Yumurta, Çek və 25 Manatlıq “Məhəbbət”: Müəllimlər Gününüz Mübarək! - VİDEO


5 Oktyabr Müəllimlər Gününə saylı günlər qalıb. Artıq ölkənin bir sıra məktəblərində valideynlərdən təbrik adı altında pul yığımına nəinki start verilib, hətta bəzilərində proses uğurla başa çatıb, “hesabatlar” da hazırdır.

Böyük şairimiz Məhəmməd Füzuli vaxtilə “Şikayətnamə”də “Rüşvət deyildir deyə almadılar” yazmışdı. Görünür, bizim müasir Valideyn Komitəsi Sədrləri (VKS) bu klassik irsi yaradıcı şəkildə inkişaf etdiriblər. İndi rüşvətin, qanunsuz yığılan vəsaitin adı olub “könüllü hörmət”, şifrəli kodu isə “yumurta”. İnsan mat-məətəl qalır ki, görəsən, elm və təhsil ocağında “yumurta” söhbəti elmin hansı dərin qatından xəbər verir?

Növbəti mərhələdə yəqin ki, riyaziyyat dərslərində də tənlikləri “kartof, pomidor və ya xiyar vahidləri” ilə həll edəcəyik.

Məsələnin başqa bir “fədakarlıq” tərəfi də var. VKS sədrləri elə bir “mütəşəkkil idarəetmə” sistemi qurublar ki, insanda adama medali təqdim etmək həvəsi yaranır. 2 oktyabr saat 12:44 və 13:02 tarixlərində qeydə alınan ödəniş çekləri, karta köçürmələr, müəllimə veriləcək “pluslu” siyahılar…

Bəli, texnologiya inkişaf edir, bank tətbiqləri rahatlaşır, amma zehniyyət tətbiq olunmuş məcburiyyətin “könüllülük” maskasından bir addım da kənara çıxa bilmir. Müəllimə hörməti 15, 20, 25 manatlıq tariflərlə ölçmək, verməyəni isə “məlumatsız saxlamamaqla” qorxutmaq hansı pedaqoji nəzəriyyənin tərkib hissəsidir?

Bir tərəfdən Müşfiqabad 274 nömrəli məktəbdə director Nəriman Mürsəliyevin, digər tərəfdən Binəqədi 205 nömrəli məktəbdə director Əliheydər Əliflinin rəhbərlik etdiyi təhsil ocaqlarında bu cür mənzərələrin yaşanması təəssüf və təəccüb doğurur. Məktəblər bilik və tərbiyə məbədi olmaqdan çıxıb, sanki VKS-lərin illik ticarət dövriyyəsini reallaşdıran korporativ mərkəzlərə çevrilib.

Səs yazılarında “qorxunuz, çəkincəniz yoxdur” deyə müraciət edənlərə sadə bir cavab var: görünür, yoxdur! Çünki qorxusu olan insan “müəllimlər günü” adı altında valideynləri bu dərəcədə açıq-aşkar soymağa, məktəbi bazara döndərməyə cəsarət etməz.

Bütün bu “yumurtalı”, çekli, 25 manatlıq bazarlıqların fonunda isə tək bir sual açıq qalır: Biz bu üsulla böyüdəcəyimiz uşaqlara hansı mənəvi dəyərlərdən dərslər keçəcəyik?

Adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Faktum.az

Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO


Cəlilabad rayonunda sakinlərin torpaq sahələri ilə bağlı şikayətləri davam edir.

Kənd sakinləri bildirirlər ki, Sovet dövründən qalan bir sıra obyektlərin əraziləri onların iddiasına görə sonradan qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şəxslərin adına keçirilib.

Sakinlərin sözlərinə görə, onların əsas narazılıqlarından biri “Rus qəbiristanlığı” kimi tanınan ərazi ilə bağlıdır. Onlar iddia edirlər ki, həmin ərazi satışa çıxarılıb və bunun arxasında Günəşli kənd icra nümayəndəsi İlqar Həsənovun dayandığını bildirirlər.

Sakinlər həmçinin iddia edirlər ki, torpaq sahələrinin bir hissəsi Prezidentin köməkçisi Kərəm Həsənovun qohumlarının adına rəsmiləşdirilib. Onlar həmin torpaqların qanuni əsaslarının araşdırılmasını və sakinlərə qaytarılmasını tələb edirlər.

Müraciətdə qeyd olunur ki, sakinlər problemlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkirlər və məsələnin araşdırılmasını istəyirlər.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur.

Sakinlərin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.info

VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/kerem-hesenovun-emisi-oglu-celilabadda-1300-ha-torpagi-nece-ele-kecirib--video-23607

Bayramov Əraqçi ilə danışdı


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və iki ölkə arasındakı əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov həmçinin iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ


Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.


Lent.az xəbər verir ki, “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur.


Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.


Nərimanov rayon Məhkəməsində hakimT. Musayevin sədrliyi ilə keçirilən prosesdə A. Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib.

Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“


Respublika Seysmoloji Xidmət Mərkəzində dövlət vəsaitləri havata sovrulur. Məlumata görə Mərkəzin satınalmaları və ştat cədvəlində qeyri-şəffaflıq var.
Sosial şəbəkələrəd yayılan məlumatlar barədə araşdırma apardıq.
Azfakt.com saytının araşdırması zamanı məlum oldu ki, Seysmoloji Xİdmət cari ilin may yayının 18-də "odun yanacağının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 17.292 manat smetası olan satınalmanı fiziki şəxs Əliyev Çingiz Minacəddin oğlu udub.

Satınalma predmetinə görə qalib elan edilən Əliyev Çingiz Seymoloji Xidmətə 132 kub odun ilə təmin etməlidir. Satınalmanın keçirildiyi tarixə nəzər yetirdikdə 132 kub odunun (təxminən 15 kamaz) hansı mənbədən əldə edilməsi ciddi suallar yaradır.
Digər sual doğuran məqamlardan biri isə may ayında - təxminən yay fəsilinə bir ay qalmış Seysmoloji Xidmətin bu qədər odunu hansı məqsədlə almasıdır.
Sosial şəbəkələrəd yayılan məlumatlara görə Seysmoloji Xidmət satınalmalardan əlavə olaraq digər sahədə də ciddi qeyri-şəffaflığa, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə yol verir.
Məsələn, Xidmətin tabeliyində fəaliyyət gösətərən regoinlarda olan seysmoloji idarələrin ştatları yerli rəhbərlik tərəfindən demək olar ki, zəbt olunub. Burada çalışan işçilər idarə müdirlərinin ailə üzvləri, yaxın qohumudurlar.
Buna misal olaraq qərb, şimal və aran rayonlarında olan seysmoloji idarələri göstərmək olar. Burada çalışan işçilərin (təmizlikçi, qaravulçu) böyük əksəriyyəti yerli idarə müdirlərinin ailə üzvləri və yaxud yaxın qohumudurlar. İddialarda daha ilginc məqamlar da var. Belə ki, bu idarələrə dövlət tərəfindən verilən məişət avadanlıqlarının, mal-materialların düzgün sərf edilmədiyi, yerli rəhbərlik tərəfindən satındığı və ya da mənimsənilib.
Əlbəttə ki, daha bir məqam Seysmoloji Xidmətin bəzi idarələrinə verilən xidməti avtomobillərin də daha çox şəxsi məqsədlər üçün istifadə edilməsidir. Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənə bilmədik.
Araşdırmalarımız davam edəcək.
Aidiyyatı qurumlar mövqe bildirə bilərlər.

Azfakt.com

“Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…


Notarius dediyimiz yer dövlətin möhürünün, qanunun və ədalətin təsdiqləndiyi məkandır. İnsanlar ora gəlir ki, mülkü, haqqı, halallığı sənədləşdirilsin. Amma deyəsən, Nərimanov rayonundakı 21 saylı xüsusi notariat ofisində “xüsusi” sözü xalis mənasında işlədilir – burada qanunlar da, hesablamalar da, hətta riyaziyyatın fundamental qaydaları da şəxsi strategiyaya uyğunlaşdırılır.
​Redaksiyamıza daxil olan məlumatlar, yumşaq desək, fəaliyyətində uzun illərin təcrübəsi olan notarius Daxil Kərimovun sənədləşmə “möcüzələrinə” işıq tutur. Vaxtilə Şirvanda fəaliyyət göstərib, indi isə paytaxtın mərkəzində “ədalət tərəzisi” tutan cənab Kərimovun ofisində baş verənlər, görünür, sıradan bir hüquqi prosedur yox, əsl illüziya sənətidir.
​Gələk məsələnin məğzinə. Deyilənə görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, təxminən 100 kvadratmetrlik bir obyekti satmaq istəyiblər. Obyektin real bazar dəyəri az-çox məlumdur – təxminən 1,5 milyon manat. Amma sənədə gələndə məlum olur ki, bu milyonluq mülkün qiyməti birdən-birə “sehirli çubuq” toxunmuş kimi dəfələrlə aşağı düşüb. Təbiidir ki, ilk mərhələdə belə kəskin fərq sənədləşməyə mane olub. Lakin məsələ günlərlə müzakirə edildikdən sonra 21 saylı notariatın qapıları açılır və Daxil müəllimin “müdrik” qərarı ilə milyonluq əmlak xırda qəpik-quruş qiymətinə rəsmiləşdirilir.
​İndi adam istər-istəməz soruşur: Milyon yarım harada, sənəddəki “su qiyməti” harada? Ortadakı bu nəhəng fərqin fəsadı nədir? Əlbəttə ki, dövlət büdcəsinə ödənilməli olan vergilər və rüsumlar! Dövlətin cibindən kəsib, kimlərinsə cibinə qoyulan bu fərq hansı “xüsusi” notariat qaydasına əsaslanır?
​Amma “fantaziya” bununla da bitmir. İddialara görə, Daxil Kərimov təkcə əmlak qiymətlərini “kiçiltməkdə” yox, maliyyə idarəçiliyində də bənzərsiz model kəşf edib. Nərimanov rayonu, Təbriz küçəsi 227D ünvanında yerləşən notariat binasının şəxsən özünün olduğu və yaxın qohumunun adına rəsmiləşdirdiyi, notariusun isə hər ay oranı güya icarəyə götürdüyü, bununla da pulu sağ cibindən çıxarıb sol cibinə qoyduğu bildirilir. Belə çıxır ki, sağ olsun, maliyyə dövriyyəsini ailə daxilində saxlamağı bacarır.
Bu məsələnin bir də görünməyən, daha doğrusu, “sənəddə görünməyən” qəhrəmanları var – ofisdə çalışan işçilər. Məlumata görə, bu notariatda çalışanların əksəriyyəti ilə rəsmi əmək müqaviləsi bağlanmayıb. Əmək Məcəlləsi? Yox, eşitməyiblər. İşçinin sosial hüququ, gələcək təminatı? Yəqin ki, Daxil müəllim üçün bunlar ikinci dərəcəli detallardır. Başlıcası, dövlətə ödəniləcək sosial sığorta və vergilərdən daha bir “qənaət” olunsun.
​Bütün bu baş verənlər sadəcə iddia və ya məlumat deyil, dövlətin vergi sisteminə, qanunvericiliyinə və vətəndaşın etibarına qarşı atılan addımlardır.
Qeyd: Məsələ ilə bağlı əvvəlcə Daxil Kərimovun özünə rəsmi sorğu göndərsək də, cavabsız qaldı.
​P.S. Biz “Faktum.az” olaraq sadəcə müşahidəçi mövqeyində qalmırıq. Sözügedən faktlarla bağlı aidiyyəti üzrə rəsmi sorğu ünvanlamışıq. Cavabları və araşdırmanın nəticələrini diqqətdə saxlayacağıq.

Faktum.az

MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR


Bu fani dünyanın beş günlük olması haqqında ədəbiyyatımızda kifayət qədər bədii nümunələr olsa da MÜTDA-nın direktor müavini Arslan Hacıyevin beş günlük “xəlifəliyi” barədə yazmaq səadəti deyəsən bizə nəsib olub. Bir vaxtlar “Azərşəkər” şirkətində satış meneceri olan, şirin-şəkər nemətləri satmaqla məşğul olan Arslan müəllim indi təhsil işçilərinin həyatını zəhərə döndərməklə məşğuldur. Pedaqogikanın “P”sindən xəbəri olmayan, Qazax-Tovuz Regional Təhsil İdarəsində müdir olduğu dövrdə bu qədim diyarın təhsil sistemini acınacaqlı duruma salan, bu xidmətlərinə görə də MÜDTA-ya əvvəl şöbə müdiri, daha sonra müdir müavini gətirilən cənab Hacıyev bu günlər beş günlük dünyanın beş günlük ləzzətini çıxarır. Çıxarır deyəndəki Eşqi Bağırovun məzuniyyətə çıxması onun işinə əməlli başlı yarayıb. Hal hazırda onu beş günlük əvəz edən Arslan müəllim deyir ki, bir halda ki, bu dünyanın sonu puçdu, Güləndam, nədən ələ düşən fürsəti dəyərləndirməyəsən ? Beş günlük hakimiyyəti dönəmində özünü Arslan şah sayağı aparan yoldaş Hacıyev direktorlara, nəzarətində olan digər əməkdaşlara qan uddurmaqla məşğuldur. Deyilənlərə görə təzə xəlifə deyib ki, mənə beyət etməyən direktorların, baxça nüdurlərinin hamısını işdən qovacağam. Binəva direktorlar da yeni dərs ilinin nübarını eləməmiş keçən ildən qalanlarla xəlifə həzrətlərinin hüzuruna yollanırlar. “Sevgimiz elə bu qədərmiş?” mahnısının həzin sədaları altında “dabro” alan direktorlar həyacanla xilafətin süqutunu gözləyirlər.
Bir də deyirlər ki, bu beş günlük xilafətdə xəlifənin qədim dostu Anar Qədimalıyev əsas simalardan biridir. “Baş kəsib qan tökməkdə” vaxtilə Gəncəbasar zonasında ad çıxarmış, indi isə paytaxt təhsilini ağlar günə qoyan Qədimalıyev cənabları direktorların “beş günlük xəlifədən” yarlıq alma mərasimlərində mühüm rol oynayır. İxtisasca aqronom olduğu bildirilən Qədimalıyevin təhsil sisteminə münasibəti də aqrar düşüncədən uzağa getmir. Paytaxtın təhsil ocaqlarını aqroparklar kimi təsəvvür eləyən Anar müəllim məktəblərin idman zallarını böyük məbləğlər hesabına müqavilələrlə icarəyə verməklə məşğuldur. Bu yolla direktorları tamailə asılı vəziyyətə salan, müqavilədə bir şey, realda isə başqa şey göstərməklə onları çətin duruma salan Arslan-Anar tandemi paytaxtın təhsil sistemini çökdürməklə məşğuldurlar.
Qısa müddətə MÜTDA-da xaos yaradan,”töyücü-naloq dinməver” prinsipi ilə direktorlara divan tutan aqronomla satış menecerinin “xilafəti” cəmisi beşcə gün sürsə də əməlləri dillərə dastan olacaqdır. Görün bizim təhsil sisteminin taleyini kimlər həll edir ? Beş günə bu boyda həngamə çıxaran Hacıyevlə Qədimalıyev indi gör uzun müddətə nələr eləyərdilər. Adamın belə yerdə beş günlük dünyanın faniliyinə, atalarımızın da ruhuna rəhmət oxumaqdan başqa çarəsi qalmır !
Nicat Mahmudov

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?


Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda məhkəmə prosesləri keçirilən Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanda böyük narazılıq yaradıb.

Nocomment.az-ın verdiyi məlumata görə, bu barədə Musavat.com-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbə bildirir ki, “Boz Kardinal”ın əmisi nəvəsi Vüsal adlı şəxs Xırdalan şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən zavodu sökdürür. Bu da ciddi etirazlarla qarşılanır.

Mənbə böyük zavodun Xırdalandan şəhər mərkəzinə doğru hərəkət edərkən yolun sol tərəfində yerləşdiyini bildirir. Onun iddiasına görə, ərazidə aparılan söküntü ilə bağlı ictimaiyyətə hər hansı sənəd və ya tikinti layihəsi təqdim edilməyib. Məhz bu səbəbdən həm də ərazidə yaşayan və fəaliyyət göstərən şəxslər arasında ciddi narazılıq yaranıb.
Sayta verilən digər məlumat isə bundan ibarətdir ki, sözügedən ərazidə gələcəkdə çoxmərtəbəli yaşayış binaları inşa olunacaq.

Mənbə Vüsal barədə daha bir məlumat verib. Onun Bakı şəhərində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Buxur Lounge” restoranının sahibi olduğunu da deyir. Sayt kiçik bir araşdırma aparıb. Açıq mənbələrdə “Buxur Lounge” restoranının İzzəddin Həsənoğlu küçəsi 14 ünvanında yerləşdiyi təsdiqlənir.

Hazırda əsas sual Xırdalanın mərkəzinə yaxın ərazidə yerləşən bu sənaye sahəsinin hansı hüquqi əsasla sökülməsi və həmin ərazinin gələcək taleyinin necə müəyyənləşdirilməsidir. Əgər ərazidə yeni çoxmərtəbəli binaların inşası planlaşdırılırsa, bunun üçün müvafiq şəhərsalma və tikinti sənədlərinin olub-olmaması da ictimaiyyət üçün açıq olmalıdır.

“Olimp Hospital”da əməliyyatdan sonra öldü


Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən “Olimp Hospital”da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.


Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub.


Xəstəxanada onun səhhətinin normallaşdığı bildirilərək evə buraxılıb. Şəmkirə gedən 44 yaşlı şəxs orada özünü pis hiss edib və yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin az sonra vəfat edib. Sayt məsələ ilə bağlı “Olimp Hospital”ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlasa da, heç bir cavab verilməyib.


TƏBİB-dən bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-u saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub: “Ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-u saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb”.


İqtisadiyyat.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56