Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ


Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.


Lent.az xəbər verir ki, “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur.


Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.


Nərimanov rayon Məhkəməsində hakimT. Musayevin sədrliyi ilə keçirilən prosesdə A. Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib.

Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“


Respublika Seysmoloji Xidmət Mərkəzində dövlət vəsaitləri havata sovrulur. Məlumata görə Mərkəzin satınalmaları və ştat cədvəlində qeyri-şəffaflıq var.
Sosial şəbəkələrəd yayılan məlumatlar barədə araşdırma apardıq.
Azfakt.com saytının araşdırması zamanı məlum oldu ki, Seysmoloji Xİdmət cari ilin may yayının 18-də "odun yanacağının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 17.292 manat smetası olan satınalmanı fiziki şəxs Əliyev Çingiz Minacəddin oğlu udub.

Satınalma predmetinə görə qalib elan edilən Əliyev Çingiz Seymoloji Xidmətə 132 kub odun ilə təmin etməlidir. Satınalmanın keçirildiyi tarixə nəzər yetirdikdə 132 kub odunun (təxminən 15 kamaz) hansı mənbədən əldə edilməsi ciddi suallar yaradır.
Digər sual doğuran məqamlardan biri isə may ayında - təxminən yay fəsilinə bir ay qalmış Seysmoloji Xidmətin bu qədər odunu hansı məqsədlə almasıdır.
Sosial şəbəkələrəd yayılan məlumatlara görə Seysmoloji Xidmət satınalmalardan əlavə olaraq digər sahədə də ciddi qeyri-şəffaflığa, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə yol verir.
Məsələn, Xidmətin tabeliyində fəaliyyət gösətərən regoinlarda olan seysmoloji idarələrin ştatları yerli rəhbərlik tərəfindən demək olar ki, zəbt olunub. Burada çalışan işçilər idarə müdirlərinin ailə üzvləri, yaxın qohumudurlar.
Buna misal olaraq qərb, şimal və aran rayonlarında olan seysmoloji idarələri göstərmək olar. Burada çalışan işçilərin (təmizlikçi, qaravulçu) böyük əksəriyyəti yerli idarə müdirlərinin ailə üzvləri və yaxud yaxın qohumudurlar. İddialarda daha ilginc məqamlar da var. Belə ki, bu idarələrə dövlət tərəfindən verilən məişət avadanlıqlarının, mal-materialların düzgün sərf edilmədiyi, yerli rəhbərlik tərəfindən satındığı və ya da mənimsənilib.
Əlbəttə ki, daha bir məqam Seysmoloji Xidmətin bəzi idarələrinə verilən xidməti avtomobillərin də daha çox şəxsi məqsədlər üçün istifadə edilməsidir. Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənə bilmədik.
Araşdırmalarımız davam edəcək.
Aidiyyatı qurumlar mövqe bildirə bilərlər.

Azfakt.com

“Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…


Notarius dediyimiz yer dövlətin möhürünün, qanunun və ədalətin təsdiqləndiyi məkandır. İnsanlar ora gəlir ki, mülkü, haqqı, halallığı sənədləşdirilsin. Amma deyəsən, Nərimanov rayonundakı 21 saylı xüsusi notariat ofisində “xüsusi” sözü xalis mənasında işlədilir – burada qanunlar da, hesablamalar da, hətta riyaziyyatın fundamental qaydaları da şəxsi strategiyaya uyğunlaşdırılır.
​Redaksiyamıza daxil olan məlumatlar, yumşaq desək, fəaliyyətində uzun illərin təcrübəsi olan notarius Daxil Kərimovun sənədləşmə “möcüzələrinə” işıq tutur. Vaxtilə Şirvanda fəaliyyət göstərib, indi isə paytaxtın mərkəzində “ədalət tərəzisi” tutan cənab Kərimovun ofisində baş verənlər, görünür, sıradan bir hüquqi prosedur yox, əsl illüziya sənətidir.
​Gələk məsələnin məğzinə. Deyilənə görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, təxminən 100 kvadratmetrlik bir obyekti satmaq istəyiblər. Obyektin real bazar dəyəri az-çox məlumdur – təxminən 1,5 milyon manat. Amma sənədə gələndə məlum olur ki, bu milyonluq mülkün qiyməti birdən-birə “sehirli çubuq” toxunmuş kimi dəfələrlə aşağı düşüb. Təbiidir ki, ilk mərhələdə belə kəskin fərq sənədləşməyə mane olub. Lakin məsələ günlərlə müzakirə edildikdən sonra 21 saylı notariatın qapıları açılır və Daxil müəllimin “müdrik” qərarı ilə milyonluq əmlak xırda qəpik-quruş qiymətinə rəsmiləşdirilir.
​İndi adam istər-istəməz soruşur: Milyon yarım harada, sənəddəki “su qiyməti” harada? Ortadakı bu nəhəng fərqin fəsadı nədir? Əlbəttə ki, dövlət büdcəsinə ödənilməli olan vergilər və rüsumlar! Dövlətin cibindən kəsib, kimlərinsə cibinə qoyulan bu fərq hansı “xüsusi” notariat qaydasına əsaslanır?
​Amma “fantaziya” bununla da bitmir. İddialara görə, Daxil Kərimov təkcə əmlak qiymətlərini “kiçiltməkdə” yox, maliyyə idarəçiliyində də bənzərsiz model kəşf edib. Nərimanov rayonu, Təbriz küçəsi 227D ünvanında yerləşən notariat binasının şəxsən özünün olduğu və yaxın qohumunun adına rəsmiləşdirdiyi, notariusun isə hər ay oranı güya icarəyə götürdüyü, bununla da pulu sağ cibindən çıxarıb sol cibinə qoyduğu bildirilir. Belə çıxır ki, sağ olsun, maliyyə dövriyyəsini ailə daxilində saxlamağı bacarır.
Bu məsələnin bir də görünməyən, daha doğrusu, “sənəddə görünməyən” qəhrəmanları var – ofisdə çalışan işçilər. Məlumata görə, bu notariatda çalışanların əksəriyyəti ilə rəsmi əmək müqaviləsi bağlanmayıb. Əmək Məcəlləsi? Yox, eşitməyiblər. İşçinin sosial hüququ, gələcək təminatı? Yəqin ki, Daxil müəllim üçün bunlar ikinci dərəcəli detallardır. Başlıcası, dövlətə ödəniləcək sosial sığorta və vergilərdən daha bir “qənaət” olunsun.
​Bütün bu baş verənlər sadəcə iddia və ya məlumat deyil, dövlətin vergi sisteminə, qanunvericiliyinə və vətəndaşın etibarına qarşı atılan addımlardır.
Qeyd: Məsələ ilə bağlı əvvəlcə Daxil Kərimovun özünə rəsmi sorğu göndərsək də, cavabsız qaldı.
​P.S. Biz “Faktum.az” olaraq sadəcə müşahidəçi mövqeyində qalmırıq. Sözügedən faktlarla bağlı aidiyyəti üzrə rəsmi sorğu ünvanlamışıq. Cavabları və araşdırmanın nəticələrini diqqətdə saxlayacağıq.

Faktum.az

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu təltif Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görədir.

MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR


Bu fani dünyanın beş günlük olması haqqında ədəbiyyatımızda kifayət qədər bədii nümunələr olsa da MÜTDA-nın direktor müavini Arslan Hacıyevin beş günlük “xəlifəliyi” barədə yazmaq səadəti deyəsən bizə nəsib olub. Bir vaxtlar “Azərşəkər” şirkətində satış meneceri olan, şirin-şəkər nemətləri satmaqla məşğul olan Arslan müəllim indi təhsil işçilərinin həyatını zəhərə döndərməklə məşğuldur. Pedaqogikanın “P”sindən xəbəri olmayan, Qazax-Tovuz Regional Təhsil İdarəsində müdir olduğu dövrdə bu qədim diyarın təhsil sistemini acınacaqlı duruma salan, bu xidmətlərinə görə də MÜDTA-ya əvvəl şöbə müdiri, daha sonra müdir müavini gətirilən cənab Hacıyev bu günlər beş günlük dünyanın beş günlük ləzzətini çıxarır. Çıxarır deyəndəki Eşqi Bağırovun məzuniyyətə çıxması onun işinə əməlli başlı yarayıb. Hal hazırda onu beş günlük əvəz edən Arslan müəllim deyir ki, bir halda ki, bu dünyanın sonu puçdu, Güləndam, nədən ələ düşən fürsəti dəyərləndirməyəsən ? Beş günlük hakimiyyəti dönəmində özünü Arslan şah sayağı aparan yoldaş Hacıyev direktorlara, nəzarətində olan digər əməkdaşlara qan uddurmaqla məşğuldur. Deyilənlərə görə təzə xəlifə deyib ki, mənə beyət etməyən direktorların, baxça nüdurlərinin hamısını işdən qovacağam. Binəva direktorlar da yeni dərs ilinin nübarını eləməmiş keçən ildən qalanlarla xəlifə həzrətlərinin hüzuruna yollanırlar. “Sevgimiz elə bu qədərmiş?” mahnısının həzin sədaları altında “dabro” alan direktorlar həyacanla xilafətin süqutunu gözləyirlər.
Bir də deyirlər ki, bu beş günlük xilafətdə xəlifənin qədim dostu Anar Qədimalıyev əsas simalardan biridir. “Baş kəsib qan tökməkdə” vaxtilə Gəncəbasar zonasında ad çıxarmış, indi isə paytaxt təhsilini ağlar günə qoyan Qədimalıyev cənabları direktorların “beş günlük xəlifədən” yarlıq alma mərasimlərində mühüm rol oynayır. İxtisasca aqronom olduğu bildirilən Qədimalıyevin təhsil sisteminə münasibəti də aqrar düşüncədən uzağa getmir. Paytaxtın təhsil ocaqlarını aqroparklar kimi təsəvvür eləyən Anar müəllim məktəblərin idman zallarını böyük məbləğlər hesabına müqavilələrlə icarəyə verməklə məşğuldur. Bu yolla direktorları tamailə asılı vəziyyətə salan, müqavilədə bir şey, realda isə başqa şey göstərməklə onları çətin duruma salan Arslan-Anar tandemi paytaxtın təhsil sistemini çökdürməklə məşğuldurlar.
Qısa müddətə MÜTDA-da xaos yaradan,”töyücü-naloq dinməver” prinsipi ilə direktorlara divan tutan aqronomla satış menecerinin “xilafəti” cəmisi beşcə gün sürsə də əməlləri dillərə dastan olacaqdır. Görün bizim təhsil sisteminin taleyini kimlər həll edir ? Beş günə bu boyda həngamə çıxaran Hacıyevlə Qədimalıyev indi gör uzun müddətə nələr eləyərdilər. Adamın belə yerdə beş günlük dünyanın faniliyinə, atalarımızın da ruhuna rəhmət oxumaqdan başqa çarəsi qalmır !
Nicat Mahmudov

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?


Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda məhkəmə prosesləri keçirilən Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanda böyük narazılıq yaradıb.

Nocomment.az-ın verdiyi məlumata görə, bu barədə Musavat.com-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbə bildirir ki, “Boz Kardinal”ın əmisi nəvəsi Vüsal adlı şəxs Xırdalan şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən zavodu sökdürür. Bu da ciddi etirazlarla qarşılanır.

Mənbə böyük zavodun Xırdalandan şəhər mərkəzinə doğru hərəkət edərkən yolun sol tərəfində yerləşdiyini bildirir. Onun iddiasına görə, ərazidə aparılan söküntü ilə bağlı ictimaiyyətə hər hansı sənəd və ya tikinti layihəsi təqdim edilməyib. Məhz bu səbəbdən həm də ərazidə yaşayan və fəaliyyət göstərən şəxslər arasında ciddi narazılıq yaranıb.
Sayta verilən digər məlumat isə bundan ibarətdir ki, sözügedən ərazidə gələcəkdə çoxmərtəbəli yaşayış binaları inşa olunacaq.

Mənbə Vüsal barədə daha bir məlumat verib. Onun Bakı şəhərində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Buxur Lounge” restoranının sahibi olduğunu da deyir. Sayt kiçik bir araşdırma aparıb. Açıq mənbələrdə “Buxur Lounge” restoranının İzzəddin Həsənoğlu küçəsi 14 ünvanında yerləşdiyi təsdiqlənir.

Hazırda əsas sual Xırdalanın mərkəzinə yaxın ərazidə yerləşən bu sənaye sahəsinin hansı hüquqi əsasla sökülməsi və həmin ərazinin gələcək taleyinin necə müəyyənləşdirilməsidir. Əgər ərazidə yeni çoxmərtəbəli binaların inşası planlaşdırılırsa, bunun üçün müvafiq şəhərsalma və tikinti sənədlərinin olub-olmaması da ictimaiyyət üçün açıq olmalıdır.

“Olimp Hospital”da əməliyyatdan sonra öldü


Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən “Olimp Hospital”da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.


Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub.


Xəstəxanada onun səhhətinin normallaşdığı bildirilərək evə buraxılıb. Şəmkirə gedən 44 yaşlı şəxs orada özünü pis hiss edib və yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin az sonra vəfat edib. Sayt məsələ ilə bağlı “Olimp Hospital”ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlasa da, heç bir cavab verilməyib.


TƏBİB-dən bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-u saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub: “Ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-u saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb”.


İqtisadiyyat.az

İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Carçıyev vəzifəsindən azad olunub.

Bizimesr.info bildirir ki, Şaban Carçıyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib. Bununla da peşə təhsilində İlqar Bayramlının diqqət çəkən "kadr dəyişikliyi" baş verib.

Belə ki, bir müddət əvvəl Şaban Carçıyevin müavini olmuş Xəyalə Məmmədova vəzifəsindən uzaqlaşdırılaraq Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin edilmişdi. İndi isə həmin Mərkəzə Şaban Carçıyevin direktor təyin olunması diqqətdən yayınmır.

Qeyd edək ki, Şaban Carçıyevin adı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki fəaliyyəti ilə bağlı müxtəlif iddialarda hallanıb. Mərkəzin ərazisində və məktəbin bazasına aid avadanlıqlardan avtotəmir sexi kişi şəxsi məqsədlər və qazanc üçün istifadə edildiyi ilə bağlı məlumatlar var idi.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsi bir müddətdir vakant idi. Belə ki, əvvəl həmin mərkəzin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilən Səbinə Rzayevaya daha sonra direktor vəzifəsinin icrası həvalə olunmuşdu. 28 iyul 2026-cı il tarixində isə o, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib.

Nəticədə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor postu boş qalmışdı. Hazırda həmin vəzifəyə Şaban Carçıyev təyin edilib. Beləliklə, son kadr dəyişiklikləri fonunda eyni şəxslərin müxtəlif peşə təhsili mərkəzlərində vəzifələrə gətirilməsi "kadr islahatları" adlandırılır.

Beləliklə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yeni direktoru kimdir?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu posta kimi və hansı əsaslarla direktor təyin edib?
Bu barədə ətraflı məlumat verəcəyik. Hələlik təyinat gizli saxlanılır... amma...

Qeyd edək ki, Peşə Təhsili Mərkəzlərinə direktor təyinatları həm də elm və təhsil nazirinin müavini İdris İsyavelə razılaşdırılır. İdris İsayev peşə təhsili sahəsini kurasiya edir. Bu təyinatlar göstərir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr təkliflərini verən şəxslər İlqar Bayramlı kimi, İdris İsayevi də aldadır...

Daha ətraflı...

Bizimesr.info

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə:

"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".

İlham Əliyev vurğulayıb ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O bildirib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.

"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib.

“İrşad”dan şikayətlər bitmir – Foto


“İrşad”dan alınan telefon cəmi 10 ay işləyib.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında şikayətçi Orxan Xəlilov yazıb. O bildirib ki, xarab telefonu indi də servisdən ala bilmir:

“”İrşad” şirketindən şikayətim var. 1500 manatlıq Xioami markalı telefon almışam.

İstifadənin 10-cu ayında telefon işlədiyi yerdə qəfildən söndü və bir daha açılmadı.

100 faiz zavod defektidir. Ya təmir etməlidirlər, ya da yenisini verməlidirlər.

Apardim 11 sentyabrda Xe
Xətai metrosunun arxasındakı rəsmi mağaza və servislerinə. Qəbul etdilər telefonu və dedilər 14 gün ərzində baxılacaq.

Artiq 21 gün keçib. Dəfələrlə zəng edirəm, deyirler ki, Xioaminin rəsmi servisindədir, məlumatımız yoxdur.

Bütün operatorlar yalandan qeydə alır müraciəti, amma elaqə saxlayan yoxdur.

Bir sözlə, yola verirlər, müştərini veclərinə almırlar. Derdimizi kime deyek???”.

Problemlə bağlı “İrşad Telekom”la əlaqə yaratmağa çalışdıq. Cəhdlərimiz baş tutmadı.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56