Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib


İstanbul (Türkiyə) və digər şəhərlərdə keçirilən əməliyyatlarda 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb.


Bu barədə "TRT Haber" məlumat yayıb.


Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları iyunun 15-30-da İstanbul, Tekirdağ, Gümüşhane və Kocaelidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplara və küçə satıcılarına qarşı əməliyyatlar keçiriblər.


Əməliyyatlar zamanı 80 şübhəli saxlanılıb. Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 54 nəfərlə bağlı araşdırmalar davam edir.

Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi


Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi "Proqress İnşaat En" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə Mərkəzin 1-ci korpus binasının əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 72 449,17 manatdır.

Satınalma proseduru birmənbə metodunun tətbiqi ilə həyata keçirilib. Bu isə deməkdir ki, satınalma müsabiqəsi keçirilməyib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat En" MMC 29 noyabr 2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.

Şirkət haqqında açıq mənbələrdə demək olar ki, əlavə heç bir məlumat mövcud deyil. "Proqress İnşaat En" MMC-nin nə rəsmi internet səhifəsi, nə də ictimaiyyət üçün əlçatan əlaqə vasitələrinə rast gəlinir.

"Proqress İnşaat En" MMC dövlət satınalmalarında tez-tez qalib gələn şirkətlərdən biri kimi tanınır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, şirkət ötən il 8 tenderin qalibi olub. Həmin tenderlər üzrə bağlanmış satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 6 613 104,65 manat təşkil edib.

Qaynarinfo

Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...



ADPU-nun dosenti İlham Əhmədovun məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür. Onlardan biri də bu ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.” Bu ifadənin mənası budur ki, kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm. Əslində bu, təkcə fərdi xarakterin xüsusiyyəti deyil, bu bəzən bütöv idarəetmə modeli olur...
Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə baxdıqda müəyyən sahələrdə məhz belə idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk. Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq. Bu anlayış təhsildəki idarəetmə davranışının analitik modelidir.
“Heyvagülü siyasəti” nədir?..
Bu təhsil siyasətinin əsas xüsusiyyətləri belədir:
• ekspert rəyinin nəzərə alınmaması;
• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;
• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;
• statistik göstəricilərin formal və saxta xarakter daşıması;
• beynəlxalq təcrübənin əməldə yox, yalnız təqdimatlarda xatırlanması;
• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…
Başqa sözlə, qərar əvvəl qəbul edilir, sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır. Halbuki müasir dövlət idarəçiliyində proses bunun tam əksidir. Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.
Təhsil menecmentində ən təhlükəli amil: səbəbsiz yerə özünəinamın həddindən artıq olması…
Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur. Bu effekt göstərir ki, ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər. Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.
İdarəçilərdən bəziləri hesab edirlər ki, onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir. Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur. Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…
Reallıqda xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi” öz payini götürmür…
Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur. Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar eyni problemləri dəfələrlə göstərmişlər. Məsələn, kurikulum problemləri, müəllim hazırlığındakı boşluqlar, qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması, elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi. Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir. Bu, artıq təsadüf deyil. Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər...
Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..
Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…
Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə proqramın həcminin real imkanlara uyğunluğu, öyrənmə metodikasının müasir idrak xüsusiyyətlərinə uyğunluğu, qiymətləndirmə sistemi öyrənməni təşviq edirmi, yoxsa yalnız nəticəni ölçür, müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi, məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir və s. kimi suallar yaradır. Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...
Universitet diplomunun dəyərini kim müəyyən edir?..
Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır: tədrisin keyfiyyəti, elmi tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq, məzunların rəqabət qabiliyyəti…
Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir...
İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…
İnnovativ təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır. Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir. Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən, məzundan, işəgötürəndən, valideyndən… Onlar bu rəyləri təhlükə hesab etmirlər. Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir. Səhvlər gizlədildikdə isə inkişaf dayanır…
Təhsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..
Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir, əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…
Təhsildə “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…
Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:
• insan kapitalının keyfiyyətinin zəifləməsi;
• innovasiya potensialının aşağı düşməsi;
• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;
• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;
• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;
• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…
Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı, iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.
“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.
2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.
3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.
4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.
5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.
6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.
Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…
Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir…
Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”

Moderator.az

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video


Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.

“Qafqazinfo”nun məlumatına görə, hökmdən sonra Arzumun atası Elmar Hacıyev məhkəmə binası önündə aqressiv fikirlər səsləndirib. O, hətta qəzada həlak olan və xəsarət alan şəxslərin yaxınlarını təhqir etməkdən belə çəkinməyib.

Tiktokerin atasının zərərçəkmiş tərəfə qarğış dolu sözləri sosial şəbəkələrdə qınaq doğurub. Bu məqamda onun daha əvvəl də sosial şəbəkə üzərindən zərərçəkmiş şəxslərin ünvanına nalayiq fikirlər səsləndirdiyi xatırladılıb. Bundan əlavə, Arzumun digər yaxınları da qəzada ölən şəxs haqda “narkoman idi”, “həbs edilmişdi” kimi sözlər işlədiblər.

Bu məsələlər isə hazırkı məhkəməyə aid olmadığı üçün gələcəkdə böhtan kimi qiymətləndirilə bilər.

Məlumat üçün deyək ki, ictimai yerdə kimisə təhqir etmək və ya böhtan atmaq cinayət hesab olunur. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinən şəxs 1 ilə kimi həbs edilə bilər.

Həmin videonu təqdim edirik:

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...


Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC (VÖEN – 2905154871) olub.

Yeniavaz.com xəbər verir ki, İdarə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətləri üçün “Texno Lyuks M” MMC-yə 1 milyon 790 min 255 manat 99 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.

2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyədək yalnız Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022–2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 44,4 milyon manat dəyərində 9 tender müsabiqəsində qalib olub.

Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan zaman “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 51, ev 37-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Babaşov Mirağa Babakişi oğlu olub.

Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO


Gəncə şəhərində bir qrup müəllim kollecin direktorunun onları əmək müqaviləsində dəyişikliklərə razılıq verməyə məcbur etdiyini iddia edir.


Xezerxeber.az-ın məlumatına görə, söhbət Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecindən gedir.


Müəllimlərin sözlərinə görə, direktorun bu tələbi onları narazı salıb.


Müəllimlər iddia edirlər ki, kollecin hazırkı direktoru vəzifəyə təyin olunduqdan sonra onlar dəfələrlə oxşar problemlərlə üzləşiblər.


Bəs iddialar nə dərəcədə doğrudur? Kollecin direktoru Xoşqədəm Xudiyeva iş rejimi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğunu bildirsə də, əməkdaşların səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını bildirib:


Kollecin direktoru həmçinin deyib ki, nəzərdə tutulan dəyişikliklərlə bağlı əməkdaşlara qanunvericiliyə uyğun şəkildə əvvəlcədən yazılı bildirişlər təqdim olunub.(Xezerxeber.az)



İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?


İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandırova təqaüdə göndərilib.

Bizimesr.com bildirir ki, Mərkəz direktorunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı şəxsən yola salıb. Bununla da İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru uğrunda yeni mübarizə başlayıb.

Məlumata görə, Fatma Çandırova İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor kimi müavini olmuş, bütün işlərdən xəbərdar olan ən sax adamı Emin adlı şəxsi direktor təyin etdirməyə çalışır. Çünki bu Mərkəzə başqa şəxsin təyin edilməsi Fatma Çandırova üçün yaxşı nəticələr verməyə bilər.

Mərkəzdə direktor müavini çalışan Emin adlı şəxsin Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovun ən yaxın adamlarından biri sayılır.

Qeyd edək ki, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Fatma Çandırovanın Mərkəzdə çalılşan işçilərlə rəftarı o qədər xoş olmayıb, onun fəaliyyəti ilə bağlı çoxsaylı neqativlərin olduğu iddia olunur.

Bizimesr.com

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Gəncədə 29 yaşlı kişi bıçaqlandı


Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

Nazirlikdən avtomobillərini nizamsız park edənlərə - Müraciət - Video


Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.

Müraciətdə deyilir:

“FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır.

Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir.

Qeyd olunanlarla bağlı nazirlik sürücülərə bir daha müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”.

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23