“Rent a car” rəhbəri TUTULDU


Azərbaycanda avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan “rent a car” şirkətinin işçisi dələduzluq etməkdə ittiham olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, “rent a car” şirkətindən işləyən Fərqanə Həmidova dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciət əsasında məlum olub ki, qadını aldadan həmin şirkətin digər əməkdaşı, Aydın adlı şəxs olub.
İttihama görə, 1973-cü il təvəllüdlü Aydın Fərqanəyə fərdi tikilmiş evinə qeydiyyata salaraq, satacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib. O, qadının inam və etibarını qazanaraq, ondan ümumilikdə 21000 manat alaraq dələduzluq edib.
Aydının barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Fərqanə ilə “rent a car”da işləyəndə tanış olub: “Fərqanə mənə 9000 manat verdi ki, maşın alaraq kirayə verim. Verilən puldan 2000 manatını Fərqanənin qızına qaytarmışam. Ümumi 9000 manat pulun 4000 manatını qaytarmışam. 5000 manat ona borcum qalıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında qeyd edilən 21000 manat alması faktı düzgün deyil.
İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəldən tanıyır, heç bir ədavəti yoxdur: “Aydın “rent a car”da kuryer işləyirdi. Mən də bir neçə ay orada aşbaz kimi işləmişəm. Həmin dövrdə yoldaşım rəhmətə getdiyi üçün evsiz qalmışdım, anam ilə yaşayırdım. Lakin anamın evinin çıxarışı yox idi. Aydın həm mənə ev verməyi, həmçinin də qeydiyyata salmağı dedi. Bunun üçün 10000 manat verdim. Lakin pulum az olduğunu dediyi üçün əlavə məbləğlər də verdim. Pulu verdikdən sonra bir neçə dəfə zəng etdim. Lakin o, hər dəfə düzələcəyini bildirdi. Daha sonra telefon zənglərimə cavab vermədim. Artıq bununla da özümə qarşı dələduzluq edildiyini anladım”.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Aydın 1 il 11ay 27 gün müddətə azadlıqdan məhrum edilib.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu


Qısqanclıq zəminində sevgilisini döyən şəxslə bağlı cinayət işinə xitam verilib

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

İttihama görə, hadisə bu il gecə saat 02 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Xan Pub” adlı restoranın otağında baş verib.

Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.

Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.

Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.

Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.

Xatırlatma: Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.

Goranboyda yol qəzası - Yaralılar var


Goranboyda yol qəzası olub.

Hadisə rayonum Səfikürd kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Opel” və KİA markalı minik maşınları toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki 1963-cü il təvəlüdlü Afət Məmmədova və 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bu gün saat 01 radələrində 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yaşadığı Bülbülə qəsəbəsindəki evdə yemək yeyərkən boğazında ət tikəsi qalıb.

O boğulmağa başlaması səbəbindən nəfəs alması üçün boğazını bıçaqla deşib. Nəticədə, 61 yaşlı kişi boğazındakı qanaxmadan ölüb.

Araşdırmalar aparılır.

Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA


Son günlər vətəndaşlara “Kapital Bank” tərəfindən “myGov” platformasında şəxsi məlumatlarına girişlə bağlı icazə sorğularının göndərilməsi narazılıq yaradıb. Şikayətçilərin sözlərinə görə, banka hər hansı müraciət etmədikləri halda, onların məlumatlarının yoxlanılması üçün “myGov” sistemi üzərindən icazə sorğusu göndərilir.

Bizimesr.media xəbər verir ki, məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakupost”a bildirdi ki, “Kapital Bank” və yaxud digər hansısa bank tərəfindən hansısa vətəndaşın adından dövlət qurumuna, digər müəssisə və ya təsisata sorğu göndərilməsi qanunvericilik baxımından hüquq pozuntusudur:

“Lakin burada diqqət edilməli məqamlar var. Banklar vətəndaşlara müəyyən xidmətlər göstərir. Bu xidmətlərin göstərilməsi ilə bağlı operativliyin təmin edilməsi üçün bəzi məlumatlar var ki, müştərilər həmin məlumatları təqdim etməlidirlər. Vətəndaşlara əlavə iş yükü yükləməmək üçün bank özü bəzi elektron sistemlərdən dövlət qurumlarına aid məlumatları sorğu ilə əldə edə bilir. Bunlar bankın müştəriyə göstərdiyi xidmətin tərkib hissəsidir. Həmin məlumatların alınması müqavilədə öz əksini tapmalıdır. Lakin digər şəxsi və vətəndaşa göstərilən xidmətlə bağlı olmayan məlumatların əldə edilməsi qanunsuzdur. Çünki bu səlahiyyət vətəndaşın adından yalnız və yalnız notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında verilə bilər. Vətəndaş banka və yaxud onun hər hansı əməkdaşına notarial qaydada təsdiq edilmiş etibarnamə verməyibsə, istənilən bank vətəndaşın adından hər hansı platformadan istər Dövlət Sosial Müdafiə Fonduna, istər Dövlət Məşğulluq Agentliyinə, istərsə də digər dövlət təsisatına sorğu göndərə bilməz. Çünki bu, ilk növbədə, vətəndaşın qanunvericiliklə müəyyən edilmiş hüququdur. Həmin hüquqdan istifadə etmək üçün digər şəxslərə vətəndaşın adından məlumat əldə etmək səlahiyyəti Azərbaycan qanunvericiliyinə uyğun təsdiq edilmiş etibarnamə əsasında verilməlidir”.

X.Bəşirov vurğulayıb ki, vətəndaşın şəxsi məlumatlarının əldə edilməsi onun özünün razılığı və verdiyi etibarnamə ilə həyata keçirilməlidir:

“Düşünürəm ki, vətəndaşlar bu narazılıqlarında haqlıdırlar. Bank deyə bilər ki, sorğularla bağlı biz sizə məlumat vermişik. Amma bu məlumatın verilməsi o sorğuların verilməsinə haqq qazandırmır. Çünki sorğunun verilməsi üçün Azərbaycan qanunvericiliyi birmənalı şəkildə tələb edir ki, həmin bank və yaxud sorğu göndərən təşkilata müvafiq səlahiyyətlər verilməlidir. Əgər o səlahiyyətlər verilmirsə, vətəndaşın adından hər hansı sorğunun verilməsi və daha sonra həmin sorğunun verilməsi barədə vətəndaşın məlumatlandırılması heç nəyi dəyişmir”.

X.Bəşirov əlavə edib ki, dövlət qurumları həmin sorğulara hər hansı şəkildə cavab verirlərsə, bu da qanunsuz sayılır:

“Çünki həmin sorğunu göndərən tərəf – istər bank, istərsə də hər hansı fiziki şəxs olsun, mütləq şəkildə öz səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Əgər Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və ya digər dövlət qurumları onlara daxil olmuş sorğuda sorğunu göndərən şəxslə barəsində sorğu verilən şəxsin fərqli adamlar olduğunu görürlərsə, mütləq şəkildə etibarnamə tələb etməlidirlər. İndi “Kapital Bank” göndərib deyə bunu tələb etməmək düzgün deyil. Əgər həmin qurumlar sorğuya cavab veriblərsə, bilmirəm, cavab veriblərmi, bu halda həmin qurumlar da prosesə qanunsuz yanaşmış olurlar. Yenə də qeyd edirəm ki, vətəndaşlar bu məsələdə narazı olmaqda haqlıdırlar”.

Məsələ ilə bağlı “Kapital Bank”dan sorğumuza cavab verilmədi. /Tribuna/

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı


Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda avtomobil təmiri sexi yandı - Video



Bu gün FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi


Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub.

Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəsi ilə öldürüb. Belə ki, onlar ailə münaqişəsi zəmininə mübahisə ediblər. Orxan arvadını döydüyü üçün qayınatası ona irad bildirib və qızını niyə vurduğunu soruşub. Bu zaman onlar arasında münaqişə yaranıb.

Nəticədə kürəkən qayınatasının döş qəfəsinə yumruqla vurub. Zərbənin təsirindən kişinin qabırğası sınıb və ürəyinin aorta damarını zədələyib. Ağır xəsarət alan kişi daxili qanaxmadan ölüb.

Orxan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 10 il həbs cəzası verilib.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25