Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Azərbaycan Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcək.

Bu, Prezident İlham Əliyevin Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə həmkarı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO


BAŞÇI VƏ NAZİR NİYƏ SUSUR?
7NEWS.az xəbər verir ki, redaksiyamıza Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı ciddi şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, o, rayonda balıq, toyuq və mal-qara təsərrüfatı ilə məşğuldur. İddia olunur ki, "Salyan Aqro Park”ın əməkdaşları texnikanın köməyi ilə bir neçə təsərrüfata gedən su kanalını palçıq və torpaqla bağlayaraq təsərrüfatların su təminatını faktiki olaraq məhdudlaşdırıblar.

Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə təsərrüfatlar arasında yaranmış mübahisədən yox, insanların illərlə qurduğu biznesə və onların dolanışıq mənbəyinə ciddi müdaxilədən gedir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarında suyun kəsilməsi böyük maddi zərərə və canlıların tələf olmasına səbəb ola bilər.
Daha ciddi məqam isə şikayətçinin irəli sürdüyü iddialarda "Salyan Aqro Park”ın bu addımlarının vaxtilə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyinin bildirilməsidir.

Bundan əvvəl də mediada Ceyhun Həsənovun Salyan rayonunda donuz fermasının olduğu barədə müxtəlif iddialar yayılıb. Hazırkı şikayətlə həmin məlumatların arasında hər hansı əlaqənin olub-olmadığı isə ayrıca araşdırma tələb edən məsələdir.

Ən düşündürücü məqamlardan biri isə rayon səviyyəsində aidiyyəti qurumların bu vəziyyətə münasibətinin olub-olmamasıdır. İddialar doğrudursa, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət üçün maraqlıdır.

Bir neçə təsərrüfatın su mənbəyinin bağlanması, əgər bunun qanuni əsasları yoxdursa, ciddi sual doğurur: Kim bir sahibkarın və ya təsərrüfat sahibinin fəaliyyətinə belə müdaxilə etmək səlahiyyətini özündə görür?

Dövlət sahibkarlığın inkişafını, kənd təsərrüfatının genişləndirilməsini və regionlarda məşğulluğun artırılmasını prioritet elan etdiyi halda, ayrı-ayrı təsərrüfatların hansısa şəxsin şəxsi maraqları və ya göstərişi əsasında zərər görməsi barədə iddialar xüsusilə ciddi araşdırılmalıdır.

Əgər doğrudan da illərlə qurulan təsərrüfatların fəaliyyəti bir şəxsin maraqları naminə məhdudlaşdırılırsa, bu, təkcə sahibkarların deyil, bütövlükdə dövlət qurumlarına olan etimadın zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətin davam etməsi isə Salyanda sosial gərginliyin artmasına və yeni narazılıqların yaranmasına zəmin yarada bilər.

7NEWS.az məsələni diqqətdə saxlayacaq. Yazıda adı çəkilən "Salyan Aqro Park”, general Ceyhun Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.

Qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyaya daxil olan şikayət və iddialar əsasında hazırlanıb. Faktların hüquqi və rəsmi şəkildə araşdırılması aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
VİDEO: BURDA https://www.instagram.com/reels/DcSpApBMZTc/

Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya


Və ya Ceyhin Bayramovu Yefim Leznikə bağlayan tellər...
İlk baxışdan sakit və sadə görünən bu adamın görün nələri varmış və hansı ofşor şirkətdə adı keçir. Onun dövlət vəzifəsinə gəlməzdən əvvəlki biznes fəaliyyəti, OMNİ hüquq şirkəti, həyat yoldaşı Aygün Bayramovanın həmin şirkətdəki payı və xaricdə qeydiyyatdan keçmiş OMNI Legal and Consultancy Services Ltd.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da geniş biznes şəbəkəsi varmış... Bu haqda Aybeniz İlqariFatih FB səfisində yazıb:
Bu gün bəndəniz sizə bir ailənin biznes tarixindən danışacaq. Bəzən bir şirkətə ayrıca baxanda çox şey görünmür. Amma həmin şirkətin arxasındakı insanlara, onların əvvəlki və sonrakı bizneslərinə, dövlət qurumları ilə müqavilələrinə baxanda daha böyük bir mənzərə və ilginc faktlar ortaya çıxır.
Araşdırmanın birinci tərəfində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dayanır. İlk baxışdan sakit və sadə görünən bu adamın görün nələri varmış və hansı ofşor şirkətdə adı keçir. Onun dövlət vəzifəsinə gəlməzdən əvvəlki biznes fəaliyyəti, OMNİ hüquq şirkəti, həyat yoldaşı Aygün Bayramovanın həmin şirkətdəki payı və xaricdə qeydiyyatdan keçmiş OMNI Legal and Consultancy Services Ltd. adlı şirkət, bunlar haqqında ayrıca danışacağıq.
İkinci tərəfdə isə Ceyhun Bayramovun oğlu Rəhim Bayramlı var. Onun adı SABAH.HUB, SABAH.fund, Push30 və LANDAU kimi startap, investisiya və təhsil strukturlarında keçir.
Və burada daha bir neçə ad ortaya çıxır: Emil Leznik. Timur, yaxud Teymur Leznik. Onların atası Yefim Leznik. Rəşad Tağıyev.
Eyni zamanda Sea Breeze və Emin Ağalarov adı.
İndi gəlin bütün bu adları bir-birindən ayırmadan araşdıraq.
Ceyhun Bayramov biznesdən dövlət vəzifəsinə necə gəldi
Əvvəlcə Ceyhun Bayramovun özündən başlayaq.
Ceyhun Bayramov dövlət vəzifəsinə gəlməmişdən əvvəl hüquq sektorunda çalışıb. Açıq bioqrafik məlumatlarda onun 2000–2002-ci illərdə hüquqşünas işlədiyi, daha sonra isə OMNİ hüquq şirkətinin direktoru olduğu göstərilir. OMNİ-nin üç qurucusunun adı çəkilir: Ceyhun Bayramov, Roman Alloyarov, İsmayıl Zərgərli. Şirkətin öz məlumatlarında 2002-ci ildə yaradıldığı bildirilsə də, rəsmi dövlət qeydiyyatı 2003-cü ilin noyabrına aiddir. Burada maraqlı məqam bundan sonra başlayır. Ceyhun Bayramov 2013-cü ildə dövlət xidmətinə keçir. Amma OMNİ ilə əlaqəsini kəsmir. Baxmayaraq ki, Azərbaycan qanunlarına görə həmin gün tam bitməli idi. Ceyhun Bayramov direktor vəzifəsindən 2013-cü ilin sentyabrında ayrılıb, səhmlərini isə ən azı 2017-ci ilin mayına qədər saxlayıb. Daha sonra, 2018-ci ilin mayında OMNİ-nin səhmdarları arasında Ceyhun Bayramovun yox, həyat yoldaşı Aygün Hüseyn qızı Bayramovanın adı görünür. Aygün Bayramovanın payı 30 faiz göstərilir. Burada çox sadə sual yaranır: Ceyhun Bayramov dövlət işinə keçəndən sonra ailəsinin əvvəlki biznesi necə davam edib?
OMNİ böyük biznes idi
İndi şirkətin özünə baxaq. OMNİ hüquq və məsləhət xidmətləri göstərən şirkətdir. Şirkətin 2013-cü ildə təxminən 452 min manat, 2014-cü ildə isə 263 min manat xalis mənfəət əldə etdiyi göstərilir. 2014-cü ilin sonunda bölüşdürülməmiş mənfəətin 2,4 milyon manatdan çox olduğu qeyd olunur. Daha sonra isə başqa bir rəqəm diqqət çəkir. Hesabatlara əsaslanan araşdırmaya görə, 2020 və 2021-ci illərdə Bayramovlar ailəsinə ümumilikdə 1 milyon 317 min manat dividend ödənilib. Dividend şirkətin ümumi dövriyyəsi deyil. Dividend səhmdara verilən mənfəət payıdır.
Yəni söhbət şirkətin qazandığı bütün puldan yox, səhmdarlara bölüşdürülən hissədən gedir.
Yəni media araşdırmasına görə, 2020–2021-ci illərdə Bayramovlar ailəsinə OMNİ-dən 1 milyon 317 min manat dividend ödənilib.
Bu, sənədləşdirilmiş araşdırmanın nəticəsidir.
OMNİ ilə dövlət arasında müqavilələr
İndi daha bir mühüm suala gəlirik. OMNİ kimlərlə işləyib? Açıq mənbələrdə şirkətin dövlət qurumları ilə də müqavilələri göstərilir. Məsələn, 2019-cu ildə İqtisadiyyat Nazirliyi ABŞ-ın R.V. Investment Group Services şirkətinin Azərbaycandakı qızıl yataqları ilə bağlı pay məsələsində OMNİ-dən hüquqi məsləhət xidməti alıb. Müqavilənin məbləği 265 min manat göstərilib. Yəni sadə dillə desək, dövlət qurumu hüquqi məsləhət üçün OMNİ-yə 265 min manatlıq müqavilə verib. Sonrakı illərdə də OMNİ-nin dövlət qurumları ilə milyon manatlıq müqavilələri barədə məlumatlar yayılıb.
Dövlət vəzifəsinə keçmiş şəxsin ailəsi ilə əlaqəli olduğu bildirilən şirkət dövlət qurumlarından müqavilələr alıb. OMNİ dövlət qurumları ilə müqavilələr bağlayıb.
Britaniya Virgin Adaları və OMNI Legal
İndi gəlin Ceyhun Bayramovun biznes xəritəsinin xarici hissəsinə keçək. Burada ən mühüm mənbələrdən biri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun, yəni ICIJ-nin Offshore Leaks məlumat bazasıdır. Bu bazada OMNI Legal and Consultancy Services Ltd. adlı şirkət görünür. Şirkət Britaniya Virgin Adalarında qeydiyyatdan keçib. ICIJ məlumatına görə, şirkət 17 avqust 2009-cu ildə yaradılıb. 2013-cü ilin yanvarında fəaliyyətsiz vəziyyətə düşüb və həmin ilin aprelində reyestrdən çıxarılıb. Ən diqqətçəkən hissə isə şirkətlə əlaqələndirilən şəxslərdir.
ICIJ bazasında Ceyhun Bayramov və Roman Alloyarov “Beneficiary”, yəni benefisiar kimi göstərilir. Səhmdar kimi isə Brotherhood Foundation qeyd olunur. Vasitəçi qurum kimi İsveçrədəki SG Private Banking də göstərilir. Belə bir şirkətdə dövlət vəzifəsinə keçmiş şəxsin adının, yəni Ceyhun Bayramovun benefisiar kimi görünməsi əlbəttə ki, ictimai maraq doğuran məsələdir. Əsas suallar bunlardır: bu şirkət nə iş görürdü? Kimlərlə işləyirdi Hansı maliyyə əməliyyatları aparılırdı? Və şirkət niyə 2013-cü ildə fəaliyyətini dayandırdı? ICIJ-nin məlumat bazası şirkətin mövcudluğunu və əlaqələri göstərir. Amma şirkətin bütün maliyyə fəaliyyətini göstərmir.
İndi gələk Rəhim Bayramlıya
İndi Bayramovlar ailəsinin biznes xəritəsinin ikinci hissəsinə keçirik. Yəni Rəhim Bayramlıya. Burada tamam başqa sahə görürük. Atasının biznes fəaliyyəti əsasən hüquq və konsaltinq sahəsində idisə, Rəhim Bayramlının adı daha çox startap, texnologiya, investisiya və təhsil sahələrində keçir.
Məsələn, SABAH.HUB-ın öz rəsmi saytında Rəhim Bayramlı baş icraçı direktor olaraq göstərilir.
SABAH.HUB özünü startapların yaradılmasına və inkişafına dəstək verən innovasiya mərkəzi kimi təqdim edir. Yəni burada söhbət adi bir şirkətdən getmir.
Söhbət yeni bizneslərə, texnologiyaya və innovasiyaya dəstək verən bir ekosistemdən gedir. Daha bir mühüm struktur isə SABAH.fund-dur.
Fondun rəsmi saytında Rəhim Bayramlı “Co-Founding General Partner”, yəni həmtəsisçi baş partnyor kimi göstərilir. Fond erkən mərhələdə olan startaplara sərmayə qoyduğunu bildirir.
Məsələn, fondun açıqladığı investisiya məbləği bir layihə üçün 100 min dollardan 750 min dollara qədər dəyişir. Fondun pulunun Ceyhun Bayramova məxsus olduğu bildirilir.
Rəhim Bayramlının adı Push30 şirkəti ilə də açıq mənbələrdə birbaşa əlaqələndirilir. Şirkətin öz məlumatlarında Push30-un 2019-cu ildə Azərbaycanda fəaliyyətə başladığı göstərilir.
Digər açıq mənbələrdə isə Rəhim Bayramlı, Adil Qasımov və Rahul D’Mello şirkətin həmtəsisçiləri kimi təqdim olunub. Rəhim Bayramlının Push30-un həmtəsisçisi kimi göstərilməsi sənədləşən faktlardan biridir. Daha bir maraqlı məqam isə budur ki, 2023-cü ildə Push30-un dövlət qurumlarından biri ilə təxminən 196 min manatlıq xidmət müqaviləsi aldığı barədə məlumat yayılıb.
LANDAU — Rəhim Bayramlıdan Leznik qardaşlarına
İndi gəlirik əsas məsələyə. Yəni zurnanın zırt dediyi yerə. Bayramovlar ailəsinin LANDAU xəttinə.
Burada bayramovların biznes xəritəsi çox maraqlı bir xətt alır.
Əvvəlcə onu deyək ki, Rəhim Bayramlının adı LANDAU Education Group ilə əlaqələndirilir. Amma LANDAU-nun tarixçəsinə baxanda başqa iki mühüm ad görürük: Emil Leznik. Timur, yaxud Teymur Leznik. Açıq məlumatlarda bu iki şəxsin qardaş olduğu və LANDAU School-un yaradıcıları arasında yer aldığı göstərilir.
Onların adı 2018-ci ildə yaradılmış “Leznik and Company” MMC ilə də birlikdə keçir.
Yəni burada artıq bir ailə daxilində iki qardaşın biznes fəaliyyəti və təhsil sektoru ilə əlaqəsini görürük. Amma burda daha bir ad var: Yefim Leznik Petroviç. Gəlin görək bu Yefim Leznik Petroviç kimdir? Yefim Leznik Emil və Timur Leznikin atasıdır. Yefim Leznik uzun illər Bakıda fəaliyyət göstərən “Xabad Or-Avner” yəhudi məktəbinin direktoru olub. Burdan belə aydın olur ki, burda biznes və təhsil sahəsində ailəvi karyera xəttinin olduğunu görmək mümkündür.
LANDAU, Sea Breeze və Emin Ağalarov xətti isə məsələnin ən pik həddidir.
LANDAU-nun başqa maraqlı əlaqəsi Sea Breeze-dir. 2024-cü ildə Sea Breeze ərazisində LANDAU School-un təhsil kompleksi açılıb. Açılışda İlham Əliyev, arvadı və komanda verəni Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər. Layihə barədə məlumatı isə kim verib ? Emin Ağalarov ! Həmin dövrün mətbuat orqanlarına nəzər salanda bu barədə hamısında kifayət qədər yazılar gedib. Bu faktlardan yola çıxsaq, “Emin Ağalarov LANDAU-nun sahibidir” nəticəsinə varmaq olur. Eyni zamanda prezident ailəsinin LANDAU ilə biznes əlaqəsi var qənaəti də yaranır. Çünki ölkədə bütün bank sektyoru və bütün tikinti şirkətlərinin, təhsilin, səhiyyənin əliyevlərin əlində cəmləşdiyini nəzərə alsaq, ölkədə istənilən biznesin içində hakim ailənin olduğu şübhəsizdir. Yəni hakim ailə ölkədəki bütün bizneslərdə ən yüksək paya malikdirlər.
LANDAU-nun Şuşa və Qarabağ xətti
İndi gəlirik Şuşa və Qarabağ məsələsinə. 2024-cü ildə Rəhim Bayramlı işğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirmək planlarından danışıb. İddialara görə ötən ildən etibarən bu istiqamətdə Rəhim Bayramlı Qarabağda fəaliyyətə başlayıb.
“Landau School” artıq paytaxtın müxtəlif ərazilərində filiallar aça bilib.
Bir daha qeyd edim ki, “Landau School” Ümumi Təhsil Qapalı Səhmdar Cəmiyyəti (QSC) 09.04.2018-ci ildə dövlət qeydiyyatına alınıb. 02.05.2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilib.
Açıqlanan rəsmi məlumatlarda “Landau School”un qanuni təmsilçisinin Timur Leznik Yefimoviç olduğu bildirilir. “Landau School”un həmtəsisçilərindən biri də Emil Leznikdir. Emil və Timur Leznik qardaşları 2018-ci ildə eyni zamanda “Leznik and Company” MMC təsis ediblər.
Emil Leznik həmin dövrdə mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidentidi Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var və həmin layihəyə əsasən “Sea Breeze” kompleksində şirkətin bir neçə korpusu fəaliyyət göstərəcək. korpusda “PreSchool” və ingilis bölməsinin bütün sinifləri yerləşəcək”.
İllik təhsil haqqının 8 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə Yefim Leznikdir. Yəni emil və Timur Leznik qardaşlarının atası.
Bayaq qeyd etdiyim kimi Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar.
2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. Açılış mərasimində İlham Əliyev, Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.
2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.
Bütün bu şirkətlər isə Ceyhun Bayramovun ailə şirkətləri ilə sıx əlaqəli şəkildə işləyir. Gələn verilişlərimizdə isə İlham Əliyevin iqtisasdi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun biznes şəbəkələrindən danışacağıq. İndi bildinizmi ölkədə niyə uşaqpulu verilmir, niyə qazilərin 80 manatı yerində sayır?
LANDAU da təhsil haqlatının məbləği:
PreSchool: 5 750 AZN-dən
Məktəb: 7 300 AZN-dən
5–7-ci siniflər: 10 700 AZN
8–9-cu siniflər: 11 500 AZN
10–11-ci sinif, 11 650 AZN

"Yenixeberorg.com"

“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO


Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən “Abşeron City” Yaşayış Kompleksinin zirzəmi divarı gecə saatlarında sökülüb. Bu isə sakinlərin narazılığına səbəb olub.

Sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, axşam saatlarında əraziyə ağır tonnajlı yük maşınları gətirilib. Kompleksin prospektə açılan hissəsində binanın zirzəmisindəki divarların söküldüyü, eyni zamanda pilləkənlərin də dağıdıldığı bildirilir.

İddialara görə, işlərin aparılmasına etiraz edən sakinlərin narazılığına məhəl qoyulmayıb. Sakinlər söküntü işlərinin əsasən axşam və gecə saatlarında həyata keçirilməsindən də narahatdırlar.

Məlumata görə, binanın zirzəmi hissəsinin satıldığı və burada hansısa ticarət obyektinin fəaliyyət göstərəcəyi ehtimal olunur.

Sakinlər hesab edirlər ki, yaşayış binasının konstruktiv hissələrində belə dəyişikliklərin aparılması müvafiq icazələr və təhlükəsizlik tələbləri baxımından araşdırılmalıdır. İşlərin sürətlə aparılması və sökülən materialların ərazidən daşınması isə sakinlər arasında əlavə suallar yaradıb.

Bundan başqa, ağır yük maşınlarının əraziyə daxil olması binanın qarşısındakı yol örtüyünə də zərər vurub. Sakinlərin sözlərinə görə, yolun vəziyyəti ağır texnikanın hərəkətindən sonra daha da pisləşib.

Hazırda söküntü işlərinin hansı əsasla aparıldığı, zirzəminin kommersiya obyektinə çevrilməsi ilə bağlı müvafiq icazələrin olub-olmaması və binanın təhlükəsizliyinə hər hansı riskin yaranıb-yaranmadığı açıq olaraq qalır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti heç bir açıqlama vernəyib.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/abseron-cityde-zirzemi-divarlari-gece-ile-sokuldu---sakinler-narahatdir---video-23019

“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY


“55 il mən də, həyat yoldaşım Elmira xanım da İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışıq. Bizim heç vaxt qrim otağımız olmayıb. Acınacaqlı şəraitdə işləmişik. O küncdə, bu küncdə geyinmişik, qrimlənmişik, səhnəyə çıxmışıq. Bu teatrı yaşatmışıq, can qoymuşuq. Şükür Allaha ki, bu gün teatrın binası var, aktyorların qrim otağı mövcuddur. Bu bizim ən böyük arzumuz idi. Elmira xanım da, mən də bu günləri görmək üçün səbirsizlənirdik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vidadi Əliyev deyib.

O daha sonra əlavə edib:

“Yoldaşım da, mən də özümüzü fəda etmişik. Mən həm direktor idim, həm rejissor idim, həm aktyor idim. Cavan-cavan uşaqlar gəlib səhnə qururdular, qura bilmirdilər. Mən onların yerinə fəhləlik də, sürücülük də edirdim. Özümü dağa-daşa salırdım ki, bu teatr yaşasın. Ermənilər elə hey səy göstərirdilər, bəhanə axtarırdılar ki, ad qoyub bu teatrı bağlasınlar. Ermənilər deyirdilər ki, biz İrəvandakı teatrı bərpa ediriksə, siz də Bakının özündə erməni teatrı yaratmalısınız. O da mümkün deyildi.. Biz də plan doldurub teatrı yaşadırdıq.. Amma bununla belə əməyimiz qiymətləndirilmədi.. Təqaüd veriləndə nə mən, nə də ki, Elmira xanım yada düşdü. Bizi unutdular, yaddan çıxartdılar. Biz fədakar sənətkar olmuşuq” deyə Xalq artisti bildirib.

Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...


Keçən günlərdə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinin özbaşınalığı ilə bağlı işçilər adından edilən müraciəti təqdim etmişdik və bildirmişdik ki, sözgüedən qurumun insan resursları departamentinin rəisi Ömər Balacayev də bu gün BALACA PADŞAH hesab etdiyindən əsl oliqarx həyatı yaşçayır və təbii ki, Kompleks Qazma İşləri Trestinin hesabına... burada cərəyan edən qara-qura işlərin sayəsində...
"DİA-AZ"a bu barədə yazan işçilərdən biri iddia edir ki, Ömər Balacey hazırda İtaliyada dincəlir...

Müraciətdə dha asonra bildirilir: "İtaliyada dincəlir Ömər Balacayev, hansı pulların hesabına? Bunu soruşan varmı?
Şəxsən mən özüm 3 uşaq atası olaraq yalnız uşaqlarımın yemək və geyimini təmin etmək üçün çalışıram. Yənialdığım maaş ancaq buna yetir və zar-zorla... Mənim fikirdən ay yarımdan çoxdur ki səhhətimdə problemlər yaranıb bu haramzadələrin əlindən. "Ekonom"-"ekonom" deyə-deyə bağırırlar... Amma onlara aid deyil bu "ekonom" adlı bəhanə... QƏNAƏT REJİMİ...

İşçinin məvacibinə göz dikməyə başlayıblar artıq. Dənizdə və quruda qazılan quyuların hamısında qəzalar olur. Ardıcılıqla neçə-neçə milyonluq firmaların alət və avadanlıqları quyuda qalır. Niyə? Baş mühəndis və müdirin birinci müavini Qabil Razyevin savadsız iş prinsipindən irəli gəlir. Niyə bəs bu vəzifəsində qalır? Rəşad Əsgərov çıxsın önə cavab versin haqqını yediyi işçilərə... Şəxsən biri mən... işçilərə cavab versin. Ancaq fikirləşdiyi qazmanı dağıtmaq və şəxsi MMC yaratmaqdır... Nəticədə Ömərt Balacayev kimi quldur şəriklər faydalanır... əsas işi görən işçilər isə ehtiyac içindəı - işini itirmə qorxusu ilə üz-üzə qalır..."

​"DİA-AZ"

Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı



Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qeyd edək ki, TƏBİB 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.

“Bakupost”un əldə etdiyi məlumata görə, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə “Vita Med Hospital”dan göndərilib. Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.

Yadigar Hüseynova ilə əlaqə saxladıq. O, “Bakupost”a bildirdi ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:

"Onlar mənim kəndçimdirlər. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə - “Vita Med Hospital”a gəlin.
Qanaxma fonunda gəliblər . Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi.

USM yox idi. Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik.
"Vita Med”də abort əməliyyatı keçirilməyib”.

Həkimin açıqlamasından məlum olur ki, Lalə Quliyeva “Vita Med Hospital”a Masazırdan gətirilib.

Qadının harada hamiləliyini sonlandırması suallarına hələlik cavab tapılmır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

“Bakupost”

Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib



Penitensiar Xidmətin sabiq rəisi general Ceyhun Həsənovun tapşırığı ilə təsərrüfatlara gedən suyun qabağı kəsilib, fermerlə nöyük miqdarda ziyan dəyib

Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı ciddi şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, general Ceyhun Həsənov rayonda balıq, toyuq və mal-qara təsərrüfatı ilə məşğuldur. İddia olunur ki, "Salyan Aqro Park”ın əməkdaşları texnikanın köməyi ilə bir neçə təsərrüfata gedən su kanalını palçıq və torpaqla bağlayaraq təsərrüfatların su təminatını faktiki olaraq məhdudlaşdırıblar.
Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə təsərrüfatlar arasında yaranmış mübahisədən yox, insanların illərlə qurduğu biznesə və onların dolanışıq mənbəyinə ciddi müdaxilədən gedir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarında suyun kəsilməsi böyük maddi zərərə və canlıların tələf olmasına səbəb ola bilər. Daha ciddi məqam isə şikayətçinin irəli sürdüyü iddialarda "Salyan Aqro Park”ın bu addımlarının vaxtilə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyinin bildirilməsidir.
Bundan əvvəl də mediada Ceyhun Həsənovun Salyan rayonunda donuz fermasının olduğu barədə müxtəlif iddialar yayılıb. Hazırkı şikayətlə həmin məlumatların arasında hər hansı əlaqənin olub-olmadığı isə ayrıca araşdırma tələb edən məsələdir.
Ən düşündürücü məqamlardan biri isə rayon səviyyəsində aidiyyəti qurumların bu vəziyyətə münasibətinin olub-olmamasıdır. İddialar doğrudursa, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət üçün maraqlıdır.
Bir neçə təsərrüfatın su mənbəyinin bağlanması, əgər bunun qanuni əsasları yoxdursa, ciddi sual doğurur: Kim bir sahibkarın və ya təsərrüfat sahibinin fəaliyyətinə belə müdaxilə etmək səlahiyyətini özündə görür?
Dövlət sahibkarlığın inkişafını, kənd təsərrüfatının genişləndirilməsini və regionlarda məşğulluğun artırılmasını prioritet elan etdiyi halda, ayrı-ayrı təsərrüfatların hansısa şəxsin şəxsi maraqları və ya göstərişi əsasında zərər görməsi barədə iddialar xüsusilə ciddi araşdırılmalıdır.
Əgər doğrudan da illərlə qurulan təsərrüfatların fəaliyyəti bir şəxsin maraqları naminə məhdudlaşdırılırsa, bu, təkcə sahibkarların deyil, bütövlükdə dövlət qurumlarına olan etimadın zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətin davam etməsi isə Salyanda sosial gərginliyin artmasına və yeni narazılıqların yaranmasına zəmin yarada bilər.
Yazıda adı çəkilən "Salyan Aqro Park”, general Ceyhun Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.
Qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyaya daxil olan şikayət və iddialar əsasında hazırlanıb. Faktların hüquqi və rəsmi şəkildə araşdırılması aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

7NEWS.az

Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?


Barəsində rayon prokurorluqlarında cinayət işi üzrə araşdırma aparıldığı bildirilən Seymur Məmmədov hansı klinikalarda qanunsuz estetik əməliyyatlarını davam etdirir?

Bir neçə gün əvvəl Kəpəz Hospitalda Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun keçirdiyi plastik əməliyyatdan sonra vəfat etməsi barədə məlumat yayılıb. KİV-də yayılan məlumatlara görə, əməliyyatı estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.Bu məsələ artıq yalnız bir şəxsin peşə fəaliyyəti ilə bağlı deyil. Burada daha ciddi sual yaranır: estetik tibbi fəaliyyət üçün müvafiq sertifikatı olmayan həkim necə əməliyyat həyata keçirə bilib?Mediatvaz.combildirir ki məsələnin daha da ciddiləşməsinin səbəbi isə ötən il yayılan digər rəsmi məlumatlardır.İctimaiyyətə məlum olan məlumatlara əsasən, ötən ilin mart ayında Pərvanə Mirzəyeva, avqust ayında isə Nilufər Abdulla estetik əməliyyatdan sonra vəfat edib. Hər iki əməliyyat Seymur Məmmədov tərəfindən həyata keçirilib. Tulin Turpun ölümü isə, artıq üçüncü ölüm hadisəsi barədə ciddi araşdırma zərurətindən gedə bilər.Burada ən vacib məsələ ittiham irəli sürmək deyil.Əsas məsələ budur: bu ölümlərin hər biri üzrə tibbi ekspertiza hansı nəticəyə gəlib? Redaksiyamıza daxil olan digər məlumata görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirovun da bu məsələlərlə bağlı adı hallanır. İddialara görə, Cavid Cahangirov Seymur Məmmədova yaxın şəxslərdən biri hesab olunur və onun bir sıra işlərinə dəstək verdiyi bildirilir.Cavid Cahangirovun Seymur Məmmədovla hər hansı əlaqəsinin olub-olmaması, ekspertiza proseslərində hansı rolu oynadığı və hər hansı təzyiq və ya müdaxilənin baş verib-vermədiyi müvafiq qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Digər mühüm iddia isə Seymur Məmmədovun sertifikat məsələsinə baxmayaraq estetik əməliyyatları müxtəlif klinikalarda bu gündə davam etdirməsi ilə bağlıdır. Estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş Seymur Məmmədov,başqa klinikada hansı hüquqi əsasla əməliyyat həyata keçirə bilər? Klinikalar belə bir həkimlə hansı əsasla əməkdaşlıq edir? Onun həmin tibb müəssisələrində əməliyyat aparmasına kim icazə verir? Əməliyyatlar klinikanın rəsmi sənədlərində qeydiyyata alınırmı? Həkimlə tibb müəssisəsi arasında əmək müqaviləsi və ya digər hüquqi əsas mövcuddurmu? İctimaiyyətin cavab gözlədiyi suallar kifayət qədərdir:Cavid Cahangirovun həmin ekspertizalarda rolu nə olub? Ekspertiza nəticələrinə hər hansı müdaxilə və ya təzyiq göstərilməsi barədə araşdırma aparılıbmı?
Sertifikatı ləğv edilmiş həkimin əməliyyat aparmasına şərait yaradan klinikalar hansılardır? Bu sualların cavabı yalnız bir həkimin deyil, səhiyyə sistemində nəzarət mexanizmlərinin işləyib-işləmədiyinin göstəricisi olacaq. Məsələ susmaqla bağlanacaq məsələ deyil. Söhbət insan həyatından, tibbi məsuliyyətdən və ictimai nəzarətdən gedir. Redaksiyamız araşdırmanı davam etdirir.Qanunsuz əməliyyatların hansı klinikalarda aparıldığı barədə məlumatları yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq.Xatırladaq ki, Nilufər Abdullanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda aparılan istintaq işi hələ tamamlanmayıb. Bu isə həmin ölüm hadisəsinin səbəbləri və tibbi müdaxilənin nəticələri ilə bağlı yekun hüquqi qiymətin hələ verilmədiyini göstərir.Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun ölümü ilə bağlı isə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıldığı bildirilir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA


“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar almışıq. "Dia-az" SOCAR-dakı mənbələrə istinadən xəbər verir ki, hal-hazırda "yuxarıların" qərarı ilə “Neftqaztikinti” trestinin maliyyə fəaliyyəti ciddi şəkildə təftiş olunur.

Hələlik,qurumla bağlı araşdırmanın kənardan aparıldığını iddia edən mənbə bunları əlavə edir:

"Yaxın günlərdə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin də iştirakı ilə böyük araşdırmaya qərar verilə bilər. Burada söhbət 44 milyonluq büdcə vəsaitinin taleyindən gedir. Məsələ təkcə “Neftqaztikinti” trestinin hazırki rəhbəri Qağaməli Seyfullayevlə bitmir, ondan əvvəlki dönəmi də əhatə edir. Amma Qağaməli Seyfullayvin dövrü də ciddi təftişə götürülüb.

Ola bilsin ki, bu prosesdə hətta həbslər də olsun. Bunu zamanla görəcəyik..."

Əlavə bilgilərimiz olacaq...

Dia-az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56