Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.


Napoleon bir döyüşdə məğlub olur
Generalı çağırıb deyir,biz niyə məğlub olduq?
-Bunun üç səbəbi var.
Napoleon:Say görüm bu səbəbləri
-Birincisi, pulumuz yoxdur
Napoleon dərhal deyir, O birilərini deməyə ehtiyac yoxdur.
Doğrudan da elədir pul varsa,güc var, qələbə var
Səhiyyə və tibbi xidmət əmtəənin bir növüdür, onun pulla ifadə olunan dəyəri vardır.
Ümumdünya səhiyyə təşkilatı (ÜST) belə qənaətə gəlib ki, dövlət büdcəsinin səhiyyə xərcləri, ÜDM -dən səhiyyəyə ayrılan vəsait, adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri və səhiyyənin rasional idarəetməsi Səhiyyənin inkişafının əsas göstəriciləridir.Burada tibb işçilərinin əməkhaqqı, dərman və tibbi avadanlıqların alınması, təsərrüfat, kommunal, yanacaq və s xərclər nəzərdə tutulur
Bu gün ölkəmizdə tibbi xidmət və səhiyyənin yarıtmaz vəziyyətdə olmasına səbəb yuxarıda dediyimiz göstəricilərin dəhşətli dərəcədə aşağı olmasındadır.
Dünya Bankı və ÜST -statistik rəqəmlərini bir kənara qoyub bu ilin əvvəlində millət vəkili Rəşad Mahmudov İTV -də suala cavab olaraq: Adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda təxminən 400 manat, Avropa ölkələrində isə bu rəqəm 5-6 min avro təşkil edir.Bu hələ harasıdır,bu yaxınlarda Hesablama palatası və Maliyyə nazirliyi tərəfindən aparılan yoxlamalarda Təbib və ona tabeli tibbi müəssisələrdə ciddi maliyyə pozuntuları aşkar Direktorların əksəriyyəti məhz bu səbəbdən işdən çıxarılıb
Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
Faiq Memmedli, həkim ekspert
TEREF

Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?


"Binəqədi şossesi üzərində yerləşən "Bazar Store"dan uşaq üçün qida məhsulu almışam. Evə gəldikdən sonra məhsulun son istifadə tarixinin keçdiyini gördüm..." Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elnur Hüseynzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Söhbət uşaq qidasından gedir və belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir. Mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığı ciddi sual doğurur.

Məsələnin araşdırılmasını, həmin məhsulun niyə satışda olduğunu izah etməyinizi və məsul şəxslər barəsində tədbir görülməsini tələb edirəm.
Uşaq qidasında belə səhlənkarlığa yol verilməsi ciddi məsələdir. Məsələyə laqeyd yanaşılacağı təqdirdə aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edəcəyəm...

"Bazarstore" rəhbərliyinə müraciət edirəm: rəsmi cavab gözləyirəm sizdən..."(Dia-az)

"“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır


"“Bravo” marketlər şəbəkəsinin rəhəbrliyindən xahiş…Bu gün “Bravo” marketlərdən birinə getmişdim. Gördüyüm mənzərə mənə o qədər pis təsir edib ki, nə yazacağımı bilmirəm".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist İlkin Muradov Feysbuk-dakə səhifəsində yazıb.

O bildirib ki, kassaya yaxınlaşanda kassadakı xanımın bir əlinin korsetdə olduğunu görüb: "İnanın mənə, o qədər pis oldum. Soruşdum ki, bu vəziyyətdə necə işləyə bilərsiz? Dedi ki, icazə vermirlər. Çarəsiz vəziyyətdə sağa baxdım, sola baxdım. Bilmədim nə deyim, nə edim.

Əlimdən gələn budur...

“Bravo” rəhbərliyinə müraciət edirəm, xahiş edirəm. Bu vəziyyəti aradan qaldırın. Bir insana, bir qadına bu münasibəti qəbul etmək olmur. İnsanlar yazıqdır axı…".

Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar… - Pediatr, yoxsa UZM mütəxəssisi?


Azərbaycanın hər bir bölgəsi bu Vətənin bir parçasıdır. Balakən də elə. 44 günlük Vətən müharibəsində bu torpağın oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər, sağlamlıqlarını itirdilər, şəhid oldular, qazi oldular. Onların anaları, bacıları, həyat yoldaşları, övladları isə bizim üçün adi vətəndaş deyil – baş tacımızdır.

Belə bir bölgədə səhiyyə məsələsinə münasibət də adi məsələ ola bilməz.Balakəndə fəaliyyət göstərən “AyMED” klinikası ilə bağlı “Aktualinfo.net” olaraq redaksiyamıza daxil olan məlumatlar isə bu baxımdan ciddi suallar doğurur.

Söhbət klinikanın rəhbəri Elşən Kərimov barədə yayılan məlumatlardan gedir.

Məlumatlara görə, Elşən Kərimov ixtisasca pediatrdır. Eyni zamanda onun dövlət tibb müəssisəsində – Balakən Rayon Xəstəxanasında “yarımştat həkim” kimi çalışdığı bildirilir. Bununla yanaşı, rəhbərlik etdiyi “AyMED” klinikasında UZM müayinələri apardığı, o cümlədən qadın pasiyentlərin süd vəzisi, qarın boşluğu və ginekoloji müayinələrində iştirak etdiyi iddia olunur.

Əgər bu məlumatlar doğrudursa, ortaya çox ciddi sual çıxır:

Pediatr ixtisası olan həkim hansı hüquqi və peşəkar əsasla ginekoloji UZM müayinəsi aparır?

Sualın mahiyyəti məhz budur.Burada məsələ kiminsə şəxsi fəaliyyətinə müdaxilə etmək deyil.Söhbət tibb sahəsində ən mühüm prinsiplərdən birindən – həkimin ixtisasına uyğun tibbi fəaliyyət göstərməsindən gedir.Azərbaycan qanunvericiliyində praktik tibb fəaliyyətinin ixtisasa uyğun həyata keçirilməsi nəzərdə tutulur. “Özəl tibb fəaliyyəti haqqında” qanunda da özəl tibbi praktikanın ixtisasa uyğun həyata keçirilməsi və praktik fəaliyyət göstərən şəxslər üçün müəyyən edilmiş tələblərə əməl olunması tələb edilir. Üstəlik, 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası məsələsi daha da konkretləşdirilib. Qanunda sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmədiyi göstərilir.

O zaman suallarımız da konkret olmalıdır.

Elşən Kərimovun hansı ixtisas üzrə sertifikasiyası var?

Onun UZM fəaliyyəti üçün müvafiq ixtisası və peşə hazırlığı varmı?

Əgər varsa, bunu təsdiq edən sənəd mövcuddurmu?

Ginekoloji UZM müayinəsi aparmaq üçün hansı ixtisas və sertifikasiya tələb olunur və Elşən Kərimov həmin tələblərə cavab verirmi?

“AyMED” klinikasında göstərilən bu tibbi xidmətlərə hansı dövlət qurumu nəzarət edir?

Və ən əsası: bu fəaliyyət indiyədək aidiyyəti qurumlar tərəfindən yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticəsi nə olub?

Əgər yoxlanılmayıbsa, niyə?

Məsələnin daha həssas tərəfi…
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır.

Qadın pasiyentin ginekoloji və ya süd vəzisi müayinəsi sadəcə tibbi prosedur deyil. Bu, həm də insanın şəxsi məxfiliyinə, ləyaqətinə və mənəvi rahatlığına maksimum həssaslıq tələb edən tibbi münasibətdir.

Həkimə müraciət edən insanın ilk gözləntisi peşəkarlıqdır. Pasiyent bilməlidir ki, onun qarşısındakı şəxs məhz həmin tibbi xidməti göstərmək üçün lazımi ixtisasa, hazırlığa və hüquqi səlahiyyətə malikdir.

İndi isə təsəvvür edin: bölgə sakini ən həssas sağlamlıq problemi ilə bağlı həkimə müraciət edir.

O, qarşısındakı mütəxəssisə güvənir.Çünki həkim-pasiyent münasibətinin təməlində etibar dayanır.Bu etibarın sarsılması isə səhiyyə sisteminə vurulan ən ağır zərbələrdən biridir.

Ona görə də belə sualların cavabsız qalması cəmiyyətdə haqlı narahatlıq yarada bilər.

Biz heç kimin haqqında məhkəmə hökmü çıxarmırıq.Biz demirik ki, Elşən Kərimov qanun pozuntusuna yol verib.Biz sadəcə soruşuruq: əgər bütün bunlar qanunidirsə, bunu təsdiq edən sənədlər haradadır?

Əgər ixtisas və sertifikasiya tələbləri tam şəkildə yerinə yetirilirsə, aidiyyəti qurumlar bunu açıqlaya bilər.

Əgər hər şey qanunidirsə, niyə bu barədə ictimaiyyətə aydın məlumat verilmir?

Əgər qanun pozuntusu yoxdursa, sualların cavablandırılmasından kim çəkinir?

TƏBİB və Səhiyyə Nazirliyinə suallar…
Bu yazının əsas ünvanlarından biri məhz aidiyyəti dövlət qurumlarıdır.

TƏBİB-dən soruşuruq:

Elşən Kərimov Balakən Rayon Xəstəxanasında hansı vəzifədə və hansı iş qrafiki ilə çalışır?

Onun həmin müəssisədəki əmək fəaliyyəti ilə “AyMED” klinikasındakı fəaliyyəti arasında hər hansı uyğunsuzluq müəyyən edilibmi?

Səhiyyə Nazirliyindən soruşuruq:

Elşən Kərimovun ixtisası və sertifikasiya vəziyyəti özəl klinikada apardığı iddia olunan UZM müayinələrinə uyğundurmu?

“AyMED” klinikasında qadın pasiyentlərə süd vəzisi, qarın boşluğu və ginekoloji UZM xidmətlərinin göstərilməsi zamanı həmin xidmətləri həyata keçirən şəxslərin ixtisas və sertifikasiya sənədləri yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticə necə olub?

Bu sualların cavabı cəmiyyət üçün vacibdir.Çünki səhiyyədə “mən belə edirəm” prinsipi ola bilməz.Burada insan həyatı var.Burada insan sağlamlığı var.Burada insanın ən şəxsi və həssas məkanı var.

Və burada dövlətin nəzarəti, həkimin peşə məsuliyyəti, klinikanın hüquqi öhdəliyi dayanır.

Bir klinikanın rəhbəri olmaq başqa,hər tibbi xidməti göstərmək bir başqa…

Özəl klinikanın rəhbəri olmaq insana avtomatik olaraq bütün tibbi ixtisaslar üzrə fəaliyyət göstərmək hüququ vermir.

Qanunvericilik tibbi fəaliyyəti ixtisas, sertifikasiya və digər peşə tələbləri ilə əlaqələndirir.

Ona görə də məsələni şəxsi müstəviyə çəkməyə ehtiyac yoxdur. Qoy sənədlər : sertifikat,ixtisas,lisenziya və icazələr danışsın.Aidiyyəti qurumların yoxlamaları danışsın.

Əgər hər şey qaydasındadırsa, bu, Elşən Kərimov və “AyMED” üçün də ən yaxşı cavabdır.Yox, əgər qaydalar pozulubsa, onda sual başqadır:

Bəs indiyədək niyə tədbir görülməyib?

Balakən sakini bu sualın cavabını bilməlidir.Çünki səhiyyədə nə vəzifə, nə klinikanın rəhbəri olmaq, nə də şəxsi nüfuz qanundan üstün ola bilməz.

Bu yazı kiminsə peşə fəaliyyətinə mane olmaq məqsədi daşımır. Əksinə, məqsəd sadədir: pasiyentin hüququ qorunsun, həkimin ixtisası aydın olsun, tibbi xidmət qanun çərçivəsində göstərilsin və dövlət nəzarəti öz işini görsün.

Şəhidlərimizin əmanət etdiyi bu torpaqda insan ləyaqətinə hörmət də, xəstə insanın hüququna hörmət də müqəddəs məsələdir.

Balakən camaatının da haqqı var soruşmağa:

Məni müayinə edən həkim həqiqətən həmin müayinəni aparmaq üçün lazımi ixtisasa və hüquqa malikdirmi?

Bu suala isə emosiyalar yox, sənədlər cavab verməlidir.

“Aktualinfo.net”

Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.



Son illər ölkəmizdə qanunsuz tikililər və onların doğurduğu fəsadlarla bağlı ölkə mediasında çoxlu sayda məqalələlər yer alamqdadır. Media və sosial mediada yer alan məqalə və məlumatlaırn təhlili onu deməyə əsas verir ki, bu gün respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.

Rayonun sabiq icra başçısı Bədəl Bədəlovun zamanında bu problem kifayət qədər aktual olsa da, günümüzdə məlum problemin bütün sərhədləri aşdığı, yeni bir mərhələyə yüksəldiyi göz önündədir. Rayonda qanunsuz tikililərin artması onu deməyə əsas verir ki, burada icazəsiz tikililərin inşası üçün əlverişli mühit mövcuddur. Əgər belə olmasaydı, o zaman Suraxanıda qanunsuz tikililər “ayaq açıb yeriməzdi”.

Rayonda qanusnuz tikililərin artması yaşıllıqların və açıq sahələrin azalması, yol və səkilərin daralması, tıxacların artması, digər vətəndaşların haqq və hüquqlarının pozulması ilə paralel müşahidə edilir ki, bu da rayon sakinləri tərəfindən haqlı narazılıqla qarşılanır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu prosesə qarşı mübarizə aparmalı olan rayon icra hakimiyyəti isə daha çox cəmiyyətin tələbatını ödəməyə xidmət edən tikililərin söküntüsü ilə məşğuldur. Buna nümunə olaraq Hövsanda mərasim zalının sökülməsini göstərmək olar.

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı mediada əsasən tənqid xarakterli məqalələrdə yer alır. İcra başçısının yaxın keçmişdə yarıtmaz fəaliyyətinə görə töhmət aldığı da media və sosial medidada yer alan məlumatlar sırasındadır. Bütün bunlar onu göstərir ki, Suraxanıdakı problemlərin həlli daha yüksək səviyyədə inzibati müdaxilə tələb edir. Yalnız belə olan təqdirdə rayon daxilində nizam yaratmaq, qanunsuz tikililərə qarşı effektiv mübarizə aparmaq mümkündür.(Teref.fun)
Lalə

Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt


Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan bir qrup pasiyent xəstəxananın qapılarının axşam saatlarında bağlanmasından və həyətə çıxmağa icazə verilməməsindən narazıdır.

Xəstələr bildirir ki, axşam yeməyinin miqdarı azaldılıb, menyuda sadəcə iki dilim qara çörək, bir tikə ət və bir ədəd kartof olub. Bundan başqa, xəstəxananın qapısının saat 18:00-dan sonra bağlandığı və xəstələrin həyətə çıxmasına icazə verilmədiyi iddia olunur.

Görüntüləri hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu stasionar müalicə alan pasiyentlər göndərib. Xəstəxənada olan Pasiyentlər iddiaları təsdiqlədilər.

Qeyd edək ki,Elmi-Tədqiqat Kardiologiya İnstitutun rəhbəri Gülnaz Dadaşovadır.

Bizimesr.media

“Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu


Azərbaycanda iri tikinti şirkətlərindən olan “Kristal Bakı” ASC-nin külli miqdarda vergi borcunun olduğu iddia olunur. Məlumata görə, vergi borcu ilə bağlı şirkətə rəsmi xəbərdarlıqlar da göndərilib.
23 ildən artıqdır fəaliyyət göstərən “Kristal Bakı” ASC Bakı şəhərində iri yaşayış komplekslərinin tikintisi və satışı ilə məşğuldur. Şirkətin layihələri arasında “Kristal Towers”, “City Garden Narimanov”, “Park Yasamal”, “Park Yasamal 2”, “Park Əcəmi” və digər yaşayış kompleksləri yer alır.
Qeyd edək ki, şirkətin 2023-2024-cü illəri böyük zərərlə başa vurduğu, 2025-2026-cı illərdə isə böyük gəlirlər əldə etdiyi bildirilir. Məlumatlara görə, “Kristal Bakı” ASC deputat Ağalar Vəliyev və ailəsinə məxsusdur.
Qeyd edək ki, bu məlumatlarla bağlı “Kristal Bakı” ASC-yə sorğu ünvanlanıb.
Bizimesr.media

Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO


Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində aparılan asfaltlama işləri sakinlərin narazılığına səbəb olub.

Bizimesr.media bildirir ki, sakinlər son günlər qəsəbədə aparılan asfaltlama işləri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən geniş şəkildə təqdim edilsə də, ərazinin yalnız kiçik bir hissəsini əhatə edir. Bildirilir ki, xüsusilə V massivi və AB massivinin əsas hissəsində yollar hələ də bərbad vəziyyətdədir.

Sakinlər qeyd edirlər ki, qəsəbənin yollarının asfaltlanması ilə bağlı gözləntilər böyük olsa da, görülən işlər problemin yalnız müəyyən hissəsini əhatə edir. Onların narazılığına görə, əsas yolların bir hissəsinin yenə asfaltlanmadan saxlanılması nəticəsində Yeni Günəşlidə yol problemi tam həll olunmuş hesab edilə bilməz.

Xüsusilə V massivinin yollarının hazırkı vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olur. Ərazidə çala-çuxurlar və asfalt örtüyünün yararsız vəziyyətdə olması gündəlik hərəkəti çətinləşdirir.

Qeyd edək ki, Suraxanı rayon icra başçısı Adil Əliyevidir.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/yeni-guneslide-gozden-perde-asirlar---esas-yollar-yene-kenarda-qalib--video-23414

Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO



Binəqədi rayonunda son illər müxtəlif obyektlərdə aparılan artırma və yenidənqurma işləri ilə bağlı görüntülərin sayı artır..
Mövcud tikililərin üzərinə əlavə konstruksiyaların quraşdırılması, obyektlərin sahəsinin faktiki olaraq genişləndirilməsi, yaşıllıqların obyektə çevrilməsi artıq ayrı-ayrı ünvanlarda müşahidə olunan gözəl mənzərəyə çevrilib.

Bizimesr.media bildirir ki, son görüntülər də bu baxımdan diqqət çəkməyə bilməz.

Məsələn, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən böyük qeyri-yaşayış obyektinin damında iri metal konstruksiyalardan ibarət göz oxşayan, “Şəhərsalma və Memarlıq İli”nə xas olan gözəl yeni tikinti aparılır. Görüntülərdən konstruksiyanın kifayət qədər böyük sahəni əhatə etdiyi görünsə də, eybi yox, əsas olan bu “məmnuniyyətdir”.

Əlbəttə, belə görüntü varsa, sual da var – Bu nədir, adi təmir, yoxsa mövcud obyektin faktiki genişləndirilməsi? İkinciyə daha çox oxşayır, amma, belə desək, müəllimlərin xoşu gəlməz... Ona görə də, adını qoyaq, yenə “vətəndaş məmnuniyyəti...”. Zatən, Binəqədi rayonunda belə artırmalarla bağlı müzakirələr, videolar yeni deyil və rayon rəhbərliyi də şad-xürrəmdir.

Elə bu zaman daha bir sual ortaya çıxır, amma bu sualı daha yumşaq səsləndirmək lazımdır ki, müəllimlərin acığı tutmasın – Cənablar, Binəqədidə tikinti aparmaq niyə bu qədər asanlaşıb? “Vətəndaş məmnuniyyəti” həqiqətənmi siz məmurlar üçün qanunlardan, məcəllələrdən üstündür, yoxsa bu, sahibkarları, pullu adamları cəlbetmə modelidir?

Kiçik haşiyə...

Elxan müəllim (Allahverdiyev) 2018-ci ilin iyunundan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Hacıbaba müəllim (Babayev) isə 2022-ci ildə Binəqədi RİH başçısının müavini təyin edilib. Hazırda rayon rəhbərliyinin tərkibində müavin kimi fəaliyyət göstərir.

Deyilənə görə, ikinci gələndən rayonun müxtəlif ərazilərində tikinti və artırma işləri tamam asanlaşıb. Müraciət edən sıravi vətəndaşlar üçün qəbul növbə ilə olsa da, sahibkarlar, imkanlı adamlar, obyekt sahibləri üçün növbəsizdir. Əlbəttə, sıravi vətəndaş həmişə problem olub, ya gəlib iş istəyəcək, ya da dərd-sər tökəcək. Sahibkar, biznesmen, obyekt sahiblərinin belə dərdi-səri yoxdur, onlar xeyrə gəlirlər, tikməyə, qurub-yaratmağa, binaların üstündə obyekt tikməyə, ağacları kəsmək üçün icazə almağa, yəni xeyir verməyə gəlirlər.

Elə buna görə də, hər tikintiyə, hər ağac kəsiminə, hər artırmaya “qanunsuz” damğası vurmaq olmaz. Əlavə olaraq, mövcud binanın üzərinə əlavə konstruksiya quraşdırılırsa, obyektin görünüşü və həcm-fəza həlli dəyişirsə, burada sənəd niyə lazımdır ki? Sənəd o adama lazımdır ki, kasıbdır, pulu yoxdur, özünə ev tikmək istəyir... Bu yekəlikdə obyekti olan biznesmenə binanın üstündə bir dəmir konstruksiya ilə nəsə artıracaq, ona sənədmi lazımdır? Əlbəttə ki, xeyr... Sənəd, rəy, memarın çertyoju, imzası, kupça, icazə – bunların hamısı kasıb üçündür, elədir, Hacıbaba müəllim Babayev? Düz deyirəm?

Yəni, pulu və imkanı olan obyekt sahibi istədiyi yerdə istədiyi artırmanı edər, artıq imkanı olanda, əgər ürəyi istəsə, sənədləşmə və razılaşdırmanı sonra edər. İstəməsə, heç etməz, kasıb-zad deyil ki...

“Vətəndaş məmnuniyyəti” adı altında hər şey mümkündür, varlılar, obyekt sahibləri üçün bəli...

Qaydalarda nə yazılır?

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/bineqedide-sehersalma-ve-memarliq-ili--damlar-da-tikintiye-qosulub---video-23411
İcra hakimiyyətlərinin fəaliyyətində vətəndaş müraciətlərinin dinlənilməsi və problemlərin həlli təbii olaraq mühüm istiqamətlərdən biridir. Vəssalam da, sahibkar da, imkanlı şəxs də vətəndaşdır və onun müraciəti həll olunub, kasıb xoş gəldi...

Çoxları deyir ki, “vətəndaş məmnuniyyəti” anlayışının sərhədi dəqiq müəyyənləşdirilməlidir. Əlbəttə, müəyyənləşib, sahibkar, obyekt sahibi və ya obyekt tikmək istəyən makler, imkanlı şəxs...

Vətəndaşın məmnun qalması üçün onun istəyinə uyğun tikinti aparılmasına şərait yaradılması başqa məsələdir, qanunvericiliyin tələblərinə uyğun tikinti aparılmasına nəzarət etmək isə tamam başqa məsələ. Çünki Hacıbaba müəllim üçün tikinti sahəsində əsas meyar “alan da razıdır, satan da” prinsipi niyə olmasın ki?

Gəldik çatdıq, Məmməd Səid Ordubadi küçəsinə.

İndi isə konkret məsələyə qayıdaq. Məmməd Səid Ordubadi küçəsindəki obyektin damında iri metal konstruksiya quraşdırılır. Bu konstruksiyanın hansı məqsədlə qurulduğu görüntülərdən tam aydın olmasa da, gözəl görünür... Ölkəmizə gələn turistlər təyyarədən bu görüntünü görüb necə də sevinəcəklər... Bu da xarici vətəndaş “məmnuniyyətidir...”. Təyyarədən yerə baxan xarici vətəndaş nə bilir, bu konstruksiyanın layihəsi varmı, kim tərəfindən razılaşdırılıb, neçiyə həll olunub?

Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – Video

Əgər bu tikinti ilə bağlı müvafiq sənədlər, razılaşdırma və icazələr varsa, onların açıqlanması niyə lazımdır? Kimin nə borcunadır, Elxan, Hacıbaba müəllimlər tikinti sahibi ilə necə razılaşıb? Bəlkə heç deyiblər, “get tik, narahat olma, biz buradayıq”, bəlkə özlərinindir...

Çoxları elə bilir ki, rayon rəhbərliyinin əsas vəzifələrindən biri vətəndaşın istədiyini etmək, şərait yaratmaqdır. Elə şey yoxdur, rayon rəhbərliyinin vəzifəsi, vətəndaş məmnuniyyətidir, ki, onu da sahibkarlardan dolunca alır.

Binəqədi şəhərin ən böyük və ən sıx rayonlarından biridir. Belə ərazidə hər bir əlavə tikinti və artırma son nəticədə ümumi şəhərsalma mühitinə təsir göstərir. Bu səbəbdən də rayon ərazisində obyektlərin üzərinə əlavə mərtəbə xarakterli konstruksiyaların quraşdırılması, damların bağlanması, fasad və həcm dəyişikliklərinin aparılması adi məsələ deyil və hər adam bunu edə bilməz...

Əgər hər bir sahibkar öz obyektində istədiyi konstruksiyanı qura bilirsə, o zaman şəhərsalma qaydalarının, layihənin və icazənin nə əhəmiyyəti qalır? Axı onun əhəmiyyəti ancaq kasıb ev tikəndə vacibdir, varlılara, sahibkarlara bu aid deyil...

Ədil Hüseynov
Bizimesr.media

Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur



“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə hər birinin dəyəri milyonlarla manat olan 13 satınalma müqaviləsi bağlayıb. Qurumun müqavilə bağladığı şirkətlərin hamısı daha əvvələr işbirliyində olduqları, sədr Baba Rzayevə yaxınlığı ilə seçilənlərdir. “Azərenerji” ASC daha çox “Azconstruction” QSC ilə müqavilə bağlayıb ki, diqqətimizi çəkməyə bilməzdi.
Naxçıvan MR-da ümumi gücü 50 MVt (25+25 MVt) olan GES-lərin enerjisistemə inteqrasiyası işləri üzrə 30.746.000 manat dəyərində.
Yeni tikilən YS-ya üçün avadanlıqların satın alınması üzrə 59.996.734,71 manat dəyərində.
Mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işləri üzrə 21.280.660,78 manat dəyərində.
110/35/10 kV-luq GİS tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sistemininə inteqrasiyası, Yaşma YS-da gücləndirmə və genişləndirmə işləri ilə birgə satınalınması üzrə 45.964.995,01 manat dəyərində.

Göründüyü kimi “Azərenerji” ASC bir gün ərzində 4 böyük həcmli açıq tenderi “Azconstruction” QSC verib ki, ümumi dəyəri 157 988 389 manat təşkil edir.

Bundan əlavə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 21.09.2026-cı ildə ildə “ELECTRO İNDUSTRİES” QSC ilə də ümumi dəyəri 14 243 661 manat dəyəri olan iki müqavilə bağlayıb.

Maraqlıdır, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir gün içində yüz yetmiş milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur və barələrində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “AZCONSTRUCTION” (VÖEN: 1902376131) Qapalı Səhmdar Cəmiyyətinin 09.04.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Əliyeva Təranə Tahir qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AZCONSTRUCTION” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Bayram Kərim oğlu olub. 2018-ci ilin avqust ayında təşkilatı-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Daha sonra Şükürov Vəlixan Qurban oğlu, Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu, Əliyev Rəşad Taqif oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.


Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELECTRO İNDUSTRİES” (VÖEN: 1401861671) Qapalı Səhmdar Cəmiyyətinin 21.10.2010-cu il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, qanuni təmsilçisi kimi isə Qurbanov Emin Telman oğlu qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə “VERDİCT-SERVİCE COMPANY” MMC kimi təsis edilib. Təsisçisi və ilk qanuni təmsilçisi Abbasov Nadir Əlisaab oğlu olub. 2018-ci ilin fevralında adını və təşkilatı-hüquqi formasını dəyişərək “ELECTRO İNDUSTRİES” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Rzaxanov Vaqif Alxas oğlu, Qarayev Natiq Yaqub oğlu ayrı-ayrı vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub.

Qeyd edək ki, reyestr məlumatlarında “ELECTRO İNDUSTRİES” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, A.A.MİRQASIMOV, ev 2 daha sonra XƏZƏR RAYONU, AĞAMALI OĞLU (ZİRƏ QƏS.), ev 23 göstərilib. “AZCONSTRUCTION” QSC dövlət qeydiyyatına alındıqda ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, BÜLBÜLƏ ŞTQ, MƏNBƏ, ev 38, mənzil 0 göstərilib.
Hər iki şirkət, “AZCONSTRUCTION” QSC 12.06.2020-ci ildən, “ELECTRO İNDUSTRİES” QSC isə 17.07.2020-ci ildən eyni yerdə, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.187B, ünvanında fəaliyyət göstərirlər. Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi Qurbanov Emin Telman oğlu, Qarayev Natiq Yaqub oğlu hər iki şirkətə ayrı ayrı vaxtlarda rəhbərlik ediblər. Bu isə o deməkdir ki, hər iki şirkət bir nəfər tərəfindən idarə olunur.

Bəs bu bir nəfər kimdir?

Elektron medianın yaydığı məlumata görə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı Emin Rzayevin adının hallandığı qalmaqalla bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) təmiri ilə əlaqədar yaranmış qalmaqaldan gedir. “Yapsan” MMC artıq bu işlə bağlı məhkəmədə iddia qaldırıb. Cavabdeh tərəf kimi “Elektro İndustries” QSC göstərilib.

Qeyd edilir ki, Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bildirirdilər ki, onlar “Yapsan” MMC olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Podratçı şirkət isə “Elektro İndustries” QSC olub. “2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və “YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında “Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq.
Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti “Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olub”, – müraciətdə qeyd olunur.
İş adamlarının dediklərindən belə anlaşılır ki, onların pulunu podratçı “Elektro İndustries” QSC ödəmir. Bu qanunsuzluğun arxasında isə Baba Rzayevin qardaşı Emin Rzayev dayanır.

“Azconstruction” QSC-yə gəlincə. Vergi xidmətinin məlumatlarında QSC-nin təsisçisi Əhmədov Bayram Kərim oğlu olub. Elektron mediada yayılan məlumatlara görə o, 2024-cü ilin iyuluna qədər İcbari Sığorta Bürosunun icraçı direktoru olmuş Rəşad Əhmədovun atasıdır. Hazırda, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Rəşad Əhmədovun biznes imperiyasına “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC kimi şirkətlər daxildir. Bu şirkətlər daha çox “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilən tenderlərdə qalib çıxarılaraq dövlət sifarişləri alır, ölkənin müxtəlif yerlərində işlər görürlər.

Amma apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi, bu şirkətlərin qanuni təmsilçilərinin kim olmasından asılı olmayaraq oxlar “Azərenerji” ASC-nin sədri Baba Rzayevi göstərir. Çünki, Baba Rzayevin bu QSC-lərlə uzaqdan, yaxından doğmalığı, bağlılığı olmasaydı bu şirkətlər milyonlarla dövlət sifarişlərini belə asanlıqla əldə edə bilməzdilər.

Aktualinfo.org

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56