Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...




Baku olunan fərdi həyət evləridir. Bu tendensiya uzun illər evsizlikdən əziyyəöt çəkən vətəndaşların birtəhər kirayəçilikdən canını qurtarmaq istəkləri ilə əlaqələndirilir. Mərkəzdən aralı yerlərdə fərdi evlərin tikintisi çox müddət çəkmir və diqqətdən uzaq olur. Lakin fərqli olaraq paytaxtın mərkəzi rayonlarında sıxlığın fonunda qanunsuz inşa olunan tikililər bir qayda olaraq qeyri-yaşayış obyektləridir. Kifayət qədər izdihamlı yerlərdə, göz önündə tikilən bu obyektlərin başa çatdırılması uzun vaxt çəkir. Bir sözlə, aidyyati qurumların belə özbaşınalıqları görməməsi qeyri-mümkündür.


Yasamal rayonunun Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi – 5 ünvanda çoxmərtəbəli binanın qarşısında, binaya bitişik tikili inşa olunmaqdadır. Tikilinin ilk olaraq nəzəri cəlb edən cəhəti binanın həyətinin torpağının qazılaraq dərinləşdirilməsi və gələcək obyektin əhatə edəcəyi sahənin üstünün dəmir çardağla örtülməsi və binanın birinci mərtəbəsinin pəncərələrini gün işığından məhrum etməsidir. Bundan əlavə, tikilməkdə olan qeyri-yaşayış obyektində və binada gələcəkdə yanğın və ya hansısa başqa fövqəladə hadisə baş verərsə, hilasedicilərin hərəkətinə yer qalmayacaq. Təhlükə vəd edən bu naqislik yerində çəkilişı aparmış əməkdaşlarımızın qeydə aldıqları video-materialda da aşkar görünür.


İnşaat normalarına qətiyyən uyğun gəlməyən bu qanunsuz tikili həm də əvvəllər yerində olmuş ağacların məhv edilməsi hesabına başa gəlmişdir. Sakinlər bildirirlər ki, ərazidə 10-dan çox ağac kəsilmişdir. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara və eləcə də Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərsək də, adresatların reaksiyası özünü ləngidir. Sözügedən ünvana daha yaxın olan RİH isə ümumiyyətlə özbaşınalığın qarşısını almağa maraqlı görünmür.


Nyus.Az

'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"


"31.08.2026 tarixində saat 09:00-dan 11:30-a qədər — tam 2 saat 30 dəqiqə — klinikanızda heç bir əsaslı səbəb olmadan növbədə gözlədilmişəm..."
Bu barədə Sağlam Ailə klinikasının rəhbərliyinə ünvanlanmış müraciətdə giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Baş verənləri ardıcıllıqla qeyd edirəm:
1. Əvvəlcə qeydiyyat üçün 4-cü mərtəbəyə yönləndirildim. Orada Visa kartı üzrə check-up-a aid 50% endirimdən istifadə edəcəyimizi açıq şəkildə bildirdik. Qeydiyyat işçisi telefonu alıb endirimə baxdı, lakin bunu sənədə qeyd etmədi.
2. Bundan xəbərsiz olaraq təxminən 1 saat gözlədik. Kassaya düşdükdə kassir sənədin səhv tərtib olunduğunu bildirdi və bizi yenidən girişdəki qeydiyyata göndərdi.
3. Qapıdakı qeydiyyatda isə vəziyyəy daha pisdi xanım işi bilmir qeydiyyat ilə kassa arasında 4 dəfə get-gəl etmək məcburiyyətində qaldım. Hər dəfə yeni bir səhv üzə çıxdı: bir dəfə ümumi qan analizi sənədə salınmamışdı, digər dəfə D vitamini testi yazılmamışdı.
4. Səhv yalnız 2 saat 30 dəqiqədən sonra düzəldildi.
Qeyd etmək istəyirəm ki, analizlərə görə ac-susuz gəlmişdim və iş yerimdən yarım saatlıq icazə götürmüşdüm. İşçilərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından həm iş vaxtımı itirdim, həm də ciddi stress və əsəb gərginliyi yaşadım.
Bu, təsadüfi bir nöqsan deyil — qeydiyyat və kassa arasında işin təşkilində sistemli problemin göstəricisidir.
Şikayət etsək də, "menecer" adi ilə uşağı göndəriblər, axırda məlum olur ki, hansısa şöbədə mütəxəssisdir. Çox rəzil bir durum!"("DİA-AZ")

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkek şəhərində sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

09:34

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR


Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb.

Bəs pensiyalardakı bu artım vətəndaşların sosial rifahına nə dərəcədə təsir edir? Mövcud məbləğlər hazırkı yaşayış xərcləri fonunda kifayət edirmi?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, bu artım müsbət haldır:

“Lakin nəzərə almaq lazımdır ki, orta pensiya bütün pensiyaçıların məhz bu məbləği aldığı anlamına gəlmir. Hazırda minimum pensiya 320 manatdır və pensiyaların əhəmiyyətli hissəsi orta göstəricidən aşağıdır. Eyni zamanda, müxtəlif dövlət vəzifələrində və yüksək əməkhaqqı olan sahələrdə çalışmış vətəndaşlar daha yüksək pensiya alırlar. Nəticədə yüksək və aşağı pensiyaların ümumi riyazi ortalaması 594 manat 40 qəpik təşkil edir. Hazırda orta aylıq əməkhaqqının 1000 manatdan yüksək olduğunu nəzərə alsaq, orta əməkhaqqı ilə orta pensiya arasındakı fərqin azalması məqsədəuyğun olardı. Bu, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərə bilər”.

İqtisadçı bildirib ki, pensiyaların artımını qiymətləndirərkən yalnız nominal artıma deyil, ərzaq, dərman, qeyri-ərzaq məhsulları, yanacaq və digər zəruri xərclərin qiymətlərindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır:

“Əgər qiymət artımı pensiyaların artım tempini üstələyirsə, nominal artımı əhalinin real rifahının yüksəlməsi kimi qiymətləndirmək mümkün deyil. Bu baxımdan sosial rifahın yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə minimum əməkhaqqının 400 manatdan 660 manata, yəni orta aylıq əməkhaqqının təxminən 60 faizinə qədər artırılması məqsədəuyğun olardı. Eyni zamanda, pensiya yaşında olan vətəndaşların pensiyalarının minimum əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması vacibdir”.

Ekspertin sözlərinə görə, hazırda aylıq istehlak səbətinin təxminən 300 manat səviyyəsində müəyyənləşdirilməsi real xərcləri tam əks etdirmir:

“Mövcud qiymətləri nəzərə alsaq, bir nəfərin minimum səviyyədə yaşaması üçün zəruri xərclərin təxminən 600 manat civarında qiymətləndirilməsi daha real görünür. Buna görə də həm minimum pensiyanın, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Digər tərəfdən, minimum əməkhaqqı ilə çalışan bəzi vətəndaşlar özəl müəssisələrdə əmək müqaviləsində göstəriləndən əlavə gəlir əldə edir və bu vəsait müəyyən hallarda nağd şəkildə ödənilir. Bu isə vergidən yayınma hallarına səbəb ola bilər.

Bütün hallarda orta pensiya məbləğinin artması müsbət göstərici olsa da, onun vətəndaşların gündəlik həyatına real təsirini qiymətləndirmək üçün qiymət artımının səviyyəsi də nəzərə alınmalıdır. Buna görə də həm minimum pensiyanın artırılması, həm də istehlak səbətinin hesablanması mexanizminə yenidən baxılması vacibdir”.

Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...


Nabranda “Palermo” adlı klubda göstərilən xidmət və qiymətlərlə bağlı sosial şəbəkədə narazılıq ifadə olunub.
Bu barədə Nigar Əmirbəyova sosial media hesabında paylaşım edib.
O, paylaşımında obyektin müştərilərə təqdim etdiyi hesabda depozit məbləğinin göstərilməsini və masaya təqdim olunan məhsulların qiymətlərini tənqid edib. Nigar Əmirbəyova xüsusilə qarpızın qiymətinə diqqət çəkərək, onun 35 manata hesablandığını bildirib. Xanım Əmirbəyova təqdim olunan qarpızın vəziyyətinin də qənaətbəxş olmadığını iddia edib.

“Camaatı yoxlamağın məncə son stadiyası...” ifadəsi ilə başlayan paylaşımda hesabın içində depozit məbləğinin göstərilməsi də sual altına alınıb.
Müəllif eyni zamanda Nabranın “Palermo” klubunu və ümumilikdə turizm obyektlərini xidmət səviyyəsinə görə tənqid edərək, restoran, kafe və klublara nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Paylaşımda, həmçinin, turizmin inkişafından danışıldığı halda bəzi obyektlərdə müştəriyə göstərilən xidmət və qiymət siyasətinin narazılıq doğurduğu qeyd olunub.

Bizimesr.media

Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...


Vətəninfo.az-ın redaksiyasına Naxçıvan Muxtar Respublikası Babək rayonunun tanınmış təhsil ocaqlarından olan Sirab kənd tam orta məktəbində son illər baş verən qanunsuzluqlar, özbaşınalıqlar və ciddi hüquqpozmalarla bağlı məlumatlı mənbələrdən şokeedici iddialar daxil olub.
İllərdir yüksək nəticələri və nümunəvi nizam-intizamı ilə seçilən məktəbin bu gün yarıtmaz idarəçilik ucbatından anarxiya və zorakılıq mərkəzinə çevrildiyi bildirilir.
Mənbənin iddiasına görə, məktəb rəhbərliyinin şagirdlərə qarşı tətbiq etdiyi fiziki şiddət artıq idarəolunmaz həddə çatıb və bir çox insidentlər polisin müdaxiləsi ilə nəticələnib.
Daxil olan məlumatda qeyd olunur ki, direktorun təzyiqlərinə dözməyən məktəblilərin etirazları zamanı ciddi vandallıq halları yaşanıb: direktorun döydüyü şagirdlərdən biri qəzəbindən məktəbin həyətindəki şam ağaclarını və elektrik dirəklərini yerindən çıxarıb. Başqa bir halda isə attestat verilməməsi və döyülməsi səbəbindən şagird bir neçə sinif otağının qapısını sındıraraq etirazını bildirib.

Məlumatda həmçinin ötən il dərslər zamanı yuxarı sinif şagirdləri arasında baş verən bıçaqlı dava məsələsinin də ört-basdır edildiyi iddia olunur. İddiaya görə, insidentdə adı keçən şagirdlərdən birinin məhz dərs hissə müdirinin xalası oğlu olması məsələnin tez-tələsik barışıqla bağlanmasına səbəb olub.
Bundan əlavə, məktəbə adı verilən şəhid Nüsrət Məmmədovun xatirəsinə hər il mayın 18-də keçirilən anım tədbirinin son 4 ildə keçirilmədiyi, əvəzində isə anım günündən bir gün sonra direktor və dərs hissə müdirinin özlərinə təntənəli ad günü təşkil etdikləri bildirilir. Müəllimlərdən bu məqsədlə məcburi pul yığıldığı və pulların bölgüsündə narazılıq yarandığı da iddialar arasındadır.
Redaksiyamıza daxil olan son məlumata görə, iyun ayının sonunda direktorun yenə bir şagirdə qarşı tətbiq etdiyi fiziki şiddət böyük insidentlə nəticələnib.
Döyülən şagirdin qəzəbi nəticəsində məktəb daxilində Ulu Öndər Heydər Əliyevin şəklinin olduğu şərəf lövhəsinin dağıdıldığı, sinif qapılarına vurulan şəhid şəkillərinin qoparılaraq yerə atıldığı bildirilir. Hadisə zamanı dərs hissə müdirinin ölkədə olmadığı qeyd olunur.

Mənbə həmçinin məktəbdə əmək hüquqlarının pozulduğunu, gecə nəzarətçilərinin qanunsuz olaraq saat 18:00-dan axşam saat 02:00-dək işlədildiyini, nəticədə saat 02:00-dən səhərə qədər məktəb binasının nəzarətsiz qaldığını vurğulayır.
Valideynlərin və ictimaiyyətin ciddi narahatlığına səbəb olan bu iddialarla bağlı Naxçıvan Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışacağıq. Mövzu diqqətimizdədir.

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar


Bir neçə gün əvvəl Tribuna.az DİM rəhbərliyinin dəyişdiriləcəyi və Məleykə Abbaszadənin yerinə ADNASU-nun rektoru Rüfət Əzizovun gətiriləcəyi barədə xəbər yaymışdı.

Bildirək ki, həmin xəbərdə Abbaszadəınin yaşının nəzərər alaraq, pensiyaya göndəriləcəyi qeyd edilmişdi. Təyinatın yaxın günlərdə reallaşacağı vurğulanırdı.

Qeyd edək ki, bu məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə fəallarından olan və vaxtıyla Təhsil İnstitunda çalışmış Könül Aydın Rüfət Əzizov haqqında iddialar səsıləndirib.

Onun iddiasına görə, DİM-in rəhbərliyinə gətirilməsi gözlənilən Əzizovun Fətullah Gülənlə əlaqəsi var. “Amandır, etməyin. Bir ölkəyə zərrəcə hörmətiniz varsa, etməyin. Bu gəlsə, ölkəni Fətullah Gülənin şəbəkəsi tamamilə idarə edəcək. Mətaha da döndərməyin, adi bir korrupsionerdir”.

Könül Aydın özünün sosial şəbəkə hesabında yazıb ki, Əzizov Təhsil İnstitutunda direktor olduğu müddətdə MİQ imtahanları tamamilə keçdi kurs idarəçilərinin əlinə. “Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin ediləndə mən həmin institutda Əlavə təhsilin məzmunu şöbəsinin müdiri idim. MİQ imtahanının aparılmasında iştirak edirdim. Həmin il gördüm ki, çöldə nə qədər tanınmış kurs var, hamısının məsul işçiləri bunkerdədirlər imtahan testlərini hazırlayırlar. İmtahandan sonra Şamaxıya dincəlməyə getdik. Onda elə o kurs adamlarının önündə Rüfət Əzizova dedim ki, bu bazar adamları niyə imtahan suallarını yazırlar. Mən bu instituta gələndə məni inandirmışdılar ki, biz təhsili korrupsiyadan təmizləmək üçün gəlmişik, mən də burada şöbə müdiri olmağa razılıq vermişdim. Fəaliyyətim müddətində köhnə korrupsionerlərə qarşı sərt idim, onlar tələblərimə dözməyib ya işdən gedir, ya da yaramazları özüm işdən çıxarırdım. Belə çıxır ki, mən o köhnə korrupsionerlərin günahına batmışam. Nə fərqi vardı – o korrupsionerlər, yoxsa bu bazar adamları?”

Təhsil İnstitutunun keçmiş əməkdaşı daha sonra bildirib ki, bu çıxışı zamanı Rüfət Əzizov “lal və kar” kimi susub, bir kəlmə də cavab verə bilməyib. “Nəzakət Mehtiyeva oturduğu yerdə ölmüş, Nurlan İsmayılbəyli başı ilə sözlərimi təsdiq edirdi. Bu hadisəni burada çox adam xatırlayar. Böyük kollektiv qarşısında çıxış etmişdim. Nəzakət Mehtiyeva Şamaxıdakı bu toplantıdan öncə – Bakıda öz iş otağında mənə kurs rəhbərlərinin MİQ imtahanında iştiraklarını belə əsaslandırmışdı: “Onlar çöldə qalanda müəllimləri üstümüzə qaldırıb ETN qarsisunda aksiya keçirir, Feysbukda paylaşmalar edərək ajiotaj yaradırlar”. Hətta demişdi ki, iki kurs rəhbərini bu təxribata görə otağına çağırmışdı, onlar da onun gözü önündə bir-birlərini pis söyüşlərlə təhqir edərək, bir-birlərinin üzlərinə tüpürmüşdülər. Ona görə də ikisi də indi bunkerdə idilər”.

Könül Aydın daha sonra yazıb ki, həmin dönəmdən bəri imtahandan sonra səs çıxmır. “Diqqət edin, artıq neçə ildir, görün imtahandan sonra səs çıxırmı?! Demək, elə o vaxtdan MİQ kurslar arasında bölüşdürülüb. Bütün kurslar böyük güclərə məxsusdur. Allah qorusun, onlar mənə bir daha nəsə etmək istəyərlər. Biləsiniz. Baxın da”.

O yekunda Əzizov haqqında başqa məlumatlar da paylaşıb. Könül Aydın yazıb: “AGMA Rüfət Əzizovun idarəçiliyindən niyə alındı? Rüfət Əsədzadə niyə ölkədən qaçdı? Dövlət qurumları araşdırsınlar. Rüfət Əsədzadə bir trol qrupunu da idarə edirdi. Bu axmaqlar məni də oraya daxil edib vəzifə və yüksək məbləğdə xidmət haqqı təklif edirdilər. Görün nə qədər səfeh və beyin yerində hörümçək toru – Fətullah Gülənin şəbəkə siyasəti olan adamdırlar ki, hamını özləri kimi zənn edirlər. Qrupdan çıxıb nümayəndələrinə dedim ki, get, mənim adımdan bunların üzünə tupür.

Bu biabırçılıqlar gözümüzün önündə baş verdi. Ürəyimiz bulanır. Belə təbliğatlar aparmayın, xahiş edirik. Korrupsionerlerin , merkantil şəbəkə, təriqət adamlarının bir qurumu lokal olaraq idarəsinə birtəhər dözürük, övladlarımızın gələcək dünyasını tamamilə verməyin bunların əlinə!

Bununla işləyib tanımışam, əminliklə yazıram”.

Tribuna.az

Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir



Yasamal rayonunda yerləşən 98 saylı dövlət uşaq bağçası ilə bağlı son dərəcə ciddi iddia sosial şəbəkədə ictimailəşdirilib. Elnurə Abuşova adlı sosial şəbəkə istifadəçisinin açıq paylaşımında bildirilir ki, ailə övladını təxminən bir həftədir sözügedən dövlət bağçasına göndərir və bundan sonra uşağın davranışında qeyri-adi dəyişikliklər müşahidə olunub.

Paylaşım müəllifinin sözlərinə görə, ailə yaranmış şübhələrdən sonra uşağa analiz verdirib və analiz nəticəsində uşağın qanında psixotrop təsirə malik dərman maddəsinin aşkarlandığı bildirilib.

Məsələ artıq sadəcə şifahi məlumat deyil — azyaşlı ilə bağlı belə ağır iddia sosial şəbəkədə açıq şəkildə ictimailəşdirilib və Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin adı çəkilərək məsələyə müdaxilə tələb olunub.

Lakin hazırda əsas məsələ tibbi analiz sənədinin araşdırılmasıdır. Analiz nəticəsinin əsli, hansı maddənin müəyyən edildiyi, onun konsentrasiyası, analizin hansı tibb müəssisəsində və nə zaman aparıldığı hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Əgər araşdırma nəticəsində azyaşlıya valideyninin xəbəri və həkim göstərişi olmadan hər hansı psixotrop və ya sakitləşdirici preparatın verilməsi təsdiqlənərsə, ortaya olduqca ağır suallar çıxacaq: uşağa dərmanı kim verib, hansı məqsədlə verib, bağça rəhbərliyinin bundan xəbəri olubmu və dövlət bağçasında belə preparat ümumiyyətlə necə peyda olub?

Digər tərəfdən, 98 saylı dövlət uşaq bağçasının üzərinə belə ağır ittiham qoyulduğu üçün müəssisənin mövqeyi də alınmalı, iddianın həqiqətə uyğun olub-olmadığı rəsmi araşdırma ilə müəyyən edilməlidir.

Azyaşlının sağlamlığından söhbət gedirsə, məsələni “araşdırarıq” deyib uzatmaq olmaz. Kamera görüntüləri qorunmalı, uşağın bağçada təmasda olduğu şəxslər müəyyənləşdirilməli, tibbi analiz ekspertizadan keçirilməli və nəticə ictimaiyyətə açıqlanmalıdır.(Bntv.az)

Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?


Peşə təhsili haqqında danışanda qarşıya həmişə böyük hədəflər qoyulur: əmək bazarına uyğun kadr hazırlığı, müasir peşələr, güclü maddi-texniki baza, praktiki bacarıqlar və işə hazır məzunlar.

Bəs bütün bu vədlərin qarşılığında real vəziyyət necədir?

Peşə təhsilinin ən böyük problemi, bəlkə də, məhz burada başlayır: kağız üzərində hər şey var, amma praktiki nəticə nə qədərdir? Peşə məktəbində aşpaz hazırlanırsa, tələbə, həqiqətən, mətbəxdə işləyərək öyrənirmi? Avtomobil ustası yetişdirilirsə, onun real avtomobil üzərində işləməsi üçün şərait yaradılıbmı? Elektrik, qaynaq, mexanika və digər ixtisaslarda tələbə müasir avadanlıqla praktiki məşğələ keçir, yoxsa yenə də əsas yük nəzəri dərslərin üzərində qalır?

Çünki peşə təhsilinin mahiyyəti yalnız dərs keçmək deyil. Peşə təhsili tələbənin əlinə peşə verməkdir. Əgər tələbəyə lazım olan avadanlıq, material və praktiki imkan yaradılmırsa, onda verilən diplom həmin gəncin əmək bazarında real bacarığını nə dərəcədə təmin edə bilər?

Burada isə daha ciddi suallar meydana çıxır.

Peşə təhsilinin inkişafı üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılıb?

Bu vəsait hansı layihələrə yönəldilib?

Avadanlıqların alınması üzrə satınalmaları kimlər həyata keçirib?

Tenderləri hansı şirkətlər qazanıb?

Alınan avadanlıqlar bu gün peşə məktəblərində faktiki istifadə olunurmu?

İstehsalat və praktiki təlim üçün nəzərdə tutulan materiallar tələbələrə tam həcmdə çatdırılırmı?

Və ən mühüm sual:

Bu xərclərin sonunda əmək bazarına nə qədər hazırlıqlı mütəxəssis çıxır?

Çünki milyonlarla vəsait xərcləmək öz-özlüyündə uğur göstəricisi deyil. Yeni bina tikmək nəticə deyil. Avadanlıq almaq nəticə deyil. Təlim keçirmək də nəticə deyil. Nəticə həmin avadanlığın arxasında dayanaraq peşə öyrənən tələbədir. Nəticə məzunun iş tapa bilməsidir. Nəticə işəgötürənin “bu məzun peşəsini bilir” deməsidir.

Əgər bütün bunlar ölçülmürsə, onda ortaya haqlı bir sual çıxır:

Bəs görülən işlərin səmərəliliyini kim və necə qiymətləndirir?

Peşə Təhsili üzrə Dövlət Agentliyi cəmiyyətə yalnız görülən işlərin siyahısını deyil, onların nəticələrini də təqdim etməlidir.

Hansı layihəyə nə qədər pul ayrılıb? Nə alınıb? Kim alıb? Nə qədər müddətə həyata keçirilib? Nə vəd edilib? Və bu gün həmin layihənin nəticəsi nədir?

Bu suallar cavablandırılmadan “peşə təhsilində inkişaf gedir” demək kifayət deyil. Çünki dövlət vəsaiti xərclənirsə, onun qarşılığında ölçülə bilən nəticə də olmalıdır. Peşə təhsilində artıq təqdimatların, tədbirlərin və layihələrin sayını deyil, tələbənin əlinə keçən real peşəni ölçmək zamanıdır. Pul xərclənir. Layihələr həyata keçirilir. Avadanlıqlar alınır.

Bəs bütün bunların sonunda:

Nəticə haradadır?

Tehsilmedia.com

Xəbər lenti

Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23