Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO


Xəbər verdiyimiz kimi, İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.
Xitab24.az-ın həmin avtomobillərin kim tərəfindən aldığını müəyyənləşdirib.
Bəlli olub ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.
Qeyd edək ki, daha əvvəl 90-KH-900 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.
Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb.

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların (adı çəkilənlər istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.

Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?


Ölkənin ən böyük marketlər şəbəkələrindən biri olan "Bolkart"ın ayrı-ayrı filiallarında vaxtı keçmiş və yaxud da istifadəyə yararsız olan ərzaqların satışı artıq bir ənənəyə çevrilib, desək, yanılmarıq.

Elə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley edən vətəndaş da oxşar faktı ictimailəşdirib.
YAZININ VİDEOSU BURADA: https://www.facebook.com/ilhama.khanaliyeva/videos/2517984745347774/?idorvanity=1483577481943376&rdid=XYbXKMYMEGuOX4GL#
Narazı vətəndaş yazır: "Görəsən Qida Təhlükəsizliyi Agentliyi hara baxir?
Şəhərin tanınmış marketlərindən olan "Bol market"də sanki camaatı zəhərləmək üçün and içiblər deyəsən..."(Dia-az)



“Emin Əmrullayev PISA 2025”in nəticələri ilə bağlı səhvə yol verib - FOTO


“Elm və təhsil naziri Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən bir rəqəmlə bağlı səhvə yol verib”.
Bizimesr.media bildirir ki, bu sözləri araşdırmaçı-jurnalist Allahverdi Aydın deyib.
O bildirib ki, ilk baxışdan bu, adi texniki səhv kimi görünsə də, məsələ bir qədər dərindən araşdırıldıqda ortaya daha ciddi suallar çıxır:“Nazirin təqdim etdiyi slaydda Qətərin riyazi savadlılıq üzrə nəticəsi 424 bal göstərilib. Halbuki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən açıqlanan rəsmi “PISA 2025” məlumatlarında Qətərin nəticəsi 416 baldır.
Bu, sadəcə bir rəqəmin səhv yazılması kimi başa düşülməməlidir. Çünki ölkələrin sıralaması məhz bu ballara əsasən müəyyənləşir. Azərbaycanın rəsmi nəticəsi isə 422 baldır. Belə olan halda Qətərin balının 416 deyil, 424 göstərilməsi Azərbaycanın sıralamasına da təsir edir. Yəni bu səhv Azərbaycanın reytinqdəki mövqeyinin geriləməsinə səbəb olub.
Təhsil nazirinin təqdim etdiyi slaydda Azərbaycanın riyazi savadlılıq üzrə mövqeyi Qətər və Yunanıstandan sonra 49-cu sırada göstərilib. Halbuki, Qətər Azərbaycandan daha az bal toplayıb və “PISA 2025”in rəsmi hesabatında Azərbaycandan bir neçə pillə geridə 52-ci sırada yer alıb. Ümumiyyətlə, “PISA 2025”in rəsmi hesabatında Azərbaycan 91 ölkə arasında 47-ci sıradadır. Lakin elm və təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi cədvəldə Qətər üçün rəsmi hesabatda göstəriləndən daha yüksək bal yazıldığı üçün Azərbaycanın mövqeyi bir pillə geridə göstərilib. Eyni zamanda da 91 iştirakçının siyahısına Bakını da ayrıca əlavə edərək Azərbaycanın mövqeyini 2 pillə geriyə “salıblar”.
Allahverdi Aydının sözlərinə görə, PISA ilə bağlı rəqəmlər sadəcə adi bir statistika deyil:“Bu, 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını beynəlxalq səviyyədə ölçən ən nüfuzlu tədqiqatdır. Belə bir məlumat ictimaiyyətə təqdim olunarkən rəqəmlərin rəsmi mənbə ilə bir-bir yoxlanılması vacibdir.
Amma burada başqa bir məsələ də var. Mətbuat konfransında nazirin qarşısında onlarla jurnalist, həmçinin təhsil sahəsində çalışan, bu mövzuda ekspert kimi çıxış edən onlarla şəxs əyləşib. Amma, görünən odur ki, həmin şəxslərin heç biri nə həmin anda, nə də sonra bu uyğunsuzluğu görə bilməyiblər. Bəyəm, bu ölkədə təhsil nazirinin etdiyi səhvi görə biləcək bir nəfər də olsun ekspert yoxdur? Jurnalistin işi yalnız nazirin dediyini yazmaq deyil. Jurnalist həm də deyilən məlumatı yoxlamalıdır. Xüsusilə də söhbət rəqəmlərdən, beynəlxalq hesabatlardan və ölkənin təhsil göstəricilərindən gedirsə.
Təhsil ekspertlərinin də vəzifəsi yalnız televiziyalarda və sosial şəbəkələrdə təhsil problemlərindən danışmaq deyil. Onlardan ən azı belə mühüm bir hesabatın təqdimatı zamanı rəqəmləri oxumaq və müqayisə etmək gözlənilir. Nazirin, ya da hesabatı hazırlayan nazirlik əməkdaşlarının etdiyi səhv Azərbaycanın mövqeyini bu cür nüfuzlu bir hesabatda 2 pillə geriyə “salıb” və bu da bütün ölkə mətbuatında tirajlanıb”. /Yeniavaz/
“PISA 2025”in rəsmi hesabatından "skrinşot"

Elm və təhsil nazirliyinin təqdim etdiyi hesabatdan "skrinşot"

Bizimesr.media

Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video


Bir müddət öncə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb.

“Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, - M.Görmez bildirib.

İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.

VİDEO LİNKDƏ: https://qafqazinfo.az/news/detail/seyx-turkiyeye-komeye-ozel-teyyaresini-gondermek-isteyib-video-520959

Əmrullayev pedaqoji stajı çatmayan şəxsi məktəb direktoru təyin edib - ARAŞDIRMA


Təhsil sistemində şəffaflıqdan, MİQ imtahanlarının dürüstlüyündən və ədalətli kadr siyasətindən danışıldığı bir vaxtda, Elm və Təhsil Nazirliyinin audit yoxlaması zamanı aşkarlanan faktlar ciddi suallar doğurur.

Söhbət, Məmmədov Mirsəyyaf Mirbaba oğlunun əvvəlcə direktor müavini, daha sonra isə məktəb direktoru vəzifəsinə təyin olunmasından gedir. Maraqlıdır ki, bu təyinatlarla bağlı qayda pozuntuları məhz nazirliyin audit yoxlamasının nəticəsində tərtib edilmiş rəsmi Aktda əksini tapıb.

Aktda göstərilir ki, M.Məmmədov 23 sentyabr 2022-ci ildə Zərdab rayonu Çallı kənd tam orta məktəbində müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilib. Lakin cəmi bir neçə ay sonra, 1 fevral 2023-cü ildə onun Samux rayonu İstixana kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edildiyi qeyd olunur. Audit sənədində vurğulanır ki, həmin vaxt M.Məmmədovun tələb olunan 3 illik pedaqoji stajı olmayıb və daimi əsaslarla müəllimlik fəaliyyəti göstərməyib. Buna baxmayaraq, direktor müavini vəzifəsinə təyin olunub. Üstəlik, Aktda M.Məmmədova MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərməsinə şərait yaradıldığı da qeyd edilir. Bu isə minlərlə müəllim namizədinin MİQ imtahanı vasitəsilə işə qəbul olunmağa çalışdığı bir vaxtda xüsusi diqqət çəkən məsələdir.

Məsələnin daha ciddi tərəfi isə direktor təyinatıdır.

Audit Aktında bildirilir ki, direktorların işə qəbulu üzrə müsabiqələr zamanı həmin dövrdə qüvvədə olan Qaydaların 2.1-ci bəndinə və qanunvericiliyə əsasən namizədlərin ən azı 5 il pedaqoji staja malik olması tələbi pozulub. Buna baxmayaraq, M.Məmmədov 14 sentyabr 2023-cü il tarixli 3-29/3-1-1162K/2023 nömrəli əmrlə Goranboy rayonu Balakürd kənd Knyaz Alışanov adına tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilib.

Beləliklə, rəsmi audit sənədində əksini tapan məlumatlara əsasən, pedaqoji stajı ilə bağlı tələblərə cavab verməyən şəxsin əvvəlcə direktor müavini, daha sonra isə direktor vəzifəsinə gətirilməsi ilə bağlı ciddi prosedur pozuntuları müəyyən edilib.
Əmək kitabçası, əmrlər və müsahibə protokollarının audit sənədlərinə əlavə edildiyi bildirilir. Bu isə məsələnin konkret sənədlər əsasında araşdırıldığını göstərir.

O halda suallar kifayət qədər ciddidir:

M.Məmmədovun direktor müavini vəzifəsinə təyinatı zamanı staj tələbinə kim nəzarət edib? MİQ-dən kənar müəllimlik fəaliyyətinə hansı əsasla şərait yaradılıb?

5 illik pedaqoji staj tələbinə cavab vermədiyi halda, direktor müsabiqəsinə necə buraxılıb və nəticədə necə direktor təyin olunub?

Burada söhbət yalnız bir şəxsin karyerasından getmir. Söhbət minlərlə müəllimin əməl etdiyi qaydaların niyə bəzi hallarda fərqli tətbiq edildiyi sualından gedir.

Əgər audit Aktında göstərilən pozuntular rəsmi şəkildə müəyyən edilibsə, aidiyyəti qurumlar həmin təyinatların hüquqi əsaslarını və prosesdə məsul şəxslərin fəaliyyətini də açıqlamalıdır. Çünki qaydalar hamı üçün eyni olmalıdır. MİQ-də və kadr seçimində ədalət tələb edən müəllimlərə veriləcək ən vacib cavab da məhz budur.

Audit yoxlamasında bu qədər ciddi qayda pozuntuları müəyyən edilibsə, daha bir mühüm sual ortaya çıxır: M.Məmmədov hazırda da məktəb direktoru vəzifəsində fəaliyyətini davam etdirirmi?

Əgər davam etdirirsə, bunun hüquqi əsası nədir?
Audit Aktında göstərilən pozuntulardan sonra onun barəsində hansı tədbirlər görülüb?
Təyinatın ləğvi və ya yenidən hüquqi qiymətləndirilməsi məsələsinə baxılıbmı?
Əgər heç bir tədbir görülməyibsə, bunun səbəbi nədir?

Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qanunun aliliyinin təmin edilməsinin, qanun qarşısında hər kəsin bərabər olmasının və dövlət idarəçiliyində intizamın vacibliyinin əsas prinsiplər olduğunu vurğulayıb. Həmçinin dəfələrlə qeyd edib ki, Hər kəs qanunla işini icra etməlidir. Əks halda, qanunu pozan şəxslər qanun qarşısında cavab verəcəklər. Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq və cəzalar daha sərt olacaq.

Olkemedia.az

İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən iki publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib.


Bizimesr.media bildirir ki, Nazirlər Kabinetinin qərarıyla ADSEA-nın tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərinin adları bir sıra normativ hüquqi aktlarda dəyişdirilir. Beləliklə, bu publik hüquqi şəxslər “Regional Su Meliorasiya” QSC və “İri Şəhərlərin Su Təchizatı” QSC-yə çevirilir.


Dəyişikliklər su təsərrüfatı sahəsində müxtəlif qaydalar, o cümlədən sudan istifadə, təbii inhisar subyektlərinin siyahısı və digər normativ sənədlərə də şamil olunur. Qərarda diqqət çəkən məqamlardan biri də ADSEA-nın Kollegiyasının tərkibi ilə bağlı dəyişiklikdir. Əvvəlki sənədlərdə qeyd olunan publik hüquqi şəxslərin idarə heyətinin sədrləri əvəzinə yeni yaradılan QSC-lərin icraçı direktorları olacaq.


Qərarın özündə konkret şəxslərin vəzifədən azad edilməsi və ya yeni rəhbərlərin təyin olunması barədə müddəa yoxdur.

Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik


Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki müəssisələrin rəhbərlərinin mükafatlandırılması zamanı baş verən ədalətsizlik narazılığa səbəb olub.
Məlumata görə, bu ilin avqust ayında agentliyin direktor müavini Simnar Mamedovun təklifi ilə "işində fəal olan, yaxşı xidmətlər göstərən" Peşə Təhsil Mərkəzi və peşə məktəblərinin direktorlarının və müavinlərin 1 aylıq əməkhaqqı qədər pul mükafatı ilə mükafatlandırılması qərara alınıb.
Məlumata görə, ümumilikdə 86 nəfərə pul mükafatı təyin olunub.
Lakin mükafatlandırılan şəxslərin siyahısının ədalətsiz hazırlandığı və bunun da peşə təhsili müəssisələrinin rəhbərləri arasında narazılıq yaratdığı bildirilir.
Məlumata görə, ucqar rayonlarda, eləcə də Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən, təmirsiz, avadanlıq çatışmazlığı olan onlarla peşə təhsili müəssisəsinin direktor və müavinləri mükafatlandırılanlar siyahısına salınmayıb.
Adının çəkilməsini istəməyən narazıların sözlərinə görə, pul mükafatları siyahısında əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun və İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovun özlərinə yaxın hesab etdikləri şəxslər, həmçinin onların dəstəyi ilə təyin edilən direktor və müavinlər olub.

Qəribədir ki, siyahıya yenicə təyin olunmuş direktor və müavinlərin də adları salınıb. Elə əsl biabırçılıq da budur. Uzun illər peşə təhsili sahəsində çalışan, xüsusilə də ağır şəraitdə fəaliyyət göstərən direktor və müavinlər qala-qala, Agentlik direktoru İlqar Bayramlı yenicə təyin olunan direktor və müavinləri hansı xidmətlərinə görə mükafatlandırılması ilə razılaşıb? 2 aydır direktor, müavin təyin edilən şəxslər hansı xidmətlərinə görə mükafat ala bilər?

Görünür, ya Agentliyin pulu çoxdur xərcləməyə yer tapmır, ya da bu, xüsusi bir məqsəd daşıyır. Əgər Agentliyin pulu çoxdursa, pulu xərcləməyə yer tapmırsa, o zaman bu vəsaiti bölgələrdə lampası belə olmayan, döşəmələrindən ilan keçən, divarlarının boyası qopub tələbələrin nəfəsinə dolan peşə məktəblərində müəyyən işlərin görülməsinə xərcləmək olardı.

Qeyd edək ki, hazırda onlarla Peşə məktəblərində sentyabr ayının 9-ü olmasına baxmayaraq, avqust ayının əmək haqqları verilməyib. Gözünü əmək haqqına tikən, kredit verən müəllim və texniki heyət hələ də əksər məktəblərdə əmək haqqı gözləyir.

P.S
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı da daxil olmaqla bütün işçiləri əmək haqqını birinci alır, üstəlik biznesmen, imkanlı, yüzminlik avtomobillər sürən, bir neçə evlərə, biznes obyektlərinə malik direktorlara, onların müavinlərinə pul mükafatları da yazır. İmkansız, illərdir gözünü əmək haqqına tikən, ağır şəraitdə olan məktəbləri idarə edən direktorlar, onların müavinləri, müəllimlər, ustalar kənarda qalır? Budur İlqar Bayramlının, Emin Əmrullayevin ədaləti və qurduğu sistem? Doğrudur, toxun acdan xəbəri olmur, İlqar Bayramlı... Bəlkə də, unutmusuz!!!

Bizimesr.media

Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR


Tribuna.az xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

Məlumata görə, əyləncə qurğusunun trosunun ev qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.

Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Xatırladaq ki, daha əvvəl onun ailəsi qəzalarla gündəmə gəlib.

Belə ki, 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı o zaman sükana nəzarəti itirib. Avtomobil Masazırdakı duz gölünün yanında “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb. Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Bundan əvvəl isə Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə “Daewoo Damas”a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi.
Yada salaq ki, iş adamının və şirkətinin adı digər müxtəlif qanunsuz hallarda da hallanıb.

Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...



Abşeron yarımadasında su təminatı və suvarma sistemlərinin necə idarə olunması hər zaman strateji mövzu sayılır. Lakin Faktum.az bildirir ki, son vaxtlar bu həyati sahədən strateji idarəçilikdən çox, ailə dramlarını və qohumluq şəbəkələrini xatırladan iddialar sızmaqdadır. Görünür, Abşeronda bəzi idarələr dövlət resurslarını idarə etməyi sadəcə “ailə biznesi” qurmaq kimi başa düşüblər.
​Müzakirələrin mərkəzində uzun illər Abşeron Suvarma Sistemləri İdarəsinə rəhbərlik etmiş, ardınca isə dərhal yeni yaradılmış Su Anbarlarının İstismarı İdarəsinə rəisi gətirilən Yusif Ələsgərovun adı keçir. İddialara görə, cənab Ələsgərov idarəçilik illərində peşəkarlıq meyarlarını kənara qoyaraq olduqca maraqlı bir kadr siyasəti yürüdüb. Onun vasitəçiliyi ilə yaxın qohumu olduğu bildirilən, ixtisasca baytar olan Hidayət Rəcəbov Abşeronda Sudan İstifadəçilər Birliyinə rəhbər təyin olunub. Su təsərrüfatına baytar ixtisaslı kadrın rəhbərlik etməsi özlüyündə bir idarəçilik “şah əsəri” sayıla bilərsə də, məsələ bununla bitmir. Məlumatlara görə, Hidayət Rəcəbov da öz növbəsində “qohumcanlılıq” ənənəsini davam etdirərək iki qızını, kürəkənini, həyat yoldaşını və oğlunu müxtəlif vəzifələrə yerləşdirib. Ortaya çıxan mənzərə dövlət qurumundan çox, bir ailənin toplandığı xüsusi mülkü xatırladır. Deyəsən, Sumqayıtda restoran və iri kommersiya obyektlərinə sahib olduğu deyilən cənab Rəcəbov dövlət idarəsini də öz şəxsi şəbəkəsinin bir filialı hesab edib.
​Təbii ki, bu dərəcədə geniş kadr “islahatları” fonunda əsas xidməti vəzifələrin necə icra olunması da maraq doğurur. İddialara görə, Yusif Ələsgərov rəhbərlik etdiyi dövrdə strateji su anbarlarının faktiki vəziyyətini yerində yoxlamaq əvəzinə, vaxtının böyük hissəsini kabinetdə Hidayət Rəcəbovla söhbətlərə həsr edib. İnsanların su təminatı və strateji obyektlərin təhlükəsizliyi kabinet rahatlığına qurban verildiyi bir vaxtda, bu şəxsin 20 ildən artıq eyni mövqedə qalması və sonra daha cavabdeh bir quruma rəhbər keçməsi idarəçilik möcüzəsindən başqa bir şey deyil.
​Bəs bütün bu baş verənlərin fonunda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov haradadır və nə ilə məşğuldur?
Quruma rəhbərlik etdiyi dövrdə şəffaflıq və müasir idarəçilik vədləri verən Zaur Mikayılovun gözü qarşısında tabeliyindəki idarələrin “qohum-əqrəba birliyinə” çevrilməsi cavabsız suallar yaradır. Zaur müəllimin tabeliyində olan idarələrdə baytarın su idarə etməsinə, bir qurumda tam bir ailə heyətinin məskunlaşmasına və strateji su anbarlarının nəzarətsiz qalmasına seyrçi mövqe tutması, sadəcə idarəçilik zəifliyi deyil, həm də ciddi məsuliyyətsizlikdir.
ASC rəhbərliyinin bu cür mənzərəyə göz yumması və ya xəbərsiz olması idarəetmə sükanının nə dərəcədə boş buraxıldığının bariz göstəricisidir.
​Dövlət vəsaiti hesabına saxlanılan və strateji əhəmiyyət kəsb edən bir sahənin bu cür şəxsi maraqlara təslim edilməsi cavabsız qala bilməz. Zaur Mikayılov və rəhbərlik etdiyi ASC bu iddialara nə vaxtsa aydınlıq gətirəcək, yoxsa su təsərrüfatındakı bu “bulaq” yalnız qohumların bəhrələnməsi üçün axmağa davam edəcək?
​Faktum.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56