Binəqədi rayonunda zirzəmidə obyekt açılamasına hansı məmur icazə verir? Videofakt


Binəqədi rayonunda binanın zirzəmisi obyekt çevrildi.

XALQ-a daxil olan məlumata görə Binəqədi rayon ərazisində aparılan qanunsuz tikintinin həç bir rəsmi icazə sənədi olmadığı bildirilir. Belə ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində binanın zirzəmisi qanunsuz obyekt kimi təmir olunur .

İddialara görə qanunsuz tikinti Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Hacıbaba Babayevin nəzarəti etdiyi bildiririr.

Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb. Iddialara görə belə tikintilərə icazə rayon icra hakimiyyəti ilə “razılaşma” əsasında aparıldığı bildirilir.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyəti və Dövlət Şəhərsalma və Arxektura Komitəsindən heç bir açıqlama almaq mümkün olmadı

Qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra hakimiyyətinin başçıs Elxan Allahverdiyevdir.(Xalq.online)

NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA


32gun.az-ın araşdırmasına görə, rektor Elbrus İsayevin rəhbərliyi dövründə, xüsusilə 2024-cü ilin may ayından etibarən Naxçıvan Dövlət Universiteti (NDU) tərəfindən bağlanan satınalma müqavilələrinin ümumi dəyəri 6 milyon manata yaxındır. Dövlət Satınalmalarının Vahid İnternet Portalı (etender.gov.az) üzərindən əldə edilən rəqəmlər universitetin infrastruktur, İT, təmir və beynəlxalq layihələrə böyük vəsait ayırdığını göstərir.


İllər üzrə Xərclərin Bölgüsü (Yalnız NDU üzrə)


Aşağıdakı rəqəmlər yalnız Naxçıvan Dövlət Universitetinin (PHŞ) birbaşa müqavilələrini əhatə edir:


2024-cü il: 2.633.032,87 AZN


2025-ci il: 2.924.965,82 AZN


2026-cı il (Mart ayına qədər): 79.871,84 AZN


Ümumi Məbləğ: 5.637.870,53 AZN (Gimnaziya və Lisey xərcləri çıxılmaqla)


Universitetin ən böyük xərc maddələri tikinti-təmir, İT avadanlıqları və beynəlxalq reytinq xidmətləri ilə bağlıdır. 32gun.az bağlanmış bəzi müqavilələri təqdim edir:


Tikinti, Təmir və Təchizat:


"Construction Business Group" MMC: 1.294.578,24 AZN (Cambridge School binasının təmiri)


"AZSUR GROUP" MMC: 376.774 AZN (Tədris binalarında cari təmir)


"CONSTRUCTION BUSINESS GROUP" MMC: 336.000 AZN (Tədris binalarında cari təmir)


"EMBAWOOD" MMC: 124.311,82 AZN (Mebel təmir və satınalma)


"GÜVƏN LUX" MMC: 70.169,89 AZN (Tikinti materialları)


"HOUSE PROJECT" MMC: 68.404,6 AZN (Beynəlxalq Məktəbin 2-ci korpusunun layihələndirilməsi)


"Azərdövlətsənayelayihə": 61.950 AZN (Texnopark və stadionun layihə işləri)


"LEADS GROUP SUPPLY" MMC: 61.360 AZN (Təsərrüfat malları)


"Texnolog" MMC: 73.044,36 AZN (Təsərrüfat malları)


İT, Media və Texnologiya:


"BEETECH" MMC: 398.478,92 AZN (İT avadanlıqları)


"Data Technologies" MMC: 341.629,71 AZN (İT avadanlıqları)


"BEETECH" MMC: 333.325,46 AZN (Nəşriyyat bölməsi üçün avadanlıqlar)


"BEETECH" MMC: 223.999,39 AZN (Media avadanlıqları)


"İTECH GROUP" MMC: 139.533,94 AZN (IBM və SAT mərkəzləri üçün avadanlıq)


"LİNKLİNE" MMC: 57.117,9 AZN (Tələbə Məlumat Sisteminin hazırlanması)


Beynəlxalq Əməkdaşlıq və Təhsil:


"QS Quacquarelli Symonds": 166.240,35 AZN (Beynəlxalq reytinq xidməti)


"LİNKLİNE" MMC: 151.440,02 AZN (Cambridge School avadanlıqları)


"Education In Azerbaijan" MMC: 103.250 AZN (Xarici tələbələrin cəlb edilməsi)


"LİNKLİNE" MMC: 74.728,22 AZN (Cambridge School üçün kitablar)


Məhərrəmov İbrahim Şaiq oğlu: 69.970 AZN (Cambridge School üçün kitablar)


ABİS TEKNOLOJİ LTD. ŞTİ.: 51.000 AZN (Analiz proqram təminatı)


ProQuest: 28.056,14 AZN (Elektron kitab bazası)


Digər Xidmətlər:


"BAYRAMLI GROUP" MMC: 288.879,17 AZN (Tibb fakültəsi laboratoriya avadanlıqları)


"Toyota Absheron Mərkəzi": 100.000 AZN (Xidməti avtonəqliyyat)


"RR TRAVEL COMPANY" MMC: 107.763,5 AZN (Tədbir və konfransların təşkili)


"AYS ADVERTİSİNG" MMC: 97.028,65 AZN (Tədbirlərin təşkili)


"FIRE GROUP" MMC: 64.858,7 AZN (Yanğın siqnalizasiya sistemləri)


"Grossmed": 54.035,21 AZN (İnklyuziv təhsil və psixoloji laboratoriya avadanlığı)


"SMART VİSİON" MMC: 31.683 AZN (Tədbirlərin təşkili)


Nəticə bunu göstərir ki, Naxçıvan Dövlət Universiteti son 2 ildə rəqəmsallaşma və beynəlxalq statusun artırılması istiqamətində milyonluq investisiyalar etmişdir.


Qeyd: Naxçıvan Dövlət Universitetinin 2024-cü ilin may ayından etibarən satınalma müqavilələrinə 6 milyon manat vəsait ayırması, təhsil müəssisəsinin maliyyə tutumlu layihələrə üstünlük verdiyini göstərir. Bu qədər böyük həcmli xərcləmələrin effektivliyinin və təhsilin keyfiyyət göstəricilərinə real təsirinin ictimaiyyət tərəfindən monitorinq edilməsi zərurəti yaranır.


Çünki Satınalmaların böyük hissəsinin "Açıq tender" yerinə "Bir mənbə" və ya "Kotirovka" metodları ilə aparılması (siyahıda göründüyü kimi), rəqabət mühitinin nə dərəcədə qorunması ilə bağlı suallar yaradır. İctimai monitorinq bu müqavilələrin bazar qiymətlərinə uyğunluğunu yoxlamağa imkan verərdi.


Milyonlarla manatın media avadanlıqlarına, İT infrastruktura və elektron sistemlərə (məsələn, "Beetech" və "Data Technologies" ilə bağlanan müqavilələr) ayrılması müsbət hal olsa da, bu sistemlərin tələbə və müəllimlər tərəfindən nə dərəcədə aktiv istifadə olunması araşdırılmalıdır. Texnoloji təchizat sadəcə "anbarda qalan avadanlıq" olaraq qalmamalıdır.


Siyahıda diqqət çəkən bəzi məqamlar var:


Eyni məbləğdə (341.629,71 AZN) iki eyni müqavilənin olması texniki xəta, yoxsa təkrarlanan xərcdir?


Avtonəqliyyatın saxlanılması və benzin xərclərinin artım dinamikası universitetin əsas missiyasına (təhsilə) nə dərəcədə mütənasibdir?


Xatırladaq ki, Elbrus İsayev 6 ildən çoxdur ki, rektor vəzifəsində çalışır.


O, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinatdan əvvəl isə Elbrus İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edib.


Naxçıvan Dövlət Universitetinin (NDU) tələbə kontingenti son illərdə 11 693 nəfərə olduğu qeyd edilir.


32gun.az / iqtisadiyyat redaksiyası

Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO


Bakı şəhərində fəaliyyət göstərən Bakı Bərpa Mərkəzi ilə bağlı narazılıq iddiası gündəmə gəlib.

Pasiyent Bağırov Azər Denmedia.az-ın qaynar xəttinə şikayət edərək bildirib ki, mərkəzdə aparılan müalicə prosesi onun səhhətində yaxşılaşma yaratmaq əvəzinə vəziyyətini daha da ağırlaşdırıb.

Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həkim Kamil Eyvazovun qəbulunda olub. Həmin zaman ona bel nahiyəsində MRT müayinəsi təyin edilib və nəticədə 3 mm ölçüdə yırtıq aşkar olunub. Bundan sonra həkim tərəfindən müalicə və fizioterapiya prosedurları təyin edilib.

Pasiyent bildirir ki, elə həmin klinikanın özündə 14 gün ərzində fizioterapiya prosedurlarına qatılıb. Lakin onun iddiasına görə, müalicə gözlənilən nəticəni verməyib və əksinə, ağrılar daha da güclənib. Hətta təzyiq problemi yarandığını qeyd edən pasiyent bu barədə həkimin köməkçisinə məlumat verdiyini, lakin bunun müalicə ilə əlaqəli ola bilməyəcəyinin deyildiyini bildirir.

Azər Bağırovun sözlərinə görə, müalicə prosesində ona dəfələrlə əməliyyat olunmasının vacibliyi bildirilib. Dekabr ayında yenidən həkim qəbulunda olduqda isə yenidən müalicə təyin olunsa da, vəziyyətində yaxşılaşma olmayıb. Pasiyent iddia edir ki, sonradan ayağından 60 ml maye çəkilib və bunun təhlükəli olmadığını bildirilsə də, bundan sonra ağrılar daha da artıb. Daha sonra həkim tərəfindən diz nahiyəsinin MRT müayinəsi istənilib. MRT nəticələrinə baxdıqdan sonra isə diz oynağının ciddi zədələndiyi bildirilib və ona başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.

Pasiyent daha sonra digər həkimlərə müraciət etdiyini və aldığı müalicələr barədə məlumat verdiyini bildirir. Onun sözlərinə görə, həmin həkimlər dizində problem olduğu halda fizioterapiya prosedurlarının tətbiq edilməsinin düzgün olmadığını bildiriblər. Şikayətçinin sözlərinə görə, tətbiq olunan müalicə üsulları onun səhhətinə zərər vurub və nəticədə maddi itkiyə məruz qalıb. Ümumilikdə 450 manat məbləğində vətəndaşa ziyan dəyib və bu ziyanın qarşılanmasını tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfin , Bakı Bərpa Mərkəzinin və həkim Kamil Eyvazovun mövqeyini öynənməyə çalışsaqda bu mümükün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Denmedia.az)

“TamStore”da etiketsiz, tərkibi və istehsal tarixi göstərilməyən kolbasalar...


“TamStore” supermarketlər şəbəkəsində üzərində heç bir etiket olmayan, adı, tərkibi və istehsal tarixi göstərilməyən kolbasaların satıldığı məlum olub.
Belə ki, “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “Nə yeyib, nə içirik?” adlı səhifənin hazırladığı videodan aydın olur ki, bu cür kolbasalar digər, markası məlum olan məhsullara bitişik şəkildə, hədiyyə adı ilə satılır.

Olduqca ciddi problemlə bağlı Tribuna.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, markalanmamış məhsulların satışı qadağandır: “Nazirlər Kabinetinin 94 saylı qərarında, “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları markalanmalıdır.

Hər bir məhsulun üzərində onun istehsal tarixi, son istifadə müddəti və digər zəruri məlumatlar göstərilməlidir. Qida Təhlükəsizliyi Agentliyi bir il öncə markalanma və məhsul tərkibi ilə bağlı araşdırmalara başlayıb. Lakin bu proses ardıcıl aparılmayıb.

Halbuki bu yoxlamalar davamlı olmalı, məlumatlar mütəmadi şəkildə nəzarətdə saxlanılmalı idi. Əslində, AQTA-nın icazəsi olmadan heç bir məhsul marketlər şəbəkəsinə daxil ola bilməz. Etiketsiz məhsulların marketlərdə satışa çıxarılması qəbuledilməzdir.

Markalanmamış mallar əsasən meyvə-tərəvəz dükanlarında və kiçik marketlərdə satılır.

Böyük supermarketlərdə belə halların aşkarlanması isə yolverilməzdir”.

Tribuna.az

Lüks avtomobillərin sahibi deputat Tənzilə Rüstəmxanlının oğlu imiş - FOTOLAR



Paytaxtın müxtəlif küçə və prospektlərində hərəkət edən “10-YY-007” dövlət qeydiyyat nişanlı “Bentley” və “10-YY-002” nömrəli “Range Rover” markalı lüks avtomobillər sosial şəbəkələrin gündəminə düşüb.

Avtoşluq və sürət həvəskarlarının paylaşım etdiyi səhifələrdə geniş müzakirə olunan bu görüntülər, izləyicilərin böyük marağına səbəb olub. İnternet resurslarında və sosial platformalarda aparılan araşdırmalar sözügedən bahalı nəqliyyat vasitələrinin sabiq millət vəkili Sabir Rüstəmxanlı və hazırkı deputat Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlıya məxsus olduğunu üzə çıxarıb.

Peşəkar fəaliyyəti və idman karyerası
Cəmil Rüstəmxanlı əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini və qurumun İnvestisiya İdarəsinin rəisi vəzifələrində çalışıb.

Dövlət postu ilə yanaşı, o, həm də idman sahəsində fəaliyyət göstərərək “Azəryol” voleybol klubuna rəhbərlik edib, lakin onun rəhbərliyi dövründə klubun fəaliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.
Türkiyəyə köç və biznes fəaliyyəti
Yayılan xəbərlərə görə, Cəmil Rüstəmxanlı rəsmi istefa xəbərlərindən təxminən bir ay öncə, 2022-ci ilin noyabr ayında tutduğu vəzifədən ayrılıb. Məlumata görə, o, işindən ayrıldıqdan sonra Türkiyəyə köçüb və hazırda orada biznes fəaliyyəti ilə məşğul olur.

Xatırladaq ki, “YY” seriyalı nömrə nişanları ölkədə “elit” nömrələr hesab olunur və onların paytaxt küçələrindəki görüntüləri tez-tez müzakirə mövzusuna çevrilir.
PS: Sözügedən məlumatlar həm sosial şəbəkələrdə, həm də müxtəlif xəbər portallarında yer alan iddialara istinadən hazırlanıb. Həm sosial şəbəkələrdə, həm də yerli xəbər saytlarında yayılan məlumatlara görə, sözügedən nəqliyyat vasitələri məhz adıçəkilən şəxsə məxsusdur.(32gun.az)

Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün Beynəlxalq Novruz günü kimi qeyd olunur.
BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
"Yeni gün" mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Hesablama Palatası araşdırdı - Qızıldaş Mədəniyyət Mərkəzindəki bağça bağlandı


Bakının Qaradağ rayonu Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində "Erkən inkişaf" kursu adı altında fəaliyyət göstərən, lakin əslində qanunsuz bağça kimi işləyən müəssisə bağlandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Hesablama Palatasına daxil olan müraciətlər əsasında aparılan araşdırma nəticəsində müəssisədə ciddi çatışmazlıqların olduğunu təsdiqlənib.

Hesablama Palatasından vətəndaşlara verilən cavab məktubunda isə fəaliyyətindəki nöqsanlara görə mərkəzdəki "Erkən inkişaf" kursunun fəaliyyətinin dayandırıldığı bildirilib.

Xatırladaq ki, daha əvvəl bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Yurd.Media-ya bildirilmişdi ki, "Eliza School” tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf” kursu təşkil olunub.

Lakin həmin binada uşaq bağçası təşkil olunması ilə bağlı dərc olunan yazıdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilmişdi ki, Qızıldaş Mədəniyyət Mərkəzi ilə hər hansı idarə və ya tədris mərkəzi arasında rəsmi icarə müqaviləsi mövcud deyil.

Qeyd edək ki, bağçanın fəaliyyəti dayandırılsa da, Mərkəzin bədii rəhbəri Gülnar Abbasovanın hələ də öz direktor vəzifəsini icra etdiyi bildirilir.

Yurd.Media

NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi


Naxçıvan Dövlət Universiteti (NDU) növbəti satınalma müqaviləsini reallaşdırıb.

32gun.az xəbər verir ki, Ali təhsil müəssisəsi Aİ-95 markalı benzin yanacağının satın alınması məqsədilə "NP Petrol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.832 AZN məbləğində müqavilə bağlayıb.
Zahirən sadə görünən bu satınalma, şirkətin idarəçilik tarixinə nəzər saldıqda maraqlı məqamları üzə çıxarır.
Şirkətin Rebrendinq Tarixi:"Nəxşicahan"dan "NP Petrol"a

Dövlət Vergi Xidmətinin reyestr məlumatları göstərir ki, "NP Petrol" MMC uzun illər Naxçıvanın ən böyük holdinqlərindən birinin tərkibində fəaliyyət göstərib. Şirkətin ad dəyişikliyi xronologiyası aşağıdakı kimidir:

01.03.2007: Şirkət fəaliyyətinə "N.P.-2" MMC adı ilə başlayıb.
19.09.2008 – 07.06.2023: Uzun müddət Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC-si kimi tanınıb.
13.06.2023: Adı dəyişdirilərək "N.P.PETROL" MMC edilib.
14.06.2023 – Hazırda: Şirkət rəsmi olaraq "NP Petrol" MMC adı altında fəaliyyətini davam etdirir.
İdarəçilərin Dəyişməsi və "Talıbov" Soyadlı Rəhbərlər
Şirkətin qanuni təmsilçilərinin siyahısında Naxçıvanın keçmiş rəhbərliyi ilə yaxın qohumluq əlaqələri olduğu bildirilən şəxslərin adları diqqət çəkir. Xüsusilə Vasif Talıbovun hakimiyyəti illərində şirkətin rəhbərliyində bu soyadı daşıyan şəxslər yer alıb:

2007-03-01: Əliyev Nəriman Meydan oğlu (İlk təmsilçi).
2008-09-19: Talıbov Vüqar İlqar oğlu (Vasif Talıbovun yaxın qohumu olduğu bildirilir).
2009-06-30: Həsənov Mehman İman oğlu.
2013-08-29: Əliyev Aslan Heydər oğlu.
2015-07-10: Talıbov Abbas Fərəc oğlu (Vasif Talıbovun yaxın qohumu olduğu bildirilir).
2019-06-28: İmamquliyev Adəm Zellabdın oğlu.
2023-03-17: Həsənov Mehman İman oğlu (Yenidən rəhbərliyə qayıdış).
2023-06-13: Parlar Necmi.
2023-06-20: Əliyev Vaqif Əli oğlu.
2023-08-25: Surkit Aziz Hasan.
2025-04-07 - Hazırda: İmamquliyev Adəm Zellabdın oğlu.
Şirkətin nizamnamə kapitalı da illər ərzində kəskin dəyişikliklərə məruz qalıb. 2009-cu ildə cəmi 5 manat olan kapital, 2023-cü ilin mayında 14.284.000 manata yüksəldilsə də, sonradan yenidən 60.000 manat həcmində stabilləşib.

Unudulmayan "Karantin Skandalı"
NDU və Naxçıvan rəhbərliyi arasındakı əlaqələr təkcə tenderlərlə məhdudlaşmır.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında Naxçıvanda əcnəbi tələbələrə maddi yardım göstərilməsi məqsədilə keçirilən tədbirdə Naxçıvan MR Ali Məclisinin o dövrdəki Sədri Vasif Talıbovun köməkçisi olan oğlu Seymur Talıbov, Əmək və əhalinin sosial müdafiəsi o dövrdəki naziri Nicat Babayev və NDU-nun rektoru Elbrus İsayevin iştirakı ilə karantin qaydaları kobud şəkildə pozulub.

Rəsmi fotolardan aydın görünür ki, Operativ Qərargahın qüvvədə olan qadağalarına rəğmən, 50-dən çox şəxs bir yerə toplaşmış və bir çox iştirakçı tibbi maskadan istifadə etməmişdir. Tədbir zamanı çıxış edən rəsmi şəxslər muxtar respublikada pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlərdən danışsalar da, reallıqda 5 nəfərdən artıq qruplarda cəmləşmə qadağasına əməl olunmayıb. Beləliklə, cəmiyyətə nümunə olmalı olan vəzifəli şəxslər ölkə üzrə tətbiq edilən xüsusi rejim qaydalarına zidd davranaraq kütləvi yığıncaq təşkil ediblər.

Elbrus İsayev və Seymur Talıbov arasındakı münasibətlər Naxçıvanda "Talıbovlar dövrü"ndə həm rəsmi, həm də qeyri-rəsmi müstəvidə kifayət qədər yaxın hesab olunurdu.

Bu yaxınlığı göstərən əsas məqamlar bunlardır:

Vəzifə iyerarxiyası: Elbrus İsayev 2019-cu ildə rektor təyin edildikdən sonra Seymur Talıbov onun ən yaxın köməkçisi və beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. Həmin dövrün yerli idarəetmə mühitində rektorun "xan sarayı"nın üzvü olan bir şəxslə yalnız işgüzar deyil, həm də xüsusi loyal münasibətdə olması qaçılmaz idi.

Talıbovlara sədaqət nümayişi: Vasif Talıbovun istefasından dərhal sonra Seymur Talıbovun işdən çıxarılması xəbərləri yayılanda, Elbrus İsayev mediaya açıqlama verərək bu xəbərləri qətiyyətlə təkzib etmiş və Seymur Talıbovu müdafiə etmişdi. O, "Seymur müəllim hazırda iş başındadır" deyərək ailəyə olan sadiqliyini son ana qədər nümayiş etdirməyə çalışmışdı.

Elmi əməkdaşlıq: Hər iki şəxs Naxçıvan Dövlət Universitetinin (NDU) elmi mühitində birlikdə böyüyüblər. Seymur Talıbovun NDU-da sürətli elmi yüksəlişi və doktorluq dərəcəsi alması məhz universitet rəhbərliyinin (o cümlədən Elbrus İsayevin rektorluğu dövründə) tam dəstəyi ilə reallaşıb.

İctimai tədbirlər: Universitetin daxili tədbirlərində və xarici səfərlərdə onlar tez-tez yan-yana görüntülənib, Seymur Talıbov rektordan daha nüfuzlu fiqur kimi qəbul edilib.

Lakin 2022-ci ilin sonundakı siyasi dəyişikliklərdən sonra bu "dostluq" rəsmi olaraq bitdi; Seymur Talıbov vəzifədən uzaqlaşdırıldı, Elbrus İsayev isə ...

Onu da xatırladaq ki, ötən ilin iyununda “NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ” Publik Hüquqi Şəxs tərəfindən keçirilən təmir-tikinti materiallarının satınalınmasında 70169,89 AZN dəyərindəki tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alırdı. (32gun.az)

Ayaz Musaköylü

Xəbər lenti

"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
10:59
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
10:17
Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
09:41
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
08:55
Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
14:39
Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
12:51
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
11:55
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
08:55
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video
14:27
Vətəndaş araşdırılmanın davam etdirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib.
13:30
Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb... - VİDEO
13:05
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
12:36
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?
11:00
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
10:07
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
09:34
Azərbaycanda Milli Qurtuluş Günüdür
09:02
İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
18:20
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
15:08