Dəmir vaqonda yaşayan məcburi köçkün Böyük Qayıdışın faydasını nə vaxt görəcək - MÜRACİƏT


Qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş bölgələrə mərhələli şəkildə köçürülməsi dövlətimizin başçısının diqqət mərkəzində olan əsas məsələlərdəndir. İndiyədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, yaşayış kompleksləri salınıb. Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıqların da icrası davam etdirilib.

Qələbəyə qədərki və sonrakı illərdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, komitənin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlərlə məşğul olub. Hər bir məsələ barədə komitənin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

Lakin çox təəssüflər olsun ki, bəzən məcburi köçkünlər sırasından məhz ən çox ehtiyacı olanlar ev və mənzil təminatından yararlana bilməıyiblər. Əksinə, köçkünlük dönəmində şəxsi imkanları hesabına özünə evlər tikib şərait quranlar köçdə də qabağa düşməyi bacarmışlar. Müşahidə olunan bu tendensiya belə düşünməyə əsas verir ki, Komitə funksionerləri məcburi köçkünlər arasında onların maddi imkanlarına görə ayrı-seçkilik edir. Bunun adı ədalətsizlikdir!

Vətəndaş İbayeva Yeganə Əşrəf qızı Azərbaycan Respublikası Prezidentinə, Birinci Vitse-Prezidentə yazdığı 23.09.2026-cı il tarixli ərizənin bir nüsxəsini “Nyus.az” redaksiyasına göndərərək, paytaxtın Koroğlu Rəhimov küçəsində dəmir vaqonda məskunlaşdığını bildirir. Aidiyyəti qurumlara, o cümlədən, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etdiyini, iki dəfə Komitə rəhbərliyində aparat rəhbəri Eldar Zeynalovun və Elçin adlı vəzifəli şəxslərin qəbulunda olduğunu, yaşayış şəraitinin acınacaqlı olduğunu əks etditrən video-çəkilişləri təqdim etdiyini yazır. Onun sözlərinə görə, evlə təmin olunacağını vəd etsələr də, sonda aldadıblar: “Artıq bir ilə yaxındır ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində qeydiyyata alıb köç siyahısına əlavə ediblər. Lakin hələ də evlə təmin olunmamışam. Övladım Xudiyeva Fatimə Zahir qızıyla qohum qapılarında qalmışam. Komitəyə yaxınlaşanda məni aldadır, köçürmək əvəzinə növbəti qəbula yazırlar”.(Nyus.az)

Y.İbayeva ölkə rəhbərliyindən xahiş edir ki, ona və övladına rahat yaşaya bilmək üçün evlə təmin olunmasına köməklik göstərilsin.

Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO


Ortopediya və travmatologiya üzrə uzman həkim Yasin Haxverdiyev sosial şəbəkədə xəstələrlə bağlı qalmaqallı paylaşım edib.

Həkim xəstələri maddi vəziyyətinə və davranışına görə 4 qrupa bölüb, bəzi xəstələr barədə təhqiramiz ifadələr işlədib. Xüsusilə maddi imkanı olmayan xəstələrlə bağlı yazdıqları diqqət çəkib.

"Bakupost" Yasin Haxverdiyevin paylaşımını olduğu kimi təqdim edir:

“Artıq 5 ilə yaxındır Azərbaycandayam və bu müddətdə xəstələrlə münasibəti düzgün qurmaq üçün onları 4 əsas qrupa bölmüşəm.

1-ci qrupda maddi vəziyyəti yaxşı olan və mədəni xəstələr. Bu qrupdakı xəstələrlə işləmək hər tərəfli insana peşə zövqü verir.

2-ci qrupda maddi vəziyyəti yaxşı olan amma mədəniyyətsiz, tərbiyəsiz xəstələr. Bu qrupdakı xəstələrlə işləmək çox çətin olsa da maddi qazanc nəzərə alındığında ‘lənət şeytana’ deyib işləmək olur.

3-cü qrupdakı xəstələr maddi vəziyyəti aşağı amma mədəni, tərbiyəli, ədəbini bilən xəstələr. Ən sevdiyim xəstə qrupu bunlardır, çünkü mənəvi zövqü daha çoxdur və bir çoxuna ödənişsiz baxıram.

4-cü qrup isə cibində beş qəpiyi olmayan və eyni zamanda mədəniyyətsiz, tərbiyəsiz, ədəbsiz xəstələr…

Özəl xəstəxanada yeri olmayan bu qrupu ancaq “Semaşko”nun əzmkar həkimləri və əməksevər tibb bacıları idarə edə bilir”.

Bu dövlət agentliyində DÖVLƏTİN QANUNLARI İŞLƏMİR - FOTOFAKT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tender müsabiqəsinə yekun vurub.
32gun.az-ın məlumatına görə, satınalma müsabiqəsinin qalibi "ERRA SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 391.953,25 AZN təşkil edir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 50C olan qalib şirkətin nizamnamə kapitalı cəmi 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyeva Mehriban Ələddin qızıdır.
32gun.az-ın əldə etdiyi xüsusi məlumata görə, 390 min manatdan çoxluq dövlət sifarişini alan "ERRA SUPPLY" MMC-nin hazırda dövlət büdcəsinə 9.876,98 AZN təşkil edən ödənilməmiş vergi borcu mövcuddur.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.

32gun.az

Goranboyda təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?



Yenə rəsmi bir idarə və yenə vətəndaşla küçə davası dilində danışan məmur mənzərəsi! Goranboy Rayon Təhsil Sektorunda uşaqlarının dərdi üçün qəbula gələn valideynlərlə qurumun əməkdaşı Seymur Həsənov arasında əlbəyaxa dava düşüb.

"Növbəni pozdular" bəhanəsi ilə vətəndaşın üzərinə xoruzlanan bu məmur təfəkkürünə dur deyən olacaq? Regional idarənin başlatdığı "daxili araşdırma" bu rəzaləti ört-basdır etməyə bəs edəcəkmi?

Estetik-kosmetoloq kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar... - Bir araşdıran olsa...


Realazerbaycan.az xəbər verir ki, sosial şəbəkələrdə by_.mila_ hesabı ilə fəaliyyət göstərən və özünü “Estetik kosmetoloq” kimi təqdim edən Ramilə Əlizadə ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Müraciətdə bildirilir ki, Ramilə Əlizadə Laser Beauty CLINIC adlı məkanda müxtəlif kosmetoloji prosedurlar həyata keçirir və bu xidmətləri sosial şəbəkə üzərindən reklam edir. Paylaşılan görüntülərdə estetik və inyeksiya xarakterli prosedurların icra olunduğu da görünür.
İddialara görə, onun bu fəaliyyət üçün qanunvericiliyin tələb etdiyi müvafiq tibbi ixtisas, sertifikat və ya rəsmi icazə sənədlərinə malik olub-olmaması ilə bağlı ciddi suallar yaranıb.
Ramilə Əlizadə sosial media hesabında özünü estetik kosmetoloq kimi təqdim edir, müxtəlif prosedurların əvvəl və sonrakı nəticələrini paylaşaraq müştərilər qəbul etdiyini nümayiş etdirir. Lakin bu xidmətlərin hansı hüquqi əsaslarla həyata keçirilməsi ictimai maraq doğuran məsələdir.
Mütəxəssislərin də qeyd etdiyi kimi, dolğu, botoks, plazma terapiyası və digər invaziv kosmetoloji müdaxilələr yalnız müvafiq tibbi bilik və hazırlığa malik şəxslər tərəfindən həyata keçirilməlidir. Əks halda, bu cür prosedurlar pasiyentlərin sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər.
Son dövrlər lisenziyasız və qanunsuz kosmetoloji fəaliyyətlə bağlı aparılan araşdırmalar fonunda bu kimi iddiaların da aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılması vacib hesab olunur.
@realazerbaycan.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara rəsmi sorğu göndərərək Ramilə Əlizadənin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının araşdırılmasını xahiş edəcək.

“Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT


“Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Lent.az-ın xəbərinə görə, buna səbəb onun fərdi sahibkar kimi və rəhbəri olduğu MMC-nin dövlət büdcəsi, eləcə də fondlara olan vergi borcları ilə bağlıdır. Məlumata görə, MMC-nin ümumilikdə 13 min 228 manat borcu olub. Lakin borclar müəyyən olunmuş vaxt ərzində ödənilməyib.

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcların ödənilməsi ilə bağlı MMC-yə bir neçə dəfə bildirişlər göndərib. Amma ödənişlər yenə yerinə yetirilməyib. Bundan sonra dövlət qurumu “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbəri, 46 yaşlı Məmişov Qoşqar Sabit oğluna qarşı məhkəmədə iddia qaldırıb. İddiada yaranmış vergi borcları ödənilənədək Q. Məmişovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunması xahiş olunub.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, MMC-nin vergi borcları tam ödənilənədək Q. Məmişovun Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?


“Trendyol” üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələr yaranıb.

Son günlər bir çox müştərilər sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha gec çatdırılmasından şikayətlənir.

Onların bildirdiyinə görə, əvvəllər sifarişlər təxminən 7-10 gün ərzində Azərbaycana çatdırılırdısa, hazırda bu müddət 15 günə, bəzi hallarda isə bir aya qədər uzanır.

Yayılan iddialarda gecikmənin malların əvvəlki kimi hava yolu ilə deyil, quru yolla daşınması ilə əlaqəli olduğu bildirilir.

Belə ki, daşınma üsulunun dəyişməsinin, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıqların yaranmasının logistika zəncirində fasilələrə səbəb olduğu bildirilir.

Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməsə də, şirkət tərəfindən açıqlama veriləcəyi gözlənilir.

Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunda baş verən rəhbər dəyişiklikləri diqqət çəkib. Sektorun rəhbərliyinə edilən təyinatlar fonunda son olaraq Mövsüm Həmdullayevin bu vəzifəyə gətirilməsi isə xüsusilə müzakirələrə səbəb olub.
Sanki böyük bir təhsil sektorunun rəhbərliyi üçün illərlə formalaşmalı olan karyera yolu bir anda qısalıb. Kiçik kənd məktəbindən böyük rayon təhsil sektorunun rəhbərliyinə qədər uzanan bu sürətli yüksəlişin sirri bəlli olub.
Söhbət bu ilin iyul ayında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna müdir təyin edilən Mövsüm Həmdullayevdən gedir.

Məlumata görə, Həmdullayev bundan əvvəl Şabran rayonunun E. Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb. Daha əvvəl isə Şabran rayonunun Hacıqaraqaşlı kənd orta məktəbinə rəhbərlik edib.
Maraqlıdır ki, cəmi 30-40 şagirdin təhsil aldığı kiçik bir kənd məktəbinə rəhbərlikdən başlayan karyera yolu qısa müddət ərzində böyük bir təhsil sektorunun rəhbərliyinə qədər yüksəlib. Bu məqam istər təhsil ictimaiyyəti, istərsə də yerli ictimaiyyət tərəfindən ciddi narazılıq və müzakirələrə səbəb olub.
Kiçik məktəbdən böyük sektora
Xaçmaz rayonu üzrə təhsil sektoru miqyasına görə kifayət qədər böyük strukturdur. Məlumatlara əsasən, burada 30 mindən artıq şagird və 3 mindən çox pedaqoji heyət fəaliyyət göstərir.
Belə bir struktura rəhbərlik yalnız inzibati vəzifə deyil, eyni zamanda ciddi idarəçilik məsuliyyəti deməkdir. Bu baxımdan sektor rəhbərinin əvvəlki fəaliyyəti, idarəçilik təcrübəsi, təhsil sahəsində əldə etdiyi nəticələr və rəhbər vəzifəyə uyğunluğu məsələsi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən Mövsüm Həmdullayevin təyinatı ətrafında müzakirələrin yaranması diqqətdən kənarda qala bilməz.
Çünki ortaya çıxan əsas məsələ onun əvvəlki fəaliyyətinin hansı meyarlarla qiymətləndirilməsi və böyük bir təhsil sektoruna rəhbər seçilərkən hansı göstəricilərin əsas götürülməsidir. Təyinatın arxasında kim dayanır və nə baş verir? Böyük bir rayonun təhsili kimə həvalə olunur və hansı təcrübənin sahibidir?

Mövsüm Həmdullayevin sürətli karyera yüksəlişi ilə bağlı müxtəlif məlumatlar var. Bizimesr.medianın elektron ünvanına daxil olan məlumata görə, onun bu vəzifəyə yüksəlişində Energetika Nazirliyinin şöbə müdiri olan Anar Mürsəliyevin rolu olub. Məlumata görə, Anar Mürsəliyevlə Həmdullayev yaxın qohumdurlar. Eyni zamanda Anar Mürsəliyevin Elm və Təhsil Nazirliyində yüksək vəzifə sahiblərindən olan şəxslərlə (?) münasibətləri var. Bu da Həmdullayevin karyera yüksəlişinə böyük təkan verib.
Daha maraqlı faktlar araşdırma mərhələsindədir.. Bizi izləyin!
Nigar Hüseyn
Bizimesr.media

Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..


"Azərbaycan Dəmir Yollarında bəzi kadr qərarları və mükafatlandırmalar zaman-zaman kollektiv və ictimaiyyət arasında suallar doğurur. Hazırda belə sualların mərkəzində 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinin keçmiş rəisi, hazırda isə Biləcəri sahəsinin rəisi vəzifəsində çalışan Elxan İsmayılovun adı hallanır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Açıq mənbələrdə 2024–2025-ci illərdə Elxan İsmayılovun rəhbərlik etdiyi sahədə işçilərin işdən çıxarılması, əmək münasibətləri, kadr qərarları və idarəçiliklə bağlı müxtəlif ciddi iddialar dərc olunub. Bəzi materiallarda onun xidmət rəisi Qəzənfər Abduləzimovla yaxın münasibətdə olduğu da bildirilir.
Məlumata görə, Elxan İsmayılov kollektiv arasında “Fəxri dəmiryolçu” fəxri adına təqdim olunacağı barədə məlumat yayıb.

Əgər bu məlumat doğrudursa, ortaya kifayət qədər ciddi suallar çıxır. çünki məsələ artıq təkcə bir şəxsin mükafatlandırılması məsələsi deyil. Söhbət mükafatlandırma meyarlarının şəffaflığından gedir.
Əvvəlki fəaliyyəti niyə araşdırılmır?
Elxan İsmayılovun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinə rəhbərlik etdiyi dövrdə onun idarəçiliyi ilə bağlı müxtəlif narazılıqların və şikayətlərin olduğu barədə məlumatlar yayılıb.Mətbuatda həmin sahədə kadr dəyişiklikləri, işçilərlə münasibətlər və rəhbərliyin fəaliyyəti ilə bağlı müxtəlif tənqidi materiallar dərc olunub. Belə olan halda sual yaranır:
“Fəxri dəmiryolçu” adına təqdimat zamanı həmin şikayətlər və rəhbərlik dövründə baş vermiş mübahisələr araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə
Zarat stansiyasında baş vermiş qatar qəzası ilə bağlı Elxan İsmayılovun məsuliyyət daşıması nəzər alınıbmı? O zaman həmin şəxsin sonrakı karyera yüksəlişinin hansı meyarlarla həyata keçirildiyi sualı ortaya çıxır. Çünki dəmir yolunda işarəvermə və rabitə sistemi sadəcə inzibati sahə deyil. Burada qəbul edilən qərarlar hərəkətin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Ona görə də rəhbər vəzifələrə təyinat zamanı yalnız kadr münasibətləri deyil, peşəkar məsuliyyət və əvvəlki fəaliyyət də nəzərə alınmalıdır.
Tağıyev sahəsindən Biləcəriyə keçid
Daha bir diqqətçəkən məqam onun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsindəki vəzifəsindən sonra Biləcəri stansiyasına rəhbər vəzifəyə gətirilməsi ilə bağlıdır.
Elxan İsmayılovun başqa rəhbər vəzifəyə keçirilməsindən sonra bütün problemlərin geridə qaldığını düşünmək olardı. Lakin hazırda onun rəhbərlik etdiyi Biləcəri sahəsində də işçilərin narazılıqları və müxtəlif dövlət qurumlarına müraciətlər etdiyi barədə məlumatlar var. Əgər bir rəhbərin əvvəlki fəaliyyət göstərdiyi sahədə onun idarəçiliyi ilə bağlı ardıcıl şikayətlər mövcuddursa və həmin şəxs işdən uzaqlaşdırılmaq əvəzinə başqa mühüm rəhbər vəzifəyə keçirilirsə, daha sonra isə yeni iş yerində də əməkdaşların narazılığı və dövlət qurumlarına müraciətləri yaranırsa, artıq kadr siyasəti ilə bağlı ciddi suallar meydana çıxır.
İndi əsas məsələ “Fəxri dəmiryolçu” adıdır
Əgər Elxan İsmayılov həqiqətən “Fəxri dəmiryolçu” adına təqdim olunubsa, ADY rəhbərliyindən aşağıdakı suallara cavab gözləmək təbiidir:
Namizədin əvvəlki fəaliyyəti və onunla bağlı daxil olmuş şikayətlər araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə nəzərə alınıbmı?
İşçilərin onun fəaliyyəti ilə bağlı şikayətləri mükafatlandırma komissiyasına təqdim edilibmi?
Əgər təqdim edilibsə, komissiyanın həmin şikayətlərə münasibəti necə olub?
Və ən əsası:
Fəxri ad şəxsi münasibətlərə görə deyil, real xidmətlərə və peşəkar fəaliyyətə görə verilirsə, Elxan İsmayılovun hansı konkret xidmətləri bu ada layiq görülüb?
Dəmir yolunda fəxri adın çəkisi böyükdür. Bu ad illərlə vicdanla çalışan, təhlükəsizliyə töhfə verən və kollektivin etimadını qazanan insanların əməyini qiymətləndirməlidir.
Şikayətlər, hüquqi məsuliyyət məsələləri və fəaliyyətlə bağlı bu qədər sualın fonunda Elxan İsmayılov hansı konkret xidmətinə görə “Fəxri dəmiryolçu” adına layiq görülür?
Çünki burada söhbət yalnız bir şəxsdən yox, “Fəxri dəmiryolçu” adının öz nüfuzundan gedir..."

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56