Qazax kollecində “acı bağırsağı” kim uzadır?


Ümumiyyətlə, təhsil sistemində kadr dəyişikliyini edənlər etimad göstərdiyi kadrın özü ilə bərabər valideynlərinin də həyat yolunu dərindən öyrənməlidirlər. Bu adi bir bostan məhsuluna gözətçi qoyulması ilə eyni tutulmamalıdır. Kadrın tərcümeyi-halı, sağlamlıq durumu, insanlarla ünsiyyəti, savadı və idarəçiliyi yoxlanılmalıdır. Özündənrazı, qərəzçilk, tabeçiliyində olanlara yuxarıdan aşağı baxmaq hallarının olmaması üçün elə yerindəcə rəhbər işə təyin olunanlara göstəriş verilməlidir.

Prezident cənab İlham Əliyev keçirdiyi iclaslarda, verdiyi müsahibələrdə də bu deyilənləri qeyd edir. Lakin kimlərinsə Prezidentin dediklərini qulaq ardına vurması sonradan xoşagəlməz hallara gətirib çıxardır.

Elə Qazax Dövlət Sosial – İqtisadi Kollecinə direktor təyin edilmiş Gülnar Qəhrəmanova deyilənlərin bariz nümunəsidir. Nə edib, nə edəcəyini belə düşünmür. Bu direktor ən çox reklama həvəslidir. “Qaçın, direktor gəldi, qaçın, direktor getdi, qaçın direktor eyvana çıxdı, qaçın direktor siniflərə girir “ və sairə təki ifadələri sevəndir.
Dərs ili başlayana kimi 6 nəfər müəllim işə götürdü. Həmin götürdükləri də bu günə kimi əlinə jurnal alıb sinif tanımayanlardır. Belədirsə, həmin müəllimlər tələbəyə nə öyrədəcək və ya nədən danışacaq. Kollec tədris müəssisəsinə deyil, təcrübə sahəsinə çevrilib. Bu da Gülnar Qəhrəmanovanın “qəhrəmanlığıdır”.
Gülnar Qəhrəmanovanın atası Qılman kişi qatı müxalifətçidir. Yəqin, direktorun kollecdə çalışan müəllimlərlə yaxşı olmayan rəftarı da bu məsələdən irəli gəlir. Onu da təəssüf hissi ilə bildirmək yerinə düşərdi ki, Gülnar Qəhrəmanova hələ Ağstafa şəhər 2 saylı tam orta məktəbində işləyərkən 2 dəfə töhmət alıb. Xanımın işdə qalıb-qalmaması müzakirəyə gedəcək halda, kimlərsə tələm-tələsik, nəyəsə aldanaraq Gülnar Qəhrəmanovanı kollecə direktor təyin etdiriblər.
O, kollecə necə təyin olunubsa, eləcə də kollecdə vəzifə bölgüsü aparır. Savadlı müəllimlər, bacarıqlı işini bilən texniki işçilər “gözümçıxdıya” salınır. İş işbilməzə, yerində olmayanlara tapşırılır. Kollecin çoxsaylı kollektivi bunu daha yaxşı bilir. Lakin bir parça çörəklərinin xətrinə qalıblar odla suyun arasında. Ailə başçısı oldu, ya olmadı, öhdəsində ehtiyaclı övladı var, ya yoxdu, ailə vəziyyəti pisdir, ya yaxşıdır məsələləri Qəhrəmanovanın heç başının tükünü belə tərpətmir. Elə bil ki, məqsədi ancaq kollecin pedaqoji və texniki işçilərini ayağa qaldırmaq, narazılıqlar yaratmaq və pislik etməkdir.

Gülnar Qəhrəmanovanın daxili keyfiyyətlərinin də analoqu yoxdur. Milli mentalitet deyilən söz var. Yəni, bildiyimiz kimi xalqa mənsub adət-ənənələrin saxlanılması və qorunması, üstəlik əməl edilməsi. Bu adam işlədiyi 6 ay ərzində kollektivin xeyrinə-şərinə qarışmır, “mənlik deyil”-deməsi ilə sərt reaksiya göstərir. İndi siz özünüz Qəhrəmanovanı qiymətləndirin. Görmüşük ki, kollektiv rəhbəri kollektivin hər bir üzvünün qayğısını çəkər, maddi olmasa da, mənəvi köməyini əsirgəməz.Misalı Qəhrəmanovadan uzaq, yaxşı deyimdir ki, ailə xırda bir kollektivdir. Ona rəhbərlik edə bilməyən adamdan gələcəkdə kollektiv rəhbəri ola bilməz. Yenə deyirəm, yadımda deyil, bu hansısa bir dövlət rəhbərinin çəkdiyi misaldır. Gülnar Qəhrəmanovadan uzaq olsun.
Prezident cənab İlham Əliyev and içmədə çox doğru bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Bəs onda Gülnar Qəhrəmanova hansı kollektivin direktorudur? Tədbir, iclas, onlarda olan xeyir və şərdə biçarə kollektiv yada düşür, ancaq kollektivdə nəsə baş verəndə Qəhrəmanova nə üçün özünü göstərmir?

Yəni, hələki mövzumuzu Qəhrəmanovanı kollecə direktor təyin edənlərin yanlışlığı ilə bitirmək istəyirəm. Nə qədər gec deyil, səhvlərini düzəltsələr, daha yaxşı olardı. Bu sadəcə olaraq ictimai rəydən əmələ gələn yekdil nəticədir.

İlham Hacalı - tehsilmedia.com

Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.

Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə aşağıdakı tövsiyələr verilir:

• Hava limanına əvvəlcədən gəlmək: qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfərinizi əlavə vaxt nəzərə alaraq planlaşdırın.

• Onlayn qeydiyyat və özünəxidmət imkanlarından istifadə etmək: aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlaya bilərsiniz.

• Uçuş məlumatlarını öncədən yoxlamaq: uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirin.

• İctimai nəqliyyatdan istifadə etmək: şəxsi avtomobilə alternativ olaraq "28 May" metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən yararlana bilərsiniz.

• Parklanma qaydalarına riayət etmək: nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlayın, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə edin. Parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini "Tezödə", "AzParkinq" və "Birbank" platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.

• Xüsusi dəstəyə ehtiyac olduqda əvvəlcədən müraciət etmək: xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib.

İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasını əsas vəzifələrindən biri hesab edir.

"Əsas vəzifəmizi, yəni ərazi bütövlüyümüzün bərpasını bir saniyə belə unutmuruq. Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur. Səbirli, ardıcıl və düzgün praqmatik siyasətlə biz bu məqsədə mütləq nail olacağıq", – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yerlərinə qayıdaraq layiqli yaşayış şəraitinə malik olması hökumətin əsas qayğılarından biri olaraq qalacaq.

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Qarabağda aparılan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlamasından üç il ötür.

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycana öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatında bildirilirib ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılıb.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki ədəd zenit-raket qurğusu, altıdan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Xeyli sayda canlı qüvvə məhv edilib.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət verməyiblər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirilib.

Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu altı "Ural" markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirilib.

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri azərbaycanlı hərbçilərin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edilib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynayıb.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olub. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.

Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?



Elm və Təhsil Nazirliyinin yoxlama aktında İsmayılova İlahə İlqar qızının Goranboy rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunması ilə bağlı əksini tapan hallar ciddi suallar doğurur.
Aktda qeyd olunan məlumatlara görə, İlahə İsmayılova direktor müsahibəsində uğur qazana bilmədiyi halda, müsahibə protokolunda məksədli dəyişiklik edilməsi nəticəsində direktor vəzifəsinə təyin olunub.
Yoxlama zamanı müəyyən edilmiş hallar yazılı izahatlarla rəsmiləşdirilib və müvafiq aktda əksini tapıb.
Əgər müsahibə nəticəsinin dəyişdirilməsi faktı yoxlama materialları ilə təsdiqlənibsə, burada yalnız bir şəxsin direktor təyinatından söhbət getmir. Belə hal həmin vəzifəyə iddia edən digər namizədlərin hüquqları və müsabiqənin obyektivliyi ilə bağlı da suallar yaradır.
Çünki məktəbin direktoru vəzifəsinə seçim zamanı bütün namizədlər üçün eyni qaydaların və qiymətləndirmə meyarlarının tətbiqi təmin edilməlidir. Namizədlər nəticələrinin obyektiv qiymətləndiriləcəyinə inanaraq müsabiqədə iştirak edirlər.
Bu baxımdan əsas suallar ortaya çıxır.
Müsahibə protokolunda dəyişiklik necə baş verib?
Buna kim məsul olub və həmin dəyişiklik hansı əsasla rəsmiləşdirilib?
Müsahibədə uğur qazanmayan şəxsin direktor vəzifəsinə təyin edilməsinə hansı hüquqi əsas imkan verib?
Lakin məsələnin daha diqqətçəkən tərəfi yoxlamadan sonra yaranmış vəziyyətdir.
Akt tərtib olunub, nöqsan aşkarlanıb, müvafiq izahatlar alınıb. Bununla belə, aylar keçib, hətta yeni tədris ili başlayıb, İlahə İsmayılova isə hələ də həmin məktəbin direktorudur.
Belə olan halda cəmiyyətin haqlı olaraq cavab gözlədiyi sual yaranır.
Aparılmış yoxlamanın nəticəsi nə oldu?
Əgər yoxlama zamanı təyinatın əsasını təşkil edən müsahibə prosesi və ya protokolla bağlı nöqsan müəyyən edilibsə, bu hal üzrə hansı qərar qəbul olunub?
Əgər İlahə İsmayılovanın direktor vəzifəsində qalması qanuni hesab edilirsə, bunun hüquqi əsası nədir?
Məsələ üzrə hər hansı inzibati və ya hüquqi tədbir görülübsə, niyə bunun nəticəsi ictimaiyyətə açıqlanmır?
Dövlət qurumlarında aparılan yoxlamanın məqsədi yalnız nöqsanı sənəddə qeyd etməklə məhdudlaşmamalıdır. Aşkarlanmış hallara hüquqi və inzibati qiymət verilməsi, qəbul edilən qərarın nəticəsinin ortaya qoyulması da vacibdir.
Əks halda ortaya daha ciddi sual çıxır.
YOXLAMA AKTI NƏ ÜÇÜN TƏRTİB OLUNUR?
NÖQSANLARI SADƏCƏ SƏNƏDLƏŞDİRMƏK, YOXSA ONLARIN ARADAN QALDIRILMASI VƏ QANUNAUYĞUN NƏTİCƏNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN?
Əgər rəsmi yoxlama materiallarında hər hansı nöqsan müəyyən edilibsə, həmin nöqsanın hüquqi nəticəsi də aydın olmalıdır. Xüsusilə də söhbət dövlət məktəbinin rəhbər vəzifəsinə təyinatdan gedirsə, məsələ ictimaiyyət üçün açıq və anlaşılan şəkildə izah edilməlidir.
Burada əsas məsələ konkret şəxsin kimliyi deyil. Məsələ dövlət məktəblərinə rəhbər şəxslərin seçilməsi zamanı qanunçuluğun, şəffaflığın və bərabər imkanların təmin olunmasıdır.
Əgər müsabiqə nəticəsində dəyişiklik edilməsi barədə yoxlama aktında məlumat əksini tapıbsa, bunun necə baş verdiyi, kimlərin məsuliyyət daşıdığı və nəticədə hansı qərarın qəbul edildiyi aydınlaşdırılmalıdır.
Ən əsası isə budur.
MÜSAHİBƏ NƏTİCƏSİ İLƏ BAĞLI NÖQSAN AŞKARLANIBSA, NİYƏ AYLAR KEÇMƏSİNƏ BAXMAYARAQ TƏYİNATIN HÜQUQİ TALEYİ BARƏDƏ AÇIQ MƏLUMAT YOXDUR?
Təhsil sistemində qanun və qaydaların bütün iştirakçılara eyni formada tətbiqi dövlət idarəçiliyinə və ictimai etimada mühüm təsir göstərir. Aşkarlanmış nöqsanlara münasibətdə qərarın olması və həmin qərarın əsaslarının aydın şəkildə izah edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərindən biri qanunun aliliyinin və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Bu prinsiplərin bütün dövlət qurumlarında və bütün səviyyələrdə eyni qaydada tətbiqi vacibdir.
Olkemedia.az

FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...


Şimal bölgəsində fəaliyyət göstərən bir qrup sahibkarın redaksiyamıza müraciəti ciddi suallar doğurur. Sahibkarlar FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyev və idarənin fəaliyyəti ilə bağlı ağır iddialar səsləndirirlər.
İddialara görə, bəzi sahibkarlar obyektlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə istismara verilməsi üçün ciddi çətinliklərlə üzləşirlər. Sahibkarların sözlərinə görə, sığorta, yanğın siqnalizasiyası və digər tələblər yerinə yetirilsə də, obyektin istismara qəbul olunması üçün əlavə tələblər irəli sürülür.
Daha ciddi iddia isə tələb olunan qeyri-rəsmi ödənişlərlə bağlıdır. Sahibkarlar iddia edirlər ki, onların qarşısına 10 min manatdan başlayan məbləğlər qoyulur və bu tələblərlə razılaşmayanlara imtina verilir.
Amma iddialar bununla bitmir.
Sahibkarların diqqət çəkdiyi digər məsələ elektrik təsərrüfatının yoxlanılması ilə bağlıdır. Onların sözlərinə görə, obyektlərdə elektrik naqillərinin sazlığının yoxlanılması prosesində “VOLTEK” MMC-nin fəaliyyəti də ciddi narazılıq yaradır.
İddia olunur ki, şirkətin əməkdaşları obyektlərdə yoxlama apararaq müxtəlif çatışmazlıqlar barədə aktlar tərtib edir, lakin həmin çatışmazlıqların aradan qaldırılması üçün sahibkarlardan müxtəlif məbləğlər tələb olunur. Ödəniş edilmədiyi halda isə obyektin fəaliyyətinin məhdudlaşdırılması və ya bağlanması ilə bağlı problemlər yaranır.
Sahibkarlar bu prosesin FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyevlə əlaqəli olduğunu iddia edirlər.
Əgər səsləndirilən iddialar doğrudursa, burada söhbət ayrı-ayrı sahibkarların narazılığından yox, dövlət nəzarəti mexanizminin sahibkarlara təzyiq vasitəsinə çevrilməsi ehtimalından gedir.
Daha bir diqqətçəkən məqam isə idarənin əməkdaşları ilə bağlı səsləndirilən iddialardır. Sahibkarların sözlərinə görə, idarə daxilində də vəziyyətdən narazı olan əməkdaşlar var. Onlar hətta bəzi işçilərin rəhbərliyin fəaliyyətindən ciddi narazılıq keçirdiyini iddia edirlər.
İndi isə əsas suallar Fövqəladə Hallar Nazirliyinə ünvanlanır:
Sahibkarlardan obyektlərin istismara qəbul olunması üçün qeyri-rəsmi ödəniş tələb edilirmi?
10 min manat və daha artıq məbləğlərlə bağlı iddialar araşdırılıbmı?
“VOLTEK” MMC hansı əsasla obyektlərdə yoxlama aparır və onun tərtib etdiyi aktların hüquqi statusu nədir?
Şirkətin fəaliyyəti ilə FHN-nin regional yanğın nəzarəti strukturları arasında hər hansı əlaqə varmı?
Və ən əsası:
Dövlətin yanğın təhlükəsizliyinə nəzarət edən qurumda sahibkarın qanuni fəaliyyətinə maneə yaradılması və ondan pul tələb edilməsi barədə iddialar doğrudursa, buna kim cavab verəcək?
Sahibkarların səsləndirdiyi bu iddialar mütləq araşdırılmalıdır. Əgər iddialar əsassızdırsa, aidiyyəti qurumlar bunu sənədlərlə ortaya qoymalı, əksinə, pozuntu müəyyən edilərsə, qanun qarşısında məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir.
Çünki yanğın təhlükəsizliyi nəzarəti sahibkarı qorumaq üçün olmalıdır, sahibkara təzyiq göstərmək üçün yox.


Dia-az

Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?


"Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində bir neçə maddə ilə cinayət işi qaldırılan Ramiz Mehdiyevlə bağlı istintaq başa çatıb. Cari ilin 21 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyevin işi ilə bağlı ilk məhkəmə prosesi keçiriləcək. Belə bir həssas məqamda Abşeron rayonunun Novxanı kəndində Ramiz Mehdiyevə məxsus 5 hektarlıq böyük bir ərazinin məşhur iş adamlarından birinə satıldığı ilə bağlı məlumatlar yayılmağa başlayıb". "DİA-AZ" xəbər verir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Novxanı ərazisində insnalar rəhmətə gedən yaxınlarını dəfn etmək üçün qəbir yeri tapmadaıqları bir zamanda, vaxtiylə Ramiz Mehdiyev tərəfindən zəbt edilən torpaqlardan 5 hektarlıq bir sahənin iş adamlarından birinə satıldığı məlum olub. Kənd sakinlərinin fikrincə, ağır cinayətlər görə ittiham edilən Ramiz Mehdiyevin bu torpaq sahəsini indiki həssas mqəamda necə satdığı ciddi suallar doğurmaqdadır.
Maraqlıdır, məlum hadisə ilə bağlı həm Əmlak Məsələləri Dövlət Xidməti, həm də Novxanı bələdyyəsinin torpaq şöbəsi susqunluq sərgiləyir. Halbuki, Ramiz Mehdiyevlə bağlı hər bir olay dövlət səviyyəsində araşdırılması gərəkən məsələdir və əlaqədar qurumların bu alqı-satqı haqqında da məlumatandırılması vacibdir.
Bundan başqa, kənd sakinləri iddia edir ki, hələ də Novxanıda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev, qohumları Telman Mehdiyev və Dilqəm Mehdiyevin adına külli miqdarda torpaq sahəsi mövcuddur. Bu torpaq sahələrinin Ramiz Mehdiyevin aparat rəhbəri olduğu dönəmdə ələ keçirildiyi ehtimal olunur. Sakinlər bildirir ki, müvafiq qurumlar, xüsusilə də güc orqanlarının Ramiz Mehdiyev və onun yaxınlarının Novxanıdakı torpaq sahələri lə bağlı daha ciddi araşdırma aparması vacibdir...."

Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...


Binəqədi rayonunda qanunsuz olduğu iddia edilən tikili narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Onlar bildirib ki, tikinti Ekologiya postuna yaxın ərazidə aparılır.

Sakinlər bildirib ki, tikinti aparılan ərazi hasarlansa da heç bir məlumat lövhəsi vurulmayıb. Ərazidə hansı işlər aparıldığı, nə tikildiyi məlum deyil.

Sakinlər tikintiylə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Elxan Allahverdiyevə müraciət ediblər.

Lakin sakinlərin müraciətinə hələlik heç bir cavab verilməyib.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/490851-bineqedide-tikinti-xaosu.html

Sumqayıt İcra Hakimiyyəti qanunsuzluğa “norma” deyir? – “Açıqlama” niyyətinə qurulmuş cümlələr


Ötən gün Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında aparılan qanunsuz mərtəbə artırılması barədə Faktum.az-da yayımladığımız araşdırma videosu geniş ictimai əks-səda doğurub. Çoxlu sayda sakinin narahatlığına səbəb olan bu mənzərəyə Sumqayıt Şəhər İcra Hakimiyyəti sosial şəbəkə hesabımızdakı rəy bölməsində olduqca qısa və şablon bir cümlə ilə cavab verməklə kifayətlənib:
https://faktum.az/sumqayitda-memarliq-saheseri-yoxsa-aciq-askar-qanunsuzluq-video/“Sumqayıt şəhərində aparılan tikinti işləri müvafiq şəhərsalma və tikinti normalarına, həmçinin aidiyyəti qurumların rəylərinə uyğun həyata keçirilir.”

​Hər kəsin gözü önündə ucaldılan bu konstruksiyaya İcra Hakimiyyətinin verdiyi üstüörtülü reaksiyanı qəbul etmək mümkün deyil. Gözdən pərdə asmağa hesablanmış bu formal bəyanatın fonunda Faktum.az olaraq aidiyyəti qurumların və şəhər rəhbərliyinin cavablandırmalı olduğu konkret sualları bir daha gündəmə gətiririk:

​Əvvəla, İcra Hakimiyyətinin istinad etdiyi “aidiyyəti qurumların rəyləri” hansılardır?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi tikinti icazəsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binanın özülünün və yükdaşıma divarlarının bu əlavə ağırlığa tab gətirə biləcəyinə dair müsbət ekspertiza rəyi mövcuddurmu? Müsbət rəy varsa, bunun reystr nömrəsi və tarixi niyə ictimaiyyətə açıqlanmır?

​İkincisi, Mənzil Məcəlləsinin tələblərinə görə binaların dam örtüyü və çardaq sahəsi orada yaşayan bütün sakinlərin ümumi paylı mülkiyyətidir. İcra Hakimiyyəti bu tikintini “normaya uyğun” adlandırarkən binadakı mənzil mülkiyyətçilərinin rəsmi yazılı razılığının olub-olmadığını araşdırıbmı?

​Üçüncüsü, istismar müddəti və yükdaşıma həddi öncədən müəyyən olunmuş yaşayış binasının üstünə əlavə karkas və mərtəbə ucaltmaq hansı şəhərsalma estetikasına və təhlükəsizlik qaydasına sığışır?

Olası bir fövqəladə hal və ya seysmik aktivlik zamanı yarana biləcək fəsadların məsuliyyətini bu formal şərhləri yazan yetkililər öz üzərinə götürəcəkmi?

​Şablon cavablarla qanunsuzluqların üstünü örtmək mümkün deyil.

Faktum.az olaraq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi sorğular ünvanlayaraq mövzunu sonuna qədər diqqətdə saxlayacağıq.

Redaksiyamız qarşı tərəfin də rəsmi mövqeyini dərc etməyə hazırdır!

"6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR


2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə raket hücumu həyata keçirilib. Hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175-dən çox insan yaralanıb, şəhərin mülki infrastrukturuna ciddi ziyan dəyib. Hadisələrdən 6 il keçməsinə baxmayaraq, bir qrup Gəncə sakini dağıdılmış evlərinin hələ də bərpa edilmədiyini bildirir. Sakinlər bununla bağlı Bakıda, Memarlıq və Şəhərsalma Baş İdarəsinin qarşısında toplaşaraq narazılıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, evlərinin bərpası ilə bağlı müraciətlərinə baxılmasını və problemin həll edilməsini istəyirlər. Gəncə sakinləri ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək dağıdılmış evlərinin bərpası məsələsində köməklik göstərilməsini xahiş ediblər.

Kanal13

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56