MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb

MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşüb

Türkmənistanda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə qeyri rəsmi görüşü olub.

"Report"un Türkmənistana ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Azərbaycan liderinin Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşü olub.

Dövlət başçıları ikitərəfli və MDB çərçivəsində çoxtərəfli maraq doğuran məsələləri müzakirə ediblər.

MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir

MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir

Bu gün Türkmənistanın "Avaza" milli turizim zonasında MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə toplantısı keçirilib. İclasın gündəliyinə MDB-nin 35 illiyi, 2028-ci ilin "Sosial inkişaf və həyat keyfiyyəti ili", 2029-cu ilin isə "Nəqliyyat bağlılığı ili" elan edilməsi kimi məsələlərin daxil edilməsi qarşıdakı illərin əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıda iştirakı müzakirəyə çıxarılan məsələlərin reallaşmasında rəsmi Bakının oynadığı rol baxımından xüsusilə əhəmiyyətlidir. Bölgədə yaranmış əməkdaşlıq formatlarının fəal iştirakçısı və aparıcı qüvvələrindən biri olan Azərbaycan 2027-ci ildə MDB-yə həmsədrlik eləcək, 2028-ci ildə isə Birliyin sədri olacaq. Buna görə də bu gün keçirilən iclas həmçinin Azərbaycanın təşkilat daxilində fəaliyyətinin perspektivlərinə aydınlıq gətirəcək. Görünən odur ki, rəsmi Bakı prioritet hesab etdiyi nəqliyyat, regional əməkdaşlıq, iqtisadi məsələlərini MDB formatında da ön planda saxlayacaq.

Prezident İlham Əliyevin sammitdəki çıxışı göstərir ki, rəsmi Bakı qarşıdakı iki ildə MDB çərçivəsində daha fəal rol oynamağa və öz prioritetlərini təşkilatın gündəliyinə gətirməyə hazırdır. Azərbaycan özünün sədrliyi dövründə nəqliyyat dəhlizlərinin inkişafına, üzv ölkələr arasında ticarətin və mədəni, humanitar əlaqələrin genişlənəcəyinə ciddi töhfələr verəcək.


Qeyd edək ki, Azərbaycanın MDB çərçivəsində əlaqələri yalnız yüksəksəviyyəli siyasi görüşlərlə məhdudlaşmır. Rəsmi Bakı həmçinin Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, İqtisadi Şura kimi müxtəlif platformalarda iştirak edir. Prezident İlham Əliyevin 2020-2025-ci illərdə dövlət başçılarının bütün görüşlərinə ardıcıl qatılması isə Azərbaycanın MDB-nin gündəliyinin formalaşmasında fəal rol oynamasından xəbər verir.

2027 və 2028-ci illərdə ölkənin quruma həmsədrlik və sədrlik etməsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin daha da güclənməsi ilə nəticələnəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın çoxvektorlu xarici siyasətində də əməkdaşlıq xətti güclənir. Rəsmi Bakı həm Avropa ilə enerji və nəqliyyat əlaqələrini genişləndirir, həm Mərkəzi Asiya ilə münasibətlərini dərinləşdirir, həm ərəbdilli ölkələrlə əməkdaşlıq münasibətlərini yeni mərhələyə keçirir, həm də MDB məkanı ilə aktiv tərəfdaşlıq edir. MDB Azərbaycan üçün digər tərəfdaşlıq formatlarına alternativ deyil. Əksinə, ölkənin çoxvektorlu xarici siyasətinin bir istiqamətini tamamlayan praktik əməkdaşlıq platformasıdır.

Bu mənada, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin həm də MDB çərçivəsində genişlənməsi bir çox məsələni, əsasən də ölkənin regional tranzit mövqeyinin möhkəmləndirilməsi kimi prioritet sahəni əhatə edir. Bu münasibətlər öz növbəsində Xəzər hövzəsində əməkdaşlıq, Şərq-Qərb marşrutlarının inkişafına da ciddi təsir edəcək.


Əminliklə söyləmək olar ki, Bakı üçün növbəti iki il sadəcə həmsədrlik və sədrlik yox, MDB-ni Azərbaycan üçün prioritet olan iqtisadi, humanitar, nəqliyyat və regional əməkdaşlıq istiqamətlərində daha funksional platformaya çevirmək imkanı deməkdir. Ehtimal etmək olar ki, 2028-ci ildə sədrlik dövründə Azərbaycan bu platformanın mövcud imkanlarından istifadə edərək konkret layihələr və qarşılıqlı fayda verən təşəbbüslərlə çıxış edəcək.

MDB-nin Azərbaycan üçün əhəmiyyətini Prezident İlham Əliyevin təşkilatın fəaliyyətinə dair fikirləri də əks etdirir. Dövlət başçısı bildirib: "Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün tələbat duyulan platforma kimi özünü təsdiqləyib".

Prezidentin bu fikri əslində Azərbaycanın MDB-də iştirakının yalnız siyasi təmaslarla məhdudlaşmadığını ortaya qoyur. Yəni, iqtisadi və çoxtərəfli əməkdaşlıq imkanları da rəsmi Bakı üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın üzərinə MDB-nin gündəliyinin hazırlanması, qərarların icrası və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması baxımından əhəmiyyətli iş düşür və bunun üçün artıq hazırlıqlara da başlanılıb. Oktyabrın 7-də MDB Xarici İşlər Nazirləri Şurasının "Avaza"dakı iclasında Azərbaycanın 2027–2028-ci illər üzrə iki yüzdən çox tədbiri əhatə edən Prioritet Tədbirlər Planının əhəmiyyəti xüsusi vurğulanıb.

Bu gün keçirilən "Avaza" sammitinin gündəliyindəki məsələlər də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə nəqliyyat və bağlantıların ayrıca prioritet kimi müəyyənləşməsi diqqət cəlb edir. Bu gün MDB ölkələri arasında yüklərin daha rahat daşınması üçün nəqliyyat əlaqələrinin inkişafı xüsusilə vacibdir. Bu isə Azərbaycanın maraqları ilə üst-üstə düşür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında fəal iştirak edir.

Azərbaycanın bu sahədəki hədəfləri Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlərdə də konkret ifadə olunub: "Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri ilə etibarlı tranziti təmin edərək, regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir".


Ölkə başçısı vurğulayıb ki, 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq 8 milyon tona yaxınlaşıb: "Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".

Bu sözlər Azərbaycanın nəqliyyat siyasətinin prioritetlərinə aydınlıq gətirir - rəsmi Bakı üçün əsas hədəf təkcə mövcud marşrutları qorumaq yox, tranzit imkanlarını genişləndirməkdir.

Bakı Beynəlxalq Dəniz Limanı, dəmir yolu və avtomobil yolları şəbəkəsi, Xəzər dənizi vasitəsilə daşımaların artması Azərbaycana Avropa və Mərkəzi Asiya arasında əsas bağlantı nöqtələrindən birinə çevrilməsinə imkan verir. Buna görə də 2029-cu ilin MDB-də "Nəqliyyat bağlılığı ili" elan edilməsi Azərbaycanın mövcud siyasəti ilə uzlaşır. Yəni, Azərbaycan bu prosesdə iştirakçı yox, əsas söz sahibi kimi çıxış edə bilər.

Azərbaycandan Ermənistana yük tranzitinin başlanması və gələcəkdə nəqliyyat kommunikasiyalarının açılması perspektivləri regional bağlantılar baxımından ayrıca faktor kimi qiymətləndirilə bilər. Bu fakt təkcə Ermənistana tranzit məhdudiyyətinin aradan qaldırılması deyil. Qazaxıstan, Rusiya və digər ölkələrdən Azərbaycan ərazisi ilə Ermənistana 40 min tondan çox yük daşınıb. Eyni zamanda, Azərbaycan istehsalı olan neft məhsulları da Ermənistana ixrac edilib.

Azərbaycan Ermənistana siyasi jest etməklə yanaşı, nəqliyyat infrastrukturunun real şəkildə regional iqtisadi əlaqələrin bərpası və genişlənməsi üçün istifadə etdiyini ortaya qoyur. Burada diqqət ediləcək digər məqam isə Rusiya, Qazaxıstan və digər ölkələrdən Azərbaycan vasitəsilə yüklərin Ermənistana çatdırılması ölkəni Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində daha çevik tranzit halqasına çevirir. Bir sözlə, Azərbaycan üçün tranzit siyasəti yalnız iqtisadi gəlir məsələsi deyil. Bu, eyni zamanda, ölkənin regional geosiyasi çəkisini artıran vasitələrdən biridir.


Azərbaycanın MDB ilə münasibətlərində digər mühüm məqam milli maraqlar məsələsidir. Rəsmi Bakı MDB çərçivəsində əməkdaşlıq zamanı öz milli maraqlarını və strateji mövqeyini rəhbər tutur. Bu səbəbdən bir sıra sənədlərin qəbulu zamanı Azərbaycanın milli maraqlarına uyğun olmayan məsələlərdə öz mövqeyini ortaya qoyur, xüsusi rəylər və qeyd-şərtlər əlavə edir. Bu da öz növbəsində göstərir ki, MDB məkanı Azərbaycan üçün suveren qərarlar və milli maraqlar əsasında əməkdaşlıq platformasıdır. Bu prinsip qarşıdakı sədrliyi dövründə də Azərbaycanın siyasətinin əsas xətlərindən biri olacaq.

Azərbaycanın MDB ilə münasibətləri yalnız dövlət başçıları səviyyəsində siyasi dialoqla məhdudlaşmır. İqtisadi əlaqələr, humanitar layihələr, mədəniyyət, elm, kulinariya, təhsil və çoxsaylı sahələrdə qurulan əlaqələr də göstərir ki, MDB Azərbaycan üçün praktik əməkdaşlıq platformasıdır. İqtisadi və humanitar əlaqələrin inkişafı paralel olaraq qarşılıqlı ticarət və işgüzar münasibətlərin də inkişafına təkan verir. Eyni zamanda, xalqlar arasında tarixi və mədəni bağların qorunmasına xidmət edir.

Bu mövzuda Prezident İlham Əliyev bildirib: "Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir".

Buradan da görünür ki, bu cür layihələr yalnız mədəni əlaqələrin genişlənməsinə deyil, həm də xalqlar arasında təmasların və qarşılıqlı tanışlığın artmasına xidmət edə bilər.

Dövlət başçısı, eyni zamanda, idman sahəsinin də bu məsələdə rolunu vurğulayıb: "Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi".

Bu fikir də sübut edir ki, Azərbaycan MDB məkanında əməkdaşlıq çərçivəsində idmanı da xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi vasitəsi kimi nəzərdən keçirir.

Yekun olaraq, deyə bilərik ki, 2027-ci ildə həmsədrlik, 2028-ci ildə isə sədrliyin Azərbaycana keçməsi MDB daxilində daha geniş imkanlar qazandıracaq. Hazırda rəsmi Bakının konkret və aydın regional gündəliyi olması onun üstünlüyüdür. Söhbət regional sülh quruculuğu, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, Xəzər dənizi üzərindən bağlantılar, Ermənistan istiqamətində yeni tranzit imkanlarından gedir. Bu isə Azərbaycana Birliyin iqtisadi, nəqliyyat və regional əməkdaşlıq gündəliyinin formalaşmasına təsir edən əsas aktorlardan birinə çevrilməsinə şərait yaradır...(Report)

Yoldaş Budaqov dövlətin parkını kimlərə PEŞKƏŞ EDİB? - Sakinlər etiraz edir...


Nəsimi rayonunda istirahət parkının bir hissəsinin kafe fəaliyyəti üçün istifadə edildiyi bildirilir. Sakinlər yaşıllıqların taleyindən, kabab tüstüsündən və müraciətlərinə cavab verilməməsindən narazıdırlar. Bəs ictimai istifadə üçün nəzərdə tutulan ərazi hansı əsasla kommersiya fəaliyyətinə cəlb olunub?
Şəhərin abadlaşdırılması, yaşıllıqların qorunması, park və xiyabanların sakinlərin rahat istirahəti üçün əlçatan saxlanılması hər bir şəhər təsərrüfatının əsas vəzifələrindən biridir. Parklar sadəcə ağac və ot örtüyündən ibarət ərazilər deyil. Onlar insanların nəfəs aldığı, uşaqların oynadığı, yaşlıların dincəldiyi, ailələrin asudə vaxt keçirdiyi ümumi istifadəli məkanlardır. Lakin təəssüf ki, son illərdə şəhər mühitində ictimai ərazilərin kommersiya məqsədləri ilə istifadəsi məsələsi vətəndaşların narahatlığına səbəb olan problemlərdən biri kimi gündəmdə qalır.
Bakının Nəsimi rayonundan redaksiyamıza daxil olan şikayət də məhz bu qəbildəndir. Sakinlərin iddiasına görə, rayonun 4-cü mikrorayonunda, Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısında yerləşən istirahət parkının bir hissəsi “MADAM KABABÇI” adlı kafenin fəaliyyəti üçün istifadə olunur. Vətəndaşlar hesab edirlər ki, onların istirahəti üçün nəzərdə tutulan ərazinin bu şəkildə istifadəyə verilməsi həm parkın təyinatına, həm də ətrafda yaşayan insanların rahatlığına mənfi təsir göstərir.
Parkın bir hissəsi necə kafe ərazisinə çevrildi?
Sakinlərin redaksiyamıza verdiyi məlumata əsasən, təxminən bir il əvvəl parkın sözügedən hissəsində 30 ədəd şam ağacı əkilib. Onların sözlərinə görə, sonradan həmin ərazi çəpərlənib, yerə daş döşənib və bu ilin may ayından etibarən burada kafe fəaliyyəti üçün masalar yerləşdirilib.
İddialara görə, ərazidə 6-7 masa qurulub, onların ətrafı dəmir maneələrlə və kapron iplərlə əhatələnib. Beləliklə, əvvəllər parkın ümumi sahəsinin bir hissəsi kimi istifadə edilən məkanın kafe müştərilərinə xidmət göstərən əraziyə çevrildiyi bildirilir.
Burada bir sıra suallar ortaya çıxır: İctimai istirahət parkının bu hissəsində kommersiya fəaliyyəti hansı hüquqi əsasla təşkil edilib? Ərazinin istifadəsinə icazə verilibmi? Əgər verilibsə, bu qərar hansı sənədlərə əsaslanır? Parkın ərazisinin bir hissəsinin kafe fəaliyyəti üçün ayrılması sakinlərin maraqları və ictimai istifadənin qorunması baxımından qiymətləndirilibmi?
Bu sualların cavabı yalnız ərazidə masaların yerləşdirilməsinə baxmaqla müəyyən edilə bilməz. Bunun üçün torpaq sahəsinin hüquqi statusu, istifadəyə dair sənədlər və müvafiq qurumların qərarları araşdırılmalıdır. Lakin sakinlərin narazılığı fonunda məsələyə aydınlıq gətirilməsi artıq zərurətə çevrilib.
Kabab tüstüsü sakinləri bezdirib
Sakinlərin şikayəti təkcə parkın bir hissəsinin zəbt edildiyi iddiası ilə məhdudlaşmır. Onlar kafedə kabab bişirilməsi zamanı yaranan tüstü və qoxunun da ətrafdakı yaşayış binalarına yayıldığını bildirirlər.
Yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən iaşə obyektlərinin yaratdığı tüstü, qoxu və digər narahatlıqlar, xüsusilə havalandırma sistemi və tüstünün xaric edilməsi düzgün təşkil olunmadıqda, insanların gündəlik həyatına ciddi təsir göstərə bilər. Sakinlər öz evlərində pəncərələrini açarkən belə xoşagəlməz qoxu ilə üzləşdiklərini bildirirlərsə, bu məsələ aidiyyəti qurumlar tərəfindən yerində araşdırılmalıdır.
Əlbəttə, hər hansı obyektin yaşayış binasının yaxınlığında yerləşməsi öz-özlüyündə qanun pozuntusunun sübutu deyil. Bununla belə, obyektin fəaliyyətinin qüvvədə olan sanitariya, yanğın təhlükəsizliyi, havalandırma və şəhərsalma tələblərinə uyğunluğu yoxlanılmalıdır. Əgər tüstü və qoxu sakinlərin yaşayış şəraitinə mənfi təsir göstərirsə, problemin aradan qaldırılması üçün konkret tədbirlər görülməlidir.
Sual yaranır: Parkın istirahət üçün nəzərdə tutulan hissəsində kafe fəaliyyəti təşkil edilərkən ətrafda yaşayan insanların maraqları nəzərə alınıbmı? Obyektin fəaliyyəti müvafiq qaydada yoxlanılıbmı? Sakinlərin şikayətlərindən sonra hər hansı monitorinq aparılıbmı?
Ağaclara elektrik naqilləri bağlanıb?
Məsələnin daha bir narahatedici tərəfi yaşıllıqların qorunması ilə bağlıdır. Sakinlərin iddiasına görə, sözügedən ərazidəki ağaclara elektrik naqilləri bağlanaraq işıqlandırma təşkil edilib.
Ağacların budaqlarına və gövdələrinə naqillərin bərkidilməsi onların zədələnməsi, qabığın zərər görməsi və düzgün olmayan montaj zamanı əlavə təhlükəsizlik risklərinin yaranması ilə nəticələnə bilər. Elektrik avadanlıqlarının açıq havada necə quraşdırılması da ayrıca yoxlanılmalı məsələdir.
Əgər həqiqətən ağaclar kommersiya obyektinin işıqlandırılması məqsədilə istifadə olunur və bu zaman yaşıllıqlara zərər vurulursa, aidiyyəti qurumlar vəziyyətə hüquqi qiymət verməlidirlər. Şəhərdə ağacların əkilməsi və yaşıllıq sahələrinin artırılması nə qədər vacibdirsə, mövcud ağacların qorunması da bir o qədər əhəmiyyətlidir.

Bir tərəfdən yaşıllıq sahələrinin artırılmasından danışmaq, digər tərəfdən isə park ərazisindəki ağacların kommersiya məqsədli işıqlandırma üçün istifadə edildiyi barədə iddiaları cavabsız qoymaq olmaz. Məsələnin mahiyyəti yalnız bir neçə masanın yerləşdirilməsi deyil, ictimai ərazinin, yaşıllıqların və sakinlərin rahatlığının necə qorunmasıdır.
Sakinlər müraciət etdiklərini deyirlər, nəticə isə yoxdur
Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, şikayətlərinin həll olunduğunu görməyiblər.
Əgər bu müraciətlər həqiqətən ünvanlanıbsa, onların hansı qaydada araşdırıldığı, əraziyə baxış keçirilib-keçirilmədiyi və vətəndaşlara hansı cavabların verildiyi aydınlaşdırılmalıdır. Çünki dövlət qurumlarına müraciət etmək və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada araşdırılmasını tələb etmək vətəndaşların hüququdur.
Sakinlər üçün əsas məsələ təkcə şikayətlərinə cavab almaq deyil. Onlar yaşadıqları ərazidəki parkın əvvəlki funksiyasını qorumasını, uşaqların sərbəst oynaya bilməsini, yaşıllıqların zədələnməməsini və kabab tüstüsünün gündəlik həyatlarına mane olmamasını istəyirlər.

Bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətinin məsələyə münasibət bildirməsi, ərazidə araşdırma aparılıb-aparılmadığını açıqlaması və kafenin fəaliyyəti üçün hansı əsasların mövcud olduğunu izah etməsi vacibdir.

İctimai park kommersiya məkanına çevrilməməlidir
Parkların əsas təyinatı insanların istirahətinə xidmət etməkdir. Belə ərazilərdə hər hansı kommersiya fəaliyyətinin təşkili isə ictimai maraqlar, torpaq sahəsinin hüquqi statusu və qüvvədə olan tələblər nəzərə alınmaqla qiymətləndirilməlidir.
Əgər parkın bir hissəsi müvafiq hüquqi əsas olmadan özbaşına çəpərlənib və kafe fəaliyyəti üçün istifadə edilirsə, bu hal araşdırılmalı və qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Əgər obyektin fəaliyyəti üçün qanuni əsas mövcuddursa, həmin sənədlər və ərazinin istifadə şərtləri ictimaiyyətə aydın şəkildə izah edilməlidir.

Burada əsas prinsip dəyişməz qalmalıdır: kommersiya maraqları sakinlərin ümumi istifadəsində olan ərazilərin qorunmasını, yaşıllıqların mühafizəsini və insanların rahat istirahət hüququnu kölgədə qoymamalıdır.

Nəsimi Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməlidir
Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısında yerləşən parkla bağlı sakinlərin səsləndirdiyi iddialar araşdırılmağa ehtiyac duyur. Ərazinin hüquqi statusu, kafenin fəaliyyətinə dair icazə və sənədlər, ağacların vəziyyəti, elektrik naqillərinin quraşdırılması, eləcə də tüstü və qoxu ilə bağlı şikayətlər aidiyyəti qurumlar tərəfindən yoxlanılmalıdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin, eləcə də səlahiyyətləri çərçivəsində digər aidiyyəti qurumların bu məsələyə münasibəti ictimaiyyət üçün maraqlıdır. Sakinlərin müraciətlərinin taleyi, ərazidə yoxlamanın aparılıb-aparılmaması və mümkün qanun pozuntularının aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilməsi gözlənilir.
Unutmaq olmaz ki, şəhərin abadlığı yalnız yeni binaların tikilməsi və küçələrin təmir olunması ilə ölçülmür. Abadlıq həm də mövcud parkların qorunması, ağacların saxlanılması, ictimai ərazilərin təyinatına uyğun istifadəsi və vətəndaşların müraciətlərinə həssas yanaşılması deməkdir.
Parklar ayrı-ayrı obyektlərin deyil, bütün şəhər sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulan məkanlardır. Bu məkanların qorunması isə yalnız sakinlərin deyil, aidiyyəti qurumların da məsuliyyətidir.

Nyus.Az

“Retro Holding”də milyon yarımlıq yeyinti: Həbs edilən var - TƏFƏRRÜAT


Azərbaycanda bir çox sahədə, o cümlədən diri heyvan bazarında idxalçı kimi fəaliyyət göstərən “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin baş mütəxəssisi Rüfət Qalib oğlu Səfiyev böyük məbləğdə mənimsəmədə təqsirləndirilir.


Cinayət işi həvalə qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaq olunub.


İstintaqla müəyyən edilib ki, “Retro Holding”in məsul əməkdaşı Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulan 1 milyon 500 min manat vəsaiti mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.


İş üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq. Təqsirli bilinəcəyi halda Səfiyevə 14 ilə kimi həbs cəzası verilə bilər.

Mübariz Mənsimovun Azərbaycandakı şirkəti bağlandı - FOTO


"Palmali Holdinq" şirkətlər qrupuna daxil olan və məşhur "PalSüd" süd və süd məhsulları brendinin sahibi olan "Palfood" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, vergi ödəyicisi kimi passiv statusa malik olan müəssisənin borcu artaraq 133249,95 AZN təşkil edib.

Lənkəran rayonu, Bakı-Astara magistralı ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 4 457 867,58 AZN, qanuni təmsilçisi isə Firdovsi Cahangirov Aslan oğludur.
Xatırladaq ki, qanuni təmsilçi Firdovsi Cahangirov bir müddət əvvəl "Palmali" Holdinqin sahibi Mübariz Mənsimova kirayə həyatından qurtulmaq üçün evlə təmin olunması məqsədilə etdiyi müraciətlə ictimaiyyətdə gündəmə gəlmişdi. Milyonlarla manatlıq nizamnamə kapitalı olan şirkətin külli miqdarda vergi borcu ilə bağlanması diqqət çəkir.

Bu instutun rəhbərliyinə 110 min manatlıq avtomobil alınır - FOTO


"Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" Publik Hüquqi Şəxsi tərəfindən yeni xidməti minik avtomobilinin satın alınması həyata keçirilir.

32gun.az-ın verdiyi məlumata görə, sözügedən satınalma üzrə "Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlana bilər və tenderin qiyməti 108.500 AZN təşkil edir.

Tender şərtlərinə əsasən, 2025-ci il və ya daha yeni istehsal ili olan, yeni, istismar olunmamış, iri ölçülü SUV/krossover tipli, minimum 6 oturacaqlı, qara rəngli plug-in hibrid xidməti minik avtomobili satın alınır. Avtomobilin uzunluğu 5000-5350 mm, eni 1900-2050 mm, hündürlüyü 1700-1900 mm, təkər bazası 2950-3250 mm, yerdən hündürlüyü (klirensi) isə 150-240 mm aralığında olmalıdır.
Güc qurğusu minimum 1,5 litr həcmli benzin mühərriki və elektrik mühərrikindən ibarət olan hibrid sistemin ümumi maksimal gücü minimum 250 kVt, dartı batareyasının tutumu minimum 30 kVt·saat, tam elektrik rejimində yürüş məsafəsi isə minimum 120 km təşkil etməlidir. Avtomobil ABS, ESP, 360° kamera, adaptiv kruiz-kontrol, panoramik şüşə dam, dəri üzlüklü və isitmə-havalandırma funksiyalı oturacaqlar, eləcə də digər müasir təhlükəsizlik və komfort sistemləri ilə təchiz olunmalıdır.

Nizamnamə kapitalı cəmi 10 AZN olan və qanuni təmsilçisi Malik Qubadov Elxan oğlu olan "Okean Avto 2011" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşir. Qurğunun qeydiyyatı, nömrələnməsi və digər sənədləşmə işləri də daxil olmaqla təchizatçı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu PHŞ-nin İdarə Heyətinin sədri (rəhbəri) Elbrus Paşayevdir.

Qəriblər meşəbəyliyində ölüm hadisəsi: ağac kəsintisi zamanı insan həyatını itirdi – Prokurorluq araşdırır


Meşə dolayında baş verən faciə bir sıra ciddi suallar doğurur
Masallı rayonunun Qəriblər meşəbəyliyində baş verdiyi bildirilən faciəli hadisə meşələrin mühafizəsi və dövlət meşə fondu ərazilərində nəzarətin necə həyata keçirilməsi məsələsini yenidən gündəmə gətirib. Məlumata görə, hadisə 2 oktyabr 2026-cı il tarixində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 7 saylı meşə dolayında baş verib.
Bildirilir ki, vətəndaş Abbas adlı şəxs həmin ərazidə qanunsuz ağac kəsintisi zamanı hadisə nəticəsində həyatını itirib. İlkin məlumata görə, ağacın budaqlarından biri qırılaraq onun baş nahiyəsinə dəyib və şəxs aldığı xəsarətdən hadisə yerində vəfat edib. Hadisənin ən mühüm və araşdırılmalı tərəfi isə bundan ibarətdir ki, söhbət sadəcə bədbəxt hadisədən deyil, meşə ərazisində qanunsuz ağac kəsintisi ilə bağlı olduğu bildirilən hadisədən gedir.
Hazırda faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıldığı və hadisənin bütün hallarının araşdırıldığı bildirilir.
Mühafizə əməkdaşları prokurorluğa çağırılıb
Hadisədən sonra 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir sıra mühafizə əməkdaşlarının Masallı Rayon Prokurorluğuna dəvət olunması da diqqət çəkir.
Məlumata əsasən, meşə təsərrüfatı sistemində mühafizə işlərinə cavabdeh şəxslərdən izahatlar alınır. Prokurorluğa dəvət olunanlar arasında meşələrin mühafizəsi və qorunması üzrə baş mühəndis Emin Əhədovun da olduğu bildirilir.
Təbii ki, əməkdaşların prokurorluğa çağırılması onların hər hansı cinayət əməlində təqsirli olması anlamına gəlmir. Bu, istintaqın hadisənin bütün təfərrüatlarını, o cümlədən həmin ərazidə nəzarətin necə təşkil edildiyini, ağac kəsintisinin qanuni olub-olmadığını və məsul şəxslərin üzərinə düşən vəzifələri yerinə yetirib-yetirmədiyini müəyyənləşdirməsi baxımından mühüm mərhələdir.
Əsas sual: meşə dolayında qanunsuz ağac kəsintisi necə baş verib?
Hadisə ilə bağlı ən ciddi suallardan biri budur:
Əgər ağac kəsintisi həqiqətən qanunsuz olubsa, dövlət meşə fondunda belə işə kim və necə nəzarət edib?
Meşə mühafizəçilərinin əsas vəzifələrindən biri dövlət meşə fondunun qorunması, qanunsuz ağac kəsintilərinin qarşısının alınması və bu kimi halların vaxtında aşkarlanaraq aidiyyəti qurumlara bildirilməsidir.
Bu baxımdan prokurorluğun araşdırması yalnız insan ölümünün səbəbləri ilə məhdudlaşmamalı, hadisəyə gətirib çıxaran şərait də hərtərəfli araşdırılmalıdır.
Bütün bunlar istintaqın cavablandırmalı olduğu mühüm suallardır.
Bu, ilk narahatlıq deyil
Məsələnin başqa bir tərəfi də var.
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə ərazilərində qanunsuz ağac kəsintiləri ilə bağlı əvvəlki dövrlərdə də mediada müxtəlif məlumatlar yayılıb. Məsələn, 2026-cı ilin aprelində Masallı meşələrində yaş ağacların kəsilməsi ilə bağlı iddialar dərc olunmuş, həmin ərazilərin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət zonasında olduğu bildirilmişdi.
2025-ci ildə isə Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında dövlət meşə fondu torpaqlarının istifadəsi və ağacların vəziyyəti ilə bağlı mediada ciddi iddialar səsləndirilmişdi.
Bunlar həmin iddiaların doğru olduğu anlamına gəlmir. Lakin yeni faciə fonunda əvvəlki məlumatların da hüquq-mühafizə və aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməsi, meşə mühafizəsi sistemində nəzarətin effektivliyinin qiymətləndirilməsi ictimai baxımdan əhəmiyyətli görünür.
İndi əsas məsələ obyektiv istintaqdır
Hadisənin insan ölümü ilə nəticələnməsi məsələni daha da həssas edir. Bir insan həyatını itirib. Ona görə də istintaqın əsas məqsədi yalnız hadisəni hüquqi baxımdan qiymətləndirmək deyil, faciəyə səbəb olan bütün halları üzə çıxarmaq olmalıdır. Əgər ölüm ağac kəsintisi zamanı baş veribsə, ağacın hansı şəraitdə kəsildiyi, kəsintinin qanuni və ya qanunsuz olması, təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi, hadisə yerində kimlərin olduğu və meşə təsərrüfatının məsul əməkdaşlarının öz vəzifələrini necə icra etdiyi müəyyənləşdirilməlidir. Eyni zamanda, heç bir vəzifəli şəxsin yalnız vəzifəsinə görə əvvəlcədən təqsirli elan edilməsi də yolverilməzdir. Konkret məsuliyyət yalnız istintaq və məhkəmə tərəfindən müəyyən edilə bilər.
Məsələ artıq təkcə bir ağacın kəsilməsi məsələsi deyil. Burada insan həyatının itirilməsi, dövlət meşə fondunun mühafizəsi və vəzifəli şəxslərin qanun qarşısında məsuliyyəti məsələsi dayanır.
İctimaiyyətin gözləntisi də məhz budur: Masallı Rayon Prokurorluğunun apardığı araşdırma tam, obyektiv və hərtərəfli olsun, hadisənin bütün iştirakçıları və səbəbləri müəyyənləşdirilsin, günahı olan şəxs və ya şəxslərdən asılı olmayaraq qanun qarşısında cavab versin.
Hazırda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə Nəsimi Nəsibovun rəhbərlik etdiyi barədə mediada məlumatlar yayılıb. Hadisə ilə bağlı mərkəzin rəhbərliyinin mövqeyinin də açıqlanması, xüsusilə 7 saylı meşə dolayında baş verən hadisənin hansı şəraitdə və nəzarət altında olduğu barədə ictimaiyyətə məlumat verilməsi məqsədəuyğun olardı.
Araşdırmanın nəticəsi gözlənilir.
BİA.az

Sabiq deputat Əsabil Qasımovun tikinti şirkətinin inanılmaz fırıldaqları


Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları «istehsal» ediblər?
(Əvvəli ötən yazıda)
«Təzadlar»ın Araşdırma Qrupu sabiq deputata məxsus tikinti şirkəti ilə bağlı inanılmaz faktları üzə çıxarıb. Təsəvvür edirsinizmi, “Azər-Tikinti-şirkəti» MMC-nin İH-nin sədri Mətin Əmiraslanov (keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov cəmi 27-28 yaşı olan bu şəxsi özünün ən etibarlı adamı kimi yalnız sənədləri imzalamaq üçün istifadə edir) 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçilərin razılığı olmadan 3-cü şəxslərə özbaşına satmışdır.
Bundan əlavə, “Azər-Tikinti şirkəti» MMC-nin rəhbəri, sabiq deputat Əsabil Qasımov  21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, 170m2 və 226m2– -cəmi 396m2 sahə üçün, müqavilə bağlamadan isə özbaşına uçurduqları 85 m2 obyektlə birlikdə yekun, cəmi: 481 m2 sahəni mənimsəmiş, bir sözlə, mülkiyyətçi, “Tovuz-Konyak” Evinin rəhbəri, ölkədə tanınmış iş adamı Naiq Məmmədhəsənovun əmlak hüquqlarını dolayı yollarla ələ keçirmiş, rəhbəri olduğu şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır.
Ələ keçirilmiş əmlakların də\yərinə gəlincə, konkret olaraq Bakının ”28 May” ərazisində 1 m2 obyekt sahəsinin qiyməti bu gün əmlak bazarında ən azından 10 (on) min manatdan 17 min manatadək və daha çox qiymətləndirilir.
Əsabil Qasımovun Ramiləsi və saxta vədlər…
“Azər-Tikinti- şirkəti» MMC-nin rəhbərliyi  Nəsimi rayonu Azadlıq prospekti-42 ünvanındakı zirzəmi mərtəbəsindəki  85 m2 obyekti özbaşına uçurduğu üçün Nəsimi rayon Polis İdarəsində tədqiqat işləri başladıqdan sonra əl-ayağa düşən MMC rəhbərliyi başqa fəndə əl atır: mülkiyyətçiləri MMC-nın hüquqşunası Bağırova Ramilə Ramiz qızı iş saatından sonra satış ofisinə dəvət edir. Bu zaman o, mülkiyyətçilərə sülh təklif edir, yaranmış mübahisənin öz aralarında, yəni məhkəmədən kənar həll edilməsini bildirir. Əsabil Qasımovun qanunsuz hərəkətlərindən bezən qarşı tərəflər Ramilə Bağırovanın yağlı dilinə inanır(sonra məlum olacaq ki, aldanır), (170+2202+85 m2)=481m2 obyektin 1m2-nı ən aşağı qiymətə- 10 min manata alqı- satqı edilməsinə (481kvm. x 10 min)=4 milyon 810 min manata razılaşırlar. MMC-nın hüquqşunası Ramilə Bağırova fürsəti əldən vermir, mülkiyyətçiləri inandırır və söz verir ki, onlara həmin axşam 1 milyon 55 min manat avans veriləcək, qalan 4 milyon 810 min manat (4.810.000-1.055.000 azn =3.755.000 manat) pul isə səhər Bakıdakı 54 saylı notariusda alqı-satqı zamanı veriləcək!
Beləliklə, MMC-nın rəsmi nümayəndəsi Ramilə Bağırova bu dəfə yeni bir uydurmanı ortaya atır: səhər ödəniləcək məbləğin kassadan götürülməsi üçün mülkiyyətçiləri aldadaraq bildirir ki, götürülmüş vəsaitin qəbulu ilə bağlı bir neçə məzmunda ərizə və 17 ay MMC-nin mülkiyətçilərə ödəmədiyi kirayə haqqından imtinaya dair ərizə versinlər. Binəva mülkiyyətçilər Əsabil Qasımovun bu səlahiyyətlisinin yağlı dilinə və felinə yenə də inanır, 1.055.000 manat avans aldıqları və digər borclarla bağlı razılığa gəlirlər, 4.810.000-1.055.000=3.755.000 azn və avans verilən zaman sayılarkən əksik gəlmiş 50.000 azn=3.805.000 azn vəsaiti də səhər 12 aprel 2025-ci il tarixində 54 saylı notariusda, əmlakların sənədləşməsi zamanı təhvil alacaqlarını zənn edirlər.
Sən saydığını say, gör Əsabil Qasımov notariusda nə sayır…
Beləcə, atalar demiş, sən saydığını say, gör Əsabil Qasımov bu dəfə nə sayır: səhəri gün mülkiyyətçilər sevinc içində 54 saylı notariusda olurlar. Xeyli gözləyirlər, amma MMC-nın nə satış direktoru, nə də hüquqşünası Ramilə Bağırova gözə dəymir. Beləliklə, onlar vədlərinə xilaf çıxaraq notariusa gəlmirlər. Yenə də aldatma, kələk gəlmə!
***
…Mülkiyyətçilər MMC-nin nümayəndəsi Ramilə Bağırovaya zəng edirlər, qarşı tərəf yenə də aldatmaya üstünlük verir, bildirir ki, notariusa mütləq nümayəndə göndəriləcək, sadəcə, onun adına dediyi məzmunda ərizə yazılması, notariusda qeydiyyatdan keçirilməsi, sonra da razılaşmış məbləği dünənki qaydada ofisdən gəlib götürmələri lazımdır.
Necə deyərlər, yalançını son mənzilinə kimi! Mülkiyyətçilər qarşı tərəfin səmimiliyinə yenə də inanır, onların dedikləri məzmunda tərtib edilmiş ərizəni göndərdikləri nümayəndənin adına notariusda təsdiq etdirir, sonra isə dərhal “Azər-Tikinti” MMC-nın ofisinə-Əsabil Qasımovun hüzuruna gəlirlər.
Heç bilirsiz nə baş verir: o boyda sabiq deputat, ağsaqqal adam, sahibkar… gizlənir, yoxa çıxır. Bəs bir saat əvvəl verilən vəd, and, inam və etibar???
Mülkiyətçilər ofisdə heç kəsi- nə satış müdini, nə də nümayəndə Ramilə Bağırovanı orada görmürlər, edilən telefon zənginə də cavab verilmir, dəmir qapı onların üzünə bağlanır!
***
…Mubahisənin məhkəmədən kənar razılaşdırılmış şərtlərlə icrasının heç cürə mümkün olmadığını görən mülkiyyətçilər aldadıldıqlarına əmin olduqdan sonra 54 saylı notariusa verdikləri ərizələrin ləğvi ilə bağlı yazılı məktub təqdim edirlər. Həmçinin 51 min manat və 17 ay ödənilməyən kirayə haqqının da ödənilməsi, əmlakların təhvil verilməsi ilə bağlı yenidən məhkəməyə şikayət verirlər.
Kirayə haqqı ilə bağlı işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı İş№16(006)489-2025, 24.10.2025-ci il tarixli qərardadla ”Azər-Tikinti” MMC-nın 17 ay ödəmədiyi 51.000 manat kirayə haqqının ödənişi ilə bağlı MTT qərardadını qəbul edir. Qərardad icraya göndərilir…
Əsabil Qasımovun bank hesabına məhkəmə qərarı ilə həbs qoyulur…
Nəticədə, MMC-nin bank hesablarına 51 min manat kirayə haqqının ödənilməsi ilə bağlı həbs qoyulur. Bundan sonra «Azər-Tikinti» MTK həmin qərardan apellyasiya şikayəti verir. Bakı Apellyasiya Məhkəməsi keçmiş deputatın fırıldaqlarından xəbərdar olur və ədalətli qərar verir, 02.12.2025-ci il tarixli 16(103)-849/2025 saylı məhkəmə aktını qüvvədə saxlayır. Hansı ki, bu qərardaddan şikayət verilə bilməz.
***
Daha bir məhkəmə mübahisəsi: mülkiyyətçilərin şikayəti ilə əmlakların qaytarılması, dəymiş zərərin ödənilməsi ilə bağlı bu epizodla işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva “Azər-Tikinti” MTK-ya mövcud vəziyyətlə bağlı sorğu göndərir. MTK-nın sədri Mətin Əmiraslanov da Əsabil Qasımovun yalanlarından dərs aldığı üçün yeni taktika seçir, o da keçir yalanlara və aldadılmalara. Onun imzası ilə məhkəmənin sorğusuna 14 avqust 2024-cü il tarixli məktub ilə yalandan cavab verir ki, guya təqdim edilən (eləcə də girov saxlayan Əmanətin Sıgortalanması Fonduna yazdığı rəsmi cavab məktubunda) və ipotekada olan mülklərin (170 2+226 m2 ) guya 21.12.2018-ci il tarixli “Azər-Tikinti” MTK-ilə bağlanmış “Razılaşma” müqaviləsinə görə götürülmüş öhdəlik tam icra edilib, müqavilədə göstərilən əmlakların 170 m2 qeyri- yaşayış, 226 m2 isə iki mənzilin hamsının tam təmirli olaraq mülkiyyətçilərə təhvil verilib(məktublar əlavə edilir).

Hakim də Əsabil Qasımovun yalanlarından «bəhrələndi» və…
Atalar deyib: «Sənə güvəndiyim dağlar, sənə də…» yalan yağarmış… Beləliklə, hakim Həbibə Miriyeva “Azər-Tikinti” MTK-nın bu məktublarını və 4.810.000 manata razılaşılmış mülklərin dəyərindən verilən cəmi 1.055.000 azn ödəniş aktını gözdən keçirir, sonra yerli baxış təyin edir, videoçəkiliş olunur və s. Bütün həngamə də bundan sonra baş verir: hakim 19 avqust 2024-cü ildə iş № e-2(006)-3149/2024-saylı yerli baxış aktı tərtib edir. Bu aktda yazılır ki, guya açarlar  mülkiyyətçilərə təhvil verilib, ardınca da hakim yerində baxışla bağlı audio-video baxış aktı əsasında iclas protokolu yazır. Təsəvvür edirsinizmi, sonradan məlum olur ki, iş protokolunda hakim Həbibə Miriyeva yerli baxış zamanı aparılmış video çəkiliş diskini dəyişdirib, yerinə heç bir görüntü olmayan boş disk qoyub.
Bu xanım hakimə yaraşan bir iş idimi? Qatığa necə qara demək olardı axı?!
Beləliklə, hakim heç bir araşdırma aparmadan:
–ikitərəflı qəbul-təmir aktı olmadan;
 -mənzillərin açarlarının daimi təhvil məqsədi ilə verildiyini təsdiq edən sənəd olmadan;
-əgər mənzillər MTK-nın məhkəməyə və girov saxlayan Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi rəsmi məktublarda göstərildiyi kimi mülkiyyətçilərə obyektlərin (170m2 və 226m2 ) tam təmirli təhvil verilmişdirsə, məhkəmə qərarları ilə 10.04.2023-cü il tarixli, №2(103)-423 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış üçün 14400 azn, 226m2 sahə üçün 9600 azn, cəmi- 24000 azn, 14.05.2024-cü il üçün № e-2(006)-2052/2024 saylı icra vərəqi ilə 170m2 və 226m2 obyektlər üçün 66.000 manat 24.10.2025-ci il tarixli № e-16(006)-489/2025 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış, 226 m2 mənzillər üçün cəmi 51.000 manat kirayə haqqı məcburi qaydada məhkəmə qərarları ilə nəyə görə məcburi tutularaq verildiyini də araşdırmadan;
-həmin əmlakları MTK-nın ilk gündən 3-cü şəxsə satıldğını araşdırmadan;
-hakimin özünün qərardadı ilə keçirilən ekspertiza rəylərinə qiymət verilmədən;
-məhkəmə iclas protokollarına düzəliş edilmədən;
-dövlətin güzəştli kreditinin təminatı kimi ipotekada olan əmlakları 170 m2 və 226 m2 girov saxlayanın yazılı razılığını və yüklülüyün ləğvi sənədi olmadan;
-hətta mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsə necə satıldığını araşdırmadan;
-MTK-nın sonradan istinad etdiyi təhvil-təslim aktı, açarların verilməsi və faktiki qəbul sübutları araşdırılmadan;
-MTK-nın müxtəlif tarixli bəyanatları dövlət reyestrləri ilə faktiki təhvil sənədləri ilə üzləşdirilmədən;
-61 ayda mülkiyyətçilərə dəymiş ziyanla bağlı verilən vəsatətləri araşdırmadan;
-işdə cinayət halı olması ilə bağlı AR. MPM-nın 265.4 maddəsi ilə bağlı mülkiyyətçinin verdiyi vəsatəti təmin etmədən;
-yerli baxış aktının audio-video kasetlərinin yerinə boş diskin qoyulmasının səbəbini izah etmədən;
-ödənilmiş dövlət rüsumunun doğruluğunu müəyyən etmədən- necə natamam, ziddiyətli, qərəzli qətnamə qəbul edə bilərdi??? Və edir də! Hakim mülkiyyətçilərin və girovsaxlayan Əmanətin Sığortalanması Fondunun iddialarını, verilmiş bütün vəsatətləri necə rədd edilə bilərdi??? Amma o, edir… Və ədalətsiz, qanunsuz qətnamə qəbul edir!


Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın şəxsi maraq zəminində çıxardığı qanunsuz qətnaməsi…
…Mülkiyyətçilər Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın şəxsi maraq zəmnində çıxardığı məlum natamam -alayarımçıq qətnaməsindən Bakı Apelliyasiya Məhkəməsinə şikayət göndərir və yuxarıda göstərilən bəndlər üzrə heç bir araşdırma aparılmayan halların araşdırılıb, Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın çıxardığı natamam qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş edirlər.
Bakı Apelliyasiya Məhkəməsində işə baxan hakim Günay Axundova keçirdiyi elə birinci hazırlıq iclasında həmkarından geri qalmır, heç bir araşdırma aparmadan, beş dəqiqəlik müşavirə otağında dayanır, öz-özünə söhbət edir, mülkiyyətçilərin üzünə gülür, təbəssümlə onları seyr edir, sonra da məruzəçi hakim olaraq əvvəlcədən 2 saata hazırlanmalı şübhəli və natamam qətnamə layihəsini «məruzə edərək» (hansı ki, qətnamənin bu məruzəsini ən azı iki saata belə yazmaq mümkün deyildi, deməli, əvvəldən hazır imiş) mülkiyyətçilərin və Əmanətin Sığortalanması Fondunun şikayətlərini rədd edir.
Sözün bitdiyi yer: buna görədir ki, bəzən məhkəmələrimizi 8 KM kolxoz bazarına bənzədirlər!
Maraqlı haldır ki, hakim Günay Axundovanın çıxardığı qətnamədə göstərdiyi abzastlar üzrə bütün faktlar bir-biri ilə ziddiyyət yaradır, şikayətdə göstərilən faktların araşdırılmasına toxunulmur, hətta çıxardığı qərəzli və natamam qətnaməsinin 34-cü səhifəsinin 81-ci abzasında göstərir ki, «Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin(hakim Fuad Talışınski) 2(103)-425-2023 saylı, 1-04.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmiş alqı-satqı zamanı(zirzəmi mərtəbəsindəki 85 kvm. sahənin) mülkiyyətçisi məhz bu zirzəminin bir hissəsinin satıcıya təhvil verilməsi, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə, əmlakın vahid əmlak olması, yəni 155,7 kvm. olması və qiymətlərin bu nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibinə verilməsi təsdiqini tapmışdır».

Bildirək ki, Nəsimi rayon Prokurorluğunun 85 kvm. sahə ilə bağlı apardığı cinayət işinin dəqiqləşdirilməsinə dair müstəntiq 85 kvm. sahənin yenidən qiymətləndirlməsi ilə əlaqədar  yenidən ekspertizə təyin etmiş, həmin 85 kvm. sahənin 1 kvm.-nin 2025-ci il tarixinə əmlak bazarında orta minimum qiymətinin 9500-15000 manat olması ilə bağlı ekspert rəyini əldə etmiş, həmçinin 2016-cı ildə Ali Məhkəmədə hüquqi qüvvəsini almış 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarında belə sözü gedən 85 kvm. sahənin 1 kvm.-sinin 5186,25 manat olması ekspert rəyi ilə təsdiqlənmişdir. Buna baxmayaraq necə ola bilər ki, 6 il sonra hakim F.Talışinskinin 12 oktyabr 2022-ci il tarixində təkrar qiymətləndirmə aparılması ilə bağlı qanunsuz qəbul etdiyi qərardadla həmin sahənin -85 kvm.-nin 1 kvm.-lik sahə üçün 1 vərəqlik rəylə də deyil, adicə arayışla 1600 manat olduğu göstərilmişdir???
Bütün bunlardan əlavə, maraqlıdır, bəs onda iş materillarında olan- 11.04.2025-ci il tarixli zirzəmidə yerləşən 170 kvm qeyri-yaşayış sahəsi üzrə mülkiyyətçiyə verilmiş 1 miylon 55 min manat nə məqsədlə verilmişdir ki, 11.04.2025-ci il tarixdə 1 kvm. zirzəmi sahəsinin dəyəri 1 milyon 55000:170kvm.= 6205 manat edir ki, bu da 2016-cı ildə Ali Məhkəmənin 10 dekabr tarixi qərarı ilə 85 kvm. üçün qiymətləndirilmiş qiymətlə tam eynilik təşkil edir. 2026-cı ildə isə 85 kvm sahənin özbaşına uçurulması ilə bağlı Nəsimi rayon Polis İdarəsində və Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi ilə bağlı həmin sahəyə baxış keçirilmiş, baxışdan əvvəl sabiq deputat Əsabil Qasımova məxsus «Azərtikinti» MTK-nın nümayəndəsi Ramilə Bağırova baxışdan əvvəl həmin sahənin 170 kvm. qeyri-yaşayış sahəsi olduğunu bildirmiş, yalandan bu sahənin satıldığını, mülkiyyətçinin artıq başqa bir şəxsin olduğunu bildirmişdir. Lakin ərazi sahə rəisinin, Nəsimi Pİ İstintaq şöbəsi müstəntiqinin və mülkiyyətçilərin iştirakı ilə qapının açılması zamanı həmin sahənin 85 kvm. olduğu, təmir işi aparılmadığı təsdiqlənmiş, protokol tərtib edilmişdir.
Yaxşı olardı ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova hazırlıq iclasında şəxsi marağı zəminində tələsik qərar çıxarmazdı və bu ziddiyyətlərə hüquqi qiymət verərdi. O, bununla da 1-ci instansiya məhkəməsinin araşdırmadığı nöqsanları görməzdən gələrək, qanunsuz qətnamə çıxardığı üçün, eləcə də mülkiyyətçilərin ödədiyi dövlət rüsumunu belə düzgün hesablayıb dəqiqləşdirmədiyindən mülkiyyətçilərin onun bu alayarımçıq qətnaməsindən verdiyi kassasiya şikayəti məhz dövlət rüsumunun düzgün hesablanmamasına görə də geri qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova indi də zərərçəkmiş mülkiyyətçilərlə intriqa aparır!
…Ali Məhkəmənin haqlı göstərişlərinin bərpa edilməsinə, Dövlət rüsumunun qalan hissəsinin də tam ödənilməsinə baxmayaraq isə hakim Günay Axundova kassasiya şikayətini hələ də məlum olmayan səbəbdən Ali Məhkəməyə göndərməyib. Niyə? Bu nə özbaşınalıqdır? Hakim bununla nə demək istəyir???
***
Hesab edirik ki, Ali Məhkəmə həmişə olduğu kimi, Ədalət mühakiməsinin bərqərar olmasını təmin edəcək, aşağı instansiya məhkəmə hakimlərinin qanunsuz hərəkətlərinə isə Məhkəmə-Hüquq Şurası tərəfindən hüquqi qiymət veriləcək.

Sonda: «Təzadlar»da olan şikayətçi-mülkiyyətçilər Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciətlərində həm də yazırlar:
-Biz gözləyirik ki, bütün bu qanunsuzluqlara son veriləcək və sabiq deputat Əsabil Qasımovun rəhbəri olduğu “Azər-Tikint” MTK-nın fəaliyyəti ciddi araşdırılacaq, araşdırma isə sənədlərin mövcud mülki mübahisənin təkrarı kimi deyil, görünən mümkün cinayət əməlləri kimi Azərbaycan Respublikasının Baş Prokrorluğunda araşdırılacaq, xüsusi nəzarətdə saxlanılacaq. Çünki sabiq deputatın əməlləri ictimai təhlükəlidir, ona görə ki, bu əməllər vətəndaşların etirazını körükləyir, ictimai narazılıqları artırır, düşmən dəyirmanına su tökür!
Biz inanırıq ki:
-Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın, eləcə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın Ali Məhkəmənin plenumunda Azərbaycan bayragı qarşısında hakim andı içərkən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına tam uygun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakim ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacağına and içdiyi bir halda, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud sürətdə pozduqlarına, hakimin yüksək adını şəxsi marağına qurban verdiklərinə, hakim adını ləkələyən davranışlara yol verdiklərinə, eləcə də Azərbaycan Respublikası Prezdentinin məhkəmə-hüquq sistemində son vaxtlar apardığı taleyüklü islahatların uğurlarına öz davranışları ilə kölgə saldıqlarına görə barələrində intizam icraatının başlanması mütləqdir!
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

AYNA-nın korrupsiya fəaliyyəti - İTTİHAM VAR...


Fakt: AYNA rəhbərliyi 280 nəfərlik xarici qonaqların hər birinə büdcədən aldığı 137 min manat puldan qiyməti 489 manat olmaqla babat bir quzu yedizdirib ki, bu da bazar qiymətlərinin ən yuxarı həddindədir…
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işçilərinin sürücülərin başına açdıqları oyunları, daha doğrusu, “dinmə- ver” prinsipi ilə aparılan soyğunçuluğu, Bakıda yaradılan parklama şəbəkəsi və s. hamını boğaza yığıb. Az qala insanların yaşadığı həyətə, bloka da “P” işarəsini qoyublar. Yazıq sürücülər heç bir aptekdən maşını bir dəqiqə saxlayıb dərman, mağazadan çörək ala bilmirlər. Dərhal telefona cərimə gəlir. Sistemi də elə qurublar ki, bir sürücü belə bu cərimə prosesindən yayına bilməz. Bu, birmənalı olaraq mümkün deyil. Çünkü maşın sahiblərinin rahatlığına yox, ancaq cərəmələnməsinə hesablanmış sistem “əla” işləyir.


***


Biz elə bilirdik AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev özünə yazdırdığı 30 min manat aylıq əmək haqqı bu cərimələrdən yığılan pulların hesabınadır. Sən demə, bu, belə deyilmiş. Təzəlikcə AYNA-da baş verən milyonlarla manat korrupsiya hüquqpozmaları haqqında «Təzadlar»a göndərilmiş sənədlər və faktlarla tanışlıqdan sonra məlum oldu ki, Anar müəllimi heç də xırdaçı adam saymaq olmaz. Ona görə də aldığı 30 min manat əmək haqqı cərimələrdən yığılan xırda-para puldan deyilmiş. Adamın başının üstündə Allah var, Anar müəllim belə xırdaçılığa gedən deyil… İndi məlum olur ki, Anar müəllimin qazancı, sürücülərin ah-naləsi hesabına basıb yığdıqları puldan deyil… Bəs Anar müəllim, Prezident İlham Əliyevin əmək haqqından iki dəfə çox olan 30 min manat maaşı, bahalı villanı, maşınları digər milyonlarla ölçülən sərvətləri necə qazanır?


Həə… Onda bir az yaxın oturun və qulağınızı bəri tutun…


***


…İndi AYNA-nın yol verdiyi milyonlarla manat korrupsiya faktları barədə redaksiyamıza daxil olmuş sənədlərlə sizləri də tanış edirik.


Zəruri qeyd: Bu korrupsiya faktları barədə «Media haqqında» Qanuna uyğun olaraq, əks tərəfin mövqeyini öyrənmək məqsədi ilə “141” çağrı mərkəzinə zəng edərək, sorğu təqdim edilib, məsələni operator xanıma izah etmişik. Ondan sonra materialı təqdim edib mövqe öyrənmək məqsədilə oradan veriləni 077 100 01 41 nömrəli mobil telefonun vatsapına göndərdik. Bir həftə vaxt keçməsinə baxmayaraq, hələ də heç bir rəsmi mövqe bildirilməyib. Belə olan surətdə AYNA barədə təqdim olunan korrupsiya faktları barədə materialları dərc etmək qərarına gəldik. Yazının dərcindən sonra AYNA rəsmilərinin hər hansı mövqeyi olarsa, onu da dərc etməyə hazırıq.


EPİZOD 1: “STP-Btech” MMC-yə 52,9 Milyon Manatlıq Tendersiz Sifarişlərin Verilməsi! Nə vaxt, harada, hansı layihədə?


Qeyd edək ki, 2024-cü ilin sentyabr-2025-ci ilin iyun ayı: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA); ölkə ərazisində yol nişanlanması və xətlənmə işləri.


-İştirak edən şəxslər:


-Hüquqi şəxs: AYNA (VÖEN: 1506095421) – sifarişçi;


-“STP-Btech” MMC (VÖEN: 2907446991, nizamnamə kapitalı 2,4 milyon manat, qeydiyyat: 14.03.2024) – podratçı.


– Fiziki şəxslər: Emre Yalçın (icraçı direktor), Ələkbər Abbaslı (İdarə Heyətinin sədri, həmçinin Sumqayıt Texnologiyalar Parkının baş direktoru), Ahmet Haytaoğlu və Ahmet Erhan Arıkkan (Direktorlar Şurasının üzvləri).


Pulsilmənin anatomiyası necə yazılıb?


Beləliklə, 2024-cü ilin martında qeydiyyata alınan “STP-Btech” MMC yarandığı gündən etibarən müstəsna olaraq yalnız AYNA-nın satınalmalarında qalib gəlmişdir. 2024-cü ilin sentyabrında- şirkətin yaranmasından cəmi 6 ay sonra AYNA rəqabətli tender keçirilmədən, “Bir mənbədən satınalma” üsulu ilə şirkətə 3,67 milyon manatlıq və 16,92 milyon manatlıq iki iri sifariş vermişdir.


2025-ci ilin may və iyun aylarında isə eyni üsulla daha 17,6 milyon manatlıq və 14,69 milyon manatlıq müqavilələr bağlanmışdır. Ümumilikdə, bir ildən az müddətdə eyni tipli işlər üçün AYNA “STP-Btech” MMC-yə “52,9 milyon manatlıq tendersiz sifariş” vermişdir. Niyə? Bu hansı qanunda yazılıb???


Qanun pozuntusu: “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, bir mənbədən satınalma yalnız müstəsna hallarda (təbii inhisar, fövqəladə hallar, alternativ təchizatçının olmaması) tətbiq olunmalıdır.


Xatırlatma: Yol nişanlanması və xətlənməsi kimi rəqabətli bazara malik adi xidmətlər bu qəbildən deyildir.


DÖVLƏTƏ DƏYƏN ZİYANIN ÖLÇÜ VAHİDİ…


Birbaşa maliyyə itkisi: 52,9 milyon manat: (tendersiz bağlanmış 4 müqavilə üzrə). Bu, rəqabət mühitinin süni şəkildə məhdudlaşdırılması, bazar iştirakçılarının tenderlərdə iştirak hüququnun pozulmasıdır!


EPİZOD 2:


…29,8 milyon manatlıq tenderdə vaxt məhdudiyyəti ilə rəqabətin boğulması (Time Squeeze)! NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ?


1 may-12 may 2026-cı il. AYNA. Respublika ərazisində yollarda nişanlanma işlərinin satın alınması.


İŞTİRAK EDƏN ŞƏXSLƏR:


-Hüquqi şəxslər: AYNA (tenderi elan edən) və “STP-Btech” MMC (qalib).


-Fiziki şəxslər: Tender komissiyasının üzvləri (adları açıqlanmamışdır).


“Maxinasiya”nın təsviri: iz hara gedib çıxır?


Diqqət edin, AYNA 29,8 milyon manat ehtimal olunan qiymətə malik nişanlanma işləri barədə tenderi 1 may 2026-cı il, saat 19:00-da, yəni iş gününün bitməsindən sonra elan etmişdir. Təkliflərin qəbulu üçün son tarix 12 may saat 12:00 müəyyən edilmişdir. 11 təqvim günü aralığına 2 həftəsonu daxil olduğu üçün iddiaçılara cəmi 7 iş günü vaxt verilmişdir.


Müqayisə üçün, AYNA bundan 2 ay əvvəl ehtimal qiyməti 10 dəfə az olan sərnişin dayanacaq pavilyonları barədə tenderdə iddiaçılara 1 aya yaxın vaxt vermişdi. Təcili hallarla əlaqəli olmayan 30 milyon manatlıq tenderə isə cəmi 7 iş günü ayrılması beynəlxalq təcrübədə “Müddətin Sıxılması” (Time Squeeze) və “Şərtlərin Uyğunlaşdırılması” (Bid Tailoring) kimi təsvir edilir. Tenderin qalibi “STP-Btech” MMC olmuşdur.


DÖVLƏTƏ DƏYƏN ZİYAN:


Rəqabət mühitinin süni şəkildə məhdudlaşdırılması nəticəsində dövlət ən azı 29,42 milyon manat vəsaiti real bazar qiymətlərindən yüksək məbləğdə xərcləmə riski ilə uzlaşmışdır. Potensial təchizatçıların tenderdə iştirak hüququ pozulmuşdur.


EPİZOD 3:


“STP-Btech” MMC-yə ümumi 110,4 milyon manatlıq müqavilə portfelinin verilməsi:


NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:


-2024–2026-cı illər; AYNA; yol nişanlanması, xətlənmə və digər infrastruktur işləri.


İŞTİRAK EDƏN ŞƏXSLƏR: Eyni epizod birincidəkilərdir.


“Maxinasiya”nın təsviri bu dəfə necədir?


“STP-Btech” MMC 2024-cü ilin martında yarandıqdan sonra AYNA ilə ümumi dəyəri 110,4 milyon manat təşkil edən müqavilələr bağlamışdır. Bura 4 tendersiz müqavilə (52,9 milyon manat), 29,42 milyon manatlıq açıq tender, həmçinin 2025-ci ilin oktyabrında bağlanmış 11,465 milyon manatlıq və 33,549 milyon manatlıq əlavə müqavilələr daxildir. Bu vəsaitin 52,9 milyon manatı heç bir rəqabətli tender keçirilmədən ötürülmüşdür.


Ali Məhkəmənin qərarına əsasən, qanunsuz qaydada bağlanmış belə müqavilələr hüquqi cəhətdən qüvvədən düşmüş hesab edilir.


DÖVLƏTƏ DƏYƏN ZİYAN:


Bunlar Dövlət büdcəsindən 110,4 milyon manat vəsaitin bazarda heç bir tarixçəsi olmayan tək bir şirkətə yönəldilməsi, süni monopoliyanın yaradılmasıdır!


(Davamı var)


«Təzadlar»

Şirvan məktəbində direktor dərsi kabinetində keçir: "Lövhə belə yoxdur" - İDDİA


Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şivan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir.

Valideyn qeyd edir ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir.

"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə, valideyn bildirir.

Xəbər lenti

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14