Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?



"Deputat"larından biri "istirahətə" göndərilir

"Naxçıvandan bəlkə də bir çoxlarınızı təəccübləndirəcək maraqlı bir məlumat almışam..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Heydər Oöuz yazıb.

O daha sonra bildirir: "İddialara görə, Naxçıvan MR deputatlarından birinə öz xoşuyla “ərizə yazıb” mandatından imtina etməsi tapşırığı verilib. Başqa sözlə desək, onu “işdən çıxarıblar”. Deputat nədir, işdən çıxarılmaq nədir, deyə soruşmayın. Türklər demişkən, orası Naxçıvandır və oranın “deputatxana”sının (pis yerə yozmayın, “xana” fars dilində otaq deməkdir və Naxçıvan Ali Məclisi də məktəb şagirdlərinin partalarında əyləşib şagird kimi əl qaldırdıqlarından mədrəsəxana tələbələrinə bənzəyirlər, mən də bu səbəbdən onlara deputatxana uşaqları adı qoymuşam) üzvləri yerli rəhbərlik tərəfindən “seçilirlər”. Elə ona görə də özlərini yaxşı aparmayanda yerli rəhbərlik “deputatxana” uşaqlarından istefa ərizəsi ala bilir. Təbii ki, şifahi qaydada.

Maraqlı burasındadır ki, “istefa ərizəsi” tələb olunan bu şəxs təkcə “deputat” da deyil. Həm də Naxçıvan MR “zəhmətkeşlərinin” guya hüquqlarını qoruyan samballı bir orqanının rəhbəridir. İddialara inansaq, deputat mandatı əlindən əlindən sonra onu rəhbərlik etdiyi idarədən də qovacaqlar.

Adı yoxdur, - deyə soruşmayın. Adı, təbii ki, var. Amma mən Naxçıvan hökumətini qabaqlayıb “rəsmi” məlumat yaymaq istəmirəm. Ümid edirəm ki, yaxın saatlarda və günlərdə Ali Məclisin özü bu barədə məlumat yayar, siz də, mən də bu “etirafı” öz ağızlarından eşidərik..."

“Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “Bakı 4 №-li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur.
Bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib.
O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:
“Yasamal rayonunda yerləşən “Royal Park”ın yanı, sosial evlərə gedən yolun çəkilişi üçün Fazil Musayev məndən ağır tonnajlı maşın və asfaltın örtüyünün alt qatı üçün məhsul istəmişdi. Mən də əvvəlcədən danışdığımız məbləğə əsasən maşını verdim. Lakin bu günə qədər də pulumu verməyib”.
Şikayətçi bildirib ki, o, şirkət rəhbəri ilə bağlı AAYDA-ya müraciət də edib. Lakin maaş ödəməyən MMC rəhbəri ilə bağlı fərqli addım atılıb:
“İşçilərin maaşını verməyən şirkət rəhbəri əslində cəzalandırılmalı idi. Ancaq əksinə olaraq, AAYDA pulumuzu verməyən adamın vəzifəsini yüksəldir”.
Qeyd edək ki, Fazil Musayevin adı mediaya yad deyil. Onun adı müxtəlif qalmaqallarda hallanıb.
Belə ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə Fazil Musayevin “Bakı 4 №-Li Yol İstismarı” MMC-sinə məxsus Balaxanı asfalt zavodu bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilərək cərimələnib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq, Fazil Musayev havaya qatı tüstü buraxan və havanı zəhərləyən asfalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, “Bakı 4 №-Li Yol İstismarı” MMC rəhbəri Fazil Musayev AAYDA-nın keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədova yaxınlığı ilə tanınıb.
İddialara əsasən, məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın qanunsuz satışını da həyata keçirib.
Xatırladaq ki, iyul ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edilsə də, siyahıda “Bakı 4 №-li Yol İstismarı” MMC-nin adı yox idi.
tribuna.az

“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT


Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.

İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır Qasımov və İkram Qasımov, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunub.

Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sankisya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.

Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.

Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzlərinə və digər qohumlarına məxsus 200-300 milyon manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.

100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib. Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.

Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.

Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.

Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?



Bakı şəhərində yerüstü nəqliyyat problemləri artıq gündəlik həyatın əsas problemlərindən birinə çevrilib. Tıxacdan tutmuş sərnişindaşımaya qədər paytaxt sakinlərinin qarşılaşdığı çətinliklər göz qabağındadır.

Metropolitendə yaranan fasilələr və sərnişin axınının əsas yükünün yerüstü nəqliyyatın üzərinə düşməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Təbii ki, metroda hər hansı problem yarananda minlərlə sərnişin avtobuslara və digər yerüstü nəqliyyat vasitələrinə üz tutur. Onsuz da yüklənmiş şəhər nəqliyyatı isə əlavə sərnişin yükünü daşımaqda çətinlik çəkir ki, bu gün bunun aşkar şahidiyik.

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hər gün yerüstü nəqliyyatın yaxşılaşdırılması, yeni marşrutların təşkili, avtobus parkının yenilənməsi və digər istiqamətlərdə işlərin görüldüyünü açıqlayır. Lakin küçədəki mənzərə bu açıqlamalarla üst-üstə düşmür.

Sadə vətəndaş avtobus gözləyir, saatlarla tıxacda qalır, işə və evə gedib-gəlmək üçün gününün əhəmiyyətli hissəsini yolda keçirir. Hətta deputatlar, dövlət məmurları da sadə insanlar kimi Bakıdakı nəqliyyat vəziyyətindən narazılıqlarını daha gizlətmədən deməyə məcbur olublar. Bu isə vəziyyətin həqiqətən də ağır olduğunun bariz göstəricisidir.

Əslində Bakı sakini üçün əsas məsələ hansı qurumun neçə layihə həyata keçirməsi deyil. Əsas məsələ səhər evdən çıxanda vaxtında işə çata bilməsi, axşam evinə normal qayıda bilməsi, dayanacaqda uzun müddət avtobus gözləməməsi və saatlarla tıxacda qalmamasıdır.

Bəs bu vəziyyətə görə kim cavabdehdir?

Bu gün şəhərin belə vəziyyətə düşməsində ilk olaraq AYNA-nın adı çəkilir. AYNA rəhbəri Anar Rzayevin fəaliyyəti də bu baxımdan ictimai müzakirələrin mərkəzindədir. Rəsmi məlumatda Anar Yaşar oğlu Rzayev AYNA İdarə Heyətinin sədri kimi göstərilir. Agentlik isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir və avtomobil nəqliyyatı sahəsində tənzimləmə, sərnişin və yük daşımaları ilə bağlı xidmətlərə ehtiyacın təmin edilməsi, qayda və tələblərə əməl olunmasına nəzarət kimi funksiyaları həyata keçirir.

Deməli, AYNA-nın fəaliyyəti ilə bağlı müzakirələr, sualların verilməsi, AYNA rəhbəri Anar rzayevin adının çəkilməsi təbiidir. Amma məsələni yalnız AYNA rəhbərliyinin üzərində saxlamaq da problemi həll etmir və görünən budur ki, AYNA yaranmış vəziyyəti düzəltməkdə acizdir.

Üstəlik, söhbət təkcə avtobuslardan da getmir. Söhbət həm də metrodan, hava nəqliyyatından, dəmir yolundan, taksi xidmətlərindən və bütövlükdə nəqliyyat siyasətindən gedir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin həm də nəqliyyat sisteminə cavabdehdir... Eyni zamanda Azərbaycanın nəqliyyat sektorunda bu qurumların əhəmiyyətli hissəsi “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” - AZCON-un idarəetmə portfelində yer alır. AZCON-un rəsmi məlumatına görə, holdinqin portfelində “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Metropoliteni, “BakuBus” və “Bakı Taksi Xidməti” kimi qurumlar yer alır.

AZCON-un Müşahidə Şurasının sədri isə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir. Şahin Tofiq oğlu Babayev isə 2025-ci ilin martında holdinqin icraçı direktoru təyin edilib.

AZCON-un özünün açıqladığı əsas hədəflər sırasında idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması göstərilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət qurumlarından biridir. Eyni zamanda, nazir Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasına rəhbərlik edir.

Ona görə də bu gün Bakı nəqliyyatında yaranmış vəziyyətə yalnız “AYNA niyə bunu həll etmir?” sualı ilə yanaşmaq kifayət etmir. Yada daha böyük səlahiyyət sahiblərini salmaq lazımdır - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini və nazir Rəşad Nəbiyevi...

İllərdir bu sahənin inkişafı üçün milyonlarla manat vəsait ayrılır. Yeni avtobuslar alınır, nəqliyyat infrastrukturu yenilənir, parklanma sistemi qurulur, müxtəlif küçələrdə yeni xətlər və zolaqlar yaradılır. Əlbəttə, hər şeyin sıfır olduğunu demək olmaz.

Amma əsas məsələ başqa yerdədir - Vətəndaş məmnuniyyəti niyə yoxdur?

Çünki vətəndaşın gündəlik problemi hələ də qalır. Avtobus dayanacağında uzun müddət gözləmək, tıxacda saatlarla qalmaq, metroda problem yarananda alternativ nəqliyyat tapa bilməmək, bir ünvandan digərinə getmək üçün saatlarla vaxt itirmək. Bu problemlər gündəlik həyatın bir hissəsinə çevrilibsə, deməli, görülən işlərlə əldə olunan nəticə arasında hələ də ciddi fərq var.

Nəqliyyat siyasətinin əsas meyarı isə yalnız statistik göstəricilər olmamalıdır. Əsas meyar vətəndaşın həmin sistemdən gündəlik necə istifadə etməsidir. Bakı sakini üçün 557 min sərnişin rəqəmi yox, səhər avtobusun neçə dəqiqəyə gəlməsi daha vacibdir. 621 min metro sərnişini rəqəmi yox, metroda yaranan problem zamanı alternativ nəqliyyatın necə təşkil olunması daha vacibdir. Yeni layihələrin sayı yox, həmin layihələrin şəhərdə tıxacın və sərnişindaşıma probleminin həllinə real təsiri daha vacibdir.

Elə isə kimi günahlandırmalıyıq, problemin həllini kimdən tələb etməliyik? İşləyə bilməyən, problemi həll edə bilməyən kimdir? - AYNA yoxsa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASCON?

Ölkənin nəqliyyat sektorunun bir sıra əsas qurumları AZCON-un idarəetmə portfelindədir və holdinqin Müşahidə Şurasına məhz rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edir. Deməli, məsələ artıq yalnız bir agentliyin fəaliyyətindən ibarət deyil. Bu, bütövlükdə nəqliyyat idarəetməsinin nəticəsi məsələsidir.

Bakı bu gün tıxacdan boğulursa, metroda yaranan problem yerüstü nəqliyyatı iflic edirsə, vətəndaş saatlarla avtobus gözləyirsə və saatlarla yolda qalırsa, onda görülən işlərin nəticəsi barədə ən ciddi qiyməti həmin vətəndaş verir. Vətəndaş isə saatlarla tıxacda qalır, saatlarla avotbus gözləyir, AZAL-la baha uçmağa məcbur olur, qatar bileti tapa bilmir, metroda tər su içində, basrıq, dava qırğınla gedib gəlir. Bütün bunlarda sonra vətəndaş rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən razılıq edəı bilərmi?(Bizimesr.media)

Ədil Hüseynov

Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?


Nazirlik 'qadağandır' deyir, məktəblərdə isə virtual bazarlar qurulur..."

Yeni tədris ili başlayan kimi valideyn komitələri yenidən hərəkətə keçib. Təmir pulu, A4 vərəqi xərci və qarşıdan gələn Müəllimlər günü üçün "hörmət" siyahıları... Dövlət hər il məktəblərin təminatına milyonlar ayırdığı halda, bu xərclər niyə valideynlərin çiyninə yıxılır? Ən dəhşətlisi isə odur ki, imkanı olmayan, kasıb ailələrin övladları bu qanunsuz yığımlara görə sinifdə kənarda qalır, həmyaşıdlarının aşağılayıcı baxışlarına və psixoloji travmaya məruz qoyulur!(1xeber.media)

44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı iki tender elan edib.

Tenderlərdən birində 20 modul və 3 konteyner tipli məktəb binasının quraşdırılması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manatdır.

Digər tender isə 20 modul və 1 konteyner tipli məktəb binasının quraşdırılmasını əhatə edir. Bu tender üzrə ehtimal olunan qiymət **12 milyon 313 min 831 manatdır.

Beləliklə, iki tender üzrə ümumilikdə 40 modul və 4 konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Tenderlərin ümumi ehtimal olunan qiyməti isə 25 milyon 30 min 249 manatdır.

Bir modul tipli məktəb üçün orta hesabla 569 min manat?

Rəqəmlər üzərində sadə hesablama aparanda 25 milyon 30 min 249 manatın 44 məktəbə bölünməsi nəticəsində bir məktəb üçün orta hesabla təxminən 568,9 min manat məbləğ alınır.

Bu rəqəm modul məktəblərin əvvəlki illərdəki maliyyələşdirilməsi ilə müqayisədə diqqət çəkir.

Məsələn, Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarında müxtəlif rayonlarda 20, 40, 56, 80 və 96 şagird yerlik modul məktəblərin quraşdırılması üçün **216 min manatdan 425 min manatadək** vəsait nəzərdə tutulduğu göstərilib.

2025-ci ildə isə 70 ədəd, hər biri 90 şagird yerlik modul tipli məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 2 milyon 854 min manatlıq tender elan edilmişdi.

Bu baxımdan, yeni tenderlərdə 44 məktəb üçün nəzərdə tutulan 25 milyon manatlıq ehtimal olunan qiymətin hansı xərclər hesabına formalaşdığı diqqət çəkir.

Burada xüsusilə tender sənədlərində hər bir məktəb üzrə məktəbin sahəsi, şagird tutumu, modul konstruksiyanın dəyəri, fundament işləri, kommunikasiya xətləri, istilik və elektrik sistemi, su-kanalizasiya, daşınma, quraşdırma və digər xərclərin necə hesablandığının açıqlanması əhəmiyyətlidir. Çünki təkcə “40 modul və 4 konteyner məktəb” məlumatı 25 milyon manatlıq ehtimal olunan qiymətin əsaslandırılmasını tam göstərmir.

Bu səbəbdən 25 milyon manatlıq məbləğin şişirdildiyini demək üçün tender üzrə texniki spesifikasiya və smeta məlumatlarının araşdırılması lazımdır.

BizimƏsr.media

Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?




AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızının bu ilin yayında Nyu-Yorkda 7,5 milyon dollara daşınmaz əmlak aldığı barədə daha əvvəl yazmışdım. Kiçik araşdırma göstərir ki, Əsgərovun qızları Londonda da hazırkı bazar dəyəri milyonlarla funtla ölçülən daha iki lüks mənzilə sahibdirlər.
Cahangir Əsgərovun AZAL-a rəhbərlik etdiyi dövrdə Londonun nüfuzlu Hyde Park Gate ünvanında yerləşən Broadwalk House yaşayış binasında iki mənzil üzrə əməliyyat qeydə alınıb. 23 saylı mənzil 2009-cu ildə 1,8 milyon funta, 24 saylı mənzil isə 2013-cü ildə 900 min funta satılıb. Broadwalk House Residents Limited-in Companies House sənədlərində Məlahət Əsgərova 2010-cu ildən, Cəmilə Əsgərova isə 2013-cü ildən etibarən səhmdarlar arasında görünür.
Bu iki mənzilin həmin dövrdəki ümumi alış qiyməti 2,7 milyon funt təşkil edir ki, bu da bugünkü məzənnə ilə təxminən 3,61 milyon dollar və ya 6,15 milyon manat deməkdir. Broadwalk House-da son illərdə qeydə alınan satış və elan qiymətləri nəzərə alınarsa, bu əmlakların hazırkı ümumi bazar dəyəri təxminən 6–10 milyon funt aralığında ola bilər.
Broadwalk House sakinlər adından binanın idarə edilməsində iştirak edən Broadwalk House Residents Limited adlı şirkət vasitəsilə idarə olunur. Companies House sənədlərində Əsgərovun qızlarının bu şirkətdə hərəsinin bir mülkiyyətə bərabər səhmə sahib olduğu görünür. Konkret mənzillərin hüquqi mülkiyyətçisini qəti şəkildə təsdiqləyən əsas sənəd Böyük Britaniyanın HM Land Registry reyestrindəki title register-dir.
Maraqlıdır ki, Broadwalk House daha əvvəl başqa yüksək profilli şəxslərlə bağlı araşdırmalarda da gündəmə gəlib. Livan Mərkəzi Bankının keçmiş rəhbəri Riad Salameh və ailə üzvlərinin Londondakı əmlakları beynəlxalq araşdırmaların predmeti olub. Sonrakı illərdə Salameh və onun maliyyə əlaqələri ilə bağlı Livan və bir sıra Avropa ölkələrində korrupsiya və çirkli pulların yuyulması üzrə istintaqlar aparılıb, bəzi əmlak və bank aktivləri üzrə həbs tədbirləri tətbiq edilib.(Teref.fun)
Cavanşir Həsənli





Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO


Regionlarda orta məktəblərin baxımsız vəziyyətdə olması, şəraitsizlik və digər problemlərlə bağlı müraciətlər ictimailəşməkdə davam edir. Bizimesr.media xəbər verir ki, redaksiyanın elektron poçtuna göndərilən foto və videolar Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində çəkilib.

Görüntülərdən birində məktəbin ayaqyolusunun baxımsız və yararsız vəziyyətdə olduğu görünür.

Bildirilir ki, məktəb ərazisində müəyyən problemlərin uzun müddətdir aradan qaldırılmadığı iddia olunur. Redaksiyaya göndərilən digər videoda isə məktəbin həyətində yerləşdirilmiş zibil qabı əks olunub.


Məlumata görə, həmin ərazidə zibillər mütəmadi olaraq yandırılır. İddia olunur ki, zibilin yandırılması nəticəsində yaranan tüstü və duman məktəbin sinif otaqlarına daxil olur.

Maraqlıdır, Goranboy rayon Kommunal Təsərrüfat Birliyi məktəbin ərazisindəki zibilləri niyə vaxtında daşımır? Məktəbin kommunal xidmətləri ilə bağlı ödənişlərhəyata keçirilmir? Əgər zibilin daşınması üçün xidmət mövcuddursa, niyə tullantılar məktəbin həyətində yandırılır?

Məktəb ərazisində tullantıların yandırılmasının hansı səbəbdən davam etdiyi və bunun qarşısının niyə alınmadığı da aydın deyil. Aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.

Qeyd edək ki, Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru postu Kİfayət Rzayevaya həvalə olunub. Kİfayət Rzayeva hazırda Goranboy Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərovun müavini vəzifəsində çalışır.

3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO


Bakıda bir restoranda təqdim olunan hesab sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
Gununsesi.info xəbər verir ki, “newsbaku” adlı instaqram səhifəsində yayılan görüntülərdə “Cənnət Gəncə” restoranında üç qutab üçün 75, əlavə salat və sularla birlikdə isə ümumilikdə 160 manatdan çox hesab alınmasından bəhs olunub.
Gununsesi.info-nun apardığı araşdırma zamanı məlum olub ki, adıçəkilən restoran məşhur iş adamı Araz Mehdiyevə məxsusdur.
Məlumata görə, Rusiyada çoxsaylı biznes obyektlərinə sahib olduğu bildirilən iş adamının Bakıda fəaliyyət göstərən restoranında təqdim olunan hesabın məbləği sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.
İctimai müzakirələrdə əsas diqqət sifariş edilən qutabın sayı ilə təqdim olunan hesab arasındakı uyğunsuzluğa yönəlib.
Səslənən tənqidlərdə, həmçinin adıçəkilən restoranda müştərilərə qəbz verilmədiyi də xüsusi vurğulanıb.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56