“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY


“55 il mən də, həyat yoldaşım Elmira xanım da İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışıq. Bizim heç vaxt qrim otağımız olmayıb. Acınacaqlı şəraitdə işləmişik. O küncdə, bu küncdə geyinmişik, qrimlənmişik, səhnəyə çıxmışıq. Bu teatrı yaşatmışıq, can qoymuşuq. Şükür Allaha ki, bu gün teatrın binası var, aktyorların qrim otağı mövcuddur. Bu bizim ən böyük arzumuz idi. Elmira xanım da, mən də bu günləri görmək üçün səbirsizlənirdik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vidadi Əliyev deyib.

O daha sonra əlavə edib:

“Yoldaşım da, mən də özümüzü fəda etmişik. Mən həm direktor idim, həm rejissor idim, həm aktyor idim. Cavan-cavan uşaqlar gəlib səhnə qururdular, qura bilmirdilər. Mən onların yerinə fəhləlik də, sürücülük də edirdim. Özümü dağa-daşa salırdım ki, bu teatr yaşasın. Ermənilər elə hey səy göstərirdilər, bəhanə axtarırdılar ki, ad qoyub bu teatrı bağlasınlar. Ermənilər deyirdilər ki, biz İrəvandakı teatrı bərpa ediriksə, siz də Bakının özündə erməni teatrı yaratmalısınız. O da mümkün deyildi.. Biz də plan doldurub teatrı yaşadırdıq.. Amma bununla belə əməyimiz qiymətləndirilmədi.. Təqaüd veriləndə nə mən, nə də ki, Elmira xanım yada düşdü. Bizi unutdular, yaddan çıxartdılar. Biz fədakar sənətkar olmuşuq” deyə Xalq artisti bildirib.

Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...


Keçən günlərdə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinin özbaşınalığı ilə bağlı işçilər adından edilən müraciəti təqdim etmişdik və bildirmişdik ki, sözgüedən qurumun insan resursları departamentinin rəisi Ömər Balacayev də bu gün BALACA PADŞAH hesab etdiyindən əsl oliqarx həyatı yaşçayır və təbii ki, Kompleks Qazma İşləri Trestinin hesabına... burada cərəyan edən qara-qura işlərin sayəsində...
"DİA-AZ"a bu barədə yazan işçilərdən biri iddia edir ki, Ömər Balacey hazırda İtaliyada dincəlir...

Müraciətdə dha asonra bildirilir: "İtaliyada dincəlir Ömər Balacayev, hansı pulların hesabına? Bunu soruşan varmı?
Şəxsən mən özüm 3 uşaq atası olaraq yalnız uşaqlarımın yemək və geyimini təmin etmək üçün çalışıram. Yənialdığım maaş ancaq buna yetir və zar-zorla... Mənim fikirdən ay yarımdan çoxdur ki səhhətimdə problemlər yaranıb bu haramzadələrin əlindən. "Ekonom"-"ekonom" deyə-deyə bağırırlar... Amma onlara aid deyil bu "ekonom" adlı bəhanə... QƏNAƏT REJİMİ...

İşçinin məvacibinə göz dikməyə başlayıblar artıq. Dənizdə və quruda qazılan quyuların hamısında qəzalar olur. Ardıcılıqla neçə-neçə milyonluq firmaların alət və avadanlıqları quyuda qalır. Niyə? Baş mühəndis və müdirin birinci müavini Qabil Razyevin savadsız iş prinsipindən irəli gəlir. Niyə bəs bu vəzifəsində qalır? Rəşad Əsgərov çıxsın önə cavab versin haqqını yediyi işçilərə... Şəxsən biri mən... işçilərə cavab versin. Ancaq fikirləşdiyi qazmanı dağıtmaq və şəxsi MMC yaratmaqdır... Nəticədə Ömərt Balacayev kimi quldur şəriklər faydalanır... əsas işi görən işçilər isə ehtiyac içindəı - işini itirmə qorxusu ilə üz-üzə qalır..."

​"DİA-AZ"

Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı



Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qeyd edək ki, TƏBİB 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.

“Bakupost”un əldə etdiyi məlumata görə, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə “Vita Med Hospital”dan göndərilib. Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.

Yadigar Hüseynova ilə əlaqə saxladıq. O, “Bakupost”a bildirdi ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:

"Onlar mənim kəndçimdirlər. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə - “Vita Med Hospital”a gəlin.
Qanaxma fonunda gəliblər . Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi.

USM yox idi. Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik.
"Vita Med”də abort əməliyyatı keçirilməyib”.

Həkimin açıqlamasından məlum olur ki, Lalə Quliyeva “Vita Med Hospital”a Masazırdan gətirilib.

Qadının harada hamiləliyini sonlandırması suallarına hələlik cavab tapılmır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

“Bakupost”

Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib



Penitensiar Xidmətin sabiq rəisi general Ceyhun Həsənovun tapşırığı ilə təsərrüfatlara gedən suyun qabağı kəsilib, fermerlə nöyük miqdarda ziyan dəyib

Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı ciddi şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, general Ceyhun Həsənov rayonda balıq, toyuq və mal-qara təsərrüfatı ilə məşğuldur. İddia olunur ki, "Salyan Aqro Park”ın əməkdaşları texnikanın köməyi ilə bir neçə təsərrüfata gedən su kanalını palçıq və torpaqla bağlayaraq təsərrüfatların su təminatını faktiki olaraq məhdudlaşdırıblar.
Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə təsərrüfatlar arasında yaranmış mübahisədən yox, insanların illərlə qurduğu biznesə və onların dolanışıq mənbəyinə ciddi müdaxilədən gedir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarında suyun kəsilməsi böyük maddi zərərə və canlıların tələf olmasına səbəb ola bilər. Daha ciddi məqam isə şikayətçinin irəli sürdüyü iddialarda "Salyan Aqro Park”ın bu addımlarının vaxtilə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyinin bildirilməsidir.
Bundan əvvəl də mediada Ceyhun Həsənovun Salyan rayonunda donuz fermasının olduğu barədə müxtəlif iddialar yayılıb. Hazırkı şikayətlə həmin məlumatların arasında hər hansı əlaqənin olub-olmadığı isə ayrıca araşdırma tələb edən məsələdir.
Ən düşündürücü məqamlardan biri isə rayon səviyyəsində aidiyyəti qurumların bu vəziyyətə münasibətinin olub-olmamasıdır. İddialar doğrudursa, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət üçün maraqlıdır.
Bir neçə təsərrüfatın su mənbəyinin bağlanması, əgər bunun qanuni əsasları yoxdursa, ciddi sual doğurur: Kim bir sahibkarın və ya təsərrüfat sahibinin fəaliyyətinə belə müdaxilə etmək səlahiyyətini özündə görür?
Dövlət sahibkarlığın inkişafını, kənd təsərrüfatının genişləndirilməsini və regionlarda məşğulluğun artırılmasını prioritet elan etdiyi halda, ayrı-ayrı təsərrüfatların hansısa şəxsin şəxsi maraqları və ya göstərişi əsasında zərər görməsi barədə iddialar xüsusilə ciddi araşdırılmalıdır.
Əgər doğrudan da illərlə qurulan təsərrüfatların fəaliyyəti bir şəxsin maraqları naminə məhdudlaşdırılırsa, bu, təkcə sahibkarların deyil, bütövlükdə dövlət qurumlarına olan etimadın zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətin davam etməsi isə Salyanda sosial gərginliyin artmasına və yeni narazılıqların yaranmasına zəmin yarada bilər.
Yazıda adı çəkilən "Salyan Aqro Park”, general Ceyhun Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.
Qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyaya daxil olan şikayət və iddialar əsasında hazırlanıb. Faktların hüquqi və rəsmi şəkildə araşdırılması aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

7NEWS.az

Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?


Barəsində rayon prokurorluqlarında cinayət işi üzrə araşdırma aparıldığı bildirilən Seymur Məmmədov hansı klinikalarda qanunsuz estetik əməliyyatlarını davam etdirir?

Bir neçə gün əvvəl Kəpəz Hospitalda Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun keçirdiyi plastik əməliyyatdan sonra vəfat etməsi barədə məlumat yayılıb. KİV-də yayılan məlumatlara görə, əməliyyatı estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.Bu məsələ artıq yalnız bir şəxsin peşə fəaliyyəti ilə bağlı deyil. Burada daha ciddi sual yaranır: estetik tibbi fəaliyyət üçün müvafiq sertifikatı olmayan həkim necə əməliyyat həyata keçirə bilib?Mediatvaz.combildirir ki məsələnin daha da ciddiləşməsinin səbəbi isə ötən il yayılan digər rəsmi məlumatlardır.İctimaiyyətə məlum olan məlumatlara əsasən, ötən ilin mart ayında Pərvanə Mirzəyeva, avqust ayında isə Nilufər Abdulla estetik əməliyyatdan sonra vəfat edib. Hər iki əməliyyat Seymur Məmmədov tərəfindən həyata keçirilib. Tulin Turpun ölümü isə, artıq üçüncü ölüm hadisəsi barədə ciddi araşdırma zərurətindən gedə bilər.Burada ən vacib məsələ ittiham irəli sürmək deyil.Əsas məsələ budur: bu ölümlərin hər biri üzrə tibbi ekspertiza hansı nəticəyə gəlib? Redaksiyamıza daxil olan digər məlumata görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirovun da bu məsələlərlə bağlı adı hallanır. İddialara görə, Cavid Cahangirov Seymur Məmmədova yaxın şəxslərdən biri hesab olunur və onun bir sıra işlərinə dəstək verdiyi bildirilir.Cavid Cahangirovun Seymur Məmmədovla hər hansı əlaqəsinin olub-olmaması, ekspertiza proseslərində hansı rolu oynadığı və hər hansı təzyiq və ya müdaxilənin baş verib-vermədiyi müvafiq qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Digər mühüm iddia isə Seymur Məmmədovun sertifikat məsələsinə baxmayaraq estetik əməliyyatları müxtəlif klinikalarda bu gündə davam etdirməsi ilə bağlıdır. Estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş Seymur Məmmədov,başqa klinikada hansı hüquqi əsasla əməliyyat həyata keçirə bilər? Klinikalar belə bir həkimlə hansı əsasla əməkdaşlıq edir? Onun həmin tibb müəssisələrində əməliyyat aparmasına kim icazə verir? Əməliyyatlar klinikanın rəsmi sənədlərində qeydiyyata alınırmı? Həkimlə tibb müəssisəsi arasında əmək müqaviləsi və ya digər hüquqi əsas mövcuddurmu? İctimaiyyətin cavab gözlədiyi suallar kifayət qədərdir:Cavid Cahangirovun həmin ekspertizalarda rolu nə olub? Ekspertiza nəticələrinə hər hansı müdaxilə və ya təzyiq göstərilməsi barədə araşdırma aparılıbmı?
Sertifikatı ləğv edilmiş həkimin əməliyyat aparmasına şərait yaradan klinikalar hansılardır? Bu sualların cavabı yalnız bir həkimin deyil, səhiyyə sistemində nəzarət mexanizmlərinin işləyib-işləmədiyinin göstəricisi olacaq. Məsələ susmaqla bağlanacaq məsələ deyil. Söhbət insan həyatından, tibbi məsuliyyətdən və ictimai nəzarətdən gedir. Redaksiyamız araşdırmanı davam etdirir.Qanunsuz əməliyyatların hansı klinikalarda aparıldığı barədə məlumatları yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq.Xatırladaq ki, Nilufər Abdullanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda aparılan istintaq işi hələ tamamlanmayıb. Bu isə həmin ölüm hadisəsinin səbəbləri və tibbi müdaxilənin nəticələri ilə bağlı yekun hüquqi qiymətin hələ verilmədiyini göstərir.Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun ölümü ilə bağlı isə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıldığı bildirilir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA


“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar almışıq. "Dia-az" SOCAR-dakı mənbələrə istinadən xəbər verir ki, hal-hazırda "yuxarıların" qərarı ilə “Neftqaztikinti” trestinin maliyyə fəaliyyəti ciddi şəkildə təftiş olunur.

Hələlik,qurumla bağlı araşdırmanın kənardan aparıldığını iddia edən mənbə bunları əlavə edir:

"Yaxın günlərdə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin də iştirakı ilə böyük araşdırmaya qərar verilə bilər. Burada söhbət 44 milyonluq büdcə vəsaitinin taleyindən gedir. Məsələ təkcə “Neftqaztikinti” trestinin hazırki rəhbəri Qağaməli Seyfullayevlə bitmir, ondan əvvəlki dönəmi də əhatə edir. Amma Qağaməli Seyfullayvin dövrü də ciddi təftişə götürülüb.

Ola bilsin ki, bu prosesdə hətta həbslər də olsun. Bunu zamanla görəcəyik..."

Əlavə bilgilərimiz olacaq...

Dia-az

Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA


Son günlər vətəndaşlara “Kapital Bank” tərəfindən “myGov” platformasında şəxsi məlumatlarına girişlə bağlı icazə sorğularının göndərilməsi narazılıq yaradıb. Şikayətçilərin sözlərinə görə, banka hər hansı müraciət etmədikləri halda, onların məlumatlarının yoxlanılması üçün “myGov” sistemi üzərindən icazə sorğusu göndərilir.

Bizimesr.media xəbər verir ki, məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakupost”a bildirdi ki, “Kapital Bank” və yaxud digər hansısa bank tərəfindən hansısa vətəndaşın adından dövlət qurumuna, digər müəssisə və ya təsisata sorğu göndərilməsi qanunvericilik baxımından hüquq pozuntusudur:

“Lakin burada diqqət edilməli məqamlar var. Banklar vətəndaşlara müəyyən xidmətlər göstərir. Bu xidmətlərin göstərilməsi ilə bağlı operativliyin təmin edilməsi üçün bəzi məlumatlar var ki, müştərilər həmin məlumatları təqdim etməlidirlər. Vətəndaşlara əlavə iş yükü yükləməmək üçün bank özü bəzi elektron sistemlərdən dövlət qurumlarına aid məlumatları sorğu ilə əldə edə bilir. Bunlar bankın müştəriyə göstərdiyi xidmətin tərkib hissəsidir. Həmin məlumatların alınması müqavilədə öz əksini tapmalıdır. Lakin digər şəxsi və vətəndaşa göstərilən xidmətlə bağlı olmayan məlumatların əldə edilməsi qanunsuzdur. Çünki bu səlahiyyət vətəndaşın adından yalnız və yalnız notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında verilə bilər. Vətəndaş banka və yaxud onun hər hansı əməkdaşına notarial qaydada təsdiq edilmiş etibarnamə verməyibsə, istənilən bank vətəndaşın adından hər hansı platformadan istər Dövlət Sosial Müdafiə Fonduna, istər Dövlət Məşğulluq Agentliyinə, istərsə də digər dövlət təsisatına sorğu göndərə bilməz. Çünki bu, ilk növbədə, vətəndaşın qanunvericiliklə müəyyən edilmiş hüququdur. Həmin hüquqdan istifadə etmək üçün digər şəxslərə vətəndaşın adından məlumat əldə etmək səlahiyyəti Azərbaycan qanunvericiliyinə uyğun təsdiq edilmiş etibarnamə əsasında verilməlidir”.

X.Bəşirov vurğulayıb ki, vətəndaşın şəxsi məlumatlarının əldə edilməsi onun özünün razılığı və verdiyi etibarnamə ilə həyata keçirilməlidir:

“Düşünürəm ki, vətəndaşlar bu narazılıqlarında haqlıdırlar. Bank deyə bilər ki, sorğularla bağlı biz sizə məlumat vermişik. Amma bu məlumatın verilməsi o sorğuların verilməsinə haqq qazandırmır. Çünki sorğunun verilməsi üçün Azərbaycan qanunvericiliyi birmənalı şəkildə tələb edir ki, həmin bank və yaxud sorğu göndərən təşkilata müvafiq səlahiyyətlər verilməlidir. Əgər o səlahiyyətlər verilmirsə, vətəndaşın adından hər hansı sorğunun verilməsi və daha sonra həmin sorğunun verilməsi barədə vətəndaşın məlumatlandırılması heç nəyi dəyişmir”.

X.Bəşirov əlavə edib ki, dövlət qurumları həmin sorğulara hər hansı şəkildə cavab verirlərsə, bu da qanunsuz sayılır:

“Çünki həmin sorğunu göndərən tərəf – istər bank, istərsə də hər hansı fiziki şəxs olsun, mütləq şəkildə öz səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Əgər Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və ya digər dövlət qurumları onlara daxil olmuş sorğuda sorğunu göndərən şəxslə barəsində sorğu verilən şəxsin fərqli adamlar olduğunu görürlərsə, mütləq şəkildə etibarnamə tələb etməlidirlər. İndi “Kapital Bank” göndərib deyə bunu tələb etməmək düzgün deyil. Əgər həmin qurumlar sorğuya cavab veriblərsə, bilmirəm, cavab veriblərmi, bu halda həmin qurumlar da prosesə qanunsuz yanaşmış olurlar. Yenə də qeyd edirəm ki, vətəndaşlar bu məsələdə narazı olmaqda haqlıdırlar”.

Məsələ ilə bağlı “Kapital Bank”dan sorğumuza cavab verilmədi. /Tribuna/

Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO


Nizami rayonu, Özbəkistan küçəsində yerləşən böyük yaşıllıq ərazinin məhv edildiyi bildirilir.

Biziməsr.media xəbər verir ki, ərazidən çəkilən videogörüntülərdən ağacların kökündən çıxarıldığı və burada hündürmərtəbəli binaların tikintisi üçün hazırlıq işlərinin aparıldığı görünür.

Maraqlıdır ki, şəhərin və rayonun yaşıllıqlarının qorunmasına cavabdeh qurumlar haradadır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nizami Rayon İcra Hakimiyyəti öz ərazilərindəki yaşıllıqların məhv edilməsinin qarşısını niyə ala bilmir?
Sağlam ağacların hansı əsasla kökündən çıxarılmasına və həmin ərazidə tikinti aparılmasına kim razılıq verib?

VİDEO LİNKDƏ:
https://bizimesr.media/az/post/nizami-rayonunda-yasilliq-erazisi-mehv-edildi----agaclari-kim-ve-hansi-esasla-kesir---video-23009
Bakıda hər boş və yaşıllıq ərazinin hündürmərtəbəli binaların tikintisinə qurban verilməsi hansı şəhərsalma siyasətinin tərkib hissəsidir?

Digər tərəfdən, sağlam ağacların məhv edilməsi yalnız bir ərazinin problemi deyil. Bu, Bakının onsuz da ciddi ekoloji problemlərlə üzləşdiyi bir vaxtda şəhər sakinlərinin təmiz hava və sağlam mühit hüququna da birbaşa təsir edir.

Özbəkistan küçəsindəki ağacları kim kökündən çıxarır və onların yerində hansı tikintiyə hazırlıq görülür?

Aidiyyəti qurumlara göndərilən sorğuların cavabsız qalması isə narahatlığı daha da artırır. Cavab verilmədikcə ağacların məhv edilməsi və tikinti işlərinin davam etməsi cəmiyyətdə haqlı suallar doğurur.

Bizimesr.media

Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...


"Bu fotoları Təbriz küçəsində yerləşən "Rahatmarket"in qastronomiya şöbəsində çəkmişəm..." Bunu yazan narazı vətəndaş aşağıdakı fotoları da təqdim edib...


Narazı vətəndaş daha sonra bildirir: "Ortalıqda tarakan gəzirdi. Hadisə 10 avqustda baş verib. İlk öncə nəzarətçiyə bildirdim, tövsiyə etdim ki, dezinfeksiya edilsin.
Ancaq 24 saat ərzində hər şey olduğu kimi qalırdı. Həmin anda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladım. Şikayəti qeydə aldılar. 10 gün keçsə də, bir xəbər yoxdur.
Onlar ölçü götürmürsə, ən azı bu yazını oxuyan nəzərə alsın və oradan qida almasın..."

Dia-az

Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik


Uzun illərdir birgə yol gələn iki yaxın şəxsin artıq ayrılmaq mərhələsinə gəldiyi iddia olunur.

Bizimesr.media-ya daxil olan məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru Elnur Əliyevin tutduğu vəzifədən öz istəyi ilə uzaqlaşmasını istəyir. Məlumata əsasən, son dövrlərdə Elnur Əliyevin ölkənin təhsil sistemində təsir imkanlarının əhəmiyyətli dərəcədə artması nazirlik daxilində narazılığa səbəb olub. İddialara görə, onun müxtəlif Agentliklər üzərində nəzarəti ələ alması və imkanlarını genişləndirməsi, iri maliyyəli layihələrin idarə edilməsində rolunun artması və qəbul etdiyi qərarların təhsil sistemində əlavə problemlər yaratması Emin Əmrullayevlə münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb.

Bildirilir ki, Elnur Əliyevə fəaliyyəti ilə bağlı narazılıq dolayısı ilə çatdırılıb. Hətta ona tutduğu vəzifədən və nəzarətində olan bəzi istiqamətlərdən geri çəkilməsi ilə bağlı tövsiyələr verildiyi iddia edilir. Lakin bu yanaşmanın Elnur Əliyevin mövqeyini zəiflətmək əvəzinə, əksinə, onun daha sərt mövqe nümayiş etdirməsinə səbəb olacağı ehtimal olunur.
Məlumata görə, təhsil sistemindəki təsir imkanlarının genişlənməsi Elnur Əliyevin gələcəkdə daha yüksək vəzifəyə iddia edə biləcəyi ilə bağlı ehtimalları da gündəmə gətirib.

Eyni zamanda, son dövrlərdə təhsil sistemində baş verən bir sıra qalmaqalların Elnur Əliyevin fəaliyyətinə münasibətdə narazılığı daha da artırdığı iddia olunur. Xüsusilə keçirilən müəllim imtahanları zamanı sualların məzmunu ilə bağlı pedaqoqlar arasında ciddi narazılıqların yaranması diqqət çəkdi. Müəllimlər tərəfindən imtahan suallarının proqramla uyğunluğu və hazırlanma prinsipləri ilə bağlı müxtəlif iradlar səsləndirilsə də, sualların hazırlanmasında iştirak edən Təhsil İnstitutunun bu məsələlərə münasibətdə yetərli açıqlama vermədiyi bəlli oldu.
Narazılığın digər istiqaməti isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi imtahanlarla bağlıdır. İddialara görə, həmin imtahanlarda istifadə olunan sualların müzakirəyə açıq şəkildə təqdim edilməməsi və imtahan iştirakçılarının suallarla bağlı etirazlarının cavabsız qalması ciddi suallar yaradıb. Bu sahə üzrə imtahan sualları da Təhsil İnstitutu tərəfindən aparılır.

Beləliklə, təhsil sistemində uzun müddət bir-birinə yaxın mövqedə dayanan Emin Əmrullayev və Elnur Əliyev arasında münasibətlərin hansı mərhələdə olduğu və bu qarşıdurmanın kadr dəyişikliklərinə gətirib çıxarıb-çıxarmayacağı maraq doğurur.

Bizimesr.media

Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05