Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub.
[/b[b]]Qaynarinfo
-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Mətanət Əfəndiyeva 22 yanvar, 2024-cü ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.

Fotoda Mətanət Əfəndiyeva

Fotoda Nurlana Əliyeva

“Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt


Xəbər verdiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin qanunsuz əməlləri hər gün ifşa olunmaqda davam edir.
Belə ki, “Kristal Abşeron” inşaat şirkəti tərəfindən “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı yaşı 30-dan çox olduğu ehtimal edilən “Eldar” şamları və digər ağaclar kəsilməsi iddia olunmuşdur.
Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətindən bildirilmişdir ki, şirkətimizin adı ilə əlaqələndirilən iddialarla bağlı bildiririk ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır. “Park Əcəmi” yaşayış kompleksimiz artıq uzun müddətdir ki, tam şəkildə təhvil verilmiş və yaşayış mövcuddur. Hazırda ərazidə yalnız abadlaşdırma və sakinlərin yaşayış komfortunun artırılmasına yönəlmiş işlər həyata keçirilir. Bildiririk ki, qeyd olunan ərazidə hər hansı ağac kəsintisi aparılmayıb və bu kimi iddiaların heç bir real əsası yoxdur. “Kristal” olaraq fəaliyyətimiz zamanı ekoloji normalara və qüvvədə olan qanunvericiliyin tələblərinə daim ciddi şəkildə əməl edirik deyə açıqlamalarında qeyd olunub.
Lakin kiçik araşdırma nəticəsində məlum olmuşdur ki, Hüseynbala Əliyev küçəsində “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı fotolada əks olunan agaclar hal-hazırda yoxdur və heç bir rəsmi məlumat bu barədə mövcud deyildir.

Həmin ərazidə daha əvvəllər çoxsaylı ağacların olması hamıya məlumdur. Həmin ağacların bir qismi qanunu əsaslarla götürülmüş olsa da, sonrakı müddətdə sakitlikdən və görülmüş tədbirlərdən sonra yeni faktların bilinməyəcəyinə və vəzifəsindən istifadə edərək bunu rahatlıqla gizlədə biləcəyinə əmin olan idarə rəsi Qafar Ağayev qanunsuz olaraq eyni ərazidən çoxsaylı ağacların götürülməsinə göz yumaraq şərait yaratması ilə bağlı iddialar səsləndirilir.

Qeyd edək ki, Qafar Ağayevin bu kimi əməlləri barədə sosial platformalarda mütəmadi məlumatlar verilir.

Hər hansı bir fakt üzrə məsələ ictimailləşdirlidikdə nəticə isə effektsiz xarakter daşıyır. Adəti üzrə bu xidmətin aparıdğı araşdırmaların nəticəi olmur və ya “heç bir qayda pozuntusu baş vermıəyib” kimi açıqlamalar verilib.
Lakin bu görünən fakt isə hüquq-mühafizə orqanlarının araşdırması ilə qiymət veriləcəyinə inanırıq.
Aidiyyatı qurumlara sorğular verilib.
Yazıda adları keçənlərin və qurumların fikirlərini dərc etməyə hazırıq.

Xalq.online

Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...


Qax rayonunda qida təhlükəsizliyi ilə bağlı narahatedici hadisə baş verib.


Bizim.Media xəbər verir ki, rayon sakini Svetlana Mahsimova Qaxdakı un məmulatları mağazasından Gəncə Dəyirman MMC-yə məxsus “Mihriban” un kisəsi alıb.


Kisəni evdə açarkən içərisindən yad cism çıxıb. Qadının iddiasına görə un kisəsindən çıxan siçovulun quyruğudur:

“Çörəyi evdə bişirirəm deyə, unu kisə ilə alıram. Qaxın un məmulatları dükanından 50 kiloqramlıq un kisəsi aldım. Məhsul bağlı idi. Açıb bir hissə götürdüm və ələdim. Növbəti dəfə götürəndə əlimə nəsə toxundu. Ürpədici göründüyü üçün salfetlə götürdüm. Diqqətlə baxanda şoka düşdüm. Siçovulun qurumuş quyruğu idi. İyrəndim, ürəyim bulandı və halsızlaşdım”.


Onun sözlərinə görə, məsələ ilə bağlı məhsulu aldıqları mağazaya müraciət edilib və aşkar olunan yad cism dükan sahibinə təqdim olunub.


Bildirilib ki, məsələ ilə bağlı həm istehsalçı müəssisəyə, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ediləcək.


Şikayətçi əlavə edib ki, un kisəsinin üzərində qeyd olunan nömrələr vasitəsilə zavodla da əlaqə saxlayıblar:


“Un kisəsinin üzərindəki nömrələrə yığdıq. Zavoddan bildirdilər ki, belə bir halın baş verməsi mümkünsüzdür. Mən özüm də bu vəziyyətə təəccüblü qalmışam. Axı nə qədər insan undan istifadə edir. Ona görə mediaya müraciət etdim ki, insanlar diqqətli olsunlar”.


Məsələ ilə bağlı Gəncə Dəyirman MMC-nin direktoru Məhəmməd Ərsoy isə iddiaları qəbul etməyib:


“Bizdə elə bir şey olması imkansızdı. Texnoloji proses buna imkan vermir. Mihriban unu bizim markamızdı və bizdə qablaşdırılır. Mən satıram Əliyə, Əli də Vəliyə... Vəlinin anbarında gedib bulaşıbsa, nə edə bilərəm? Mən nə bilim ki, o harda olub? Bəlkə şantajdı? AQTA-ya müraciət olunubsa, gəlib yoxlasınlar, cavab verək”, - deyə Gəncə Dəyirman MMC-nin direktoru qeyd edib.


AQTA-nın şöbə müdiri İlkin Kərimov isə məsələnin nəzarətə götürüldüyünü və araşdırılacağını bildirib.(Bizim.Media)


VİDEO BURADA: https://player.bizim.media?v=53001&share_user_id=

Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...


Naxçıvanda bir qrup müəllim yerli təhsil nazirinə etiraz olaraq bəyanat yayıb. Onlar iddia edirlər ki, nazir daha çox rüşvət toplaya bilmək üçün Azərbaycan qanunlarına zidd qərarlar qəbul edir.
Söhbət ölkə üzrə 2027-ci ildə keçirilməsi planlaşdırılan sertifikasiya imtahanının Naxçıvanda bu il, həm də bir ay sonra keçiriləcəyi ilə bağlı qərarın elan edilməsindən gedir. Müəllimlər bu qısa zaman kəsiyində imtahana normal hazırlaşa bilməyəcəklərini deyirlər.
Onların fikrincə, məqsəd müəllimləri çətin vəziyyətə salmaq və bununla da imtahanlarda rüşvət tələb olunmasına zəmin yaratmaqdır.
Müəllimlər Gündəlik Naxçıvan vasitəsi ilə ictimaiyyətə müraciət edərək, ayrıseçkiliyin, eyni ölkədə fərqli yanaşmanın aradan qaldırılmasını tələb edirlər:
“Əgər Naxçıvan Azərbaycanın bir hissəsidirsə, niyə ölkə üzrə verilən qərarlar burada başqa cür tətbiq olunur? Yanvarın sonuna qədər hamı düşünürdü ki, imtahan 2027-də olacaq. Birdən deyirlər ki, bu il, aprel-mayda keçiriləcək. Bu qədər qısa vaxtda hazırlaşmaq mümkün deyil. Müəllim həm dərs keçir, həm yoxlamalar aparır, həm də ailəsinə vaxt ayırmalıdır.
Bizim istəyimiz sadədir - hamıya eyni qayda tətbiq olunsun və biz də digər bölgələrdəki müəllimlərlə eyni vaxtda imtahan verək. Azərbaycanın digər bölgələrində işləyən müəllimlər artıq bilir ki, 2027-ci ildə imtahan verəcəklər və ona uyğun plan qurublar. Biz də planımızı belə qurmuşduq. Lakin, indi bizə deyiblər ki, hazırlaşın, 1-2 ay ərzində olacaq imtahanlar. Eyni ölkədə bu cür fərqli yanaşma anlaşılmazdır və ədalətsiz görünür.”
Müəllimlər bildirir ki, imtahanın dərs ilinin ortasında keçirilməsi də əlavə problem yaradır:
“Adətən bu cür imtahanlar dərs ili bitəndən sonra olur. Amma indi ən gərgin vaxtda bunu gündəmə gətiriblər. Hər şey üst-üstə düşür. Bu qədər qısa vaxt verib sonra nəticə tələb etmək nə dərəcədə düzgündür? İnsan hazırlaşa bilmirsə, nəticə necə obyektiv olacaq? Biz imtahandan qaçmırıq. Sadəcə istəyirik ki, hamıya eyni yanaşma olsun.”
Müəllimlər bu qərarın arxasında gizli məqsədin durduğundan şübhələnirlər:
“Bizdə belə təəsürat yaranır ki, bunu etməkdə məqsədləri daha çox rüşvət yığmaq üçün şərait yaratmaqdır. Bu yolla dagha çox müəllimin imtahandan kəsilməsini, ikinci turda onlardan rüşvət tələb etmələri üçün zəmin yaradırlar.”(Gündəlik Naxçıvan)

ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO


Sumqayıt şəhərinin mərkəzi və qəsəbə küçələri hələ də suyun içində qalır.
Bizimesr.az-ın məlumatına görə, şəhərin su basmış hissələrində suyun təmizlənməsi hələ mümkün olmayıb. Şəhərin kanalizasiya sistemi tamamilə iflic vəziyyətdədir və buna cavabdeh şəxslər illərdir yığılıb qalan problemi həll etməyib.

Son yağışların yaratdığı acınacaqlı vəziyyət Sumqayıt şəhərinin kanalizasiya və su təchizatı məsələlərinə cavabdeh olan Sumqayıt Sukanal İdarəsi və onun rəisi Xalid Quliyevin laqeydliyini açıq şəkildə ortaya qoyur.

Məlumata görə, 2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.

Buna baxmayaraq, son yağışlardan sonra ortaya ciddi suallar çıxdı - Sumqayıt şəhəri hələ də suyun işindədir. ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?

Vəziyyət o həddədir ki, yağış dayansa belə iki gündən artıq Sumqayıt şəhərində suyun təmizlənməsi mümkün deyil. İctimaiyyət dövlət büdcəsindən ayrılan milyonların necə xərcləndiyini görə bilmir - ADSEA şefi Zaur Mikayılov, Sumqayıt Sukanal İdarəsi və rəisi Xalid Quliyev, bu suallara cavab verə biləcəkmi?
Məlumatlar göstərir ki, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması vəsaiti ayrılmasına baxmayaraq, şəhərdə su ilə bağlı problemlər hələ də həll edilməyib. (Bizimesr.az)

Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?


Azərbaycan kinosunun korifeyi, Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatsa da, mərasimlə bağlı diqqət çəkən bir detal müzakirə mövzusuna çevrilib. Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində hökumət rəsmiləri, deputatlar, mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak etsə də, Mədəniyyət naziri Adil Kərimli tədbirdə görünməyib. Nazirlik isə tədbirdə təmsil olunub. Belə ki, Mədəniyyət Nazirliyi adından çıxışı nazir müavini Səadət Yusifova edib və korifey sənətkar son mənzilə yola salınıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Bakupost.az-a bildirib ki, nazirin vida mərasiminə qatılmaması onun səfərdə, ezamiyyətdə olması ilə bağlıdır.

Maraqlıdır ki, Mədəniyyət nazirliyinin rəsmi saytında nazir Adil Kərimlinin hansı ölkədə və hansı tərbirdə olması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanda 20-31 mart tarixləri rəsmi istirahət günülərdir. Maraqlıdır ki, nazir Adil Kərimli hansı ölkədə, hansı tədbirdədir?

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova da nazirin hansı ölkədə, hansı tədbirdə olması ilə bağlı dəqiq məlumat verməyib və sadcəcə səfərdə, ezamiyyətdə olduğunu deyib.

Bakupost.az

Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA


Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovun TƏBİB-in sədri olmaq üçün döymədiyi qapı qalmayıb. Əldə edilən məlumata görə, o, Səhiyyə Nazirliyi, eləcə də TƏBİB-in işdən azad etdiyi bütün həkimləri bir araya yığıb ki, qurumun rəhbəri olmaq üçün onun təqdimatı Prezident Administrasiyasına təqdim olunub. Amma reklama ehtiyacı var. Ona görə də, həkimlərin hər birindən köməklik istəyib ki, onu hər yerdə tərifləsinlər. TƏBİB-in sədri olsun. Bundan sonra onların hamısına kömək edəcək.

Pressinfo az bildirir ki, məlumatı dəqiqləşdirmək üçün bəzi mətbu vasitələrin əməkdaşları Musa Abbasovla əlaqə saxlayıb. Suallarına cavabında Musa Abbasov gülərək: “Bəli, belə bir şey mənə təklif ediblər, mən fikirləşirəm”, — deyə, cavab verib.

Məlumat üçün qeyd edək ki, rəhbərlikdə ciddi nöqsanlar buraxan, korrupsiya və rüşvətxorluq hallarına yol verdiyi iddia olunan Musa Abbasovun yüksək vəzifə sahibi olacağı halda, onun qəbuluna düşmək müşkül məsələyə çevriləcəyi şübhə doğurmur.

Musa Abbasovun davamlı nöqsanlara görə, işdən azad olunan xəstəxana direktorları, baş həkimlər və digər özünə yaxın bildiyi həkimlərlə bir araya gəlib, onlardan reklamının aparılmasını istəməsi, sədr olması üçün atdığı addımlar ciddi təəssüf hissləri doğurur.

Məlumata görə, işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Natiq Şükürovu öz aralarında Musa Abbasova müşavir seçiblər. Hətta onun da təbliğatını aparırlar.

Məlumat üçün onu da qeyd edək ki, qara siyahıda adı olan Natiq Şükürov 2021 ci ildə işindən azad olunub. O, dövlət əmlakını leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, ddvlət əmlakına ziyan vurma və sairə əməllərdə ittiham edilib.

Oxuculara xatırladaq ki, 2021-ci ilin mart ayında TƏBİB-in sabiq sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini həyata keçirməyib və tabeliyində olan işçilərin funskiyalarına uyğun olaraq, fəaliyyətini lazımi qaydada qurmayıb.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.
Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

Özünü sədir kimi görən Musa Abbasov kadr dəyişikliklərini indidən planlaşdıraraq, yaxın adamlarına vədd verir ki, onun əmri bu günlərdə veriləcək. Hətta onun mütləq TƏBİB sədiri olacağı dəfələrlə qeyd edilib.
İstinad: Pressinfo az/

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52