnikalar fəaliyyət göstərir. Bildirilir ki, işlər hətta bayram günlərində də dayandırılmadan davam etdirilib.

Diqqət çəkən əsas məqam odur ki, tikinti aparılan ərazidə qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi quraşdırılmayıb. Ərazidə nəyin tikildiyi, sifarişçi qurumun kim olduğu, tikintiyə hansı əsaslarla icazə verildiyi və layihənin texniki göstəriciləri barədə heç bir məlumat verilmir.

Paytaxtın sıx yaşayış məntəqələrindən birində genişmiqyaslı tikinti işləri aparıldığı halda, niyə sakinlərə və mediaya layihə barədə məlumat təqdim edilmir?

Maraqlıdır ki, məsələ ilə bağlı müraciətlərə baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti də ərazidə hansı obyektin tikildiyi barədə aydın məlumat vermək istəmir. Halbuki tikinti proseslərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyətinin belə bir layihədən xəbərsiz olması inandırıcı görünmür.

Əgər tikinti qanuni əsaslarla aparılırsa, layihə barədə məlumatın ictimaiyyətdən gizlədilməsinin səbəbi nədir? Niyə ərazidə məlumat lövhəsi yerləşdirilməyib? Tikilən obyekt yaşayış binasıdır, kommersiya təyinatlı tikilidir, yoxsa başqa məqsəd daşıyır?

Şəffaflığın təmin olunması dövlət qurumlarının vəzifələrindən biridir. Xüsusilə də şəhərsalma və tikinti sahəsində ictimaiyyətin məlumatlandırılması həm qanunvericiliyin, həm də ictimai maraqların tələbidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Xətai Rayon İcra Hakimiyyəti sözügedən tikinti ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək, ərazidə hansı layihənin həyata keçirildiyinə aydınlıq gətirəcəklər.(Bizimesr.com )

Bizimesr.com məsələni diqqətdə saxlayır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/xetainin-merkezinde-sirli-tikinti---general-eliaga-sixlinski-kucesinde-ne-insa-edilir-21933

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25