Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ...



“Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, pensiya TƏYİN OLUNDUQDAN, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin KATEQORİYAYA keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanuna 13.05.2022-ci ildə əlavə edilən 37.3.2-1-ci maddəyə görə, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün MÜRACİƏTİ əsasında həyata keçirilir.

Bu icrası məcburi olan QANUN, bu da qanunu icra etməyə borclu olan ƏƏSMN tabeliyində DSMF-in qanunu cibinə, qərəzinə uyğunlaşdırıb, dövlətin sosial, pensiya siyasətini heçə sayması!(?) Bəli, bəli, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) işləyən hərbi pensiyaçıların pensiyalarını işlədiklərinə görə yığılan sığorta, pensiya kapitalına uyğun yenidən hesablamaqdan imtina edir. DSMF, XŞTMF-nin əsası absurddur, bu yekəlikdə fondun, filal(lar)ının Konstitusiyaya, qanuna, prezident fərmanına, NK qərarına sayğısızlığının “əsasına” baxın, işləyən pensiyaçının pensiyasını yenidən hesablamaq üçün işi dayandırması tələbi, şərti irəli sürülür! “Əmək pensiyaları haqqında” qanunda pensiya təyin olunduqdan sonra işləməyə davam edənlərin pensiyalarının işləməyə görə toplanan sığorta kapitalına uyğun yenidən hesablanmasının təsbit olunması bir yana, axı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə NK-nın 28.04.2022-ci il tarixli, 175 saylı qərarı var! Və bu 175 saylı qərar DSMF, XŞTMF məmurlarının “stolüstü kitabı” olmalıdır axı! NK-nın 175 saylı qərarının 6.7-ci bəndini ƏƏSMN DSMF-in, XŞTMF-nin qərəz məmurlarının diqqətinə çatdırırıq:

“Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması İŞLƏYƏN əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində MÜRACİƏT TARİXİNƏ toplanmış PENSİYA KAPİTALINA əsasən həmin TARİXDƏN, İŞLƏMƏYƏN əmək pensiyaçısına münasibətdə şəxsin İŞLƏMƏYƏN əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi GÜNDƏN, lakin MÜRACİƏT edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçirilir”

Bəs niyə həyata keçirilmir, sosial məmurlar NK qərarını ciblərinə, qərəzlərinə uyğunlaşdırırlar? Necə olur, Maliyyə Nazirliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, ƏƏSMN tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi təkrar-təkrar ƏƏSMN-ə, DSMF-ə qanunu, NK qərarını icra etməyə müraciət edir, DSMF XŞTMF isə təkrar-təkrar maliyyə özbaşınalığını sürdürür? Sual doğur, XŞTMF nəyə gərəkdir, onun funksiyalarını DOST-a verməklə özbaşınalığa son qoymağı NK, ƏƏSMN fikirləşə bilməz? Amma çoxdan fikirləşmək gərəkir(di), belə pensiya təminat(sızlığ)I ilə İŞLƏYƏN PENSİYAÇI halal əmək haqqından PENSİYA FONDUNA ödədiyi əmlakından da məhrum olur, halal qanpulundan da.

Məğrur Bədəlsoy

Gundemxeber.org

"Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT



"Biz Nərimanov Tibb Mərkəzinin əməkdaşları sizdən xahiş edirik, şikayətimizə biganə qalmayıb bu mövzunu işıqlandırasınız..." "Bu barədə"Dia-az"a ünvanlanmış müraciətdə deyilir.

Müraciətdə daha sonra qeyd olunur: "Belə ki, yayılan məlumatlara görə, təmirdən çıxmış bizim Nərimanov Tibb Mərkəzinin binasını yeni yaradılacaq Pediatriya Mərkəzinə verilməsi nəzərdə tutulur. Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb.

Xəstəxanada yayılan söz-söhbətlərə görə, həkimlərin etirazlarının qarşısını almaq üçün onlara qərarın guya “yuxarıdan” verildiyi bildirilir. Lakin bu barədə kollektivə heç bir rəsmi məlumat təqdim olunmayıb.

Kollektiv hesab edir ki, Pediatriya Mərkəzinin yaradılması zəruridirsə, bunun üçün başqa imkanlar, o cümlədən yeni bina tikilməsi də nəzərdən keçirilə bilər. Nərimanov Tibb Mərkəzinin illərdir gözlədiyi təmir olunmuş binasının əlindən alınması isə bizim üçün qəbuledilməzdir.

Biz TƏBİB-dən mətbuata təqdim edilən şablon cavab yox, qəti və rəsmi cavab istəyirik:
Nərimanov Tibb Mərkəzinin gələcəyi necə olacaq?
Təmir olunmuş bina kimə veriləcək?

Məsələ sadəcə bir bina deyil. Məsələ Nərimanov Tibb Mərkəzinin və onun kollektivinin gələcəyidir.."

Dia-az

“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...


“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də konfuz: direktorun verdiyi qərarlar öz işçisi tərəfindən ləğv olunur

AzFakt.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də həyata keçirilən kadr islahatlarından sonra qurumda problemlər daha da dərinləşib.

Hikmət Hüseynov direktor təyin edildikdən sonra “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də faktiki "hakimiyyət" onun müavini vəzifəsini icra edən və KTN-də “nazirin komandiri” adlandırılan Fəxrəddin Qəhrəmanovun əlinə keçib.

AzFakt.com-a daxil olan məlumata görə son həftələr Fəxrəddin Qəhrəmanovun bir neçə dəfə Hikmət Hüseynovun verdiyi bəzi qərarları ləvğ edib və bundan sonra direktorla “nazirin komandiri” arasında gərginlik ciddi şəkildə artıb. Mənbə iddia edir ki, faktiki olaraq Hikmət Hüseynovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də direktor kimi səlahiyyətləri Fəxrəddin Qəhrəmanov və komandası tərəfindən bloklanıb. Direktor bütün qərarları ancaq Fəxrəddin Qəhrəmaovun razılığı ilə vermək məcburiyyətindədir.

Məlumata görə Hikmət Hüsyenov nazir Məcnun Məmmədovun “komandiri” Fəxrəddin Qəhrəmanovla bağlı şikayətlər etməyə çəkinir. Çünki Fəxrəddin Qəhrəmanov “Azəraqrar” işçilərini və direktoru inandırıb ki, ayda bir neçə dəfə nazir Məcnun Məmmədovla görüşüb, qurum haqqında məlumatlar verir. Fəxrəddin Qəhrəmanovun nazirlə “yaxın olması”na inanan Hikmət Hüseynov isə tərəddüd içindədir və “nazirin komandiri”nin özbaşınalıqlarının qarşısını necə alacağını bilmir. Bu üzdən də MMC-nin fəaliyyətinin zamanla iflic olması qaçınılmaz görünür.

Qeyd edək ki, Fəxrəddin Qəhrəmanov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizi nasazdır və işləmir.

Buna baxmayaraq, Fəxrəddin işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur.

AzFakt.com

Bakıda Uşaq Kliniki Xəstəxanasının ayaqyolu rüsvayçı gündədir - "Bura səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa..." + FOTOLAR


"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır".

Mia.az xəbər verir ki, sözləri jurnalist Ramilə Qurbanlı feysbuk-akı səhifəsində fotolarla da əlavə etməklə paylaşıb.

O, daha sonra paylaşımına belə davam edib: "Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. "Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə..."


Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal - Kənan Həsənli direktoru necə qorudu?



Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə bağlı redaksiyamıza maraqlı faktlar daxil olmaqdadır.
Biziməsr.media olaraq belə müraciətləri yalnız məlumat kimi yayımlamaq deyil, mümkün qədər araşdırmaq, faktları tutuşdurmaq və qarşı tərəfin mövqeyini öyrənməklə ictimaiyyətə təqdim etməyə çalışırıq.
Adətən Peşə Təhsili üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinə hər hansı məsələ ilə bağlı müraciət etdikdə “Konkret fakt göstərin, araşdıraq” cavabı ilə qarşılaşırıq. Bu dəfə isə redaksiyaya daxil olan məlumat məhz konkret tarix, konkret müəssisə, konkret şəxslər və konkret məbləğlə bağlıdır.
İlk olaraq qeyd edək ki, məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə media sorğusu göndərilib. Agentliyin cavabı daxil olduqdan sonra qurumun mövqeyi oxuculara təqdim ediləcək.
Redaksiyaya daxil olan məlumata görə, 2026-cı ilin fevral ayında Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin təqaüd kartlarında diqqətçəkən hadisə baş verib. Həmin dövrdə tələbələrə aylıq 66 manat dövlət təqaüdü ödənildiyi halda, bəlli olub ki, (iddia olunur ki, rəhbərliyə və digər şəxslərə yaxınlığı ilə seçilən) təxminən 40 tələbənin təqaüd kartına nəzərdə tutulduğundan artıq pul köçürülüb.
Bu mərhələyə qədər hadisəni texniki və ya mühasibat səhvi kimi qiymətləndirmək olardı, lakin məsələnin məhz bundan sonra başqa istiqamət alması ortaya ciddi suallar çıxarıb.
Məlumatda qeyd olunur ki, tələbələrin kartına əlavə köçürülmüş pullar sonradan məlum şəxslərin, əsasən Mərkəzin baş mühasibi Jalə Rəsulovanın tapşırığı ilə baş ustanın köməyi ilə nəğd şəkildə geri toplanıb və Mərkəzin direktor əvəzi Nail Bayramova verilib.
Lakin baş verənlərin fonunda tələbələrdən birinin hadisə ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə şikayət etməsi hər şeyi alt-üst edib. Bundan sonra Agentliyin nümayəndələri, əsasən Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşları sözügedən Mərkəzdə yoxlama aparmaq məcburiyyətində qalıb.
Və məhz bu yoxlamadan sonra məsələnin miqyası daha aydın görünməyə başlayıb.
Redaksiyaya daxil olan məlumata görə, araşdırma zamanı tələbələrə artıq köçürülmüş vəsaitlərin sonradan geri toplanması ilə bağlı pozuntu müəyyən edilib. Nəticədə ümumi məbləğin 3 942 manat olduğu ortaya çıxıb. Yoxlamanı Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı İskəndər Məmmədov və digərləri həyata keçirib. Bu barədə daha ətraflı bir qədər sonra...
Daha diqqətçəkən məqam isə həmin pulun tələbələrdən toplandığının yoxlama zamanı müəyyənləşdirilməsi barədə olan məlumatdır. Burada söhbət sadəcə bank kartlarına artıq pul köçürülməsindən deyil, həmin vəsaitin sonradan tələbələrdən əlbəəl yığılmasından və dövlət vəsaitinin hərəkətindən gedir.
Yoxlamadan sonra nə baş verib?
Məlumata görə, bir neçə günlük yoxlamanın (?) nəticəsində Akt tərtib olunub. Nəticədə Peşə Təhsili Mərkəzinin baş mühasibi Jalə Rəsulovaya şiddətli töhmət verilib. Bundan başqa, baş usta Sürəyya Məmmədova, kadrlar üzrə məsul şəxs Könül Baxışova töhmət, eləcə də 30-a yaxın müəllim və ustaya yazılı xəbərdarlıq tətbiq edilib. Bununla da məsələ bağlanıb və heç bir hüquqi işləm həyata keçirilməyib. Mənimsənilməyə cəhd edilən 3 942 manat vəsait isə iki dəfəyə - ilk mərhələdə 1 800 manat olmaqla, bütün məbləğin Agentliyin hesabına köçürülməsi həyata keçirilib.
Məsələnin ən maraqlı tərəfi isə elə bundan sonra başlayır.
Çünki redaksiyaya daxil olan məlumata görə, adıçəkilən əməkdaşlara şiddətli töhmət və ya töhmət verildiyi halda, Mərkəzin rəhbəri vəzifəsini icra edən Nail Bayramova heç bir cəza tətbiq edilməyib. Burada istər-istəməz sual yaranır - əgər müəssisədə baş verən hadisə nəticəsində baş mühasibə şiddətli töhmət verilib, baş usta, kadrlar üzrə məsul şəxs və 30-a yaxın müəllim və ustaya töhmət tətbiq edilibsə, müəssisənin rəhbəri vəzifəsini icra edən Nail Bayramov niyə hansısa məsuliyyətə cəlb olunmayıb?
Burada daha bir maraqlı məqam var.
Redaksiyaya daxil olan məlumatda Nail Bayramovun Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənlidən xüsusi dəstək aldığı iddia olunur. Eyni zamanda direktor əvəzi Nail Bayramovun sözügedən şöbənin baş mütəxəssisi Elsəvər Salayevlə olduqca yaxın dost münasibətlərinin olduğu deyilir.
Bildirilir ki, Elsəvər Salayev Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənlinin ən xas adamlarından biridir və bütün işləri onun vasitəsilə həll edir. Nail Bayramovun hazırkı vəzifəyə gətirilməsində Elsəvər Salayevlə Kənan Həsənlinin böyük rolu olub. Həmçinin bildirilir ki, Kənan Həsənlinin yaxın vaxtlarda Nail Bayramovun sözügedən mərkəzə direktor təyin olunmasını dəstəklədiyi və bunun üçün ona böyük dəstək olduğu barədə məlumatlar var. Məhz bu münasibətlər səbəbindən Nail Bayramovun baş vermiş hadisə ilə bağlı töhmət və ya şiddətli töhmət almasının qarşısının alındığı bildirilir.
Lakin məsələnin özü kifayət qədər ciddi olduğundan, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və adıçəkilən şəxslərin buna münasibət bildirməsi vacibdir. Çünki söhbət artıq təkcə bir peşə mərkəzindəki təqaüd məsələsindən getmir. Əgər doğrudan da müəyyən vəzifəli şəxslərin digər şəxslərin təyinatında təsiri varsa və həmin şəxslər sonradan idarəetmə prosesində qorunursa, burada dövlət idarəçiliyi və kadr siyasəti ilə bağlı daha geniş suallar meydana çıxır.
Kənan Həsənli kimdir?
Redaksiyaya daxil olan məlumatlarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələrə direktor təyinatlarında Kənan Həsənlinin əsas söz sahiblərindən biri olduğu deyilir. Qeyd olunur ki, onlarla Peşə Mərkəzinin rəhbəri şəxsən onun təklifi ilə təyinat alıb və qorunur.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsas strukturu direktor və 2 müavin postu, eləcə də onların nəzarətində olan şöbə və sektorlarla formalaşdırılıb. Peşə təhsilinin keyfiyyətinə nəzarətin təşkili şöbəsi də Agentliyin direktor müavini Simnar Məmmədovun nəzarəti altındadır.
Ümumiyyətlə, sözügedən Agentlikdə komandalaşmış şəxslərin olduğu bildirilir. İddialara görə, Agentlik daxilində ciddi qruplaşma hökm sürür və bu da idarəetməyə böyük təsir göstərir.
Hazırkı hadisəyə qayıdaq.
Əgər Agentliyin apardığı yoxlama zamanı tələbələrin kartına əlavə vəsait köçürüldüyü, həmin pulların sonradan tələbələrdən toplandığı və ümumilikdə 3 942 manatlıq maliyyə pozuntusunun baş verdiyi müəyyənləşdirilibsə, bu məsələnin yalnız bir neçə əməkdaşa töhmət verilməsi ilə yekunlaşdırılması da suallar doğurur.
Əgər dövlət vəsaiti ilə bağlı ciddi maliyyə pozuntusu müəyyən edilibsə, həmin faktın hüquqi araşdırmaya göndərilib-göndərilmədiyi barədə sual tamamilə legitimdir. Amma belə bir hüquqi araşdırmaya başlanılması barədə məlumat yoxdur. 3 942 manatlıq vəsaitin tələbələrdən toplandığı və mənimsənilməyə cəhd edildiyi halda, Peşə Təhsili üzrə Dövlət Agentliyi nə üçün məsələnin hüquqi qiymətləndirilməsi üçün aidiyyəti qurumlara müraciət etməyib? Yaxud diğərlərinə şiddətli töhmət və ya töhmət verilibsə, direktor əvəzi Nail Bayramov necə bu məsuliyyətdən kəönarda qalıb?
Bizimesr.media




Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR


“Aqrarkredit” QSC-nin sabiq sədri, ictimaiyyətdə “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi maliyyə şəbəkəsinin uzun illər davam edən qanunsuz fəaliyyətinin üstü açılıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, “Aqrarkredit” ətrafında cərəyan edən maxinasiyalar dövlət büdcəsinə on milyonlarla manat zərər vurulması ilə nəticələnib.
Globalinfo.az bildirir ki, ən sensasiyalı məqamlardan biri Məmməd Musayevin bacısı oğlu Süleyman Bəkirovun iştirakı ilə qurulan mexanizmdir. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziya verilmədiyi halda, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. “Amay” ticarət mərkəzi, “Azərinşaat Servis” və “İnter Tabako” kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait “Aqrarkredit”in rəsmi hesablarına deyil, birbaşa bu qanunsuz agentlik üzərindən mənimsənilib.
1 milyonluq mənzil
Bununla yanaşı, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin və əmlaklarının geri qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat vəsait Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb. Faktiki olaraq heç bir əmlak geri qaytarılmayıb, ayrılan vəsaitlərin böyük hissəsi isə “otkat” şəklində geri götürülüb.
Məmməd Musayev öz yaxın qohumlarını — qardaşı oğlu Fəzail Musayevi və digərlərini bu nəhəng sxemlərə cəlb etsə də, onlara yalnız sıravi işçi kimi aylıq məvacib verib. Məsələn, aylıq rəsmi maaşı 2500 manat olan Fəzail Musayevin qısa müddətdə Hüseyn Cavid prospektində 1 milyon manatdan baha apartament alması maliyyə qaynaqlarının mənşəyini aydın göstərir.
Saxlanılanlar var
Artıq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Məmməd Musayevin yaxın çevrəsinə daxil olan bir qrup şəxs saxlanılıb. “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev (Məmməd Musayevin qardaşı oğlu), “Salyansüd” MMC-nin təmsilçisi Fazil Rüstəmov və digərləri barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar kənd təsərrüfatını maliyyələşdirmək adı ilə “Aqrarkredit” QSC-dən 100 milyon manatdan çox güzəştli kredit götürərək təyinatdan kənar xərcləməkdə və dələduzluqda ittiham olunurlar.
“Şapka Mamed” həbs edilə bilər
2001-ci ildən dövlətə məxsus “Aqrarkredit” QSC-yə rəhbərlik edən və bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Məmməd Musayev barəsində də hazırda cinayət təqibi aparılır. Toplanmış təkzibolunmaz sübutlar və saxlanılan şəxslərin ifadələri fonunda, dünyanın müxtəlif ölkələrində milyardlıq əmlaklara sahib olan sabiq sədrin özünün də yaxın günlərdə həbs ediləcəyi gözlənilir.

Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?


Son illər Azərbaycanda avtomobili girov qoyaraq lombardlardan və müxtəlif təşkilatlardan kredit adı altında pul götürənlərin sayı xeyli artıb.

Sosial şəbəkələr vasitəsilə aldadıcı reklamlar yayan belə qurumların əsas hissəsi vətəndaşlara vəsaiti ağır şərtlərlə və yüksək faizlərlə təklif edir.
Yenicag.az-a daxil olan məlumata görə, həmin təşkilatlardan biri də “S Lombard”dır.
Qızıl, avtomobil və mənzil girov götürməklə fəaliyyət göstərən bu qurumda faiz dərəcələri maksimum həddə çatıb. Reklam çarxlarında avtomobilin sürücünün özündə qalacağını və asan şərtlərlə kredit verildiyini elan edən “S Lombard” reallıqda vətəndaşları çətin vəziyyətə salır. Bildirilir ki, dəyəri 25 min manat olan avtomobili cəmi 15 min manat qiymətləndirərək girov götürən qurumun kredit faizləri faktiki olaraq 48 faizə qədər yüksəlir.

Qanunvericiliyə görə, lombard kreditlərinin rəsmiləşdirilməsi “girov bileti” vasitəsilə həyata keçirilir. Həmin sənədin forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və girov qoyulan əşyalar bilet üzərində ətraflı təsvir olunmalıdır. Qanunvericilik qəti şəkildə nəzərdə tutur ki, lombardlarda qoyulan girov heç bir halda birtərəfli qaydada mənimsənilə bilməz. Girov yalnız açıq hərrac vasitəsilə satılmalıdır və bu prosedurlar Mülki Məcəllənin tələblərinə uyğun icra olunmalıdır.

Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu isə o deməkdir ki, borclu şəxsin özü də həmin hərracda iştirak edərək əşyasını geri əldə etmək imkanına malikdir.
Lakin “S Lombard”ın vətəndaşların hüquqlarını kobud şəkildə pozduğu iddia olunur. Məlumata görə, borcalanın cəmi 1 günlük ödəniş gecikməsinə yol verməsi belə qurum tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamənin dərhal ləvğ edilməsi və nəqliyyat vasitəsinin vətəndaşın əlindən alınması ilə nəticələnir.

Araşdırmalar zamanı o da məlum olub ki, “S Lombard”ın sahiblərindən biri Sərval adlı şəxsdir. İddialara görə, bu şəxs tanınmış məmurlardan birinin kürəkənidir və rəhbərlik etdiyi təşkilat vasitəsilə həmin məmurun və onun ətrafının maliyyə vəsaitlərinin dövriyyəsini təmin edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.(Yenicag.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC


İsmayıllı rayon İcra Hakimiyyətinin keçirmək istədiyi tenderin nəticəsi ləğv olunub.
Tribuna.az xəbər verir ki, qurum Zəfər günü, 12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım günü və dünya Azərbaycanlılarının Həmrəyliy günü ilə əlaqədar olaraq tədbirlərin təşkil edilməsi xidmətlərinin satın alınmasını reallaşdıra bilməyib.
Belə ki, İcra Hakimiyyəti bu tərbilərin keçirilməsi üçün tender elan edərək, 52 min 885 manat vəsait ayırıb. Lakin quruma nəzrət orqanının qərarı ilə nəticə ləğv edilib. AİİBNDA konkret olaraq başqa səbəb göstərməyib.
Bəzi məlumatlara görə, İsmayıllının icra başçısı Nahid Bağırov dövlət rəhbərliyinin etimadını qazana bilməyib. Son zamanlar onun verilən tapşırıqları vaxtında yerinə yetirə bilməməsinin buna səbəb olduğu deyilir.
Hətta rayonda dolaşan söhbətlərə görə, Nahid Bağırov ilin sonuna qədər vəzifəsindən gedəcək.

Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT


Təxminən 10 gün əvvəl Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin qənşərində yerləşən küçənin sakinlərinin Prezident İlham Əliyevə müraciətini yaymışdıq.
Onlar Mia.az-a şikayətlərində bir neçə ildir ərazidə yaşayış binaları tikən “Günəş” MTK-nın rəhbərliyinin indi də küçəni tən ortadan bölərək hasarlamasına etiraz edirdilər. Həmin vaxt sakinlər, o cümlədən məhəllədə yaşayan şəhid ailəsi bu özbaşınalığın qarşısının alınmasını xahiş edirdilər.

Lakin görünən odur ki, şikayət ünvana çatmayıb və bundan sui-sitifadə edən şirkət rəhbərliyi başlatdığı qanunsuz hasarlamanı başa çatdırıb.
Yerli sakinlər yeni fotofakt göndərərək bir daha bildirirlər ki, bu hasarlama küçəni daraltmaqla azyaşlıların oynamasını, insanların və avtomobillərin gediş-gəlişini məhdudlaşdırıb:
“Çox xahiş edirik ki, yerli icra qurumları heç olmasa bu qanunsuzluğun qarşısını alsınlar. Belə dərəbəylik olmaz axı…”




"Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT


Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Məlumata görə, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı “Tipik İqtisadçı-Ekspert” yayıb.
 
Bundan başqa, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan iş adamı İlyas Möhnətovun kafesinin də fəaliyyətini dayandırdığı bildirilir. Qeyd edək ki, İ.Möhnətovun ötən günlərdə qadın geyim mağazası da bağlanıb.
Kafe və restoranların ardıcıl şəkildə bağlanması paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar yaradıb. Bəs əsas səbəblər nələrdir? Yüksək icarə haqları sahibkarların fəaliyyətinə nə dərəcədə təsir edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda bəzi restoran və kafelərin bağlanmasını yalnız müştəri sayının azalması ilə izah etmək olmaz. Onun sözlərinə görə, əsas amillərdən biri xərclərin sürətlə artmasıdır:
“ İcarə haqları, əməkhaqqı, kommunal ödənişlər, ərzaq və digər məhsulların qiymətləri yüksəldikcə restoranların maya dəyəri artır. Xüsusilə şəhərin mərkəzində və prestijli ərazilərdə yüksək icarə xərcləri biznes üçün ciddi yük yaradır.
Digər tərəfdən, müştərinin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə restoranda yemək, qəhvə və digər xidmətlərə çəkilən xərclər azala bilir. Restoran üçün isə müştəri sayının nisbətən kiçik azalması belə, yüksək sabit xərclər səbəbindən ciddi maliyyə problemi yarada bilər”.
İqtisadçı vurğulayıb ki, sektorda rəqabət də kifayət qədər güclüdür:
“Bakıda son illərdə kafe və restoranların sayı artıb və müştəri uğrunda mübarizə sərtləşib. Eyni auditoriyaya hesablanan çoxsaylı məkanların olması bəzi obyektlərin kifayət qədər dövriyyə əldə etməsinə imkan vermir. Sosial şəbəkələrdə məşhur olmaq da biznesin mütləq gəlirli olması demək deyil. Tanınmışlıq müştəri axını yarada bilər, amma xərclər gəlirlərdən yüksəkdirsə, belə məkanın uzun müddət fəaliyyət göstərməsi çətinləşir”.
A.Nəsirli əlavə edib ki, digər mühüm məsələ qiymət və keyfiyyət arasındakı balansdır:
“Restoran qiymətləri artırdıqca müştəri daha çox seçim etməyə başlayır və daha münasib qiymətə alternativ məkanlara üz tutur. Buna görə də restoran sahibinin həm keyfiyyəti qoruması, həm qiyməti müştəri üçün məqbul saxlaması, həm də artan xərcləri qarşılamaq üçün kifayət qədər marja əldə etməsi getdikcə çətinləşir.
Ümumilikdə, Bakıda restoranların bağlanmasını ictimai iaşə sektorunda böhrandan daha çox bazarın yenidən formalaşması kimi qiymətləndirmək olar. Xərcləri yüksək, biznes modeli zəif və müştəri axını kifayət qədər olmayan obyektlər bazardan çıxır, daha səmərəli işləyən və qiymət-keyfiyyət nisbətini düzgün quran restoranlar isə fəaliyyətini davam etdirir. Yəni hazırkı proses həm istehlakçı davranışının dəyişməsi, həm də restoran biznesində xərclərin və rəqabətin artması ilə bağlıdır”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, bir çox hallarda obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə fəaliyyət formasını dəyişir, yeni xidmətlər əlavə edir və müvəqqəti olaraq fəaliyyətini dayandıra bilirlər.
O qeyd edib ki, bir obyektin bağlanması əslində digər yeni obyektin yaranması deməkdir:
“Elə ticarət obyektləri olur ki, onlar müəyyən müddət fəaliyyət göstərir, rəqabət nəticəsində müştərilərini itirir, müəyyən iqtisadi problemlərlə üzləşir və ya müştəri bazasının azalması, yüksək icarə haqları səbəbindən fəaliyyətini dayandırırlar. Bu, biznesdə təbii prosesdir. Tanınmış restoran və kafelərin bağlanması yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, onlar mövcud bazarda öz müştərilərini tapsınlar”.
V.Orucun sözlərinə görə, hazırda iaşə obyektlərini işlətmək çox çətindir:
“ Çünki ilk növbədə icarə xərcləri yüksəkdir və qeyd etdiyiniz ərazilərdə bu məbləğlər həddən artıq yüksəkdir. Tanınmış brend obyektlərin, təbii ki, əhali tərəfindən tanınan və prestijli hesab edilən ərazilərdə mövqe tutması daha məqsədəuyğundur. Buna görə də həmin yerlərə yüksək icarə haqqı ödəyərək məhz orada fəaliyyət göstərirlər. Bu da təbii ki, müəyyən ticarət qarşılığı olmadığı halda uzun müddət davam etmir. Bir müddətdən sonra fəaliyyətlərini dayandırmağa məcbur olurlar.
İkincisi, belə obyektləri işlətmək üçün ərzaq məhsullarının, yanacağın və işçi əməkhaqlarının qiymətlərində də çox yüksək artım baş verib. Mövcud durum hər hansı biznesin fəaliyyətini davam etdirməsi üçün çox ciddi maddi bazasının olmasını zəruri edir. Bu baxımdan bir çox obyektin bağlanması normal hadisədir”.
V.Oruc həmçinin mövcud vəziyyətin iqtisadi böhran kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib:
“Çünki Bakı axşamlarında şəhərdəki obyektləri monitorinq etsəniz, görəcəksiniz ki, ümumiyyətlə, boş ticarət və iaşə müəssisəsi tapmaq olduqca çətindir. Əhalinin böyük hissəsi işdən sonra asudə vaxtını belə mərkəzlərdə keçirməyə üstünlük verir. Sadəcə, ola bilər ki, müştərilərin davranışları dəyişib. Prestijli yerlərdə məkanların seçilməsindən daha çox yüksək xidmət göstərən, yaxud məhsullarının keyfiyyətinə görə fərqlənən və yüksək xidmət göstərmək imkanlarına malik obyektlərə üstünlük verilir.
Onu da qeyd etmək olar ki, mövsümi təsirlər də öz rolunu oynayır. Yay aylarında insanlar xaricə üz tutur, daxili bazarlarda müəyyən qədər boşluq yaranır və müştəri bazasının azalması baş verir. Bu prosesi təbii qarşılamaq lazımdır. Bu, köhnə brendlərin sıradan çıxması, yeni brendlərin isə doğulmasıdır”.
Cəmiyyət sədri maraqlı məqam kimi qeyd edib ki, hər il göstərilən xidmətlərin qiymətləri ən azı 10 faizə qədər artır:
“Buna rəğmən yenə kafelərin, restoranların fəaliyyət göstərməsi onu göstərir ki, müştəri bazası var, tələb var və təbii ki, bu istiqamətdə fəaliyyət davam etməlidir.Yəni hazırkı situasiyanı qorxulu və təhlükəli kimi qiymətləndirməyin əleyhinəyəm. Düzdür, ölkədə müəyyən iqtisadi problemlərin olacağı barədə anonslar var və iqtisadi aktivliyin kifayət qədər olmayacağı ilə bağlı proqnozlar səsləndirilir. Buna rəğmən, obyektlərin bağlanması hər hansı süni ajiotaj yaratmamalıdır.Düşünürəm ki, ölkə iqtisadiyyatı öz yükünü, öz ağırlığını qaldıra biləcək səviyyədədir. Bunun üçün də bir sıra addımlar atılmalıdır ki, doğrudan da ölkə iqtisadiyyatı inkişaf etsin”.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56