Elmi-Tədqiqat Pediatriya İnstitutunda soğan kimi qabığımızı soydular…..


K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pul almaq üçün uşağı iki dəfə əməliyyat etdilər

Bunu A.X adlı vətəndaş yazaraq aidiyyatı orqanlara xəstəxanada baş alan özbaşınalığa etiraz edir.

Xalq-a müraciət edən vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacılarıda pul istəyirdilər.

Daha sonra uşağın vəziyyəti getdikcə pisləşdi təkrarərn əməliyyata aldılar və ikinci dəfə 40 günlük körpəyə narkoz verildi.

Buna səbəb göstərdilər ki uşaq ağalayıb qarnı şışıb. Biz tibbdən anlayışımız olmadığı üçün heçnə başa düşmədik.

Təkrarən pul tələb etdilər. Elmi-Tədqiqat Pediatriya İnstitutu rəhbərinə müraciət etdikdə niyə pul verməliyik desəkdə heç bir tədbir görülmədi.

Uşaq xəstəxanada əməliyyatdan sonra hər növbəyə gələn həkim, tibb personal uşağa baxmaqdan ötrü yemek verilməsi üçün pul verirdik.

Pul vermədiyimiz tibb işçilərnin kəskin münasibəti yaradırdılar və uşağa baxmırdılar. Biz çətinliklədə olsa qohumlardan pulu borca tapıb verdik, lakin orada rayondan gələn valideynlər var idi ki əlacsız qalmışdılar.

Şikayətimizə baxılmadı A.X adlı vətəndaş bildirir ki, bunu aidiyyatı qurumlar araşdırsın ki xəstə uşaqların valideynlərində əməliyyat və müalicə üçün pul tələb olunmasın.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadır.

Məsələ ilə bağlı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan heç bir açıqlama almaq mümkün olmadı(Xalq.online)

Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.


Lənkəran səhiyyəsində şübhəli tender



Lənkəran rayon Mərkəzi Xəstəxanası tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bizimesr.com yazır ki, məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib. Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom” MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Yəni Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Buradan sual yaranır – Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayrılır?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.

Bizimesr.com

Bolmartdan alınan məhsul kifli çıxdı - 18 manata “Magnum” dondurması...


Vətəndaşın Bolmartdan aldığı dondurma kifli çıxıb. Halbuki məhsulun istifadə müddəti başa çatmayıb.

“Müştəriyəm şikayətim var” sosial qrupunda Çinarə Əliyeva adlı vətəndaş paylaşım edərək Bolmartdan 18 manata aldığı dondurma kifli çıxdığı barədə şərh yazıb: O qeyd edib ki, “Bolmartdan magnum mini badem morojnasi aldim, ichinnen kif dolu morojna chixdi,( morojnanin ozunun qiymeti 18 azn)” deyə qeyd edib.

Qida mütəxəssisinin sözlərinə görə, ərzaq məhsullarına qatılan qoruyucu maddələrə rəğmən, yenə də məhsul kiflənirsə, deməli, istehsal yerində natəmiz və antisanitar şərait mövcuddur. Vətəndaşlar da belə hallarla tez-tez rastlaşdıqlarını deyirlər

Qida Təhlükəsizliyi Agentliyinə sorğu verilib. (Bizimesr.az)

Şikayətlə bağlı “Bolmart”ın açqılamsını dərc etməyə hazırıq.



Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar


Bakıda fəaliyyət göstərən Flyblast Travel Agency ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərində qeyd olunur ki, Flyblast Travel Agency ilə müqavilə bağlayan şəxslər aylarla hətta illərlə süründürməçiliyə məruz qalır, proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Bu isə ödəniş edilmiş xidmətin faktiki göstərilməməsi kimi qiymətləndirilir.

Daha da ciddi iddialara görə, ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və hədə-qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pulların geri qaytarılmadığı bildirilir. Bu kimi hallar artıq sadə xidmət narazılığından çıxaraq daha ağır hüquqi müstəviyə keçir.

Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə, bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur və məsələ xüsusilə ciddi nəzarət tələb edir.

Maliyyə məsələləri də ayrıca suallar doğurur. Bildirilir ki, Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələbinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qaimə verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayınma ehtimallarını gündəmə gətirir.

Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarını nağd şəkildə aldığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularına işarə edir.

Ekspertlər bildirir ki, sadalanan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər və Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıdılması kimi qiymətləndirilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı, vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir.

Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda, aidiyyəti dövlət qurumları niyə hələ də səssiz qalır?
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırma aparılması və ictimaiyyətə açıqlama verilməsi tələb olunur. İddiaların nə dərəcədə doğru olduğu isə yalnız rəsmi yoxlamalardan sonra məlum olacaq.(AzFakt.com)








DYP hava ilə bağlı müraciət edib

DYP hava ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur:

"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

İsmayıllının İcra baçısı niyə veteranların problemləri ilə maraqlanmır? - NARAZILIQ


20.02.2026 il tarixində İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı hörmətli Nahid Bagirov cənablarına Maddi yardımla əlaqədar olaraq həm elektron həmdə poçt vasitəsilə müraciət etmişəm. Bundan iki ay keçməsinə baxmayaraq mənim yaşayış şəraitimlə heçkim maraqlanmayıb və mənə heç bir cavab gəlməyib.
Hansı quruma gedirəm mənə deyirlər İcra hakimiyyətinə müraciət elə. Buda müraciət etdim və cavabsız qaldım.
Onda belə çıxır ki, vətən qarşısında ki, borcumu layiqincə yerinə yetirsəmdə vətən mənim əlacsız halımı vecinədə almır.
TEREF yazır ki, bunu İsmayıllı rayonundan olan veteran Tərlan Babayev yazır. Daha sonra Tərlan Babayev yazır:
Yaxşı onda mən Xarici ölkə prezidentlərindən yaşamaq üçün sığınacaq istəyim?
Oda problem deyil. Yaxın günlərdə canlı yayımda olacam. Hörmətli milyonçu məmurlar onuda nəzərinizə çatdırmaq istəyirəm ki, sizdən fərqli olaraq bu vətən üçün iki əsgər böyüdürəm, niyə belə deyirəm çünki mən xidmət etdiyim müddətə bir məmur övladını murovdağda görmədim!
Tərlan Babayev
Qarşı tərəində mövqeyini dərc etməyə hazırıq!
TEREF

Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?


Bərdə Regional İdarəsinin tabeliyində olan ərazilərdə kütləvi ağac kəsimi ilə bağlı ciddi iddialar ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatlara və təqdim edilən video görüntülərə əsasən, geniş ərazidə – təxminən 5 hektar sahədə meyvə və tut ağacları tamamilə məhv edilib.
İddialara görə, bu proses 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Mazahir Qasımovun rəhbərliyi dövründə həyata keçirilib. Kadrlardan da aydın görünür ki, kəsilən ağaclar yalnız yerində məhv edilməklə kifayətlənməyib, eyni zamanda daşınaraq ərazidən çıxarılır. Bu isə məsələnin təkcə “təmizləmə” adı altında aparılan iş olmadığını, mümkün iqtisadi maraqların da mövcud ola biləcəyini gündəmə gətirir.
Qanun nə deyir?
Azərbaycan qanunvericiliyinə əsasən:
Yaşıl fonda daxil olan ağacların kəsilməsi yalnız xüsusi icazə ilə mümkündür
İcazəsiz ağac kəsimi inzibati və cinayət məsuliyyəti yaradır
Xüsusilə meyvə ağaclarının məhv edilməsi maddi ziyan və ekoloji balansın pozulması kimi qiymətləndirilir
Bu baxımdan, qeyd olunan ərazidə aparılan kəsim işlərinin hansı əsaslarla və hansı sənədlərlə həyata keçirildiyi əsas sual olaraq qalır.
Görüntülər nə deyir?
Redaksiyamıza təqdim edilən video materiallarda:
Ağacların kütləvi şəkildə kəsildiyi
Sahənin tam təmizlənərək boşaldıldığı
Kəsilmiş ağacların yük maşınları ilə daşındığı
açıq şəkildə müşahidə olunur.
Ortaya çıxan suallar
5 hektarlıq ərazidə aparılan bu kəsim rəsmi layihə çərçivəsindədir, yoxsa qanunsuz fəaliyyət?
Kəsilən ağacların daşınması hansı əsaslarla və kimə yönləndirilib?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumları bu prosesdən xəbərdardırmı?
Yerli icra strukturları bu məsələyə niyə reaksiya vermir?

Baş verənlər təkcə bir ərazinin boşaldılması deyil, həm də ekoloji təhlükəsizlik və dövlət nəzarətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi və araşdırma nəticələri ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.(Bntv.az)

İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? – ARAŞDIRMA FOTO FAKT + ÖZƏL


Mədəniyyət nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin binasında azyaşlı uşaqlar üçün bağça fəaliyyət göstərməsi və orada uşaqların yatması, yemək yeməsi ilə bağlı video və fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra binanın inzibati fəaliyyətinin qanunsuz olaraq dəyişməsi ilə bağlı məsələ ictimai qınağa səbəb olub.

2025-ci ilin sentyabr ayından instaqramda Eliza School adlı hesabdan, Qızıldaş Mədəniyyət Mərkəzində bağçamız fəaliyyətə başlayır adlı elanlar paylaşılıb. Daha sonra həmin səhifədə mərkəzin binasındakı otaqlarda azyaşlı uşaqların yemək yeməsi, yatması və saxlanılması ilə bağlı video foto paylaşımlar paylaşılıb.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyindən Yurd.mediaya verilən cavabda qeyd olunub ki, Qızıldaş Mədəniyyət Mərkəzində Eliza School tərəfindən müqavilə əsasında Erkən inkişaf kursu təşkil edilib.

Mövzu ilə əlaqədar Moderator.az saytına müraciət edən Qaradağ rayon sakini, vətən müharibəsi iştirakçısı Mənsur Həsənov iddia edir ki, Eliza School adında heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur:
“Nazirlik mediaya məlumat verib ki, Eliza School tədris mərkəzi ilə Qızıldaş Mədəniyyət Mərkəzi arasında arasında müqavilə imzalanılıb.İqtisadiyyat nazirliyinin rəsmi taxes.gov.az saytına Eliza School adını daxil edib yoxlayandan sonra məlum oldu ki, o adda heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur.Bu faktı hamı yoxlayıb görə bilər.”

Mənsur Həsənovun sözlərinə görə mədəniyyət nazirliyi tərəfindən Eliza School adı ilə təqdim olunan, rəsmi qeydiyyatı olmayaraq dövlət binasında kommersiya fəaliyyəti göstərən şəxslərə mərkəzdə direktor vəzifəsini icra edən Gülnar Abbasova tərəfindən şərait yaradılıb:
“Məhz Gülnar Abbasovanı rəhbərlikdə saxlamaq üçün mədəniyyət nazirliyi onun mərkəzdəki qanunsuz bağça fəaliyyətini görməzdən gəlir və vətəndaş şikayətlərinə baxılmır.Hüquqi stastusu və rəsmi qeydiyyatı olmayan qurumun dövlət binasında bağça təşkil etməsi oradakı körpə uşaqların həyatının təhlükəyə atılması deməkdir.Heç bir qida sertifikatı olmadan mərkəzin binasında bişirilən yeməklərin uşaqlara verilməsi, çarpayısı olmayan döşəmədə uşaqların yatırılması Azərbaycan qanunvericiliyinin kobud surətdə pozulmasıdır.Həmçinin Eliza Schoolun instaqram səhifəsində orada ödənişli kompyuter kurslarının və sınaq imtahanlarının keçirilməsi ilə bağlı foto və videolar paylaşılıb. Sual olunur ki, hüquqi qeydiyyatı olmayan şirkət dövlət binasında 7 ay necə kommersiya fəaliyyəti göstərə bilər? Təəssüf ki, bunlara yol verən Gülnar Abbasova hələ də, həmin mərkəzdə direktor vəzifəsini icra edir və mədəniyyət nazirliyi tərəfindən ona açıq şəkildə dəstək nümayiş olunur.2026-cı ilin yanvar ayından mədəniyyət nazirliyinə Gülnar xanımın qanunsuz fəaliyyəti ilə bağlı faktları təqdim etmişəm,amma müraciətlərimə cavab verilmir.Dövlət binasından qanunsuz istifadə ilə bağlı Hesablama Palatasına müraciət etdim.Mənə məktub gəldi ki, çatışmazlıqlar səbəbindən 6 martdan Qızıldaş Mədəniyyət Mərkəzindəki erkən inkişaf kursunun fəaliyyəti dayandırılıb.Quruma hansı çatışmazlıqların qeydə alınması ilə bağlı yenidən müraciət etdiyim zaman cavab göndərildi ki, məktubum 1 aprel tarixində mədəniyyət nazirliyinə göndərilib.Nazirlikdən isə heç bir cavab ala bilmirəm.Məncə məqsədləri şikayətçiləri yormaq və Gülnar Abbasovanı vəzifədə saxlamaqdır.”(Moderator.az)

Məsələ ilə bağlı adı çəkilən şəxsin və mədəniyyət nazirliyinin mövqeyini dərc etməyə hazırıq.




Nurgün Group dövlətə külli miqdarda borclandı - Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?


Azərbaycanın ən iri şirkətlərindən biri olan “NURGUN GROUP” Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub.
32gun.az-ın  əldə etdiyi məlumata görə, holdinqin hazırda 159 972.15 manat məbləğində vergi borcu yığılıb.

32gun.az-ın əldə etdiyi son məlumatlara görə, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuru Əliyevin əsas işləri artıq oğluna təslim etdiyi və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Əsası 1994-cü ildə qoyulan Nurgün Şirkətlər Qrupu ölkədə avtomobil satışı (Nissan, Infiniti, Renault) ilə məşğuldur. 
Xatırladaq ki, "Nurgün Motors"un sahibi tanınmış iş adamı Nuru Əliyevdir. Onun oğlu Nurxan Əliyev 2017-ci ildə paytaxtın Rəşid Behbudov küçəsində polisin qanuni "saxla" əmrinə məhəl qoymayaraq asayiş keşikçilərini təhqir etdiyi üçün gündəmə gəlmişdi. Məhkəmə qərarı ilə Nurxan Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilmişdi. Hadisədən sonra iş adamı Nuru Əliyevin oğlunu cəzalandırmaq məqsədilə onun lüks avtomobilini əlindən aldığı barədə məlumatlar yayılmışdı.(32gun.az)

Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir? - VİDEO


Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən “My Beach” restoranının ərazisində qanunsuz tikinti aparıldığı ilə bağlı məlumat yayılıb. Məlumatlarda qeyd olunur ki, ümumiyyətlə, son dövrlərdə bu ərazidə tikinti işləri yenidən intensiv xarakter alıb.

Bizimesr.com bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə restoran ərazisində əlavə mərtəbənin artırıldığı və terras tipli qurğunun inşa edildiyi açıq şəkildə görünür. Məlumata görə, bu işlər heç bir rəsmi icazə olmadan həyata keçirilir.

Ehtimal ki, obyektin sahibi kimi tanınan iş adamı “Hacı Məhərrəm” ləqəbli Məhərrəm Novruzov bu tikinti işlərini Abşeron Rayon İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri ilə razılaşma əsasında həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Respublikasında tikinti fəaliyyəti Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, hər hansı tikinti işlərinə başlamaq üçün müvafiq olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən icazə alınması zəruridir.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıq məlumat bazasında “My Beach” restoranında aparılan hər hansı tikinti ilə bağlı qeyd mövcud deyil. Son məlumatlara görə, ərazidə tikinti işləri hazırda da davam edir. Bu isə iddiaları daha da gücləndirir və məsələnin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını zəruri edir.(Bizimesr.com)

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Xəbər lenti

Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59