Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tədbirlər çərçivəsində təqdim ediləcək gül buketlərinin satın alınması üzrə 13.02.2026-cı ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “FLORA HOLLAND” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 10.270,72 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 14.09.2026-cı ildə dərc edilib. Maraqlıdır ki, müqvilənin icrası tarixi 29.07.2026-cı ildən başlayır.

Qeyd edək ki, Su Ehtiyatları Agentliyi gül buketlərinin satın alınması üzrə kotirovka sorğusuna 13.02.2026-cı ildə başlayıb 22.07.2026-cı ildə yekun vurub.

“FLORA HOLLAND” MMC isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 07.08.2026-cı ildən etibarsız təchizatçıların siyahısına daxil edilib. Qərar MMC-nin sənəd saxtalaşdırdığına görə qəbul edilib.

Aktualinfo hələ bir neçə ay öncə “FLORA HOLLAND” MMC-nin satınalmalarda saxta sənəd təqdim etməsi barədə məlumatları geniş ictimaiyyətə açıqlamışdı.

Xatırladaq ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 02.06.2026-ci ildə satınalmaların portalında bildiriş yerləşdirilmişdir. Bildirişdə qeyd edilir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tələbatına uyğun olaraq, “Xüsusi dövlət tədbirləri üçün güllər, əklillər və gül səbətləri”nin satınalınması ilə bağlı 07.05.2026-cı il tarixdə təklif zərflərinin açılışı həyata keçirilmişdir.

“Flora Holland” MMC Qanunun 35.1.1-ci (şərtlər toplusunun uyğunluq tələbləri üzrə xüsusi tələblərin meyarlarına uyğun gəlmədiyindən – Şərtlər toplusunun tələblərini pozaraq peşəkarlıq və təcrübə meyarı üzrə satınalma müqaviləsini və təhvil təslim aktlarını təqdim etmədiyindən, yerləşdirilmiş elektron qaimələr tərəflər arasında təsdiq edilmədiyindən) və Qanunun 35.1.11-ci (xüsusi tələblərin maliyyə imkanları meyarları üzrə maddi vəsaitə çıxışla bağlı saxta sənəd təqdim etdiyindən Qanunun 7.1-ci maddəsi ( Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanunun 35-ci maddəsinə uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.) əsas tutulmaqla) maddələrinin tələbləri əsas tutularaq satınalmadan kənarlaşdırılmışdır.

Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir:

“FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir.

Göründüyü kimi rəsmi mənbələrdə Dövlət Su Ehtiyatları Agentliyinin qalib seçdiyi “FLORA HOLLAND” MMC-nin adı bir sıra şübhəli satınalmalarda hallanır. Həmçinin MMC-nin adı müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırmasında da hallanır.

Amma buna baxmayaraq Dövlət Su Ehtiyatları Agentliyi sözügedən şirkəti qalib seçir. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə “FLORA HOLLAND” MMC tərəfindən yol verilən müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırması kimi hallara yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına alır, sonra da satınalmanın qalib seçilməsinə rəy verir.

Xatırladaq ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumat yoxdur.

Aktualinfo.net

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR



Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

Bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.

Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb - ŞOK FAKTLAR


Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisə və peşə məktəblərində yüzlərlə müəllim və usta yeri boş qalıb.
Bizimesr.media bildirir ki, avqust ayında keçirilən imtahanların nəticələrindən irəli gələn qəbul prosesi olduqca qeyri-şəffaf aparıldığı üçün peşə təhsili müəssisələrinə işə qəbul prosesi demək olar ki, baş tutmayıb. Boş ştat kimi çıxarılan yüzlərlə iş yerinin cəmi 2-3 faizinin imtahan yolu ilə dolduğu bildirilir. Onlar da, dostlar və tanışlar...
Bu faktı peşə məktəblərinin “müəllim və usta lazımdır” elanları da təsdiqləmiş olur.
Bir bunu deyən yazı "Sanaye SanayevaInnovasiyalar va İnnovasiyalar üzra Bakı Dövlat Peşa Tahsil Markazi Müallimlarin İşa Qabulu Aşağıdakı istiqamatlar üzra müraciatlar qabul olunur: # develo #learn # learn # build #innova # innova İstehsalat talim ustası İxtisas fenn müallimlari Müraciat üçün:

Yəni, məntiq belədir, dövlət vəsaiti xərclənərək imtahanla işə qəbul prosesi aparılır. Bu qəbul o qədər naşı və sistemsiz həyata keçirilir ki, yüzlərlə namizəd imtahandan keçsə də, hətta 70 bal toplayan şəxs belə müsahibə mərhələsindən keçə bilməyib.
Bu fakt özü-özlüyündə belə bir görüntü yaradır ki, guya müsahibə mərhələsindən keçə bilməyən şəxslərdə, 70 bal toplamasına baxmayaraq, müəllim və usta olmaq üçün nəsə çatmır. Nə çatmırı, direktorlar və İlqar Bayramlı, Simnar Mamedov, Murad Məmmədov yaxşı bilir.

Amma sonradan müqavilə ilə imtahana girməyən, bir gün belə müəllim işləməyən, ümumiyyətlə, ixtisas uyğunluğu olmayan şəxslərin müqavilə ilə işə qəbul edilməsi - üstəlik, bunun hər il təkrarlanması və daha biabırçı mərhələyə keçməsi, baş verənlərin məqsədli şəkildə edildiyini göstərir.
Azərbaycan təhsilinin inkişafından ağzı dolusu danışan nazir Emin Əmrullayev və Agentliyin direktoru İlqar Bayramlı bu məntiqi biabırçılığı və uyğunsuzluğu əsaslandıra bilərmi?
Ümumiyyətlə, bu nə deməkdir və niyə insanları imtahana aparıb vaxtlarını alırlar, sonda lağa qoyurlar?
Məlumata görə, Bakı və regionlarda fəaliyyət göstərən bütün Peşə Təhsili Mərkəzlərində bu il işə qəbulun böyük faizi müqavilə ilə həyata keçirilib və müqavilə ilə işə qəbul edilən şəxslərin əksəriyyəti ixtisas üzrə nəinki mütəxəssis, ümumiyyətlə, ixtisasına uyğun deyil.
Yüzlərlə boş ştatın qalması isə direktorların və Agentlikdəki məlum şəxslərin dərs ili boyunca böyük məbləğdə pul qazanmasına şərait yaradır. Odur ki, aidiyyəti dövlət qurumları və hüquq-mühafizə orqanları bu şəxslərin işə hansı formada qəbul edildiyini və nəyin müqabilində götürüldüyünü araşdırmalıdır. Bu araşdırmalara dəstək olmaq hər bir şəxsin borcudur.
Hər il təkrarlanan bu vəziyyətə niyə son qoyulmur? Milyonlarla vəsait ayrılmasına baxmayaraq, Peşə Təhsili niyə sistemli şəkildə irəliləmir?
Bütün bunlar azmış kimi, iddialara görə, bu ildən hətta Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində ödənişli qruplar yaradılıb və onların ikinci növbədə fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Bu, daha dəhşətli fakt sayıla bilər. Bu ödənişli qruplar necə formalaşıb və onlarla dərs keçiriləcəkmi? İddialara görə, bu qrupların sadəcə adı olacaq, ikinci növbədə isə tələbələr dərsə gəlmədən diplom ala biləcəklər. Bu iddianın araşdırılması lazımdır. Əgər belə bir hal baş verərsə, bu, məsuliyyət yaradan faktdır.
Odur ki, bütün bu faktlar incəliyi ilə araşdırılmalı, onları işə qəbul edən və işə qəbul olunan şəxslər ayrı-ayrılıqda dindirilməlidir.
Məlumata görə, müqavilə ilə işə qəbul prosesi Agentlikdəki bəzi şəxslərlə direktorların hansısa formada razılığı əsasında həyata keçirilir. Peşə Təhsili Mərkəzlərində və müəssisələrdə daha ciddi qanunsuzluqların baş verdiyi ilə bağlı iddialar var.
Odur ki, aidiyyəti dövlət qurumları və hüquq-mühafizə orqanları bu şəxslərin işə hansı formada qəbul edildiyini və nəyin müqabilində götürüldüyünü araşdırmalıdır. Hər il təkrarlanan bu vəziyyətə niyə son qoyulmur və milyonlarla vəsait ayrılmasına baxmaayaraq, Peşə Təhsili niyə sistemli irəliləmir.

Bütün bunlar azmış kimi, bu ildən hətta Bakı şəhərində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində ödənişli qruplar yaradılıb və ikinci növbədə fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Bu daha dəhşə\tli fakt sayıla bilər... Bu ödənişli qruplar necə formalaşıb və onlarla dərs olacaqmı?İddialara görə, bu qrupların sadəcə adı olacaq, ikinci növbədə isə onlar dəsrə gəlmədən diölom apa biləcəklər. Bu iddianın araşdırılması lazımdır və əgər belə bir hal baş verərsə bu məsuliyyət yaradan fakt hesab olunmalıdır.
Odur ki, bu faktlar incəliyi ilə araşdırılmalı, onları işə qəbul edən və işə qəbul olunan şəxslər ayrı-ayrılıqda dindirilməlidir. Məlumata görə, müqavilə ilə işə qəbul prosesi Agentlikdəki bəzi şəxslərlə direktorların hansısa formada razılığı əsasında həyata keçirilir. Peşə Təhsili Mərkəzlərində və müəssisələrdə ciddi rüşvət faktlarının olub-olmadığı dərindən araşdırılmalıdır.
Ədil Hüseynov

 Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.
 
Gununsesi.info -nun özəl mənbələrdən əldə etdiyi yeni məlumatda cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
 
Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
 
Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.
 
Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
 
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.
 
İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
 
***
 
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
 
Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
 
Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.
 
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb.
 
Onların da məhkəmədə ifadəsi dinləniləcək.
 
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
 
Həmçinin digər bir məlumata görə, məhkəmədə ifadə verənlər arasında Eldar Namazov və Sərdar Cəlaloğlu da var.
 
Əməkdaşımız məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə də əlaqə saxlayıb.
 
Lakin o, sözügedən məlumatı təkzib edib:
 
“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”, – deyə o bildirib.

Suraxanı rayonunda "Daş abidə"parkını söküblər?


Ərazi hasarlanıb, qanunsuz tikinti aparıldığı iddia olunur...

Bizimesr.media xəbər verir ki, görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Fərhad Babayev küçəsindəndir.

Sakinlər deyirlər ki, həmin ünvanda əvvəl "Daş abidə" yerləşən kiçik park olub. Uzun illər baxımsız qalıb. Təxminən bir ay əvvəl ərazidə abadlıq işləri aparılır deyilsə də, ictimai-iaişə obyektinin tikintisinə başlanılıb.

İnşaat işlərini aparan fəhlələr bildirib ki, burda nə tikdiklərini özləri də bilmirlər. İş icraçısı kimi yaxınlaşan şəxs isə köhnə obyektin yerində qanuni tikinti aparıldığını deyib. Sənədlərini də təqdim edəcəyini bildirib. Lakin günün sonunadək sənədi göndərməyib.


Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - Video


Yasamal rayonu, Balababa Məcidov küçəsində aparılan bina tikintisinə görə piyada səkisi bərbad hala daşüb.

Bizimesr.media xəbər verir ki, bu barədə məlumatı jurnalist Tural Museyibov paylaşıb. O bildirib ki, aparılan işlər səkini keçilməz edib:

“Piyadalar məcbur olub yolun ortası ilə gedir. Bu səkidə nə piyada gəzmək mümkündü, nə uşaq arabası ilə. Buradan yaşlı da keçir, uşaq da, qadın da. Necə keçib getsinlər?

Sakinlər hər gün bu zülmü yaşamalı olur. Ay bu yolu çəkən, ay Yasamal icra hakimiyyətinin rəsmiləri, görüş keçirirsiz vətəndaşla, kənardan guya sizi çəkirlər, görüntü yaradırsız ha. Gəlin bu səkidə də gəzin də, bura da Yasamal rayonu ərazisidir.

Bəs yağış yağanda necə olacaq bu səkinin vəziyyəti?”.

T. Museyibovun çəkdiyi videonu təqdim edirik.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/yasamal-icra-bascisi-ne-dusunur---piyada-sekisi-darmadagindir---video-23308

DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir


Birinci qrup əlilliyi olan Sarıgül İslam qızı Soltanovanın pensiya təminatı ilə bağlı yeni problem yaranıb. Bizimesr.media xəbər verir ki, bu barədə jurnalist Samir Soltanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl bibisi Sarıgül Soltanovanın əlillik təyinatı ilə bağlı yaranmış problem ictimailəşdirilib və aparılan yenidən yoxlanışdan sonra onun birinci qrup əlilliyi bərpa edilib.

Lakin bu dəfə Dövlət Sosial Müdafiə Fondu tərəfindən başqa məsələ ilə bağlı problem ortaya çıxıb.

Samir Soltanov bildirib ki, Sarıgül Soltanova 2013-cü ildən atasının vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası alıb. Həmin dövrdə 18 yaşından yuxarı əlil övladın da müəyyən şərtlər daxilində ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olub. Bununla bağlı 2013-cü ildə tələb olunan sənədlər DSMF-nin Salyan rayon şöbəsinə təqdim edilib və pensiya təyinatı həyata keçirilib. “2013-cü ildə lazım olan sənədləri DSMF-nin Salyan rayon şöbəsinə təqdim etdik və təyinat da verildi. O dövrdə belə işlərin pul ilə həll edildiyi hamıya məlumdur. Amma biz bu işə görə heç bir əlavə vəsait, rüşvət ödəməmişik. Bir manat belə olsun. Qanun nə deyibsə, ona uyğun qərar qəbul olunub”, – deyə Samir Soltanov bildirib.

Onun sözlərinə görə, hazırda DSMF tərəfindən həmin pensiyanın təyinatı ilə bağlı fərqli mövqe ortaya qoyulub. Qurumdan bildirilib ki, Sarıgül Soltanovanın ilkin əlillik təyinatı 18 yaşından aşağı olmadığı üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmayıb.

İddialara görə, 2013-cü ildə Salyan rayon DSMF şöbəsi tərəfindən verilmiş pensiya təyinatının səhv olduğu bildirilir. Samir Soltanov isə 13 il ərzində həmin pensiyanın dövlət qurumu tərəfindən təyin edilərək ödənildiyini diqqətə çatdırıb.

“Necə səhv qərardır axı? 13 il qanuni şəkildə biz bu pensiyanı almışıq. 2013-cü ildə təyinatı da DSMF edib, indiki qərarı da DSMF verir. Hər iki halda qərar verən eyni qurumdur. Əziyyəti isə birinci qrup əlil şəxs çəkir”, – deyə jurnalist qeyd edib.

Hazırda Sarıgül Soltanovanın əmək pensiyasının dayandırıldığı, bunun əvəzinə sosial müavinət aldığı bildirilir. Bununla yanaşı, daha bir problem yaranıb. Belə ki, son üç il ərzində dövlət tərəfindən pensiya kimi ödənilmiş vəsaitin geri tələb olunduğu bildirilir.

“Adamı yandıran odur ki, son 3 ilin dövlətin pensiya kimi ödədiyi məbləği bizdən tutmaq istəyirlər. Elə bil dövləti aldatmışıq, pulunu yemişik. Qurumun verdiyi qərarın məsuliyyəti niyə əlil şəxsin üzərinə düşməlidir? 2013-cü ildə təyinatı dövlət qurumu edib və 13 il ərzində həmin ödənişi həyata keçirib”, – Samir Soltanov bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə birinci qrup əlilliyi olan şəxsin pensiya təminatının dayandırılması və üstəlik əvvəlki ödənişlərin borc kimi hesablanması ciddi narazılıq doğurur.

Samir Soltanov Dövlət Sosial Müdafiə Fondunun qərarına aydınlıq gətirilməsini və 2013-cü ildə verilmiş pensiya təyinatının hansı hüquqi əsasla həyata keçirildiyinin izah olunmasını istəyir. Jurnalistin sözlərinə görə, dövlət qurumunun 13 il əvvəl verdiyi qərardakı mümkün səhvin nəticələrini həmin müddət ərzində bu qərara əsasən pensiya alan birinci qrup əlil şəxsin üzərinə qoymaq ədalətli yanaşma deyil.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mövqeyi maraqlıdır.

Bizimesr.media

Hadı Rəcəblinin oğlu borcunu niyə qaytarmır?


Fövqəladə Hallar Nazirliyi (FHN) 2024-cü ildə vəfat edən sabiq millət vəkili Hadi Rəcəblinin oğlu Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayonu ərazisində inşa olunan obyektin istismarına icazə verib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti olan Vüsal Rəcəblinin tikdirdiyi obyektin ümumi sahəsi 23,3 kv. metrdir.

Şəhərin mərkəzi hissəsində – Nizami küçəsi 121 X ünvanında istismara verilən obyektin layihəçisi “İsrail Ahmadov İnvestment” MMC olub.

Azərbaycan Milli Avtomobil Klubunun rəsmi veb saytında da Vüsal Rəcəbli bu qurumun prezidenti kimi təqdim edilir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Azərbaycan Milli Avtomobil Klubu” MMC (VÖEN – 1404041941) 12 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənova Cülyetta Ənvər qızıdır.

Həsənova Cülyetta Ənvər qızının qanuni təmsilçi olduğu və Qulu Quliyev, ev 8, mənzil 40-da yerləşən daha bir şirkət “VRS Consulting” MMC (VÖEN-1402452351) adlanır.

Qeyd olunan hüquqi ünvanda Hadi Rəcəblinin gəlini Səidə Rəcəblinin rəhbərlik etdiyi “VRS” MMC (VÖEN- 1402370521) adlı şirkət də dövlət qeydiyyatına alınıb. Vüsal Rəcəblinin prezidenti olduğu “Azərbaycan Milli Avtomobil Klubu” MMC-nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməytən 54 min 983 manat 41 qəpik vergi borcu var.

Onu da bildirək ki, bir il əvvəl FHN Vüsal Rəcəblinin sifarişi əsasında paytaxtın Nəsimi rayonu ərazisində inşa olunan 2 mərtəbəli (zirzəmili) obyektin istismarına da icazə verib. Nizami küçəsi 121 F ünvanında yerləşən bu obyektin ümumi sahəsi isə 275 kv. metr olub.
Vüsal Rəcəbli 2020-2024-cü illərdə energetika nazirinin müşaviri vəzifəsində də çalışıb.

AYNA ilə bağlı qalmaqallı detallar üzə çıxdı – Anar Rzayev nəyi gözləyir?


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı ictimai tənqidlər və narazılıqlar artmaqda davam edir. Media və vətəndaşlar qurumun işi haqda müxtəlif iradlar səsləndirsə də, AYNA bu məsələlərə münasibətdə susqunluğunu qoruyur. İctimai narazılığın artmasına baxmayaraq, qurumun konkret addımlar atmaması sual doğurur.

Səbəb nədir? AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev, ümumiyyətlə qurum niyə ictimai etirazı və xalqın rəyini nəzərə almır?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, AYNA-nın fəaliyyəti genişmiqyaslı nəqliyyat infrastrukturunun idarə olunması, bu xidmətlərin vətəndaşlar üçün əlçatan və rahat şəkildə təmin edilməsinə nail olmaqdan ibarətdir:

“Təəssüf ki, AYNA şəhərdaxili nəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkilində hələ ciddi irəliləyişə nail ola bilməyib. Bunun bir neçə səbəbi var. İlk növbədə, AYNA qanunvericiliklə tənzimləyici qurum kimi daşıyıcı şirkətlərin fəaliyyətini tənzimləyir. Burada onların maliyyə imkanları və digər amillər mühüm rol oynayır. Sərnişinlər avtobusların gecikməsi, marşrutlarda intervalın pozulması, avtobusların həddindən artıq yüklənməsi, kondisionerlərin işləməməsi və sürücülərin davranışı ilə bağlı davamlı şikayətlər səsləndirirlər. Bu baxımdan AYNA-nın əsas vəzifələrindən biri yalnız yeni avtobusların gətirilməsi deyil, həm də daşıyıcıların gündəlik fəaliyyətinə real və effektiv nəzarətin təmin olunmasıdır. Özəl sektorun maliyyə imkanları artdıqca daha komfortlu və müasir avtobusların sayını artırmaq, eləcə də marşrutlarda intervalları azaltmaq mümkündür. Lakin hazırda bu istiqamətdə ciddi problemlər qalmaqdadır. Vətəndaş şikayəti daxil olduqdan sonra problemin sadəcə qeydiyyata alınması kifayət etmir. Həmin marşrut üzrə monitorinq aparılmalı, daşıyıcıdan izahat alınmalı və pozuntu təsdiqlənərsə, konkret tədbir görülməlidir. Əks halda, sərnişində belə təsəvvür yaranır ki, şikayət edir, amma nəticə dəyişmir. Yəni AYNA-nın ictimai nəqliyyata nəzarəti kağız üzərində yox, sərnişinin gündəlik təcrübəsində hiss olunmalıdır”.

İB sədri bildirib ki, parklanma sahəsində də narazılıq doğuran məsələlər var:

“Xüsusilə parklanma ödənişlərinin mobil operatorların balansında olan vəsait hesabına həyata keçirilməsi suallar yaradır. Bu baxımdan, daha uyğun alternativ mexanizmin tətbiq olunması məqsədəuyğun olardı. Mobil tətbiqlərin işində də zaman-zaman problemlər yaranır. Alternativ ödəniş imkanlarının məhdud olması və parklanma tariflərinin yüksəkliyi vətəndaşların narazılığına səbəb olur”.

Ekspert qeyd edib ki, digər problem isə parklanma müddətinin hesablanması ilə bağlıdır:

“Məsələn, vətəndaş avtomobilini bir saatlıq saxlayırsa və müddət bitdikdən cəmi 30 saniyə sonra avtomobilini ərazidən çıxarırsa, həmin müddətə görə də növbəti bir saatın ödənişi tutulur. Bu isə ədalətsiz yanaşma kimi qiymətləndirilə bilər. Belə vəziyyətdə avtomobil bir neçə saniyə sonra ərazidən çıxarılır və həmin parklanma yerindən dərhal başqa nəqliyyat vasitəsi istifadə edir. Nəticədə eyni parklanma yerindən qısa müddət ərzində bir neçə dəfə ödəniş əldə etmək mümkün olur. Bütün bunlar vətəndaşlar arasında ciddi narazılıq yaradır. AYNA-nın səlahiyyətlərinə daxil olan parklanma, cərimələrin tətbiqi, eləcə də sərnişindaşımanın təşkili sahələrində daha çevik, şəffaf və vətəndaş məmnuniyyətini təmin edən mexanizmlərin tətbiqinə ehtiyac var”.

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13