Ramiz Mehdiyev YAP-dan xaric edildi


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədri postuna rəhbərlik edəcək şəxslər müəyyənləşib.

İclasda həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılıb və onun partiyadan çıxarılması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və Veteranlar Şurasının üzvü idi. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, sakinlərin sözlərinə görə, “ASAN xidmət” mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil.

Şikayətçilər bildirirlər ki, ərazidə tikinti işləri ilə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək problemin həlli istiqamətində nəticə əldə olunmayıb.

Sakinlərin iddiasına görə, tikintinin dayandırılması ilə bağlı tədbir görülmədiyindən işlər davam etdirilib və obyekt artıq ikinci mərtəbəyədək qaldırılıb.

Şikayətçilər Yasamal Rayon İcra Hakimiyyətindən və aidiyyəti qurumlardan ərazidə aparılan tikintinin qanuniliyinin araşdırılmasını, obyektin hansı təyinatla tikildiyinə aydınlıq gətirilməsini və qanun pozuntusu varsa, müvafiq tədbirlər görülməsini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib


Redaksiyiyamıza Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsində məişət tullantılarının yığılması ilə bağlı sakinlərin müraciəti daxil olub.

Vətəndaşlar yazır ki, küçədə toplanan zibil yığınları ərazidə antisanitar vəziyyət yaradıb. Sakinlər problemin aradan qaldırılması və küçənin təmizlənməsi üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin indiyədək nəticə əldə olunmadığını bildirirlər.

Şikayətçilər iddia edirlər ki, müraciətlərinə baxmayaraq, məsul şəxslər problemin həlli istiqamətində lazımi addımlar atmırlar. Nəticədə zibil yığınları küçədə qalmaqda davam edir.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhərin mənzil-kommunal təsərrüfatı sahəsinə cavabdeh qurumun rəhbəri isə Rövşən Lətifovdur.

Sakinlər aidiyyəti qurumların diqqətini problemə yönəltmələrini, Məhəmməd Əsədov küçəsində təmizlik işlərinin aparılmasını və belə halların təkrarlanmaması üçün tədbirlər görülməsini istəyirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.info

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir işlərinin satınalınması üzrə “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3.330.767,67 manat dəyərində müqavilə bağlayıb.
Şərtlər toplusuna görə MMC 12.10.2026-cı ildən 30.12.2026-cı ilə qədər Mingəçevir şəhər 20 nömrəli, Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli, Balakən rayon Qazbölük, Şərif, Qaysa, Aclıqbinə, Sarıbulaq, Xalatala kənd tam orta məktəblərini, Şəki rayon Aydınbulaq, Şəki Kiçik Dəhnə 2 nömrəli tam orta ümumtəhsil,Şəki şəhəri 11 nömrəli tam orta məktəbini, Zaqatala rayon Çobankol kənd İ.Kərimov adına tam orta məktəbi, Zaqatala Yuxarı Tala kənd 2 nömrəli, tam orta məktəbi, Yuxarı Tala kənd 4 nömrəl, Zaqatala Danaçı kənd 2 nömrəli, Muxax kəndi Ş İsayev adına 2 nömrəli, Bakı şəhəri 179 nömrəli tam orta məktəblərində təmir işləri aparacaq.
Maraqlı orasıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi Kəlbəcər tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınması üzrə “ART-PROJE” MMC ilə cari ilin sentyabr ayında 3.543.405,54 manat dəyərində müqavilə bağlayıb.
Göründüyü kimi “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti bir budaqda oturub min budaq silkələyir. Həm mebel və avadanlıqları satır, həm də təmir işləri üzrə sifarişlərə girişir. Hələ bu harasıdır…
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin təhsil müəssisələrində təmir işləri, mebel və avadanlıqların alınması üzrə müqavilə bağladığı “ART-PROJE” MMC cari ilin yalnız sentyabr-oktyabr aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli qurumlarla nasos aqreqatları üçün ehtiyat hissələrinin, nasos stansiyalarının cari təmiri üçün mal-material və ehtiyat hissələrinin, mal materiallar(EÇV nasos hissələrinin), nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin, cari təmir işləri üçün mal-materialların, nasos avadanlıqları və hidrotexniki qurğular üçün ehtiyyat hissələrinin satınalınması üzrə üzrə ümumi dəyəri 1 831 066 manat olan 10 satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ART-PROJE” (VÖEN: 3100016211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2001 il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1 370 010 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, NOVXANI BAĞ MASSİVİ, ev.4829A, qanuni təmsilçisi kimi isə Əliyev Əkram Musa oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılzadı Ramil Baxşeyiş oğlu olub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda “ART-PROJE” MMC-nin maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üzrə 29.11.2024-cü ildə, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 04.04.2016-cı ildə lisenziya aldığı göstərilir.
Göründüyü kimi “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında hər işə girişir və son iki ayda qazandığı tenderlərin ümumi dəyəri on milyon manatı keçir. Maraqlıdır, “ART-PROJE” həqiqətən də universal bir MMC-dir yoxsa onu universal edənlər var.
Bu şirkətin müxtəlif lotlar üzrə tenderlərin qalibi çıxmasına şəraiti kimlər yaradır? Biri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bununla, Antiinhisar Agentliyi dövlət satınalmalarında sağlam rəqabət mühitinin qarşısını alır, şəffaflıq prinsiplərini şübhə altında qoyur.
Aktualinfo.net

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?


Sərnişindaşıma sahəsində fəaliyyət göstərən “Atilla Trans Services A” MMC ilə bağlı redaksiyamıza daxil olan məlumatlar bir sıra məsələlərin ətraflı araşdırılmasını zəruri edir. Nəqliyyat vasitələrinin hüquqi statusu, daşıma xidmətlərinin rəsmiləşdirilməsi, sürücülərlə əmək münasibətləri, vergi öhdəlikləri və şirkətin digər hüquqi şəxslərlə mümkün əlaqələri diqqət tələb edən əsas istiqamətlərdəndir.

Redaksiyamıza daxil olan məlumata görə, adı çəkilən şirkətlə əlaqəli nəqliyyat vasitələrindən iri müəssisələrin əməkdaşlarının daşınmasında istifadə olunduğu bildirilir. Bu baxımdan Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının daşınmasında istifadə edildiyi deyilən 20 avtomobil, eləcə də SOCAR-da istifadəsi barədə məlumat verilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi və istismar qaydaları xüsusi araşdırılmalıdır.
Məsələnin mahiyyəti yalnız avtomobillərin hansı şirkətə məxsus olması ilə məhdudlaşmır. Əsas məsələ onların hansı hüquqi əsasla fəaliyyət göstərməsi, daşıma xidmətlərini kimin həyata keçirməsi, tələb olunan sənədlərin mövcudluğu və dövlət qarşısında öhdəliklərin necə yerinə yetirilməsidir.
Əgər bu xidmətlər mütəmadi şəkildə həyata keçirilirsə, müvafiq müqavilələrin, icazələrin, əmək münasibətlərinin və maliyyə hesablaşmalarının qanunvericiliyə uyğunluğu aydınlaşdırılmalıdır.

BAKI GƏMİQAYIRMA ZAVODUNUN ƏMƏKDAŞLARI 20 AVTOMOBİLLƏ DAŞINIR: SƏNƏDLƏRİN VƏZİYYƏTİ NECƏDİR?

Redaksiyamıza daxil olan məlumata əsasən, Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının daşınmasında “Atilla Trans Services A” MMC ilə əlaqələndirilən 20 nəqliyyat vasitəsindən istifadə olunduğu bildirilir.
Həmin avtomobillərin dövlət qeydiyyat nişanlarının AYNA-nın elektron sistemi üzrə yoxlanılması zamanı qüvvədə olan “Fərqlənmə nişanı” barədə məlumat əldə edilmədiyi qeyd olunur.

Lakin elektron sistemdə məlumatın görünməməsi avtomatik olaraq qanun pozuntusunun təsdiqi demək deyil. Bunun səbəbi, daşınmanın hüquqi növü və konkret nəqliyyat vasitələrinə tətbiq olunan tələblər aidiyyəti qurum tərəfindən dəqiqləşdirilməlidir.

AYNA-nın rəsmi mövqeyi olmadan həmin avtomobillərin qanunsuz fəaliyyət göstərdiyi barədə qəti nəticə çıxarmaq düzgün olmaz. Bununla belə, 20 nəqliyyat vasitəsinin sənədlərinin ayrıca yoxlanılması və daşıma xidmətinin hansı hüquqi əsaslarla təşkil edildiyinin müəyyənləşdirilməsi vacibdir.

Bu çərçivədə aşağıdakı suallar cavablandırılmalıdır:

- Həmin 20 avtomobilin hər biri üzrə tələb olunan sənədlər mövcuddurmu?
- Daşıma xidmətini faktiki olaraq “Atilla Trans Services A” MMC həyata keçirir, yoxsa başqa hüquqi şəxs və ya fərdi sahibkar?
- Daşıyıcının buraxılış vəsiqəsi, nəqliyyat vasitələrinin isə qanunvericiliklə tələb olunan buraxılış kartları varmı?
- Daşınmanın növündən asılı olaraq “Fərqlənmə nişanı” və digər müvafiq sənədlər tələb edilirmi?
- Sifarişli sərnişindaşıma həyata keçirilirsə, elektron formulyarların rəsmiləşdirilməsi tələb olunan hallarda təmin olunurmu?
- Avtomobillərin hüquqi mülkiyyətçiləri ilə onları faktiki istismar edən tərəflər eynidirmi?

Bu sualların cavablandırılması həm daşıyıcının fəaliyyətinin, həm də sifarişçi müəssisə ilə münasibətlərin hüquqi baxımdan qiymətləndirilməsi üçün əhəmiyyətlidir.

SOCAR-DA İSTİFADƏ OLUNDUĞU BİLDİRİLƏN NƏQLİYYAT VASİTƏLƏRİ BARƏDƏ DƏ AÇIQLAMA VERİLMƏLİDİR

Redaksiyamıza daxil olan digər məlumatlarda “Atilla Trans Services A” MMC ilə əlaqələndirilən nəqliyyat vasitələrinin SOCAR-da da istifadə olunduğu bildirilir.

Bu məlumatın dəqiqləşdirilməsi üçün həmin avtomobillərin hansı müəssisə və ya struktur bölməsində istifadə edildiyi, daşıma xidmətinin hansı şirkət tərəfindən göstərildiyi və tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu araşdırılmalıdır.
İlk növbədə müəyyən edilməlidir ki, söhbət SOCAR əməkdaşlarının müntəzəm daşınmasından, sifarişli nəqliyyat xidmətindən, avtomobillərin icarəsindən, yoxsa başqa xidmət formasından gedir.

Həmçinin aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir:

- SOCAR-da istifadə olunduğu bildirilən avtomobillər hansı hüquqi şəxsin və ya fiziki şəxsin adına qeydiyyatdadır?
- Nəqliyyat vasitələri “Atilla Trans Services A” MMC-yə məxsusdur, icarəyə götürülüb, yoxsa başqa şirkətlər tərəfindən təqdim edilir?
- Daşıma xidmətləri hansı müqavilələr əsasında həyata keçirilir?
- Avtomobillərin fəaliyyət növünə uyğun tələb olunan icazə və sənədləri mövcuddurmu?
- Xidmətin qəbulu, ödənişlər və nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarət hansı qaydada təşkil edilir?

SOCAR-dan bu məsələ ilə bağlı rəsmi mövqeyin bildirilməsi xahiş olunur. Əgər belə nəqliyyat xidmətlərindən istifadə təsdiqlənərsə, xidmətin hüquqi əsasları və sənədləşdirilməsi barədə ictimaiyyətə məlumat verilməsi məqsədəuyğun olardı.

Burada hər hansı qanun pozuntusunun baş verdiyi əvvəlcədən iddia edilmir. Məqsəd daxil olan məlumatların yoxlanılması və nəqliyyat xidmətlərinin hansı qaydada təşkil olunduğunun müəyyənləşdirilməsidir.

VERGİ MƏSƏLƏLƏRİ: GƏLİRLƏR VƏ ÖDƏNİŞLƏR QANUNİ QAYDADA RƏSMİLƏŞDİRİLİRMİ?

Şirkətin fəaliyyəti ilə bağlı araşdırılmalı istiqamətlərdən biri də vergi öhdəlikləridir.
Sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı əldə edilən gəlirlərin uçotu, xidmət müqavilələri üzrə ödənişlərin rəsmiləşdirilməsi, əməkhaqlarının hesablanması və qanunvericiliklə nəzərdə tutulan digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi yoxlanılmalıdır.

Redaksiyamıza daxil olan məlumatlar əsasında bu istiqamətdə bir sıra suallar yaranır. Bununla belə, vergi öhdəliklərindən yayınma barədə hər hansı qəti nəticə yalnız müvafiq sənədlər və səlahiyyətli qurumun araşdırması əsasında müəyyən edilə bilər.
Dövlət Vergi Xidmətindən aşağıdakı məsələlərin qanunvericiliyin tələbləri çərçivəsində araşdırılması xahiş olunur:

- Şirkətin vergi hesabatları və maliyyə uçotu qanunvericiliyin tələblərinə uyğundurmu?
- Sərnişindaşıma xidmətlərindən əldə olunan gəlirlər müvafiq qaydada uçota alınırmı?
- Müqavilələr üzrə ödənişlər və digər maliyyə əməliyyatları rəsmiləşdirilirmi?
- Sürücülərə ödənilən əməkhaqları və digər ödənişlər uçotda düzgün əks etdirilirmi?
- Şirkətlə əlaqəli olduğu bildirilən digər hüquqi şəxslər və fərdi sahibkarlar varsa, onların maliyyə münasibətləri hansı sənədlərlə tənzimlənir?
- Nəqliyyat vasitələrinin mülkiyyətçiləri, icarəçiləri və faktiki daşıyıcılar arasında hesablaşmalar hansı qaydada aparılır?

Əgər yoxlama nəticəsində pozuntular aşkarlanarsa, onların hüquqi qiymətləndirilməsi və məsuliyyət məsələsi qanunvericiliyə uyğun şəkildə həll edilməlidir.

SÜRÜCÜLƏRİN ƏMƏK HÜQUQLARI: MÜQAVİLƏLƏR VƏ ƏMƏKHAQLARI ARAŞDIRILMALIDIR

Araşdırmanın digər mühüm istiqaməti sürücülərlə əmək münasibətlərinin rəsmiləşdirilməsidir.

Redaksiyamıza daxil olan ilkin məlumatlarda “Atilla” adı ilə fəaliyyət göstərən nəqliyyat şirkətləri ilə əlaqəli sürücülərin əmək müqavilələri, əməkhaqlarının ödənilməsi və əmək münasibətlərinin qanunvericiliyə uyğun təşkili barədə iddialar yer alır.

Bəzi sürücülərin əmək müqaviləsi olmadan işlədiyi və əməkhaqqı ödənişlərinin tam və ya qismən rəsmiləşdirilmədiyi barədə məlumatlar da daxil olub. Həmin iddiaların hansı konkret şirkətə aid olduğu və faktlarla təsdiqlənib-təsdiqlənmədiyi ayrıca müəyyənləşdirilməlidir.

Bu məlumatlar rəsmi yoxlama ilə təsdiqlənmədiyindən onları sübuta yetirilmiş fakt kimi təqdim etmək olmaz. Bununla belə, sürücülərin əmək hüquqlarının qorunması baxımından məsələ araşdırılmağa ehtiyac duyur.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunur:

- Sürücülərlə əmək münasibətləri müvafiq qaydada rəsmiləşdirilibmi?
- Əmək müqavilələri bağlanıb və tələb olunan qaydada qeydiyyata alınıbmı?
- Əməkhaqları tam və vaxtında ödənilirmi?
- İş və istirahət vaxtı ilə bağlı qanuni tələblərə əməl olunurmu?
- Sürücülərin sosial sığorta və digər qanuni təminatları təmin edilirmi?
- Sürücülərin faktiki işəgötürəni hansı hüquqi şəxsdir?

Əmək münasibətlərinin şəffaflığı həm işçilərin hüquqlarının müdafiəsi, həm də işəgötürənlərin qanuni öhdəliklərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

100-DƏN ÇOX AVTOMOBİL BARƏDƏ MƏLUMATLAR: HÜQUQİ SAHİBLİK VƏ FAKTİKİ İSTİFADƏ ARAŞDIRILMALIDIR

Redaksiyamıza daxil olan məlumatlar arasında şirkətlə əlaqəli şəxslərin 100-dən çox nəqliyyat vasitəsinə sahib olması və ya həmin avtomobillərin istismarında iştirak etməsi barədə iddialar da var.

Bu məlumatın təsdiqlənməsi üçün nəqliyyat vasitələrinin faktiki sayı, dövlət qeydiyyatı, hüquqi mülkiyyətçiləri və hansı şirkətlərin fəaliyyətində istifadə olunduğu müəyyənləşdirilməlidir.

Avtomobilin bir şəxsin adına qeydiyyatda olması onun hansı şirkət tərəfindən istifadə edildiyini avtomatik müəyyən etmir. Eyni qaydada, avtomobilin şirkətin istifadəsində olması da onun həmin şirkətin mülkiyyətində olduğunu sübut etmir. İcarə, xidmət müqaviləsi və digər hüquqi münasibətlər nəzərə alınmalıdır.

Buna görə də aidiyyəti qurumlar aşağıdakı məsələləri dəqiqləşdirməlidir:

- 100-dən çox avtomobil barədə məlumatın faktiki əsası varmı?
- Həmin nəqliyyat vasitələri hansı hüquqi və fiziki şəxslərin adına qeydiyyatdadır?
- Avtomobillərin hansı hissəsi “Atilla Trans Services A” MMC-nin, hansı hissəsi digər şirkətlərin və ya fərdi sahibkarların istifadəsindədir?
- Nəqliyyat vasitələri hansı müqavilələr əsasında istismar edilir?
- Onların fəaliyyəti ilə bağlı gəlir və xərclər qanunvericiliyə uyğun uçota alınırmı?
- Sərnişindaşıma fəaliyyəti üçün tələb olunan sənədlər mövcuddurmu?

Bu məsələlərin sənədlər əsasında araşdırılması şirkətlə əlaqəli olduğu bildirilən nəqliyyat vasitələrinin hüquqi və maliyyə vəziyyətinə aydınlıq gətirə bilər.

YANACAĞIN 85 QƏPİKDƏN ALINMASI BARƏDƏ MƏLUMAT DƏQİQLƏŞDİRİLMƏLİDİR

Redaksiyaya daxil olan məlumatlar arasında bəzi sürücülərin yanacağı 85 qəpikdən aldığı barədə iddia da yer alır.
Lakin yanacağın növü, alışın tarixi, satış məntəqəsi və qiymətin hansı şərtlərlə tətbiq edildiyi barədə dəqiq məlumat olmadan bu məsələ ilə bağlı nəticə çıxarmaq mümkün deyil.

Araşdırma zamanı yanacaq alışının kim tərəfindən həyata keçirildiyi, ödənişlərin necə rəsmiləşdirildiyi və xərclərin uçotunun hansı qaydada aparıldığı müəyyənləşdirilə bilər.

Yanacağın qiyməti barədə iddia özlüyündə qanun pozuntusunu sübut etmir. Bununla belə, məlumatın şirkətin maliyyə əməliyyatları və sürücülərlə hesablaşmaları ilə əlaqəsi varsa, müvafiq sənədlər əsasında dəqiqləşdirilməsi məqsədəuyğundur.

ŞAHİN XƏLİZADƏ VƏ NAMİQ ARİF OĞLU BABAYEVİN ŞİRKƏTLƏ MÜMKÜN ƏLAQƏLƏRİ

Araşdırma zamanı Şahin Xəlizadənin və Namiq Arif oğlu Babayevin “Atilla” adı ilə fəaliyyət göstərən şirkətlərlə mümkün əlaqələri barədə redaksiyaya daxil olan məlumatların da dəqiqləşdirilməsi vacibdir.

Burada əsas məqsəd şəxsləri əvvəlcədən ittiham etmək deyil. Söhbət mümkün hüquqi, kommersiya və ya tərəfdaşlıq münasibətlərinin mövcudluğunun sənədlərlə yoxlanılmasından gedir.

Xüsusilə Namiq Arif oğlu Babayevin şirkətlə şəriklik, nəqliyyat vasitələrinin təminatı, sifarişlərin icrası və ya birgə kommersiya fəaliyyəti ilə bağlı əlaqəsinin olub-olmadığı müəyyənləşdirilməlidir.

Şahin Xəlizadənin mümkün əlaqələri də eyni qaydada araşdırılmalı, məlumatlar rəsmi sənədlər və tərəflərin açıqlamaları əsasında qiymətləndirilməlidir.

Əgər belə münasibətlər mövcuddursa, onların hüquqi forması, tərəflərin məsuliyyəti və müvafiq müqavilə öhdəlikləri aydınlaşdırılmalıdır. Adın hər hansı məlumatda çəkilməsi isə özlüyündə həmin şəxsin qanunsuz fəaliyyətdə iştirak etdiyini göstərmir.

MÜMKÜN HİMAYƏDARLIQ BARƏDƏ SUALLAR: HÜQUQİ ƏSASLAR ARAŞDIRILMALIDIR

Şirkətin fəaliyyətinə mümkün himayədarlıq edilməsi barədə məlumatların da konkret faktlar əsasında yoxlanılması vacibdir.

Belə iddiaların təsdiqi üçün şirkətlə ayrı-ayrı şəxslər və qurumlar arasında mövcud ola biləcək münasibətlər, müqavilələrin bağlanma qaydası, xidmətlərin sifarişi və qəbul edilməsi, eləcə də qərarların qəbulunda mümkün maraqların toqquşması məsələləri araşdırılmalıdır.

Şirkətin iri müəssisələrə xidmət göstərməsi və ya çoxsaylı nəqliyyat vasitələrindən istifadə etməsi özlüyündə qanunsuz himayədarlığın sübutu deyil.

akin konkret sənədlər və əsaslandırılmış məlumatlar mövcuddursa, həmin məsələlər aidiyyəti səlahiyyətli qurumlar tərəfindən hüquqi qiymətləndirilməlidir.

Əsas sual budur: şirkətin fəaliyyəti şəffaf müqavilələr və qanuni prosedurlar əsasında qurulubmu? Xidmətlərin göstərilməsi və ödənişlərin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunurmu? Mümkün himayədarlıq barədə iddiaları təsdiq edən hər hansı hüquqi əsas varmı?

Bu suallara yalnız yoxlama və sənədlər əsasında cavab verilə bilər.

SƏRNİŞİNLƏRİN TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ VƏZİYYƏTİ

Daşıma xidmətlərinin hüquqi rəsmiləşdirilməsi ilə yanaşı, sərnişinlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Bakı Gəmiqayırma Zavodunun və SOCAR-ın əməkdaşlarının daşınmasında istifadə olunduğu bildirilən nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin müvafiq müayinələrdən keçməsi və təhlükəsizlik tələblərinə əməl olunması yoxlanılmalıdır.
Bu baxımdan aşağıdakı məsələlər aydınlaşdırılmalıdır:

- Avtomobillərin texniki baxışı və zəruri yoxlamaları vaxtında aparılırmı?
- Sürücülərin reysqabağı tibbi müayinəsi tələb olunan hallarda həyata keçirilirmi?
- Daşıma zamanı sərnişinlərin təhlükəsizliyi üçün hansı tədbirlər görülür?
- Sürücülərin iş rejimi və nəqliyyat vasitələrinin istismarı qanunvericiliyin tələblərinə uyğundurmu?
- Xidmət sifarişçiləri nəqliyyat vasitələrinin sənədlərinə və təhlükəsizlik vəziyyətinə nəzarəti necə həyata keçirirlər?

Bu məsələlər həm daşıyıcının, həm də xidmət sifarişçilərinin məsuliyyət dairəsinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

AİDİYYƏTİ QURUMLARA RƏSMİ MÜRACİƏT EDİLMƏLİDİR

Yuxarıda qeyd olunan sualların cavablandırılması məqsədilə aşağıdakı qurumların mövqeyi vacib hesab olunur:

AYNA-dan: nəqliyyat vasitələrinin qeydiyyat məlumatları, daşıma fəaliyyətinin hüquqi əsasları, tələb olunan buraxılış sənədləri və “Fərqlənmə nişanı” barədə məlumatların dəqiqləşdirilməsi xahiş olunur.

Dövlət Vergi Xidmətindən: şirkətin vergi öhdəlikləri, gəlir və ödənişlərin uçotu, əməkhaqları ilə bağlı maliyyə rəsmiləşdirilməsi və digər aidiyyəti məsələlərin səlahiyyətlər çərçivəsində yoxlanılması xahiş olunur.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən: sürücülərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının rəsmiləşdirilməsi və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının araşdırılması xahiş olunur.

Bakı Gəmiqayırma Zavodundan: əməkdaşların daşınmasında istifadə edildiyi bildirilən 20 nəqliyyat vasitəsi və daşıma xidmətinin müqavilə əsasları barədə açıqlama verilməsi xahiş olunur.

SOCAR-dan: müəssisədə “Atilla Trans Services A” MMC-yə məxsus olduğu və ya şirkətlə əlaqəli olduğu bildirilən nəqliyyat vasitələrindən istifadə edilib-edilmədiyinin, belə xidmətlər mövcuddursa, onların hansı hüquqi əsaslarla həyata keçirildiyinin dəqiqləşdirilməsi xahiş olunur.

Şirkət rəhbərliyindən: səsləndirilən suallara münasibət bildirmək, tələb olunan sənədləşmə və əmək münasibətləri barədə mövqeyini açıqlamaq imkanı gözlənilir.

NƏTİCƏ: SUALLARIN CAVABI RƏSMİ SƏNƏDLƏRDƏDİR

“Atilla Trans Services A” MMC-nin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan məlumatlar bir sıra məsələlərin dəqiqləşdirilməsini zəruri edir. Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının daşınmasında istifadə edildiyi bildirilən 20 avtomobil, SOCAR-da istifadəsi barədə məlumat verilən nəqliyyat vasitələri, sürücülərin əmək münasibətləri, vergi öhdəlikləri və şirkətlə əlaqəli olduğu bildirilən şəxslərin mümkün kommersiya əlaqələri araşdırılmalıdır.

Əsas məqsəd əvvəlcədən ittiham irəli sürmək deyil, ictimai maraq doğuran suallara rəsmi cavabların alınmasına nail olmaqdır.

Nəqliyyat vasitələrinin sənədləri qaydasındadırmı? Daşıma xidmətləri hansı müqavilələr əsasında göstərilir? Sürücülərin əmək hüquqları qorunurmu? Vergi öhdəlikləri tam yerinə yetirilirmi? SOCAR və Bakı Gəmiqayırma Zavodunda istifadə olunduğu bildirilən avtomobillərin hüquqi statusu necədir? Mümkün himayədarlıq barədə məlumatların hər hansı hüquqi əsası varmı?

Bu sualların cavabları aidiyyəti qurumların yoxlamaları, rəsmi sənədlər və tərəflərin mövqeləri əsasında müəyyənləşdirilməlidir.

Redaksiyamız araşdırmanı davam etdirməyə, şirkət rəhbərliyinin və adı çəkilən şəxslərin mövqeyini öyrənməyə, aidiyyəti qurumların rəsmi cavablarını dərc etməyə hazırdır.

QEYD: Yazıda qeyd olunan məlumatların bir qismi redaksiyaya daxil olan ilkin məlumat və iddialara əsaslanır. Həmin iddialar rəsmi araşdırma ilə təsdiqlənənədək sübuta yetirilmiş fakt kimi qəbul edilməməlidir.

ATA-TV.az

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib.

Qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Elşad Eyvazlı (Modern Media Qrupu), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Vəfa Həmzəyeva (Real TV), Elmira Musayeva (CBC), Hümbət Musayevdir (“Xalq qəzeti”nin baş redaktorunun birinci müavini).

İdarə Heyətinin ictimaiyyət nümayəndələri üzrə seçilən üzvləri isə Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyevadır (Gənc Demokratlar İnstitutu).

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...


Bu gün Bakının “Kubinka” kimi adlanan ərazisində yaşayan bir qrup sakin “Təzadlar”a şikayətə gəlmişdi. Əməkdaşlarımız onları dinlədi, videomüsahibələri qeydə alındı. Şikayət “Vialon” MMC adlı tikinti şirkətinin qanunsuz hərəkətləri barədə idi.
Təqdim olunan foto və video faktlarla, eləcə də şikayətçilərin mülkiyyət hüquqlarını təsdiqləyən sənədlərlə tanışlıqdan sonra adı çəkilən “Vialon” adlı şirkətin hüquqi kimliyi ilə bağlı kiçik bir araşdırma apardıq. İnternet resurslarında qarşımıza çıxan video və şikayətnamələr bizi dəhşətə gətirdi… Və şikayətçilərdən biri bu məqamda maraqlı ifadə işlətdi: “Siz düşünürsünüzmü ki, hazırda hicab bəhanəsi ilə küçələrə çıxanların bir qismi də məhz bu tip şirkətin arxasında duran keçmiş deputat Əsabil Qasımovun evini başına uçurtduğu paytaxt sakinləridir, bu etirazlar sabiq deputtaın əməlıərindən havalananların hirs və hikkəsinin məhsuludur?! BU KEÇMİŞ DEPUTAT ELƏ BİL XARİCİ KƏŞFİYYATA İŞLƏYİR! VƏTƏNDAŞLARI ALDADIR, SÖVDƏLƏŞİR, SONRA TƏLƏYƏ SALIR! SONDA DA KÜTLƏVİ ETİRAZLAR BAŞ QALDIRIR… BU SABİQ DEPUTATIN FƏALİYUƏTİ NİYƏ ÖLKƏMİZİN AYIQ-SAYIQ XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ƏTRAFLI ARAŞDIRILMIR?”.
Bunlar vətəndaş mövqeyi olsa da, bizi də dərindən düşündürdü… Və ətraflı araşdırma yazısı təqdim ediləcək…
XXX
Beləliklə, adı çəkilən şirkətin Bakı şəhərinin Nəsimi rayonunda (“Kubinka” kimi tanınan ərazidə) apardığı söküntü və tikinti işləri, yerli sakinlərlə yaşanan münaqişələr və məhkəmə mübahisələri ilə gündəmə gəlməsi artıq ciddi məqamlardan xəbər verirdi.
Apardığımız araşdırmalar isə bizi şoka saldı: məlum olur ki, bu qalmaqallı tikinti şirkətinin- “Vialon” MMC- nin də sahibliyi sabiq deputat Əsabil Qasımun kurasiyasından keçir, sahibi də onun qardaşı oğlu Ramil Qasımovdur(şirkətin nümayəndəsi isə onun adaşı Ramil Quliyevdir).
SONDA: vətəndaşları evsiz- mülksüz qoyan “Vialon” MMC Bakı şəhəri, Nəsimi rayonu (“Kubinka” ərazisi) Ağadadaş Qurbanov, Əlibəy Hüseynzadə və Balababa Məcidov küçələrində bu qalmaqallı- şikayətli işlərlə məşğuldur.
Şikayətçilərin video müsahibələri təqdim ediləcək.
Sual olunur: xarici ölkələrin xüsusi xidmət orqanlarının hicab təxribatına könül verən süni şikayətçilərin bol olduğu bir vaxtda əmlak hüququ pozulan vətəndaşları da bilərəkdən bu cərgəyə qoşmağın adı nədir?
“Təzadlar”





Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...


Laçın rayon sakini Mehbarə Həsənova bildirir ki, məcburi köçkün olduğu üçün Xocalı rayonunun Xanabad kəndində mənzillə təmin edilib. Lakin şikayətçinin sözlərinə görə, ona verilən ev yaşayış üçün tamamilə yararsız vəziyyətdədir.

"DİA-AZ"ın məlumatına görə, vətəndaş qeyd edir ki, mənzildə istilik, su və kanalizasiya sistemləri işləmir. Divar kağızları sökülərək tökülür, hamam otağının tavanı isə çöküb. Şikayətçi bu vəziyyətin ailəsinin yaşayışını çətinləşdirdiyini bildirir.

Mehbarə Həsənova problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək müraciətlərinin nəticəsiz qaldığını deyir. Şikayətçi aidiyyatı qurumlara müraciət edərək mənzilin təmir olunmasına və normal yaşayış şəraitinin yaradılmasına kömək göstərilməsini xahiş edir.

“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!


"Biz, SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin kollektivi adından Sizə müraciət edərək müəssisədə ciddi narahatlıq doğuran bir sıra məsələlərin obyektiv araşdırılmasına və qanunçuluğun təmin edilməsinə kömək göstərməyinizi xahiş edirik..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin kollektivi adından öllə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Son dövrlərdə müəssisədə bəzi vəzifəli şəxslərin təyinatı, əməkhaqqı məsələləri və işə cəlb olunma qaydaları ilə bağlı kollektivdə haqlı suallar və narahatlıqlar yaranmışdır.

Belə ki, Rövşən Bayramovun iki vəzifəni eyni vaxtda tutması, 26 800 manat məbləğində göstərilən əməkhaqqının hüquqi və təşkilati əsasları, eləcə də onun SOCAR Drilling MMC-də vəzifəyə təyinatının qanunauyğunluğu və müvafiq prosedurlara uyğunluğu araşdırılmalıdır. Həmçinin İlham Eminbəylinin müvafiq rəhbərlik əmri olmadan işə cəlb edilməsi ilə bağlı iddialara hüquqi qiymət verilməsini zəruri hesab edirik.

Bununla yanaşı, Kamran Quluzadənin hərbi xidmətdən qanuni əsaslar olmadan yayınması ilə bağlı iddiaların da səlahiyyətli orqanlar tərəfindən yoxlanılmasını xahiş edirik. Əgər belə bir hal təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Hörmətli cənab Prezident!

Siz dəfələrlə çıxışlarınızda qanunun aliliyinin, dövlətə sədaqətli xidmətin, şəffaflığın və hər kəsin qanun qarşısında bərabərliyinin vacibliyini vurğulamısınız. Məhz bu prinsiplərə əsaslanaraq hesab edirik ki, heç bir vəzifə, şəxsi əlaqə və ya xidməti mövqe qanun qarşısında üstünlük yaratmamalıdır.

Dövlətə xidmət yalnız vəzifə tutmaq və yüksək əməkhaqqı almaq deyil, həm də qanunlara riayət etmək, üzərinə düşən məsuliyyəti daşımaq və cəmiyyət qarşısında nümunə olmaqdır. Hərbi xidmətlə bağlı məsələlərdə də qanunvericiliklə müəyyən edilmiş tələblər bütün vətəndaşlara bərabər tətbiq olunmalıdır. Bu baxımdan, irəli sürülən iddiaların obyektiv araşdırılması ictimai etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan məsələlərin cavabsız qalması kollektivdə ədalət prinsipinə inamın zəifləməsinə, sosial-psixoloji gərginliyin artmasına və əmək intizamına mənfi təsir göstərməsinə səbəb ola bilər. Neft sənayesi kimi strateji əhəmiyyətli sahədə çalışan kollektivdə şəffaflığın və sağlam iş mühitinin qorunması həm əməkdaşların rifahı, həm də istehsalatın səmərəliliyi baxımından vacibdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirik:

1. Rövşən Bayramovun eyni vaxtda iki vəzifə tutması, əməkhaqqı və SOCAR Drilling MMC-də vəzifəyə təyinatı ilə bağlı məsələlərin araşdırılmasına göstəriş verəsiniz.
2. İlham Eminbəylinin müvafiq rəhbərlik əmri olmadan işə cəlb edilməsi barədə iddiaların yoxlanılmasını təmin edəsiniz.
3. Kamran Quluzadənin hərbi xidmətdən qanuni əsaslar olmadan yayınması barədə iddiaların səlahiyyətli orqanlar tərəfindən araşdırılmasına kömək göstərəsiniz.
4. Araşdırmaların nəticələrinə uyğun olaraq, hər hansı qanun pozuntusu təsdiqlənərsə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin edəsiniz.
5. KQİT-də şəffaflığın, əməkdaşlar arasında bərabərliyin, sağlam iş mühitinin və ədalətli idarəetmə prinsiplərinin qorunmasına dəstək göstərəsiniz.

Hörmətli cənab Prezident!

Bizim məqsədimiz hər hansı şəxsi əsassız ittiham etmək deyil. Məqsədimiz dövlət müəssisəsində qanunların hamıya eyni tətbiq olunmasına, vəzifə və səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınmasına, zəhməti ilə çalışan insanların hüquq və mənafelərinin qorunmasına nail olmaqdır.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatların ruhuna uyğun olaraq, bu müraciətdə göstərilən məsələlərin diqqətlə araşdırılacağına və obyektiv qərar veriləcəyinə ümid edirik.

Ədalətin təmin olunması, qanunun aliliyinin qorunması və dövlətə sədaqətlə xidmət edən insanların haqqının müdafiəsi naminə müraciətimizə həssaslıqla yanaşmağınızı və kömək göstərməyinizi xahiş edirik..."

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56