Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO


Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayı gözçarpacaq dərəcədə artmışdı. Belə ki, Nəsimi rayonunda qanunsuz tikililərin vüsət aldığı vaxt rayon icra başçısı vəzifəsinn boş qaldığı vaxtlara təsadüf edirdi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, təxminə iki ilə yaxın bir zamanda Nəsimi rayonunda icra başçısı vəzifəsi boş qaldı. Bunun ardınca prezidentin təyin etdiyi icra başçısı isə sahaibkarlardan pul tələb etdiyinə görə cəmi bir ay vəzifəsində qala bildi.

Daha sonra bu il fevral ayının 9-da Prezidentin sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Tahir Budaqov ictimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxs, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir. Buna görə, düşünmək olardı ki, onun icra başçılığı dönəmində Nəsimi rayonunda qanunsuz tikintilərə son qoyulacaq. Amma təəssüf ki, bu ümidlər doğrulmur.

T.Budaqovun rəhbər olduğu rayonda nəinki qanunsuz tikinti marafonu start götürüb, hətta bunun üçün kütləvi ağac kəsiminə belə göz yumulur. Nəsimi rayonu, Moskva prospekti, 20 yanvar metrosundan Şamaxinka adlanan məkana gedən yolun sağında bir gecədə 20-dək ağac kəsilib. Bununla bağlı, ərazidə yaşayan sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, ağacların kəsildiyi yerdə obyekt tikilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Nəsimi icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı iddia olunur.(Cumhuriyyet.az)

Qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntüləri təqdim edirik:

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb


Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.

Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir. Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.

Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb.

“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.

Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq.

Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.

İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım


Hər saniyənin bir insan ömrünə bərabər olduğu o dəhşətli məqamda qulağımız səsdə olur.

Küçədən gələn o kəskin, ümidverici siqnal səsini gözləyirik. Çünki o səs ölümün caynağından qoparılacaq bir canın, yenidən həyata dönəcək bir ananın, atanın, övladın xilası deməkdir. Amma Sumqayıtda bu səs getdikcə daha çox ümidsizliyin, çarəsizliyin və fəlakətin simvoluna çevrilir. Çünki şəhərin təcili tibbi yardım sistemi bu gün sözün əsl mənasında iflic durumdadır. İnsan həyatının üzərində oyun oynanılması, saniyələrin bürokratik laqeydliyə qurban verildiyi bir mənzərə ilə üz-üzəyik. Bu mənzərə sadəcə texniki bir nasazlıq deyil, bu, birbaşa insan faktoruna, vətəndaşın yaşamaq hüququna qarşı göstərilən ən böyük biganəlikdir.

Bu qızmar yay günlərində, temperaturun kölgədə belə dözülməz həddə çatdığı bir vaxtda Sumqayıt küçələrində hərəkət edən o ağ rəngli maşınlar əslində birər "təkərli cəhənnəm"ə çevrilib. Təsəvvür edin, insult keçirən, infarktın biraddımlığında olan və ya qızdırmadan qovrulan bir xəstəni çağırışa gələn, amma içində kondisioneri işləməyən, havasızlıqdan nəfəs almağın belə möcüzə olduğu bir avtomobilə mindirirlər. Ağır vəziyyətdə olan bir insanı xilas etməli olan tibbi nəqliyyat, onu xəstəxanaya çatdırmamış vəziyyətini daha da pisləşdirir. Yay fəslinin bu amansız istisində kondisionersiz işləyən təcili yardım maşını tibbi xidmət yox, işgəncə alətidir. Bu rəzalətin baiskarları heç bir anlıq öz doğmalarını o bürkülü, havasız dəmir qutuların içində təsəvvür edirlərmi?

Məsələ təkcə kondisionerin işləməməsi ilə də bitmir; problem kökündən çürüyüb. Təcili yardımın avtomobil parkı yararsız, texniki baxımdan tamamilə bərbad vəziyyətdədir. Şəhərin bir ucundan digər ucuna can qurtarmağa tələsməli olan maşınlar hər an yolda qala biləcək qədər köhnə və baxımsızdır. Və ən dəhşətlisi, ən rüsvayçı məqam bilirsiniz nədir? Bu texniki nasazlıqların, təmir xərclərinin dövlət büdcəsindən, aidiyyəti qurumların ayırdığı vəsaitlərdən deyil, gecə-gündüz sükan arxasında can qoyan sürücülərin öz cibləri hesabına ödənilməsidir. Sürücü dövlətin maşınını işlətmək, çağırışa vaxtında çatmaq üçün öz evinin ruzisini, uşağının boğazından kəsdiyi pulu o nasaz avtomobillərin təmirinə xərcləməlidir. Bu hansı sistemin, hansı idarəetmənin məntiqidir? Təminatın sıfır dərəcəyə endiyi, məsuliyyətin isə tamamilə fəhlənin, sürücünün çiyninə yıxıldığı bir yerdə hansı keyfiyyətli tibbi yardımdan danışmaq olar? Sürücü maşının xarab olan hissəsini haradan və necə düzəldəcəyini düşünməlidir, yoxsa xəstəni vaxtında çatdırmağı? Bu, açıq-aşkar sistem daxili bir talançılığın və ya dözülməz bir bacarıqsızlığın göstəricisidir.

İndi haqlı bir sual ortaya çıxır: Bu sahəyə cavabdeh olanlar, bu sistemin başında oturanlar hara baxır? Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov hara baxır? Bu qədər şikayətin, bu qədər fəryadın müqabilində susmaq, heç bir tədbir görməmək nə deməkdir? Rəhbərlik etdiyiniz sahədə sürücülər öz cibinin vəsaiti ilə maşın təmir etdirirsə, xəstələr istidən boğulursa, çağırışlar saatlarla gecikirsə, siz o kürsüdə hansı haqla, hansı vicdanla əyləşirsiniz? İnsan faktoru olan, birbaşa canla, qanla işləyən bir sahəyə bu qədər soyuqqanlı, bu qədər biganə yanaşmaq sadəcə vəzifə səhlənkarlığı deyil, bu həm də mənəvi məsuliyyətsizlikdir. Hər bir gecikən çağırış, hər bir yolda qalan təcili yardım maşını itirilən bir şans, sönən bir həyat deməkdir. Sumqayıt kimi böyük və sənaye şəhərində səhiyyənin bu strateji qolunu bu günə salmaq, vətəndaşı taleyin ümidinə buraxmaq deməkdir.

Vətəndaşın vergisi ilə formalaşan büdcənin, səhiyyə islahatlarının, icbari tibbi sığortanın pafoslu hesabatlarının fonunda Sumqayıt təcili yardımının bu acınacaqlı vəziyyəti acı bir reallıq kimi üzümüzə çırpılır. Kağız üzərində hər şey gözəl, hesabatlarda rəqəmlər heyranedici ola bilər, amma reallıq Sumqayıtın küçələrində yolda qalan, kondisioneri işləməyən, sürücüsünün dilənçi kökündə təmir etdirdiyi o ağ rəngli maşınlardadır. Bu biganəliyə artıq son qoyulmalıdır. Səhiyyə rəhbərliyi və şəxsən Elnur Azadxanov bu rüsvayçılığa aydınlıq gətirməli, sürücülərin haqlı narazılığı, maşınların texniki durumu və ən əsası xəstələrin can təhlükəsizliyi təcili olaraq həllini tapmalıdır. Çünki heç kimin laqeydliyi, heç bir məmurun biganəliyi bir insanın həyatından daha dəyərli deyil və ola da bilməz.

Əli Səfərli,

NOCOMMENT.az

Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!


"Özüm həkim olduğum üçün dövlətin tibbi sığortasından heç vaxt nə özüm nə ailə üzvlərim üçün indiyədək istifadə etməmişdim. Amma, gün gəldi o bəla xətləlik bizim evdə də peyda oldu. (
Yenə də sığortasız ölkənin ən bahalı və ən qalmaqallı özəl xəstəxanasına müraciət etdik, o sahə üzrə ən tanınmış uzman həkimə görə! İlk əməliyyatın xərcini çəkə bildik, ikinci əməliyyat 13-15 min manat dəyərində olduğu üçün dövlət xəstəxanasına üz tutmalı olduq, 3-4 dəfə ucuz xərclə əməliyyatı həll etdik. Əlbəttə burda əlin cibində olmasa gülər üzlü personal görməzsən!
Kino burdan sonra başlayır, üz tutursan tibbi sığorta ilə müayinələrdən keçməyə!
Mərkəzi neftçilər xəstəxanasında filan müayinəyə yanvar ayına qədər növbədir, KT müayinəsi 100 manatlıq işi 18 manata görür amma müayinənin diskini vermir, deyir “arxada Kamil marketdən disk al gətir” )) 1 manatlıq diskə görə 2-3 gün get-gələ düşürsən.
Nizami tibb mərkəzində “ müayinəni Almaniyadakı həkimə göndəririk, cavabı o yazır” deyəndə sevinirsən, amma cavabı götürəndə məlum olur ki, orqanların bəzisinə baxmayıb, hətta əməliyyatla çıxarılan orqanı da “görüb”, “ divarları qalınlaşmayıb “ yazıb. Soruşanda da cavab olur ki “ sistem xətasıdır” . Əlbəttə kompyuter sisteminin yox, siyasi sistemin xətasıdır!
Poliklinikada isə məlum olur ki, həkim heç bir sənədi elektron sistemdə görə bilmir, qayıdırsan başdan ayağa keçdiyin bütün müayinələrin kağızlarını toplayıb poliklinikaya daşımağa. Hətta dünən MRT-dən keçdiyin orqanın bu gün də KT dən keçməli olduğunu deyirlər!
Mən həkim olduğum üçün bu labirintlərdən, tələlərdən birtəhər keçə bilirəm. İndi həkim olmayanların zülmündən, yolaverdi və yarımçıq müalicəsindən kim yazsın?"
Elnur Yusubov.

Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...


Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevə və Elm və Təhsil Naziri Emin Əmrullayevə ünvanlandığı bildirilən müraciətdə ali təhsil müəssisəsində baş verdiyi iddia olunan qanunsuzluqlar, maliyyə pozuntuları və kadr siyasəti ilə bağlı narahatlıqlar ifadə olunub.
Müraciət müəllifləri universitetdə idarəetmə, qəbul planlarının müəyyənləşdirilməsi, kadr təyinatları və maliyyə məsələləri ilə bağlı bir sıra ciddi iddialar irəli sürərək, aidiyyəti dövlət qurumlarından obyektiv araşdırma aparılmasını xahiş ediblər.
Müraciətdə iddia olunur ki, qəbul planlarının hazırlanması və dəyişdirilməsi zamanı şəffaflıq təmin edilməyib, bəzi ixtisaslar üzrə planlar obyektiv meyarlara deyil, ayrı-ayrı şəxslərin maraqlarına uyğun artırılıb. Həmçinin bəzi fakültə rəhbərlərinin tutduqları vəzifələrə uyğun ixtisasa malik olmadıqları, akkreditasiya zamanı iradlara baxmayaraq vəzifələrində saxlanıldıqları qeyd edilir.
Müraciətdə universitet rəhbərliyinin kadr siyasəti ilə bağlı da narazılıqlar ifadə olunub. Müəlliflərin sözlərinə görə, rəhbər vəzifələrə təyinatlar qanunvericiliyin tələblərinə uyğun aparılmayıb və bəzi təyinatlar mübahisə doğurur.
Professor-müəllim heyəti maliyyə məsələlərinə də toxunaraq bildirir ki, müəllimlər uzun müddətdir əməkhaqlarının artırılmamasından, məzuniyyət ödənişlərinin gecikdirilməsindən və stimullaşdırıcı əlavələrin qeyri-bərabər bölüşdürülməsindən narazıdırlar. Müraciətdə universitetin maliyyə fəaliyyətinin hərtərəfli audit olunması və dövlət vəsaitlərinin istifadəsinin qanunauyğunluğunun yoxlanılması xahiş edilir.
Müraciət müəllifləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Regional Kollecdə də korrupsiya xarakterli pozuntuların olduğu barədə iddialar səsləndirərək, bu məsələlərin də araşdırılmasının vacibliyini vurğulayırlar.
Sənədin sonunda professor-müəllim heyəti Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyindən müraciətdə göstərilən bütün iddiaların obyektiv, hərtərəfli və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasını, qanun pozuntuları təsdiqini tapacağı halda məsul şəxslər barəsində müvafiq tədbirlərin görülməsini xahiş edir.
Qeyd: Bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş müraciətdə əks olunan iddialara əsaslanır. Həmin iddiaların doğruluğu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Mövzu ilə bağlı adı çəkilən şəxslərin və Gəncə Dövlət Universitetinin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.com

Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR


SOCAR-ın Abşeronneft Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sahəsinin rəisi Gözəlov Xanhüseyn Tahir oğlu şirkətin prezidenti Rövşən Nəcəfə müraciət edib.

Bizimesr.com bildirir ki, müraciətdə SOCAR-a məxsus dəniz özüllərinin və boru xətlərinin qanunsuz şəkildə sökülərək satıldığı, bu proses zamanı Xəzər dənizinin ekoloji vəziyyətinə zərər vurulduğu deyilir.

“Azneft” İstehsalat Birliyi və Abşeronneft NQÇİ-də bəzi vəzifəli şəxslər tərəfindən dövlətə məxsus avadanlıqların, o cümlədən dəniz özülləri və boruların təhlükəli şəraitdə kəsilərək çıxarıldığını müşahidə edib.

Sökülmə işləri zamanı ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə əməl olunmur və bu hallar Xəzər dənizinin çirklənməsinə səbəb olur. O, Dübəndi və Şüvəlan sahillərində qeydə alınan neft ləkələrinin də bu proseslərlə bağlı ola biləcəyini qeyd edib.

“250 saylı Stasionar Dəniz Özülü sökülüb”

250 saylı Stasionar Dəniz Özülünün sökülməsi və 11 saylı estakadada yerləşən 8 düymlük istismara yararlı neft xəttinin kəsilməsi ilə bağlı videogörüntülər mövcuddur. Onun sözlərinə görə, 250 saylı SDÖ-nün sökülməsi 2026-cı ilin yanvar-fevral aylarında, boru xətlərinin sökülməsi isə iyul ayında həyata keçirilib. İstismara yararlı olan dövlətə məxsus boruların sənədləşmə və icazə məsələləri araşdırılmadan kəsilərək ərazidən çıxarılması ilə bağlı tədbir görülməlidir.

“Müraciətlərimdən sonra mənə töhmət verildi”

Xanhüseyn Gözəlov həmçinin SOCAR rəhbərliyinə və digər dövlət qurumlarına idarədə qohumbazlıq, korrupsiya və digər pozuntularla bağlı məlumat verdiyini bildirib. O iddia edir ki, müraciətlərindən sonra ona qarşı təzyiqlər başlayıb və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Müraciətdə qeyd olunur ki, idarə rəhbərliyinə yaxın bir əməkdaş tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

“Araşdırılmadan bağlanır”

Gözəlov SOCAR rəhbərliyinə ünvanladığı müraciətdə bildirib ki, idarədə mövcud olduğunu iddia etdiyi problemlərlə bağlı dəfələrlə müraciət etsə də, nəticə əldə olunmayıb. O, bəzi müraciətlərin SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov tərəfindən araşdırılmadan bağlandığını iddia edib.

Sahə rəisi SOCAR rəhbərliyindən dövlət əmlakının qorunması, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, eləcə də müraciət etdiyi üçün ona qarşı göstərildiyini bildirdiyi təzyiqlərin araşdırılmasını xahiş edib.

Qeyd olunan faktlarla bağlı SOCAR rəhbərliyi narahat deyil.

Bizimesr.com

VİDEOLAR LİNKDƏ: https://www.bizimesr.com/az/post/rovsen-necef-socar-i-sokur---deniz-ozulleri-ve-neft-borulari-qanunsuz-sokulur----videolar-22750

Tovuz icra başçısı şəhid anasına "Biz sizə ev verən deyilik" cavabını verib - Şəhid anası müraciət etdi


Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid Sərxan Həsənovun anası yenidən müraciət edib.

Şəhid anası yayımladığı videomüraciətdə ailəsinin ağır şəraitdə yaşadığını bildirərək, ona mənzil verilməsini xahiş edib. O qeyd edib ki, dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etsə də, probleminin həlli ilə bağlı müsbət cavab ala bilməyib.

Şəhid anası deyib ki, Tovuz rayon icra başçısı Məmməd Məmmədov ilə görüş zamanı ona “Biz sizə ev verən deyilik, başqa yerə müraciət edin” cavabı verilib. O, ölkə rəhbərliyinə müraciət edərək, yaşadığı çətin şəraitin nəzərə alınmasını və ailəsinin normal yaşayış şəraiti ilə təmin olunmasını istəyib.

Qeyd edək ki, bu, şəhid Sərxan Həsənovun anasının ev məsələsi ilə bağlı etdiyi növbəti müraciətdir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/tovuz-icra-bascisi-sehid-anasina-biz-size-ev-veren-deyilik-cavabini-verib---sehid-anasi-muraciet-etdi-22746

Turizm sektoru çöküb - Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb


Azərbaycanda 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib.

2026-cı ilin ilk 6 ayında ölkəyə gələn turistlər azalıb, otellərdə gecələmələrin faizi aşağı düşüb, nəticədə otellərin gəlirlərində də geriləmə baş verib. İlk 6 aydva otellərin cəmi gəliri 279 milyon manat olub.

Belə ki, bu ilin yanvar-iyun aylarında hotellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, otellərdə gecələmələrin böyük hissəsi yenə də Bakının payına düşüb – təqribən 59 faiz.

Bakıdan sonra turistlər ən çox Qusara (gecələmələrin 5,9 faizi), Naftalana (5,5 faiz), Qəbələyə (3,4 faiz) və Qubaya (3,1 faiz) üz tutublar.

Gecələmələrin 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Azalmanın əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının azalma və onların htellərdə keçirdiyi günlərin aşağı düşməsidir. Belə ki, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 069,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir.

Hotellərdə gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Xarici turistlərin 82%-i Bakıdakı otelləri seçir. Turistlərin 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhərlərdəki hotellərdə qalıblar.

Ümumilikdə Azərbaycan hotellərindən istifadə edənlərin 60%-i xaricilər, 40%-i yerli vətənldaşlar olub.

Turist sayının azalması hotellərin gəlirlərini də aşağı salıb. Belə ki, ilk 6 ayıda hotellər cəmi 279 milyon manat gəlir əldə ediblər. Bu da əvvəlki ilin ilk yarısına nisbətən 11 milyon manat və ya 3,8% azdır. Hotellərin qazancı əsasən nömrələrin satışından (61,1 faiz), iaşə xidmətlərindən (26,7 faiz) olub. Gəlirlərin 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərdən əldə edilib.

Qeyd edək ki, son illər Azərbaycanda Turizm inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyinin keçirdiyi tenderlərin dəyəri bəlkə də yüzmilyon manatlarla ölçülür. Amma nəticə göz qabağındadır və bu sahə nəinki inkişaf edir, ciddi geriləmə edir. Görünür, bu vəsaitlər ya düzgün xəırclənmir, yada ümumiyyətlə, xərclənmir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevdir. Fuad Nağıyev ixtisasca hüquqşunasdır və Bakı Dəmir-Beton-8" ASC-də baş direktoru olub. Daha sonra Bakı Dəmir-Beton-8" ASC-dən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru vəzifəsinə keçib.

Bizimesr.com

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56