Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.

Xatırladaq ki, Azərbaycan XİN başçısı bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi təsdiqlənib. Dövlət başçısının 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb. Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir; Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur; Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir. Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir. Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir. Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, bu irimiqyaslı "Yaşıl enerji" layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə "AzərEnerji" ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə "AzərEnerji" tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan "Yeni Səngəçal" yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə "Cənub" və 385 MVt gücündə "Qobu" elektrik stansiyaları, həmçinin 500 kV-luq "Abşeron" yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar



Bu il Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırma imtahanlarının ciddi etirazlar doğurması təşkilatçıları geri çəkilməyə məcbur qoydu. Bununla da Nazirlik, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu yarıtmaz fəaliyyətlərini etiraf etmiş oldular. Başqa sözlə, imtahan edənlər özləri imtahandan kəsildilər.

Məlumata görə sertifikatlaşdırmada iştirak edən müəllimlərin Nazirlik, MÜTDA və Təhsil İnstitutu qarşısındakı etirazlarından sonra daha üst dövlət instansiyalarından təhsil başbilənlərinə ciddi danlaq gəlib. Müəllimlərin haqlı narazılığının qulaqardına vurulmasının sosial-siyasi cəhətdən böyük yanlış olduğu naşı idarəçi-rəhbərlərin diqqətinə qəti şəkildə çatdırılıb. Təhsil başbilənləri də bundan sonra əl-ayağa düşüb, bəzi fənlər üzrə hər müəllimin nəticəsinə 1-2 bal artırıblar. Dolayısı ilə sualların tərtib olunmasındakı səhvlərini etiraf ediblər.

Ancaq səhvlər nədən ibarətdir, hansı parametrlər üzrə səhvə yol veriblər? Bunu izah etməyi, üzr istəməyi belə lazım bilməyiblər. Buna idarəçilik və pedaqoji mədəniyyət lazımdır. Görünən odur ki, bu da kökündən yoxdur.

Digər məntiqi və hüquqi suallar da açıq qalır:

İstərdik ki, aidiyyatı qurumlar suallarımızı cavablandırsınlar.

1) Hər ixtisas üzrə səhv suallara dair etirazlar və müəllimlərin videosübutları, çıxışları, müraciətləri olduğu halda niyə ancaq bəzi fənlər üzrə ballar artırılır?

2)Bu yanaşma bütün narazı müəllimləri etiraza səsləmək kimi dəyərləndirilə bilərmi?

3)Hər fənn üzrə bir neçə səhv sualların salınması müəllimlərin imtahan vaxtının ciddi şəkildə israf olunmasına səbəb olduğu üçün onların Nazirliyin səhvləri səbəbindən ümumilikdə nə qədər vaxt və bal itkisi ilə üzləşdiklərini qiymətləndirən müstəqil komissiyanın yaradılmasını düşünürsünüzmü?

4)Səhvlər hansı səbəblərdən baş verib? Təxribatdır, təcrübəsizlikdir, məsuliyyətsizlikdir, yoxsa bilgisizlik?

5) Səhvlərə yol verən məsul şəxslərin və əməkdaşların cəzalandırılması halları oldumu? Olubsa niyə məlumat verilmir?

6)Sertifikatlaşdırma imtahanlarının DİM-ə verilməsi tələbləri var. Bununla bağlı mövqeyiniz nədən ibarətdir?

7)Yaratdığınız vəziyyətə, müəllimlərə vurulmuş mənəvi-psixoloqu zərərə görə üzr istəməyi, kompensasiya ödəməyi düşünürsünüzmü?

8) Balını artırdığınız müəllimlər ancaq apellyasiya şikayəti verənlərdən ibarətdir? Yoxsa bütün müəllimlərin balı artırılıb? (Təhsil İnstitutunun məlumatında ancaq apellyasiya nəticələrindən söhbət gedir)

9)Səhv suallarınızın elmi-pedaqoji izahını verməyi düşünürsünüzmü? Əks halda sanki etirazlara görə texniki olaraq bal artırılması baş verib.

10)Sertifikatlaşdırma imtahanlarını ümumilikdə nə qədər dövlət vəsaiti xərclənib?

11) Sertifikatlaşdırma imtahanlarının təşkilinə cəlb olunmuş şirkətlər hansı meyarlar əsasında seçilib? Bunun üçün tender keçirilibmi? Həmin şirkətlərə nə qədər pul verilib?

12) Hələlik aşkar olunmuş bu qədər səhvlərdən sonra sertifikatlaşdırma imtahanlarına rəhbərlik edən şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilirmi?

P.S. İnanmaq istərdik ki, qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyindən on minlərlə müəllimi düşündürən suallara səhv olmayan cavablar ala biləcəyik. (BnTv.az)

Dənizdə batan 4 nəfər AXTARILIR


Hazırda Bakı şəhəri ərazisində 4 nəfərin dənizdə batdığı ehtimal olunan yerlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir. Paytaxtda müşahidə olunan küləkli hava şəraiti səbəbindən axtarışlar vizual şəkildə həyata keçirilir.

Bunu "AzərTaca"a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru kapitan Fərid İlhamoğlu söyləyib.

O bildirib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, xüsusilə uşaqlar, yeniyetmələr tərəfindən qeyri-çimərlik ərazilərdə və su hövzələrində təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir. Təəssüf ki, belə hallar çox zaman acı nəticələrə səbəb olur.

O vurğulayıb ki, qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə, çimərlik kimi fəaliyyət göstərməyən qeyri-çimərlik ərazilərindən istifadə etməməyə, xüsusilə küləkli hava şəraitində dalğalı dənizə girməməyə çağırır. Ən əsası isə valideynlər uşaqları nəzarətsiz buraxmamalıdırlar. Vətəndaşlar yalnız xilasedicilərin fəaliyyət göstərdikləri qanuni çimərlik ərazilərindən istifadə etməlidirlər.

“Tərəfimizdən aparılan monitorinqlər zamanı bir neçə təhlükəli ərazi də müəyyən edilib. Belə ki, Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində yerləşən “Şimal Qres” və “Mil Qaya”, Bilgəh və Nardaran qəsəbələrində yerləşən “On ikinci dalan” və “Daçnik” adı ilə tanınan ərazilər, Novxanı və Saray qəsəbələri arasındakı “Sarı Qaya”, həmçinin Sahil qəsəbəsində yerləşən “Mayak” adı ilə tanınan yerlər ən təhlükəli ərazilər kimi qeydə alınıb. Bu yerlərdə sualtı axınların, mürəkkəb sualtı relyefin, yarğan və çuxurların olması insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlara belə ərazilərdən uzaq durmaları tövsiyə edilir. Onlar yalnız nəzarət olunan və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməlidirlər”,- deyə inspektor vurğulayıb.

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və ya təsisçinin təşəbbüsü ilə işçilərə şirkətin paylarını və ya səhmlərini güzəştlə, yaxud tamamilə ödənişsiz vermək hüququnu tanıyır. Payların işçinin tam mülkiyyətinə keçməsi iki xüsusi şərtdən asılı ola bilər. Birincisi zamana əsaslanan şərtdir, yəni işçi müəyyən edilmiş müddət ərzində şirkətdə çalışmalıdır. İkincisi isə hədəfə əsaslanan şərtdir, yəni işçi və ya ümumilikdə şirkət qarşıya qoyulmuş konkret biznes hədəflərinə nail olmalıdır.

Əgər işçi ilə əmək müqaviləsinə ştat ixtisarı, işçinin öz istəyi və ya səhhəti kimi əsaslarla xitam verilərsə, onun hələ tam qazanmadığı payların bir hissəsi qazanılmış hesab edilə bilər. Həmçinin işçinin əldə etdiyi paylar şirkət tərəfindən ədalətli bazar dəyəri ilə geri satın alına bilər. Əgər işçi öz təqsiri, əmək funksiyalarını pozması və ya intizamsızlıq səbəbindən işdən çıxarılarsa, o, qazanmadığı bütün pay hüquqlarını itirir. Qazandığı payları isə nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmağa məcbur edilə bilər.

Bu müqavilələr çərçivəsində işçinin əldə etdiyi pay və ya səhmlər rəsmi əməkhaqqı hesab olunmur, əməkhaqqının tərkibinə daxil edilmir və heç bir halda əməkhaqqı əvəzi kimi ödənilə bilməz.

Mülki Məcəlləyə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran çox ciddi mexanizmlər daxil edilir.

Şirkət iştirakçıları və səhmdarlar öz aralarında xüsusi idarəetmə müqaviləsi bağlaya bilərlər. Bu müqavilədə ümumi yığıncaqlarda səsvermə qaydaları, payların satışı və qiymətləndirilməsi şərtləri, mübahisələrin arbitraj vasitəsilə həlli və xarici dövlətin hüququnun tətbiqi razılaşdırıla bilər. Korporativ müqavilə yazılı bağlanır və notarial təsdiqi tələb olunmur. Əgər müqavilə şərtləri nizamnamə ilə ziddiyyət təşkil edərsə, tərəflərin öz aralarındakı daxili münasibətlərdə korporativ müqavilə üstün qüvvəyə malik olacaq.

Korporativ müqavilələrdə vençur biznesində qəbul edilmiş üç mühüm hüquq təsbit edilir. Birgə satış hüququ (Tag-along) böyük pay sahibinin öz payını satdığı halda kiçik pay sahiblərinin də eyni qiymət və şərtlərlə öz paylarını həmin alıcıya satmaq tələbini təmin edir. Məcburi satış hüququ (Drag-along) böyük pay sahibinin şirkəti tam satmaq barədə üçüncü şəxslə razılaşdığı halda kiçik tərəfdaşları da öz paylarını satmağa məcbur etmək imkanı verir. İlk imtina hüququ (ROFR) isə payını satmaq istəyən şəxsin onu ilk növbədə mövcud şəriklərə təklif etmək öhdəliyidir.

Müqavilələrdə ləğvetmə zamanı üstünlük hüququ nəzərdə tutula bilər ki, şirkət bağlandıqda investor öz qoyduğu vəsaiti təsisçilərdən əvvəl geri alsın. Həmçinin payın dəyərsizləşməsi əleyhinə müddəalar (Anti-dilution) vasitəsilə növbəti investisiya mərhələlərində şirkətin qiyməti aşağı düşərsə, ilkin investorun payının qorunması üçün konvertasiya nisbətləri yenidən hesablanacaq.

Nizamnamədə əvvəlcədən yuxarı həddi göstərilməklə, Direktorlar Şurasına ümumi yığıncağı çağırmadan yeni paylar ayırmaq və ya səhmlər buraxmaq səlahiyyəti verilə bilər.

Şirkətlərə gələcəkdə paya çevrilə bilən yeni maliyyə alətlərindən istifadə icazəsi verilir. Bu alətlər paya çevrilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti sayılmır.

İnvestor şirkətə borc pul verir və müddət bitdikdə və ya yeni böyük maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə həmin borc faizləri ilə birgə şirkətin payına çevrilir. İnvestorun riskini sığortalamaq üçün qiymətləndirmənin yuxarı həddi (Valuation Cap) və ya yeni investorların qiymətinə nisbətdə endirim dərəcəsi (Discount) tətbiq olunur.

İnvestor şirkətə vəsait ödəyir, lakin bu vəsait borc və ya faiz öhdəliyi yaratmır. Şirkət satıldıqda, ləğv edildikdə və ya yeni investisiya cəlb etdikdə bu vəsait birbaşa paya çevrilir. Şirkət ləğv olunarsa, SAFE investorunun tələbləri adi şəriklərdən əvvəl, lakin digər təminatsız kreditorlardan sonra ödənilir.

Vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qaydada və həddə həyata keçirilir.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25