"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı sahibkarlar tərəfindən ciddi narazılıqlar var.

Bu barədə şikayətçilər Gununsesi.info-ya bildiriblər.

Onların sözlərinə görə, qurum daxilində bəzi şöbələr vasitəsilə qida məhsullarının idxalı və ixracına nəzarət adı altında sahibkarların fəaliyyətinə maneələr yaradılır.

Onlar həmçinin yoxlamalar zamanı qərarların obyektlərə münasibətdə fərqli və şəxsi maraqlara uyğun verildiyini iddia edirlər:

“Agentlik neqativ əməllərini əsasən iki şöbəsi ilə həyata keçirir. Şöbələrdən biri ölkəyə daxil olan və xaric olan qida məhsullarının monopoliyasını idarə etmək üçündür. Bu şöbənin adı İdxal və ixraca nəzarət şöbəsidir. Ölkədən ixrac olunan məhsullara dövlət rüsumu olaraq 25 AZN qiymətində ixrac sertifikatı verilməlidir. Bu sertifikatın qeyri-rəsmi qiyməti 300-800 dollar arasında dəyişir. Ölkəyə idxal olunan məhsullara da monopoliyanı idarə etmək üçün ciddi nəzarət olunur. Hər hansı bir monopolistin sahəsinə aid olan məhsulu gətirmək demək olar mümkün deyil. Hər hansı bir sahibkar bu sahədə dirəşərsə, onun məhsulundan nümunə götürülüb AQTA-nın tabeliyindəki laboratoriyalara göndərilir. Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır.

Şöbənin ikincisi Qida zəncirinə nəzarət şöbəsidir. Bu yoxlamalara nəzarət edir. Yəni AQTA-nın müfəttişləri obyektlərdə yoxlama apararkən müstəqil hərəkət edə bilmirlər, müstəqil protokol yaza bilmirlər. Mütləq həmin şöbəyə vatsap vasitəsilə obyektin məlumatlarını – yəni adı, kimə məxsusdur, nöqsanlar nədən ibarətdir kimi məlumatlar təqdim olunur. Şöbə tərəfindən bu barədə Agentlik rəhbərliyinə qərar verilməsi üçün məlumat verilir. Bu şəkildə obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir”.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərsək də, sorğumuza cavab verilmədi.

“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…


Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC tərəfindən Goranboy, Şirvan və Sumqayıt Gənclər evlərində təmir-bərpa və digər zəruri işlərin satın alınması üzrə 24.06.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “ÇANAQÇI” Məhdud Məsuliyyətli Cəmiyyəti seşilib və tərəflər arasında 180.425,78 manat dəyərində müqavilənin bağlanılması gözlənilir.

Qeyd edək ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil. “Azəridmanservis” MMC cari ilin iyun ayından başlayaraq “ÇANAQÇI” MMC ilə 6 müqavilə bağlayıb.

“Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin binasında təmir işlərinin satın alınması üzrə 75.121,7 manat dəyərində.

Gəncə və Binəqədi Gənclər evlərində mövcud avadanlıqların təmir-bərpası və digər zəruri işlərin satın alınması üzrə 79.641,15 manat dəyərində.

Qazax Gənclər evinin mövcud infrastrukturun təmiri və digər zəruri işlərinin satınalınması üzrə 47.151,03 manat dəyərində.

Bakı Gənclər Mərkəzində mövcud infrastrukturun təmiri və digər zəruri işlərinin satınalınması üzrə 84.456,73 manat dəyərində.

Quba şəhəri “Gənclər Mərkəzi” binasında təmir və ərazisində abadlıq işlərinin satınalınması üzrə 471.099,01 manat dəyərində.

Göründüyü kimi “Azəridmanservis” MMC son üç ay ərzində “ÇANAQÇI” MMC ilə ümumi dəyəri 937 893 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Bəs “Azəridmanservis” MMC-nin işbirliyi qurduğu sözügedən şirkət haqqında nə kimi məlumatlar var.

MMC qeydiyyatdan keçmiş, lakin kütləvi media orqanlarında, geniş rəsmi hesabatlarda və ya internet üzərindəki açıq resurslarda aktiv ictimai fəaliyyəti, veb-saytı və ya böyük həcmli brend layihələri barədə geniş məlumat tapılmayan hüquqi şəxsdir.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “ÇANAQÇI” (VÖEN: 1309131011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.11.2024-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV, ev.3, m.19, qanuni təmsilçisinin isə Həsənov Elsevər Hacı oğlu olduğu qeyd edilib.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda MMC-nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyası olması barədə məlumat yoxdur.

Belə olan halda, Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC lisenziyası olmayan, maddi-texniki bazası barədə açıq mənbələrdə məlumat olmayan “ÇANAQÇI” MMC ilə ümumi dəyəri bir milyon manata yaxın olan müqavilələri hansı əsaslarla bağlayıb. Bu bir daha “Azəridmanservis” MMC-nin satınalmaların təşkili zamanı qanun pozuntularına yol verdiyini deməyə əsaslar verir və müqavilə bağladığı şirkətin arxasında gözəgörünməz qüvvələrin olduğunu təsdiq edir.

Arxasında güclü şəxslər durmasa “Azəridmanservis” MMC bir ucu Qazax-Gəncə, Goranboy, Şirvan və Sumqayıt, Quba kimi ayrı -ayrı rayonlarda təmir işlərini heç vaxt adından başqa barəsində heç bir məlumat olmayan “ÇANAQÇI” MMC-yə verməzdi.

Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynovdu. Onun bu vəzifəyə 2023-cü ildə təyin oldunduğu bildirilir. Onun, Gənclər və İdman naziri Fərid Qayıbovun yaxın adamlardan biri olduğu söylənilir.

Aktualinfo.net

Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"


Culfa rayon icra hakimiyyətinin sabiq başçısı və Naxçıvan Ali Məclisinin sabiq deputatı Ramiz Tağıyev Daxili islər naziri Vilayət Eyvazova müraciət edib.


Gununsesi.info-nun xəbərinə görə, Ramiz Tağıyev müraciətində özünün və ailə üzvülərinin təhdid edilməsi haqqında yazıb:


“Feysbuk və vatsap səhifələrimizdə agır təhqirlər , böhtanlar , təhdidlər edirlər . Bu işlər hansısa peşəkar xakerlər vasitəsilə etdirilir . Beləki , səhifələrimizə girib , status yerlərimizdə bizə qarşı çox agır ifadələr işlədirlər .


Çox hörmətli Cənab Nazir!


Sizin ədalətinizə inanaraq Sizə müraciət edirəm ; xahiş edirəm ki , göstəriş verəsiniz ki , məni və ailəmi təhqir , təhdid edənləri , böhtan atanları aşkar edib cəzalandırsınlar”.

Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO


Hər şeyin bir ölçüsü, bir həddi var. Sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan istifadə etmək, biznes qurmaq və qazanc əldə etmək təbii ki, qanun çərçivəsində hər bir sahibkarın haqqıdır. Amma sahibkarlıqla ictimai ərazinin zəbt edilməsi arasında ciddi fərq var.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Möcüzə” marketlə bağlı Bizimesr.media-ya ərazidə yaşayan sakinlər tərəfindən şikayət və videogörüntülər daxil olub.

Sakinlərin sözlərinə görə, marketin sahibi, ərazidə “Hacı Rasim” kimi tanınan şəxs mağazanın qarşısındakı və ətrafındakı ərazilərdən istifadəni getdikcə genişləndirir. Onların sözünə görə, artıq bütün səki tamamilə zəbt olunub. Marketin qarşısı, yanları və digər hissələri müxtəlif formada tutulub və ən ciddi problem isə piyada səki­sinin insanların normal hərəkəti üçün istifadəsinin faktiki mümkünsüz hala gətirib.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/sakinler-piyada-yolunu-zebt-eden-mocuze-bazarinin-sokulmesini-isteyir---bezmisik-video-23153

Videogörüntülərdə də marketin qarşısında müxtəlif məhsulların və yeşiklərin səkidə yerləşdirildiyi, nəticədə piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazinin tamamilə bağlandığı görünür.

Sakinlər bildirirlər ki, artıq piyada səkisindən istifadə etmək mümkün olmadığından məcburən avtomobillərin hərətək zolağına çıxmalı və təhlükəli vəziyyətlə üzləşməli olurlar. Bu isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün əlavə təhlükə yaradır.

Başqa sözlə, piyada üçün nəzərdə tutulmuş səki bazara çevrilib.

“50 qəpiklik yeşik 2 manata satılır” iddiası

Sakinlərin şikayətində marketdə alış-veriş edən müştərilərlə bağlı başqa bir məqam da yer alır. Onların sözlərinə görə, marketdə alış-veriş edən şəxslərə sellofan torba verilmədiyi, məhsulların daşınması üçün istifadə olunan yeşiklərin isə ayrıca satıldığı bildirilir. Sakinlər iddia edirlər ki, bəzi hallarda dəyəri təxminən 50 qəpik olan yeşiklər müştərilərə 2 manata təklif satılır.

Bəs bu vəziyyətə kim nəzarət edir?

Burada əsas məsələ artıq təkcə bir marketin fəaliyyəti deyil, söhbət insanların gündəlik istifadə etdiyi piyada səki­sindən gedir.

Biz də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə sual ünvanlayırıq:

Cənab Adil Vəliyev, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Möcüzə” marketin önündəki piyada səki­sinin bu vəziyyətə salınmasından xəbəriniz varmı? Əgər xəbəriniz varsa, bu vəziyyətə hansı əsasla yol verilir? Yox, əgər xəbəriniz yoxdursa, o zaman bu biabırçılıöa nəı zaman son qoyulacaq?

Qeyd edək ki, sakinlər piyada səkisi üzərində tikilən "Möcüzə" Bazarın tamamilə söklülməsini, piyada səkisinin bu biabrırçılıqdan təmizlənməsini aidiyyatı qurumlardan xahiş edirlər. Piyada səkisinin kimlər tərəfindən bu vəziyyətə salınması araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır deyə sakinləri bildirir.

Sakinlərin iddiaları və təqdim etdikləri görüntülər əsasında məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Bizimesr.media

“Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?


“Azərpoçt” MMC Şabran rayonunda 1 saylı poçt filialının taleyi ilə bağlı BakuNews.az-ın sorğusuna cavab versə də, qurum yenə də əsas məsələyə – filialın konkret olaraq bağlanıb-bağlanmayacağına aydın və birmənalı cavab verməyib. Rəsmi cavabda AZ1701 indeksli poçt məntəqəsində dəyişikliklərin “optimallaşdırma prosesinin tərkib hissəsi” olduğu bildirilir, xidmətlərin dayandırılmadığı vurğulanır və redaksiyanın son dövrlərdə 25 poçt filialının bağlanması barədə əldə etdiyi məlumatın həqiqəti əks etdirmədiyi qeyd olunur.

Ancaq məsələnin diqqətçəkən tərəfi bununla bitmir. BakuNews.az redaksiyasına “Siyəzən Regional Poçt filialının bağlanılan poçt şöbələrinin siyahısı” başlığı ilə əlyazma şəklində yeni məlumat təqdim olunub. Sözügedən siyahının rəsmi əmr və ya “Azərpoçt” sənədi olduğu hələ təsdiqlənmədiyindən, redaksiya onu hazırkı mərhələdə mənbədən daxil olmuş və rəsmi təsdiq tələb edən məlumat kimi təqdim edir.

Siyahıda Şabran 1 saylı poçt şöbəsi, Şabran Vağzal poçt şöbəsi, Ağalıq, Dəvəçi, Çölquşçu, Sədan, Yenikənd, Zarat və Giləzi poçt şöbələrinin adları göstərilib. Maraqlıdır ki, bunların bir hissəsinin poçt şöbəsi kimi fəaliyyəti açıq rəsmi və ictimai məlumat bazalarında da əks olunub. Şabran Rayon İcra Hakimiyyətinin məlumatında Şabran Vağzal, Dəvəçi, Çölquşçu və Ağalıq poçt şöbələri ayrıca göstərilir. Siyəzən üzrə isə Sədan, Yenikənd və Zarat poçt şöbələrinin fəaliyyəti açıq poçt məlumat bazasında qeyd olunur, Mərkəzi Bankın 2025-ci ilə aid sənədində də Siyəzən Regional Poçt Filialının Giləzi poçt şöbəsinin adı keçir.

Burada “Azərpoçt” rəhbərliyi qarşısında daha ciddi sual yaranır: əgər təqdim edilən siyahı həqiqəti əks etdirirsə, bu qədər poçt şöbəsinin fəaliyyətinin dayandırılması niyə ictimaiyyətə konkret rəqəmlərlə açıqlanmır? Əgər siyahı yanlışdırsa, qurum bunu da adbaad təkzib edə bilər: hansı şöbə bağlanmayıb, hansı hazırda fəaliyyət göstərir, hansında sadəcə struktur dəyişikliyi aparılıb?

“Optimallaşdırma” ifadəsi özü-özlüyündə poçt şöbəsinin qapısının açıq və ya bağlı olması barədə cavab deyil. Sakin üçün əsas məsələ idarəetmə terminologiyası yox, sabah məktubunu, bağlamasını, ödənişini və digər poçt xidmətlərini öz yaşayış yerində əldə edib-edə bilməyəcəyidir.

Üstəlik, “Azərpoçt” əvvəlki cavabında 25 filialın bağlanması barədə məlumatı inkar etsə də, faktiki olaraq neçə filialın və neçə poçt şöbəsinin optimallaşdırıldığı, neçə məntəqənin fəaliyyətinin dayandırıldığı və neçə əməkdaşın ixtisara düşdüyü barədə konkret statistika açıqlamayıb. Məhz bu səbəbdən mübahisə “25 rəqəmi doğrudurmu?” sualından daha genişdir.

BakuNews.az olaraq “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Manaf Babayevdən növbəti dəfə konkret cavab gözləyirik: Şabran 1, Şabran Vağzal, Ağalıq, Dəvəçi, Çölquşçu, Sədan, Yenikənd, Zarat və Giləzi poçt şöbələrindən hansının fəaliyyəti dayandırılıb, hansının dayandırılması planlaşdırılır və hansının fəaliyyəti davam edir?

Əgər söhbət doğrudan da yalnız “optimallaşdırmadan” gedirsə, bunu sübut etməyin ən sadə yolu həmin şöbələrin hazırkı statusunu, müvafiq qərarları və tarixləri ictimaiyyətə açıqlamaqdır. Rəqəmlər və sənədlər açıqlanmadıqca “optimallaşdırma” ilə “bağlanma” arasındakı fərq sakinlər üçün kağız üzərində qalacaq.

BnTv.az

“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA



Redaksiyamıza müraciət edən vətəndaş Binəqədi rayonu ərazisində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsində avtomobilinə sifariş etdiyi məbləğdən daha az yanacaq vurularaq aldadıldığını bildirib.
Şikayətçinin sözlərinə görə, avtomobilinə 30 manatlıq yanacaq sifariş edib. Yanacaq sayğacındakı məbləğ 23 manatı keçdikdən sonra operator sayğacın qarşısına keçərək boş siqaret qutusunu yanacaqdoldurma aparatının avtomat mexanizminin yerləşdiyi hissəyə daxil edib və yanacağın vurulmasını dayandırıb.
Vətəndaş bildirir ki, həmin anda operator bədəni ilə sayğacın ekranının qarşısını kəsib, aparatın kalkulyatoruna yenidən 30 manat daxil edib və nəticədə 24 manat 75 qəpikdə dayanan göstərici ekranda 30 manatla əvəzlənib.
Şikayətdən sonra Patrul.az əməkdaşları məsələni yerində araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə sözügedən yanacaqdoldurma məntəqəsinə yollanıblar.
Məntəqənin əməkdaşları açıq çəkiliş zamanı ünvanlanan suallara cavab verməkdən imtina edərək yalnız kamera söndürüldükdən sonra danışacaqlarını bildiriblər. Açıq çəkiliş dayandırılsa da, gizli çəkiliş davam etdirilib.
Məhz bundan sonra maraqlı mənzərə ortaya çıxıb. Kamera qarşısında danışmaq istəməyən əməkdaşlar çəkilişin dayandırıldığını düşünərək vətəndaşın səsləndirdiyi faktları təsdiqləyib və baş verənləri etiraf ediblər. Həmin etiraflar Patrul.az-ın apardığı gizli çəkilişdə qeydə alınıb.
Qeyd edək ki, yanacağın vurulması və sayğac göstəricisinin dəyişdirilməsi anı Patrul.az tərəfindən lentə alınmayıb və hadisənin bu hissəsi şikayətçinin təqdim etdiyi məlumatlara əsaslanır. Lakin sonradan məntəqə əməkdaşlarının məsələ ilə bağlı etirafları gizli çəkilişdə öz əksini tapıb.

İnsanların haqqına girmək artıq bu qədərmi rahatlaşıb?

Məsələnin ən narahatedici tərəfi təkcə bir vətəndaşın 5 manat 25 qəpik məbləğində az yanacaq aldığını bildirməsi deyil. Əsas sual budur: əgər belə bir üsul həqiqətən tətbiq edilirsə, bu, yalnız bir dəfə və yalnız bir müştəriyə qarşı baş verib?
Gün ərzində yüzlərlə avtomobilin daxil olduğu yanacaqdoldurma məntəqəsində hər müştərinin sayğaca saniyə-saniyə nəzarət etməsi mümkün deyil. İnsan yanacaqdoldurma məntəqəsinə daxil olaraq pulunu ödəyirsə, qarşılığında ödədiyi məbləğ qədər yanacaq alacağına inanır. Bu etimaddan sui-istifadə etmək isə sadəcə bir neçə manatlıq məsələ kimi qiymətləndirilə bilməz.
Hadisə eyni zamanda “X Petrol” rəhbərliyinin məntəqələrdəki nəzarət mexanizmi ilə bağlı ciddi suallar yaradır. Operator belə bir hərəkəti necə və hansı arxayınlıqla edə bilir? Məntəqədə işçilərin fəaliyyətinə nəzarət edilirmi? Aparatlara və həyata keçirilən satış əməliyyatlarına rəhbərlik tərəfindən hansı formada nəzarət olunur?
Daha ciddi bir sual da cavab gözləyir: baş verənlər ayrı-ayrı əməkdaşların özbaşınalığıdır, yoxsa bu prosesdən məntəqənin və ya şirkətin hansısa rəhbər şəxslərinin məlumatı var?
Patrul.az hazırda rəhbər şəxslərin bu işdə iştirak etdiyini təsdiqləyən fakt təqdim etmir. Buna görə də onların əlinin olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra müəyyən edilə bilər. Lakin məntəqə əməkdaşlarının gizli çəkilişdə qeydə alınan etirafları fonunda bu sualın araşdırılması zəruridir.
Əgər bir müştərinin haqqına bu formada girilibsə, digər müştərilərlə bağlı vəziyyət necədir?
Patrul.az aidiyyəti dövlət qurumlarını “X Petrol”un sözügedən yanacaqdoldurma məntəqəsində ciddi yoxlama aparmağa, yanacaq aparatlarının göstəricilərini və texniki vəziyyətini, satış əməliyyatlarını, mövcud kamera görüntülərini və işçilərin fəaliyyətini araşdırmağa çağırır.
İnsanların halal qazancından ödədiyi pulun qarşılığında ona çatmalı olan məhsuldan kəsmək adi hal kimi qəbul edilə bilməz. Vətəndaş 30 manat ödəyirsə, 30 manatlıq yanacaq almalıdır.

Patrul.az

“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb


Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “Citomed”in bağlı olduğu “Citomed” MMC-nin (VÖEN – 4401388761) dövlət büdcəsinə vergi borcu son 5 ayda 3 dəfəyə yaxın artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Citomed” MMC-nin 8 aprel 2026-cı il tarixinə olan vergi borcu 12 min 286 manat 81 qəpik olduğu halda, bu günə (2 sentyabr 2026) olan məlumata görə, bu göstərici artıq 32 min 177 manat 96 qəpiyə çatıb.
Məlumat üçün bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan “Citomed” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Quliyeva Elnarə Nəbi qızıdır.
MMC qeydiyyata alınan zaman hüquqi ünvanı Qəbələ rayonunun Tüntül kəndində yerləşib və ilk qanuni təmsiçisi də Xitilov Babək Mehman oğlu olub. Hal-hazırda MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, m. 55-də yerləşir.

Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:

“19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Nazim Eynallı,

“7 №-li Yol İstismarı” MMC – direktoru Məzahir Əliyev,
“16 №-li Yol İstismarı” MMC – direktoru Aqil Niftalıyev,
“18 №-li Yol İstismarı” MMC – direktoru Ərrəhman Əhmədov,
“19 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Həsənov,
“21 №-li Yol İstismarı” MMC – direktoru İlham Əzizli,
“22 №-li Yol İstismarı” MMC – direktoru Pünhan Ağamalıyev,
“39 №-li Yol İstismarı” MMC – direktoru Aydın Cəfərov,
“5 №-li Magistral Yolların İstismarı” MMC – direktoru Arif Abbasov.
Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib. Həmçinin 10, 11, 12, 13, 15, 20, 33, 45, 50 nömrəli Yol İstismarı MMC-lər, eləcə də “6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC də ləğv olunub.

Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...


Masazır qəsəbəsi, Nizami küçəsində qanunsuz tikinti işləri aparılır.

Mediaxeberleri.Az-a daxil olan məlumata görə, ərazidə təxminən 20-yə yaxın işçinin heç bir təhlükəsizlik geyimi və qoruyucu vasitə olmadan təhlükəli şəraitdə işləyir. Ərazidə aparılan video çəkilişdən tikinti texnikalarının yol örtüyünə zərər vurduğu da görünür. Üstəlik, ərazidə tikintinin kimə məxsus olduğunu və hansı əsasla aparıldığını göstərən məlumat lövhəsi də yox idi. Cavabdeh şəxsi soruşduqda əvvəlcə onun ərazidə olmadığı bildirildi. Bir qədər sonra özünü məsul şəxs kimi təqdim edən bir nəfər gəldi.

İşçilərin təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşduqda isə “Heç nə olmaz, guya nə qanunidir ki?” cavabını verdi.

Suallarımıza cavab vermək əvəzinə əraziyə gəlməyimizin qanunsuz olduğunu iddia edən şəxs daha sonra telefonunu uzadaraq dedi:

“Götür, İsrail bəylə danış”. Biz isə onun kim olduğunu soruşduqda “Siz İsrail bəyi niyə tanımırsınız?” cavabını aldıq. İsrail bəyin əraziyə gəlib suallara cavab verməsini istədikdə isə “Gələ bilməz” deyildi.

Burada suallar yaranır:

İsrail bəy kimdir?

Hansı vəzifəni tutur?

Nəyə görə biz onu tanımalıyıq?

İsrail adlı iş adamı Bakını Qəzza zolağına çevirən bir sahibkardır. Onun Bakı Şəhər İcra Hakimiyyətindən Riad Qasımov, Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” adlı şəxslə yaxın münasibətləri olduğu deyilir. Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik. Onu da bildirək ki Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitextura Komitəsi ilə dil tapan bu şəxsin qanunsuz obyektlərinin taleyi qaranlıqdır.

Çünki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin bu günlərdə mediaya verdiyi açıqlamada qəti mesaj var idi:

“Təhlükəli özbaşına tikililərin rəsmiləşdirilməsi hətta məhkəmə yolu ilə də mümkün deyil”

Azərbaycanda vəkil cərimələndi


Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.

Bundan başqa, “Vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən kargüzarlığın aparılmasına dair” Təlimat müzakirə olunub. Həmçinin vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2026-cı ildə hüquqi yardım göstərilməsi ilə bağlı yarımillik statistik hesabat təhlil edilib.

Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56