Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO


Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.

Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.

Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.

Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO


Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.

Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.

Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.

Pilləsiz tikiliyə sənəd verildi: Şəhərsalma və Arxitektura Komitəsinin qərarı sakinlərin narazılığına səbəb oldu (FOTO)



Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanında yerləşən yaşayış binalarının sakinləri həyətlərində aparılan qanunsuz tikinti işlərinə və həmin obyektdən istifadəyə icazə verilməsinə qarşı etiraz edirlər.

Sakinlərin bildirdiyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir yerində təhlil və əsaslandırma aparmadan, sənədsiz yarıtikiliyə sərəncam təqdim edib.

Məsələ ilə bağlı 32gun.az-a müraciət edən Şirin Mirzəyev 68A binasının sakini Şahbazov Şahbaz Adıgözəl oğlu bildirib:

"Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının kiçik və məhdud olan həyətində, özbaşına sənədsiz yarıtikiliyə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təhlilə və əsaslandırmaya söykənmədən sərəncam verib. Fikrimdə təhlil və əsaslandırma ona görə qeyd edirəmki, «obyekt»ə yerində baxmaq sonra sərəncam vermək gərəkli idi. Çünki, iki binanın arasında dar bir keçid əraziyə, yaşayış binalarının 5-6 metrliyinə yaxın «obyekt»ə sənəd vermək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Qiyaf (Çoxmənzilli binaların həyətlərində qanunsuz tikililərin qarşısının alınması və yaşayış zonalarının abadlaşdırılması haqqında müvafiq fərman) fərmanının tələbinə ziddir. Belə ki, Qiyaf fərmanında göstərilirki, əgər həyətin ərazisi kiçikdirsə, ərazidə insanların oturmasına, hərəkətinə, avtomobillərin gediş-gəlişinə, dayanmasına maneə varsa, obyekt tikintisinə icazə vermək qanunsuzdur."

Şahbazov Şahbaz Adıgözəl oğlu açıqlamasının davamında qeyd edib:

"Sözügedən ünvanda isə ümumiyyətlə iki oturacaq belə yoxdur ki, yaşlılar, uşaqlar, sakinlər otursun və s. Ona görə də, istismarına icazə sərəncamı verilən məlum «obyekt» sakinlərin kütləvi şəkildə narazılığına səbəb olub, eləcə də, bu hal qanun anlayışının tələblərinə ziddir. Odur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə sərəncamı başadüşülən deyil. Və yaxud, yaranmış bu özbaşına durumdan Komitə Sədri Anar Quliyev nə dərəcədə xəbərdardır, məlum deyil."(32gun.az)

"Qızılbaş Group" MMC-nin vergi borcu var


"Qızılbaş Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırkı vergi borcu 16 min 620 manat 10 qəpik təşkil edir.

Nizamnamə kapitalı cəmi 20 AZN olan MMC Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 56 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi isə Cəlilağa Pəli oğlu Hüseynovdur.

"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY




"18.07.2026 tarixində Baku Electronics-dən ES80V-A5 model su qızdırıcı sifariş etdim. Lakin əməkdaşın səhvi ucbatından mənə tamamilə başqa model — ES80V-A3 göndərildi. Anbarda çalışan əməkdaş !!!! bu iki modelin eyni olduğunu düşünərək !!!!, mənim razılığımı almadan sifarişi dəyişdirib. Üstəlik məni də məhsulların eyni olduğuna inandırmağa çalışaraq məhsulu saxlamağıma tövsiyyə etdilər. Lakin aralarında həm dizayn həm qiymət fərqi var..." Bunu özünün sosial şəbəkə hesabında Sevinc Yusifova adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "19.07.2026 tarixində məhsulu geri qaytardım. Və bundan sonra mənim üçün əsl “əziyyət” başladı. Öz pulumu bu günə qədər geri ala bilmirəm.
Sifarişi rəsmiləşdirən əməkdaş ödəniş edilənə qədər mənimlə aktiv şəkildə əlaqə saxlayırdı. Problem yarandıqdan və pulun qaytarılması lazım olduqdan sonra isə mesajlarıma cavab verməyi dayandırdı.
Çoxsaylı müraciətlərim olub və hətta baş ofisə getmişəm. Baş ofisə getdikdə isə əməkdaşın edə bildiyi maksimum “şikayətinizi göndərmişik” demək oldu.
Nəhayət bu gün mənə bildirildi ki, 08.08.2026 tarixində icra edilib və indi pulumu geri almaq üçün daha 14 gün gözləməliyəm. Daha əvvəl 21.07.2026 icra edildiyi bildirilmişdi.
Yəni Baku Electronics əməkdaşlarının səhvi ucbatından öz pulumu geri almaq üçün təxminən iki ay gözləməliyəm!
Niyə əməkdaşların etdiyi səhvlərə görə müştəri öz vaxtını, əsəblərini və resurslarını sərf etməlidir ki, öz pulunu geri ala bilsin?
Vəzifənizin məsuliyyətini niyə daşımırsınız?
Baku Electronics-dən ONLAYN alış-veriş etməyin! Sonradan öz pulunuzun arxasınca düşmək və şirkət əməkdaşlarının yaratdığı problemi özünüz həll etmək məcburiyyətində qala bilərsiniz...(DİA-AZ")

Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) rəhbərliyin dəyişməsi vaxtilə həmkarlar ittifaqı üzvləri, əməkdaşlar, əlillər, veteranlar, qazilər, təhsil və səhiyyə işçiləri, eləcə də digər sosial qruplar arasında yeni ümidlər yaratmışdı. Sabiq sədr Səttar Möhbalıyevin fəaliyyəti dövründə səsləndirilən narazılıqların yeni rəhbərliklə aradan qalxacağı, sistemdə şəffaflığın və vətəndaşlara xidmətin daha da yaxşılaşdırılacağı gözlənilirdi.

Lakin ötən müddət ərzində redaksiyalara və ictimaiyyətə çatdırılan müxtəlif müraciətlər, şikayətlər və mediada yayılan məlumatlar göstərir ki, narazılıqlar səngimək əvəzinə, başqa istiqamətlərdə də davam edir. Hazırda AHİK-in sədri Sahib Məmmədovun rəhbərliyi dövründə də qurumun fəaliyyəti ilə bağlı müxtəlif suallar və iddialar gündəmə gəlir.

Xüsusilə yollayışların elektron sistemə keçirilməsi və e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sisteminin tətbiqi “şəffaflıq” və “əlçatanlıq” baxımından mühüm yenilik kimi təqdim olunur. Rəsmi açıqlamalarda sistem vasitəsilə minlərlə yollayışın verildiyi bildirilir. Lakin bu rəqəmlərin fonunda redaksiyalara daxil olan vətəndaş müraciətlərində tamam başqa mənzərədən bəhs edilir: bəzi vətəndaşlar elektron sistemdə qeydiyyatdan keçməkdə, boş yer tapmaqda, güzəştlərdən yararlanmaqda və yollayışlarını təsdiqlətməkdə ciddi çətinlik çəkdiklərini bildirirlər.

Məsələ yalnız elektron sistemlə də məhdudlaşmır. AHİK-in tabeliyində olan sanatoriya və istirahət müəssisələrinin fəaliyyəti, yollayışların bölüşdürülməsi, xidmətlərin keyfiyyəti, qida və gigiyena məsələləri, kadr siyasəti, idarəetmə və maliyyə şəffaflığı ilə bağlı da müxtəlif iddialar və suallar səsləndirilir. Mediaya təqdim olunan bəzi materiallarda sanatoriyalarda xidmət və idarəetmə ilə bağlı problemlərdən, yollayışların bölüşdürülməsində mümkün qeyri-şəffaflıqdan, habelə kadr təyinatları ilə bağlı narazılıqlardan bəhs edilir.

Eyni zamanda, AHİK və onun tabeliyində olan strukturlarda rəhbər vəzifələrə təyinatlar, əməkhaqqı sistemi, struktur dəyişiklikləri və üzvlük haqlarından formalaşan vəsaitlərin hansı istiqamətlərə xərclənməsi barədə də ictimaiyyətin cavab gözlədiyi suallar var. Təbii ki, mediada və ayrı-ayrı şəxslərin müraciətlərində səsləndirilən bu iddiaların hər biri müvafiq qurumlar tərəfindən araşdırılmalı, qarşı tərəfin mövqeyi də öyrənilməlidir.

Əsas problem isə budur: həmkarlar ittifaqının başlıca məqsədi əməkçilərin və üzvlərinin hüquq və maraqlarını qorumaqdırsa, niyə həmin üzvlərin bir qismi öz hüquqlarından istifadə etmək üçün elektron sistem qarşısında bu qədər çətinliklə üzləşir? Niyə əlil, veteran və digər sosial həssas qruplara aid vətəndaşlar onlara verilən güzəştlərdən real şəkildə yararlana bilmədiklərini bildirirlər? Elektronlaşdırma vətəndaşın işini asanlaşdırmalıdır, yoxsa onu əlavə maneələrlə üz-üzə qoymalıdır?

Sədr dəyişikliyi zamanı yaranmış ümidlərin nə dərəcədə doğrulduğu da məhz bu suallar fonunda yenidən gündəmə gəlir. Çünki redaksiyamıza daxil olan müraciətlər göstərir ki, AHİK-in fəaliyyəti ilə bağlı narazılıqlar hələ də səngiməyib.

Növbəti müraciət də bu narazılıqların konkret nümunələrindən biridir.

DuzXeber.az xəbər verir ki, redaksiyamızın elektron poçt ünvanına Azərbaycan vətəndaşı Məğrur Bədəlsoy tərəfindən daxil olan müraciəti heç bir dəyişiklik etmədən olduğu kimi təqdim edirik:

AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir.

“Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir.

Yay mövsümü-istirahət, dincəliş sona çatmaq üzrədir. Bu mövsümdə hamının gözü AHİK-də (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası) yönəlir. AHİK isə keçən ildən yollaylş verilməsini elektronlaşdırıb, yalnız elektron sistemdən yollayış verildiyini bildirir. Bu sistemdən isə yollayış almağa faktiki qadağa qoyulub. Nə vaxt sistemə girib, müalicə və istirahət mərkəzlərini seçirsən, ya yer olmur, olanda da güzəşt tətbiq edilmir, tam məbləğ tələb edilir, heç onu da təsdiq etməyə yol verilmir. Amma AHİK müharibə veteranları , 1-ci-2-ci dərəcəli əlillərin, 1-ci dərəcəli əlili müşayiət edən şəxslərin ödənişsiz, həmkarların üzvlərinin 15 faiz güzəştlə yollayış yiyəsi ola biləcəyini vurğulayır. Bəs niyə gerçək yaşamda bu vurğulama baş tutmur? Bu sətirlərin yazarı son bir ildə dəfələrlə elektron rezervasiya sistemi vasitəsilə yollayış almağa çaba göstərsə də, hələ də nəinki pulsuz, nəinki 15 faiz güzəştlə, heç tam məbləğdə də yollayışla təmin oluna bilməyib. Sadəcə, sistemdə yer tapılmır. Belə bəlli olur ki, AHİK əlillərdən, həmkarlardan, necə deyərlər, qara otaqda olmayan qara pişiyi tapmağı tələb edir. Hətta “tapanda” da “təsdiq gözlənilir” adı ilə yollayışın əldə edilməsi elə gözləmədə qalır. Daha bunun nə həmkarlığı oldu ki?!

Elektron sistemin nə qədər üstünlüyü olsa da, texniki kələklə hüquqa qadağa qoyması da üzə çıxır. Müharibə veteranlarına pulsuz yollayış verilməsi təsbit olunub, amma veteran heç sistemdə qeydiyyata düşə bilmir, qeydiyyata düşəndə isə istədiyi yollayışı tapa bilmir, “tapanda” isə tam məbləğ tələb olunur. İndi özünüz fikirləşin, ağlınıza sığışdıra bilirsinizsə, sığışdırın, 80 manat təqaüdə göz dikən müharibə veteranı 3-4 minlik fizioterapiya müalicəsinə yollayışı necə ödəyə bilər? İnanmırsınız, fakt təqdim olunur, 1900 manatlıq Naxçıvan “Duzdağ” mərkəzinə 10 günlük “dincəlmək, müalicə almaq” mümkündür? Pensiya kartında, təqaüd kartında heç bir il toxunmasan, bu qədər məbləğ yığılmır! Bir problem də ondadır ki, çox əlilin, veteranın, heç professorun belə şəxsi kabinet yaratması mümkün deyil. Yəni hamını elektron sistem adı ilə yollayış hüququndan məhrum etmək həmkarlıq prinsipinə ziddir.

Dəfələrlə AHİK-ə müraciət edib, əlillər üçün elektron sistemdən kənar yollayış verilməsinin təşkili xahiş olunub. Amma həmkarlar əlillərlə həmkarlıqdan imtina edir. Elektron sistem isə rüşvət, korrupsiyaya yol açır. Gerçəkdə bu özbaşınalıq şəbəkə cinayətləri kateqoriyasına aiddir. Yəqin ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi araşdırma aparar. Əlillər isə yenə də yollayışsız, dincəlişsiz durumda qaldılar. Ya Allah, ya DİN, bizə yardımçı olun!

DuzXeber.az

Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma


Tovuz Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi yeni satınalma müqaviləsinə imza atıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, qurum Tovuz rayonunda yaşıllaşdırma işlərinin həyata keçirilməsini "Quluoğlu M-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 7300507121) həvalə edib.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 34 min 950 manat təşkil edir.

Nizamnamə kapitalı cəmi 20 AZN olan MMC Tovuz rayonu, Düz Cırdaxan kəndində hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi isə Tofiq Yusif oğlu Əmiraslanovdur.

32gun.az

Deputat QHT-si getdi, məmur QHT-si gəldi:qrant islahatının yeni modeli


Görünür Azərbaycan QHT sektorunda islahatların da özünəməxsus “Azərbaycan modeli” formalaşıb.

Əvvəllər qrantların deputatların, onların ailə üzvlərinin və yaxın çevrəsinin QHT-lərinə verilməsi barədə məlumatlar səslənirdi. İndi isə mənzərənin dəyişdiyi görünür: deputat QHT-lərinin yerini müxtəlif dövlət qurumlarında çalışan məmurların ailə üzvləri ilə əlaqələndirilən QHT-lər tutur.

Yəni sistem dəyişib

Amma qrantın istiqaməti dəyişməyib: yenə də vətəndaşa yox, bəlli elitayaa yaxın çevrəyə.

Sadəcə “benefisiarların” adı yenilənib.

Bir vaxtlar deputatın QHT-si vardı, indi isə məmurun həyat yoldaşının QHT-si var. Sabah yəqin ki, məmurun baldızının, xalasının, dayısının, qonşusunun QHT-si də “vətəndaş cəmiyyəti”nin xilaskarları sırasına daxil olacaq.

Əsas odur ki, layihənin adı ciddi səslənsin.

Məsələn, “ictimai iştirakçılığın gücləndirilməsi”, “sosial dayanıqlılığın artırılması”, “vətəndaş cəmiyyətinin inkişafı”...

Adı nə qədər möhtəşəm olsa, qrant da bir o qədər “ictimai” görünər.

Amma ortada çox sadə bir sual var:

Niyə dövlət məmurunun ailə üzvünün QHT-si dövlət qrantı almaq üçün digər yüzlərlə QHT-dən daha üstün olmalıdır?

Əlbəttə, məmurun həyat yoldaşı, anası, övladı və ya digər ailə üzvü QHT yarada bilər. Qanun buna imkan verirsə, buna etiraz etmək olmaz.

Problem başqa yerdədir. Problem dövlət vəsaitinin bölüşdürülməsində maraq toqquşmasının olub-olmamasıdır.

Çünki burada söhbət hansısa şəxsin cibindən çıxan puldan getmir. Söhbət büdcə vəsaitindən gedir. Yəni vətəndaşın ödədiyi vergidən.

Şəffaflıq “biz şəffafıq” demək deyil.

Şəffaflıq elə bir sistem qurmaqdır ki, heç kəsin “bunlara niyə qrant verdiniz?” sualını verməyə ehtiyacı qalmasın.

İndi isə vəziyyət tam əksinədir.

Sosial mediada və açıq mənbələrdə müxtəlif yüksək vəzifəli şəxslərin ailə üzvləri ilə əlaqələndirilən QHT-lərin dövlət qrantları aldığı barədə məlumatlar geniş yayılıb. Bu istiqamətdə "Yenixeberorg.com"-a da məlumatlar ötürülməkdədir...Məsələn: Prezidentin köməkçisi Şahmar Mövsümvun anasının, Prezidentin Mətbuat Xidmətinin rəhbəri olmuş Azər Qasımovun həyat yoldaşının və digərlərinin rəhbərlik etdiyi QHT-lər.
Sıravi QHT-lər illərlə ayaqda qalmaq üçün sponsor axtarır, layihə yazır, hesabat hazırlayır, müxtəlif müsabiqələrə müraciət edir. Bəziləri bir neçə min manatlıq layihəyə belə həsrətlə baxır.

Amma məmur ailəsi ilə əlaqələndirilən QHT 2 ay öncə qeydiyyatdan keçib, dərhal QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində Prezident Administrasiyasında çalışan məmurların ailə üzvlərinə məxsus QHT-lərin qrant alması halları az deyil. (Qarşıdakı günlərdə həmin layihələr barədə ətraflı məlumat verəcəyik. Red.)

Amma bizi düşündürən sual odur ki, dövlət büdcəsinə nəzarət edən qurumlar və şəxslər insanların sosial problemlərini həll etmək əvəzinə, uşağını xarici universitetdə oxutduran məmura kömək etmək üçün məmur QHT-lərinə böyük vəsaitlərin ayrılmasına necə göz yumur? QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı şəffaflıqdan danışır? Hansı islahatdan danışır?

QHT sektorunun əsas məqsədi nədir? Vətəndaşa xidmət.

Əgər vətəndaş cəmiyyətinə ayrılan dövlət vəsaiti getdikcə dövlət aparatında çalışan şəxslərin ailə çevrəsinə yaxınlaşırsa, burada çox ciddi paradoks yaranır.

Adı vətəndaş cəmiyyətidir. Amma qrantın ünvanı məmur ailəsidir.

Buna nə deyək?

Məmur cəmiyyəti?

Bəlkə “ailəvi vətəndaş cəmiyyəti”?

Yaxud daha müasir variant:

“Qohumluq əsaslı QHT sektoru”?

Satira bir yana. Məsələ ciddidir. Çünki QHT sektoru dövlətin köməkçi strukturu deyil.

QHT-lər cəmiyyətin problemlərini dövlətin diqqətinə çatdırmalı, vətəndaşların hüquqlarını müdafiə etməli, sosial boşluqları doldurmalıdır.

Əgər qrant sistemi “kimin kimə yaxın olduğu” barədə suallar doğurursa, bu, yalnız bir neçə təşkilatın problemi deyil.

Bu, bütün sektorun nüfuzuna zərbədir.(Yenixeberorg.com)

Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO


Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “Ağ Saray” şadlıq sarayının arxasında söküntü və tikinti işlərinin aparıldığı bildirilir.

Biziməsr.media-nın redaksiyasına daxil olan videogörüntülərdə ərazidə bir sıra yaşayış evlərinin satın alınaraq söküldüyü, həmin ərazidə isə genişmiqyaslı tikinti işlərinin aparıldığı görünür.

Redaksiyaya daxil olan məlumatlara görə, söküntü işləri zamanı ərazidəki çoxsaylı ağacların da məhv edildiyi iddia olunur.

Ərazidə aparılan tikinti ilə bağlı digər ciddi iddialar da səsləndirilir. Məlumata görə, tikinti işlərini həyata keçirən sahibkarın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu bildirilir.

Həmçinin tikinti işlərinə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən razılıq verildiyi bildirilir. Məlumata görə, söküntü və tikinti işlərinin qanuni əsaslarının, eləcə də layihə və icazə sənədlərinin natamam olduğu deyilir.

Xüsusilə yaşayış evlərinin sökülməsi, yeni tikintiyə icazələrin mövcudluğu, ərazidə ağacların kəsilib-kəsilmədiyi və yaşıllıqların məhv edilməsinə qanuni əsasların olub-olmaması ilə bağlı ictimaiyyətə açıqlama verilməsi vacibdir.

“Biziməsr.media” məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, aidiyyəti şəhərsalma və ekologiya qurumlarının mövqeyini öyrənmək üçün sorğu göndərib.

Araşdırmanın nəticələrindən asılı olaraq məsələyə yenidən qayıdacağıq.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/bileceride-evler-sokuldu-agaclar-kokunden-cixarildi---erazini-alan-sahibkar-kimdir---video-22925

Ukrayna Gümrüdəki Rusiya bazasını vura bilər



Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Ukrayna-Rusiya müharibəsi fonunda mümkün hərbi hədəf kimi gündəmə gəlib.

Müzakirələrin əsasını bazanın Rusiya hərbi qüvvələrinin regiondakı fəaliyyəti baxımından mühüm obyekt olması və Moskvanın Cənubi Qafqazdakı hərbi imkanlarının bir hissəsini təşkil etməsi ilə bağlı fikirlər təşkil edir.

İddialara görə, əgər bazanın Rusiya ordusunun Ukraynaya qarşı hərbi əməliyyatlarına birbaşa və ya dolayı şəkildə logistika, təchizat və digər hərbi imkanlarla dəstək verdiyi müəyyənləşərsə, Kiyev tərəfindən onun hərbi əhəmiyyət daşıyan obyekt kimi qiymətləndirilməsi mümkündür. Bu isə gələcəkdə bazanın mümkün hədəflər sırasında nəzərdən keçirilməsi ilə bağlı suallar yaradır.

Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsi ehtimalı Cənubi Qafqaz üçün də yeni təhlükəsizlik ssenarilərini gündəmə gətirir. Xüsusilə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu fonunda Gümrüdə yerləşən baza Moskvanın regiondakı əsas hərbi dayaqlarından biri hesab olunur.

102-ci Rusiya hərbi bazası Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşir. Bazanın tərkibində hərbi aviasiya və digər hərbi birləşmələr mövcuddur. Bu səbəbdən obyekt yalnız Ermənistan-Rusiya münasibətləri baxımından deyil, ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik sistemi baxımından strateji əhəmiyyət daşıyır.

Ukraynanın müharibə dövründə Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələrdən istifadə etməsi isə bu məsələyə əlavə diqqət yaradır. Əgər gələcəkdə Rusiyanın Ermənistandakı hərbi obyektlərindən Ukraynaya qarşı əməliyyatlarda istifadə edildiyinə dair konkret sübutlar ortaya çıxarsa, həmin obyektlərin Kiyev tərəfindən necə qiymətləndiriləcəyi ayrıca müzakirə mövzusuna çevrilə bilər.

Xəbər lenti

Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23