ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri


Elm və Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət və Audit şöbələrinin regional idarədə keçirdiyi yoxlamaların yekun AKT-ı redaksiyamıza daxil olub. Sənəddə təhsil sistemindəki kadr islahatlarına kölgə salan, rəsmi sənədlərin və imtahan protokollarının məqsədli şəkildə saxtalaşdırılmasını sübut edən tükürpədici faktlar yer alıb.

Rəsmi akta əsasən, 01 noyabr 2024-cü il tarixindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Elçin Vaqif oğlu Kərimov və digər vəzifəli şəxslər araşdırma dövründə idarənin fəaliyyətində baş verən bütün hüquqpozmalara görə birbaşa məsuliyyət daşıyırlar.

Yoxlama zamanı aşkarlanan və təhsilimizə rəhbərlik edənlərin "göz yumduğu" əsas qanunsuzluqları təqdim edirik:
1. İmtahandan kəsilənlərin protokolları məqsədli şəkildə dəyişdirilib (Saxtakarlıq)

Aktın bəlkə də ən rüsvayçı məqamı idarənin təşkil etdiyi müsabiqələrlə bağlıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, idarə tərəfindən keçirilən müsabiqələrdə minimum keçid balını toplaya bilməyən və uğursuz nəticə göstərən şəxslərin qiymətləndirmə və müsahibə protokolları məqsədli şəkildə dəyişdirilib! Bu yolla imtahandan kəsilən 5 nəfər (V.Əsgərova, A.Həsənova, L.Abışova, L.Əliyeva, S.Məmmədova) və daha 2 nəfər (İlahə İsmayılova və Tərgül Məmmədova) müxtəlif məktəblərə qanunsuz olaraq direktor və direktor müavini təyin ediliblər. İmtahan protokollarının saxtalaşdırılması yazılı izahatlarla da təsdiqini tapıb.

2. MİQ-dən kənar qanunsuz fəaliyyət və stajı olmayanların irəli çəkilməsi

Qəhrəmanova Nərminə İlham qızı: Heç bir pedaqoji stajı (tələb olunan 3 illik staj yoxdur) və ümumi təhsil müəssisəsində müəllim kimi fəaliyyəti olmadığı halda, Vahid Tarif-İxtisas Sorğu Kitabçasının tələblərinə zidd olaraq uşaq birliyi rəhbərliyindən birbaşa Gəncə şəhər 42 nömrəli məktəbə təşkilatçı vəzifəsinə təyin edilib. Üstəlik, bu şəxs MİQ-dən (Müəllimlərin İşə Qəbulu) kənar qanunsuz müəllimlik fəaliyyətinə də cəlb olunub.
Eldarova Humay Məharət qızı: Samux rayonu Tatlı kənd məktəbində laborant işlədiyi halda, qaydalara zidd olaraq Sarıkamış kənd məktəbinə təşkilatçı, daha sonra isə heç bir əsas olmadan təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə rotasiya edilib.

3. Nazirliyin qaydalarında nəzərdə tutulmayan qanunsuz rotasiyalar

Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarında direktor müavinlərinin rotasiyası (yerdəyişməsi) nəzərdə tutulmadığı halda, Regional İdarə daxili əmrlərlə qanunsuz kadr yerdəyişmələri həyata keçirib:
Gəncə şəhər 32 nömrəli məktəbin təşkilatçısı Tağı-zadə Səidə Musa qızı qanunsuz olaraq Ş.İ.Xətai adına 13 nömrəli məktəbə direktor müavini təyin edilib.
Eyni üsulla, informatika müəllimi olan Abbasova Laçın Şəmşi qızı qaydaları bypass edərək N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini qoyulub.

4. Müsabiqədənkənar təyinatlar və müqavilə müddətinin qanunsuz uzadılması

Gəncə şəhər 19 nömrəli məktəbin ibtidai sinif müəllimi Axundova Fəxriyyə Faiq qızı, regional idarənin rəhbərliyinin "müvafiq dərkənarı" əsasında müsabiqədənkənar və tam qanunsuz şəkildə 30 nömrəli məktəbə direktor müavini təyin edilib. Daha sonra isə daxili əmrlə onun əmək müqaviləsinin müddəti qanunsuz olaraq uzadılıb.

Nazirliyin rəsmi müfəttişlərinin və daxili nəzarət qrupunun imzaladığı bu AKT Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şəffaflığın, MİQ imtahanlarının və qanunun rəsmən tapdalandığını göstərir. İmtahandan kəsilənlərin protokollarını dəyişdirib onlara vəzifə paylayan, laborantı və uşaq birliyi rəhbərini qanunsuz yollarla direktor müavini edən bu sistemin başında duran şəxs – idarə müdiri Elçin Kərimovdur.

Tehsilmedia.info


Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir


"Azay Möhnətov adlı "Böyük Güc" həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc göstərir. "Eurohome" bazarı yanandan sonra atam Ocaqverdiyev Rafiqə ödəməli olduğu konpensasiyanı 5 il verəcəm deyə "fırlatdıqdan" sonra sözü "get hara şikayət edirsən et" oldu. Əslində sözünü "təsdiqləmiş" də oldu hələ ki şikayətlər cavabsız qalıb. Amma bizim inamımız tükənməyib".

Bizimesr.com bildirir ki, bunu jurnalist Qafqaz Rafiqoğlu deyib.

"Xüsusi olaraq qeyd edim ki, Azay Möhnətov konpensaiyanın ödənilməsi üçün 2 böyük qurumda və mötəbər şəxslər qarşısında söz vermişdi. Dövlətimizə və hökumətə sayqımızdan heç vaxt o qurumların adını hallandırmamışıq. Çünki atam biznesdən öncə YAP-ın ilk üzvlərindən olaraq uzun illər dövlətə xidmət edib və ona güvənib. Eyni zamanda mən 12 illik jurnalistika fəaliyyətimdə də bu prinsipləri öndə tutmuşam. Nə atam, nə də mən bu günə qədər dövlətdən hər hansı bir imtiyaz istəməmişik.

Bu gün istəyimiz ancaq atamın 1 ildir dəfələrlə ünvanlandığı şikayət və məktublara baxılması və Azay Möhnətov adlı "Böyük Güc" qarşısında dövlətin ədalətidir. Jurnalist paylaşımında dövlər qurumlarından onlara dəstək verilməsini xahiş edib.

Qeyd edək ki, “AF Holding” şirkətlər qrupunun prezidentidir.

DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb


Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları üçün geyimlərinin satın alınması prosesinə start verib.

Tribuna.az xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticəsi dünən açıqlanıb.

Məlum olub ki, tenderin qalibi “TEYMUR COLLECTION” MMC olub. DGK sözügedən şirkətlər 637 min 330 manatlıq müqavilə bağlayıb.

Tenderin şərtlərinə əsasən DGK işçilərinə yay və qış ayları üçün kostyumlar, köynəklər, ayaqqabılar, habelə geyim üzərindən vurulmaq üçün şevronlar alacaq.

Onu da bildirək ki, DGK bu malların alınması üçün 1 milyon 592 min 885 manatlıq büdcə müəyyən edibmiş. Lakin “Teymur Collection” həmin işləri 637 min həll edə biləcəyini öhdəsinə götürüb.

Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir


Son illər gənclərin əsas seçimlərindən birinə çevrilən peşə təhsili sistemində narazılıqlar artmaqdadır. Tələbələr iddia edirlər ki, sistemdə mövcud olan ciddi problemlər və boşluqlar aradan qaldırılmaq əvəzinə, gündəmə gətirən müəllim və tələbələrin tələbləri müxtəlif yollarla susdurulur.

Bizimesr.com bildirir ki, ölkənin peşə təhsil mərkəzlərində 3 illik təhsil proqramı həyata keçirilir. Bu proqramı bitirən tələbələrin əsas məqsədi subbakalavr statusu əldə edərək ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdir. Lakin tələbələrin sözlərinə görə, məhz bu mərhələdə onların qarşısında ciddi maneələr yaradılır.

Bizimesr.com-a daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən göstərişlər səbəbindən Mərkəzlərdə tələbələrə yüksək yekun qiymətlərin yazılmasına süni şəkildə məhdudiyyət qoyulur. Nəticədə, üç il ərzində yüksək nəticə göstərən tələbələrə yekunda aşağı bal verilir və bu da onların subbakalavr kimi ali məktəblərə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.

Məlumatda bildirilir ki, hazırda ölkənin onlarla peşə məktəbində üçillik təhsilini başa vuran tələbələr bu vəziyyətlə üzləşib. Yekun nəticələrdən narazı qalan tələbələr etiraz edərək qiymətləndirmənin obyektiv aparılmadığını bildirirlər.

Narazılıq doğuran məsələlərdən biri də qiymətləndirmə prosesinin şəffaf olmamasıdır. Tələbələrin sözlərinə görə, il ərzində aldıqları qiymətlər elektron sistemdə əlçatan olmur, yalnız ümumi şəkildə elan edilir və ya adi kağızlarda təqdim olunur.

Bu səbəbdən tələbələr semestr və modul nəticələrini tam izləyə bilmirlər. Onlar bildirirlər ki, hər modul üzrə keçirilən imtahanların qiymət cədvəllərini tələb etdikdə, təhsil müəssisələri "Agentlik buna icazə vermir" cavabını verir. Həmçinin yekun bal da tələbələrdən gizli saxlanılır və yalnız sistemə yerləşdirildikdən sonra məlum olur.

Tələbələrin iddiasına görə, illərlə yüksək qiymətlərlə oxusalar da, yekunda onlara əsasən 80-85 bal yazılır. Bu isə onların ali təhsil almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan əlavə, tələbələr daha bir problemə də diqqət çəkirlər.

Onların sözlərinə görə, istehsalat təcrübəsi proqramları zamanı da qiymətləndirmə ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl olunmur. Tələbələr bildirirlər ki, məktəbin tələbi ilə təcrübə proqramının sonunda müəssisəinin onlara verdiyi xasiyyətnamədə qiymət yeri boş saxlanılır. Müəssisəyə qiymət yazmağa içazəı verilmir. Bu da Mərkəzdə rəhbərliyin tələbəyə istədiyi qiymətləri yazmaq şansı yaradır ki, burda bəzən başqa neqativ hallara səbəb ola bilir.

Bütün bunların fonunda hazırda balları aşağı yazılan tələbələr hara müraciət edəcəklərini bilmirlər. Məlumata görə, Mərkəzlərdə elə bir sistüm qurulub ki, onlara kimsə "dur" deyə bilmir.

Agentliyin yeni rəhbərliyi dövründə peşə təhsili sistemində islahatların sürətlənəcəyi ilə bağlı gözləntilər formalaşsa da, tələbələrin iddialarına görə, qiymətləndirmə və şəffaflıqla bağlı problemlər hələ də öz həllini tapmayıb. Onlar hesab edirlər ki, mövcud vəziyyət əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişməyib.

Bizimesr.com

“Lökbatan” çörəyindən görün nə çıxdı – Foto


Sosial şəbəkə istifadəçisi Samir Ağayev “Lökbatan çörək zavodu”nun istehsal etdiyi çörəklə bağlı narazılığını ictimailəşdirib.

O, paylaşımında iddia edib ki, son dövrlərdə aldığı çörəklərin içindən üç dəfə qara rəngli, yanmış vəziyyətdə naməlum cisim çıxıb.

Vətəndaşın sözlərinə görə, ilk hadisə bir dəfə, iyun ayında isə daha iki dəfə təkrarlanıb. O bildirib ki, əvvəlki halları təsadüfi hesab etsə də, üçüncü hadisədən sonra həmin zavodun çörəyini almaqdan imtina edib.

Samir Ağayev iddia edir ki, çörəyi “Kingsmart” supermarketlər şəbəkəsindən alıb.

Onun sözlərinə görə, məhsul digər mağazalarda da satışa çıxarılır.

Paylaşım müəllifi həmçinin bildirib ki, məhsulun üzərində göstərilən mobil və şəhər telefon nömrələrinə zəng çatmayıb və bu səbəbdən şikayətini istehsalçıya çatdıra bilməyib.(Tribuna.az )

Vətəndaşın iddiasına əsasən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür


Sumqayıt Şəhər İcra Hakimiyyəti "Sumqayıt Bulvarı ərazisi üçün qazon və güllərin satınalınması" ilə bağlı satınalmanı yekunlaşdırıb.

Bizimesr.com bildirir ki, satınalmanın qalibi Nigar Rauf qızı Bağırova olub.

Bağlanmış müqavilənin dəyəri 280 min manat təşkil edir. Müqaviləyə əsasən, ayrılan vəsait Sumqayıt Bulvarı ərazisinin yaşıllaşdırılması məqsədilə qazon və müxtəlif növ güllərin alınmasına sərf olunacaq.

Onu da qeyd edək ki, Nigar Rauf qızı Bağırova ötən il də güllərin alınması üçün 145 minlik tenderin qalibi olub. Məlumata görə,

Bizimesr.com

Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - Azərbaycanda isə “CMS Properties” MMC adlı şirkət var


Azərbaycanda “CMS Properties” MMC adlı şirkət var, nərə balığı və qara kürü istehsalı ilə məşğuldur. Şirkətin maliyyə vəziyyəti açıqlanıb - 2025-ci ili 2.9 mln. manat xalis zərərlə başa vurub. Şirkətin 2023-cü ildə 19.07 mln. manat olan gəlirləri, 2024-cü ildə 5.26 mln. manata, 2025-ci ildə isə 1.69 mln. manata enməsi son üç ildə satış həcmlərinin ardıcıl azaldığını göstərir.
Yaxşı, dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! Azərbaycanda varsa, bəs nə üçün ziyanla işləyir?!
Normalda bu xəbər çıxıan kimi İqtisadiyyat Nazirliyi bütün işini-gücünü bir kənara qoyub ancaq bu məsələ ilə məşğul olmalı, səbəblərini incələməli, yaranmış problemləri həll etməlidir ki, 2026-cı ildə nəticə dəyişsin.
Bilirsiniz niyə?! Əminəm ki, bu şirkətin ziyanla işləməsinə SƏBƏB olan məsələlər, ölkə iqtisadiyyatının zəifləməsinə SƏBƏB olan məsələlələrlə birə-bir eynidir – yuxarı vergilər, aşırı tənzimləmə, nəzarət mexanizmləri, cərimələr, korrupsiya və s. (əgər elə deyilsə, buyursunlar, səbəblərlə bağlı rəsmi izah, açıqlama versinlər).
Hörmətli nazirlik, əgər bir ölkədə qara kürü satışı ilə məşğul olan şirkət də ziyanla işləyirsə, deməli həmin ölkənin iqtisadi sistemi çürüyüb, artıq çalışmır...(Teref)
Natig Jafarli

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub


Xüsusi ittihamlı işlərdə də Ali Məhkəmənin formalaşdırdığı təcrübə tətbiq olunmur
Ali Məhkəmə Plenumu xüsusi ittiham qaydasında şikayətlərə baxılmasının vahid məhkəmə təcrübəsini bəlirləyən qərarının tətbiqi məcburi olsa da, nəinki tətbiq olunur, əksinə tam görməzliyə vurulur. Elə bil heç Ali Məhkəmə yığışıb qərar çıxarmayıb, məhkəmələrə izahlar, göstərişlər verməyib. Absurd deyilmi? Absurdluğun “aliliyi” odur ki, Ali Məhkəmənin özü də özünün çıxardığı qərarın, formalaşdırdığı vahid məhkəmə təcrübəsinin tətbiqindən yan keçir. Onda bu qərarın, bu təcrübə vahidliyinin qəbuluna nə ehtiyac var(dı)?
Bu sətirlərin yazarı pensiyaçısı olduğu (son savaş xidməti yeri üzrə) DİN (DQ) və ƏƏSMN (tabeliyindəki DSMF (XŞTMF) və s.) məmurlarının hətta məhkəmə qərarı ilə ayrılan pensiyasını, (daşınar-daşınmaz) əmlakını mənimsəməsi özbaşınalığından şikayət etmədiyi qurum qalmayıb. İllərdir sürən özbaşınalığa da, şikayətlərə də baxıb, qiymət verən yoxdur. Məhkəməyə gəldikdə isə məhkəmə(lər) inzibati dövlət orqanlarının vəkilləri, işçiləri kimi çıxış edirlər. Elə VƏKİLLƏR (Kollegiyası) özü də qeyri-prosessual özbaşınalıqda, dövlət orqanlarına, ittiham, istintaq orqanına , məhkəmə hakimiyyətinə hüquqi yardım vəkilliyi xidmətində ad çıxarıblar. Özbaşınalığa baxın, VK intizam komissiyasının üzvü Əlirza Həbilov, Aparat rəhbəri Orxan Babayev hüquqverici sənəd , prosessual hüquq fəaliyyət qabiliyyəti, subyektiv hüququ olmadan DİN-in- ittiham, istintaq orqanının vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxır və qeyri-prosessual sifarişlə Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoydurur. Bir məhkəmə də indiyədək bu vəkillərin, VK-nın vəzifəli şəxslərinin işdə iştirakına əsas verən hüquqverici sənədinin olmamasına qiymət verməyib.
ƏƏSMN-in məhkəmə hüquq sisteminə “töhfəsi” daha “böyükdür”. Nazirin 6 il qabaqkı əmri ilə DSMF-də yalnız (!) ƏƏSMN-ə, tabeliyindəki qurumlara hüquqi yardım- vəkillik edən 39 saylı vəkil bürosu yaradılıb və büronun hüquqi yardım xidməti də əlil, şəhid ailələrinin, ünvanlı sosial yardım alanların sosial, hüquq, məhkəmə müdafiəsi təminatına qadağa qoydurmaqdan özgə bir şey deyil. Bu anda onu vurğulayaq ki, təşkilati-hüquqi formasından asılı olmayaraq heç bir qurumun, hüquqi, fiziki şəxsin vəkil bürosu yaratmaq hüququ yoxdur; vəkil bürosunu yalnız vəkillər yarada bilər. ƏƏSMN-də, DİN-də, eləcə də digər hansısa qurumda vəkil bürosunun yaradılması, fəaliyyət göstərməsi VƏKİLLƏRİN MÜSTƏQİLLİYİ prinsipinə ziddir.
Qonuya gələk, inzibati, mülki məhkəmə müdafiəsi yolu ilə hüquqa qadağa qoyulduğundan, ombudsman, MHŞ, prokurorluq görəvini icra etmədiyindən xüsusi ittiham qaydasında DİN, ƏƏSMN məmur-vəkillərinə qarşı şikayətlər rayon məhkəmələrinə təqdim olunub və bütün məhkəmələr Ali Məhkəmə Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsini yox, kənardan qeyri-prosessual sifarişi əsas tutub icraatdan imtina ediblər və bu imtina hələ də sürür.
Xəzər məhkəməsində DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilova qarşı üç eyni şikayətim eyni hakimə (h.Vüqar Məhərrəmov) verilib, öncə iş baxışa təyin olunub, sonra sifarişlə baxışdan və icraatdan imtina olunub. Xətai məhkəməsinin (h. Aygün Həsənova) eyni hakiminin eyni ittiham olunan şəxsə- DSMF-in departament müdiri Emil İsgəndərliyə qarşı şikayətin icraatdan imtinasında da bir il qabaqkı qeyri-prosessuallıq qüvvəyə mindirilib. Nəsimi məhkəməsi isə Əlirza Həbilov və Orxan Babayevə, (bu il) Ayaz Məmmədzadəyə qarşı nə keçən il (h. Solmaz Mustafayeva), nə də bu il ( h. Anar İbadzadə və Elməddin Hüseynov) inadla işləri nəinki elektron kabinetdə yerləşdirir, heç baxılmasını belə təmin etmir. Bakı AM-in , Ali Məhkəmənin cinayət kollegiyalarının eyni heyətləri də aşağı instansiyaların özbaşınalığını şikayətlə tanış belə olmadan qüvvədə saxlayır. Şikayətə ali səviyyədə baxılmasına baxın, Əlirza Həbilov Ali Məhkəməyə elektron kabinetdən şikayətə aid olmayan hansısa torpaq ölçüsünü, sxemi təqdim edib, bu yekəlikdə Ali Məhkəmə məhkəməyə hörmətsizliyə qiymət verməkdənsə, bu sxemi (?) əsas tutub (??), kassasiya şikayətini təmin etməyib.
Binəqədi məhkəməsi (Elçin Ağayev) DSMF XŞTMF-nin direktor müavini Elnur Qurbanova qarşı işi aidiyyatı üzrə Nərimanov rayon məhkəməsinə göndərib. Halbuki xüsusi ittihamlı şikayətlər ittiham olunan şəxsin qeydiyyat yeri üzrə məhkəməyə verilir. XŞTMF-nin keçmiş direktoru, hazırda DSMF-in direktor müavini Şahin Əliyevə qarşı Nərimanov məhkəməsinə keçən il verilən şikayətin də “bəxtinə” icraatdan əsassız imtina yazıldı, bu il Xəzər rayon məhkəməsində (h. Elbəy Allahverdiyev) eyni “talenin yaşanmayacağına” zəmanət , plenum təcrübəsinin gücü yoxdur. Yasamal məhkəməsində (h. Rauf Daşdəmirov) DSMF-in 39 saylı vəkil bürosunun , həm də depatament müdiri Yeganə Məmmədovaya qarşı iş xüsusi ittihamçının sağlamlıq durumu ilə bağlı (Qarabağ əlilinin səsi batdığından danışıq “hüququ” məhdudlaşıb) hələ də icraatdan imtinasını “gözləyir”.
Məhkəmə hakimiyyətinin xüsusi ittihamlı şikayətlərdə əsas bəhanəsi şikayətin düzgün tərtib edilməməsidir. Halbuki, vurğuladığımız kimi, bu bəhanədir, əsas deyil. Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 13-cü bəndi ilə məhkəmələrə izah edilib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-in 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları DƏRHAL baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Niyə məhkəmə(lər) məhkəmə qərarının icrasına qadağaya, məhkəməyə hörmətsizliyə, hüquqverici sənəd olmadan məhkəmə işlərinə çıxılıb, qeyri-prosessual özbaşınalığa, şəxsi hesab məlumatlarının 3-cü şəxslərə- VK, 39 saylı vəkil bürosuna, onların da məhkəmələrə verməsinə görə prokurora xəbər vermir? Bəs CPM-in 302.2.2-ci maddəsi əsasında işin istintaq aidiyyəti üzrə göndərilməsi necə? Axı işə xüsusi ittiham qaydasında baxılmalı deyilsə, istintaq aidiyyətı üzrə göndərilməsi bu maddədə yazılıb!
Konstitusiya hər kəsin qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etməsinə təminat verir. Başlıca qadağa olunmayan vasitə olan məhkəmə isə özü məhkəməyə müraciətə qadağa qoyub. Hələ üstəlik bu qadağaya VK-nı bütöv vəkillər bürosunu səfərbər edib. Hüququ pozulan nə etsin? Yenə də məhkəmə yolu qalır. Xüsusi ittiham qaydasında şikayətlə üzləşəcək DSMF-in saxta vəkilləri və məmurları (Gülnar Həzizadə, Rüştəm Şikarlı, Maqsud Abazərov) ilə dava hələ qarşıdadır...
Məğrur Bədəlsoy

Levanevski küçəsində müəmmalı tikinti - Rafiq Quiyev bu işə necə "yaşıl işıq" yandırıb? - VİDEO


Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsində (Dirol marketin yanı) uzun illər boş qalan ərazidə tikinti işlərinə başlanılıb. Məlumata görə, ərazi satıldıqdan sonra burada tikinti işləri sürətlə davam etdirilir.

Sakinlərin sözlərinə görə, onlar həmin torpaq sahəsində kiçik bir parkın və ya yaşıllıq zonasının salınacağını gözləyirdilər. Lakin gözləntilərin əksinə olaraq, ərazidə tikinti işlərinə start verilib.

Diqqət çəkən məqamlardan biri isə tikinti meydançasında qanunvericiliyin tələb etdiyi qaydalara əməl olunmamasıdır. Belə ki, ərazidə tikintiyə dair məlumat lövhəsi yerləşdirilməyib, hər hansı icazə sənədi nümayiş etdirilmir, təhlükəsizlik hasarı quraşdırılmayıb və tikinti sahəsi mühafizə olunmur.

Ərazidə yaşayan sakinlər bildirirlər ki, gün ərzində hərəkət edən ağır yük avtomobillərinin yaratdığı səs-küy və ətrafa yayılan toz-torpaq onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.

Ortaya isə bir sıra suallar çıxır: Bu ərazidə aparılan tikinti işlərinə kim tərəfindən icazə verilib? Tikinti hansı layihə və hansı sənədlər əsasında həyata keçirilir? Müvafiq dövlət qurumları tikintinin qanuniliyini yoxlayıbmı?

Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, tikinti işləri aparılan ərazilərdə layihə və sifarişçi barədə məlumatların əks olunduğu lövhənin yerləşdirilməsi, həmçinin təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur.

Məlumata görə, tikiləcək binanın birinci mərtəbəsi obyekt, diğər mərtəbələri isə yaşayış binası olacaq. Həmçinin bu tikiliyə yaxın daha bir tikili bu yaxınlarda ucaldılıb və istifadəyə verilib. Tikinti zamanı heç bir standartlar gözlənilmir,..

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/levanevski-kucesinde-muemmali-tikinti---rafiq-quiyev-bu-ise-nece-yasil-isiq-yandirib---video-22466

Xəbər lenti

Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
12:21
Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
11:15
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
10:44
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
10:11
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
09:41
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
09:06
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
18:27
Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
18:11
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
17:11
Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
16:49
Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
15:58
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
15:24
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
14:29
Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
13:48
Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
13:23
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
12:47
Baş idarəyə yeni rəis təyin edildi - Foto
11:52
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
11:21