Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür.

Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılıb.

Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı ildən ilə artır və bu istiqamətdə işlər davam etdirilir.

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO



Sosial şəbəkələrdə "Tamstore" supermarketlər şəbəkəsinin keçirdiyi endirim və hədiyyə kampaniyası ilə bağlı yayılan görüntülər ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, mağazanın 100-cü filialının açılışı münasibətilə elan edilən "100 məhsulda 1-i alana 2-cisi pulsuz", həmçinin müxtəlif endirim və hədiyyə kampaniyaları zamanı böyük sıxlıq və xaos yaşanıb.

Lakin videonu çəkən və kampaniyada iştirak edən vətəndaşlar sosial şəbəkələrdə iddia edirlər ki, reklam edilən şərtlər reallığı əks etdirmir və bu, sadəcə aldadıcı addımdır.

Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-da mağazalara üz tutan alıcılara endirimli və ya hədiyyəli məhsulların artıq bitdiyi bildirilib. İnsanlar kampaniyanın qısa müddət ərzində bitdiyini və ya əslində heç bir real güzəştin tətbiq olunmadığını qeyd edərək narazılıqlarını ifadə ediblər.

Görüntülərdə marketin daxilində və girişində yaranan böyük basabas, eləcə də vətəndaşların narazı səsləri açıq şəkildə əks olunub.(Nocomment.az)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://nocomment.az/sosial/tamstore-da-novbe-ve-sikayet-skandali-vetendaslar-kampaniyanin-yalan-oldugunu-iddia-edirler-video-531299

Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI


Azərbaycan təhsil sistemində həyata keçirilən kadr siyasəti və aparılan təyinatlar hər zaman ictimaiyyətin, eləcə də medianın diqqət mərkəzində olub. Son dövrlər isə elm və təhsil naziri Emin Əmrullayevin yaxın ətrafını – dostlarını, qohumlarını, əsgər və sinif yoldaşlarını nazirliyin ən strateji, eləcə də maliyyə dövriyyəsi yüksək olan postlarına təyin etməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Jurnalist Samir Feyruzovun araşdırmasına görə, sosial şəbəkələrdə və mediada müzakirə olunan bir foto məsələnin kölgə qalan tərəflərini üzə çıxarıb. Belə ki, 2017-ci il dekabrın 18-də çəkilmiş həmin fotoda Emin Əmrullayev və dostlarının məclisi əks olunub. Təbii ki, hər kəsin dostları ilə yığışıb məclis təşkil etməsində və ya dostluq əlaqələrində qeyri-adi heç nə yoxdur – həmin vaxt E.Əmrullayev hələ nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. (Fotodakı şəxslərin içərisində dünyasını dəyişənlər də var, Allah rəhmət eləsin).
Lakin cəmiyyəti və mətbuatı narahat edən əsas məqam odur ki, E.Əmrullayev nazir postuna gəldikdən sonra həmin fotoda yer alan dostlarının və yaxın ətrafının hamısına yüksək vəzifələr verib. Bəs görəsən, nazirliyin maliyyə axınlarını və əsas mexanizmlərini idarə edən bu şəxslər kimlərdir? Nazir öz səlahiyyətlərindən istifadə edərək kimləri milyonçuya çevirib və təhsil sistemini hansı maraqların mərkəzinə gətirib?

E.Əmrullayevin nazirlikdə yerləşdirdiyi həmin şəxslərin siyahısını təqdim edirik:

* Nicat Zalanov – Nazirin əsgər yoldaşı, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsində şöbə müdiri.

* Valeh Mirzalıyev (fotoda selfini çəkən şəxs) – Nazirin yaxın dostu, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi.

* Tural Ayvazlı – Nazirin dostu, nazirliyin maliyyə məsələləri üzrə müşaviri.

* Zamiq Məmmədov – Nazirin sinif yoldaşı, "İSTEAM" MMC-nin nominal direktoru. Şirkətin faktiki rəhbəri olaraq isə E.Əmrullayevin qaynı Nihad Həifəyevin adı çəkilir.

* Elnur Əliyev – Nazirin dostu, eyni zamanda müşaviri və Təhsil İnstitutunun direktoru.

* Anar Qarayev – Bankir, Nazirliyin idarə rəisi Valeh Mirzalıyevin kürəkəni. İddialara görə, onun əsas funksiyası bu qruplaşma üçün tez bazar və uyğun şərtlərlə bankdan çoxmilyonluq kredit xətlərinin açılmasını təmin etməkdir.

Məsələ bununla da bitmir.

Araşdırmalar göstərir ki, şəbəkə bununla məhdudlaşmır; adıçəkilən şəxslərin yaxınları, qohumları və ailə üzvləri də təhsil sisteminin müxtəlif struktur bölmələrində isti yerlərə təyin olunublar. Buna əyani misal olaraq, maliyyə məsələləri üzrə müşavir Tural Ayvazlının bacısı Xəyalə Əhmədzadənin Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini postuna gətirilməsini göstərmək olar.

Təhsil kimi həssas bir sahədə bu cür qohumbazlıq və dost-tanış prinsiplərinə əsaslanan kadr təyinatları ictimaiyyətdə haqlı olaraq sərt etirazlara və suallara yol açır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sara,
NOCOMMENT.az

YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC


Şikayətçi Aynurə Abdullayeva YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədovun oğlu, Pirallahı Rayon YAP Təşkilatının sədr müavini Məcid Əhmədovun onun 65 min manatını mənimsədiyini iddia edib.
Abdullayeva bu barədə Facebook paylaşımında Məcid Əhmədovla tibbi və texniki avadanlıqların Türkiyədən gətirilməsi və satışı ilə bağlı iş birliyi qurduğunu bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində külli miqdarda vəsait yatırıb və hazırda hesablamalarına əsasən, təxminən 65 min manat məbləğində vəsaitlə bağlı açıq qalan məsələ var.
Abdullayeva iddia edib ki, əməkdaşlığın başlanğıcında Məcid Əhmədov atasının, eləcə də Türkiyədə beyin cərrahı kimi fəaliyyət göstərən qardaşı Ramizin adından və nüfuzundan istifadə edərək layihənin etibarlı olduğuna onu inandırıb.
“Qardaşının Türkiyədə olması, tibbi sahədə çalışması və avadanlıqların həmin istiqamətdən gətirilməsi barədə verilən məlumatlar da əməkdaşlığa qərar verməyimdə əsas amillərdən olub”, – deyə o qeyd edib.
Abdullayevanın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə əlaqə saxlamağa, izahat almağa və hesablaşma aparmağa çalışıb.
Ona əvvəlcə “narahat olmayın, ödəniləcək” deyilib, daha sonra isə münasibət dəyişib.
Şikayətçi Aynurə Abdullayeva bildirib ki, Məcid Əhmədovun anası ilə telefon danışığı zamanı ona məsələnin həll olunacağı bildirilib və bu gün onunla yenidən əlaqə saxlanılacağı deyilib.
Lakin Abdullayevanın sözlərinə görə, bu gün ona “gedin, nə istəyirsiniz edin” cavabı verilib.
Aynurə Abdullayeva bildirib ki, paylaşımı kimisə əsassız şəkildə ittiham etmək məqsədi daşımır:
“Əsas məqsədim vəsaitin taleyinə aydınlıq gətirilməsi və mənə məxsus pulun qaytarılmasıdır.
Məcid Əhmədovdan açıq şəkildə tələb edirəm: mənimlə əlaqə saxlasın, bütün maliyyə məsələlərinə aydınlıq gətirsin və öhdəliyini yerinə yetirsin”.
Abdullayeva həmçinin bildirib ki, məsələ həll olunmadığı təqdirdə əlində olan ödəniş sənədləri, yazışmalar və digər sübutlarla aidiyyəti qurumlara müraciət edəcək.(Tribuna.az)



Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir



İsamyıllı rayonu Quşencə kəndinin su problemi Sherg.az vasitəsiylə ictimailəşdirildikdən sonra İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mövcud vəziyyətlə bağlı açıqlama yayıb. Xatırladaq ki, Quşencə kəndinin uzun illərdir su qıtlığı yaşadığı, sakinlərin içməli suyu hələ də su daşıyan maşınlardan ödənişlə aldıqları barədə kənd əhalisi Sherg.az-a məlumat verərək əlaqədar qurumlardan problemin həll olunmasını xahiş edirdilər.

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumatında bildirir ki, Quşencə kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3 ədəd subartezian quyusundan qidalanan 1 ədəd nasos stansiyası inşa edilmiş, magistral su xətti və daxili su şəbəkəsi çəkilmiş, 4 ədəd 50 m³-lik su çəni və 30 ədəd küçə bulağı quraşdırılmışdır. Layihə 2019-cu ildə tamamlanaraq istismara verilmiş və kənd əhalisinin küçə bulaqları vasitəsilə içməli su ilə təmin olunması həyata keçirilmişdir. Məlumatda həmçinin qeyd olunur ki, Quşencə kəndinə su qrafikə uyğun olaraq verilir, kənd qəbiristanlığının ərazisinin böyük olması nəzərə alınaraq iki yerdə su kranı quraşdırılıb və həmin kranlara da su qrafik əsasında verilir.

Bununla belə məlumatda Quşencə kəndinin bəzi hissələrində su qıtlığı yaşandığı təsdiq edilir: “Quşencə bələdiyyəsi tərəfindən İsmayıllı RİH-ə təqdim olunan arayışa əsasən bildiririk ki, kəndin dağlıq relyefdə və içməli su mənbələrinin zəif olduğu ərazidə yerləşməsi ilə əlaqədar kənddə, xüsusilə isti yay aylarında, içməli su çatışmazlığı müşahidə olunur. Bələdiyyə tərəfindən verilmiş məlumata görə, 2018-2019-cu illərdə dövlət proqramına uyğun olaraq Zoğallıq kəndində 50 tonluq su anbarı da inşa edilmiş, kəndin aşağı hissəsindən mühərriklər vasitəsilə həmin anbara gündəlik su vurularaq növbəli əsasda sakinlərin istifadəsinə verilmişdir. Lakin mövcud su ehtiyatının əhalinin tələbatını tam şəkildə ödəmədiyi qeyd olunmuşdur”.

Onu da xatırladaq ki, sakinlər kənd qəbirstanlığına çəkilmiş su kranından sakinlərdən birinin öz həyətinə şlanqla su çəkərək öz ehtiyacları üçün istifadə etdiyindən şikayətlənirdilər. Məlumatda bu məsələyə də aydınlıq gətirilir və qeyd olunur ki, Quşencə kənd qəbiristanlığında yerləşən bulaqdan ayrı-ayrı şəxslərin öz həyətlərinə su çəkdiyi barədə səsləndirilən məlumatla bağlı isə Quşencə bələdiyyəsi tərəfindən verilmiş məlumata əsasən, kənd sakini Ağayev Ramiz Alxan oğlu həmin bulağa elastik su borusu çəkərək həftədə bir dəfə sudan istifadə edir.

Beləliklə, Quşencə kəndində içməli su təminatı üzrə müvafiq infrastrukturun yaradılmasına baxmayaraq, suyun mənbələrdən əldə olunması və əhaliyə qrafik əsasında verilməsi ilə əlaqədar müəyyən çətinliklərin mövcud olduğu aidiyyəti qurumların məlumatlarından da görünür.

Məsələ İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır və kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.


İsamyıllı rayonu Quşencə kəndinin su problemi Sherg.az vasitəsiylə ictimailəşdirildikdən sonra İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mövcud vəziyyətlə bağlı açıqlama yayıb. Xatırladaq ki, Quşencə kəndinin uzun illərdir su qıtlığı yaşadığı, sakinlərin içməli suyu hələ də su daşıyan maşınlardan ödənişlə aldıqları barədə kənd əhalisi Sherg.az-a məlumat verərək əlaqədar qurumlardan problemin həll olunmasını xahiş edirdilər.

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumatında bildirir ki, Quşencə kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3 ədəd subartezian quyusundan qidalanan 1 ədəd nasos stansiyası inşa edilmiş, magistral su xətti və daxili su şəbəkəsi çəkilmiş, 4 ədəd 50 m³-lik su çəni və 30 ədəd küçə bulağı quraşdırılmışdır. Layihə 2019-cu ildə tamamlanaraq istismara verilmiş və kənd əhalisinin küçə bulaqları vasitəsilə içməli su ilə təmin olunması həyata keçirilmişdir. Məlumatda həmçinin qeyd olunur ki, Quşencə kəndinə su qrafikə uyğun olaraq verilir, kənd qəbiristanlığının ərazisinin böyük olması nəzərə alınaraq iki yerdə su kranı quraşdırılıb və həmin kranlara da su qrafik əsasında verilir.

Bununla belə məlumatda Quşencə kəndinin bəzi hissələrində su qıtlığı yaşandığı təsdiq edilir: “Quşencə bələdiyyəsi tərəfindən İsmayıllı RİH-ə təqdim olunan arayışa əsasən bildiririk ki, kəndin dağlıq relyefdə və içməli su mənbələrinin zəif olduğu ərazidə yerləşməsi ilə əlaqədar kənddə, xüsusilə isti yay aylarında, içməli su çatışmazlığı müşahidə olunur. Bələdiyyə tərəfindən verilmiş məlumata görə, 2018-2019-cu illərdə dövlət proqramına uyğun olaraq Zoğallıq kəndində 50 tonluq su anbarı da inşa edilmiş, kəndin aşağı hissəsindən mühərriklər vasitəsilə həmin anbara gündəlik su vurularaq növbəli əsasda sakinlərin istifadəsinə verilmişdir. Lakin mövcud su ehtiyatının əhalinin tələbatını tam şəkildə ödəmədiyi qeyd olunmuşdur”.

Onu da xatırladaq ki, sakinlər kənd qəbirstanlığına çəkilmiş su kranından sakinlərdən birinin öz həyətinə şlanqla su çəkərək öz ehtiyacları üçün istifadə etdiyindən şikayətlənirdilər. Məlumatda bu məsələyə də aydınlıq gətirilir və qeyd olunur ki, Quşencə kənd qəbiristanlığında yerləşən bulaqdan ayrı-ayrı şəxslərin öz həyətlərinə su çəkdiyi barədə səsləndirilən məlumatla bağlı isə Quşencə bələdiyyəsi tərəfindən verilmiş məlumata əsasən, kənd sakini Ağayev Ramiz Alxan oğlu həmin bulağa elastik su borusu çəkərək həftədə bir dəfə sudan istifadə edir.

Beləliklə, Quşencə kəndində içməli su təminatı üzrə müvafiq infrastrukturun yaradılmasına baxmayaraq, suyun mənbələrdən əldə olunması və əhaliyə qrafik əsasında verilməsi ilə əlaqədar müəyyən çətinliklərin mövcud olduğu aidiyyəti qurumların məlumatlarından da görünür.

Məsələ İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır və kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Sherg.az

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən yarışa gələn şəxslər müvafiq sənədi təqdim etdikdən sonra 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza üçün təqdim olunmalı sənədlər siyahısına Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd daxildir.

9 yaşlı qıza ögey anası zorakılıq edir?


Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Elnurə Abuşovanın sözlərinə görə, ona müraciət edən şəxs M.Əliyeva İlqar qızının ögey anası tərəfindən şiddət gördüyünü deyib: “Uşağın təhsil aldığı məktəbin ünvanı da bəllidir. Bu vaxta qədər məktəbdən də vəziyyəti görüb aidiyyəti orqanlara məlumat verməyiblər”.

Qeyd edilib ki, anası öldükdən sonra qızı bir xanım himayəyə götürüb, sonradan uşağın təxminən 5 yaşı olanda atası yenidən evlənib: “Analığın başqa nikahdan bir balaca oğlu da var. Qızcığaz döyülür, 2-ci dəfədir saçı dibdən kəsilir. Uşağın köməyə ehtiyacı var, burnu sınıqdır, bədənində göyərmələri var”.

Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-dək çöldə olur. Səbəbi soruşulduqda isə uşaq “Ülkər deyir, evə gəlmə” cavabını verir.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.(“Qafqazinfo”)


Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib


Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Bakı Gəmiqayırma Zavodunda Şok Təhlükə: Yararsız Avtobuslar İşçiləri Daşıyır


 
"BP exploration (Caspian sea) limited" şirkətinə məxsus yararsız avtobuslar Bakı Gəmiqayırma Zavodunda istifadə olunur - TƏHLÜKƏLİ VƏZİYYƏTƏ niyə müdaxilə olunmur?
 
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Bakı Gəmiqayırma Zavodunda İnsan Resursları və İnzibati İşlər Departamentində İnzibati işlər bölməsinin rəhbəri - Namiq Əliyev və onun əməkdaşı Şahin Xəlilzadə vəzifəsindən sui istifadə halına yol verərək texniki nasaz avtobusları şirkətdə nəqliyyat kimi istifadə etdirir. 2013 - cü ildən fəaliyyət göstərən zavodda 2015 - ci ildən "Atilla" ( indiki Qəsr 21)adlı şirkət avtomobil icarəsi ilə məşğuldur. Namiq Əliyev Bakı Gəmiqayırma Zavodunda BP-dən silinən, istifadəyə yararsız avtobusları ucuz qiymətə " Atilla " şirkətinin balansına keçirib. Həmin yararsız,texniki nasaz olan avtobuslar Namiq Əliyevin himayədarlığı ilə Şahin Xəlilzadə tərəfindən istismar edilərək işçi daşınır. Belə ki, ( 99-JY-973), ( 99-JE-867), (99-JB-230), (90-TB-838), (77-JH-963) və s dövlət nömrəli avtobuslarda "əl əyləci" hissəsi yoxdur və "BP" - nin balansında olan istifadəyə yararsız avtobuslar zavodda təhlükəli bir vəziyyətdə istifadə olunur. Əraziyə baxış keçirərkən gerçəkdən sıra ilə düzülmüş avtobus şinlərinin altına daş qoyulmaqla saxlanıldığı müşahidə olunur. Bu isə sürücü və çox işçi heyyətinin həyatı, yol təhlükəsizliyi qaydaları üçün böyük təhlükədir. Adının çəkilməsini istəməyən işçilər bildirir ki, adları çəkilən məsul şəxslər üçün pul işçi həyatından önəmlidir. Həmin avtobusların gündəlik istismarında sürücülər sürətlə hərəkət edir və nəticədə texniki qüsurlu bu cür sərnişindaşıma avtobuslarda işə daşınan fəhlələrin həyatı üçün böyük risk yaranır. Vətəndaşlar bildirir ki, hətta 77-GN-567 nömrəli avtobus Namiq Əliyevin avtobusu olsa da işçisi Vaqif adlı fəhlənin adına qeydə alındırılıb."90- ZK-655" dövlət nömrə qeydiyyatlı avtobusun sürücüsü olan Vaqif həm də şirkətdə fəhlə kimi çalışır. O da eyni təhlükəli durumu işçi sərnişinlərinə gündəlik yaşadır. Belə ki, bu cür avtobusların yanacağı ucuz başa gəldiyi üçün (95qəpiyə) ona görə yeyinti məqsədilə keyfiyyətli və təhlükəsiz nəqliyyat əvəzinə belə təhlükəli avtobuslardan istifadə edilir. "BP" - dən yanacağı ucuz alıb işlədilən avtobuslar hələ də şirkətin balansındadır. Həmin sırada bir tək 77-JV-953 nömrəli avtobusdan digərlərinə nisbətən yenidir. İşçilər qeyd edir ki, avtobusların əyləc sistemi olmadığından insanların həyatı ilə oyun oynanılır.
"Altına daş düzülməklə vəziyyətdən çıxış üsulu tapırlar. Belə üsulla insanların həyatı ilə oyun oynamaq olmaz. Hansı ki, belə təhlükəli işdən iki şəxs pul qazanacaq", - deyə işçilər etiraz edir. Gün ərzində sürətlə işə yetişməklə həm işçiləri zavoda daşıyır, həm də şirkətdə öz işini görür. Belə iş fəaliyyəti onların həyatı üçün böyük riskdir.
İşçi onu da qeyd edir ki, "BP" bu avtobusları özü səkkiz ildən sonra işlətmir və bu şirkət də yararsız avtobusları ondan hərrac yolu ilə təhvil alır. İşçilər tərəfindən aidiyyəti qurumlara dəfələrlə bildirilsə də zavod rəhbərliyinə məlumat verilmir və şikayətlər ört- basdır edilir. Avtobuslara texniki yoxlanışları Vaqif adlı həmin şəxs ,həm də zavodda koordinator vəzifəsini yerinə yetirən şəxs yola verir.
 
"Gəmiqayırma zavodu gətirib işlədir. İki nəfər şəxs 11 ildir ki, - Namiq Əliyev və Şahin Xəlilzadə bu işə himayədarlıq edərək işçilərin və sürücülərin həyatını təhlükəli vəziyyətində qoyaraq daha çox qazanc düşünürlər. Bir istiqamətdə iki böyük avtobus gəlməlidirsə bunlar üç etməklə dövlət şirkətinə, büdcəsinə ziyan vururlar. Dəfələrlə vətəndaşlar aidiyyəti qurumlara şikayət edilsə də bunlar iki növbəli işdə (gecə-gündüz) avtobusları işlədirlər. Aidiyyəti qurumlardan xahişimiz odur ki, "BP" - nin səkkiz ildən sonra istifadə etməyib, ancaq balansında olan yararsız avtobusları zavod necə işlədir? Demək bunlara rüşvət, pul önəmlidir. 2015 - ci ildən bu avtobuslar hesabına adı çəkilən səlahiyyətli şəxslər rüşvət mənimsəyir, insan həyatını önəmsiz hesab edirlər. Bunlara insan həyatı deyil, pul önəmlidir. Aidiyyəti qurumlar bununla bağlı ölçü götürsün, qanunsuz işə görə məsul şəxslər cəzalandırılsın".(ATATV. AZ )
 





Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!


Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq üçün də cibində qalaq-qalaq manatın olmalıdır.

Faktum.az-a daxil olan şikayətlər və müraciətlər Sumqayıtın yeni qəbiristanlığında baş verən özbaşınalığın, sözün əsl mənasında, “ölü biznesi”nin dəhşətli mənzərəsini ortaya qoyur.
​Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansındadır və hər bir vətəndaş üçün qəbir yeri tamamilə PULSUZ ayrılmalıdır. Qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbi budur.
​Amma Sumqayıtda qanunlar sanki qəbiristanlıq darvazasından içəri keçmir.

Əldə etdiyimiz məlumata görə, yeni qəbiristanlıqda tək adamlıq sadəcə qara torpaq sahəsi 300-500 manata “təklif olunur”. Yəni yerinə görə qiymət dəyişir.

Əgər ölənin yaxınları qəbrin qazılması, dəfn və baş daşı kimi xidmətlər də istəyirlərsə, qiymət birbaşa 5-6 min manata kəllə-çarxa çıxır. Bəli, yanlış oxumadınız – bir otaqlı mənzil qiymətinə qəbir yeri!

Məlumata görə, bu “axirət holdinqi”nin başında Sumqayıt Şəhər Vətəndaşlara Xidmət İdarəsinin rəisi Feyruz Əsədov və onun səlahiyyətli nümayəndəsi Şəmistan dayanır.

Dövlət rüsumu, rəsmi qəbz? Unudun!

Bura Feyruz müəllimin şəxsi krallığıdır.

​Hələ bu harasıdır! “Qiyməti baha olsa da, xidməti bari aldığına dəysin” deyəcəksiniz. Amma fotolara baxanda adamın dəhşətdən tükləri biz-biz olur. Vətəndaşlar min bir əziyyətlə, el qınağından çəkinərək Şəmistana minlərlə manat sayırlar, amma qarşılığında nə alırlar? – Zibil, çərən və adam boyu qalxan kol-kos!

​Müraciət edən vətəndaşların fəryadı hər şeyi öz adıyla çağırır: “Biz varıq hələ ki, ata-anamızın məzarını təmizləyirik. Axı Fiyruzun nümayəndəsi Şəmistana bütün bunları danışıb, kifayət qədər pul saymışıq.

Gözümüzün qabağında kimsəsizlərin qəbri kolun içində görünmür. Özümüz də yovşanı, çərəni yarıb yaxınımızın qəbrinə gedib çata bilmirik. Sabah biz olmasaq necə olacaq?
Bu nə hörmətsizlikdir?”

Bəli, Sumqayıt Bələdiyyəsi və Vətəndaşlara Xidmət İdarəsi pul yığmağa gələndə kassa aparatından da sürətli işləyir, amma qəbiristanlığı təmizləməyə gələndə sanki iflic olurlar.
Vətəndaş doğmasının məzarını ziyarət etmək üçün yanında oraq-dəryaz gəzdirməlidir?

​Sumqayıt bələdiyyəsinə və Feyruz müəllimə təmənnasız bir məsləhətimiz var: Bəlkə qəbiristanlığın girişinə turniket qoyasınız?

Giriş üçün də 10-15 manat rüsum kəsin, tam olsun! Axı bu qədər kol-kosu, yovşanı becərmək, qəbirləri təbiətlə qovuşdurub “ekoloji park”a çevirmək böyük zəhmət tələb edir!

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Faktum.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56