Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.

Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 33 il ötür.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 sakini isə girov götürüblər. Hücum zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.

Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.

Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma


"Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan "Crystal Beton" QSC-nin dövlətə yenidən külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin borucu hazırda 163037.07 AZN təşkil edir.

Eləcə də sözügedən ASC-yə daxil olan CRYSTAL PEN" QSC də dövlətə böyük miqdarda borclanma. Bu sözügedən şirkətin hazırda vergi borcu 83508.57 AZN təşkil edir.

CRYSTAL PLATES" Məhdud Məsuliyyətli Cəmiyyətimin də külli miqdarda vergi borcu mövcuddur. Şirkətin 474924.82 AZN borcu var.

Qeyd:

"Crystal Beton" QSC, "Crystal Group of Companies" ASC-nin tərkibində fəaliyyət göstərən və "Kristal" brendi ilə əlaqəli olan müəssisədir. Şirkətin Binəqədi, Yasamal və Keşlə ərazilərində zavodları mövcuddur və əsasən qrup daxilindəki tikinti layihələrinin beton tədarükünü təmin edir.

"Crystal Pen" "Kristal" brendi və "Crystal Group of Companies" ASC-nin tərkibinə daxil olan müəssisələrdən biridir.

Həmçinin CRYSTAL PLATES" Məhdud Məsuliyyətli Cəmiyyəti də bu ASC-yə daxildir.

Bu şirkət əsasən "Kristal" layihələrində istifadə olunan fasad lövhələrinin, şüşə və digər dekorativ tikinti materiallarının tədarükü və istehsalı üçün yaradılmışdır.

Xatırladaq ki, Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev 2024-cü ilin fevral ayından etibarən "Crystal Group of Companies" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, eyni zamanda atasının rəhbərlik etdiyi "Azəraqrartikinti" ASC-də sədr müavini və yaşayış binalarının inşası ilə məşğul olan "Kristal Bakı" ASC-nin əsas payçılarından biridir. Pərviz Vəliyev bu vəzifələr vasitəsilə qrup daxilindəki beton, plastik qapı-pəncərə istehsalı və tikinti layihələrinə ümumi rəhbərliyi həyata keçirir.

Mətbuatda yayılan araşdırmalara və iddialara əsasən, "Crystal Group of Companies" ASC (o cümlədən "Kristal Abşeron" layihələri) Milli Məclisin deputatı Ağalar Vəliyevə və onun ailə üzvlərinə məxsus biznes şəbəkəsinin bir hissəsi hesab olunur. Mətbuatda yayılan məlumatlara görə, rəsmi sənədlərdə qrupun tərkibindəki "Kristal Bakı" ASC-nin 50% səhmdarı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev kimi göstərilsə də, media resursları bu nəhəng holdinqin birbaşa deputatın himayəsində olduğunu bildirir.(32gun.az)

"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...


Bakı şəhərinin Naxçıvani küçəsində yerləşən "Mahal MTK”ya məxsus yaşayış binaları ilə bağlı ciddi narazılıqlar səngimir. Sakinlərin iddialarına görə, binalar illərdir faktiki yaşayış üçün istifadə olunsa da, hələ də rəsmi olaraq istismara qəbul edilməyib.
Ən böyük problemlərdən biri — istismara qəbul aktının olmamasıdır. Bu səbəbdən mənzil sahibləri çıxarış (kupça) ala bilmir, nəticədə isə nə mülkiyyət hüquqlarını tam təsdiq edə, nə də həmin ünvan üzrə qeydiyyata düşə bilirlər. Bu isə onların gündəlik həyatına birbaşa təsir göstərir.
Digər ciddi məsələ liftlərin olmamasıdır. Çoxmərtəbəli binada yaşayan insanlar, xüsusilə yaşlılar və uşaqlı ailələr üçün bu vəziyyət ciddi narahatlıq yaradır. Müasir yaşayış standartlarına cavab verməyən belə şərait sakinlərin haqlı narazılığına səbəb olur.
Bundan əlavə, sakinlər bildirir ki, binanın mansard hissəsi qanunsuz şəkildə mənzillərə çevrilib. Bu isə həm təhlükəsizlik baxımından risklidir, həm də layihə və tikinti normalarının pozulması deməkdir. Qanunsuz dəyişikliklər binanın ümumi hüquqi statusunun rəsmiləşdirilməsini daha da çətinləşdirir.
Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb. Bu vəziyyət isə vətəndaşların hüquqlarının pozulması ilə yanaşı, tikinti sektorunda nəzarət mexanizmlərinin yetərsizliyini də gündəmə gətirir.
Məsul qurumların və şirkət rəhbərliyinin bu məsələyə aydınlıq gətirməsi və sakinlərin problemlərinin qısa müddətdə həll edilməsi artıq zərurətə çevrilib. Əks halda, bu kimi hallar şəhərdə tikinti sahəsinə olan etimadı daha da sarsıda bilər.(7NEWS.az)

Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!


"​Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı dözülməz vəziyyət artıq kritik həddə çatıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabınd atanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra bildirir: "Müəssisə rəhbəri Xalidə xanım haqqında səslənən iddialar sadəcə bir idarəçilik qüsuru deyil, birbaşa insan həyatına qarşı hörmətsizlikdir.
​Əsas problemlər və ciddi ittihamlar:
​İşçilərə İnzibati Zülm: Tibb heyəti rəhbərliyin ağır təhqirləri, kobud rəftarı və qeyri-etik davranışı altında işləməyə məcbur edilir. İş mühiti peşəkar xidmət üçün deyil, şəxsi ambisiyaların təmini üçün istifadə olunur.
​Çağırışlara Maneçilik: Ən dəhşətlisi odur ki, saniyələrin hökm sürdüyü bir məqamda rəhbərliyin briqadaların çıxışına süni maneələr yaratdığı bildirilir. Təcili yardımı "gecikdirən" rəhbərlik kimin maraqlarına xidmət edir?
​Vətəndaş Narazılığı: Şirvan sakinləri 103 xidmətindən kömək deyil, soyuqqanlılıq və laqeydlik görür. Xidmət rəhbərinin qeyri-peşəkar münasibəti şəhər səhiyyəsinə qara ləkə kimi düşür.
​Aidiyyatı qurumlara çağırış: TƏBİB və Səhiyyə Nazirliyi Şirvanın "103" xidmətindəki bu "Xalidə rejimini" dərhal araşdırmalıdır. Tibb müəssisəsi kiminsə şəxsi mülkü deyil, xalqın güvənc yeri olmalıdır. Bu zülmə və özbaşınalığa son qoyulmalıdır..."

DİA-AZ

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT


Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.

Bizim.Media-ya daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.

Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.

Məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxladıq. Menecer Ərşad İbrahimov Bizim.Media-ya açıqlamasında ilk cəhddə müştərini günahlandırmağa çalışdı. Müştəriyə əvvəlcədən məhsulun “böyük ölçülü” variantının təklif edildiyini deyərək məsuliyyətdən yayınsa da, sonradan məsələni “texniki səhv” adlandıraraq menyuda düzəliş ediləcəyini bildirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa əsasən, menyuda göstərilməyən və ya açıq şəkildə qeyd olunmayan əlavə xidmət və ya dəyişikliklərə görə istehlakçıdan əlavə ödəniş tələb edilə bilməz.

Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır.(Bizim.Media)

BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək



Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Qurum “KAMAZ” və “MAZ” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşinlərin, sürtgü yağlarının və istismarı-təmiri məqsədilə mal-materiallarının satın alınmasını reallaşdıracaq.

Məlumatda qeyd edirlir ki, tenderin qalibi “TİKİNTİ TƏCHİZAT 2020” MMC olub. Təmir işlərinin görülməsi üçün şirkətə 161 min 880 manat ödəniləcək.(Bizimesr.az)

Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT


Gigiyena və Epidemiya Mərkəzinin qadın işçiləri arasında dava olub.

Lent.az xəbər verir ki, hadisə Mərkəzin Bakı şəhəri Pirallahı rayonunda yerləşən inzibati binasında qeydə alınıb.

Burada operator işləyən 33 yaşlı Nazilə Teymurova (ad və soyad şərtidir) şəxsi münasibətlər zəminində qadın həmkarını döyərək xəsarətlər yetirib. Məlumata görə, zərərçəkənin bacısı da iş otağında olub. Zərərçəkənin bacısı Nazilənin qarşısını almaq üçün onun saçından tutub.

Nəticədə N. Teymurova barəsində etdiyi əmələ görə inzibati protokol tərtib olunub.

Zərərçəkən şəxs ifadəsində Nazilənin azyaşlı uşaqlarının olmasına görə onun barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin bacısı ilə Nazilənin küsülü olduqlarını da bildirib.

Məhkəmənin qərarı ilə Nazilə Teymurova 300 manat məbləğində inzibati qaydada cərimələnib.

Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...


Uzun illərdir əsasən keçirdiyi qəbul imtahanlarındakı narazılıqlarla yadda qalan Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr problemi, ştat uyğunsuzluğu və digər hallar artıq nöqtəyə çatıb. Hər il keçirilən müəllim və usta qəbulu imtahanlarından sonra boş ştat yerlərinə yerləşdirmə zamanı böyük haqsızlıqlar edildiyi iddia olunan Agentliyin Mərkəzlərində vəziyyət ildən ilə rüsvayçı hal alır.

Bizimesr.com-a daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Mərkəzlərdə və peşə məktəblərində boş qalan ştat və vəzifə yerləri gizlədilir, boş saxlanılır. Əsasən ali təhsilli insanların işsiz qaldığı bir dövrdə bu ştat yerlərinin nədən boş saxlanılması, gizlədilməsi ciddi suallar yaradır. Mərkəz rəhbərləri bunu özbaşınamı edir, yoxsa Peşə Təhsili üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı?

Məlumata görə, Mərkəzlərdə və peşə məktəblərində çoxsaylı texniki vəzifələrdən tutmuş müəllim, usta və hətta rəhbər vəzifələr belə boş saxlanılır. İddialara görə, vəzifə ştatı üzrə nəzərdə tutulan işlər direktorların yaxın adamları arasında bölüşdürülərək dövlət vəsaiti əmək haqqı şəkilində mənimsənilir. Qeyd olunur ki, bəzi Peşə Təhsili Mərkəzlərində direktorlar, direktor müavinləri və onlara yaxın müəllimlər bu imkanlardan istifadə etməklə ayda əmək haqqı olaraq yüksək məbləğdə "maaş" alırlar. Bu rəqəmlər ayda 5-8, hətta 10 min manat civarına qədər çata bilir.

Bizimesr.com-a daxil olan digər məlumata əsasən, Peşə Təhsili Mərkəzlərinin əksəriyyətində boş saxlanılan vəzifələrdən biri də keyfiyyət təminatı üzrə mütəxəssis ştatıdır. Bu vəzifə üzrə imtahan tələb olunmur və təyinat birbaşa direktorlar tərəfindən həyata keçirilir. Maraqlıdır ki, demək olar ki, əksər Peşə Mərkəzlərində bu vəzifə də digər ştatlar kimi boş saxlanılır. Amma araşdırılsa bəlli olar ki, keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi kiməsə həvalə olunub və əmək haqqı ayırılır.

Həmçinin qeyd olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri bu vəzifə ştatlarından, həmin təyinatlardan və Mərkəzlərdə baş verən neqativ hallardan demək olar ki, xəbərsiz görünürlər. Həqiqətənmi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili müəssisələrində baş verənlərdən xəbərsizdir?

Qeyd edək ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində və məktəblərində ciddi pozuntuların baş verdiyi iddia olunur və bu faktların araşdırılmadığı bildirilir.

Bizimesr.com

Xəbər lenti

Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
11:38
Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”
11:06
Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53