Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq


Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğulayıb, ölkələrin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd edib.

Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlət başçısı Berlində imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğulayıb, bunun münasibətləri keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir.

Dövlət başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd edib. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunulub.

"Vitrano MKR"ın 35 minlik vergi borcu var


"Vitrano MKR" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində hüquqi ünvana malik olan şirkətin hazırda büdcəyə 35.732,87 AZN borcu mövcuddur.

Cəmi 20 manat nizamnamə kapitalı olan bir şirkətin qanuni təmsilçisi Cəfər Miriyevidir.

Paşinyan Simonyana toy hədiyyəsi kimi vəzifə verir?


Ermənistan Baş naziri Nikol Paşinyan iyunda baş tutan seçkilərdən sonra vəzifədən kənarda qalan parlamentin spikeri Alen Simonyanı yeni posta təyin etmək niyyətindədir.

Bu barədə məlumatı “MakaryanNews” onlayn resursu yayıb.

Bildirilib ki, Paşinyan Simonyan üçün Təhlükəsizlik Şurasının katibi postunu nəzərdə tutub:

“Paşinyan Alen Simonyana əvvəlki statusuna uyğun gələn vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu posta – Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edəcək”.

Məlumata görə, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.

Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. O, 8 ildir bu vəzifədədir.

“Qafqazinfo”

Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)


Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Ərazidə apardığımız çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyini müşahidə etdik.

Xəzər TV bildirir ki, skinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.

İddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi olan Kamil Güləliyevi də tapdıq.

O, bildirdi ki, adıgedən ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

VİDEO LİNKDƏ: https://aktualinfo.net/2026/08/13/qubanin-q%c9%99cr%c9%99s-k%c9%99ndind%c9%99-mes%c9%99lik-%c9%99razid%c9%99-agaclarin-kutl%c9%99vi-k%c9%99sildiyi-iddia-olunur-video/

Putin Kuril adalarına getdi - Yaponiyadan etiraz


Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib.

Səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.

Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb.

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.

“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı özünün “şimal əraziləri” adlandırır.

Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi – ARAŞDIRMA


Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi həyata keçirilib.

Uzun müddət qurumda kök salmış Saleh Məmmədov işdən çıxarılaraq, Vüsal Nəsirli ilə əvəzlənib. Bu təyinatdan sonra belə bir rəy yaranmışdı ki, Nəsirli qurumda illərdir yığılıb qalmış problemləri həll etməyə çalışacaq. Çünki Saleh Məmmədov öz adamlarını Agentliyin ən kiçik postlarından tutmuş, ən yüksəyinə qədər hər yerə yerləşdirmişdi. Hətta iş o yerə çatmışdı ki, AAYDA-nın tabeliyində olan Yol İstismarı İdarələrinin rəhbərləri ya vergi borcuna görə, ya da törətdikləri qanunsuz əməllərə görə, ölkədən çıxışlarına yasaq qoyulmuşdu.

Qeyd edək ki, Məmmədovun kadrları gündəmə təkcə bu mövzularla deyil, həmçinin vəzifəli şəxslərin övladlarına bahalı toyları, həmçinin bahalı maşın kolleksiyaları ilə də gəlmişdilər. Mediada yayılan xəbərlərdən də aydın olurdu ki, Agentlikdə çalışan vəzifəlilərin işi heç də tutduqları vəzifənin haqqını vermək yox, sakit şəkidlə büdcədən ayrılan vəsaitləri talamaq olub. Çünki başqa şəkildə belə bahalı toy etmək və ya maşın kolleksiyasına sahib olmaq mümkün deyildi.

Tribuna.az bildirir ki, Saleh Məmmədovun işdən çıxarılmasının əsas səbəblərindən biri Maliyyə Nazirliyinin keçirdiyi yoxlama olub. Həmin yoxlamalar zamanı milyonlarla manatın talan edildiyi və mənimsənildiyi üzə çıxmışdı. Bu, təkcə AAYDA-nın rəhbərliyində təmsil olunanlara deyil, elə yerli Yol İstismarı İdarələrinin rəhbərlərinə də şamil edilmişdi. Qeyri-rəsmi məlumatlarda iddia olunurdu ki, təkcə, Saleh Məmmədovun 700 milyon manat büdcə vəsaitini mənimsədiyi yoxlamalar zamanı üzə çıxıb.

Qayıdaq, Vüsal Nəsirlinin kadr siyasətinə. İlk gün Nəsirli rəhbəri olduğu qurumda optimallaşdırma aparacağını vəd etdi. Belə ki, o, yerli yol istismarı idarələrini birləşdirərək, onları regional idarələr şəklinə saldı. Bundan başqa, Bakı şəhəri üzrə 20-yə yaxın MMC-ni ləğv edərək, onları 5 idarənin tabeliyinə verdi. Bura qədər təbii ki, qulağa xoş gəlir. Lakin sonradan atılan addımlar göstərdi ki, ortada optimallaşdırmadan yox, başqa mətləblərdən söhbət gedir.

Tribuna.az-ın apardığı araşdırma zamanı məlum olub ki, AAYDA-nın təkcə Bakı üzər həyata keçirdiyi birləşdirmədən sonra Araz Bəndəliyev, Fazil Musayev, Vüqar Nuriyev və Zaur Həsənov vəzifə başına keçirilib. Bəs, bu adamlar kimlərdir?

İşin maraqlı tərəfi odur ki, AAYDA-da Maliyyə Nazirliyi yoxlama apardığı zaman bu adamlar vəzifəyə təyinat alıblar. Halbuki onların bir çox evlərində oturub, həbslərini gözləyirmişlər. Çünki yoxlamalarda bu adamların da ciddi şəkildə adları keçirmiş. İkinci maraqlı məqam odur ki, adı yoxlamalardakı əyintilərdə keçənlərdən biri Kamran Əzizov olub.

Məlumata görə, AYYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi olan Əzizov yoxlamalar gedən zaman gözlənilmədən Vüsal Nəsirlinin müavini təyin edilib. Elə bununla da köhnə kadrların tale üzünə gülməyə başlayıb. Çünki cənab Əzizov köhnə dostlarının təqdimatını Nəsirliyə verməklə, onları bəlalardan hifz etməyə nail olub.

Məsələnin üçüncü qəribə tərəfi isə odur ki, Kamran Əzizov 2.5 milyon manat vergi borcu olan və ölkədən çıxışına qadağa qoyulmuş şəxsə vəzifə verib. Hərçənd bu adamın vəzifə başında qalması belə mümkün olmamalıydı. Və o, gedib lazım olan qurumun qarşısında cavab verməliydi.

Görünən və bilinən odur ki, Vüsal Nəsirli də Saleh Məmmədovun yolunu getmək qərarı verib. Əks halda, Saleh Məmmədovun kadrlarını başa çəkib, köhnə qaydaların qalmasına razı olmazdı.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.media

"Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO


"Ferrum Kapital”ın əməkdaşı Vətən müharibəsi iştirakçısına telefon zəngi edərək onu təhqir edib.

Bu barədə Komersant.az-a İsa Cəfərov məlumat verib.

Vətəndaş iddia edir ki, sözügedən BOKT-nin əməkdaşı ona dəfələrlə zəng edərək ağır söyüşlərlə təhqir edib. "Mənim "Ferrum Kapital”a borcum yoxdur, zəng edən şəxsi də tanımıram. Mənə zəng edən şəxsə dəfələrlə "Səhv düşmüsünüz” desəm də, BOKT-nin əməkdaşı inanmayıb və yenidən zənglər etməyə davam edib. Aramızda yaranan mübahisə zamanı özünü təqdim etməyən BOKT əməkdaşı mənim ailə üzvlərimi ağır söyüşlərlə təhqir etməyə başlayıb.

Məsələ ilə bağlı "Ferrum Kapital”a dəfələrlə zəng etdim. Özünü problemli şöbənin müdiri kimi təqdim edən Nail Talıbova məsələni danışdım. O da səs yazılarına qulaq asıb mənə geri zəng etdi. "Bağışlayın, üzrlü sayın. Əməkdaşımız səhv edib”, – deyə bildirdi. Əməkdaşının ad və soyadını təqdim etməkdən boyun qaçıran N. Talıbov məni ofislərinə dəvət etsə də, razılaşmadım”, – deyə İ. Cəfərov bildirib.

Qeyd edək ki, İsa Cəfərov Vətən müharibəsi iştirakçısıdır və 4 dəfə təltif olunub. O, Zəngilanın azad olunmasına görə Prezident İlham Əliyev, Vətən müharibəsində iştirakına görə isə Baş nazir Əli Əsədov tərəfindən təltif edilib.

Komersant.az

Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq


Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sakinlərin yerli infrastruktur və yollarla bağlı narazılığı artır

Sakinlərin sözlərinə görə, ərazidə yolların və infrastrukturun vəziyyəti uzun müddətdir onları ciddi narahat edir. Qəsəbədə problemlərin həlli istiqamətində kifayət qədər iş görülmür.
Sakinlərin iddiasına görə, ərazidə yeni binaların , şəxsi evcərin, obyektlərin tikintisi üçün torpaq sahələri ayrılır, lakin mövcud infrastrukturun vəziyyəti nəzərə alınmır. Narazı sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin və ərazidən deputat seçilən Qaya Məmmədovun problemlərlə ümumiyytətlə maraqlanmadığını iddia edirlər.

“Bütün sakinlər bezib. Nə yollar düzəldilir, nə də infrastruktur qaydaya salınır. Hər gün bir ərazi satılır, bina tikilir. Amma Yeni Günəşlinin mövcud problemləri ilə maraqlanan yoxdur”, – sakinlər bildiriblər.
Sakinlər yaranmış problemlərlə bağlı Prezident Administrasiyasına müraciət etməyi düşündüklərini də qeyd ediblər. Yeni Günəşli sakinləri aidiyyəti qurumlardan qəsəbədəki problemlərin həllinə diqqət yetirilməsini tələb edirlər.

Bizimesr.media

“Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO


Aytən Beybiyeva və Aynur Dəmirova adlı şəxslərin stomatoloji fəaliyyət göstərməsi və onların müvafiq tibbi təhsil sənədlərinin olub-olmaması ilə bağlı ciddi suallar ortaya çıxıb.

Məsələ daha çox "Laçın Dental Clinic” və "Dental Butik” adlı stomatoloji müəssisələrin fəaliyyəti fonunda diqqət çəkir. Əgər sözügedən şəxslərin həqiqətən stomatoloji fəaliyyət üçün tələb olunan diplom və peşəkar ixtisas sənədləri yoxdursa, bu, artıq sadəcə etik məsələ deyil, hüquqi və pasiyent təhlükəsizliyi baxımından araşdırılmalı ciddi məsələdir.

Xüsusilə stomatoloji müdaxilələrin insan sağlamlığı ilə birbaşa bağlı olduğu nəzərə alınaraq, aidiyyəti qurumların bu şəxslərin təhsil sənədlərini, peşə fəaliyyətinə hüquqi əsaslarını və adıçəkilən klinikaların fəaliyyətinin qanuniliyini yoxlaması vacibdir.

Hazırda əsas sual budur: Aytən Beybiyeva və Aynur Dəmirovanın stomatoloq kimi fəaliyyət göstərməsi üçün tələb olunan diplom və digər sənədləri varmı?

Əgər bu sənədlər mövcuddursa, onların hansı təhsil müəssisəsi tərəfindən verildiyi və peşə fəaliyyətinin hansı hüquqi əsasla həyata keçirildiyi ictimaiyyətə açıqlana bilər. Əks halda isə "Laçın Dental Clinic” və "Dental Butik”də stomatoloji fəaliyyətin necə təşkil edildiyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən ciddi araşdırma aparılmalıdır./bakutv

Qeyd: Sözügedən şəxslərin diplomunun olmadığı barədə məlumatı rəsmi təsdiq edən sənəd əldə edilmədiyi üçün bu məqam hazırda iddia və araşdırma predmeti kimi təqdim olunur.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/lacin-dental-clinic-ve-dental-butik-de-diplomsuz-heklimler-calisir---video-22908

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31