Azərbaycanda elektron siqaret qadağası ilə bağlı bəzi qanunlara dəyişiklik edilib


Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılıb.

Belə ki, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilib. Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu


Sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər ifşa olunub.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat


Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir
Azərbaycanın market rəflərində 2023-cü ildən boy göstərən “Daşlı Bulaq” təbii minerallı süfrə suyu “Azərsun Holdinq” tərəfindən böyük iddia ilə satışa çıxarılıb. Gədəbəyin 2450 metr yüksəkliyindəki dağ zirvəsindən 18 kilometrlik xüsusi borularla çəkildiyi vurğulanan bu su “Daşlı Bulaq – A” MMC tərəfindən qablaşdırılır. Lakin min bir təriflə reklam edilən bu brendin arxasında dəhşətli bir aldatma, mənimsəmə və şərik haqqına girmə hekayəsi dayanır.
İstehsalı başlayan iş adamı necə oyundan kənarlaşdırıldı?
Redaksiyamıza müraciət edən iş adamı Elxan Qəmbərovun təqdim etdiyi faktlar məsələnin qaranlıq tərəflərinə işıq tutur. Məlum olur ki, hələ pandemiyadan əvvəl suyun faktiki sahibi kimi tanınan professor Abdulla Abdullayevlə iş adamı arasında razılıq əldə olunub. Suyun istehsalı üçün tələb olunan ilkin kapitalı məhz Elxan Qəmbərov yatırıb. Gigiyenik sertifikatların alınmasından tutmuş, dövlət qurumlarının rəsmi icazələrinə qədər bütün addımları öz şəxsi vəsaiti hesabına reallaşdırıb.
Lakin iş tam hazır vəziyyətə gələndən sonra Abdulla Abdullayev əsl “simasını” göstərib. Şərikinin çəkdiyi əziyyətdən və xərclədiyi puldan istifadə edən professor, onu prosesdən uzaqlaşdırıb. Əvəzində isə xərclənən investisiyaya görə cəmi 20 min manat ödəyəcəyini vəd edib.
Qara siyahıya atılan zənglər və “Odlar Yurdu” nağılı
Lakin bu vəd də adi bir hoqqabazlıq çıxıb. Elxan Qəmbərov bildirir ki, Abdulla Abdullayev nəinki 20 min manatı ödəyib, əksinə, pulu verməmək üçün min bir bəhanə uydurmağa başlayıb.
Özünü vaxtilə Odlar Yurdu Universitetinin sahibi kimi qələmə verən, hətta təhsil müəssisəsinin Paşayevlər tərəfindən əlindən alındığı nağılını uyduraraq qarşı tərəfdə manipulyasiya yaradan bu “professor”, sonda bütün körpüləri yandırıb. Elxan Qəmbərovun telefonlarını bloka atan A.Abdullayev zənglərə cavab verməkdən imtina edib. Zərərçəkən iş adamının Gədəbəydəki zavoda və Abdullayevin evinə dəfələrlə etdiyi səfərlər də boşa çıxıb.
Tahir Gözəl və “Azərsun” bu prosesin harasındadır?
Ən biabırçı məqam isə ölkənin ən iri biznes şəbəkələrindən olan “Azərsun Holdinq”in bu çirkin oyundakı rolu ilə bağlıdır. Şikayətçi açıq şəkildə bildirir ki, Abdulla Abdullayevin bu dərəcədə arxayınlaşmasının və başqasının pulu ilə qurulan biznesin üstünə yatmasının tək səbəbi var: “Azərsun” rəhbərliyinin onu açıq-aşkar himayə etməsi.
Xüsusilə “Azərsun Holdinq”in rəhbəri Tahir Gözəlin adı bu qalmaqalda birbaşa keçir. Holdinq rəhbərliyi adında “professor” titulu daşıyan, amma mahiyyətcə şərik aldatmaqdan çəkinməyən bir şəxslə işbirliyi quraraq, özgəsinin investisiyası hesabına ərsəyə gəlmiş zavodun məhsulundan haram pullar qazanır.
Özünü dürüst biznes simvolu kimi qələmə verən Tahir Gözəl və onun holdinqi bu suallara cavab verməlidir:
– Başqasının 20 min manatını mənimsəyən, tərəfdaşını aldadıb qaçan bir şəxslə müqavilə bağlayıb şərik olmaq hansı biznes etikasına sığır?
– Başqasının haqqı və əməyi tapdanaraq bazara çıxarılan bu sudan qazanılan pul haram deyilmi?
– Tahir Gözəl hansı maraqların müqabilində bu şəxsi öz çətiri altına alıb?
Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir. Elxan Qəmbərov haqqı olan vəsait ödənilənədək bu özbaşınalığa qarşı mübarizəsini davam etdirəcəyini bildirir.
“Azərsun Holdinq” və Abdulla Abdullayevdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə, mövzuda adı çəkilən qarşı tərəflərin — Abdulla Abdullayevin, “Azərsun Holdinq”in və Tahir Gözəlin də mövqeyini dərc etməyə hazırıq.(Tendensiya.com)
Orxan Məmmədli


İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı


İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.

Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video



Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb.

Siyəzən RPŞ-nin DYP bölməsi tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.

Tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C. Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barələrində müvafiq olaraq inzibati qaydada həbs, eləcə də məsuliyyət tədbirləri görülüb.


Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü


Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.
Ətraflı
Ad - 00:11

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.

Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?


Neftçi Qurban qəbirdə çevrildi .Gör neft kimlərin ümüdinə qalıb.
Hörmətli Teymur Aghayev yazır ki:
BEOC(Bahar Enerji Əməliyyat Şirkəti) hələ yoqa ilə məşğuldur. Dövlət büdcəsini, pulları belə şeylərə, cənab finansist hasilat üzrə vitse prezident Babək Hüseynov amerikalı dostu BEOC-da vitse prezident olan Sean Werner və paraşütlə vəzifələrə təyin olunan əziz başqa dostu BEOC-un prezidenti Anar Əliyev cənablarını neft hasilatını qaldırmaq əvəzinə yoqa ilə məşğul edir. Hasilatdan başları çıxmır deyə bəlkə yoqa ilə fokus edib hasilatı qaldırmaq fikrindədirlər. 100% SOCAR-a aid olan dövlət şirkətinin neft hasılatı əsl mənada sıfırdır amma dövlət pulları yoqalara, festivallara xərclənir. Gorbagor ediblər hasilatı, neft sənayesini.
Hörmətli Azneft İstehsalat Birliyidə “ayın spikeri”, jurnalist, bloqqer Azer Qərib-in, “səyahətin şəxsi inkişafda rolu” seminarı sayəsində neft hasilatını qaldırmağı düşünür. Təsəvvür edin, Azneft İstehsalat Birliyi- yeganə məqsədi neft və qaz hasil etmək və Azər Qərib-səyyah, bloqqer-bir-biri ilə əlaqəsi qaçılmazdır.
Vallah dəlixanadır, neft dən başqa hərşeylə məşğuldular.Ondan əlavə o qədər pul silib yeyirlərki bilmirlər hansı əlavə variantlardan istifadə edib yenə pul yeyib, silsinlər. Hörmətli Azər Qərib bəy oraya havayı getməyib.
Təsəvvür edin başqa bir şirkət yaradıblar (özəl), və SOCAR bütün bu tipli və başqa yerlərə ödənişləri ancaq həmən şirkət vasitəsi ilə edir. Şirkəti yaradan (əvvəl SOCAR işçisi - gözəl vəzifə sahibi idi) özünə Qubada 5 ulduzlu hotel tikib çıxdı şirkətdən, səhmləri isə yeni paraşütlə gələnlərə ötürüb onlarda necə var idi, elədə saxlayıb belə tipli işlərdən, ödənişlərdən hələdə milyonlar yeyirlər.(Teref)
Mirvari Gahramanl

"Holcim” "Conco" QSC-dən nə istəyir? - Məhkəmə mübahisəsi


"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi şirkətin bank hesabındakı yarım milyon manata yaxın vəsaitə həbs qoyulub.

Məlumata görə, "Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti "Conco" QSC-yə qarşı məhkəmədə iddia qaldırıb.

İddiaya əsasən, cavabdeh tərəfdən alınmış beton məhsullarına görə yaranmış 465 992,03 manat borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 756 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

Bildirilir ki, qarşı tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, müqavilənin şərtlərinə əsasən sifarişçi elektron qaimə-fakturanın təqdim olunduğu tarixdən etibarən 30 gün ərzində malın dəyərini təchizatçıya ödəməyib.

Məhkəmənin qərarına əsasən, cavabdeh "Conco" QSC-yə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə əsas borc tələbi həcmində – 465 992,03 manat məbləğində həbs qoyulub. Həbs əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə şamil edilmir.

Qərardadın dərhal icra olunması tapşırılıb.

Qeyd edək ki, "Conco" QSC 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Belə ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı keçirdiyi təxminən 18 milyon manatlıq tenderin qalibi olub.

Bundan əvvəl, 2022-ci ildə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə səkkiz yaşayış binasının tikintisi ilə bağlı keçirdiyi 15 milyon manatlıq tenderin də qalibi seçilib/ Qaynarinfo

Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO



Bakıda yerləşən məşhur "Qaynana" restoranına baş çəkən türkiyəli turist xidmət səviyyəsindən ciddi şəkildə narazı qaldığını bildirib.

Sifariş verdiyi yeməklərin bir saatdan gec gəldiyini və dəfələrlə unudulduğunu iddia edən turist, çəkdiyi video ilə digər insanları buraya gəlməməyə çağırıb. Çörək, qatıq və əsas yeməyin ayrı-ayrı vaxtlarda təqdim olunduğunu vurğulayan turist, göstərilən xidmətin ödənilən pulun dəyərinə uyğun olmadığını qeyd edib.

32gun.az yazır ki, "Qaynana" restoranının real, hüquqi və rəsmi sahibi rəsmi sənədlərdə də qeyd olunduğu kimi "Bridge Group of Companies" holdinqidir. Holdinqin rəsmi rəhbəri və təsisçisi tanınmış iş adamı Yaqub Hüseynovdur.

O, portfelində "Bridge Plaza", "Bridge" logistika mərkəzi, "HamamBath" kompleksləri, "Sultan İnn", "Molokan İnn", "Seven Rooms" mehmanxanaları, habelə "Jasmine" və "Bahar Cafe" kimi premium iaşə obyektləri də daxil olmaqla zəngin əmlak şəbəkəsinə sahibdir.(32gun.az)

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin".

Qeyd edək ki, N. Həsənzadə ötən gün 95 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.


Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56