Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" Publik Hüquqi Şəxsə yeni direktor təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin direktoru vəzifəsinə Zaur İbrahimov gətirilib. Publik Hüquqi Şəxsdə rəis sözü direktorla əvəzlənib.
Xəbəri dəqiqləşdirmək üçün AAYDA-nın mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
Qeyd edək ki, bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunan Zaur İbrahimov AAYDA İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin olunmuşdu.
Xatırladaq ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad olunmuşdu. Məlumata görə, Xidmətdə aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsləri barəsində araşdırmalara başlanılıb.


Qaynarinfo

Azure Residencedə Böyük QALMAQAL: Məhkəmə Oyunları, Qanunsuzluq İddiaları və Sakinlərin Həyatını Təhlükəyə Atan Qərarlar!


“Azure Residence”də Qalmaqal Böyüməkdə Davam Edir: Məhkəmənin Çıxardığı Ziddiyyətli Qərarlar Sakinlərin Həyatını Təhlükəyə Atır!
Paytaxtın ən bahalı və nüfuzlu yaşayış komplekslərindən biri hesab olunan “Azure Residence”də (Xətai rayonu, 8 Noyabr prospekti) sular durulmur. Kompleksdə artıq təkcə sadə idarəetmə narazılıqlarından deyil, məhkəmə qərarlarının nümayişkaranə şəkildə icra edilməməsi, sakinlərə məxsus mülkiyyətin qanunsuz mənimsənilməsi və məhkəmə tərəfindən çıxarılan ziddiyyətli qərarlar ucbatından yüzlərlə ailənin təhlükəsizliyinin risk altına düşməsindən bəhs edilir.Ali Məhkəmənin Qərarı Var, Amma İcra Olunmur!
Kompleks sakinlərinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan qərarlarına əsasən binanın idarəçiliyi qanuni şəkildə sakinlərin təsis etdiyi “Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) verilmişdir. Hətta Xətai rayon İcra Şöbəsinin böyük icra məmurunun rəsmi sənədlərinə görə, binanın mərkəzi qazanxana kompleksi rəsmən icra yolu ilə bələdiyyəyə, oradan isə rəsmi aktla “Xətai-48” MMMC-yə təhvil verilmişdir.
Lakin binanın əvvəlki qanunsuz idarəedicisi “Guvenli-Servis Management” MMC və mülkiyyətçi Babək Babayev məhkəmə qərarlarını heçə sayaraq binanın strateji idarəetmə sahələrini və mərkəzi mühəndis-kommunikasiya sistemlərini əldə saxlamaq üçün qanunsuz müqavimət göstərirlər.
Sakinlərin və hüquqşünasların bildirdiyinə görə, qarşı tərəf məhkəmə sistemini qanunsuz şəkildə manipulyasiya edir. Belə ki, Xətai Rayon Məhkəməsi tərəfindən əvvəlcə “Guvenli-Servis” şirkətinin xeyrinə binanın qazanxana və mühəndis sistemlərinə müdaxiləni təmin edən Müvəqqəti Təminat Tədbiri (MTT) qərardadı çıxarılmışdır. Qanuni idarəedici olan “Xətai-48” MMMC dərhal həmin qanunsuz qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və mülki iş materialları yuxarı instansiyaya göndərilmişdir.
Qanunvericiliyin fundamental prinsiplərinə görə, qazanxana kompleksinin hüquqi taleyi yuxarı instansiyanın icraatında olduğu halda, eyni predmet üzrə birinci instansiyada paralel qərar çıxarıla bilməz. Lakin borclu şirkətlə sinxron hərəkət edən mülkiyyətçi Babək Babayev eyni texniki obyekti (qazanxananı) bu səfər fərdi mülkiyyətçi adı altında yenidən eyni məhkəmənin önünə gətirmişdir. Məhkəmə isə predmetin tamamilə eyni olduğunu və ilkin qərarın artıq Apellyasiya icraatında yerləşdiyini bildiyi halda, qərəzli şəkildə dərhal Babək Babayevin də xeyrinə yeni bir paralel Müvəqqəti Təminat Tədbiri (MTT) çıxarmışdır. Bu addım hüquqi anarxiyaya yol açmış və sakinlərin kütləvi etirazına səbəb olmuşdur. Məsələ ilə bağlı artıq Məhkəmə-Hüquq Şurasına da rəsmi şikayətlər ünvanlanıb.
Narazılıq doğuran ən dramatik məsələlərdən biri də kompleksin ümumi istifadədə olan sahələrində aparılan qanunsuz dəyişikliklərdir. Bir vaxtlar “Azure Residence”in əsas rəmzi və üstünlüyü sayılan lazerli hovuz kompleksi və sakinlərin əyləncə zonaları sökülərək fərqli təyinatlara uyğunlaşdırılıb, ofis və qeyri-yaşayış sahəsi kimi satılıb və ya icarəyə verilib.
Daha acınacaqlısı odur ki, məhkəmənin son qərarları ilə strateji əhəmiyyətli qazanxana, generator otağı və lift sistemlərinin açarları heç bir xidmət müqaviləsi olmayan, Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi lisenziyasından keçməyən kənar şəxslərin ixtiyarına verilmək istənilir. Sakinlər bildirirlər ki, mərkəzi texniki otaqların açarlarının qeyri-peşəkar şəxslərə paylanması binada hər an kütləvi yanğın, partlayış və lift qəzaları riski yaradır və yüzlərlə insanın həyatını birbaşa təhlükəyə atır.
Kompleksdə illərdir yığılan milyonlarla manat xidmət haqlarının hara xərcləndiyi barədə sakinlərin mülkiyyətçi olaraq hesabat ala bilmədiyi qeyd olunur. Buna baxmayaraq, binada davamlı olaraq istilik, isti-soyuq su və havalandırma sistemlərində ciddi texniki nasazlıqlar yaşanır. Qeyri-yaşayış sahələrinin sahibləri isə binanın vahid qazanxana sistemindən istifadə etsələr də, xərclərə ortaq olmaqdan və “Xətai-48” MMMC ilə rəsmi müqavilə bağlamaqdan imtina edirlər.
Sakinlər və hüquqşünaslar hesab edirlər ki, bu məsələ artıq adi bir kommersiya mübahisəsi deyil, dövlətin adından çıxarılan Ali Məhkəmə qərarlarının icrasının məcburi olması (qanunun aliliyi) və insan həyatının qorunması məsələsidir.
Məsələnin ciddiliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədova və digər aidiyyəti hüquq-mühafizə orqanlarına, həmçinin Məhkəmə-Hüquq Şurasına rəsmi sorğular və şikayətlər göndərilmişdir.
Mediatvaz.com

Bakı–Tbilisi qatar qiymətləri - 40 avro... - Avropada bu qiymətə neçə ölkəyə getmək olar?


Uzun illərdən sonra bərpa edilən Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti açıqlanıb. ADY-nin məlumatına görə, qiymət 81 manatdan başlayacaq.

Bizimesr.com bildirir ki, Bakı-Tbilisi istiqamətində məsafə təxminən 550–580 kilometr təşkil edir. Bu marşrut həm sərnişin daşımaları, həm də regionlararası iqtisadi və turizm əlaqələri baxımından strateji əhəmiyyət daşıyır. ADY tərəfindən açıqlanan son qiymət siyasəti isə sosial şəbəkələrdə və ekspert çevrələrində geniş müzakirələrə səbəb olub.

Açıqlanan məlumatlara əsasən, Bakı-Tbilisi qatarında plaskart biletlərinin qiyməti 81 manat (təxminən 40 avro) səviyyəsindən başlayır. Kupe və SV vaqonlarının qiymətləri isə hələlik tam açıqlanmayıb.

Əvvəlki illərlə müqayisədə ciddi fərq diqqət çəkir. 2019-cu ilə qədər eyni istiqamətdə:

plaskart: 24–26 manat
kupe: 35–40 manat
SV: 57–60 manat kimi qiymətlər mövcud idi.

Lakin qiymət artımı sosial şəbəkələrdə “kəskin bahalaşma” və “Avropa səviyyəsinə yaxınlaşma cəhdi” kimi müxtəlif reaksiyalar doğurub.

Maraqlıdır, Avropa ilə müqayisə necə görünür?

Bakı-Tbilisi marşrutu ilə oxşar məsafəyə malik Avropa daxili və beynəlxalq qatar xətlərində qiymətlər geniş diapazonda dəyişir. Ümumilikdə Avropada qiymətlər aşağıdakı amillərdən asılı olur:

qatarın sürəti (sürət qatarı və ya klassik qatar),
öncədən bron,
xidmət seçimi.

Təxmini müqayisələr göstərir ki, 250–600 km aralığında Avropa qatar biletləri adətən 20–60 avro aralığında dəyişir. Məsələn, qısa və orta məsafəli Avropa marşrutlarında qiymətlər 20–40 avrodan başlayır, beynəlxalq və yüksək komfortlu xəttlərdə 40–60 avroya qədər yüksələ bilir. Bəzi hallarda yüksək sürətli qatar xətlərində qiymətlər daha yüksək olsa da, burada xidmət keyfiyyəti və sürət əhəmiyyətli dərəcədə fərqlənir.

Bakı–Tbilisi qatar xətti klassik gecə qatarı formatında işləyəcək və səfər müddəti təxminən 9–10 saat olacaq.

Avropada isə eyni məsafələr çox vaxt yüksək sürətli qatarlarla (200–300 km/saat) daha qısa müddətdə qət olunur.

Maraqlıdır, Bakı-Tiflis-Bakı qatarının sütəri 200-300 olacaqmı?
Xidmət hansı səviyyədə formalaşdırılacaq?
Bu qiymətə nələr daxil ediləcək?

Bu səbəbdən müqayisə aparılarkən yalnız qiymətlərin deyil, xidmət səviyyəsi və infrastruktur fərqinin də nəzərə alınmalıdır. Mövzu ilə bağlı ictimai müzakirələrdə əsas diqqət qiymət artımının iqtisadi əsaslandırılmasına yönəlir.

Bəzi ekspertlər hesab edir ki, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və xərclərin artması gələcəkdə qiymətlərə təsir edə bilər. Digər tərəfdən, tənqidçi yanaşmalar isə qiymət artımının əhalinin alıcılıq qabiliyyəti ilə uyğunluğunu sual altına qoyur və region ölkələri ilə müqayisədə fərqin getdikcə böyüdüyünü vurğulayır. Əslində uzun illərdən sonra bərpa edilən bu xidmət çoxları üçün əlçatan olmalıdır.

KTN-nin Kürdəmir "sərgüzəştləri" - Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?



Kürdəmir rayonunun Muradxan kəndində fəaliyyət göstərən yerli fermerlər ciddi haqsızlıqla və məmur özbaşınalığı ilə üzləşdiklərini bildirirlər. Kənd sakinləri əziyyət çəkib əkin əkdikləri halda, dövlət tərəfindən ayrılan torpaq subsidiyalarının əsassız olaraq kəsilməsi təhlükəsi ilə qarşı-qarşıya qalıblar.

​Şikayətçinin sözlərinə görə, Muradxan kəndinin icra nümayəndəsi onlara torpaq subsidiyasının kəsiləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra sənədlərini götürərək Kənd Təsərrüfatı İdarəsinə yollanan fermerlər orada acınacaqlı mənzərə ilə rastlaşıblar. Məlum olub ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsində çalışan məsul şəxs Elçin Zeynalov əraziyə gəlib heç bir əyani yoxlama aparmayıb. Subsidiyaların dayandırılması üçün tamamilə təsadüfi qaydada insanlar seçilib və fermerlərin haqqı əllərindən alınmağa çalışılıb.

​"Aprelin 29-da biz idarədə olduğumuz müddətdə, Elçin Zeynalov kabinetində otura-otura, heç bir sahəyə gəlib baxmadan sənədləşmə apardı və bizim üçün 'sıfır əkin' yazdı" — deyə zərərçəkmiş fermer bildirir.

​Fermerlərin aidiyyəti qurumlara şikayət edəcəklərini bildirdikdə isə idarədə onlara qəribə bir bəhanə gətirilib. Onun qazi olduğu və bu səbəbdən Elçin Zeynalova heç nə deyə bilmədikləri iddia olunub. Lakin şikayətçilər haqlı olaraq vurğulayırlar ki, kimliyindən asılı olmayaraq heç kimin fermerin əziyyətini yerə vurmağa və qanunsuz addımlar atmağa ixtiyarı yoxdur.

​Məsələ ilə bağlı redaksiyamıza daxil olan ən dəhşətli məqam isə Elçin Zeynalovun öz mövqeyindən sui-istifadə etməsi barədə səslənən iddialardır. Sakinlərin iddialarına görə, Elçin Zeynalov açıq şəkildə yuxarı dairələrdə, yüksək mövqedə çalışan bir məmurun adamı olduğunu qeyd edir. O, bu arxayınlığa söykənərək bildirir ki, dövlətdən subsidiya alan şəxslər ona mütləq şəkildə "pay" (pul) verməlidirlər. Pul verməyən fermerlərin isə subsidiyaları müxtəlif bəhanələrlə kəsilir və ya tamamilə sıfırlanır.

​Ölkə rəhbərliyi tərəfindən yerli istehsalın artırılması və fermerlərə şərait yaradılması, onların incidilməməsi barədə kəsərli tapşırıqlar verildiyi halda, Kürdəmirdəki bu mənzərə ciddi suallar doğurur. Sakinlər sahədə faktiki olaraq taxıl və yonca əkdiklərini, böyük əziyyət çəkdiklərini qeyd edirlər.
​Fermerlər Elçin Zeynalovun bu hərəkətlərinin arxasında həm şəxsi prinsiplərin, həm də açıq rüşvət tələbinin dayandığını vurğulayırlar.

​Muradxan kəndinin zərərçəkmiş sakinləri sahələrinin tam açıq olduğunu, hər an gəlib əyani yoxlama aparıla biləcəyini bəyan edirlər. Onlar bu əsassız qərara və rüşvət iddialarına qarşı sonadək öz hüquqlarını müdafiə edəcəklərini bildirərək, Kənd Təsərrüfatı Nazirliyindən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və yuxarı instansiyalardan təcili tədbir görülməsini, bu haqsızlığın aradan qaldırılmasını xahiş edirlər.

"DİA-AZ"

Suraxanıda ağa kimdir - Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir



Aprelin 6-da Bakının Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Günəşlidə yerləşən "Sahil - S İnşaat" MTK sakinlərini qəbul etmişdi. Anaxeber.info.az-ın məlumatına görə, sakinlər icra başçısından yaşadıqları binanın həyətində abadlıq işləri görülməsini, park salınmasını, uşaqların istirahəti və əylənməsi üçün şərait yaradılmasında köməklik göstərilməsini xahiş etmişdilər. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb.
Anaxeber.info.az xatırladır ki, əslində, hələ iki il bundan əvvəl sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş etmişdi. O zaman icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirmişdi ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunmuşdu. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmadığına görə, bu il aprelin 6-da sakinlər yenidən icra başçısının qəbuluna getmişdi. Ötən ayın əvvəli baş tutan həmin görüşdə sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləmişdi. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr etmişdi. MKTB rəisi sakinlərə demişdi ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma "səhv etmişik". Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə "burun soxan" Mais Məmmədov dövlətin, onun icra orqanı adından "səhv etmişik" deyərək sakinlərə yersiz cavab qaytarmışdı. Artıq 6 apreldə keçirilən qəbuldan 1 aydan çox vaxt keçir. Ancaq icra başçısının bir aydan artıq vaxt ərzində sakinlərin xahişi ilə bağlı hər hansı addım atması olmayıb. Halbuki Adil Əliyev ayrı-ayrı ünvanlarda görüşlər keçirir, müxtəlif məsələlərlə maraqlanır, amma bir binanın sakinlərinin probleminə diqqət ayırmır. Belə çıxır ki, ya MKTB rəisi Mais Məmmədovun "səhv etmişik" sözünü eşidir, ya da Adil Əliyevin ona sözü keçmir, gücü çatmır. Çünki buna başqa cür izah vermək çətindir. Mais Məmmədovun 165 ailənin məsələsinə əngəl olması həmin qəbulda da göz qabağında idi. Ancaq sakinlər MKTB rəisinin yox, icra başçısının qəbuluna gəlmişdi. Axı nə çətin işdir ki, sakinlər üçün park düzəldəsən, uşaqların yayda oynamasına şərait yaradasan, sakinləri sevindirəsən?! Bunun özü də bir savabdır, yaxşılıqdır. Amma belə məlum olur ki, rayona rəhbərlik edən Adil Əliyev olsa da, rayonda ağalıq edən Mais Məmmədovdur. Onun müdaxiləsi sakinlərlə icra başçısının arasına girib. Hərçənd vətəndaşlar Adil Əliyevdən şikayətçi, narazı deyildi, sadəcə, xahişə gəlmişdi. Amma Mehriban xanımın, dövlətin sakinlərə verdiyi dəstəyə baxmayaraq, rayon icra başçısı bu siyasəti davam etdirmir. Halbuki hazıda Bakıda BMT-nin şəhərsalma forumu keçirilir, ekologiya, mənzil, urbanizasiya və digər vacib müzakirələr gedir, amma Adil Əliyev bir binanın həyətini belə düzəltməkdə köməklik göstərmir. Bununla belə, sakinlər hələ də ümidlidir ki, icra başçısı müjdə verəcək...(Anaxeber.info.az)

Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA


Ötən günlərdə məlum olub ki, Laçın şəhərində yeni məhəllə salınacaq.

Həmin məhəllənin inşasını “Hovers Group” MMC həyata keçirəcək.

Qeyd edək ki, layihənin dəyəri 41 milyon 266 min manatdır. Tender “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən reallaşdırılıb.

Araşdırmalar zamanı bəlli olub ki, “Hovers Group”un 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Dövlət reyestri sənədlərində müəssisənin yeganə təsisçisi və qanuni təmsilçisi kimi Səbuhi Knyaz oğlu Mehdizadə göstərilir.

Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 15 iyul 2024-cü il tarixli sərəncamla təyin edilib. Bundan əvvəl həmin nümayəndəlikdə baş məsləhətçi olub.

Mehdizadə daha əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru kimi vəzifələrdə çalışıb.

Araşdırmaya görə, “Hovers Group” son yeddi ildə ümumi dəyəri 266.6 milyon manata çatan dövlət satınalmalarının icraçısı olub. Şirkət dövlət əhəmiyyətli layihələr, eləcə də iri həcmli tikinti və infrastruktur işlərinin həyata keçirilməsində iştirak edir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum olub ki, MMC 2019-2024-cü illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 800 manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi ( “MİDA”) MMC ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb. Bundan başqa, şirkət Qarabağda da bir çox milyonluq layihələrin icraçısı olub.

Nəzərinizə çatdıraq ki, Səbuhi Mehdizadənin idman sahəsində də rəsmi təmsilçiliyi var. O, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. “Hovers Group”un rəsmi saytında şirkətin tennis yarışlarına mütəmadi sponsorluq etdiyi qeyd olunur.

Araşdırmada Səbuhi Mehdizadənin qardaşı Səxavət Knyaz oğlu Mehtiyevin də şirkəti olduğu bildirilir. Rəsmi qeydiyyat sənədlərinə görə, o, “ALFA-AZ” MMC-nin qanuni sahibidir.

Maraqlı detallardan biri də odur ki, şirkətin ötən il 10 min 613 manat vergi borcu olub. Lakin buna baxmayaraq, Mehdizadənin şirkəti dəfələrlə tender udub. Halbuki qanuna əsasən vergi borcu olan şirkətin tenderlərdə iştirakı qadağandır.

Sonda onu da bildirək ki, mövcud qanunvericilik dövlət qulluqçularının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, kommersiya qurumlarında rəhbərlik və ya təsisçilik etməsini məhdudlaşdırır. Bu baxımdan, yüksək vəzifəli dövlət məmurunun təsisçisi olduğu şirkətin dövlət satınalmalarında, xüsusilə də bərpa layihələrində iri müqavilələr qazanması maraq toqquşması ilə bağlı suallar yaradır.(Tribuna.az)

Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO


Yardımlını digər rayonlarla birləşdirən strateji əhəmiyyətli yolda baş verən torpaq sürüşməsinin yaratdığı təhlükəli vəziyyət illərdir davam edir.

Bakupost.az-ın məlumatına görə, Masallı-Yardımlı yolunun 52-ci kilometrliyində qeydə alınan sürüşmə nəticəsində yolun bir hərəkət zolağının təxminən 55 metrlik hissəsi yararsız vəziyyətə düşüb. Ərazidəki istinad divarları və piyada səkiləri də tamamilə dağılıb.

Məsələni yenidən gündəmə gətirən rayon sakini, şair İqbal Nəhmət deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, 3 il ərzində nə yerli icra hakimiyyəti, nə də əlaqədar qurumlar tərəfindən yolun bərpası istiqamətində bir iş görülüb:

“Cənnətin içində cəhənnəmi yaşayan qəhrəman camaatım! 3 il öncə burada çəkiliş edib paylaşmışdım. Hörmətli deputatımız Musa Qasımlıya, icra başçısı Ayaz Əsgərova və onun müavinlərinə buradan səslənmişdim ki, əzizlərim, nə qədər böyük məsələdir bu problemi aradan qaldırmaq?

Buradan keçən maşınlardan biri dumana düşsə, idarəetməni itirsə, yuvarlanıb çayın içinə düşəcək. Hətta aşağıda evlər də var. Bu adamlar gözləyirlər ki, bir qəza baş versin, ondan sonra işə başlasınlar. Halbuki burada istinad divarı hörülüb betonlansa, problem aradan qalxar.

Yardımlı İcra Hakimiyyəti, danışanda deyirsiniz, İqbal sərt danışır. İqbal düz deyir. Mənim rayonum bərbad vəziyyətdə qalıb, rayonumu xaraba qoymusuz. Bir dənə qurum işləmir, deputatımız da Bakıda öz işi ilə məşğuldur, icra qurumları da fəaliyyət göstərmir. Axı bu problemi aradan qaldırmaq nə qədər çətin işdir?”.

İqbal Nəhmət həmçinin ölkə başçısına müraciət edərək problemin nəzarətə götürülməsini xahiş edib:

“Cənab Prezidentə də səslənirəm, biz hər zaman sizin siyasətinizi dəstəkləyirik, amma mənim rayonumu bərbad vəziyyətə salıblar. Yardımlı camaatına kömək edin, belə olmaz. Gözəl cənnət məkanda biz cəhənnəm şəraitində yaşayırıq. İş yoxdur, qaz çəkilişi yoxdur. İşıq dirəklərinin çoxu yararsız vəziyyətdədir. Yayda içməli su tapılmır. İşsizlikdən camaatın çoxu Bakıya, Sumqayıta köçüb, rayon boşalıb.

İstərdim ki, rayonumuzun deputatı Musa müəllim öz cibinin pulu ilə gəlib bu ərazini bərpa etsin, lent kəssin. Yardımlılıq bu deməkdir”.

Sosial şəbəkələrdə yayılan paylaşımda digər rayon sakinləri də mövcud vəziyyətlə bağlı tənqidi fikirlər səsləndiriblər.

Kazım Sədi yazır: “2 gün sonra Ayaz Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 10 ili tamam olur, faktiki olaraq rayonumuz üçün heç bir fəaliyyəti yoxdur, sadəcə şəkil çəkdirmək üçün məktəbləri gəzir, şablon qəbullar, öyrədilmiş şəxslərlə görüşlər keçirir, sıravi heç bir vətəndaşı qəbul etmir, müraciətlərə baxmır, amma 70 yaşı olsa da, onu tənqid edənləri sosial şəbəkə hesablarında bloklamağı yaxşı başarır”.

Himayət Mahmudov isə bildirib ki, bir il əvvəl İTV ərazidə çəkiliş aparsa da, vəziyyətdə dəyişiklik olmayıb: “Adlarını sadaladığınız qurum rəhbərləri həm kar, həm də kordur, yoxsa bu yol çoxdan düzələrdi!”

VİDEO BURADA... https://bax.tv/son-xeberler/yardimlinin-esas-yolu-niye-temir-edilmir-222902?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."


Məmmədov Ağakərim Mirzəbəy oğlu SOCAR Azəriqaz İB baş direktoru Azər Məmmədova müraciət edərək 16 il müddətində, Azəriqaz İB tərəfindən hə ay ona ödənilməli olan 17 manat pulunu tələb edir. "Dia-az" bildirir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşıb.
Paylaşımdan aydın olur ki, işlədiyi müddət boyunca "Azəriqaz" işçisi idarənin işi naminə xərclədiyi vəsaiti geri tələb edir. Qeyd edək ki, işçinin öz rəhbərliyindən tələb etdiyi məbləğ 3264 manat qədərindədir.
Məmmədov Ağakərim Mirzəbəy oğlu yazır:
"Mən 16 il Azəriqaz İB Lənkəran regional Qaz idarəsi Cəlilabad rayon qaz istismarı sahəsində qaynaqçı işləmişəm. 05. 05. 2026 ildən təqaüddəyəm. İşlədiyim 16 il müddətində idarəyə 1 mert də olsa qaynaq məftilı gəlməyib. Məftili hər gün özüm almışam. Mən qaz qaynaqçısı işləmişəm, ortalama hər ay məftilə 17 manat pul vermişəm. İnanmırlarsa, yoxlaya bilərlər. İsə ğörə karbit silinib məftil yox. Mütəxəssislər bilir məftilsiz qaynaq olmaz. Əmrlə elektrik qaynaqçısı, özüm isə həm qaz qaynaqçısı, həm də qazla kəsici işləmişəm.
Buna görə də mənə bir "aklad" əmək haqqı verilib..."
Məsələ diqqətimizdədir...

Dia-az

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…


Yelo Bank 28 filialında ilginc hadisələr baş verir

Son aylar ölkədə fəaliyyət göstərən Yelo Bankla bağlı şikayət və problemlər artmaqdadır. AzFakt.com-a daxil olan məlumata görə Yelo Bankda bəzi vətəndaşlara verilən kreditlərə görə əlavə haqq alınır. Belə ki, adları müxtəlif banklarda gecikmələrə düşən və kredit verilməməli olan şəxslər “şapka” verməklə bu problemlərini Yelo Bankda rahat şəkildə həll edirlər.

AzFakt.com-a bu barədə danışan mənbə iddia edir ki, Yelo Bankda kreditə görə şapka alan bir “şəbəkə” fəaliyyət göstərir. Bu şəbəkənin başında hansı şəxsin durması gizli saxlanılsada, işləri yönəldən həyata keçirən Yelo Bank 28 filialında kredit üzrə baş mütəxəsis kimi çalışan Vüqar adlı şəxsdir. Bu şəxsin soyadını bilməsəkdə, mobil nömrəsini qeyd etmişik. Məlumata görə Vüqar adlı şəxs təşkil etdirdiyi kredit məbləğinin 10-12 faizini “gördüyü" işlərin haqqı üçün alır. Vüqar adlı şəxsin bu işlərə başlayandan sonra ciddi şəkildə valandığı deyilir. Hətta bu şəxs tez-tez Avropa ölkələrinə səfər edərək, bu ölkələrdən birində vətəndaşlıq almaq niyyətinin olduğu bildirilir.

Qeyd edək ki, Yelo Bank-da kreditə görə vətəndaşdan şapka alan Vüqar adlı şəxlə bağlı araşdırmamız davam edir.

Bildirək ki, “Yelo Bank”ın İdarə Heyətinin hazırkı sədri Anar Həsənovdur

AzFakt.com

Xəbər lenti

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
11:56
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
11:27
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
10:49
“Tamstore” 100-cü mağazasını açıb süftəsini vaxtı keçmiş məhsullarla etdi? FOTO
09:56
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
09:06
Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var - Maraqlı hərrac... «MS OIL» qalır
18:13
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:47
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
17:26
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:51
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
16:30
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
15:57
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
15:27
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
13:32
Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
12:53
 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
11:44
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
10:49
Bu gün Laçın Şəhəri Günüdür
10:01
"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01