Anar Babayev 2 nəfərə vəzifə verdi - ƏMR


Naxçıvan Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.
Ölkə.az-ın xəbərinə görə, bununla bağlı icra başçısı Anar Babayev müvafiq əmrlər imzalayıb.
Əmrlə, Tahir Məmmədov Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda əhali ilə görüşlərin təşkili ilə bağlı baş məsləhətçi vəzifəsinə gətirilib.
O, bu vazifədə Səyyad Əliyevi əvəz edib.
Zaur Rüstəmov isə İnzibati işlər sektorunda baş mütəxəssis – sürücü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, həmin vəzifə vakant idi.

Keçmiş deputatın cinayətləri bitmək bilmir... - NARAZILIQ VAR...



Az əvvəl keçmiş deputat Əsabil Qasımovla bağlı ilginc iddiaların yer aldığı araşdırma materialını təqdim etdik. “DİA-AZ” bildirir ki, Azərbaycandan oğurladığı pulları hazırda əsasən Rusiyadakı tikinti biznesinə sərf edən Əsabil Qasımov maləsəf günü bu gün də ölkəmizdə özbaşınalıq əməllərini davam etdirməkdə, onun bu özbaşınalıqlarına göz yumulmaqdadır.
Əldə etdiyimiz digər məlumatdan aydın olur ki, şəhərin mərkəzində, Nəsimi rayonu ərazisində yerləşən ərazilərin söküntüsü Əsabil Qasımova məxsus Şirkətlərdən birinə həvalə olunub.
Həmin ərazinin Əlimərdanbəy Topçubaşov, Rəsul Rza və Salatın Əsgərova küçələrinin kəsişməsində tikitntisi artıq başa çatmış “Malibu Residence”in Əsabil Qasımova məxsus olmaqla qardaşı Vüqar Qasımov tərəfindən idarə edilməsi heç kəs üçün sirr deyil.
Lakin “Vialon” MMC ilə bağlı məsələ bir az fərqlidir.
Həmin Şirkət də Əsabil Qasımova məxsus olmaqla qardaşı Vüqar Qasımov tərəfindən idarə edilməsi dəqiq məlumatlar sırasındadır.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 16 sentyabr 2020-ci il tarixli, 188 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.10.2020-ci il tarixli, 20/57 saylı cizgisinə əsasən yenə də Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə “Vialon MMC arasında bağlanmış 02.11.2020-ci il tarixli, 1619 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Balababa Məcidov, Əlimərdanbəy Topçubaşov, Əlibəy Hüseynzadə, Salatın Əsgərova, Mərdanov qardaşları və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən, hüquqi rejimi və ölçüləri belə qeyri müəyyən olan torpaq sahələri, nizamnamə kapitalı 20 (iyirmi) manat olan "Vialon" MMC-nin istifadəsinə verilmişdir.
Lakin, artıq 6 ilə yaxın müddətdir ki, şirkət əməkdaşları sakinlərin razılığını almaq istiqamətində heç bir real addım atmadan, sakinləri köçürmədən RİH tərəfindən razılıq alındığını bildirməklə əraziyə taxta hasar çəkiblər ki, bu da küçələrin daralmasına, həyətlərin hasarı ilə çəkdikləri hasar arasında yaranmış boşluqda zibilliyin yaranmasına, bu ərazilərdə onsuz da çox olan narkotik vasitə istifadəçilərinin orada toplanmasına, yerə şpris və sair əşyaların atılmasına, uşağın-böyüyün ayağına batmasına və gələcəkdə yarana biləcək bu kimi neqativ hadisələrin baş verməsinə şərait yarada bilər.
Hazırda çəkilmiş hasarların hamısının arxası zibilxanaya və natəmizlik yerinə çevrilmişdir.
Həmçinin həmin vaxtdan başlayaraq Şirkət tərəfindən ara-sıra səpələnmiş qaydada evlər satın alınaraq pəncərə və dam örtüyü sökülüb elə vəziyyətdə saxlanılır.
Həmin yarısökülü evlər bəzi adamlar-narkotik aludəçiləri üçün daldalanma, müəyyən olunmuş yaşayış yeri olmayan (bomj) şəxslər üçün isə müvəqqəti gecələmə yerlərinə çevrilib.
Nəticədə ərazidə çox pis bir sanitar və kriminogen vəziyyət yarana bilər.
Sakinlər yeniyetmə uşaqlarının küçəyə çıxması belə artıq təhlükəlidir.
Ölkəmizin paytaxtı olan Bakı şəhərinin mərkəzinin 20 manat Nizamnamə kapitalı olan, 6 ilə yaxın müddətdə bir binanın özülünü belə qaza bilməmiş qeyri-peşəkar bir Şirkətə verilməsi nə qədər məntiqlidir? Onların yarıtmaz fəaliyyəti nəticəsində paytaxtın mərkəzində yaşayan insanlar 6 ilə yaxındır ki, normal yaşayışlarını itiriblər. Evinin qapısı sınan, tavanı çökən, döşəməsi nəm verən kimsənin “evlər söküləcək” deyə əlavə xərc qoyub təmir etməyə belə əli gəlmir.
“Vialon” MMC-dən sonra torpaq sahəsi ayrılmış bir çox Şirkət artıq bir neçə binanın yuxarı mərtəbələrini tikir.
Bu vəziyyət isə çox acınacaqlıdır.
Kubinka adlanan ərazi Suriyanın küçələrinə bənzəyir.
İran İsraili, İsrail Suriyanı, Rusiya Ukraynanı viran qoyduğu kimi Bakının mərkəzi küçələri də iş bacarmayan bir şirkət tərəfindən sözün əsl mənasında viran qoyulub.
Təsəvvür edin ki, 2020-2021-ci illərdə “Vialon” MMC tərəfindən tikiləcək binada əvəzinə mənzil verilməsi şərtilə evlərinin sökülməsi barədə müqavilə bağlamış insan 6 ildir yerində sayır və tikinti bir yana, heç söküntü istiqamətində də heç bir real addım atılmır.
Vətəndaş necə etməlidir?
Artıq “Vialon” MMC tərəfindən 10 milyonlarla, bəlkə də 20 milyondan artıq pul vəsaiti xərclənməsinə və bununla da ərazidə yerləşən 2500 yaşayış evindən 300-ə yaxın evin sökülməsinə baxmayaraq, evlərin hərəsinin bir-birindən uzaq məsafədə yerləşməsi nəticəsində hardasa inşa olunacaq bir binanın özülü qoyulmayıb. Lakin nə şəhərsalmaya məsul şəxslər, nə də hüquq mühafizə orqanları bununla bağlı heş bir tədbir görmür.
“Vialon” MMC-nin əməkdaşları hansısa sakinlə özlərinə sərf edən qaydada razılaşırlarsa onun da evi sökülür və o evin onlara ayrılmış ərazinin hansı hissəsində yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.
Ona görə də, qeyd edilən məsələni nəzarətə götürməklə “Vialon” MMC-nin hərəkətlərinə dövlət tərəfindən qiymət verilməlidir.

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz



İş adamı Ramil Aslanov Globalinfo.az-a müraciət edərək Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində problemlərin qaldığını bildirib.

R.Aslanovun sözlərinə görə, DGK rəhbərliyi gömrük subyektlərinin vahid sistemə qoşulduğunu desə də, praktikada onlar arasında koordinasiya yoxdur:

"Gömrük subyektlərinin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir. Eyni məsələlərə fərqli münasibət göstərilir, qanunvericiliyin tələbləri düzgün tətbiq olunmur. Sahibkarlar müxtəlif süni əngəllərlə üzləşirlər. Dövlət gömrük orqanlarının fəaliyyətiüçün bütün şəraiti yaradıb və əsas tələb sahibkarlara normal xidmət göstərilməsidir. Lakin bəzi əməkdaşların fəaliyyəti ölkənin beynəlxalq imicinə də mənfi təsir göstərir".

R.Aslanov bu fikirləri "Lion Centre" MMC ilə bağlı DGK-də yaranan mübahisələrlə əlaqələndirib.

Onun sözlərinə görə, rəhbəri olduğu şirkətin 16 may 2025-ci il tarixli 01251000204009 və 16 avqust 2025-ci il tarixli 01251000346543 nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirmə zamanı qanun pozuntularına yol verilib.

O, bununla bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə və DGK rəhbərliyinə dəfələrlə müraciət etdiyini bildirib.

İş adamı qeyd edib ki, sonuncu dəfə 5 avqust 2026-cı il tarixli LCM-33/26 nömrəli məktubla DGK-ya müraciət edib. O, müraciətlərinə mahiyyəti üzrə baxılmadığını və verilən cavablarda 2025-ci ildə baş vermiş hadisələrə 2026-cı ildən qüvvəyə minən qanunvericilik dəyişikliklərinin tətbiq edildiyini iddia edib.

R.Aslanovun sözlərinə görə, sentyabrın 3-də DGK-nın inzibati binasına dəvət olunaraq Komitənin Aparat rəhbəri Kənan Əsədovla görüşüb. Görüş zamanı gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntuları barədə yenidən məlumat verib və məsələyə hüquqi qiymət verilməsini istəyib.

Onun dediklərinə görə, Kənan Əsədov məsələnin araşdırılacağını və sentyabrın 17-dək məlumat veriləcəyini bildirib. Lakin cavab almadığını deyən R.Aslanov oktyabrın 2-də yenidən DGK-ya müraciət edib.
İş adamına cavab məktubunun sentyabrın 9-da "Lion Centre" MMC-nin elektron poçt ünvanına göndərildiyi bildirilib.

R.Aslanov isə məktubun şirkətin elektron poçtuna daxil olmadığını deyərək, göndərişi təsdiqləyən məlumatın təqdim edilməsini istəyib.

Onun sözlərinə görə, bu məlumat verilməyib və oktyabrın 2-də ona üzərində imza, nömrə və tarix olmayan, sentyabrın 9-da Kənan Əsədovun adından göndərildiyi bildirilən məktub təqdim olunub.

R.Aslanov bildirir ki, həmin məktubda sentyabrın 3-də DGK-da qəbul edildiyi, şikayətinin dinlənildiyi və mövcud qanunvericiliyin tələblərinin izah olunduğu qeyd edilib.

O isə müraciətində əsas məsələ kimi gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntularını göstərdiyini və cavab məktubunun bu məsələlərə mahiyyəti üzrə cavab vermədiyini vurğulayıb.

İş adamı DGK-ya müraciətində əvvəlki cavabların yenidən nəzərdən keçirilməsini, 2025-ci ildə yaranmış hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini istəyib.

O, həmçinin 2026-cı ildə qüvvəyə minən qanun dəyişikliklərinə istinad edilməklə əvvəlki hadisələrin qiymətləndirilməsi məsələsinə hüquqi qiymət verilməsini, eyni bəyannamə üzrə qəbul edildiyini iddia etdiyi ziddiyyətli qərarların və vəzifəli şəxslərin hərəkətlərinin xidməti qaydada araşdırılmasını, irəli sürdüyü hüquqi arqumentlərin hər biri üzrə əsaslandırılmış yazılı cavab verilməsini xahiş edir.

Globalinfo

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasının iştirakçıları üç beynəlxalq sənəd qəbul ediblər.

"Report"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, söhbət "Dini sahədə süni intellektdən istifadənin etik məcəlləsi"ndən, "İqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu" sənədindən və Sağalmaz xəstə uşağın hüquqları Xartiyasından gedir.

İlk iki sənədin hazırlanması Dünya və ənənəvi din liderlərinin VIII Qurultayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təşəbbüs edilib və iştirakçılar tərəfindən dəstəklənib.

Xartiya sağalmaz xəstə uşağın ləyaqətinin qorunması, ona humanist münasibət göstərilməsi, habelə onun zəruri tibbi və psixoloji yardım almaq hüququnun prioritetini təsbit edir.

Sənəd, həmçinin müvafiq müraciət olduqda uşağın dini və dünyagörüşü ehtiyacları nəzərə alınmaqla dəstək göstərilməsi imkanını nəzərdə tutur.

Həbsdə olan icra başçısının oğlu yeni şirkət təsis edib


Hazırda həbsdə olan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev yeni şirkət təsis edib.
Yeniavaz.com xəbər verir ki, hüquqi ünvanı Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45, mənzil 47-də yerləşən “Juris Trade” MMC-nin (VÖEN – 1507588161) nizamnamə kapitalı 20 manat təşkil edir.
Məlumat üçün bildirək ki, Məhəmməd Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror işləyib. Atası korrupsiya cinayətlərinə görə həbs olunduqdan sonra işdən çıxarılıb. Eyni zamanda, Vilyam Hacıyev həbs edildikdən sonra onun özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlaklarına həbs qoyulub.

Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… - İLGİNC GƏLİŞMƏ...


İş üzrə qanunsuz qətnamə qəbul edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskini Əsabil Qasımovla hansı qohumluq əlaqəsi bağlayır?
Keçək mətləbə: Azərbaycan Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 85 saylı qərarı ilə “Azər-Tikinti-Şirkəti» MMC-yə Bakı şəhər Nəsimi rayonunun Azadlıq prospekti, Sahib Zeynalov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə köhnə yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sökülməsi, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış tikintilərinə icazə verilmişdir… Və “Azər-Tikinti» MTK şirkəti də mülkiyyətçilərlə razılaşaraq 21 dekabr 2018-ci il tarixində “Razılaşma” müqaviləsi bağlayaraq Azadlıq prospekti-40 və 42 ünvanlarındakı yaşayış binalarının sökülməsindən sonra həmin binaların yerində tikiləcək coxmərtəbəli yeni binadan 170 kv.m təmirli qeyri-yaşayış sahəsinin və 226 kv.m olan iki təmirli mənzilin açarlarının 24 ay müddətində təqdim edilməsi ilə bağlı mülkiyyətçilər qarşısında öhdəlik götürmüşdür.

Xatırladırıq ki, həmin “Razılaşma” müqaviləsinin 2.1 maddəsinə əsasən, sözügedən əmlaklar (226m2+170 m2) Sahibkarlıq Fondundan dövlət dəstəyi ilə ayrılmış 2 (iki) milyon manat kreditin və 5 il ərzində ona hesablanmış 503 min manat faiz üçün ipoteka ilə yüklü olduğuna görə tərəflər razılığa gəlmişlər ki, Azadlıq prospekti-42 ünvandakı binanın 170 m2 sahəsinin altındakı zirzəmi mərtəbəsində mülkiyyətçiyə məxsus 70.7 m2 və 85 m2 əmlaklar satılır, əldə olunan vəsaitlə Əmanətlərin Sığortalanması Fondunun girovundan 10.03.2019-cu il tarixinədək azad edilsin, sonra söküntü işlərinə başlanılsın.

Sabiq deputatın mənzil fırıldaqçılığı və bu əmələ şərik olan hakimlər…
Beləliklə, ”Azər-Tikinti” MTK alqı-satqının mülkiyətçilərlə aparılması üçün sabiq deputat Əsabil Qasımovun (onun adı Milli Məclisin rəsmi saytında yaxın qohumu, İmişli rayonunun Bərcəvan kənd sakini Əhmədova Könül Cabbar qızını səlahiyyətli şəxs qismində təqdim edilmişdir.

Beləcə, sonradan alqı-satqı zamanı məlum olmuşdur ki, 85 m2 sahə elektron sistemdə yüklü göründüyündən yalnız 70.7m2 sahəsi olan əmlakın alqı-satqısı aparılmış, ona görə də tərəflər 85 m2 sahənin yüklülükdən çıxardıqdan sonra alqı-satqısının aparılacağına razılaşmışdır. Amma 85m2 obyekti yüklülükdən çıxarıb MTK-ya təqdim edənə qədər əmlak üzərində heç bir hüquqları olmadıqları halda, “Azər-Tikinti” MTK ilə sabiq deputatın təqdim etdiyi sevimli nümayəndəsi Əhmədova Könül Cabbar qızı ilə öz aralarında 19.02.2019-cu ildə saxta müqavilə tərtib edilmiş, 85 m2 sahə özbaşına sökülmüşdür.

Bundan sonra görün nə baş vermişdir: sabiq deputata məxsus olan “Azər-Tikinti” MMC-nin İdarə Heyətinin sədri Mətin Rəfail oğlu Əmiraslanov olsa da, Əsabil Qarakişi oğlu Qasımov yaxın qohumu olan və bu məsələlərə heç bir aidiyyəti olmayan Könül Əhmədova ilə birləşərək, hətta 85 m2 sahəli obyektin üzərində heç bir mülkiyyət hüquqları olmadığı bir halda, «Azərtikinti» MMC-nin icraçı direktoru Namiq Xuduş oğlu Umudovla notariusdan keçməyən saxta müqavilə tərtib etmişdir. Beləcə, «sənə güvəndiyim dağlar, sənə də qar yağarmış» məntiqi ilə çətin durumla qarşılaşan mülkiyyətçilər sözügedən 85m2 sahənin özbaşına uçurulması və kirayə haqqının ödənilməməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə şikayət vermişlər.

Nəsimi rayon Məhkəməsinin 01.06.2022-ci il tarixli №-2(006)-332/2022 saylı qətnaməsi ilə 170 m2 qeyri- yaşayış və 226 m2 yaşayış sahəsinin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi ödənilməyən kirayə haqlarının, eləcə də ”Azər-Tikinti” MMC-nın heç bir mülkiyyət hüququ olmadan 85 m2 mülkün özbaşına uçurulması ilə bağlı dəymiş ziyanın əvəzi olaraq 394 min 342 manat, kirayə haqqının isə 14 400+9600 manat, səmi-24 min manat ödənilməsi barədə qərar vermişdir.

Həmin qətnamədən 28 gün sonra, yəni 29.06.2022-ci il tarixdə Könül Əhmədova qəsdən mülkiyyətçilərə rəsmi “Təklif” məktubu göndərərək guya 85 m2 və 70 m2 obyektlərin hər ikisinə birlikdə cəmi 155.7 m2 sahə üçün Dövlət qeydiyyatından çıxarış aldığını, guya alqı-satqı zamanı 70.7 m2 üçün verdiyi 328 min manatın təkcə 70.7 m2 üçün deyil, həm də 85m2- -cəmi 155.7 m2 üçün verildiyini, əks təqdirdə həmin mülkü qaytaracağını bildirmişdir.

Əhmədova Könül Cabbar qızı bu dəf daha başqa bir fənd işlədir: Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışıinski Könül Əhmədovanın məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş saxta “Təklif” məktubu və “Mülahizələrinə” istinad edərək qiymətləndirmə ekspertizası keçirilməsi barədə qərardad çıxarır.

Diqqət edirsizmi, hətta vəsatət verilərək hakim Fuad Talışınskinin diqqətinə sözügedən 85 m2 və 70 m2 obyektlərin hələ 2016-cı il tarixində- sökülməmişdən əvvəl, “Əmlak Ekspertizası Mərkəzi” adlı qiymətləndirmə şirkətinin ƏEM/i- 04-232 nömrəli,16 saylı ekspert rəyi ilə 85 m2 sahə üçün 360 min manat, 70.7m2 sahə üçün isə 305 min manat, cəmi məbləğ-665 min manat, 155.7 m2 sahənin 1 m2-nin isə qiymətinin 4271 manat olduğu, eləcə də məhkəmə qərarı ilə təyin edilmiş digər və ”Mülkiyyətçi” adlı qiymətləndirmə şirkətinin verdiyi rəyində də 85m2 sahənin 500 min manat, 70.7m2 sahənin isə 450 min manat- səmi 155.7m2 sahəni 950 min manata qiymətləndirərək (950 min:155.7m2=6101.5 manat), zirzəmi mərtəbəsindəki sözügedən sahənin 1m2-nin dəyərinin 6101,5 olduğu barədə rəy olmuşdur.

Ən maraqlısı, həmin qiymətləndirmə rəyləri Bakı Apellyasiya Məhkəməsinin 21.07.2016-cı il tarixli (iş №2(103)-3776-/2016 saylı) qətnaməsi ilə təsdiq edilmişdir… Amma qarşı tərəf bu qətnamədən kassasiya şikayəti verməli olmuşdur.

Kassasiya şikayətinə baxış zamanı Ali Məhkəmə 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı ilə həmin qiymətləndirmə ilə bağlı çıxarılan qətnaməni qüvvədə saxlamışdır. Bu artıq bütün mübahisələrə nöqtə qoymaq demək idi! Beləliklə, 85m2 sahənin 1m2-nin hələ 2016-cı il tarixində 4271 manat və 6101.5 manat orta hesabla (4271+6101.5)=10372,5= 5186,25 manat olması Ali Məhkəmənin qərarı ilə bir daha təsdiqini tapmış olur!

Hakim Fuad Talışınski Azərbaycan MPM-nin tələblərini kobud surətdə necə pozmuşdur???
…Onu da xatırladaq ki, qüvvəsini almış bu qərardan sonra onun mübahisəsinə ehtiyac olmadığı halda, üstəlik, Ali Məhkəmənin 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı iş materiallarına əlavə edilsə də, hakim Fuad Talışınski Azərbaycan MPM-nin tələblərini kobud surətdə pozaraq 12 oktyabr 2022-ci il tarixində təkrar qiymətləndirmə aparılması ilə bağlı qanunsuz qərardad qəbul edir. Bu həm də hakimin qanunlara hörmətsizliyi, ədalət mühakiməsinə inamsızlıq yaratması demək idi!

Bundan sonra görün nə baş vermişdir: hakim Talışınskinin bu dəfə təyin etdiyi iki qiymətləndirmə şirkətindən biri maraqlıdır ki, eyni zamanda təsadüfən 2016-cı ildə olan «Əmlak Ekspertiza Mərkəzi» olmuşdur… Və nəticədə bu dəfə verilən rəy deyil, adi bir vərəqlik qiymətləndirmə arayışı olmaqla (sözügüdən 85m2 sahənin 1m2-nin 2016-cı ildə 4271 manat göstərdiyi halda), 6 il sonra-2022-ci ilin oktyabr tarixinə orta bazar qiymətinə zidd olaraq yenə də anoloji metodla hesablanır, vur-tut 1600 manat olduğu göstərilir, nəticədə, 6101.5 :1600=3,8 dəfə az qiymətləndirmə aparılır!

Yaxşı, hakimin özgə əmlakını bu cür hədəf seçməsi nədən qaynaqlanır? Təkrar edirik, qiymətləndirmə 6 il əvvəlki dəyərindən 3,8 dəfə aşagı göstərilir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınski qətnamə çıxararkən Ali Məhkəmənin 6 il əvvəl təsdiq etdiyi eyni qiymətləndirmə şirkətinin- ”Əmlak Ekspert Mərkəzinin” rəyi ilə anoloji metodla hesablanmış 1m2 sahənin 4271 manat deyil, 6 il sonra 1 vərəqdən ibarət eyni ekspertin eyni anoloji metodla hesabladığı ekspert arayışına, eləcə də Əhmədova Könül Cabbar qızının mülkiyyətçiyə göndərdiyi 29.06.2022-ci il tarixli «Təklifi»nə(hansı ki, saxta olduğu təsdiqlənmiş və Nəsimi rayon Polis İdarəsində fakt üzrə Azərbaycan CM-nin 186.3, 320.1 və 320.2 maddələri ilə cinayət işi başlanmışdır, istintaq davam edir) və 16.10.2022-ci il tarixli müddəti ötürülmüş iddia ərizəsinə, qanunsuz “Mülahizələrinə” istinad edərək Bakı Apelliyasiya Məhkəməsinin 10.04.2023-cü il tarixli qətnaməsi ilə Əhmədova Könül Cabbar qızının tərəfindən verilmiş apelliyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin qətnaməsində mülkiyətçilərə 85 kvm. sahənin özbaşına uçurulması ilə bağlı dəymiş 394 min 342 manat ziyanın ödənilməsi ləğv edilmişdir( Guya K.Əhmədova 70,7 kvm. sahə üçün alqı-satqı zamanı 328 min manat ödədiyi həmin məbləği həm də 85 kvm. sahə üçün də ödəyib-cəmi 155,7 kvm. üçün ödədiyini əsas tutaraq, hansı ki, Ali Məhkəmənin yuxarıda qeyd etdiyimiz qərarında həmin sahənin orta qiyməti 5186,25 manat dəyərləndirilmiş və tam hüquqi qiymətini almışdır…

QEYD: hakim Fuad Talışınski daha bir özbaşınalıq edərək çıxardığı qətnamənin əsaslandırıcı hissəsində bildirir ki, guya Ali Məhkəmənin 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarı ilə təsdiq edilmiş 85 kvm. sahənin qiymətləndirilməsinin hərracla bağlı olduğunu qeyd edir. Halbuki Ali Məhkəmənin qeyd edilən qərarında məhz təyinatı göstərilməklə və qiymətləndiricinin adı belə xüsusi göstərilməklə(«Əmlak Espertiza Mərkəzi») təsdiqini tapmışdır. Hansı bu qiymətləndiricilərin birini elə həmin dövrdə Bakı Apellyasiya Məhkəməsinin məruzəçi hakim Fuad Talışınskinin qərarına uyğun seçilmiş «Əmlak Espertiza Mərkəzi» olmuşdur. Mülkiyyətçilər hakimin şəxsi maraq zəminində qəbul etdiyi ədalətsiz, natamam, qərəzli, ziddiyyətlərlə dolu qanunsuz qətnaməsindən bu dəfə kassasiya şikayəti verirlər. Kassasiya baxışı zamanı işə baxan Kollegiyanın sədri hakim Elşanə Vəliyeva isə lap ağını çıxarır: heç bir araşdırma aparmadan 26 iyul 2023-cü il tarixində iş№(2(102)-3259-2023 ) saylı qərarla F.Taşılinskinin qərəzli qətnaməsini qüvvədə saxlayır.

Hazırda sabiq deputat Əsabil Qasımovun himayəsi və idarəsində olan «Azərtikinti-Şirkəti» MMC ilə bağlı istintaq hərəkətləri davam edir.

Yazı çapa gedərkən məlumat aldıq ki, artıq Əsabil Qasımov da istintaqa cəlb edilib…

(Hələ də Milli Məclisin saytında adı deputat kimi keçir)
Qayıdırıq sabiq deputat Əsabil Qasımovun himayəsində olan «Azərtikinti-şirkəti» MMC-nin məhkəmələrlə iş birliyinə: hüquqları kobud surətdə pozulmuş mülkiyyətçilər bu dəfə 85 m2 obyektin özbaşına uçurulması ilə bağlı polis və prokurorluq orqanlarına da şikayət etmişdir. Belə ki, Nəsimi rayon Polis İdarəsində aparılan istintaq araşdırmaları zamanı Könül Əhmədova ifadəsində bildirmişdir ki, onun adından mülkiyyətçilərə göndərilən “Təklif” və imza ona məxsus deyildir. Həmçinin təhqiqat zamanı Könül Əhmədovadan götürülən imza nümunələri üzrə xüsusi xəttşunaslıq ekspertizası təyin edilmiş, sübut olunmuşdur ki, həqiqətən də ”Təklifdəki” imza Əhmədova Könül Cabbar qızına məxsus deyildir, bu ekspert rəyi ilə də təsdiq edilmişdir.

Ən nəhayət, 04 avqust 2026-cı il tarixində Baş Prokuror Kamran Əliyev Nəsimi rayon Prokrorluğunda vətəndaş qəbulunda olarkən zərərçəkmiş-mülkiyyətçilər bu iş üzrə ərizə ilə müraciət etmiş, qəbul zamanı Baş prokuror Nəsimi rayon prokuroruna 85 m2 sahənin özbaşına söküntüsü ilə bağlı obyektiv araşdırma aparılması tapşırığını vermişdir.

Nəsimi rayon Prokurorluğunda isə işi obyektiv araşdıraraq, faktla bağlı AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulması epizodu üzrə № 260070465 saylı cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Hesab edirik ki, Əsabil Qasımov da Azərbaycan CM-nin üç maddəsi ilə istintaq edilən iş üzrə cavabdeh qismində cəlb ediləcək…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

İşçinin həyatı üçün AÇIQ TƏHLÜKƏ... - MÜRACİƏT


"Nəzərinizə çatdırmaq istəyirəm ki, SOCAR-ın Nəqliyyat İdarəsinin Siyəzən üzrə sahəsində neft və texniki suyun daşınması, yığılması məqsədilə istismar edilən xüsusi təyinatlı avtomobilin çəni fiziki baxımdan köhnəlmişdir (1980-ci illərin istehsalı)..." "Dia-az" xəbər verir ki, bu barədə SOCAR işçisi Zamiq Əliyev rəhbərliyə ünvanladığı müraciətdə qeyd edir.
Müraciətdə daha sonra deyilir: "Uzunmüddətli və intensiv istismar nəticəsində həmin çənin ön, arxa və üst hissələrində ciddi korroziya və yırtıqlar meydana gəlmiş, nəticədə texniki suyun və digər mayelərin sızması halı kütləviləşmişdir. Avtomobil sahədə işləyərkən çəndən mütəmadi olaraq axıntıların olması səbəbindən nasosxana və ətraf ərazi çirklənməyə məruz qalır, bu isə istehsalat sahəsində sanitariya-gigiyena və əməyin mühafizəsi standartlarının pozulmasına, eləcə də ekoloji risklərin yaranmasına səbəb olur.
Bundan əlavə, qeyd olunan avtomobil Vətən müharibəsi (Qarabağ) veteranı olan əməkdaşımıza təhkim edilmişdir. Həmin əməkdaş tərəfindən nəqliyyat vasitəsinin yararsızlığı və çənin dəyişdirilməsi vacibliyi ilə bağlı dəfələrlə rəsmi ərizə ilə müraciət olunsa da, problem öz həllini tapmamışdır.
İstehsalat təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərini nəzərə alaraq Sizdən xahiş edirəm ki qeyd olunan xüsusi təyinatlı avtomobilin çəninin texniki vəziyyətinin qiymətləndirilməsi üçün baxış keçirilsin və yararsız halda olan çənin təcili olaraq yenisi ilə əvəz edilməsi üçün lazımi tədbirlər görülsün..."


Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - BU NƏDİ BELƏ?


Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanın “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında 3 mükafata layiq görüldüyünü açıqlayıb. Lakin yarışın rəsmi nəticə cədvəlində Azərbaycan iştirakçılarının nəticələri Agentliyin yaydığı məlumatla tam uyğun gəlmir.

Agentliyin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence”, elektronika üzrə Orxan Mustafayev isə “Best of Nation” mükafatına layiq görülüb.
Lakin “WorldSkills Shanghai 2026”nın rəsmi nəticə bazasında Azərbaycan üzrə 7 iştirakçının nəticələri fərqli şəkildə təqdim olunur.

Rəsmi cədvələ əsasən, nəticələr belədir:

Elsevər Yaqublu – dəmir yolu nəqliyyat vasitələri texnologiyası – 9-cu yer, 673 bal;
Əli Məhərrəmli və Yusif Kazımlı – kibertəhlükəsizlik – 10-cu yer, 702 bal, Medal for Excellence;
Orxan Mustafayev – elektronika – 13-cü yer, 686 bal;
Emil Hüseynov– veb texnologiyaları – 26-cı yer, 685 bal;
Cahid Güləhmədov – qaynaq – 30-cu yer, 658 bal;
Çarkaz Vəliyev – avtomobil texnologiyası – 33-cü yer, 665 bal;
Cavid Məmmədov – yemək bişirmək – 41-ci yer, 638 bal.

Cədvəldə medal göstəricisi yalnız Əli Məhərrəmli və Yusif Kazımlının nəticəsinin qarşısında qeyd olunub. Bu isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin açıqladığı “3 mükafat” məlumatının necə hesablandığını böyük sual altına alır. 1, yoxsa 3 medal?

Xüsusilə Orxan Mustafayevin “Best of Nation” mükafatına layiq görüldüyünün açıqlanması diqqət çəkir. Onun WorldSkills-in rəsmi nəticə cədvəlində nəticəsi 13-cü yer və 686 bal olaraq göstərilir, lakin medal bölməsində müvafiq qeyd yer almır.

Yəni, Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlının birgə fəaliyyəti nəticəsində 1 “Medal for Excellence” əldə olunub. Sadəcə həmin medal iki iştirakçının adına qeyd edilib. Bəs digər 2 medal haradadır, hörmətli İlqar Bayramlı? Göstərə bilərsinizmi həmin 2 medalı?
Digər tərəfdən, yarışda Azərbaycan nümayəndə heyətinin kifayət qədər geniş tərkibdə iştirak etdiyi məlumdur. Şanxayda Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, müxtəlif peşə təhsili müəssisələrinin rəhbər və digər nümayəndələrinin də iştirak etdiyi görünür.
Dövlət vəsaiti hesabına həyata keçirilən səfərin nəticələri nə oldu? Bu yarışda iştiraka nə qədər dövlət vəsaiti xərcləndi? Niyə bu qədər direktor və direktor müavini Şanxaya aparılmışdı? Sadəcə gəzməyə, şəkil çəkdirməyə?
Azərbaycanın bölgələrdəki peşə məktəblərinin hansı vəziyyətdə olduğunu İlqar Bayramlı hamıdan yaxşı bilir. Bu vəsaiti peşə məktəblərinin heç olmasa bir qisminin təmirinə xərcləmək olmazdımı? Nə qazandıq? Kİmlərsə gəzdi və şəkil çəkdirdi, vəssalam? Peşə məktəblərinin direktor və direktor müavinlərinin beynəlxalq tədbirdə iştirakının Azərbaycan peşə təhsilinə hansı konkret nəticələri verdiyi, hansı yeni əməkdaşlıq və layihələrin əldə olunduğu barədə Agentlik niyə məlumat açıqlamır? Şəkil çəkdirməyəmi getmişdilər?
Nəticə etibarilə, bir tərəfdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin “3 mükafat” açıqlaması, digər tərəfdə isə WorldSkills-in rəsmi nəticə cədvəlində əks olunan nəticələr dayanır.
Azərbaycanın “WorldSkills Shanghai 2026”da qazandığı 3 mükafat konkret olaraq hansılardır və bu mükafatlar WorldSkills-in rəsmi nəticə sistemində niyə eyni şəkildə əks olunmur? Həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu tədbir üçün nə qədər vəsait xərcləyib?
Bu suallara aydınlıq gətirmək Elm və Təhsil naziri Emin Əmrullayevə düşür.

Tehsilmedia.org

"Qurtuluş 93"-də zirzəmi obyektə çevirilir - Sakinlər narazıdır


Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin 60-cı binasında yaşayan sakinlər Bizimesr.info-ya müraciət ediblər.
Sakinlərin sözlərinə görə, binanın zirzəmi hissəsi kompleks satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin sonradan zirzəminin bütün çıxışlarının bağlandığını və həmin ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparıldığını bildirirlər.
Sakinləri xüsusilə zirzəmidə aparılan söküntü və tikinti işləri narahat edir. Onların iddiasına görə, işlər zamanı binanın əsas konstruksiyalarının, o cümlədən dayaqlarının zədələnə biləcəyindən ehtiyat edirlər.
```html
Bina sakinləri bildirirlər ki, məsələ ilə bağlı binanı inşa edən şirkətin rəhbərliyindən də aydın məlumat ala bilmirlər. Onların sözlərinə görə, gün ərzində davam edən söküntü və tikinti işlərindən yaranan səs-küy də sakinlər üçün əlavə narahatlıq yaradır.
Sakinlərin digər iddiasına görə isə zirzəminin obyektə çevrilməsi ilə bağlı müvafiq icazələrin olub-olmaması barədə onlara heç bir məlumat verilməyib. Hazırda zirzəmidə konkret hansı işlərin aparıldığı və gələcəkdə burada hansı obyektin fəaliyyət göstərəcəyi də sakinlərə məlum deyil.
Qeyd edək ki, sakinlərin sözlərinə görə, Qurtuluş 93 yaşayış kompleksində son illər zirzəmi sahələrinin satılması və müxtəlif məqsədlərlə obyektlərə çevrilməsi halları ilə bağlı narazılıqlar artıb.


Bizimesr.info

Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı



Bu gün MÜTDA-nın kölgə rəhbəri Arslan Hacıyevin tapşırığı ilə BŞTİ-nin kölgə şefi Turanə Məcidli məktəb direktorlarını bir yerə toplayaraq "dəyərli təlimat"larını verib. Kölgə şef BŞTİ müdirliyini müvəqqəti (3 ildir) məşğul edən Nərminə Hüseynovanı da zorla toplantıya gətirib.

Maraqlı olan odur ki, toplantı öncəsi məktəb direktorlarının mobil telefonları əllərindən alınıb, üst-başları yoxlanılıb. Bu haldan şoka düşən bəzi direktorlar etiraz etsələr də, əlamanlar onlara danışmağa belə imkan verməyib. Deyiblər ki, Turanə Məcidlinin tapşırığıdır, sorğu-sualsız icra olunmalıdır.

Toplantı nə toplantı. Məlum olub ki, Turanə Məcidlinin ürəyi doluymuş, direktorları daha ürəkdən danlamaq üçün üst səviyyədə "təhlükəsizlik" məqsədilə mobil cihazların yığılması əmrini verib. Yenə reallıqdan uzaq tapşırıqlar, ironik atmacalar, yersiz göstərişlər. Bir neçə direktorun haqlı etirazından sonra acıdil müavininə əsəbiləşən Nərminə Hüseynova zalı yarımçıq tərk edib. Maraqlıdır, onun bu gedişinə zaldakılar ayağa qalxsa da, Turanə Məcidli heç halını da pozmayıb. Bundan sonra daha əsəbi danışan Kölgə Şefi direktorlar susmaqla və kinayəli təbəssümlə baykot edərək yola veriblər. İş o yerə çatıb ki, Turanə Məcidlinin yanında oturan Anar Qədimov, Bəşarət Məmmədov, Kamran Vəliyev utandıqlarından başlarını aşağı salaraq susublar.

Verilən məlumata görə, Bakı Təhsil İdarəsinin pərdəarxası şefi olan Turanə Məcidlinin məktəb direktorlarına olan patoloji nifrətinin bir səbəbi məktəb direktoru olduğu dönəmdə onu saya salmamaları, digər səbəbi isə onu BŞTİ rəhbəri kimi ciddi qəbul etməmələridir.

Toplantı sonrası pərt halda zalı tərk edən məktəb direktorları pıçıldaşırmışlar ki, bunun öz ayıbı azdır, hələ bizə göz ağardır. Sən demə, yayda mediada işlqlandırılan "Turanə Məcidlinin ailə dələduzluğu" haqda yazılanlar həqiqət imiş. Turanə Məcidlinin qayınanası, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova da bu oyunbazlığa qurban gedibmiş, işdən atılıbmış. Bərəkallah belə gəlinə, qayınana qəniminə. Əslində isə hər ikisi şikayətçilər sayəsində üstü açılan rüşvət əməliyyatında xar olublar.
Məlum olub ki, Bakı İdman Liseyinin müəllimi bir neçə şəxsi aldadaraq yüklü miqdarda pulu öz direktoruna versə də, aldatdıqları adamların şikayəti əsasında həbs edilib, məhkəməyə çıxarılıb. Bax beləcə əməliyyat pozulub, qayınana qurban verilib, gəlinlə bağlı da yuxarı səlahiyyətlilərin sərt qərarı gözlənilir. Ona görə də Turanə Məcidli səbəbsiz yerə direktorları toplayaraq özünü işgüzar göstərməyə, ətrafdakılara "yıxılmadım, ayaqdayam" deməyə çalışır.
(Bütün bunlar haqda daha detallı məlumatlar əldə etməyə çalışırıq)

Tehsilmedia

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56