Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...


Ölkədə kimi dindirsən təhsil sistemi haqında danışanda ağzından od tökülər. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan təhsili bütün tarixi boyu indiki acınacaqlı durumda olmayıb. Orta əsrlər mollaxanalarında, mədrəsələrində belə vəziyyət indikindən ürəkaçan olub. Əvvəllər hamının müqəddəs məkan bildiyi, məbəd hesab elədiyi məktəblər nifrət , müəllimlər qınaq obyektinə çevrilib. Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır. Müəllimlər qapazaltı, qorxaq bir duruma salınıb, hüquqsuz sənəd yazan robota çevrilib. Təhsil sektorunda daydaylı direktorlar at oynadır, regional təhsil idarələri gəlirlərin bölüşdürülməsi ilə məşğuldur. Əlqərəz, bu gün təhsil sistemində kimin əlində fürsət varsa qazanır, dağıdır, məhv edir. Olan isə bu millətə və onun gələcəyinə olur...
Hər il keçirilən buraxılış imtahanlarında ortaya çıxan rüsvayçı rəqəmlər təhsil sitemindəki eybəcərliklərin bariz nümunəsidir. Nəzərə alsaq ki, qiymət alanların mütləq əksəriyyəti hazırlıq kurslarına gedən şagirdlərdir, burada ümuiyyətlə məktəblərin hər hansı bir rolundan söhbət gedə bilməz. Artıq yuxarı siniflərdə tədris yox səviyyəsindədir, heç bir kursa getməyən şagirdlər görüntü yaratmaq xatirinə məktəbə gətirilir, sadəcə tədris tamaşası qurulur. Bu həm də böyük biznes şəbəkəsidir. Repititor yanına gedən şagirdlər bunun müqabilində direktorlara aylıq və illik haqq ödəyirlər. Nəticədə milyonların dövr etdiyi “kurs bazarı” formalaşır, müdhiş korrupsiya və rüşvət piramidası yaradılır.
Təhsil sistemində dəhşətli dərəcədə dərəbəylik hökm sürür. Kimsə kimsənin kitabını oxumur, kimsənin kimsəyə sözü keçmir. Təhsil müxtəlif maraqların toqquşduğu, qruplaşmaların üstünlük qazanmağa çalışdığı bir sahəyə çevrilib. Ən üst düzən bürokratiyadan tutmuş regional qruplaşmalara qədər bütün məmur aparatı təhsil sistemindən pay qopartmağa çalışır, öz kadrlarını yerləşdirir, klanını formalaşdırır. Bəzən bir məktəb direktoruna və yaxud regionala xüsusi qaydada ,,yerləşdirilmiş'şöbə müdirlərinə nəinki regional idarə müdiri , heç nazirlik belə söz keçirdə bilmir. Çünki arxasından elə bir qüvvə boylanır ki, adamın çox şeyə heyifi gəlir. Bizə isə çox hörmətli Mehriban xanımın apardığı təhsil siyasətinin belə düşmənlərinin kimlər olduğunu ifşa etmək düşür. Azərbaycan təhsili müxtəlif qruplaşmaların maraq , bir çox hallarda isə mübarizə meydanına çevrilib. Qeyd etdiyimiz kimi nəinki regional idarələrə, heç nazirliyə belə tabe olmaq istəməyən məktəb direktorları, şöbə müdirləri at oynadırlar. Qohumbazlıq, tayfabazlıq təhsil sistemini metastaz kimi məhv edir. Direktorların işə qəbul imtahanı adlı tamaşa qurub pərdəarxasında iyrənc oyunlar oynanılır. Kimlərinsə qohumu, qudası, dostu, sevgilisi olmaq bu sahədə karyera qurmaq üçün əsas kriteriyadır. Artıq özbaşnalıqlar o həddə çatıb ki, yerindən duran hər kəs təhsil sistemindən pay qoparmaq eşqinə düşür. Eşq demişkən bütün bu oyunların, kataklizmaların mərkəzində duran əas fiqurun-Eşqi Bağırovun adını qeyd etməmək olmaz. Təhsil sistemində ən böyük qruplaşmanın yaradıcısı, “dövlət içərisində dövlət” yaratmaq iddiasında olan cənab Bağırov rəhbərlik eydiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini şəxsi maraqların qorunduğu bir təşkilata çevirib. Kadr siyasəti elə bir vəziyyətdədir ki, artıq təhsil sistemi “vassalımın vassalı mənim vassalım deyil” prinsipi ilə idarə olunur. Nazirliyə tabe olan idarələr, qurumlar müxtəlif maraqları təmsil etdikləri üçün çox vaxt bir-birinin işini sabotaj edir, biri digərinə mane olur. Təhsil sahəsində islahatçılıq xəttini qorumağa çalışan nazirin mütərəqqi yenilikləri əksər hallarda bu qruplaşmalar tərəfindən qəsdən boğulur və yaxud yarıtmaz şəkildə həyata keçirilir.
“Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır...
MÜDTAnın fəaliyyəti sanki Təhsil nazirliyini oyundankənar vəziyyətə salmaq, cəmiyyətdə narazılıq formalaşdırmaq üzərində qurulub. Baş verən bütün ədalətsizlikləri əslində “Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır. Təhsil sistemində baş verən oyunlara son qoyulmazsa bunun fəsadlarını hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Cənab Prezidentin yürütdüyü milli maraqlara söykənən siyasi kursu sabotaj edən, cəmiyyətdə narazılıq formalaşdıran “təhsil biznesi” kökündən boğulmalı, qruplaşmalar neytrallaşdırılmalı, şəffaf kadr siyasəti aparılmalıdır. Məktəbin, müəllimin nüfuzu bərpa olunmalı, tədris prosesi özəl kurslardan sinif otaqlarına qaytarılmalıdır. Milli varlığımızın təməl prinsipi olan təhsil sistemi bazar prinsiplərindən təmizlənməyənə qədər gələcəyimiz böyük təhlükə altındadır. Hər kəs öz sahəsində çalışsa daha yaxşı olardı-bazarkom bazarda, müəllim də məktəbdə...
PS: Növbəti yazımızda kim kimin arxasından çıxır konkret adlar,şəxslər barədə geniş müəlumat verəcəyik. Ardı var..
Nicat Mahmudov - FRAKSİYA.az

Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı



Bu günlərdə sosial şəbəkələrdə və mediada təhsil sistemi üçün üz qarası olan məlumata rast gəldik. Sən demə bu oyunbazlığı törədən Bakı şəhəri 93 nömrəli məktəbin direktoru, hər addımda fəxrlə Bakı Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın can sirdaşı, ən yaxın rəfiqəsi olan Xalidə İbrahimova imiş.

Hadisə necə ifşa olunub?Məktəbin yekun qiymətləndirməsində qeyri-kafi qiymət alan şagird Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanından 5 qiymət alıb. Təəccüb doğuran bu halın sadə anatomiyası belədir. Hansı şagirdlər direktorla razılaşaraq rüşvət hesabına dərsə gəlmir onun illik qiymətləri yaxşı və əla olur. Kim derektorun müqəddəs siyahısından kənar repetitor yanına gedirsə, rüblük və illik qiymətləri aşağı olur və ya direktorun qəzəbinə uğrayır, sinifdə qalmaq təhlükəsi ilə üzləşir. Həll yolu sadədir, valideyn əl-ayağa düşür, direktorla dil tapan tələdən qurtulur. Dil tapmaq dedikdə bu elə-belə deyil, valideyn minlərlə manatından keçməlidir.

Görün Azərbaycan Texniki İntitutunun məzunu olan Xalidə İbrahimova BŞTİ-nin müdiri ilə nə qədər yaxındır ki, ötən dərs ilində Bakı şəhəri 42 nömrəli məktəbin direktorluğu da ona tapşırıb. Məlumata görə məktəb direktoru, müavin və digər vəzifələrə təyinat məsələlərində Xalidə İbrahimova BŞTİ-nin müdiri Nərminə xanımın ən etibarlı vasitəçisidir. Bu səbəbdən o qədər maddi zənginlik qazanıb ki, agentlikdə və idarədə heç kimi saymır. 42 nömrəlı məktəbin əvvəlki direktoru Firəngiz Həmidova nə qədər əzazil, rüşvətxor olsa da, Xalidə İbrahimova onun əməllərinə rəhmət oxutdurur.

Vaxtilə Təhsil Nazirliyində çalışan, Mikayıl Cabbarovun təmizləmə əməliyyatı zamanı Nazirlikdən uzaqlaşdırılan Xalidə İbrahimova BŞTİ-də işlədiyi dövrdə məktəb direktorlarını, indi isə müəllim, şagird və valideynləri cana yığıb.

Məlumata görə MÜTDA direktoru Eşqi Bağırov bir neçə dəfə onu zərərsizləşdirmək istəsə də, Xalidə İbrahimova Nazirlikdəki dayaqları vasitəsilə və Nərminə xanımın yuxarı rəhbərlikdən dəstək alaraq göstərdiyi müqavimətlə Agentlik rəhbərinin qərarını bərtəraf etməyi bacarıb.

Xalidə İbrahimova o qədər hökm sahibidir ki, istədiyi zaman BŞTİ müdirinin yanına girə bilir, başqa direktorların göndərdiyi sərvətlər də onun vasitəsilə ünvanına çatdırılır. Ad günləri və adi görüşlərdə Nərminə Hüseynova ilə çəkdirdiyi məhrəm foto və video görüntülər isə onun yaxınlığa dair and yerinə çevrilib. Yeni müştərilərə göstərir, onların inamını qazanır və iş həll etmək potensialını sərgiləyir.

Bu qədər hökm sahibi olan məktəb direktoru üçün hansısa şagird və müəllimin taleyi ilə oynamaq kiçik məsələdir. Adamın yuxarıların qara kassası, etibarlı kadrı kimi gözü ayağının altını görmür. Ayağının altında qalanların canı çıxsın prinsipi ilə irəli, ancaq irəli... Qarşıda qandal görünür. Təkmi, cütmü? Dostları ayırmaq günahdır.(Tehsilmedia.info)

"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR



EFFEKT-İNŞAAT" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu var.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən kooperativin hazırda dövlət qarşısında 294.214,43 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, 1000 AZN nizamnamə kapitalı olan MTK Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, mənzil 16 ünvanında hüquqi qeydiyyatdadır. Kooperativin qanuni təmsilçisi Tofiq Sultan oğlu Əhmədovdur.

“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası


Azərbaycanın bank-maliyyə və sahibkarlıq sektorunda uzun illər əsas söz sahiblərindən biri olmuş, ictimaiyyətdə daha çox “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin ətrafında qalmaqal daha da dərinləşir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi son əməliyyat dövlətə məxsus “Aqrarkredit” QSC BOKT-un keçmiş rəhbərinin cinayət təqibi ilə üz-üzə qaldığını açıq müstəviyə çıxardı.

Məmməd Musayevin dövründə “Aqrarkredit”də baş verən qanunsuzluqlar yalnız bir istiqamətlə məhdudlaşmır. Onun rəhbərlik etdiyi dönəmin maliyyə maxinasiyaları artıq digər dövlət və özəl qurumlardakı əlaqələri ilə birgə araşdırılır.

Məmməd Musayev bir iş üzrə deyil, bir neçə epizod və müxtəlif qurumlardakı qanunsuz əməlləri üzrə cinayət məsuliyyətinə cəlb olunacağı istisna edilmir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində kənd təsərrüfatına dəstək adı altında dövlət vəsaitlərini mənimsəyən mütəşəkkil dəstə ifşa olunub. Həbs edilənlər arasında Məmməd Musayevin birbaşa qohumları və idarəçilikdəki yaxın adamları yer alır.

Bilinən odur ki, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev Məmməd Musayevin qardaşı oğludur. “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov isə Məmməd Musayevin Azərbaycan Sahibkarlar Konfederasiyasındakı müavini, Fuad Süleymanov “Şurabad quşçuluq” MMC-nin direktoru, Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov qanunsuz sxemdə iştirak edən şəxslərdir.

İlkin ittihama görə, sözügedən şəxslər regionlarda kənd təsərrüfatının inkişafı və güzəştli maliyyələşmə adı altında “Aqrarkredit” QSC-dən 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırmalar nəticəsində bəlli olub ki, həmin nəhəng vəsait aqrar sektora deyil, şəxsi ehtiyaclara və mütəşəkkil qrupun biznes maraqlarına sərf olunub. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət təqibində əsas diqqət Məmməd Musayevə yönəlib. İstintaq materiallarına əsasən, həbs edilənlər bu cinayətləri məhz Məmməd Musayevin bilavasitə göstərişi və rəhbərliyi ilə törədiblər.

Media araşdırmalarında xüsusi yer tutan digər böyük maxinasiya isə 2014-cü ildəki "Beynəlxalq Bank" qalmaqalından sonra müflis olan "Azərinşaatservis" MMC-nin əmlaklarının mənimsənilməsi ilə bağlıdır. Müflisləşmədən sonra "Azərinşaatservis"in bütün texnikaları, avadanlıqları və torpaq sahələri “Aqrarkredit” BOKT-un idarəçiliyinə verilmişdi. Məqsəd bu əmlakları hərrac yolu ilə satıb, quruma borcu olan 49 fiziki və hüquqi şəxsin (tələbkarın) pulunu ödənilmək idi.

Lakin media araşdırmaları bu prosesin arxasında şəbəkələşmiş bir qrupun durduğunu ortaya çıxarıb.

Məlum olur ki, sxemin başında Məmməd Musayevlə yanaşı, vaxtilə “Azərsu”da müavin postunu tutmuş Arzuman Abbasov dayanıb. Haqqin.az saytının məlumatına görə, proseslərin qanun çərçivəsinə salınmasını “Aqrarkredit”in hüquq şöbəsinin müdiri Vilayət adlı şəxs təşkil edib. Qanunsuz əməliyyatlardan gələn maliyyə axınını və bölüşdürülməni isə Arzuman Abbasovun yaxın adamı və "qara kassası" kimi tanınan Nazim adlı şəxs idarə edib. Zərərçəkənlərin iddialarına görə, bu şəbəkəyə Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vilayət Məmmədov, Binəqədi İcra Şöbəsinin rəisi Fuad Nəbiyev və icra məmuru Asəm Əhmədov da köməklik göstəriblər.

Bu maxinasiyanın pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsi ətrafında yaşanıb. Real bazar dəyəri 30-35 milyon manat olan bu ərazi 49 payçının, o cümlədən xeyrinə 3.8 milyon manatlıq məhkəmə qətnaməsi olan “SİRR-M” MMC-nin borclarının ödənilməsinə yönəldilməli idi. Lakin proseslərdə dəfələrlə qanun pozuntularına yol verilib. Bazar dəyəri 30 milyon manatdan çox olan torpaq sahəsinə əvvəlcə Binəqədi İcra Şöbəsi tərəfindən 13 milyon manat qiymət qoyulub, etirazlardan sonra bu rəqəm müəmmalı şəkildə 25 milyon manata qaldırılıb. “Kəngərli” MMC və digər tələbkarların şikayəti ilə Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi icra məmurunun və “Aqrarkredit”in bu hərəkətlərini qanunsuz hesab edib. Məhkəmənin qadağalarına və 18 mart 2026-cı ildə icra məmurunun sifarişi geri çəkməsinə baxmayaraq, cəmi 4 gün sonra - 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in təşkilatçılığı ilə gizli hərrac keçirilib. 8 aprel 2026-cı il tarixli hərrac protokoluna əsasən, “Aqrarkredit” əldə olunan vəsaitdən 1.6 milyon manatı icra xidməti haqqı, 863 min manatı isə icra şöbəsinin ödənişi kimi silib. Lakin torpağın hansı qiymətə satıldığı gizlədilib və 49 payçıya tək bir qəpik də ödənilməyib.

Bir bu epizod üzrə Məmməd Musayevin rəhbərliyi ilə 30 milyon manatlıq torpaq sahəsi “buxarlanıb”, 49 payçı “quru yerdə” qalıb.

Məmməd Musayev “Aqrarkredit”-ə rəhbərlik etdiyi müddətdə bu şəkildə neçə torpağı, əmlakı, mal-mülkü payi-mal edib?

Bunu bir özü bilir, bir də onunla bu işlərdə əli olanlar. İndiki halda isə Məmməd Musayev və ətrafı bildiklərini – illər ərzində törətdikləri maxinasiyaları bir-bir açıb deməlidirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində proses başlayıb və görünən odur ki, nə Məmməd Musayevin, nə də onunla əlbir olub iş görənlərin başında “şapka” qalmayacaq.

2001-ci ildən 2025-ci ilə qədər 24 il boyunca “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri olan, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi fəaliyyət göstərən Məmməd Musayev maliyyə naziri Sahil Babayevin sədrliyi ilə ötən il keçirilən növbədənkənar iclasdan sonra postundan uzaqlaşdırılmışdı.

O zaman bu addım adi kadr dəyişikliyi kimi qələmə verilsə də, bu gün ortaya çıxan mənzərə tamamilə fərqli reallığı göstərir. Dövlətin milyardlarla manatlıq resursunu idarə edən BOKT-un daxilində yaradılmış bu kölgə şəbəkəsinin fəaliyyəti indi bütün incəlikləri ilə araşdırılır.

Mediaya sızan məlumatlar onu göstərir ki, Məmməd Musayevin məsələsi yalnız “Aqrarkredit”lə bitməyəcək. Onun rəhbərlik etdiyi digər təşkilatlardakı maliyyə axınları, müflisləşən əmlakların satışı və dövlət subsidiyalarının mənimsənilməsi epizodları üzrə də araşdırmalar genişləndirilir. Yaxın günlərdə “Şapka Mamed”in rəsmi olaraq həbs olunması və ona qarşı bir neçə ağır maddə üzrə ittihamların irəli sürülməsi istisna deyil.

İddialara görə, həbs olunan şəxslər Məmməd Musayevlə birlikdə xüsusilə külli miqdarda dələduzluq cinayətinin törədilməsində iştirak ediblər. M.Musayev uzun illərdir bank sektorunda tanınan fiqurlardan biri olmaqla yanaşı, müxtəlif media orqanlarında "Turanbank"ın faktiki sahibi kimi təqdim olunur. Bu rezonans doğuran cinayət işi ilə bağlı hüquqşünas Əkrəm Həsənov da sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O, Məmməd Musayevin uzun illər Azərbaycan Mərkəzi Bankının sədri olmuş Elman Rüstəmovla yaxın münasibətlərinə diqqət çəkərək bildirib ki, bank sektorunda əsas təsir sahibi məhz bu iki şəxs olub.

Əkrəm Həsənov yazır ki, illərdir Məmməd Musayevin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib və onun həm dövlətə məxsus "Aqrarkredit"ə rəhbərlik etdiyini, həm də Azərbaycan Sahibkarlar Konfederasiyasına başçılıq etdiyini xatırladıb. Hüquqşünasın sözlərinə görə, mətbuatda dəfələrlə Musayevin "Turanbank"ın faktiki sahibi olması barədə məlumatlar yayılsa da, bunlar indiyədək təkzib edilməyib.

Əkrəm Həsənov daha sonra hazırda müdafiəsini həyata keçirdiyi bir əmanətçi ilə bağlı məhkəmə çəkişməsinə toxunub. Onun iddiasına görə, "Turanbank" müştərinin əmanətini qaytardığını bəyan etsə də, bunu təsdiqləyən hər hansı sənəd təqdim edə bilmir.

"Belə də bank olar? Son illər bank sisteminin və əmanətlərin etibarlılığına bu bank qədər zərər vuran olmayıb", – deyə hüquqşünas qeyd edib.

O, həmçinin hüquq-mühafizə orqanlarını "Turanbank"da da genişmiqyaslı yoxlamalar aparmağa çağıraraq bildirib ki, əmanətin qaytarıldığını sübut edə bilməyən bankda daha ciddi qanun pozuntularının olması ehtimalı istisna deyil. Əkrəm Həsənov "Aqrarkredit"lə "Turanbank" arasında mümkün əlaqələrin də araşdırılmasının vacibliyini vurğulayıb və bu prosesdə ekspert kimi ödənişsiz dəstək verməyə hazır olduğunu açıqlayıb.(Musavat.com)

Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO


Zabrat qəsəbəsinin 74 yaşlı sakini Cahan xanım AzTimes.az saytına müraciət edərək bildirir ki, o, azyaşlı sakinlərlə birlikdə uzun müddət zibillik vəziyyətində olan bir ərazini öz təşəbbüsü ilə təmizləyərək yaşıllıq salıb. Onun sözlərinə görə, həmin ərazi abadlaşdırılıb, ağaclar əkilib və Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Heydər Parkı” adlandırılıb.

Lakin Cahan xanım iddia edir ki, son vaxtlar ərazinin icra nümayəndəliyi və bələdiyyə əməkdaşları tərəfindən park məhv edilir, əkilmiş ağaclara ziyan vurulur, hətta bəzi ağaclar yandırılır.

Cahan xanım Sizdən xahiş edir ki, məsələ araşdırılsın, iddialara hüquqi qiymət verilsin, parkın və yaşıllığın qorunması üçün təxirəsalınmaz tədbirlər görülsün. Əgər qeyd olunan faktlar təsdiqini taparsa, təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilsin.

Ümid edirik ki, vətəndaşın müraciəti diqqətlə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.(AzTimes.az)

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...


Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar ortaya çıxıb.

Müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsində iştirak etmək üçün portal.edu.az platforması üzərindən müraciət edən çoxsaylı namizəd ciddi problemlərlə üzləşib.

Məlumata görə, bir həftə əvvəl müraciət etmələrinə baxmayaraq, namizədlərin əksəriyyətinə hələ də heç bir cavab verilməyib. Bildirilir ki, platforma normal fəaliyyət göstərmir və göndərilən müraciətlər sistemdə "qaralama" statusunda qalır. Nəticədə namizədlər sənədlərinin qəbul edilib-edilmədiyini belə müəyyənləşdirə bilmirlər.
Bu isə ciddi narahatlıq və əlavə problemlər yaradır. Rəsmi portalda belə bir problemin hər il davam etməsi, sistemin nəzarətsiz və imtahanlara qeyri-ciddi münasibəti göstərir. Maraqlı məqamlardan biri də odur ki, cavab gözləyən şəxslərin əksəriyyətinin uzun illər peşə təcrübəsinə malik olduğu bildirilir. Bu isə seçim prosesinin hansı meyarlar əsasında aparıldığı ilə bağlı suallar yaradır.

Daha bir məlumata görə, ötən il peşə məktəblərində müqavilə əsasında işə qəbul edilən (?), lakin kifayət qədər iş stajı olmayan şəxslərin bu il keçirilən imtahanlarda iştirakına icazə verilməyib. Həmin şəxslərin sözlərinə görə, işə qəbul olunarkən onlara "gələn il keçiriləcək müəllimlərin işə qəbulu imtahanında iştirak edə biləcəksiniz" vədi verilib.

Lakin bu il məlum olub ki, onlarla bağlanan əmək müqavilələri bir illik deyil, cəmi 10 aylıq rəsmiləşdirilib. Məhz bu səbəbdən onlar müsabiqədə iştirak üçün tələb olunan şərtləri ödəyə bilməyiblər. Bu vəziyyət Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədovun fəaliyyəti ilə bağlı ciddi narazılıq yaradıb. İmtahanlarda iştirak hüququ əldə edə bilməyən bir sıra şəxslər yaranmış vəziyyətə görə məhz Murad Məmmədovun adını çəkərək narazılıqlarını ifadə edir və prosesin şəffaf aparılmadığını iddia edirlər. Bu barədə daha ətraflı şikayətlər qeyd olunacaq.

Belə görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi bu il də narazılıqlarla müşayiət olunur. Bir tərəfdən elektron sistemdə müraciətlərin "qaralama" statusunda qalması, digər tərəfdən isə müqavilə şərtləri ilə bağlı ortaya çıxan problemlər namizədlər arasında ikili yanaşmanın tətbiq edildiyini ortaya qoyur.

Bizimesr.com

Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov Almaniyada bina inşa edir.
Bu barədə ilk olaraq araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O qeyd edib ki, iki binanın inşasını Saleh Məmmədov şəriki ilə reallaşdırır. Lakin Həsənli həmin şərik barədə məlumat verməyib.
Məlum olub ki, Saleh Məmmədovun şəriki heç də ona uzaq olmayan biridir. Araşdırma zamanı bu şəxsin Almaniya vətəndaşı Təhmasib Qəniyev olduğu üzə çıxıb. T.Qəniyev isə AAYDA-nın əsas fiqurlarından biri olan Dilqəm Qəniyevin qardaşı olduğu qeyd edilir.
Bəs, Dilqəm Qəniyev kimdir?

Qeyd edək ki, açıq mənbələrdə bu şəxsin Saleh Məmmədovun ən yaxın adamı olduğu qeyd edilir. Belə ki, AAYDA-nın baş mühəndisi postunu tutan sözügedən şəxs yolların layihələndirilməsindən tutmuş, smetasına qədər hər işi həyata keçirib.
Hazırda da həmin postunda işinə davam edir. Dilqəm Qəniyev medianın gündəminə özünün bahalı həyatı və geniş avtomobil kolleksiyası ilə də düşüb.
Belə ki, o, eyni dövlət nömrə nişanlı (466 nömrələr ona məxsusdur) bahalı avtomobillərə sahibdir. Bundan başqa, Dilqəm Qəniyevin “Ziraat Bank Azərbaycan”da böyük məbləğli hesablarının olduğu da bildirilir.
9-cu mikrorayondakı özəl klinikalardan biri onun olmaqla yanaşı, Qəniyev Bakıda Saleh Məmmədovun tikinti biznesinə də məzarət edən şəxs olaraq tanınır.
Xatırladaq ki, Dilqəm Qəniyev “Azəryolelmitədqiqat” İnstitutunun baş mühəndisliyindən, həmin qurumun direktoru vəzifəsinə təyinat alıb. Bu təyinat yeni rəhbərliyin zamanında gerçəkləşib. Araşdırmamız davam edir… Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. /Tribuna/

Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?


Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılması və qanunsuz tikinti marafonu ilə bağlı ciddi iddialar səsləndirilib.

Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayının gözçarpacaq dərəcədə artması müşahidə olunur. Xatırladaq ki, rayonda icra başçısı vəzifəsi təxminən iki ilə yaxın müddətdə boş qalıb, daha sonra təyin edilən başçısı isə qısa müddət sonra vəzifəsindən azad edilib. Bu il fevralın 9-da Prezidentin sərəncamı ilə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri və sabiq Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İctimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxsin bu vəzifəyə gətirilməsi rayonda qanunsuz tikintilərə son qoyulacağına ümidlər yaratsa da, sakinlərin sözlərinə görə, bu gözləntilər doğrultmur.

Tahir Budaqovun rəhbərlik etdiyi rayonda qanunsuz tikinti marafonu ilə yanaşı, kütləvi ağac kəsiminə də göz yumulduğu iddia olunur. Belə ki, Nəsimi rayonu, Moskva prospektində – 20 Yanvar metrosundan Şamaxinka istiqamətinə gedən yolun sağ hissəsində bir gecədə 20-dək ağac kəsilib. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, ağacların məhv edildiyi yerdə yeni obyektin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən tikintinin icazəsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir rəsmi məlumat mövcud deyil. Dövlət Komitəsinin icazəsi olmadan aparılan bu tikinti işlərinin məhz Nəsimi Rayon İcra Hakimiyyətinin "razılığı" əsasında həyata keçirildiyi iddia olunur.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.\\dia.az

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub.

Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparır.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56