Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında baş verənlər artıq sadəcə qanunsuz tikinti deyil, Elşad Həsənovun rəhbərlik etdiyi rayon strukturunda qanunların necə “elastik” və seçici işlədiyinin əsl mənzərəsidir.

Təsəvvür edin ki, sentyabrın 8-də redaksiyamız tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi sorğular göndərilib. Artıq ikinci aydır sorğumuzu cavabsız qoyan İcra Hakimiyyəti və FHN elə bir dərindən sükuta qərq olublar ki, elə bil rayon ərazisində heç nə baş vermir, hər şey “qaydasındadır”.

Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2026-cı il tarixli rəsmi cavabı bu rahatlığı dərindən sarsıdır və ortadakı reallığı bütün çılpaqlığı ilə üzə çıxarır.

Baş İdarə rəsmi şəkildə təsdiqləyir ki, “ASAN xidmət” mərkəzinin yaxınlığında təyinatı məlum olmayan, ölçüsü az qala kiçik bir məhəlləyə bərabər olan 300 kvadratmetrlik sahədə açıq-aşkar qanunsuz tikinti işləri aparılır. Üstəlik, Baş İdarə tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və FHN rəsmilərinə avqust-sentyabr ayları ərzində dəfələrlə rəsmi məktublar ünvanlanaraq tədbir görülməsi tələb edilib. Amma nə baş verir?

Rəsmi qurumun xəbərdarlıqları yerli icra hakimiyyəti üçün sadəcə oxunub atılan kağız parçasından başqa bir şeyə çevrilmir və heç bir tədbir görülmür.

Ərazidən daxil olan son fotolar isə bu səssizliyin arxasında hansı “sürətli tərəqqinin” dayandığını açıq göstərir: rəsmi xəbərdarlıqlara məhəl qoyulmadan tikinti işləri sürətlə davam etdirilib və göz görə-görə obyekt artıq ikinci mərtəbəyə qədər qaldırılıb.

Çox maraqlıdır, görəsən, Elşad Həsənovun rəhbərlik etdiyi Yasamalda qanunlar hansı coğrafi koordinatlarda dincəlir? Çünki bir tərəfdə göz görə-görə qanuna zidd nəhəng tikintilər göydələnsayaq mərtəbə-mərtəbə göyə ucalır, icra strukturları isə bu mənzərəni sanki romantik bir film izləyən kimi sakitcə seyr edirlər. Digər tərəfdən isə, vətəndaşların çörəkpulu, gündəlik sıradan dolanışığı və ya kiçik iaşə obyekti ilə bağlı hər hansı bir addımı dərhal “qanunsuz” damğası vurularaq yerlə-yeksan edilir, yarımçıq qoyulur. İndi adamdan soruşarlar: bu qədər gözlənilməz seçiciliyin, bu açıq-aydın ikili standartların və ayrıseçkiliyin sirli səbəbi nədir?

Paytaxtın mərkəzində kimə olar, kimə olmaz prinsipi ilə idarə olunan bu “özəl” mexanizmin arxasında nələr dayanır?

Faktum.az




Burda iynələri xəstələrə satırlar - GİLEY


Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı Maştağa Xəstəxanasının doğum şöbəsi ilə bağlı şikayət var.

Bizimesr.info bildirir ki, şikayətçilər iddia ediblər ki, xəstəxanada həyata keçirilən keysəriyyə əməliyyatları zamanı anesteziya iynələrinin və digər preparatların xəstənin öz hesabına alınması tələb olunur.

Onların sözlərinə görə, tələb olunan tibbi vasitələr xəstəxanada mövcud olsa belə, əməliyyatdan əvvəl xəstə yaxınlarından həmin vasitələri almaqları istənilir.

Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO


Bakının Nizami rayonunda, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində, Qara Qarayev prospekti 34/67 ünvanında yerləşən yaşayış binasının sakinləri binaya bitişik tikilmiş obyekt və orada fəaliyyət göstərən ictimai iaşə müəssisəsi ilə bağlı narazılıqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə, binanın birbaşa pəncərələrinin altında fəaliyyət göstərən “N1 Şaurma Tantuni 24/7” obyektində qida məhsulları, o cümlədən pirojkilər hazırlanır. Hazırlanma zamanı yaranan güclü yağ və qida qoxuları mənzillərə daxil olaraq sakinlər üçün narahatlıq yaradır.
Sakinlər bildirirlər ki, obyektin havalandırma (aspirasiya) sistemi yoxdur. Onların sözlərinə görə, qoxuların sorulması və binadan kənara ötürülməsi üçün nəzərdə tutulan hər hansı avadanlıq da quraşdırılmayıb.

Qeyd edək ki, Bizimesr.info daha əvvəl də həmin ərazidə yaşayış binasına bitişik obyekt tikintisi ilə bağlı material dərc edib. Şəhərsalma və Tikinti Məcəlləsində tikinti obyektləri arasında ara məsafələri ilə bağlı tələblər nəzərdə tutulur. Amma bu fakt göslənməyib və həmçinin rayon icra hakimiyyətinin rəhbərliyi bu obyektin tikintisi və istifadəsinə hələ də göz yumur.

Sakinlər əvvəlki müraciətlərində məsələ ilə bağlı rayon rəhbərliyinə məlumat verdiklərini, lakin şikayətlərinin nəzərə alınmadığını bildirmişdilər.
Obyektin tikintisinin və fəaliyyətinin müvafiq norma və tələblərə uyğunluğu, həmçinin havalandırma sisteminin mövcudluğu aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.info

VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/bascinin-emelinin-cezasini-bina-sakinleri-cekir-peraski-ve-saurma-qoxusundan-nefes-ala-bilmirik--video-23803

Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...


Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlərin qaz təchizatı ilə bağlı narazılıqları artır.

Bizimesr.info xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, Suraxanı rayon qaz istismar sahəsi əməkdaşları ay tamam olmadan abonentlərin qaz xəttini kəsir.

Məlumata görə, bəzi vətəndaşlar borclarını ödəsələr belə, qaz təchizatı bərpa olunmur.

Şikayətdə bildirilir ki, bu hal artıq adi xarakter almağa başlayıb. Sakinlər yaranmış vəziyyətdən narazıdırlar və “Azəriqaz” rəhbərliyindən məsələyə müdaxilə etməyi, qanunsuz hesab etdikləri halların qarşısının alınmasını tələb edirlər.

Məsələ ilə bağlı “Azəriqaz”ın mövqeyini dərc etməyə hazırıq.

ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR


Sərnişindaşıma sektorunda fəaliyyət göstərən “Atilla Trans Services A” MMC-nin fəaliyyəti ilə bağlı bir sıra məsələlərin araşdırılmasına ehtiyac var. Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının daşınmasında istifadə edildiyi bildirilən 20 nəqliyyat vasitəsinin sənədləri, sürücülərlə əmək münasibətləri və vergi öhdəliklərinin icrası diqqət mərkəzindədir.

Redaksiyamızın əldə etdiyi ilkin məlumatlara və aparılan yoxlamaya əsasən, həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları AYNA-nın elektron sistemi üzrə yoxlanılıb. Yoxlama zamanı avtomobillər üzrə qüvvədə olan “Fərqlənmə nişanı” barədə məlumat əldə edilməyib.

Bu nəticə özlüyündə qanun pozuntusunun sübutu hesab edilə bilməz. Məsələnin hüquqi qiymətləndirilməsi üçün AYNA-nın rəsmi mövqeyi, müvafiq sənədlər və daşımanın hansı hüquqi əsaslarla həyata keçirildiyi dəqiqləşdirilməlidir.

DAŞIMALARIN HÜQUQİ ƏSASI VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR

Sərnişindaşıma fəaliyyətinin növündən asılı olaraq daşıyıcının müvafiq icazə sənədləri, nəqliyyat vasitələrinin buraxılış kartları və digər tələb olunan sənədləri olmalıdır. Sifarişli daşımalar zamanı elektron formulyarın rəsmiləşdirilməsi məsələsi də qanunvericiliyin tələbləri baxımından yoxlanılmalıdır.

Bununla yanaşı, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi və sərnişinlərin təhlükəsizliyinin təmin olunması da xüsusi əhəmiyyət daşıyır.

ATA-TV.az aşağıdakı məsələlərin AYNA tərəfindən aydınlaşdırılmasını vacib hesab edir:

- Bakı Gəmiqayırma Zavodunun əməkdaşlarının daşınmasında istifadə edildiyi bildirilən 20 avtomobil üzrə qüvvədə olan “Fərqlənmə nişanı” varmı?
- Daşıyıcı şirkətin buraxılış vəsiqəsi və nəqliyyat vasitələrinin buraxılış kartları mövcuddurmu?
- Sifarişli daşımalar üzrə tələb olunan elektron formulyarlar rəsmiləşdirilirmi?
- Sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki yoxlanışı necə təşkil olunur?
- Avtomobillər AYNA-nın müvafiq sistemində hansı hüquqi şəxsin və ya fərdi sahibkarın adına qeydiyyatdadır?

Bu suallara veriləcək rəsmi cavablar xidmətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilib-edilmədiyinin müəyyənləşdirilməsinə kömək edə bilər.

ƏMƏK MÜQAVİLƏLƏRİ VƏ VERGİ MƏSƏLƏLƏRİ ARAŞDIRILMALIDIR

Redaksiyamıza daxil olan ilkin məlumatlarda Atilla adı ilə fəaliyyət göstərən nəqliyyat şirkətlərində sürücülərlə əmək müqavilələrinin rəsmiləşdirilməsi, əməkhaqqı ödənişləri və vergi öhdəliklərinin icrası ilə bağlı da suallar səsləndirilir.

Bəzi sürücülərin əmək müqaviləsi olmadan işlədiyi və əməkhaqqı ödənişlərinin tam rəsmiləşdirilmədiyi barədə iddialar mövcuddur. Həmçinin bəzi nəqliyyat vasitələri üzrə tələb olunan sənədlərin vəziyyətinin yoxlanılmasına ehtiyac olduğu bildirilir.

Bu məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib. Buna görə də Dövlət Vergi Xidmətinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırması, eləcə də şirkətin mövqeyi məsələnin obyektiv qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Digər iddialardan biri sürücülərin yanacağı 85 qəpikdən alması ilə bağlıdır. Burada yanacağın növü, alış məntəqəsi, qiymətin hansı şərtlərlə tətbiq edildiyi və əməliyyatların müvafiq qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi dəqiqləşdirilməlidir.

100-DƏN ÇOX NƏQLİYYAT VASİTƏSİ BARƏDƏ MƏLUMATLAR

Şirkətlə əlaqəli şəxslərin 100-dən çox nəqliyyat vasitəsinə sahib olması və ya bu avtomobillərin idarə edilməsində iştirak etməsi barədə də ilkin məlumatlar var. Həmin nəqliyyat vasitələrinin hüquqi və faktiki mülkiyyətçiləri, qeydiyyat məlumatları və vergi öhdəlikləri yalnız rəsmi sənədlər əsasında dəqiqləşdirilə bilər.

Şahin Xəlizadənin və Namiq Arif oğlu Babayevin Atilla şirkətləri ilə mümkün əlaqələri barədə məlumatlar da ayrıca yoxlanılmalıdır. Xüsusilə şirkətlə şəriklik, nəqliyyat vasitələrinin təmin edilməsi və ya sifarişlərin icrası ilə bağlı hər hansı rəsmi münasibətin olub-olmadığı aydınlaşdırılmalıdır.

Adları çəkilən şəxslərin mümkün əlaqələri barədə məlumatların mövcudluğu onların hər hansı qanun pozuntusunda iştirak etdiyini göstərmir. Bu məsələlər yalnız sübutlar və aidiyyəti qurumların rəsmi cavabları əsasında qiymətləndirilə bilər.

RƏSMİ AÇIQLAMA GÖZLƏNİLİR

ATA-TV.az olaraq hesab edirik ki, mütəmadi sərnişindaşıma xidmətlərində sənədləşmə, sürücülərin əmək hüquqları, nəqliyyat vasitələrinin təhlükəsizliyi və vergi öhdəlikləri ilə bağlı bütün suallar şəffaf şəkildə cavablandırılmalıdır.

Bu məqsədlə AYNA-ya, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Bakı Gəmiqayırma Zavoduna müraciət edərək aidiyyəti məsələlər üzrə rəsmi mövqe bildirilməsini vacib hesab edirik.

Əsas suallar bunlardır: 20 nəqliyyat vasitəsinin sənədləri qaydasındadırmı? Sürücülərlə əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilibmi? Vergi öhdəlikləri tam yerinə yetirilirmi? Şirkətin fəaliyyəti ilə bağlı irəli sürülən digər iddiaların hüquqi əsası varmı?

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə və aidiyyəti qurumların cavablarını ictimaiyyətə çatdırmağa hazırdır. Araşdırmada adı çəkilən 20 nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının ayrıca cədvəl şəklində təqdim edilməsi də nəzərdə tutulur.

Qeyd: Məqalədə yer alan və rəsmi şəkildə təsdiqlənməyən məlumatlar iddia xarakteri daşıyır. Hər hansı qanun pozuntusu barədə yekun nəticə yalnız müvafiq araşdırma və sübutlar əsasında müəyyən edilə bilər.

ATA-TV.az

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?


Kənd Təsərrüfatı Nazirliyi yanında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyinin qanunsuz fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, idarənin vətəndaş sorğusuna verdiyi rəsmi cavabda bu fakt təsdiqini taplb. Belə ki, şikayət əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (qulluq
mövqeyindən sui istifadə etməklə , küllü miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə həvalə edilmişdir. Onu da qeyd edək ki, bu məsələ ilə bağlı bür müddət öncə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev də çıxış etmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev Hafiz Hacıyevin qohumu olmasına rəğmən, partiya sədri sözügedən məmurun külli miqdarda yeyintilərə rəğmən həbs olunmamasının səbəbinin rüşvət verməsi ilə bağlı olduğunu bildirmişdi. Həmin çıxışı diqqətinizə çatdırırıq:

Əlavə olaraq cumhuriyyet.az olaraq onu da bildirək ki, Daşkəsən rayonunda yaylağa köç edən fermerlərdən rüşvət aldığına görə İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən Azər Hacıyev və dostu heyvandarlıq sektorunun müdiri, birinci qrup gözdən əlil Səttar Hacıyev ilə birlikdə qovulublar. Bundan sonra Azər Hacıyev nazirlikdə kadr idarəsinin müdiri İlham Süleymanova yol taparaq Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinə müdir təyin olunur. Samuxda Azər Hacıyev işçiləri haqsız işdən azad edib, əmisi oğlu Araz Hacıyevi sürücü, dostu Ruslanı hüquqşunas təyin edib. Eyni zamanda Azər Hacıye orada Pərvin və Ülviyyə adlı qadın işçiləri incidib. Bu hərəkətlərinə görə Samuxdan da işdən azad olunan Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor gəlib. Azər Hacıyev digər rayonlarda etdiyi haqsızlıqları, qadın işçilərə qarşı əxlaqsız hərəkləri burada da edir. Həmçinin o, özü və oğlu qazi olan Hacıyev Əliaslanı da işdən çıxarıb.
Eyni zamanda Cənab Prezidentinmiz tərəfindən qəbul olunub ad günü təbriki olunan və hədiyyələr alan Ümid Həbibov atası Eldar Həbibov şərlənərək işdən azad olunub. Altun Məmmədov adlı müavini də şərlənərək işdən azad olunub. Göygöl rayonu Zod kəndində qaziyə məxsus əkin torpaq sahəsinə dair subsidiya ödənilməyib.Qazi olan vətəndaş işlə təmin olunmaları üçün Azər Hacıyevə müraciət etsələr də müraciətlərinə baxılmayıb.
Son olaraq cumhuriyyet.az olaraq mediada yer alan iddialara əsasən bildirək ki,, havardarları, yəni Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilən Azər Hacıyevin bur cür özbaşına fəaliyyət mexanizminə yiyələnməsi dövlətimizə arxadan vurulan zərbədir. Azər Hacıyevin Göygöl rayonundakı özbaşınalıqlarının analoqu yoxdur.

Cumhuriyyet.az

Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir


“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən müxtəlif növ nasos aqreqatlarının satınalınması üzrə 16.07.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “HİDRO ENERJİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 574.259,98 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.10.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən nəzərdə tutulmuş nasos aqreqatlarının satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 1.008.428,57 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “HİDRO ENERJİ” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Bu qanun pozuntusundan əlavə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müqavilə bağladığı “HİDRO ENERJİ” MMC-nin fəaliyyətində qaranlıq mətləblər də çoxdu. Açıq mənbələrdə barəsində heç bir məlumat yoxdu.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HİDRO ENERJİ” (VÖEN: 1501942461) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2011-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev.110 K, qanuni təmsilçisi kimi isə Həmidov Sabir İsa oğlu qeyd olunub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda (VÖEN: 1501942461) “KASKAD-HİDRO” MMC-yə məxsus olduğu göstərilir və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 04.05.2017-ci ildə verilib.
Qeyd edək ki, “KASKAD-HİDRO” MMC 2024-cü ilə qədər “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlarla dəyəri milyonlarla manatı keçən onlarla tenderin qalibi olub. 2024-cü ilin martından sonra nə baş veribsə MMC “HİDRO ENERJİ” kimi fəaliyyət göstərir. Halbuki, VÖEN (1501942461) yarandığı gündüən “HİDRO ENERJİ” MMC-yə məxsus olub.
Bundan əlavə hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli qurumlarla nasos stansiyalarda hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə yüzlərlə müqavilə müqavilə bağlayan “KASKAD – HİDRO M” MMC -nin də yuxarıda adları çəkilən şirkətlərlə bağlılığı var.
Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.12.2021-ci ildə dövlət qeydiyyatına alınmış “KASKAD – HİDRO M” MMC -nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev 110 K-da olub. MMC-nin qanuni təmsilçisi Namazəliyev Rauf Rasim oğludur. Hazırda hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ƏCƏMİ NAXÇIVANİ, ev.M2, m.M4-də yerləşir.
Göründüyü kimi son illər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli qurumlar son illər bir nəfərə məxsus üç şirkətlə işbirliyi qurmuşlar. Bəs bu bir nəfər kimdir?
“HİDRO ENERJİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Həmidov Sabir İsa oğlu.
Qeyd edək ki, Sabir Həmidov 1986-cı ildə “Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin “Riyazi kibernetika” kafedrasında dosent vəzifəsində çalışır. Həm də sahibkardır.
Bir sahibkar kimi Sabir Həmidov uzun illərdir ölkənin su və meliorasiya sahəsinə bağlı qurumlarla işbirliyində olub. Bu işbirliyi Əhmədə Əhmədzadə və Qorxmaz Hüseynovdan başlayıb, Zaur Mikayılov, Tahir Xəlilov tandemi ilə də davam etdirilir. Bu isə qurumun keçirdiyi satınalmaların şəffaflıqdan uzaq olduğunu, büdcə vəsaitlərinin düzgün istifadəsinin qiymətləndirilməsi ilə yanaşı, rəqabət prinsiplərinin pozulmasına da xidmət edir
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilovdur. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2024-cü ilin noyabrında təyin edilib. Kürdəmir və Şəmkir rayonlarında bir il olmaqla Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinin rəisi vəzifəsində çalışıb. Daha əvvəllər harada işləməsi barədə heç bir məlumat yoxdu. Vəzifə pillələrində belə sürətlə ucalmasının özü çox mətləblərdən xəbər verir. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun yaxın adamlarından hesab olunur.

Aktualinfo.net

“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir


“Yelo Bank” ASC 30 sentyabr 2026-cı il üzrə maliyyə hesabatını açıqlayıb.
Ölkə.az xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 558 mln 649 min manat olub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 9,1% artaraq 1 mlrd 150 mln 290 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri isə illik olaraq 7% artaraq 1 mlrd 363 mln 987 min manata çatıb.

ASC-nin depozit portfelinin həcmi son bir ildə 4,9% artaraq 30 sentyabr tarixinə 1 mlrd 91 mln 268 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 945 mln 746 min manat təşkil edib, şirkətlərin depozitləri isə 14 mln 594 min manat və ya 9,1% azalaraq 145 mln 522 min manata enib.

Cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi kapitalı 194 mln 661 min manat olub ki, bu da illik müqayisədə 14,7% çoxdur. Səhmdar kapitalı 378 mln manat olan bankın 196 mln 420 min manat yığılmış zərəri var.

Sözügedən dövrdə bankın faiz gəlirləri 153 mln 520 min manat, faiz xərcləri 61 mln 296 min manat, qeyr-faiz gəlirləri 6 mln 980 min manat, qeyri-faiz xərcləri isə 66 mln 622 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 6 mln 527 min manat ayırıb və mənfəətindən 4 mln 300 manat vergi ödəyib.

Nəticədə, bank cari ilin ilk 9 ayını 17 mln 256 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəətində 30,4% azalma müşahidə olunub.

Qeyd edək ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

Xatırladaq ki, bankın əvvəlki əsas səhmdarı olan “Topaz İnvestment” Azərbaycanlı milyarder Vahid Ələkbərovun nəzarətində idi.

Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...


Məmurların Sədərək gömrüyündəki gəlir davası sərhədi keçənlərin başında çatlayıb. Mübahisə Naxçıvan tərəfdəki keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında işləyən mikroavtobusun fəaliyyətinin dayanmasına səbəb olub.

İndi insanlar yükləri ilə iki kilometrdən çox yolu piyada getməyə məcbur qalırlar. Bu marşrutda işləmiş sürücülərin sözlərinə görə, gediş haqqı bir manat idi və hər gün minlərlə insan daşınırdı.

Sürücülər iddia edirlər ki, yığılan gediş haqları rəsmiləşdirilmədən gömrükdəki vəzifəli şəxslərə çatırdı. Onların sözlərinə görə, AYNA Naxçıvanda fəaliyyətə başladıqdan sonra həmin gəlirə nəzarət etmək istəyib və gömrük qurumu ilə arasında mübahisə yaranıb.

Marşrutun dayanması xüsusilə Türkiyəyə müalicəyə gedən xəstələri və yaşlı insanları çətin vəziyyətdə qoyub. Şərur sakini Vaqif Məmmədov deyir ki, müalicə üçün hər ay İğdıra gedir, amma iki kilometrlik yolu piyada keçməkdə çətinlik çəkir:

“Yaşlı və xəstə adamam. Ayda bir dəfə müayinə və müalicə üçün İğdıra getməliyəm. Bu yolu gedib-qayıtmaq mənim üçün zülmdür. Neytral zonaya taksi də buraxmırlar. Yolu başa vurana kimi bəlkə 15 dəfə oturub dincəlirəm. Belə olmaz axı. İki dövlət qurumunun gəlir davası xüsusilə mənim kimi xəstə və yaşlı insanlara əziyyət verir”.

Naxçıvanda oxuyan tələbə Hüseyn Çetin isə hər həftə sonu İğdırdakı evlərinə gedib-gəlir. O deyir ki, mikroavtobusun dayanması hər səfərini çətinləşdirib:

“Gedib-gələndə özümüzə lazım olan əşyaları daşıyırıq. Hər dəfə taksi tutmaq çox baha başa gəlir. Az yükü olanlar üçün mikroavtobus daha sərfəli idi. İndi ya çantamızı götürüb iki kilometr piyada gedirik, ya da bizi aparacaq bir maşın gözləyirik. Hər iki halda vaxt itiririk”.
"Gündəlik Naxçıvan"

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56